Məhkəmə qərarları › İş №2(102)-1428/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1428/2024

15.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1428/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1428/2024 (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr, intizam tənbeh tədbirinin verilməsi barədə əmrin ləğvi, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh publik hüquqi şəxsə qarşı “əmrin, iltizam tənbeh tədbirinin ləğv edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasın ın 6 dekabr 2023cü il tarixli, 2(103)-6097/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 15 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə İddiaçı arasında bağlanmış 25 sentyabr 2020-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı X4 orta və kiçik tibb heyətində poliklinika üzrə təlimatçı vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 1 ayı sınaq müddəti olmaqla 3 ay müddətinə bağlanmışdır. 2. 24.02.2023-cü il tarixli “Əmək müqaviləsini bağlayan tərəflər haqqında məlumatlar”a əsasən, iddia çı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi 2 il 1 gün müddətinə, yəni xx.xx.2020-ci il tarixindən 28 sentyabr 2022-ci il tarixədək bağlanmış hesab edilmişdir.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Heyətinin sədr müavini Ramiz Rzayevin 27 iyul 2022-ci il tarixli əmrinə əsasən, İddiaçı öz razılığı ilə 2022-ci il 26 iyul tarixindən X1 Orta və kiçik tibb heyətinə təlimatçı vəzifəsinə keçirilmişdir.

4. X1 direktoru Səidə Babazadə tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Heyətinin sədri Anar Bayramova ünvanlandırılmış xidməti məruzəyə əsasən, İddiaçı noyabr və dekabr aylarında nizam-intizam qaydalarını pozmuşdur, dəfələrlə bu barədə xəbərdarlıq edilməsinə baxmayaraq, nəticə əldə edilməmişdir. Bu s əbəbdən tərtib edilən aktlar təqdim olunur.

5. Tərtib edilmiş birinci akta əsasən, “xx.xx.2022-ci il tarixdə X1 fizioterapevti Sənubər Əliyeva prosedur jurnalları yoxlanmışdır. Yoxlanış zamanı jurnalın 89-cu səhifəsində 70 sıra nömrəsi iki dəfə təkrar olunmuşdur, 91-ci səhifədə 2282 saylı kart sıra nömrəsindən kənar yazılaraq əlavə edilmişdir, eyni hal 92-ci səhifədə təkrarlanmışdır, müxtəlif yerlərdə jurnalda qaralama və ağardıcı istifadə edilmişdir. xx.xx.2022-ci il tarixdə iş jurnalı Aliyeva Nərmindən alınıb İddiaçı təhvil verilmişdir, çünki MBT aktiv zalda 09:0015:00-dək cavabdeh şəxsdir. Aşkarlanan səhvlər barədə həm özünə, həm də pansionatın direktoru Səidə Babazadəyə məlumat verilmişdir. Busəbəbdən xx.xx.2022-ci il tarixdə 15:30-da direktorun otağında iclas keçirilmişdir. İclas zama nı jurnalda olan nöqsanlar, eləcə də MBT-aktiv zalının 15 dəqiqəyə qədər gec açılması ilə bağlı müzakirələr aparılmışdır. İddiaçı ona bildirimiş iradları inkar edərək qəbul etməmişdir.” Akt həkim fizioterapevt Sənubər Əliyeva və fizio baş tibb bacısı Yeganə Şahbazova tərəfindən imzalanmışır.

6. Tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən, “İddiaçı işdə etdiyi nöqsanlarla bağlı pansionatın direktoru Səidə Babazadə tərəfindən fərdi görüş zamanı şifahi xəbərdarlıq olunmuşdur. Sonradan nöqsanları aradan qaldırmaq istiqamətində üzərində işləməmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə direktorun qəbul otağında iclas keçirilmişdir, lakin iclas zamanı emosional danışaraq işçilərin ona qarşı qərəzli mövqedə olduğunu bildirərək otaqda konfliktli vəziyyət yaratmışdır, subordinasiya qayda larını pozmuşdur, etik qaydalar mövzusunda təlim keçdiyini və direktorun məlumatsız olduğunu bildirərək hörmətsizlik etmişdir. İclasın sonunda münaqişənin həlli üçün kompromisə gəlməmişdir.” X11, Sənubər Əliyeva, Zamir Əsgərov, Aliyeva Nərmin və Fərəcova Çinarə tərəfindən imzalanmışdır.

