Məhkəmə qərarları › İş №2(102)-1433/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1433/2020

28.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1433/2020 28.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), X1 və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, iddiaçı x oğlunun hüquqi varisi, eyni zamanda İddiaçı3 nümayəndəsi İddiaçı2 Ələsgər oğlu, vəkili x İddiaçı1 qızı, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı x oğlunun hüquqi varisi İddiaçı2 X oğlu və vəkili x İddiaçı1 qızının Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 14 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.C.Xəlilova) X nömrəli, 29 may 2019-cu il tarixli qərardadı ilə iddiaçı x oğlunun ölümü ilə əlaqədar o, onun hüquqi varisləri İddiaçı2 Ələsgər oğlu və İddiaçı3 ilə əvəz edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.C.Xəlilova) X nömrəli, 08 iyul 2019-cu il tarixli qətnaməsi ilə 80000 manat pulun Cavabdeh tutulmasına dair iddia tələbinin rədd edilməsi və iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim E.Q,Nəbiyev (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov və İddiaçı2Hüseyn) x nömrəli, 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı x oğlu Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon İcra Hakimiyyəti onun atasının qeydiyyatda olduğu və yaşadığı evi atasının razılığı olmadan sökmüş və dövlət tərəfindən yaşadığı evə 349000 manat kompensasiyanı evin mülkiyyətçisi, qardaşı xa alqı-satqı etmədən və onun atasının razılığı olmadan ödəmişdir. Qardaşı x pulu alarkən Yasamal rayon icra Hakimiyyətində atasını evlə təmin edəcəyi barədə yazılı öhdəlik götürmüşdür. Lakin o öhdəliyini yerinə yetirməmiş və atasına özünə ayrıca ev almağı üçün verilmiş kompensasiyadan heç bir məbləğ verməyəcəyini bild irmişdir. Sökülən ev uzun illər atasının mülkiyyətində olmuş və sökülən günə kimi atası orada qardaşının ailəsindən ayrı, sahəsi 52,87 kv. m olan 2 otaqlı mənzildə yaşamışdır. Həmçinin dövlət tərəfindən Bəşir Səfəroğlu küçəsi, dalan 1, ev 2 ünvanına hesablanmış kompensasiyaya atasının evinin sahəsidə daxil edilmişdir. Göstərilənlərə əsasən, onun istifadəsində olmuş sahəsi 52,87 kv metr təşkil edən mənzilə hesablanmış 80000 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı x oğlunun hüquqi varisi İddiaçı2 X oğlu və vəkili x İddiaçı1 qızı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 14 oktyabr 2019-cu il tar ixli qətnaməsini ləğv edib, yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı x oğlunun hüquqi varisi, eyni zamanda İddiaçı3 nümayəndəsi İddiaçı2 Ələsgər oğlu və vəkili x İddiaçı1 qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh, nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı x oğlunun hüquqi varisi İddiaçı3 iştirak etmədiyi üçün və iştirak etməməsinin üzrlü səbəbi barədə məlumat vermədiyndən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın x nömrəli iş üzrə 14 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materialların da olan: 19 dekabr 2001-ci il tarixli müqavilədən görünür ki, x oğlu Bakı şəhəri, Texniki İnventarlaşma Bürosu tərəfindən verilmiş 19 yanvar 1979-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan Bakı şəhəri, Şors küçəsi, ev 2, dalan 1-də yerləşən evin 1/2 hissəsini oğlu Cavabdeh bağışlamışdır. Yasamal rayon məhkəməsinin Yasamal Rayon İcra Hakimiyyətinə ünvanlanmış 13 iyun 2019-cu il tarixli məktubundan görünür ki, məhkəmənin icraatında olan hazırki mülki işlə əlaqədar sonuncu təşkilatdan x oğlunun yaşadığı sahəsinin sökülməsi ilə əlaqədar kompensasiyanın hesablanıbhesablanmaması və hesablandığı halda həmin kompensasiyanın kim tərəfindən alınmasına dair sorğu verilmişdir. Yasamal Rayon İcra Hakimiyyəti 02 iyul 2019-cu il tarixli, 2142/d nömrəli məktubunda ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin dövlət ehtiyacları üçün satın alınması layihəsi çərçivəsində 22.01.2018-ci il tarixli 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh 349580 manat kompensasiya ödənildiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsin əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tədqiq olunmuş sübutlarla iddiaçıların iddia tələblərini əsaslandırdığı hallar, yəni ataları x oğlunun yaşadığı otaqların Cavabdeh mülkiyyətində olan mənzil sahəsinə daxil olmaması, atalarının yaşadığı otaqlara görə kompensasiyanın hesablanması və həmin kompensasiyanın da cavabdeh tərəfindən alınmasına dair dəlillər i təsdiq edilməmişdir. Bundan əlavə, iddiaçılar cavabdehin İcra Hakimiyyətində ataları qarşısında yazılı öhdəlik götürməsəni bildirsələr də, bu halı təsdiq edəcək sübutu, yəni həmin ərizənin surətini məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iddia tələbləri, yəni iddiaçıların hüquqi varisi olduqları atalarına məxsus əmlakın-80000 manat pul məbləğinin Cavabdeh qanunsuz sahibliyində olması təsdiq edilmədiyindən aşağı instansiya məhkəmələrinin iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni olmaqla təsdiq olunmadığından apellyasiya instansiyası məhkəməsinin bununla bağlı gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 14 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA AL İR: Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 14 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı x oğlunun hüquqi varisi İddiaçı2 Ələsgər oğlu və vəkili x İddiaçı1 qızının kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar