Məhkəmə qərarları › İş №2(102)-1433/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1433/2022

28.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1433/2022 28.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi; işə mülki icraat qaydasında baxılmasının yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2021-ci il tarixli, 2(103)776/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya ş ikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1İddiaçı mülkiyyətindədir. İddiaçı Cavabdeh1 atasıdır. Cavabdeh1 və X4 07 iyun 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Cavabdeh1, X4, habelə övladları: 02 mart 2018-ci il təvəllüdlü X5 və 03 mart 2015ci il təvəllüdlü X6 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və himayələrində olan 03 mart 2015-ci il təvəllüdlü X1, 02 mart 2018-ci il təvəllüdlü X2 istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dai r qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçıya məxsus mənzildə qeydiyyatda olsalar da, həmin evdə yaşamırlar, mənzildəki qeydiyyatları formal xarakter daşıyır və bu hal mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur. Belə ki, iddiaçı cavabdehlərin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. Həmçinin, cavabdehlərin həmin evdə qeydiyyatda qalmaları iddiaçının evi ilə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Cavabdehlər faktiki olaraq, başqa yerdə yaşamaları, amma onun evində qeydiyyatda olmaları onların dövlət və cəmiyyət qarşında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(001)6708/2019 nömrəli qətnaməsi il ə iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Dəmiryol küçəsi, ev 10, 11 saylı mənzilə Cavabdeh1 istifadə hüququnun itirilməsi, iddia digər hissədə təmin edilməməsi qət edilmiş, qətnamənin Cavabdeh1, Cavabdeh2 himayələrində olan 03 mart 2015-ci il təvəllüdlü X6 və 02 mart 2018-cı il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Dəmiryol küçəsi, ev 10, 11 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olması qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlər mübahisələndirilən mənzildə qeydiyyatda olsalar da, orada yaşamırlar. Cavabdehlərdən Cavabdeh1 qeyd olunan mənzildən məhkəmə qaydasında çıxarılmağa etirazı yoxdur. Həmin mənzilə qarşı iddia irəli sürmür və kompensasiya tələb etmir. Eyni zamanda Cavab deh1, Cavabdeh2 və onların himayəsində olan 03 mart 2015-ci il təvəllüdlü X6 və X5 iddiaçının mənzilində qeydiyyatda olmalarına baxmayaraq hazırda həmin mənzildə yaşamırlar. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 1 və 2-ci hissələrinə, Mülki Məcəlləsinin 152.1, 152.5, 228.1, 228.2, 228.5-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent qərarlarına istinad edərək hesab etmişdir ki, Cavabdeh1 iddiaçının mənzilinə qarşı hər hansı iddiası olmadığından və kompensasiya tələb etmədiyindən, onun iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüquqları itirilməlidir. Cavabdeh2 isə Bakı şəhəri, Binəqədi rayonu. Rəsulzadə qəsəbəsi, Dəmiryol küçəsi, 10 saylı evin, 11 saylı mənzilinə istifadə hüququ mövcud olmadığından, mövcud olmayan hüquqların itirilməsi də qeyri-mümkündür. Ona görə də iddiaçının Cavabdeh2 qarşı iddia tələbi təmin edilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(001)-6708/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2021-ci il tarixli, 2(103)-776/2021 nömrəli qərardadı ilə (hakim M.A.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Ə.İbayevdən və R.M.Həsənovdan ibarət tərkibdə) Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 sentyabr 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni iddianın Cavabdeh2 və onun iki azyaşlı övladına aid hissəsinin həll edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə həmçinin iddiaçının vərəsəsi, prosessual hüquq varisi olan X3 izah etmişdir ki, onun, qeydiyyatdan çıxarılma ilə bağlı müvafiq inzibati orqanına müraciət etmək, müraciəti təmin edilmədiyi halda isə həmin inzibati orqana qarşı inzibati icraat qaydasında müvafiq iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyator iddiaçının razılığı ilə mübahisəli mənzilə köçüb ya şamasını və iddiaçının notarial qaydada verdiyi razılığa əsasən onun həmin mənzilə hüquqları tanınmasını bildirsə də, bu halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Cavabdeh2 iddiaçının övladı Cavabdeh1 ilə nikaha daxil olduqdan sonra mübahisəli mənzilə gəlin köçmüş, mənzildə yaşamış olsa idi belə, o, mənzilin mülkiyyətçisi olan iddiaçının ailə üzvü sayılmamışdır. Çünki iddiaçı ilə Cavabdeh2 arasında etibarlı ailə münasibətləri olmamışdır. Bundan başqa məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması da, onun həmin mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə zəmin yaratmamışdır. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, yaşa yış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh2 iddiaçının mülkiyyətində olmuş mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüququ yaranmamışdır. Daha sonra apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, yuxarıda qeyd edilən mövqe iddiaçıya bəlli olmuşdur. O, rayon məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, Cavabdeh2 və sonuncunun azyaşlı övladları mənzildə yaşamırlar. Onların mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmaları formal xarakter daşıyır və bu qeydiyyat onun mülkiyyət hüquqlarını pozur. Göründüyü kimi iddia tələbi Cavabdeh2 və sonuncunun azyaşlı övladlarının mənzildə yerləşən yaşayış s ahəsinə istifadə hüquqlarına xitam verilməsinə deyil, onların mənzildə olan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalarına yönəlmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan iddia tələbini rədd etməməli, həmin iddia tələbi üzrə mülki işin icraatına xitam verməli idi. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Cavabdeh2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2021-ci il tarixli, 2(103)-776/2021 nömrəli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, qərardad aydın yazılmamış, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun olub-olmaması araşdırılmamış, kassatorun və onun azyaşlı övladlarına mübahisəli mənzilə istifadə hüquqlarının verilməsi barədə mülkiyyətçinin razılığı nəzərə alınmamış, iddiadan kənara çıxılmışdır. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kass asiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüqu qunun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunsa və iş üzrə icraata kassatora aid hissədə xitam verilsə də, iddiaçının prosessual hüquq varisi qərardadı mübahsələndirməmişdir. Bununla belə, cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmə tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən maddi və prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci madd əsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında göstərmişdir ki,... Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və x itamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ v arsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş d əlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Bel ə ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hal ondan ibarətdir ki, cavabdeh və onun azyaşlı uşaqları mübahisələndirilən yaşayış sahəsində qeydiyyata olsalar da, həmin sahədən faktiki istifadə etmirlər. Kassator həmin halı mübahisələndirməmişdir. Həmçinin apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırki iddia cavabdehin və azyaşlı uşaqlarının iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməsinə deyil, onların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına yönəlmişdir. Belə olan halda, işə mülki mühakimə icraatı qaydasında məhkəmədə baxılmalı olmamasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni olmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsi nin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Daha sonra Konstitusiya Məhkəməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə şərh verərək göstərmişdir ki, həmin bəndin müddəaları onu göstərir ki, məhkəmələr mənzildən istifadə hüququna xitam verilməsinə dair iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyya tın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə tam uyğundur. Kassasiya şikayətinin digər dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin və onun azyaşlı övladlarının iddiaçının mülkiyyəti ndə olmuş mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüququnun yaranmaması apellyasiya məhkəməsinin qətnaməsində aydın göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin mövqeyi isə Mənzil Məcəlləsinin 30-cü maddəsinin müddəalarına uyğundur. Belə ki, kassator iddiaçının ailə üzvü olmamış və onunla birgə yaşamamışdır. Cavabdeh kassasiya şikayətində mülkiyyətçinin ona və azyaşlı uşaqlarına mübahisəli mənzilə istifadə hüquqlarının verilməsinə razılıq verdiyini göstərsə də, apellyasiya məhkəməsinin qeyd etdiyi kimi, o, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə uyğun notariat qaydasında təsdiqlənən və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış belə yazılı razılaşmanı apellyasiya məhkəməsinə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəli r ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2021-ci il tarixli, 2(103)-776/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar