Məhkəmə qərarları › İş №2(102)-1434/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1434/2020

13.03.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1434/2020 13.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh vəkili Sarıyev Əjdər Hakim oğlunun iştirakları ilə, İddiaçı və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 oktyabr 2019-cu il tarixli, 2(103)12800/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(005)250 4/2019 saylı qətnaməsi ilə (hakim V.Ş.Quliyev) İddiaçı Cavabdeh qarşı qaraja iddiaçı tərəfindən mirasın qəbul edilməsi və həmin qaraja bütövlükdə vərəsəlik hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməsi, X3 miras qalmış 111 ünvanında yerləşən 51 saylı qaraja İddiaçı miras əmlakı qəbul etmiş sayılması və vərəsəlik hüququnun tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 oktyabr 2019-cu il tarixli, 2(103)-12800/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı Cavabdeh qarşı “X3 miras qalmış ünvan 1 ünvanında yerləşən 51 saylı qa raja onun tərəfindən mirasın qəbul edilməsi və həmin qaraja bütövlükdə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2ndan miras qalmış ünvan 1 ünvanında yerləşən 51 saylı qaraja onun tərəfindən mirasın qəbul edilməsi və həmin qaraja bütövlükdə vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, xüsusi mülkiyyətində olan XXXX mənzilində yaşayır. Həmin binanın yaxınlığında olan ünvan 2 ünvanında yerləşən 51 saylı qaraj onun xüsusi mülkiyyətində olmuşdur. Həmin qarajdan istifadə etmişdir. 03.08.2004-cü il tarixdə qarajı X2na bağışlamış, lakin ona baxmayaraq ye nə də anasına məxsus qarajdan istifadə etmişdir. X2 03 dekabr 2010-cu ildə vəfat etmişdir. Anasının ölümündən sonra miras qalmış qaraj əmlakı faktiki olaraq o qəbul etmişdir və hazırda onun sahibliyindədir. X5 ilə X2nın 2003-cü ildə nikahları pozulduğundan vərəsəliyə daxil edilmir, həmçinin hazırda atası da vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən 51 saylı qaraja qanun üzrə vərəsəlik hüququnun tanınması və şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı Xüsusi notariat ofisinə müraciət etmişdir. Lakin cavabdeh bacısı Cavabdeh ilə aralarında pay bölgüsünə dair mübahisə olduğundan notariat kontoru vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina edərək məhkəməyə müraciət etməyini bildirmişdir. Cavabdehin bacısı Cavabdeh anasının ölümündən sonra miras qalmış əmlakı qəbul etməmi ş, həmin qaraj yalnız onun istifadəsində və sahibliyində olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya in stansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Sarıyev Əjdər Hakim oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 07 saylı Notariat Kontorunun nümayəndəsi üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili Sarıyev Əjdər Hakim oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İddianın təmin edilməli olmamasına dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsi aşağıdakı kimi əsaslandırılmışdır. İşin faktiki halları ilə müəyyən olunduğu kimi 13 saylı DNK-nın 03.08.2004-cü il tarixli, 4Ə/3-492 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən İddiaçı ünvan 3 ünvanda yerləşən 51 saylı qarajı X6 bağ ışlamışdır və hazırda sözügedən qaraja dair X4 adına texniki pasport idarənin arxivində mövcuddur. Lakin qeyd olunan ünvanda yerləşən qaraja dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə iş materiallarında hər hansı sübut olmamış, yalnız texniki pasportun mövcud olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. -139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi ünvan 3 ünvanda yerləşən 51 saylı qaraja dair mülkiyyət hüquqları qanunvericiliyin tələblərinə əsasən X4 adına qeydiyyatdan keçmədiyindən həmin qaraj sonuncunun miras əmlakına daxil olmamışdır. Birinci instansiya məhkəməsi isə qeyd olunanlara qiymət vermədən X2ndan miras qalmış 111 ünvanında yerləşən 51 saylı qaraja İddiaçı miras əmlakı qəbul etmiş sayılması və vərəsəlik hüququnun tanınması qənaətinə gəlməklə göstərilən maddi normaların tələblərini pozmuşdur. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlmişdir ki, iddia tələbinin təmin edilməsi üçün əsaslar yoxdur. Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Lakin apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, miras əmlaka həmçinin miras qoyanın öldüyü məqamdakı malik olduğu hüquqlar da daxildir. Bununla əlaqədar apellyasiya instansiyas ı məhkəməsi miras qoyanın öldüyü məqamadək qeydiyyatdan keçməmiş, lakin texniki pasportu olan mübahisəli qaraja hər hansı subyektiv hüququnun olmamasına dair düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.2-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik müddətinə əsaslanan şəxs hüquq varisi olduğu şəxsin bu əmlaka sahiblik etdiyi bütün müddəti öz sahiblik müddətinə birləşdirə bilər. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Bundan əlavə iş m ateriallarında olan Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin Xüsusi X1 tərəfindən İddiaçı ünvanlanmış 15 aprel 2019-cu il tarixli, №225 nömrəli məktubdan görünür ki, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi üçün və həmçinin mərhumun digər vərəsəsi olan qızı Cavabdeh ilə aralarında pay bölgüsünə dair mübahisə olduğu üçün ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək imkanları xaricindədir. Yəni, mübahisə predmeti olan qarajla əlaqədar notarius tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməməsi yalnız vərəsələr arasında mübahisənin olması ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə t oplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hü quq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 oktyabr 2019-cu il tarixli, 2(103)-12800/2019 saylı qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar