Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1428/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Babayeva Natavan Muxtar qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X12 ibarət tərkibdə, İddiaçı cavabdehlər X6, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma və köçürülmə, yaxud mənzillərin açıq hərracda satılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2(103)- 7430/2022 nömrəli qətnaməsindən cavabdeh X8 tərəfindən ve rilmiş kassasiya şikayəti üzrə mülki işə 01 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. “X11” MMC-nin xx.xx.2019-cu il tarixli, 90 nömrəli “Hərracın yekunları barədə protokol”una əsasən Nəsimi rayon İcra şöbəsinin sifarişi, “X11” MMC-nin təşkilatçılığı ilə xx.xx.2019-cu il tarixdə X4 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 137 saylı evin 68a saylı mənzili ilə əlaqədar hərrac keçirilmiş, mənzil 55000 manata İddiaçı tərəfindən hərracdan alınmışdır.
2. Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, b. 137, mənzil 68a tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X9, Cavabdeh2, Cavabdeh3 digər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 137 saylı evin, 68a saylı mənzilindən çıxarılmaları, yaxud Bakı şəhəri, Nəsimi rayon Nizami küçəsi 137 saylı evin 68 və 68a saylı mənzillərinin açıq hərracda satılmaqla satış pulunun ümumi mülkiyyətçilərin arasında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 məxsus Bakı şəhəri Nizami küçəsi-137 saylı evin ümumi sahəs i 23,0 kv metr, yaşayış sahəsi 13,6 kv metr olan bir otaqlı 68a saylı mənzilini Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.1997-ci il tarixli 3MA/323 reyestr saylı alqı-satqı müqaviləsinə əsasən almış və mənzil adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilərək iddiaçıya Bakı şəhəri Tİ və MHQİ tərəfindən xx.xx.1997-ci il tarixli Qeydiyyyat vəsiqəsi verilmişdir. Bakı şəhəri, Nizami küçəsi 137 saylı evin ümumi sahəsi 42,5 kv metr, yaşayış sahəsi 32,7 kv metr olan iki otaqlı 68 saylı mənzili isə xx.xx.1992-ci il tarixdən cavabdeh X3 mülkiyyətindədir. Mənzillərin kommunal xidmət sahələri (mətbəx, ön giriş, hamam, tualet) ümumi olmaqla hər ikisinə məxsus idi. Cavabdehlər F.Ağamalıyevaya məxsus olan mənzili könüllü olaraq istifadəsinə verməkdən imtinaetdiklərinə görə, mülk iyyətində olan mənzilin özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. X9 qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək onunla Aleksandr Rabinoviç arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeydiyyat vəsiqəsi ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(006)-202/2011 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş, X9 və digərlərinin iddiaçıya qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş və onun həmin mənzilə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydi isə ləğv edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2011- ci il tarixli 2(006)-202/2011 saylı qətnaməsi əsasında mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə bağlı o, olaraq ödənişlərin qaytarılması və dəymiş ziyanın ödənilməsi barədə iddia tələbi ilə yenidən məhkəməyə iddia tələbi ilə müraciət etmişdir. İddia tələbinin icrasının təmin edilməsi ilə bağlı, məhkəmənin 8(001)8305/2015 saylı, 01 dekabr 2015-ci il tarixli qərardadı ilə borclu X2 mülkiyyətində olan Bakı şəhəri, Nizami küçəsi ev 137 saylı evin ümumi sahəsi 23,0 kv metr, yaşayış sahəsi 13,6 kv metr olan bir otaqlı 68a saylı mənzilin üzərinə həbs qoyulmuş və mənzilin qiymətləndirilməsi üçün tikinti-texniki ekspertiza təyin edilmişdir. Əmlakın qiymətləndirilməsi barədə "xxxx" MMC-nin, 03 mart 2016-ci il tarixli, ƏEM/M01-075/16 nömrəli ekspert hesabatına əsasən borclu X2 mülkiyyəti ndə olan Bakı şəhəri, Nəsimi rayonu Nizami küçəsi, 137 saylı evin 68 "a" saylı mənzilinin bazar dəyər qiyməti 55000 (əlli beş min) manat müəyyən edİlmişdir. Nəsimi rayon məhkəməsinin 2(006)-371/2016 saylı 01 aprel 2016-ci il tarixli qətnaməsinə əsasən X1 55000 (əlli beş min) manat məbləğində pul tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. “İcra haqqında” qanunun 53.2-ci maddəsinə əsasən borclu A.Rabinoviçin əmlakı Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulduğu qaydada, yəni hərracda satılması üçün “X11” MMC-yə göndərilmişdir. "X11" MMC-də, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 137 saylı evin 68 "a" saylı mənzili dəfələrlə açıq hərraca çıxarılsa da, iştirakçısı olmadığından və hərrac baş tutmadığından, tələbkar kimi 14 İyun 2019 tarixdə ke çirilmiş açıq hərracda iştirak edərək mənzili təyin edilmiş 55000 (əlli beş) min manata almağa razılığını bildirdikdən sonra hərracın yekun protokolu ona verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi uyğun olaraq "X11" MMCnin 14 iyun 2019-cu il tarixdə keçirilmiş hərrac protokolu əsasında Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi,137 saylı evin mənzil 68 "a” 27 sentyabr 2019-cu il tarixdən qeydiyyat nömrəsi ********** olmaqla ümumi sahəsi 23 kv metr olan mənzilə xüsusi mülkiyyət kimi iddiaçının adına Dövlət reyestrindən çıxarış təqdim olunmuşdur. Məhkəmədə mənzili almaqda olan üstünlük hüquqları olduqlarını göstərən X10 və digərləri isə sonradan keçən 8 il müddətində də qanunsuz zəbt etdikləri həmin mənzili almaqda olan üstünlük hüq uqlarından nədənsə istifadə etməmiş və dəfələrlə açıq hərraca çıxarılmış həmin mənzili isə almamışlar. Mülkiyyətində olan mənzilin 22 ildən artıq bir müddətdə qanunsuz istifadəsindən isə yalnız bəhrələnməklə ona maddi zərər vurmaq niyyətində olmuşlar. Bundan əlavə Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydaları müəyyən edilmişdir. Mənzillərin kommunal xidmət sahələri (mətbəx, ön giriş, hamam, tualet) ümumi olmaqla hər ikimizə məxsus olduğunu və daşınmaaz əmlak kimi tikinti- texniki cəhətdən paylara uyğun olaraq bölünməsi mümkünsüz olduğunu və cavabdehlər tərəfindən mənə məxsus bir otağlı 68a mənzili satın almağdan imtina etdiklərini nəzərə alaraq və paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onu n bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədiyindən məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilməlidir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-66/2022 saylı 26 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Musayeva) iddianın qismən təmin edilməsi, X9, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 137 saylı evin 68a saylı mənzilindən çıxarılması, iddianın digər hissədə rədd edilməsi, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 10 manatın 5 manatı cavabdehlər X9, Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı ödənilməsi qət olunmuşdur.
6. İddianın təmin olunması hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyinə görə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 137 saylı evin 68a saylı mənzilə dair iddiaçının mü lkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Həmin hüququn mübafiəsinə dövlət tərəfindən təminat verilir. Cavabdehlər iddiaçının mənzilə sahiblik və istifadə hüququnun məhdudlaşdırmaqda haqlı deyildirlər.
7. İddianın rədd olunması hissədə məhkəmə hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki İddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi Mülki Məcəllənin maddələrinin məzmununa görə, hər hansı əşyanın açıq hərracdan satılmasını tələb edən şəxs həmin əşyanın paylı mülkiyyətçilərindən biri olmalıdır. İş materiallarından göründüyü kimi açıq hərraca çıxarılması və daha sonra satışından əldə ediləcək pulun bölüşdürülməsi tələb edilən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 137 saylı evin 68 saylı mənzili tam mülkiyyət hüququ üzrə X6 məxsusdur və iddiaçının bu mənzilə hər hansı hüquqi bağlılığı müəyyən edillməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı X6 məxsus olan mənzilin açıq hərracdan satılmasına və satışdan əldə olunmuş vəsaitin onların arasında paylara uyğun bölüşdürülməsinə dair iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malik deyildir.
8. İddiaçının mənzillərin kommunal xidmət sahələrinin (mətbəx, ön giriş, hamam, tualet) ümumi olmaqla hər iki mənzilə xidmət etdiyinə istinadı ilə əlaqədar qeyd edilməlidir ki, hər iki mənzilə xidmət edən mübahisəli yaşayış sahəsinin tərəflərin ümumi paylı mülkiyyətində olması və paylı mülkiyyətdə olan yaşayış sahəsinə sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılaşma sı əsasında həyata keçirilməsinin mümkünsüzlüyü öz təsdiqini tapdığı təqdirdə iddiaçı bu əmlakın açıq hərracdan satılaraq bölünməsini məhkəmədən tələb etməzdən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl etməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1-ci, 157.2, 157.4, 220 və 221-ci maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 8 və 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh X9 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə məhkəmələrdə baxılarkən mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi olan X5 nəinki tapmaq, habelə onun şəxsiyyətin müəyyən etməkmümkün olmamışdır. Bundan başqa tərəflər arasında Nərimanov Rayon Məhkəməsində hakim Solmaz Ədilovanın icraatında “X11” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilatçılığı ilə 14 iyun 2019-cu il tarixdə keçirilmiş hərrac nəticəsində ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi vətəndaş (tələbkar) İddiaçı satılması bağlı hərracın yekunları barədə 90 nömrəli protokolun və xx.xx.2019-cu ildə cavabdeh İddiaçı adına həmin yaşayış sahəsi üçün verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış etibarsız hesab edilərək l əğv olunması barədə iddia tələbi vardır və həmin iş baxılıb həll edilmədən bu işin baxılması mümkün deyildir. Lakin həmin halı nəzərə alaraq məhkəmə iş üzrə icraatı dayandırmamışdır. Məhkəmə qətnaməsi yalnız iddiaçının mövqeyini əks etdirməklə qeyri obyektivdir. Cavabdehin 1991-ci ildən ailə üzvləri ilə yaşadığı, təmir etdirərək səliqədə saxladığı, bir giriş qapısı, dəhlizi və sanitar qovşağı olan mənzilin bir hissəsi qanunsuz olaraq iddiaçıya verilmişdır. Bütün bu məsələlər araşdırılmamışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 07 dekabr 2022-ci il tarixli, 2(103)-7430/2022 nömrəli qətnaməsi ilə (hakimlər: A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirillmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, “X11” MMC-nin təşkilatçılığı ilə xx.xx.2019-cu il tarixdə keçirilmiş açıq hərracda Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 137 saylı evin 68a saylı mənzili İddiaçı tərəfindən əldə edilmiş, onun mübahisəli mənzilə dair mülkiyyət hüququ ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Lakin buna baxmayaraq, cavabdehlər həmin mənzildə qalmaqda davam edirlər. Cavabdeh apellyasiya şikayətində hazırda hərracın yekunları barədə protokolun və cavabdehin adına verilmiş çıxarış etibarsız hesab edilərək ləğv edilməsi barədə iddia tələbi hazırda Nərima nov Rayon Məhkəməsinin icraatında olduğunu qeyd etsə də, bu halı təsdiq edəcək hər hansı sənəd əlavə etməmişdir. Beləliklə, mülki işin icraatının dayandırılmasına da hər hansı əsas müəyyən edilməmişdir.
14. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddjəsinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 157.2 və 157.4-ci, Mülki Prosesual Məcəlləsinin 14.2 və 77.1 və 88-ci maddəlrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələrdə baxılarkən mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi olan X5 nəinki tapmaq, habelə onun şəxsiyyətini müəyyən etmək və onu tanıyan belə bir şahid mümkün olmamışdır. Nəsimi rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, bu şəxs ümumiyyətlə Azərbaycan Respublikasınında qeydiyyatda olmamış və onun ölkəmizdə yaşaması da müəyyən edilməmişdir. Bundan əlavə, iddiaçının müəmmalı yollarla mülkiyyətinə keçmiş yaşayış sahəsi hələ keçən əsrdən cavabdehin mülkiyyətində və istifadəsində olan mənzilin daxilində yerləşir. Yəni, cavabdehin mülkiyyətinə keçmiş yaşayış sahəsinə daxil olmaq üçün yalnız cavabdehin mülkiyyətində olan yaşayış sahəsinin giriş qapısindan daxil olmaq olar. Cavabdehin mülkiyyətinə keçmiş yaşayış sahəsinin nə mətbəx, nə sanitar qovşağı, nə dəhliz, nə də ki, müstəqil girişi mövcud deyildir. Məhz bu halın özü mübahisəli yaşayış sahəsinin iddiaçının mülkiyyətinə keçməsinin müəmmalı olmasına dəlalət edir. Bu hal mübahisəli yaşayış sahəsinin cavabdehin mülkiyyətinə qanunsuz yollarla keçməsinin bir daha təsdiqləyir. Belə ki, cavabdehlər özlərinə mülkiyyət hüququ əsasında məxsus olan mənzildə 1991-ci ildən yaşayırlar, tərəflər arasında yaşayış sahəsinin naturada bölgüsü həyata keçirilməyib, iddiaçının mənzili cavabdehlərə aid mənzildən texniki sənəd əsasında ayrılmayıb. Belə olan halda cavabdehlər hansı sahədən çıxarılacaqlar, bu cıxarılma necə həyata keçiriləcək (iddiaçının adına olan 68A mənzil cavabdehlərin 1992-ci ildən mülkiyyətində olan 68 mənzilin bir hissəsidir, təcrid olunmamışdır, eyni giriş qapısına, sanitar qovşağa və sairdən ibarətdir). İddiaçının qeyd etdiyi 13 kv metretr (ümumi 23 kv metr) yaşayış sahəsi cavabdehlə bir yerdə olan bu yaşayış sahəsinin hansı hissəsində yerləşir, bu qətnamə necə icra olunacaq. Bu vəziyyətdə çıxarılan məhkəmə aktının icrası mümkün deyildir. Bu qanunsuz qətnamə ilə məhkəmə faktiki olaraq cavabdehlərin mülkiyyət hüququ əsasında yaşadıqları yaşayış sahəsindən çıxarılmasına rəvac vermişdir.
17. Cavabdeh şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 157-ci, Mülki Prosesual Məcəlləsinin 82, 88 və 254-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası
19. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
20. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst s urətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
23. Maddə 157.1, 157.2 və 157.4. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəs ilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
26. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları süb ut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilmə si kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
31. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Kassasiya şikayətinin dəlillərində qeyd olunan apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
34. Qeyd olunanları nəzərə alaraq məhk əmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X8 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7430/2022 nömrəli iş üzrə 07 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.