7. Tərtib edilmiş üçüncü akta əsasən, “xx.xx.2022-ci il tarixdə X1 fizioterapevti Sənubər Əliyeva 2217 və 2231 saylı kartlarının təyinat vərəqləri prosedur jurnalları ilə müqayisə edilib, yoxlanılan zaman müəyyən edilmişdir ki, müalicəvi bədən tərbiyəsi mütəxəssislərinin iş jurnalında müvafiq qeydlər aparılmamışdır, hər iki pasiyent MBT aktiv və passiv zalında prosedurda olmuşdur. Bu barədə İddiaçı məlumat verildikdə pasiyenti aktiv zalda görmədiyini və bu səbəbdən qeyd aparılmadığını bildirmişdir, lakin qe yd olunan pasiyentlərdən biri həm aktiv həm passiv zalda iştirak etdiyini digər əməkdaşlar görmüşdür. Bu barədə pansionatın direktoru Səidə Babazadəyə məlumat verilmişdir, İddiaçı izahat yazması bildirilmişdir. Sonuncuya izahat yazması bildirildikdə imtina etmişdir və Daxili Nəzarətin araşdırmasından sonra yazacağını bildirmişdir.”

8. Böyük tibb bacısı Yeganə Şahbazova tərəfindən direktor Səidə Babazadəyə ünvanlanmış dördüncü akta əsasən, “Bu akt İddiaçı adına tərtib olunur. İş saatı 09:00 başlamasına baxmayaraq, xx.xx.2022-ci il tarixdə səhər saat 09:16- da təlimçi İddiaçı MBT otağına daxil olmuşdur. Xəstə qəbulu isə artıq başlamışdır və təlimçi Seydul bəy 7 xəstə qəbul etmişdir. Mən isə zalda əyləşib xəstələrin MBT jurnalını yoxlayırdım. Gümira xanım zala daxil olub əyləşdi və telefona b ir qədər baxdıqdan sonra mənə yüksək tonla, xəstələrin qarşısında “Siz aranı qızışdırırsınız, mən Anar Bayramova məktub yazıb siz, Çinarə xanımdan, Səidə xanımdan şikayət edəcəm deyərək hədə-qorxu gəldi. Mən isə sakit şəkildə niyə belə danışdığını və nə baş verdiyini soruşdum, yenidən xəstələrin qarşısında qışqıraraq “sən işə neçədə gəlirsən ki..” deməkdə davam etdi. Subordinasiya qaydalarını xəstələrin qarşısında pozduğuna görə problem yaranmasın deyə mən otaqdan çıxdım. Nəzərə alın ki, dəfələrlə Gülmira xanıma işə gecikdiyi, hətta işdə olduğu zamanlarda iş saatında belə işdən yayındığı və zalda çox xəstə olmasına baxmayaraq işdən nahar vaxtından 15-20 dəqiqə tez nahara çıxmasına görə xəbərdarlıq olunub. Bütün bunlara baxmayaraq, mənə işdə subordinasiya qaydasından kənara çıxaraq cavablar verir və eyni qaydada davam edir...” X12, təlimçi Kaya Seydul, baş tibb bacısı Çinarə Fərəcova tərəfindən imzalanmışdır.

9. Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Heyətinin sədri Anar Bayramov tərəfindən verilmiş 13 fevral 2023-cü il tarixli, 3-17-413-206/0/2023 saylı əmrə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndinin tələblərinin kobud şəkildə pozulması, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarının yerinə yetirilməməsi, vəzifə öhdəliklərinin pozulması, həmçinin əmək intizamınavə müəssisədaxili intizam qaydalarına əmək etməməsi, bundan başqa Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi üzrə əmək vəzifəsinin kobud şəkildə pozulmasına görə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin X1 Orta və kiçik tibb heyətində təlimatçı vəzifəsində çalışan İddiaçı töhmət verilmişdir.

10. Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Heyətinin sədri Anar Bayramov tərəfindən İddiaçı ünvanlandırılmış xəbərdarlığa əsasən, 2023-cü il 28 mart tarixində əmək müqavilənizin müddətinin bitdiyi, onunla növbəti dəfə əmək münasibətlərinin davam etdirilməsi nəzərdə tutulmadığından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə uyğun olaraq, Əmək Məcəlləsinin 68-ci mdadəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 2023-cü il 28 mart tarixində müddətli əmək müqaviləsin xitam veriləcəyi bildirilmişdir.

11. Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Heyətinin sədri Anar Bayramov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-17-4/3-2-896-2023 saylı əmrə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaf iəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin X1 Orta və kiçik tibb heyətində təlimatçı vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və onunla 2020-ci il 28 sentyabr tarixində bağlanmış əmək müqaviləsinə 2023-cü il 28 mart tarixində xitam verilmişdir. 12. “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə əsasən, İddiaçı ilə Cavabdeh İddiaçı ilə bağladığı əmək müqaviləsinə 28 mart 2023-cü il tarixdə Əmək Məcəlləsinin 68.2.b (əmək müqaviləsinin müddətinin qurtarması” əsası ilə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı Cavabdeh publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində töhmət növündə iltizam tənbeh tədbirinin tətbiq olunmasına dair 3-174/3-206/0/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutan 3-17-4/3-2-896-2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, onun X3 müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsinə işə bərpa olunmağını və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, müəssisədə fizioterapevt Sənubər Əliyeva və Fizioterapiya Şöbəsində böyük tibb bacısı işləyən Yeganə Şahbazova iddiaçının işlədiyi idman zalına gələrək pasient lərin gözü önündə ona yüksək tonla iradlarını bildirib, iddiaçının hüquqlarını pozmuşlar. İddiaçı onlara cavab olaraq səs tonlarına diqqət etmələrini bildirmişdir. xx.xx.2022-ci il tarixdə müəssisənin direktoru iddiaçını yenidən iş otağına çağıraraq ona qarşı yazılan 4 aktı təqdim etmiş və bu aktları artıq Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərdiyini bildirmişdir. İddiaçının həmin aktların tərtib olunmasından məlumatı olmamış, aktlar tərtib olunarkən ondan izahat alınmamış, iddiaçı aktlarla tanış edilməmişdir. Həmin aktlar qərəzli şəkildə tərtib olunmuşdur, heç bir hüquqi əsası, sübutu yoxdur. Həmin aktlardan 2-si idman zalında olan jurnalla əlaqəlidir (hər iki aktın düzgünlüyünə Sənubər Əliyeva və Yeganə Şahbazova imza etmişlər). Aktın birində iddiaçının işləməd iyi, digər 2 kolleqasının işləyib jurnalda qeydiyyatlarını aparmadıqları pasientlər haqqında iddiaçının adına akt tərtib edilmiş, digər aktda isə sıra rəqəminin 2 dəfə ardıcıl düşməyi və səliqəsiz formada yazılması göstərilmişdir. Həmin ərəfədə iddiaçı aktiv idman zalında tək xidmət etmiş, zala pasientlər kütləvi formada gəldiyindən o təkbaşına həm pasiensləri qəbul etmiş, həm hansı müayinə metodu tətbiq edəcəklərinə dair təlimatlar verməli, zalda olan əlil pasientlərin qurğulardan yıxılmaqlarına nəzarət etməli və hər bir pasiyenti vaxtında idman zalından jurnalına qeyd etməli olduğundan sıra nömrəsində bu kimi problemlər yaranmış, rəhbərliyin də bu müvəqqəti narahatçılıqdan məlumatı olmuşdur. Halbuki, iddiaçı jurnalı incələdikdə sıra nömrələrində ardıcıllığın pozulması halının daha öncə d ə təkrarlandığını görmüşdür. Lakin, iddiaçı həmin jurnalı məhkəməyə təqdim edə bilmir. Aktın birində Yeganə Şahbazova iddia etmişdir ki, iddiaçının dəfələrlə işə gecikmə halları baş vermiş, iş vaxtı nahardan öndə və nahardan çox vaxt keçdikdən sonra iş yerinə gəlmişdir. Lakin, buna dair heç bir sübut yoxdur. Müəssisənin kadrlar üzrə mütəxəssisi hər gecikən işçidən izahat tələb edir, iddiaçının isə belə bir izahatı yoxdur, çünki o işə gecikmir. Aktın düzgünlüyünə Yeganə Şahbazova, türk vətəndaşı Səydul Kaya (Azərbaycan dilində bir o qədər səlis başa düşməyən), baş tibb bacısı otaqda olmadığı halda imza etmişlər və 1 aktı psixoloq Pərvin Süleymanova iclasda heç bir hadisə baş vermədiyi halda əsassız olaraq iclasın aktını tərtib etmişdir. İddiaçı düşünür ki, iclasın protokolunu tərtib etmək ə vəzinə aktını tərtib etmişdir. Aktda iddiaçının direktorla ikilidə olan danışığını qeyd etmiş, aktın düzgünlüyünə əməkdaşlar imza etmişlər. 13 fevral 2023-cü il tarixdə iddiaçının adına Dövlət Tibbi-Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramovun təsdiq etdiyi töhmət gəlmişdir. Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndinin tələblərinin kobud surətdə pozulması, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarının yerinə yetirilməməsi, vəzifə öhdəliklərinin pozulması, həmçinin əmək intizamına və müəssisədaxili intizam qaydalarına əmək edilməməsi, bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi üzrə əmək fəaliyyəti zamanı yol verilən kobud səhvlərə, hüquq pozuntuları nəti cəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin mənafeyinə ciddi xələl gətirilməsinə görə töhmət verilmişdir. Halbuki, iddiaçıya töhmət verilməzdən öncə ondan izahat alınmamışdır. İddiaçının əleyhinə aktlar xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə yazılmışdır. Lakin nədənsə töhmət xx.xx.2023cü il tarixdə, yəni 2 aya yaxın müddət sonra verilmişdir. 28 mart 2023-cü il tarixdə səhər saatlarında əmək müqaviləsinin həmin tarixdə xitam olunması haqqında xəbərdarlıq, ardınca iş vaxtının bitməsinə yaxın əmək müqaviləsinin xitamı haqqında əmr gəlmişdir. İddiası ən son əmək müqaviləsini 22 fevral 2023-cü il tarixdə “Emas” elektron portalında ASAN imza vasitəsilə imzalamışdır. Əmək müqaviləsinin müddəti haqqında hissədə qeyd olunmuşdur ki, əmək müqavi ləsi xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 il 1 gün müddətinə bağlanmışdır. Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesabolunur. Demək ki, iddiaçının müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixədək uzanmış hesab olunmalıdır. Lakin, qanunsuz olaraq müqavilə müddətinin bitməsi ilə xx.xx.2023-cü il tarixdə müqaviləyə xitam verilmişdir.

15. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(001)3063/2023 saylı qətnaməsiilə (hakim-Mustafayev Etibar) iddia tələbi təmin e dilərək, İddiaçı barəsində töhmət növündə iltizam tənbeh tədbirinin tətbiq olunmasına dair 3-17-4/3206/0/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmr və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə 3-17-4/3-2-896-2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin ləğv olunması, İddiaçı X3 müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsinə işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyinin Cavabdehn üzərinə həvalə edilməsi, dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaitinin Cavabdeh publik hüquqi şəxsdən tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı barəsində cavabdeh tərəfindən tərtib olunmuş aktlar iddiaçının əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməməsini, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməməsini, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsini təsdiq edən sübutlar kimi qəbul edilə bilməz. Belə ki, həmin aktların lazımi qaydada tərtib olunmamaqla (akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri göstərilməmişdir) yanaşı, aktda qeyd olunan hallarla bağlı keyfiyyətli araşdırmanın da aparılması iş üzrə müəyyən edilmir. Ümumiyyətlə iddiaçının hüquqlarının müdafiəsi üçün işəgötürən tərəfindən lazımi şəraitin yaradılması təsdiq olunmur. Bununla yanaşı cavabdeh tərəfindən Azərbaycan Resp ublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinin tələbidə pozularaq intizam tənbehi verilməmişdən əvvəl iddiaçıdan yazılı izahatın verilməsi tələb edilməmiş, onun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirməmişdir. İş materiallarında olan iddiaçının izahatı isə intizam tənbehinin verilməsi ilə bağlı deyil, xx.xx.2022-ci il tarixdə keçirilən iclasla bağlı olmuşdur. Göründüyü kimi iddiaçı barəsində intizam tənbehinin verilməsi qaydaları pozulduğndan iltizam tənbeh tədbirinin tətbiq olunmasına dair 3-17-4/3-206/0/2023 nömrəli, xx.xx.2023cü il tarixli əmr ləğv edilməlidir.

17. İddia tələbinin əmək müqaviləsinə xitam verilməsi barədə 3-17-4/3-2-896-2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən idd iaçının əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı əmək müqaviləsinə xitam verilməsi əsaslı hesab edilə bilməz. Belə ki, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı 28 mart 2020-ci il tarixdə işə başlamış, onunla əmək müqaviləsi 2 il 1 gün müddətinə, yəni 28 sentyabr 2022-ci il tarixədək bağlanmışdır. İddia ərizəsinə cavabdeh tərəfindən verilmiş etirazda iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2023-cü il tarixə qədər uzadıldığı qeyd edilsə də, bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə İddiaçı arasında bağlanmış 25 sentyabr 2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı X4 o rta və kiçik tibb heyətində poliklinika üzrə təlimatçı vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 1 ayı sınaq müddəti olmaqla 3 ay müddətinə bağlanmış, digər iş materiallarında olan “Əmək müqaviləsini bağlayan tərəflər haqqında məlumatlar”da göstərilmişdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi 2 il 1 gün müddətinə, yəni 28 sentyabr 2022-ci il tarixədək bağlanmışdır.

18. Bununla yanaşı, Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Heyətinin sədri Anar Bayramov tərəfindən İddiaçı ünvanlandırılmış xəbərdarlıqda göstərilmişdir ki, “2023-cü il 28 mart tarixində əmək müqavilənizin müddəti bitir. Sizinlə növbəti dəfə əmək münasibətlərinin davam etdirilməsi nəzərdə tutulmadığından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə uyğun olaraq, Əmək Məcəlləsinin 68-ci mad dəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 2023-cü il 28 mart tarixində müddətli əmək müqavilənizə xitam veriləcəkdir.” Qeyd olunmalıdır ki, xəbərdarlıqda tarix göstərilməmiş, habelə “Tanış oldum” hissəsində iddiaçının imzası mövcud deyildir. Beləliklə, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin müddəti 28 sentyabr 2022-ci il tarixdə bitməsinə baxmayaraq, əmək münasibətlədi faktiki olaraq 28 mart 2023-cü il tarixədək davam etmişdir. Yəni, 28 sentyabr 2022-ci il tarixdə müqavilə tərəflərindən heç biri əmək münasibətlərinə son verilməsi təşəbbüsünü göstərməmişlər. Belə olan halda cavabdeh tərəfindən müqavilənin müddətinin məhz 28 mart 2023-cü il tarixində bitmiş hesab olunması əsaslı hesab edilə bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsini n 4-cü hissəsinin tələblərinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi, hazırki işdə müqavilənin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi iddiaçı cavabdeh qurumda 3 il müddətdə işləmişdir. Bu cür vəziyyətdə cavabdeh fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartları tətbiq edib işə qəbul və başqa işə keçirilməni həmin idarəetmə standartlarına uyğun olaraq aparması xarakterinə görə müddətsiz bağlanması tələb edi lən işlərə görə müddətli əmək müqaviləsi bağlanmamalı idi.

19. Məhkəmə bildirmişdir ki, müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərtişin və ya göstərilən xidmətin daimi xarakterə malik olmasıdır. Əmək Məcəlləsinin 47- ci maddəsində göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə bağlıdır. İddiaçı fasiləsiz və etirazsız olaraq cavabdeh qurumda 3 il ərzində işləməsinə və onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümü deyil, daimi xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olmasına və bir sözlə iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı halların müəyyən edilməməsinə baxmayaraq işəgötür ən iddiaçı ilə qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlamışdır. Bununla yanaşı Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Demək ki, iddiaçının müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixədək uzanmış hesab olunmalıdır. Göründüyü kimi işəgötürən əmək müqaviləsini Əmək Məcəlləsi ilə müəyyən edilmiş tələblərə uyğun ləğv etməsini sübuta yetirə bilməmişdir. Odurki, iddia tələbinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləs inə xitam verilməsini nəzərdə tutan 3-17-4/3-2-896-2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi” hissəsidə əsaslı olduğundan təmin edilməlidir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasını Əmək Məcəlləsinin 10-cu maddəsinin a) və b) bəndlərinə, 45.1, 45.2, 45.3, 45.4, 45.5, 68.1, 68.2, 71.1, 71.2, 71.3, 72, 73.2, 186.1, 186.2, 186.3, 186.4, 187.1, 187.2, 187.3, 187.4, 188.1, 188.2, 188.3, 189.2, 189.2, 189.3, 189.4, 300.1-ci: Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 77, 78Ş 79, 80, 81, 82-ci bəndlərinə:“Azərbayca n Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2023-cü il Qərarına: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2, 9.1, 9.1.1-ci: Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 106.1, 119.2, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

21. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya töhmət verilməzdən öncə ondan izahat alınmamışdır. Qeyd edilən halda işçidə n izahat alınması imperativ norma kimi nəzərdə tutulmamış, dispozitiv norma kimi özünü biruzə verir. Bir növ inzibati orqanın hüququ kimi başa düşüləndir. İddiaçı tərəfindən inztizam xətası törədildiyi gündən altı ay keçməmiş cavabdeh tərəfindən müvafiq intizam tənbehi verilərək hər hansı bir hüquq pozuntusuna yol verilməmişdir. Cavabdeh də müddətli əmək müqaviləsini, o cümlədən müddətsiz əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əgər edilmiş olardısa onda hüquq bərabərliyi prinsipi də pozulmuş olur. Bundan əlavə, iddiaçı özü də əvvəldən onunla müddətli əmək müqavilələri bağlamağa razı olmuş və həmin dövrlərdə bu halı heç vaxt mübahisələndirməmişdir. İddiaçı, barəsində qəbul edilmiş töhmət növündə intizam tənbeh tədbirinin tətbiq olunmasına dair 3-17-4/3-206/0/2023 nömrəli, xx.xx.2023 cü il tarixli əmrdən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə uyğun olaraq 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməmişdir. Məhkəmə isə qeyd edilən əmrin ləğv edilməsi barədə qətnamə qəbul etməklə müvafiq prosessual normanın tələblərini pozmuşdur.

23. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin müdafiə etmiş, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmiş, izahatında ona verilən suallara cavab olaraq bildirmişdir ki, mülki iş materiallarında i/v 20-27-də olan elektron qaydadakı əmək müqaviləsi həqiqətən bağlanmışdır. Həmin əmək müqaviləsi müddətli olmaqla, xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək bağlanmışdır. xx.xx.2022-ci il tarixdən sonra avtomatik olaraq 2 il müddətinə xx.xx.2024-cü il tarixədək uzad ılma hesab olunur.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X9 (sədrlik edən və məruzəçi), X8 və X7) 2(103)-6097/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

25. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, cavabdeh iddiaçı barəsində tətbiq edilən intizam məsuliyyətinə səbəb olan halların baş verməsini xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixi aktlarla əsaslandıraraq onun barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b”, 72-ci maddəsinin “e” və 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndlərini tətbiq etmişdir.

26. İş materiallarında olan xx.xx.2022-ci il tarixində tərtib edilmiş aktın tərtib edildiyi tarix 24 noyabr 2022-ci il göstərilsə də, orada xx.xx.2022-ci il tarixdə 15:30-da direktorun otağında iclasın keçirilməsi əks olunmuşdur. Bu da öz növbəsində aktın 24 noyabr 2022-ci il tarixdə tərtib olunmasının mümkünsüzlüyünə dəlalət etməklə aktın mötəbərliyinə birmənalı yanaşmanı inkar edir.

27. Bundan başqa xx.xx.2022-ci il tarixli aktda İddiaçı işdə etdiyi nöqsanlarla bağlı pansionatın direktoru Səidə Babazadə tərəfindən fərdi görüş zamanı şifahi xəbərdarlıq olunması və xx.xx.2022-ci il tarixdə direktorun qəbul otağında keçirilmiş iclas zamanı onun tərəfindən etik qaydaların pozulması ilə bağlı olsa da, həmin iclasın protokolu iş materiallarına əlavə edilməmiş, xx.xx.2022-ci il tarixli akt yalnız bir nəfər fizioterapevti Sənubər Əliyeva tərəfindən tərtib olunaraq orada qeyd olunan iş jurnalları məhk əməyə təqdim olunmamış, Böyük tibb bacısı Yeganə Şahbazova tərəfindən direktor Səidə Babazadəyə ünvanlanmış xx.xx.2022-ci il tarixli aktda İddiaçı iş yerinə saat 09:16-da gəlməsi, ona dəfələrlə işə gecikdiyinə görə xəbərdarlıq olunması qeyd olunsa da, bunu təsdiq edən hər hansı rəsmi sənəd işə əlavə olunmamışıdır.

28. Qeyd olunanlara əsasən Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, iddiaçı barəsində cavabdeh tərəfindən tərtib olunmuş aktlar iddiaçının əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməməsini, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməməsini, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsini təsdiq edən sübutlar kimi qəbul edilə bilməz. Belə ki, həmin aktların lazımi qaydada tərtib olunmamaqla (akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri göstərilməmişdir) yanaşı, aktda qeyd olunan hallarla bağlı keyfiyyətli araşdırmanın da aparılması iş üzrə müəyyən edilmir. Ümumiyyətlə iddiaçının hüquqlarının müdafiəsi üçün işəgötürən tərəfindən lazımi şəraitin yaradılması təsdiq olunmur.

29. Kollegiya intizam tənbehi verilərkən iddiaçıdan izahat alınmaması ilə bağlı cavabdeh tərəfin dəlilini əsassız hesab edərək qeyd edir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinin tələbi də pozularaq intizam tənbehi verilməmişdən əvvəl iddiaçıdan yazılı izahatın verilməsi tələb edilməmiş, onun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirməmişdir.

30. Kollegiya həmçinin, iddianın əmək müqaviləsinə xitam verilməsi barədə 3-17-4/32-896-2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi hissəsində təmin edilməsi ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarına əsasən iddiaçı 28 mart 2020-ci il tarixdə işə başlamış, onunla əmək müqaviləsi 2 il 1 gün müddətinə, yəni 28 sentyabr 2022-ci il tarixədək bağlanmışdır. İddia ərizəsinə cavabdeh tərəfindən verilmiş etirazda iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2023-cü il tarixə qədər uzadıldığı qeyd edilsə də, bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

31. İşəgötürən əmək müqaviləsini Əmək Məcəlləsi ilə müəyyən edilmiş tələblərə uyğun ləğv etməsini s übuta yetirə bilməmişdir. Buna görə də, kollegiya məhkəmənin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə 3-174/3-2-896-2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi ilə bağlı iddia qeyd olunan hissədə düzgün olaraq təmin edilmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması halları aşkar edilməmişdir.

30. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 10, 45.1, 45.2, 45.3, 45.4, 45.5, 68.1, 68.2, 73.1, 73.2, 186.1, 186.2, 186.3, 186.4, 187.1, 188, 189, 300.1, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

31. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları hərtərəfli araşdırılmamış və düzgün olmayan maddi hüquq normaları tətbiq olunmuşdur. İddiaçıya töhmət verilməzdən öncə ona izahat yazmalı olduğu bildirilmiş, buna baxmayaraq iddiaçı izahat yazmaqdan imtina etmişdir. Qeyd edilən halda işçidən izahat alınması imperativ norma kimi nəzərdə tutulmamış, dispozitiv norma kimi özünü biruzə verir. Belə ki, Əmək Məcəlləsinin 187.1-ci maddəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tən behi verilməsini istisna etmir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi qərarında (97ci hissədə) “kollegiya iddiaçıdan izahat alınmaması ilə bağlı cavabdeh tərəfin dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinin tələbi pozularaq intizam tənbehi verilməmişdən əvvəl iddiaçıdan yazılı izahatın verilməsi tələb edilməmişdir” kimi qeyd edərək düzgün nəticəyə gəlməmişdir. Belə ki, cavabdeh Agentlik tərəfindən 187-ci maddənin 1-ci bəndinin bütün şərtlərinə əməl olunmuşdur. İddiaçıdan həm intizam tənbehi verilməmişdən əvvəl yazılı izahatın verilməsi tələb olunmuş, həm də nəticə etibarilə, iddiaçının yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etməmişdir. Beləlik lə, məlum olmuşdur ki, həm birinci instansiya məhkəməsinin, həm də apellyasiya instansiyası məhkəməsinin Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinin pozulması, yəni iddiaçıdan intizam tənbehi verilməmişdən əvvəl yazılı izahatın verilməsinin tələb olunmaması kimi həqiqəti əks etdirməyən hallara əsaslanaraq qərar qəbul etməsi qanunvericiliyə uyğun olmamışdır. Göründüyü kimi məhkəmə tərəfindən ədalətli, qanuni və hərtərəfli araşdırma aparılmamış və nəticədə düzgün olmayan qərar qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə hərtərəfli araşdırma aparmamaqla prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

33. Maddə 10.Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiya sını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək.

34. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

35. Maddə 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

36. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

37. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

38. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

39. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

40. Maddə 68.2. b) bəndinə əsasən əmək müqavidəsinin müddətinin qurmarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır.

41. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən ol unmuş müddətə uzadılmış hesab olunur.

42. Maddə 73.2. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

43. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb e dilirlər.

44. Maddə 186.2. işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.

45. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin i kinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

46. Maddə 186.4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir.

47. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

48. Maddə 187.2. intizam tənbehi, işçi tər əfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

49. Maddə 187.3. intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

50. Maddə 188.1. İntizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərə findən verilə bilər.

51. Maddə 188.2. Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir.

52. Maddə 188.3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən vəzifəli şəxslərdən savayı başqa vəzifəli şəxslərin işçilərə intizam tənbehi verməyə ixtiyarı yoxdur. Əgər bu qaydaların əksinə olaraq işçiyə intizam tənbehi vermək səlahiyyətiolmayan vəzifəli şəxs tərəfindən verilibsə, onun əmri hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr hesab edilir.

53. Maddə 189.1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.

54. Maddə 189.2. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.

55. Maddə 189.3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.

56. Maddə 189.4. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir.

57. Maddə 300.1.Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə i ddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə v ə qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

64. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

65. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

66. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbi q olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

67. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

68. Kassasiya şikayətinin dəlilləri mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edi lmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

69. Eyni zamanda, qeyd olunmalıdır ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

70. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

71. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının 06 dekabr 2023-cü il tarixli 2(103)-6097/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar