Məhkəmə qərarları › İş №2(102)-143/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-143/2021

08.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-143/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair iş üzrə QƏRARİ iş № 2(102)-143/2021 (Açar sözlər: torpaq sahəsinin ayrılmasına və torpaqdan istifadə etməsinə dair faktın müəyyən edilməsi ) Bakı şəhəri, 08 fevral 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və X3 ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı “bağ sahəsinin ayrılmasına və bağ sahəsindən istifadə etlməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə Bakı Apellyasiya M əhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020 il tarixli 2(103)-371/2020 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 08 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 X1 İstismarı Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli 8114 saylı müqaviləyə əsasən ərizəçiyə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində sahəsi 0,12 ha olan 45q saylı bağ sahəsi ayrılmışdır.

2. Ərizəçi uzun müddətdir ki, istifadəsində olan bu bağ sahəsinin ətrafını hasara alaraq abadlaşdırmış və bağ sahəsindən istifadə etmişdir. a) Birinci instansiya məhkəməsində icraat

3. Ərizəçi İddiaçı ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsə bəsi ərizəsində sahəsi 0,12 ha olan 45q saylı bağ sahəsinin Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 X1 İstismarı Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli 8114 saylı müqaviləyə əsasən ona ayrılması və həmin bağ sahəsindən istifadə etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs kimi qoyulmuşdur.

4. Ərizə onunla əsaslandırılıb ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 X1 İstismarı Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli 8114 saylı müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində sahəsi 0,12 ha olan 45q saylı bağ sahəsi ərizəçiyə ayrılıb.

5. Ərizəçi xeyli vaxtdır ki, daimi və ailəvi olaraq bu bağ sahəsindən istifadə edir, buna görə yerl i vergiləri ödəməklə yanaşı, vaxtlı-vaxtında işıq, su və sair kommunal xərclərini də ödəyir.

6. Sözügedən bağ sahəsinin özəlləşdirmək üçün 2016-cı ilin may ayında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir.

7. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi xx xxx 2016-cı ildə rədd cavabı verərək, İdarənin arxivində bağ sahəsinin ayrılmasına dair məlumat aşkar edilmədiyini bildirmişdir.

8. Ərizəçi DƏDRX-in rədd cavabını 2 saylı Bakı İnzibati Məhkəməsində mübahisələndirmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilib ki, sənədin arxiv məlumatı yoxdur, hətta sənədin əsli itirilib.

9. Həmçinin məhkəmə iclasında DƏDRX-in nümayəndəsi ərizəçiyə bildirib ki, arxiv məlumatı olmadığı üçün ərizəçi yalnız ümumi məhkəməyə bağ sahəsinin ayrılması və bağdan istifadə edilməsi faktının müəyyən edilməsi ilə b ağlı ərizə verməlidir. Bu təkliflə razılaşıb, DƏDRX-ə qarşı iddiasını geri götürüb.

10. Ərizəçi hazırki ərizəni də məhz buna görə verib.

11. Ərizəçi ərizədə Mülki Prosessual Məcəlləsinin 307.1 və 308-ci maddələrinə istinad etmişdir.

12. Maraqlı şəxsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və heç bir etiraz göndərməmişdir.

13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(010)5318/2017 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində sahəsi 0,12 ha olan 45q saylı bağ sahəsinin Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 X1 İctimai Birliyi ilə bağlanmış xx.xx.2005-ci il tarixli 8114 saylı müqavilə əsasında ərizəçi İddiaçı ayrılması və onun həmin bağ sahəsindən istifadə etməsi faktının t əsdiq edilməsi qət edilmişdir. (hakim Elçin Ağayev)

14. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara, şahid ifadələrinə istinadən müəyyən etmişdir ki, 2005-ci ildən İddiaçı həmin bağ sahəsindən istifadə edir. Həmin bağ sahəsi ona Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 X1 İstismarı Birliyi ilə bağladığı müqavilə əsasında verilmişdir.

15. Birliklə İddiaçı arasında bağlanmış xx xxxxxxxx 2005-ci il tarixli 8114 nömrəli bağ sahəsinin istifadəyə verilməsi haqqında müqavilənin qovluğu idarənin arxivində aşkar olunmadığından İddiaçı bağ sahəsinin özəlləşdirilməsindən imtina edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırıb ki, xx.xx.2005-ci il tarixli 8114 saylı müqaviləyə əsasən ərizəçi İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ə razisində sahəsi 0,12 ha olan 45q saylı bağ sahəsinin ayrılması və həmin bağ sahəsindən onun istifadə etməsi faktını təsdiq edən işdə kifayət qədər sübutlar vardır, həmin halların başqa cür təsdiq edilməsi mümkün deyil, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və ərizə əsaslı olduğu üçün təmin edilərək, sözügedən hüquqi əməhiyyəti olan fakt müəyyən edilməlidir.

17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 700.1,700.2, 706.1,706.2, Torpaq Məcəlləsinin 48, 50, 51, 58, 81, 84, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 305.1.1, 307.1, 308 və 311-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

18. Maraqlı şəxs DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi qətnamədən apelyasiya şikayəti verib.

19. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, müvafiq bağ sahəsinin 160 kv.m hissəsi X6 məxsus qonşu özəl sahə ilə üst-üstə düşür və bağ sahəsinin hüquq müəyyənedici sənəd üzrə həcmi 1200 kv.m. təşkil etsə də, faktiki olaraq 1086 kv.m. sahədən ibarətdir. Ərizəçi torpaq sahəsinin ölçüsünün azalmasına dair İdarəyə notarial qaydada təsdiq edilmiş ərizə verməyib.

20. Ərizəçinin təqdim etdiyi sənədlər surət olub, onların əsilləri İdarəyə təqdim edilməyib.

21. İddiaçı apelyasiya şikayətinə qarşı etiraz verərək apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

22. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(103)-10306/19 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyində qeyd edilib ki, DƏDRX -in 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarında mövcud vəziyyətə görə verilmiş koordinatlara əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərizəsində sahəsi 0.12 ha olan 45q saylı bağ sahəsinin 62 kv.m hissəsi qərb sərhəddi tərəfdən **********39 reyestr nömrəsi ilə X4 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür.

24. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020 il tarixli 2(103)371/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)-5318/2017 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə çıxarılmış, ərizəçi İddiaçı "torpaq sahəsinin ayrılması və istifadədə olma faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilməmiş, ekspertiza xərcinin ərizəçidən tutulması qət edilmişdir. (hakimlər Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi) Elşad Şamayev, Məmməd Məmmədov)

25. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun gəlmir, belə ki, iş üzrə təyin edilmiş ekspertizanın rəyi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində sahəsi 0.12 ha olan 45q saylı bağ sahəsinin 62 kv.m hissəsinin qərb sərhəddi tərəfdən **********39 reystr nömrəsi ilə X4 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür.

26. Apellyasiya məhkəməsi belə qənaətə gəlib ki, ərizəçinin tələb etdiyi faktın müəyyən edilməsi mümkünsüzdür. Çünki ekspert rəyinə əsasən sözügedən torpaq sahəsinin bir hissəsi Gülnar Nuriyevanın mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür və hüquqi f aktın müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsi sonuncunun mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər.

27. Apellyasiya məhkəməsi onu da qeyd edib ki, qanunvericiliyin tələbinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür.

28. Apellyasiya məhkəməsi xüsusi olaraq vurğulayıb ki, hü quqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar.

29. Apelyaisya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 152.5, Mülki Prosessual Məcəllənin 305.1.1 və 308-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

30. Ərizəç i İddiaçı qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv, ərizəsinin təmin edilməsi barədə yeni qərar çıxarımasını xahiş etmişdir.

31. Kassasiya şikayətində sübutlara düzgün qiymət verilməməsinə, apelyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

32. Kassasiya şikayətinə maraqlı tərəfin yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

33. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. T ətbiq edilən hüquq Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Prosessual Məcəllə Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qayda sında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1.Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə ərizəçi tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhk əmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.

37. Ərizəçi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərizəsində sahəsi 0,12 ha olan 45q saylı bağ sahəsinin Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 X1 İstismarı Birliyinin tərəfindən xx.xx.2005-ci il tarixli 8114 saylı müqaviləyə əsasən ona ayrılması və həmin bağ sahəsindən istifadə etməsi faktının müəyyən edilməsini xahiş etmişdir.

38. Apellyasiya instansiyası məhkəməsinin özünün də istinad etdiyi Mülki Prosessual Məcəllənin 308-ci maddəsi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsinin zəruri şərtini müəyyən etmişdir. Həmin şərtə görə hüquqi əhəmiyyəti olan fakt özü-özlüyündə mövcud olmalı və yalnız ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməzsə və ya itirilmiş sənədləri bərpa etmək mümkün olmadığı hallarda müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər.

39. Hazırki halda isə ərizəçinin məhkəmə qaydasında müəyyən etmək istədiyi faktın məhkəmədən kənar başqa qaydada müəyyən etmək imkanının olub-olmamasını apellyasiya məhkəməsi müəyyən etməmişdir. Nəticədə belə halın müəyyən ediləcəyi halda ərizənin Mülki Prosessual Məcəllənin 308-ci maddəsinin tələbləri baxımından həll edilməsinin mümkün olub-olmaması da araşdırılmamışdır.

40. Ərizəçi Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 X1 İstismarı Birliyi ilə bağladığı xx.xx.2005-ci il tarixli 8114 saylı müqaviləyə istinad etmiş və həmin müqavilənin kserosurətini iş materiallarına əlavə et mişdir.

41. İşə baxan birinci instansiya məhkəməsi həmin müqavilənin əslinin və ya müqavilənin verilməsinə əsas olan hər hansı sənədin əldə edilməsi ilə bağlı heç bir hərəkət etmədən ərizəni təmin, apelyasiya məhkəməsi isə torpaq sahəsinin bir hissəsinin başqa şəxsin mülkiyyətində olması əsası ilə rədd etməklə, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq vəzifəsinə əməl etməmiş, bununla da hazırki ərizədə göstərilən xahişin məhkəmə qaydasında müəyyən edilməli olan hüquqi əhəmiyyətli fakt olub-olmaması araşdırmadan kənarda qalmışdır.

42. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respubli kası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində qeyd edilib ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 43.Qeyd edilən Qər arın 1.3-cü bəndinə görə isə məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.

44. Göründüyü kimi, müqavilənin əslinin və ya müqavilənin verilməsinə əsas olan hər hansı sənədin olub-olmaması hazırki ərizənin Mülki Prosessual Mə cəllənin 308-ci maddəsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının kontekstində qiymətləndirilməsi baxımından zəruri olmuşdur.

45. Buna baxmayaraq, məhkəmələr tam araşdırma aparmadan ərizəni mahiyyəti üzrə həll edib qətnamə çıxarmaqla səhvə yol vermişlər.

46. Bu baxımdan, məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi və prosessual hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.

47. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, ərizədə göstərilən xahişin MPM-in 308-ci maddəsinə uyğun olaraq məhkəmə qaydasında müəyyən edilməli olan hüquqi əhəmiyyətli fakt olub-olmamasını araşdırmalı və bunun nəticəsi olaraq işin müəyyən edilmiş hallarına uyğun gələn maddi və prosessual hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020 il tarixli 2(103)371/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar