Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1429/2022 04.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" məhdud məsüliyyətli cəmiyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nərimanov Rayon İcra Hakimiyyəti cəlb edilməklə) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: qeyri yaşayış sahəsinin qanunsuz sökülməsi, bağlı kompensasiya tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7048/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfində n verilmiş kassasiya şikayəti üzrə işə 04 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi mülkiyyət hüququ üzrə 18 noyabr 2009-cu il tarixdə İddiaçı adına dövlət qeydiyyatından keçmişdir. "xxxx" MMC-nin 26.08.2019-cu il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən binanın zirzəmisindı yerləşmiş və hal-hazırda sökülmüş olan qeyri-yaşayış sahəsinin hazırkı dövrə olan bazar qiyməti 39153 manat təşkil edir. "xxxx" MMC-nin 05.11.2020-ci il tarixli QXM 350/M saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin real bazar qiyməti 45000 manat təşkil edir. İddiaçıya məxsus daşınmaz əmlak - ünvan 2 ünvanında yerləşmiş ümumi sahəsi 42,1 kv metr olan qeyri-yaşayış sahəsi cavabdeh "xxxx" MMC tərəfindən həmin ünvanda yeni hündürmərtəbəli binanın tinşa edilməsi məqsədi ilə sökülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nərimanov rayon İcra hakimiyyəti cəlb edilməklə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən çoxmərtəbəli binanın birinci mərtəbəsində, ümumi sahəsi 41,2 kv metr olan qeyri-yaşayış sahəsi, həmin sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nə simi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallalıı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 86 nömrəli, 25 fevral 2016- cı il tarixli Qərar qəbul olunmuş və bu Qərara əsasən Bakı şəhərinin göstərilən rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi daşıyırdı. Bununla bağlı qərarda göstərilən dövlət proqramının bir qisminin həyata keçirilməsi ilə əlaqədar cavabdeh "xxxx" MMC-yə müvafiq işlərin görülməsi tapşırılmışdır. Lakin cavabdeh bu qərarın icrası ilə bağlı iddiaçının qanunla qorunan mülkiyyət hüquqlar ını kobud surətdə pozaraq ona məxsus olan daşınmaz əmlakı qanunsuz olaraq sökərək məhv etmiş, iddiaçıya ziyan vurmuşdur. Nazirlər Kabtinetinin qərarına əsasən “Pİlot” layihənin icrasına cavabdehə tarşıran Nərimanov Rayon İcra Hakimiyyəti də öz vəzifələrin icrasına lazımınca yerinə yetirməmiş, lazımi qaydada nəzarəti həyata keçirməmiş, cavabdeh tərəfindən yol verilən qanun pozuntularına şərait yaratmışdır. Halbuki, Nazirlər Kabinetinin qərarına görə qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış üçün yararsız olan yaşayış binalarının, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənmə sindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini Rayon İcra Hakimiyyətləri həyata keçirməli idi. Ancaq göründüyü kimi, qərarda göstərilən qaydalara zidd olaraq cavabdehin həyata keçirdiyi işlərin nəticəsində, iddiaçının hüquqları kobud surətdə pozulmuş, əmlakdan fakyda götürə bilməmiş, mənəvi ziyan çəkmişdir. İddiaçıya məxsus olan daşınmaz əmlakın sökülməsindən 2 ildən artıq vaxt keçməsinə baxmayaraq istifadəsindən məhrum olunmuş əmlak üçün nəzərdə tutulmuş komp ensasiya və kirayə haqqı bu günə qədər ödənilməyib. Kirayə haqqı təqribən aylıq 700 manat təşkil edir və iddia qaldırılan tarixə kimi 21000 manat edir. Qeyd edilənləri nəzərə alaraq, cavabdeh - "xxxx" MMC-dən 120000 manat kompensasiya pulu, əldən çıxmış fayda qismində 20000 manat, ödənilməli olan kirayə haqqı 25000 manat, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 145030 manat pul tutularaq iddiaçı – İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdeh "xxxx" MMC-nin üzərinə iddiaçıya məxsus olmuş ünvan 2 ünvanında yerləşmiş, ümumi sahəsi 42,1 kv metr olan qeyri-yaşayış sahəsi qanunsuz olaraq sökülməsi nəticəsində tamamilə məhv edildiyindən həmin ərazidə cavabheh tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın