Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1436/2021 19.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “xxxx” MMC-yə və “xxxx” MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yeni inşa olunan binada mənzilin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, Üçüncü şəxs Maraqlı şəxs və vəkili xxxnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 sentyabr 2020-ci il tarixli, 2(103)5718/2020 nömrəli qətnam əsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: “xxxx” MMC və İddiaçı arasında bağlanmış 13 may 2006-cı il tarixli 71 saylı müqavilə ilə “xxxx” MMC ünvan 1ünvanda tikəcəyi yaşayış binasının 1-ci blok 11-ci mərtəbəsindən 2 otaqlı 75,46 kv.m hər bir kv.m sahəsinin dəyəri 297 manat olmaqla, ümumi 22411,62 manata İddiaçı satmış, sonuncu mənzilin dəyərini ilk ödəniş 7830 manat, qalan hissəsinin 40 ayda hər ay 364,54 manat olmaqla MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə ümumilikdə 20891,06 manat məbləğində ödəniş edilmişdir. “xxxx” MMC və Maraqlı şəxs arasında bağlanmış 15 iyun 2013-cü il tarixli müqavilə ilə “xxxx” MMC ünvan 1 mərtəbəli yaşayış evinin 1-ci blok 11-ci mərtəbəsində 2 otaqlı ümumi sahəsi 75,46 kv.m mənzili Maraqlı şəxs verməsini, sonuncu isə mənzilin sahəsinin hər kv.metri üçün 500 manat olmaqla, cəmi 37730 manat məbləğində vəsaitini MMC-yə ödənilməsini öhdəsinə götürmüşlər. Maraqlı şəxs müqavilə üzrə 37730 manat məbləğində pulu MMC-yə tam ödəmişdir. ünvan 1 mərtəbəli yaşayış evinin 1-ci blok 11-ci mərtəbəsində 2 otaqlı ümumi sahəsi 75,46 kv.m təşkil edən mənzil hazırda Maraqlı şəxs sahibliyində və istifadəsindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər “xxxx” MMC-yə və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında tikilmiş yaşayış binasının 1-ci blok 11-ci mərtəbəsindən ümumi sahəsi 75,46 kv.m. təşkil edən 2 otaqlı mənzil sahəsinin öhdəliyin icrası olaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cu ilin yanvar ayınadək 13 may 2006-cı il tarixli 71 saylı müqavilə üzrə ödənişi həyata keçirərək, öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh öhdəliyini icra etməmişdir. “xxxx” MMC-nin direktoru xxx barəsində cinayət işi başlandıqdan sonra, DİN İstintaq idarəsinin müstəntiqi iddiaçıya bildirmişdir ki, onun mənzil ilə bağlı heç bir problemi yoxdur. “xxxx” MMC-dən sonra yarımçıq işləri başa çatdırmaq və mənzil alıcılarını təmin etmək üçün cəlb edilmiş “xxxx” MMC-nin müdiri xxx ilk əvvəl onun mənzilə hüququnu ona çıxarış verməklə təmin etmişdir. Lakin daha sonra, o, mənzilinə gəlmək istəyərkən məl um olmuşdur ki, xxx mənzili Zəminə adlı qadına vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli, 2(011)-4096/2017 nömrəli qətnaməsi ilə (hakim F.Ə.Məmmədov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən müqavilədə göstərilən müddət ərzində öhdəlik tam yerinə yetirilmədiyindən, onun öhdəliyinə xitam verilmədiyindən, onun mənzilin təhvil verilməsi barədə tələb irəli sürmək hüququ yaranmamışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli, 2(011)-4096/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 avqust 2017-ci il tarixli, 2(103)-8249/2017 nömrəli qətnaməsi ilə (hakimlər İ.Ş.Vəliyevin sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və E.M.Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli, 2(011)-4096/2017 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, İddiaçı tərəfindən cavabdehlər “xxxx” MMC-ya və ya “xxxx” MMC-yə 1520,56 manat ödənildikdən sonra ünvan 2ünvanında tikilmiş yaşayış binasının 1-ci blok 11-ci mərtəbəsindən ümumi sahəsi 75,46 kv.m. təşkil edən 2 otaqlı mənzil sahəsinin öhdəliyin icrası olaraq ona təhvil verilməsinin cavabdehlərin üzərinə qoyulması qət etmişdir. Apellyasiya instansiyası məhkəməsi h esab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında olan müqavilənin qüvvədə olmasına və iddiaçı tərəfindən üzərinə düşən öhdəliyin təxminən 90%-nin yerinə yetirilməsinə düzgün hüquqi qiymət verməmişdir. İddiaçı tərəfin öhdəliyi tam olaraq icra edə bilməməsinin səbəbini “xxxx” MMC-nin faktiki olaraq mövcud olmadığı və bu səbəbdən öhdəliyi icra edilməsinin mümkün olmadığı ilə əsaslandırması göstərilən nəticəyə gəlməklə maddi hüquq normasının tətbiq edilməsinə əsas yaratmamışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs ərizəsi əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təqdimat verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 avqust 2017-ci il tarixli, 2(103)-8249/2017 nömrəli qətnaməsin in ləğv edilməsi və mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2020-ci il tarixli, 2(102)-1251/2020 nömrəli qərarı ilə (hakim Ə.A.Əhmədovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və İ.K.Dəmirovdan ibarət tərkibdə) Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin təqdimatı təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2017-ci il tarixli, 2(103)-8249/2017 nömrəli qətnaməsi ləğv edilmiş və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, eyni mənzil cavabdehlər “xxxx” MMC və “xxxx” MMC tərəfindən həm İddiaçı, həm də Maraqlı şəxs satılmış və 2013-cü ildən mənzildə ailə üzvləri ilə birlikdə sonuncu yaşadığı halda, o, ümumiyyətlə işdə iştirak etməyə cəlb edilməmiş və nəticədə iş üzrə məhkəmə aktına əsasən Maraqlı şəxs faktiki yaşadığı mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsi cavabdehlərin öhdəsinə qoyulmuşdur. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 sentyabr 2020-ci il tarixli, 2(103)-5718/2020 nömrəli qətnaməsi ilə (hakim F.F.Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər V.N.Sadıqovdan və Ü.A.Mayılovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli, 2(011)4096/2017 nömrəli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılaraq, İddiaçı cavabdehlər “xxxx” MMC-yə və “xxxx” MMC-yə qarşı “mənzilin təhvil verilməsi” barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh şirkətlərlə ayrıayrılıqda həm iddiaçı və həm də maraqlı şəxs arasında eyni mənzilə dair təxminən eyni məzmunlu müqavilələr imzalanmış və sonuncu tərəfindən mənzilin dəyəri tam, iddiaçı tərəfindən isə qismən ödənilmişdir. “xxxx” MMC ilə İddiaçı arasında imzalanan müqavilə tarix etibari ilə daha əvvəl tərtib edilmiş olsa da, MMC mənzili onun (iddiaçının) sahiblik və istifadəsinə deyil, Maraqlı şəxs sahiblik və istifadəsinə vermiş, mənzil sonuncu tərəfindən təmir etdirilmiş və ailə üzvləri ilə birlikdə orada yaşamağa başlamışdır. İddiaçı, mənzil üçüncü şəxsin sahiblik və istifadəsinə verilənədək keçən müddət ərzind ə mənzilin özünə verilməsini tələb etməmiş və buna dair hər hansı iddia irəli sürməmişdir. MMC Maraqlı şəxs ilə bağladığı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş sayılsa da, iddiaçıya münasibətdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və fərdən müəyyən edilmiş həmin mənzili başqa birinə verdiyindən iddiaçı ilə bağlamış olduğu 13 may 2006-cı il tarixli müqavilənin icrası onun təqsirindən mümkünsüz hala gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8, 452.1, 752.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına istinad edərək hesab etmişdir ki, mübahisəli mənzil üzrə pay haqqı tam şəkildə ödənilməklə mənzil Maraqlı şəxs verildiyi üçün sonuncu həmin mənzilə sahiblik və istifadə hüququ əldə etmiş və gələcəkdə zəruri sənədləri təqdim etməklə hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək imkanını əldə etmişdir. İddiaçı isə müqavilə bağladığı 2006-cı il tarixdən mənzilə sahiblik etməmiş, həmin mənzilin ona təhvil verilməsini tələb etməmiş, məhz 2017-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 sentyabr 2020-ci il tarixli, 2(103)-5718/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilədən görünür ki, alıcının əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəniş etməsi barədə hər hansı müddəa yoxdur. İddiaçı borclu ”xxxx” MMC-yə qalan 1520,56 manat borcunu ödəməkdən imtina etmir. Bu ödənişin qəbul edilməsi üçün problem borclunun özü tərəfindən yaradılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs və vəkili xxx kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı, cavabdehlərin nümayəndəsi və ya vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən s übut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edi lən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 178.8-ci maddəsinə əsasən (01 iyul 2018-ci il tarixədək qüvvədə olan redaksiyada) mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş gör məli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Avropa İnsan Hüquqları Məhkəməsi “X1rşı” i şi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” qərarında ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmaması onu mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasi ya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hazırki mübahisəyə Mülki Məcəllənin 452.1-ci maddəsini tətbiq etməklə hesab etmişdir ki, MMC fərdən mü əyyən edilmiş mübahisələndirilən mənzili iddiaçıya deyil, üçüncü təhvil verdiyindən, sonuncu mənzili təmir etdirilməklə ailə üzvləri ilə birlikdə orada yaşamağa başladığından, iddiaçı ilə bağlamış 13 may 2006-cı il tarixli müqavilənin icrası mümkünsüz hala gəlmişdir. İddiaçı isə müqavilə bağladığı 2006-cı il tarixdən mənzilə sahiblik etməmiş, həmin mənzilin ona təhvil verilməsini tələb etməmiş, yalnız 2017-ci il tarixdə iddia ilə məhkəməyə müraciət etmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bun dan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası yeni sübut qəbul etmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şi kayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya şikayətinin dəlilləri isə işin faktiki hallarının düzgün araşdırılmamasından ibarətdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə ko llegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 sentyabr 2020-ci il tarixli, 2(103)-5718/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1436/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1436/2021
19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver