Məhkəmə qərarları › İş №2(102)-1429/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1429/2023

03.05.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1429/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh X qarşı iş üzrə QƏRARİ Açar sözlər:tutmanın ipoteka predmetinə yönəldilməsi 03.05.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 noyabr 2022-ci il tarixli, 2(103)5935/2022 saylı qətnaməsindən Cavabdeh X tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları İddiaçı ASC (bundan s onra Bank) ilə Cavabdeh Nərimanoviç (bundan sonra cavabdeh) arasında bağlanmış 18 dekabr 2013-cü il tarixli, 119105-1-10113/1 saylı əlavə kredit və 18 dekabr 2013-cü il tarixli, 119185-1-10113/2 saylı kredit müqaviləsi bağlanmışdır. Cavabdeh Nərimanoviç tam mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dəniz döngəsi 9 “A” saylı fərdi yaşayış evini 19 dekabr 2013-cü il tarixli, 120286-NEDVİJ-2138 saylı alqı-satqı və ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh x öhdəliyini icra etməyərək Banka 18 dekabr 2013-cü il tarixli, 119105-110113/1 saylı müqavilə üzrə 162.100.23 manat kredit borcu, 18 dekabr 2013-cü il tarixli, 119185-1-10113/2 saylı kredit müqavilə üzrə 67.072.17 ABŞ dolları borcu qalmışdır. Bakı şə həri, Xəzər Rayon Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 18 dekabr 2013-cü il tarixli kredit müqavilə üzrə 162.100.23 manat kredit borcu, 18 dekabr 2013-cü il tarixli müqavilə üzrə 67.072.17 ABŞ dolları kredit borcu və ipoteka predmetinin ilkin satış qiyməti 450.000 manat müəyyən edilməklə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dəniz döngəsi 9 “A” saylı fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Sonradan Bakı Apellyasiya məhkəməsi Mülki kollegiyasının qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiyməti 335.000 manat müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 14 iyun 2017-ci il tarixli, Y-333 saylı “Hərracın nəticələri haqqında” protokola əsasən hərracın qalibi Bank hesab edilmişdir. 07 oktyabr 2017-ci il tarixli Çıxarış a əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dəniz döngəsi 9 “A” saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Bankın adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bank iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mübahisəli evindən məcburi qaydada çıxarılması, fərdi yaşayış evinin boşaldılması cavabdehdən alınaraq Bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bank iddia ərizəsini işin hallarına istinad edərək əsaslandırmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli, 2(003)-2335/2018 saylı qətnaməsi ilə (hakim Ə.Qəhrəmanov) iddia təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şü vəlan qəsəbəsi, Şimal DRES Dəniz döngəsi 9 “A” saylı fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin boşaldılması və Cavabdeh geri alınması qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki,iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan maneə olmadan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ olduğundan, mülkiyyətçinin hüquqi əsasla və rekvizitlərlə əhatə olunmuş hüquqmüəyyənedici sənədlər əsasında sahibi olduğu mülkiyyətindən məhrum edilməsi qanunsuz və ədalətsiz olmaqla yolverilməzdir. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 157.8, 158.4-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 82.3, 107, 108.2-ci maddələrinə istinadla əsaslan dırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh və maraqlarına toxunan şəxs Maraqlı şəxs qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən onun iştirakı təmin edilmədən qətnamə çıxarılmışdır. Belə ki, o, qətnamədən icra mərhələsində xəbər tutmuşdur. Evi hərracdan aşağı qiymətə satılmışdır. Bu səbəbdən, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlarına toxunan şəxs apllyasiya şikayətini onunla əsasdırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən, onun maraqlarını nəzərə almamış və işə dəvət etməmişdir. Belə ki, bu ev birgə nikah dövründə alınmışdır, həmin evdə yaşamışdır. Onun bu evin alınm asında birgə əməyi olub, evin ipoteka qoyulmasına razılıq verməmişdir və evin girov qoyulmasından bu yaxın zamanlarda bilmişdir. Belə ki, o Bankın iddiası ilə bağlı məhkəmə qətnaməsini 02 fevral 2022-ci il tarixdə almaqla bilmişdir ki, ev girovdadır və ev borca görə məhkəməyə verilib. İcradan maraqlanıb Xətai Rayon Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli qətnaməsinin surətini 02 fevral 2022-ci il tarixdə aldıqdan dərhal sonra apellyasiya şikayəti vermişdir. Hazırda onun mülkiyyət hüququ pozulmuşdur. Belə olan halda bu qətnamə onun da maraqlarına toxunur. Həmin qətnamə çıxarılarkən ümumiyyətlə onun maraqları nəzərə alınmamışdır. Bu səbəbdən, qətnamənin ləğv edilərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 noyabr 2022-ci il tarixli, 2(103)5935/2022 saylı qətnaməsi ilə (hakimlər İ.Şirinov sədrlik edən, məruzəçi, Y.Cahangir və T.Quliyev) cavabdeh və maraqlarına toxunan şəxsin apellyasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qərar qəbul edilərək iddia təmin edilmiş və cavabdehin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dəniz döngəsi 9 “A” saylı fərdi yaşayış evindən boşaldılaraq çıxarılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad edərək hesab etmişdir ki, cavabdehin mübahisəli yaşayış evindən məcburi qaydada çıxarılması və fərdi yaşayış evinin boşaldılmasını iddiaçının tələb etməsi əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi maraqlarına toxunan şəxsin apellyasiya şikayətinə əsasən hesab etmişdir ki, Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasipartiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, cavabdeh mübahisəli fərdi yaşayış evindən çıxarılmalı və fərdi yaşayış evi boşaldılmalıdır. Məhkəmə kollegiya sı öz hüquqi mövqeyini Mülki Məcəlləsinin 157.1, 157.2-ci maddələrinə, habelə MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kasatora məxsus evi bank tərəfindən qanunsuz əldə edilmişdir, çünki hərrac qanunsuz keçirilmişdir. Bir dəfə hərrac olmuş və Bank almadığından birinci həərrac keçirilməsi etibarsız hesab edilməmiş, ikinci dəfə yenidən başqa qiymətlə hərrac keçir ilmişdir. Bankdan kredit almaqla şikayətçiyə məxsus mübahisəli yaşayış evi girov qoyaraq, ödənişlər vaxtında yerinə yetirilmədiyi üçün Bank məhkəməyə müraiət etmiş və birinci instansiya məhkəməsinin 12 noyabr 2015-cı il tarixli icra vərəqəsinə əsasən icra hərəkətləri aparılmış və şikayətçiyə məxsus əmlak satışa çıxarılmışdır. Mübahisəli əmlak 450.000 manat qiymətləndirilməklə “İpoteka haqqında” Qanunun tələblərinə əsasən satılması üçün hərraca çıxarılmışdır. Xəzər rayon İcra Şöbəsinin 20 sentyabr 2016-ci il tarixli sifariş məktubu ilə ipoteka predmeti hərraca çıxarılmışdır. İddia ərizəsinə əlavə edilmiş açıq hərracın keçirilməsinə dair 02 dekabr 2016-cı il tarixli, 5369 saylı bildirişdən görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti 450.000 manat olmaqla 21 dekabr 2016-ci il tarixdə mübahisəli yaşayış evinin açıq hərracda satılmasına dair bildiriş göndərilmişdir. Ancaq nədənsə yenidən 335.000 manat qiymətləndirilməklə yenidən hərraca çıxarılmışdır. İlk hərrac etibarsız hesab edilməmiş ikinci dəfə yenidən başqa hərraclar keçirilmişdir. Hərracın keçirilməsi barədə prosessual hüquq normaları yoxlanmamışdır. Hərrac özü etibarsız olduğundan onun nəticələri də etibarsızdır. Məhkəmə kollegiyası şikayətin həmin hissəsini ümumiyyətlə araşdırmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tə tbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; Maddə 1.0.6. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; Maddə 34.1.3. İpoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; Maddə 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: Maddə 39.3.2. İpoteka predmetinin təsviri; Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mül ki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdır ılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında bağlanmış 18 dekabr 2013-cü il tarixli əlavə kredit və 18 dekabr 2013-cü il tarixli kredit müqaviləsi bağlanmışdı r. Cavabdeh tam mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dəniz döngəsi 9 “A” saylı fərdi yaşayış evini 19 dekabr 2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 18 dekabr 2013-cü il tarixli kredit müqavilə üzrə 162.100.23 manat kredit borcu, 18 dekabr 2013-cü il tarixli müqavilə üzrə 67.072.17 ABŞ dolları kredit borcu və ipoteka predmetinin ilkin satış qiyməti 450.000 manat müəyyən edilməklə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dəniz döngəsi 9 “A” saylı fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Sonradan Bakı Apellyasiya məhkəməsi Mülki kollegiyasının qətn aməsi ilə ipoteka predmetinin ilkin satış qiyməti 335.000 manat müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 14 iyun 2017-ci il tarixli, Y-333 saylı “Hərracın nəticələri haqqında” protokola əsasən hərracın qalibi Bank hesab edilmişdir. 07 oktyabr 2017-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dəniz döngəsi 9 “A” saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Bankın adına qeydə alınmışdır. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, iddiaçı mülkiyyətində olan sözügedən evin boşaldılaraq cavabdehin Bak ı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dəniz döngəsi 9 “A” saylı fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasını və həmin evin boşaldılaraq ona təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur və iddiaçının bu tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbləri təşkil etmişdir. Maddənin mənasına görə, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: 1) əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; 2) əmlakın naturada mövcud olması və başqasının qanunsuz sahibliyində olması; 3) tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tut ur: a) mülkiyyət hüququnun tanınması; b) özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; d) mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, vimdecere- sözündəndir və zor tətbiq edəcəyini elan etmək mənasını verir) mülkiyyətçinin öz əm lakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir. Həmin Məcəllənin 157.4-cü maddəsində göstərilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddənin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı düzgün olaraq təmin etmiş olsa da, cavabdehin məhkəmə iclasında iştirakını təmin etməməklə, habelə Maraqlı şəxs işə baxılmağa cəlb etməməklə Mülki Prosessual Məcəllə nin 387.2.2-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, həmin maddənin mənasına görə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa və 387.2.4-cü maddəsinə əsasən, məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Beləliklə, qətnamə yuxarıda qeyd edilən prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dəniz dön gəsi 9 “A” saylı fərdi yaşayış evindən çıxarılmalı və fərdi yaşayış evi boşaldılmalıdır. Məhkəmə kollegiyası maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin 15.4-cü maddəsinəəsasən, məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və q anunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. Hazırki halda iddia ərizəsindən məlum olur ki, iddia tələbi yalnız cavabdehə qarşı yönəlmişdir. Belə olan halda, məlum olur ki, Maraqlı şəxs qarşı tələb irəli sürülmədiyindən, hazırki qətnamənin məcburiliyi Maraqlı şəxs aid edilə bilməz. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmə dən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 noyabr 2022-ci il tarixli, 2(103)-5935/2022 saylı qətnaməsi Cavabdeh Nərimanoviçə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar