Məhkəmə qərarları › İş №2(102)-1435/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1435/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1435/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə QƏRAR (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-***/2020 nömrəli iş üzrə xx.xx.2020ci il tarixli qərardadından Cavabdeh3 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 mart 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi: İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka cəmi 782.062,41 manat məbləğində borcunun yaranmasını əsas göstərərək həmin borcun tutulmasını, tutmanın cavabdehlərin mülkiyyətindəki ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklara yönəldilməsi və s. dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim Ayaz Məmmədov) xx.xx.2017-ci il tarixli, 2(004)-xx.xx./2017 saylı qətnaməsi ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun t utulması və borcun ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək 22.05.2014-cü il tarixli M 224/F-14 saylı kredit müqaviləsi üzrə 602.380,27 manat əsas, 8674,31 manat faiz, 300 manat cərimə borcu olmaqla, cəmi 611.354,58 manat məbləğində pulun, ipotekaya tutmanın yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 180 manat rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus ilkin satış qiyməti 69.000 manat qiymətləndirilməklə, X küçəsində istifadədə olan 0,16161 ha torpaq sahəsində yerləşən 3 nömrəli binada 135 nömrəli mənzilə, ilkin satış qiyməti 300.000 manat qiymətləndirilməklə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşə n 1,6744 ha torpaq sahəsinə, ilkin satış qiyməti 54.000 manat qiymətləndirilməklə, ünvan ünvanda yerləşən mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə, Cavabdeh2 məxsus ilkin satış qiyməti 205.000 manat qiymətləndirilməklə, X evinə, Cavabdeh3 məxsus ilkin satış qiyməti 330.000 manat qiymətləndirilməklə X mənzilinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması, əldə olunan vəsaitin hesabına banka olan borcun ödənilməsi, vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğin ümumi qaydada Cavabdeh1 tutulması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat xx.xx.2018-ci il tarixdə Cavabdeh1 apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edil məsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qeyri-obyektiv, əsassız və qanunsuz olduğundan, həmçinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv olunmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi şəxsi mülahizələr və yoxlanılmamış dəlillər əsasında qurulduğundan, məhkəmənin gəldiyi nəticə həm faktiki hallarla bağlı, həm də tətbiq edilmiş hüquq normalara görə işin həqiqi hallarına uyğun deyil və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Belə ki, ilk növbədə işə baxan məhkəmə işə onun iştirakı olmadan baxaraq yalnız digər tərəfin izahatlarını və iş materiallarını araşdırıb və sübu tlara məcmu halda qiymət verərək qərar qəbul etmişdir. İştirakı təmin edilmədiyi üçün onun hüquqları kobud surətdə pozulmuş, o cümlədən etirazlarının əsaslarını təqdim etmək imkanından məhrum olunmuşdur. Bundan başqa, məhkəmə işdə olan materiallara əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan X küçəsində istifadədə olan 0,16161 ha. torpaq sahəsində yerləşən 3 nömrəli, 9 mərtəbəli binada 65,63 kv.m. ümumi, 46,73 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 135 nömrəli mənzilinin, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 1,677 ha. torpaq sahəsinin, Xəzər rayonu, Şağan qəsəbəsi ünvanında yerləşən mülkiyyətində olan 0,12 ha. torpaq sahəsinin faktiki bazar qiymətini müəyyən etmək üçün xüsusi ekspertiza rəyinə istinad etməli olduğu halda, tələb olunan əmtəəşünaslıq ekspertizasını təy in etmədən, ilkin satış qiymətini hərtərəfli araşdırmamış və yoxlanılmamış sənədlərə əsasən qeyd olunan əmlaklara münasibətdə ilkin satış qiyməti müəyyən etməklə açıq hərrac yolu ilə satılmasını qərara almışdır. Həmçinin məhkəmə qətnaməsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh2 Cəlal qızına məxsus olan X evinin və digər Cavabdeh3 məxsus olan X mənzilinin də ilkin satış qiymətləri əmlakların faktiki bazar qiymətlərin çox az olmaqla müəyyənləşdirilmişdir. Bunlardan başqa, məhkəmə 22 may 2014-cü il tarixli 224/F-14 saylı kredit müqaviləsi üzrə əsas borcun, faiz pulunun və cərimənin tutulması hissəsində hesablanmasını hansı normaya istinad etməsini qeyd etməmiş, sadəcə bankın tələbini təmin etməklə hər hansı araşdırma aparmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2 018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-xx.xx./2017 saylı qətnaməsinin Cavabdeh1 münasibətdə və onun mübahisələndirdiyi hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən kassasiya şikayəti verilməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat 21.12.2018-ci il tarixdə Cavabdeh2 Cəlal qızı apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmamışdı r. Bankın faiz borcu və dəbbə pulu şişirdilmişdir. İpoteka predmetlərinin bazar qiymətləri barədə ekspert rəyi ilə razı deyildir. Onun tərəfindən banka ödənişlər edilmiş, lakin məhkəmə tərəfindən qərar çıxarılarkən nəzərə alınmamışdır. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İlham Kərimli - sədrlik edən və məruzəçi, Vahid Sadıqov və İsmayıl Xəlilov) xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-xx.xx./2017 saylı qətnaməsinin mübahisələndirilən hissədə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətn aməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İlqar Xələfov - sədrlik edən və məruzəçi, Qəhrəman Allahverdiyev və Ənvər Şadiyev) xx.xx.2019-cu il tarixli, 2(102)***/2019 saylı qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat 15.09.2020-ci il tarixdə Cavabdeh3 apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin ləğv edilərək, ədalətli və qanuni qətnamə qəbul edilməsini xahiş etmiş dir. Cavabdeh3 apellyasiya şikayətində kredit müqaviləsi üzrə əsas borcun, faiz pulunun və cərimənin tutulması hissəsində düzgün araşdırma aparılmadığını, ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı məhkəmənin mövqeyinin haqlı olmadığını, əmlakın dəyərinin yenidən qiymətləndirilməsi üçün təkrar əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Emin Mehdiyev və Şərafət Məmmədova) xx.xx.2020-ci il tarixli 2(103)-***/20 nömrəli qərardadı ilə Cavabdeh3 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayr ı-ayrılıqda verilmiş apellyasiya şikayətlərində Cavabdeh3 tərəfindən hazırda mübahisələndirilən kredit borcu və ipoteka predmetlərinin dəyəri ilə bağlı məsələlər mübahisələndirilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qeyd olunan məsələlərə qiymət verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-***/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh3 tərəfindən mübahisələndirilən məsələlərə apellyasiya və kassasiya qaydasında baxılmış, qətnamə qanuni qüvvəyə minmiş, icraya yönəldilmişdir. Cavabdeh3 apellyasiy a qaydasında baxılmış iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1, 366.1, 366.2-ci maddələrinin tələblərinə və Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Cavabdeh3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilərək işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə düzgün araşdırma aparılmamış, prosessual hüquq nor malarının tələbi pozulmuşdur. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəl lədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 366.2. Əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh3 tərəfindən mübahisələndirilən məsələlərə apellyasiya və kassasiya qaydasında baxılmış, qətnamə qanuni qüvvəyə minmiş, icraya yönəldilmişdir. Cavabdeh3 apellyasiya qaydasında baxılmış iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini mübahisələndirmişdir. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanun larına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki,...məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Buna görə də, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qərardad qəbul edilərkən mülki prossesual normaların tələbləri pozulmadığından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-***/2020 nömrəli iş üzrə xx.xx.2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar