Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1430/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar X2 və İddiaçı1 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu, Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçılar X2 və İddiaçı1 Cavabdeh MTK-ya qarşı pul və mənzilin təhvil verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7233/2022 nömrəli 22 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən mülki işə 11 aprel 2023-cü il tarixdə Azərba ycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. ünvan 1 saylı evin 102 saylı mənzili (bundan sonra-mənzil) hər birinin payı 1/2 hissədə olmaqla paylı mülkiyyət kimi iddiaçılara məxsus olmuşdur. Sonradan həmin mənzilin məhv olduğu nəzərə alınaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ləğv edilmişdir.
2. İddiaçılarla cavabdeh MTK arasında bağlanmış 14 noyabr 2017-ci il tarixli müqavilə ilə mənzil Bakı şəhəri Binəqədi RİHB-nın 20 iyul 2017-ci il tarixli sərəncamı əsasında ünvan 1 ünvanda nəzərdə tutulmuş layihənin həyata keçirilməsi üçün kooperativin mülkiyyətinə verilmiş, kooperativ isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yeni layihə tam başa çatdıqdan sonra həmin layihə üzrə ya şayış binasının «D» blokunda, 5-ci mərtəbədə, ümumi sahəsi 121,5 m² təşkil edən 3 otaqdan ibarət mənzili təmirsiz şəkildə iddiaçıların mülkiyyətinə verməyi və onlara müvəqqəti yaşayacağı yer üzrə aylıq 400 manat kirayə haqqının ödənilməsini öz öhdəsinə götürmüşdür.
3. İddiaçı X2 cavabdehə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizədə müvəqqəti olaraq ona verilən aylıq 400 manat kirayə haqqından imtina edərək MTK tərəfindən ona verilmiş mənzilin MTK vasitəsilə satışının həyata keçirilərək əldə olunan vəsaitin ona ödənilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9200 manat pulun və dövlət rüsumu kimi ödədikləri 30 manat pulun alınaraq onlara verilm əsi, həmçinin 14 noyabr 2017-ci il tarixli 27 saylı müqavilədə nəzərdə tutulmuş qaydada ümumi sahəsi 121,5 kv.m. təşkil edən yaşayış sahəsinin cavabdeh tərəfindən onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 14 noyabr 2017-ci il tarixli 27 saylı müqavilənin şərtləri pozularaq 23 ay müddətində olan kirayə haqqı - cəmi 9.200 manat pul onlara ödənilməmiş, müqavilədə nəzərdə tutulmuş qaydada ümumi sahəsi 121,5 m² təşkil edən yaşayış sahəsi onlara təhvil verilməmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(006)3391/2022 nömrəli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia qismən təmin edilərək, 20 ay ərzində ödənilməli olan cəmi 8000 manat kirayə haqqının və ödənilmiş 30 man at dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçılara ödənilməsi, 14 noyabr 2017-ci il tarixli, 27 saylı müqavilə ilə tərəflər arasında razılaşdırılmış, Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının 20 iyul 2017-ci il tarixli, 174 saylı Sərəncamı ilə ünvan 2 ünvanda tikintisi nəzərdə tutulmuş ərazidə yerləşən yaşayış binasının «D» blokunda, 5-ci mərtəbədə, ümumi sahəsi 121,5 m² təşkil edən 3 otaqdan ibarət mənzilin təmirsiz şəkildə cavabdeh tərəfindən iddiaçılara təhvil verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, cavabdeh iddiaçılardan mənzilin satılmasına dair razılıq ərizəsi almaqla, mənzili satmamasına baxmayaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra et məmişdir. Halbuki, həmin ərizə olmasa idi, cavabdeh əvvəlki kimi iddiaçılara kirayə haqqını ödəməkdə davam edəcəkdi. Lakin mənzili qısa müddət ərzində sata bilməyən cavabdeh bunu digər sonrakı vaxtlarda da edə bilməmiş, bununla da iddiaçılar almalı olduqları kirayə məbləğindən faktiki məhrum olmuşlar. 04 oktyabr 2019-cu il tarixli ərizənin məzmunundan aydın olur ki, iddiaçı tərəf kirayə pulundan müvəqqəti olaraq imtina etmiş və bunu da məhz MTK vasitəsilə ona veriləcək mənzilin satışı ilə şərtləndirmişdir. MTK-nın isə mənzili uzun müddət satmaması və bu prosesin hələ də baş tutmaması iddiaçılara hazırki vaxta kimi həm kirayə pulunu, həm də müqavilədə nəzərdə tutulmuş mənzil sahəsini təhvil verməməsi anlamına gəlmir. MTK ağlabatan müddətdə mənzilin satışını həyata keçirə bilmədiyi üçün id diaçılara kirayə haqqını ödəməlidir.
8. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçılara iddia ərizəsi ilə məhkəməyə müraciət etdikləri dövrədək 20 ay ərzində kirayə haqqı ödənilməmişdir və həmin dövr üçün ödənilməli kirayə haqqı borcu 8000 manat təşkil edir (hər ay üçün 400 manat). O da nəzərə alınmalıdır ki, iddiaçılar tərəfindən əvvəlki 3 ay ərzində (yəni tərəflər arasında 14 noyabr 2017-ci il tarixli, 27 saylı müqavilənin bağlandığı tarixdən 2018-ci ilin fevral ayınadək) kirayə haqqının ödənilməməsini bildirsələr də, buna dair mötəbər sübutlar təqdim edilməmiş, cavabdeh tərəf həmin dövr üçün iddiaçılara kirayə haqqının ödənildiyini və borclarının qalmadığını bildirmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385. 1, 386.1, 425.1, 442-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 2(103)-7233/2022 nömrəli iş üzrə 22 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Rafael Eyvazovun sədrliyi və məruzəsi ilə, Şərafət Məmmədova və Fuad Babayevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, cavabdeh razılaşdırılmış müqavilə şərtlərinə riayət etməmiş, iddiaçılara əvvəlki (sökülmüş) mənzilin əvəzinə nəzərdə tutulmuş yaşayış sahəsini verməmiş, əvəzində həmin ölçüdən az mənzil təklif etmiş, eyni zamanda müvafiq mənzil təhvil verilən günə kimi iddiaçılara hər ay 400 manat olmaqla kirayə haqqı ödənilməlidir. Hər bir halda cavabdeh 14 noyabr 2017-ci il tarixli, 27 saylı müqavilənin şərtlərini lazımi qaydada icra etməmiş, müqavilədə nəzərdə tutulmuş yaşayış sahəsini iddiaçılara təqdim etməmişdir.
13. Yəni, kirayə haqqının mənzilin təhvil verilən anadək ödənilməsi müqavilənin əsas şərti kimi əvvəlcədən razılaşdırılmışdır. Belə olan halda, müqavilə şərtlərinə uyğun mənzilin iddiaçılara təhvil verilmədiyi halda kirayə haqqının dayandırılması əsaslı sayıla bilməz.
14. Cavabdeh apellyasiy a şikayətində iddiaçı X2 4 oktyabr 2019-cu il tarixli ərizəsinə istinad etsə də, bu hal vəziyyəti dəyişdirmir. Yəni, ərizənin mahiyyətindən, həmçinin tərəflərin izahatlarından açıq-aşkar müəyyən olunur ki, həmin ərizənin yazılmasında əsas (başlıca) məqsəd müqavilədə göstərilən mənzilin MTK tərəfindən satılaraq pulunun ödənilməsi olmuşdur. Aydındır ki, tərəflərin razılaşması ilə mənzilin əvəzinə iddiaçılara onun dəyəri ödənildiyi təqdirdə əlavə olaraq kirayə pulunun da verilməsi məntiqsiz olardı. Məhz bu səbəbdən də kirayə haqqının ödənilməsindən imtina edilmişdir. Lakin, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq mənzil satılmamış, iddiaçılara hər hansı pul vəsaiti ödənilməmişdir. Belə olan halda isə, kirayə haqqının ödənilməməsi barədə razılıq da əhəmiyyətini itirmişdir.
15. Eyni zama nda, 14 noyabr 2017-ci il tarixli, 27 saylı müqavilə üzrə müvafiq əmlak hüquqlarına hər iki iddiaçı malik olduğu halda, ərizə yalnız X1 alınmış, digər iddiaçının buna razılığı dəqiqləşdirilməmişdir.
16. Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində iddiaçılara müqavilədə göstərilən sahədə deyil, daha az ölçüdə mənzilin verilməsini, lakin sonuncular tərəfindən qəbul olunmamasını göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilinə də hüquqi qiymət verərək bildirmişdir ki, tərəflər 14 noyabr 2017-ci il tarixli, 27 saylı müqavilədə məhz ümumi sahəsi 121,5 m2 təşkil edən 3 otaqlı mənzilin verilməsini şərtləşdirmişlər. Həmin müqaviləyə isə sonradan hər hansı dəyişiklik olunmamışdır. Belə olan halda isə cavabdehin birtərəfli qaydada müqavilə şərtlərini dəyişməsi, yəni id diaçılara daha az ölçüdə mənzil təqdim etməsi istər müqaviləyə, istərsə də qanunvericiliyin tələblərinə uyğun deyildir.
17. Məhkəmə kollegiyasə onu da əlavə etmişdir ki, mövcud olmayan mənzil sahəsi ilə bağlı müqavilə bağlamaq cavabdehin riskidir və o, bağladığı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin daşıyıcısıdır. Cavabdeh tərəfindən iddiaçılara 2 otaqlı ümumi sahəsi 114 m² olan mənzilin verilməsi yalnız sonuncuların razılığı ilə mümkündür. Məhkəmə baxışı zamanı isə iddiaçılar cavabdehin məhz müqavilə üzrə göstərilən mənzilin onlara verilməli olmasını bildirmişlər və bu tələblərinin hüquqi əsası kimi müqavilənin müvafiq şərtinə istinad etmişlər. Müqavilənin qeyd edilən şərti isə hazırki vaxta kimi nə dəyişdirilməmiş, nə də ləğv edilməməklə qüvvəsindədir.
18. Bununla yanaşı, məhkəmə kol legiyası onu da qeyd etmişdir ki, cavabdeh yaşayış binasının layihəsinə dəyişiklik edilməsini və s. göstərsə də, bu istiqamətdə də məhkəməyə hər hansı sübut təqdim etməmiş, dəlillərini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır.
19. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 385.1, 390, 404, 425.1, 425.2, 442, 448.1ci maddələrinə istinad edərək əsəslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayəti (Vəkil) verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassator şikayətini onunla əsaslandırmışdır ki, iddiaçılardan ərizə alınan zaman X3 MTK-ya etibarnamə təqdim edərək qardaşı və hazırki iş üzrə iddiaçı olan İddiaçı1 nümayəndəsi olmasını təsdiq edən və geniş həcmdə səlahiyyətlər qeyd olunmuş etibarnaməni təqdim edərək ərizəni imzalamışdır. Həmin etibarnamənin surəti iş materiallarında mövcud olsa da işə baxan məhkəmələr həmin etibarnaməni nəzərə almamışlar.
22. Kassasiya şikayətinin digər dəlili ondan ibarət olmuşdur ki, iddiaçılarla cavabdeh arasında 14 noyabr 2017-ci il tarixli 27 saylı əvəzləşdirmə müqaviləsi bağlansa da və iddiaçılara müqavilə üzrə əvəzləşdirmə qaydasında 121.5 kv.metr təşkil edən 3 otaqdan ibarət mənzil verilsə də, 2018-ci ilin yanvar ayında iddiaçıların nümayəndəsi İddiaçı2 MTK-nın ofisinə dəvət olunmuş və ona izah olunmuşdur ki, layihədə aparılmış dəyişikliklərlə bağlı mənzill ərin sahələrində azalmalar baş verib. Bu səbəbdən də artıq layihədə 121.5 kv.metr mənzil olmadığı üçün onlara 113.93 kv.metrdən ibarət mənzil təklif olunmuşdur. Eyni zamanda tərəflər arasında 7.57 kv.metr sahəyə dair şifahi razılaşma əldə olunmuşdur ki, gələcəkdə MTK həmin sahənin əvəzi olaraq təmir vaxtı iddiaçılara həmin sahənin dəyəri həcmində təmir işlərinə köməklik göstərsin. İddiaçıların nümayəndəsi İddiaçı2 MTK-nın rəhbərliyi ilə yuxarıda qeyd olunan şərtlərlə razılaşmış və həmin tarixdən etibarən dəfələrlə onlara verilməsi nəzərdə tutulan 113.93 kv.metrdən ibarət mənzilə özü və övladları vasitəsi ilə xeyli sayda müştərilər gətirmişdir. 2021-ci il tarixədək tərəflər arasında razılaşma ilə bağlı hər hansı mübahisə mövcud olmamışdır. Göstərilən hallar iddiaçıların onlara təklif olunmu ş mənzilin sahəsi ilə razı olduqlarını sübut edir. Lakin məhkəmə instansiyaları bu halı kifayət qədər araşdırmamış və sübutlara düzgün qiymət verməmişdir.
23. Kassator şikayətini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 329, 405.1, 425-ci maddələrinə istinad etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
28. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya b iləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəm ə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiya sı məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırki icraat üzrə apel lyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində t əqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi (mənzilin təhvil verilməsi və kirayə pulunun ödənilməsi) ilə bağlı öhdəliyini icra etməmişdir. Eyni zamanda cavabdeh tikilmiş binada müqavilədə nəzərdə tutulmuş layihənin dəyişdirilməsi səbəbindən iddiaçılara daha az sahədən ibarət olan mənzilin verilməsi təklif olunmasını göstəsə də bununla bağlı sübutları işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələrə təqdim etməmişdir.
41. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi ape llyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edə rkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2022-ci il i tarixli, 2(103)-7233/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.