yerin səviyyəsindən aşağı olmayaraq 1-ci mərtəbədə 62,1 kv metrdən az olmamaq şərti ilə (əlavə 20 kv metr) qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi, həmin qeyri-yaşayış sahəsi ilə bağlı müvafiq müqavilənin bağlanılması və digər zəruri sənədlərin tərtib olunması öhdəliyinin cxavabdehin üzərinə qoyulması, (bu mümkün olmadıqda isə sökülmüş qeyri-yaşayış sahəsinin real bazar dəyərini nəzərə almaqla (bir kv metr üçün 3500 manat nəzərə almaqla) 217350 (iki yüz on yeddi min üç yüz əlli) manat), eləcə də əldən çıxmış fayda qismində 20000 (iyirmi min) manat, ödənilməli olan kirayə haqqı 32500 (otuz ikin min beş yüz) manat, qanunsuz hərəkətlər nəticəsində iddiaçıya vurulmuş mənəvi ziyan qismində 12000 (on iki min) manat, qeyri-yaşayaış sahəsində saxlanılmış 5000 (beş min) manat pul, daşınar əşyaların əvəzi qismində 2000 (iki min) manat, əmlakın qiymətləndirilməsi üçün rəyə görə ödənilmiş 300 (üç yüz) manat, ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Kəmalə Əmirxanva) 02 aprel 2021-ci il tarixli, 2(005)-48/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı ünvan 2 ünvanında yerləşmiş və sökülmüş ümumi sahəsi 42,1 kv m. ibarət olan zirzəminin ərazisində "xxxx" MMC-yə məxsus inşa edilmiş çoxmərtəbəli binada 42,1 kv metrdən ibarət olan zirzəmi, bu mümkün olmadıqda isə onun dəyəri kimi 45000 manat məbləğində kompensasiyanın "xxxx" MMC tərəfindən İddiaçı verilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulmuş, iddia qalan hissədə rədd edilmiş dir. Məhkəmə iddianın təmin edilməsinə dair gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıia məxsus daşınmaz əmlak - ünvan 2 ünvanında yerləşmiş ümumi sahəsi 42,1 kv metr ibarət olan qeyri-yaşayış sahəsi cavabdeh “X3” MMC tərəfindən həmin ünvanda yeni hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə aparılan işlər nəticəsində qannusuz olaraq sökülmüş, bununla da iddiaçıya maddi ziyan vurulmuşdur. Birinci instansiya məhkəməsi həmin hissədə gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 21, 23, 385.1, 442, 445 və sair maddələrə istinad etmişdir. Məhkəmə iddianın təmin edilməyən hissəsində mövqeyini onunla əsaslandırmışdır ki, sökülmüş tikili ünvan 2 ünvanında yerləşmiş və təyinatı zirzəmi olmuşdur. İddiaçı həmin zirzəminin sahibkarlıq məqsədləri üçün istifadə etməsi nə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, sökülmüş zirzəminin əvəzində inşa ediləcək binadan qeyri-yaşayış sahəsinin tələb edilməsi əsassızdır. Həmçinin, əldən çıxmış fayda qismində 20000 (iyirmi min) manat, ödənilməli olan kirayə haqqı 32500 (otuz ikin min beş yüz) manat, qeyri-yaşayaış sahəsində saxlanılmış 5000 (beş min) manat pul, daşınar əşyaların əvəzi qismində 2000 (iki min) manat hissəsində iddia tələbini məhkəmə əsassız hesab edir, çünki iddiaçı həmin tələbləri təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mənəvi ziyanın ödənilməsi ilə bağlı hissədə qeyd etmişdir ki, hazırki işdə İddiaçı "xxxx" MMC tərəfindən ona məxsus daşınmaz əmlakın sökülməsi nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edə biləcək sübutl arını məhkəməyə təqdim etmədiyindən 12000 manat mənəvi ziyana görə pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddianın təmin edilməyən hissəsində mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 21-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına istinad etmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, iddianın qis mən təmin olunmuş hissəsində dəyişiklik edilərək, iddiasının tam həcmdə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini iddia tələbinin dəlilləri ilə əsaslandırılmaqla yanaşı göstərmişdir ki, irəli sürdüyü iddia tələblərini qismən təmin edərək birinci instansiya məhkəməsi onun pozulmuş hüquqlarını bərpa etməsinin əvəzinə onları pozmuşdur. Hesab edir ki, qətnamə iddianın təmin olunmamış hissəsində tamamilə ləğv olunmalı, iddianın qismən təmin olunması hissəsində isə dəyişdirilərək, yeni qətnamə qəbul olunmalıdır. Birinci instansiya məhkəməsi qətnaməni iddianın niyə görə qismən təmin etdiyini əsaslandırmamışdır. Bundan başqa işdə digər qiymətəndirmə şikrətinin rəyi var və bu rəyə əsasən isə əmlakının sökülməsinə görə ərazi üzrə bir kv metr üçün bazar qiyməti müəyyənləşdirilmişdir. Lakin məhkəmə ümumiyyətlə həmin rəyi qiymətləndirməmiş, işdə olan bütün sübutları araşdırmamışdır. Həmçinin iddianın “cavabdehin inşa etdirdiyi binanın yerin səviyyəsindən aşağı olmamaqa şərti ilə 1-ci mərtəbədə ümumlikdə 62,1 kv metrdən az olmadan (əlavə 20 kv metr) qeyri-yaşayış sahəsinin təhvil verilməsi, təhvil verilməsi ilə əlaqədar müvafiq müqavilənin bağlanılması və digər zəruri sənədlərin tərtib olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində” də təmin olunmamvsını əsaslandırmamış, “Pilot” layihənin icrası ilə bağlı paytaxtın digər rayonlarında kompensasiyanın məbləğinin müəyyən edilməsinin və ödənilməsinin tamam aparılmasını nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyas ının (hakimlər Şeyda Məhərrəmova sədrlik edən və məruzəçi, Vəfaddin İbayev və Rəşad Həsənov) 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, məhkəmə iddia tələbinin qismən təmin edilməsi hissəsində düzgün nəticəyə gəlmişdir, iddia tələbləri təmin edilməyən hissədə əsassız olmuşdur, həmçinin apellyasiya şikayətinin dəlilləri işin qeyd olunan halları ilə qarşılıqlı olaraq yoxlanılsa da, öz təsdiqini tapmamışdır. Məhkəmə Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə vurulmuş zərərəin məbləğnin müəyyən edərkən qanunvericiliyin tələblərinə riayət etməmiş, kifayət qədər əsaslı olmayan qiymətləndirmə hesabatına istinad etmiş, göstərilən ünvanda qeyri yaşayış sahəsinin bir kv metrinin bazar qiymətinin 3500 manat olmasına dair işdə olan rəyə ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə həmçinin sökülmüş qeyri yaşayış sahəsinin ailəsinin yeganə qazanc mənbəyi olması, əmlakından məhrum edilməsi nəticəsinbə uzun müddət maddi və mənə vi məhrumiyyətlərə məruz qalması, məmur özbaşınalığı ilə üzləşməsi, bütün bunlara görə mənəvi sarsıntı keçirməsini diqqətdən qaçırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qət namədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları y alnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur” “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vu rulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə y ol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən 45000 manat məbləğində kompensasiyanın ödənilməsini qənaətbəxş hesab etmiş, apelyasiya instansiyası məhkəməsi isə bu mövqe ilə razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr bu qənaətə gələrkən işdə olan sübutlara MPM-nin 88-ci maddəsinə uyğun qiymət verməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov rayon İcra hakimiyyəti başçısının 09 avqust 2016-cı il tarixli sərəncamı ilə rayonun Təbriz, F.Yusifov, Ağa Nemətulla, və F.X.Xoyski küçələrinin kəsişməsində hündürmərtəbəli binanın inşası məqsədilə 7,5 ha torpaq sahəsi cavabdeh "xxxx" MMC-nin istifadəsinə verilmiş, həmin ünvanda yerləşən və sökülməli olan yaşayış binalarının sakinlərinin qarşılıqlı razılaşma əsasında köçürülmələri MMC-yə tapşırılmışdı r. Nərimanov rayon İcra hakimiyyəti ilə "xxxx" MMC-nin arasında bağlanmış 12 oktyabr 2016-cı il tarixli müqaviləyə görə yuxarıda göstərilən ünvanda və sökülmsəsi nəzərdə tutulan binanın sakinlərinin qarşılıqlı razılıq əsasında köçürülməsinin təmin edilməsini MMC öz öhdəsinə götürmüşdür. "xxxx" MMC ünvan 1 ünvanında olan yaşayış binasını sökərkən həmin binanın zirzəmi hissəsində yerləşən və İddiaçı mülkiyyətində olan 42,1 kv metr qeyri yaşayış sahəsinin mülkiyyətçisi ilə razılıq əldə etməmiş, mülkiyyətçinin məlumatı olmadan zirzəmini sökmüş, sonuncunu əmlakından məhrum etməklə ona maddi ziyan vurmuşdur. Cavabdeh MMC tərəfindən də həmin məsələ mübahisələndirilmir, 45000 manat maddi ziyanın təmin olunması barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən müvafiq olaraq apellyasiya şikayəti və kassasiya şikayəti verməmişdir. İddiaçı daşınmaz əmlakının məhv olunması nəticəsində çəkdiyi ziyanın məbləğinin müəyyən edilməsindən narazıdır. İşə baxan rayon məhkəməsi mübahisənin predmeti olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin real bazar qiymətinin 39153 manat təşkil etməsi barədə "xxxx" MMC-nin 26.08.2019-cu il tarixli qiymətləndirmə hesabatı, həmin əmlakın real bazar dəyərinin 45000 manat olması "xxxx" MMC-nin 05.11.2020-ci il tarixli QXM 350/M saylı rəyini əsas götürürək hesab etmişdir ki, əmlakın məhv olması nəicəsində iddiaçıya 45000 manat ziyan dəymişdir. Apellyasiya instansiyası məhkəməsi isə əlavə olaraq "xxxx" MMC-dən iddiaçıya məxsus olmuş 42,1 kv metr qeyri yaşayış sahəsinin (zirzəmi) hazırkı bazar (likvid) qiymətinin 42100-44200 ma nat təşkil etməsi barədə LP-144/2021 nömrəli 01 sentyabr 2021-ci il tarixli əlavə mütəxəssis rəyi almış və əmlakın məhv olması nəticəsində iddiaçıya vurulmuş ziyanın 45000 manat olmas barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmışdır. İşdən görünür ki, iddiaçı tərəfindən “X1” tərəfindən verilmiş 30.01.2020-ci il tarixli 154 saylı rəy məhkəməyə təqdim olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsində həmin rəy sübut kimi qeyd edilmişdir. Həmin rəyə görə ünvan 1 ünvanında əvvəllər mövcud olmuş, hazırda sökülmüş qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazi üzrə bir kvadrat metrinin bazar qiyməti ilə təqribi dəyəri 3500 manat müəyyən edilir. İşə baxan məhkəmələr “X1” tərəfindən verilmiş 30.01.2020-ci il tarixli 154 saylı rəyə qiymət verməmiş, həmin rəyin sübut kimi qəbul olunmam ası əsaslandırmamış, iddiaçı tərəfindən təqdim edilmiş rəy ilə məhkəmə tərəfindən təyin edilmiş ekspertizalar üzrə alınmış rəylərdə əmlakın bazar qiymətləri arasında kəskin fərqin olmasını diqqətdən qaçırmış, obyektiv tədqiqat üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən rəy aılnmasını müzakirə etməmişdir. Həmçinin məhv edilmiş əmlakın dəyərinin dəqiq müəyyən edilməsi söküntü işləri aparılmış binalarda oxşar qeyri yaşayış sahələrinin mülkiyyətçilərinə cavabdeh MMC tərəfindən ödənilmiş kompensasiyanın məbləğləri barədə sənədlərin təqdim olunması təklif edilməmiş, həmin sənədlərin hazrkı iş üzrə alınmış rəylərlə müqayisəli tədqiqatı aparılmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının əmlakının məhv olmas ına görə kompensasiyanın ödənilməsi hissədə ləğv edilməlidir. İşdən daha sonra görünür ki, iddiaçı əldən çıxmış fayda qismində 20000 manat, ödənilməli olan kirayə haqqı 32500 manat, qanunsuz hərəkətlər nəticəsində iddiaçıya vurulmuş mənəvi ziyan qismində 12000 manat, qeyri-yaşayaış sahəsində saxlanılmış 5000 manat pul, daşınar əşyaların əvəzi qismində 2000 (iki min) manat, əmlakın qiymətləndirilməsi üçün rəyə görə ödənilmiş 300 (üç yüz) manat pul tələb etmiş, birinci instansiya məhkəməsi həmin tələbləri rədd etmiş, hesab etmişdir ki, İddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübut yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcl ər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddənin məzmununa görə maddi zərər yalnız şəxsin məhrum olduğu əmlakın dəyərini deyil, həmin əmlakın istifadəsindən əldə oluna biləcək gəlirləri də özündə ehtiva edir. İddiaçının məhv olmuş əmlakı qeyri yaşayış sahəsi olması nəzərə alındıqda məhkəmə kollegiyası hesab edir ki, həmin əmlakdan gəlir əldə olunması və bu gəlirdən iddiaçının məhrum olması daha çox inandarıcıdır. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam ləğv olunmalı, iddia tələbinin rədd olunan əldən çıxmış fayda, kirayə haqqı, mənəvi ziyan və digər hissələrinə əsas tələbi n, yəni 42,1 kv metr qeyri yaşayış sahəsinin məhv olmasına görə kompensasiya tələbinə təmin edilməsindən asılı olaraq qiymət verilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnam ə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7048/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üç ün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.