Məhkəmə qərarları › İş №2(102)-1436/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1436/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1436/2023 10.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, İddiaçı2 və Cavabdeh7 qarşı İddiaçı2 Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərardad; prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X7, X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, İddiaçı2 və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə, İ ddiaçı2 Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbləri üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6027/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh (iddiaçı) İddiaçı2 kassasiya şikayətinə 10 aprel 2023-cüil tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh2 ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh6, İddiaçı2 və Cavabdeh7 qarşı “müqavilə üzrə borcun tutulması və tələbin ipoteka predmetlərinə yönəldilməsi” barədə Qaradağ Rayon Məhkəməsinə iddia ərizəsi ilə

2. İddiaçı2 da Cavabdeh2 ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraci ət etmişdir.

3. Qaradağ rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli qərardadı ilə hər iki idda tələbi bir icraatda birləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-222/2017 saylı, 12 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 ASC-nin iddiası qismən təmin olunmuş: - xx.xx.2012-ci il tarixli AS № 002/N-05 saylı kredit müqaviləsinə əsasən 115.493 manat 62 qəpik əsas borc, 8.736 manat 40 qəpik faiz, 200 manat cərimə olmaqla, cəmi 124.430 manat 02 qəpiyin Cavabdeh3 Havəsət oğlundan Cavabdeh2 ASCnin xeyrinə tutulması; - xx.xx.2012-ci il tarixli AS № 002/R-05 saylı kredit müqaviləsinə əsasən 107.922 manat 60 qəpik əsas borc, 8.015 manat 49 qəpik faiz, 200 manat cərimə olmaqla, cə mi 116.138 manat 09 qəpiyin Cavabdeh1 Cavabdeh2 ASC-nin xeyrinə tutulması; - 08.01.2014-cü il tarixli İK № 1041-05 saylı kredit müqaviləsinə əsasən 226.710 manat 87 qəpik əsas borc, 37.893 manat 11 qəpik faiz, 400 manat cərimə olmaqla, cəmi 265.003 manat 98 qəpiyin Cavabdeh1 Cavabdeh2 ASC-nin xeyrinə tutulması; - 17.10.2014-cü il tarixli İK № 1382-05 saylı kredit müqaviləsinə əsasən 166.630 manat 84 qəpik əsas borc, 29.863 manat 72 qəpik faiz, 400 manat cərimə olmaqla, cəmi 196.894 manat 56 qəpiyin Cavabdeh1 Cavabdeh2 ASC-nin xeyrinə tutulması; - 11.01.2016-cı il tarixli İK № 1595-05 saylı kredit müqaviləsinə əsasən 500.000 manat əsas borc, 51.667 manat 07 qəpik faiz, 500 manat cərimə olmaqla, cəmi 552.167 manat 07 qəpiyin Cavabdeh1 Cavabdeh2 ASC-nin xeyrinə tutulması; - ipotekaya tutma yö nəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 124 manat məbləğində rüsum, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3 Havəsət oğlundan və Cavabdeh1 müştərək qaydada Cavabdeh2 ASC-nin xeyrinə tutulması; - 13 dekabr 2012-ci il tarixli AS № 002/N-05 saylı və 13 dekabr 2012-ci il tarixli AS № 002/R-05 saylı kredit müqavilələri üzrə ümumi borc məbləğinin İddiaçı2 mülkiyyətində olan Bünvan 2-ci yaşayış massivi döngə 3-də 0,04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 111,1 m2 yaşayış, 80,7 m2 köməkçi sahədən ibarət 80 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılaraq, əldə olunmuş məbləğin borc məbləği həddində Cavabdeh2 ASC-ə ödənilməsi; - 08 yanvar 2014-cü il tarixli İK № 1041-05 saylı kredit müqaviləsi üzrə ümumi borc məbləğinin İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 2ci yaşayış massivi döngə 3-də 0,04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 111,1 m2 yaşayış, 80,7 m2 köməkçi sahədən ibarət 80 nömrəli fərdi yaşayış evinə, İddiaçı2 məxsus olan ünvan 1 ünvanda istifadəsində olan 0,02447 ha torpaq sahəsində yerləşən 212,6 m2 ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına və Cavabdeh7 məxsus ünvan 2 ünvanda istifadəsində olan 0,06907 ha torpaq sahəsində yerləşən 583,6 m2 ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinə yönəldilməsi; - həmin əmlakların açıq hərracda satılaraq, əldə edilən məbləğin borc məbləği həddində Cavabdeh2 ASC-yə ödənilməsi; - 17 oktyabr 2014-cü il tarixli İK № 1382-05 saylı kredit müqaviləsi üzrə ümumi borc məbləğinin Cavabdeh6 məxsus olan ünvan 1 küçəsində yerləşən, 0,12 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılaraq, əldə edilən məbləğin borc məbləği həddində Cavabdeh2 ASCyə ödənilməsi; - 11 yanvar 2016-ci il tarixli İK № 1595-05 saylı kredit müqaviləsi üzrə ümumi borc məbləğinin İddiaçı2 məxsus olan Bünvan 2-ci yaşayış massivi döngə 3-də 0,04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 111,1 m2 yaşayış, 80,7 m2 köməkçi sahədən ibarət 80 nömrəli fərdi yaşayış evinə, İddiaçı2 məxsus olan ünvan 1 ünvanda istifadəsində olan 0,02447 ha torpaq sahəsində yerləşən 212,6 m2 ümumi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasına, Cavabdeh7 məxsus olan ünvan 2 ünvanda istifadəsində olan 0.06907 ha torpaq sahəsində yerləşən 583,6 m2 ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinə və Cavabdeh6 məxsus olan ünvan 1 küçəsində yerləşən, xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılaraq, əldə edilən məbləğin borc məbləği həddində Cavabdeh2 ASC-yə ödənilməsi; - ipoteka qoyulmuş əmlakların ilkin satış qiymətlərinin aşağıdakı kimi müəyyən olunması (Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivi döngə 3 ünvanda yerləşən 80 nömrəli fərdi yaşayış evi – 520.000 manat. Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivi döngə 3 ünvanda yerləşən 80 nömrəli fərdi yaşayış evi 0,04 ha torpaq sahəsi ilə birlikdə – 520.000 manat. ünvan 4 ünvanda yerləşən 1 mərtəbəli qeyri-yaşayış binası – 230.000 manat. ünvan 5 ünvanda yerləşən 1 mərtəbəli qeyri-yaşayış binası – 43 2.000 manat.Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Seyran Məmmədov küçəsində yerləşən 0,12 ha torpaq sahəsi – 405.000 manat); - bankın tələbləri ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyanlara qaytarılması, əmlakların satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda xx.xx.2012-ci il tarixli AS № 002/N-05 saylı kredit müqaviləsi üzrə qalan borc məbləğinin Cavabdeh3 Havəsət oğlundan Cavabdeh2 ASCnin xeyrinə tutulması, digər müqavilələr üzrə qalan borc məbləğinin Cavabdeh1 Cavabdeh2 ASC-nin xeyrinə tutulması; - 50 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh3 Havəsət oğlu və Cavabdeh1 müştərək qaydada tutularaq MEM-in təqdim etdiyi müvafiq hesab üzrə ödənilməsi; - iddiaçı Cavabdeh2 ASC-nin iddiasının qalan hissəsinin rədd edilməsi; - İddiaç ı2 Cavabdeh2 ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. (hakim Rəşad Məmmədov) b)Apellyasiya instansiyası məhkəməsində icraat

5. Cavabdeh1 30 oktyabr 2017-ci il tarixində apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianını rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1002/2018 saylı, 08 avqust 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli 2(002)-222/2017 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Elmira Nağıyeva,)

7. Bakı Apellyasiya Məhkə məsi Mülki kollegiyasının 08 avqust 2018-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı2 kassasiya şikayəti vermişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-744/2019 saylı qərarı ilə cavabdeh İddiaçı2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti (sonuncunun Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli 2(002)-222/2017 saylı qətnaməsini apellyasiya qaydasında mübahisələndirməməsi səbəbindən) kassasiya baxışından çıxarılmış və həmin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)1002/2018 saylı qərardadı ilə cavabdeh İddiaçı2 kassasiya şikayəti (yuxarıda qeyd olunan qərara əsasən) geri qaytarılmışdır.

10. Bundan sonra cavabdeh İddiaçı2 Qaradağ Rayon Məhkəməsinin 2(002)222/2017 saylı, 12 sentyabr 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ona aid hissədə ləğv edilməsi, öz iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)7247/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli 2(002)-222/2017 saylı qətnaməsi İddiaçı2 şikayətinə münasibətdə, ona aid hissədə dəyişdirilmədən saxlanılmışdır.

12. Cavabdeh İddiaçı2 apellyasiya instansiyası məhkəməsini qətnaməsini 15 iyun 2019-cu il tarixdə qəbzə imza etməklə almışdır.

13. Cavabdeh İddiaçı2 14 avqust 2018-c i il tarixdə kassasiya şikayəti vermişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)7247/2019 saylı qərardadı ilə cavabdeh İddiaçı2 kassasiya şikayəti (şikayətə vəkil orderi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyindən) geri qaytarılmışdır.

15. Cavabdeh İddiaçı2 dövlət hesabına vəkillə təmin olunması ilə bağlı xx.xx.2019cu il tarixdə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)7247/2019 saylı qərardadı ilə cavabdeh İddiaçı2 dövlət hesabına vəkillə təmin edilmə barədə ərizəsi rədd edilmişdir.

17. Daha sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli 2(002)-222/2017 saylı qətnaməsindən Cavabde h3 16 sentyabr 2019-cu il tarixdə apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)2368/2020 saylı qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli 2(002)-222/2017 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti mülki işlə birlikdə Qaradağ rayon Məhkəməsinə qaytarılmışdır. (müddətin ötməsi və prosessual müddətin bərpası barədə ərizə verilməməsi əsası ilə)

19. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-222/2017 saylı qərardadı ilə Cavabdeh3 apellyasiya şikayəti (yuxa rıda qeyd olunan qərara əsasən) geri qaytarılmışdır.

20. Bundan sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli 2(002)-222/2017 saylı qətnaməsindən Cavabdeh6 18 iyun 2020-ci il tarixdə apellyasiya şikayəti verərək qətnamənin ona aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsini xahiş etmiş, həmçinin prosessual müddətin bərpa edilməsi barədə ərizə də təqdim etmişdir.

21. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-222/2017 saylı qərardadı ilə Cavabdeh6 prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir.

22. Qərardaddan Cavabdeh6 tərəfindən şikayət verilmiş, məhkəmənin xx.xx.2020ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)2560/2021 saylı qərardadı ilə Cavabdeh6 şikayəti təmin edilməmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

24. Qərardaddan Cavabdeh6 kassasiya şikayəti vermişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5195/2021 saylı qərarı ilə Cavabdeh6 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)2560/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

26. Daha sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli 2(002)-222/2017 saylı qətnaməsindən Cavabdeh3 yenidən apellyasiya şikayəti verərək, qətnamənin ona aid hiss ədə ləğv edilməsi və həmin iddianın ona aid hissədə rədd edilməsini xahiş etmiş, həmçinin prosessual müddətin bərpa edilməsi barədə ərizə də vermişdir.

27. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)222/2017 saylı qərardadı ilə Cavabdeh3 ərizəsi təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-222/2017 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının səbəbi üzrlü hesab edilməklə, buraxılmış prosessual müddət bərpa edilmiş və həmin qətnamədən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

28. İddiaçı Cavabdeh2 ASC şikayət verərək, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini, Cavabdeh3 iddia müddətinin bərpası barədə ərizəsinin təmin edilməməsini xahiş etmişdir.

29. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-222/2017 saylı qərardadı ilə Cavabdeh2 ASC-nin şikayəti təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6027/2022 saylı, 30 avqust 2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 ASC-nin şikayəti təmin olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-222/2017 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilərək, Cavabdeh3 buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi rədd edilmişdir.

31. Bakı Apellyasiya Məhkəməsinin 23 may 2019-cu il tarixli 2(103)- 7247/2019 saylı qətnaməsindən cavabdeh İddiaçı2 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş kassasiya şikayəti mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)5606/2022 saylı qərardadı ilə cavabdeh İddiaçı2 kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

33. Ali Məhkəmə qeyd edib ki, cavabdeh İddiaçı2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsini 15 iyun 2019-cu il tarixində poçt vasitəsilə rəsmi qaydada almış, həmin qətnamədən ilk dəfə 14 avqust 2019-cu il tarixdə verdiyi kassasiya şikayəti məhkəmənin 19 avqust 2019-cu il tarixli qərardadı ilə vəkil orderi əlavə edilmədiyinə görə geri qaytarılmışdır. Göstərilən nöqsan aradan qaldırılandan sonra hazırki kassasiya şikayəti 16 oktyabr 2019-cu il tarixdə rabitə orqanına təqdim edilmişdir. Bununla da kassasiya şikayəti qanunla müəyyən edilmiş qaydada verildiyi tarixdə iki aylıq müddət ötürülmüş, həmin müddətin bərpasına dair ərizə də verilməmişdir.

34. Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(103)-7247/2019 saylı qərardadı ilə cavabdeh İddiaçı2 kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

35. Cavabdeh İddiaçı2 nümayəndəsi və vəkili prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə ilə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək tərəflərindən kassasiya şikayətinin vaxtında verildiyini və məhkəmədə başqa şikayətlərin olduğunu nəzəzə alaraq həmin şikayətlər üzrə prosessual hərəkətlər edildiyindən İddiaçı2 Nizam qızı və vəkili tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməmiş hesab edilməsini və kassasiya şikayətinin baxılması üçün Ali Məhkəməyə göndərilməsini xahiş etmişdir.

36. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6027/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellassiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-7247/2019 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməmiş hesab edilməsinə dair cavabdeh İddiaçı2 nümayəndəsi Vəkil2 ərizəsi təmin edilməmişdir. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Sabit Bəhrəm zadə)

37. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd edib ki, ərizə müəllifi kassasiya şikayətinin müddətinin ötürülməmiş hesab edilməsini xahiş etsə də Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyində kassasiya şikayətinin müddətinin ötürülməmiş hesab edilməsi kimi qərarın qəbul edilməsi nəzərdə tutulmamışdır.

38. Bundan başqa, qanunvericiliyə görə məhkəmə ötürülmüş müddətin buraxılmasının səbəbini üzrlü hesab etdiyi halda işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddətin bərpa edilməsi və ya bundan imtina barədə müvafiq qərar qəbul edir. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur.

39. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, işin mat eriallarına əlavə olunmuş poçt xəbərnaməsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-7247/2019 saylı qətnaməsi cavabdeh İddiaçı2 tərəfindən rəsmi qaydada xx.xx.2019-cu ildə alınmış, həmin qətnamədən ilk dəfə xx.xx.2019-cu ildə verdiyi kassasiya şikayəti məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə vəkil orderi əlavə edilmədiyinə görə geri qaytarılmışdır. İddiaçı2 xx.xx.2019-cu il tarixdə vəkillə təmin olunma barədə apellyasiya məhkəməsinə müraciət edərkən artıq prosessual müddəti ötürmüşdü. Ərizə təmin olunmamış, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra kassasiya şikayətini yenidən xx.xx.2019-cu il tarixdə rabitə orqanına təqdim edilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən həmçinin müəyyən edi b ki, cavabdehin nümayəndəsinin izahatına əsasən iş üzrə tərəflərdən biri olan X1 Zülfiyyə Nizami qızının həyat yoldaşıdır, onlar birlikdə hazırda Rusiya Federasiyasının ərazisində yaşayırlar. İddiaçı2 2021-ci ilin dekabr ayının 24-də Azərbaycan Respublikasının ərazisindən çıxmışdır.

41. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən halara əsasən hesab edib ki, İddiaçı2 hazırki iş üzrə tərəflərdən biri olan X5 ilə həyat yoldaşı olaraq qəbul edilmiş qətnamənin məzmunundan xəbərdar olmaması inandırıcı görünmür. Həmçinin İddiaçı2 2021-ci ilin dekabr ayında Azərbaycan Respublikası ərazisindən çıxış həyata keçirsə də, o, artıq 2019-cu ildə müraciət edərkən yuxarıda göstərilən əsaslarla şikayət verilməsi üçün üzrlü səbəblərdən olmadan müddəti buraxmışdır.

42. Apellyasiya instansiyası məhkəməsin in mövqeyinə görə kassasiya şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə həqiqətən şikayət vermək üçün hansı müddət lazım olduğunu, həmin müddəti həqiqətən də özündən asılı olmayan, obyektiv səbəbdən buraxmasını sübut etməlidir.

43. Apellyasiya instansiyası məhkəməsi onu da göstərib ki, buraxılmış müddətin bərpa edilməsi imkanı həmin müddətin davamiyyəti ilə əlaqəli olmalı, hüquq normasından sui-istifadəyə yol açmamalıdır. Şikayət vermək hüququ konkret şəxsin mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir, lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafizəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata k eçirilməməlidir. Bu hüquqdan elə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq təmin edilsin. Kassator ərizəsində kassasiya şikayətini verilməsi müddətinin buraxılmasının dəlili kimi qətnamədən xəbərinin olmadığını, Rusiya ərazisində yaşadığını göstərsə də, bu hallar öz təsdiqini tapmadığından buraxılmış müddətin üzrlü hesab edilməsinə aid olan hallar kimi qiymətləndirilə bilməz.

44. Göründüyü kimi, kassator kassasiya şikayəti verilməsi üçün müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə ilə müraciət etsə də, onunla bərabər buraxılmış müddətin ötürülməsinin üzrlü hesab edilməsi barədə əsaslandırılmış sübutlar təqdim etməli olduğu halda, bunu etməmişdir.

45. Apellyasiya gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 130.1, 133.1 və 402-ci mad dələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

46. Cavabdeh İddiaçı2 (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-6027/2022 saylı qərardadının ləğv, ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsinı xahiş etmişdir.

47. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, kassasiya şikayəti verilməsi üçün prosessual müddət buraxılmamışdır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sənədlərə əsasən qərar qəbul etmək əvəzinə ehtimallarla qərardad qəbul etmişdir. İş materiallarında olan sübutlar cavabdhein xeyrinə olsa da, məhkəmə ərizəni təmin etməmişdir. Kassasiya şikayəti məhkəmənin icraatına 16 oktyabr 2019-cu il tarixdə daxil olmuş, lakin 10 oktyabr 2019-cu il tarixdə iş Qaradağ rayon Məhkəməsinə qaytarıldığı üçün şikayət işə tikilməmiş və yalnız 2022-ci ildə tapılaraq işə tikilmişdir. Ali Məhkəmə isə kassasiya şikayətinin verilməsindən 2 il ötdüyünü nəzərə alaraq şikayəti qeyri-mümkün saymış və prosessual müddətin ötürülməmiş sayıldığı təqdirdə yenidən göndərilməsini məqsədəmüvafiq hesab etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin əriz əsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlilləri ndən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

49. Kassasiya instansiyası məhkəməsi işi n faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı tam mübahisələndirilib. Bu baxımdan, məhkəmə kollegiyası qərardadı tam yoxlayır.

51. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qayda sında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

54. Apellyasiya instansiyasınin müəyyən etdiyi işin hallarından görünür ki, barəsində kassasiya şikayəti verilən Bakı Apellyasiya Məhkəməsinin 23 may 2019-ci il tarixl i, 2(103)-7247/2019 nömrəli qətnаməsi cavabdeh İddiaçı2 tərəfindən rəsmi qaydada xx.xx.2019-cu ildə alınmış, həmin qətnamədən ilk dəfə xx.xx.2019-cu ildə verdiyi kassasiya şikayəti məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə vəkil orderi əlavə edilmədiyinə görə geri qaytarılmışdır. İddiaçı2 xx.xx.2019-cu il tarixdə vəkillə təmin olunma barədə apellyasiya məhkəməsinə müraciət edərkən artıq prosessual müddəti ötürmüşdü. Ərizə təmin olunmamış, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra kassasiya şikayətini yenidən xx.xx.2019-cu il tarixdə rabitə orqanına təqdim edilmişdir.

55. Apellyasiya instansiyası məhkəməsi müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə müəllifinin dəlillərini əsaslı saymamışdır.

56. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 3744 -cü bəndlərinə əks edilən dəyərləndirməsini MPM-in 130.1, 133.1, 405.0.1. və 408.1.4cü maddələrinin tələblərinə uyğun olaraq qanuni və əsaslı hesab edir.

57. Məhkəmə kollegiyası kassasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmaması barədə kassasiya şikayətinin dəlillərini qəbul etmir. Belə ki, hazırki iş üzrə Ali Məhkəmənin əvvəlki qərardadında da məhz kassasiya şikayətinin qanunla müəyyən edilmiş qaydada verildiyi tarixdə iki aylıq müddətin ötürülməsinə, həmin müddətin bərpasına dair ərizə verilməməsinə istinad edimişdir. Bu səbəbdən kassator hər bir halda müddətin bərpası barədə ərizə verməli idi, lakin o, müddətin ötürülməməsi barədə ərizə vermişdir.

58. Bundan başqa, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, barəsində şi kayət verilən qətnaməni kassator xx.xx.2019cu ildə almış, həmin qətnamədən ilk dəfə xx.xx.2019-cu ildə kassasiya şikayəti versə də, apellyasiya instansiyası məhkəməsi xx.xx.2019-cu il tarixli qərardadla vəkil orderi əlavə edilmədiyinə görə geri şikayəti qaytarmışdır. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra kassasiya şikayətini cavabdeh yenidən xx.xx.2019-cu il tarixdə rabitə orqanına təqdim edilmişdir. Buna görə də, kassator 15 iyun 2019-cu il tarixdən hesablanmaqla 2 aylıq müddətin 16 oktyabr 2019-cu il tarixədək hansı üzrlü səbəbdən ötürülməsi ilə bağlı dəlillərini bildirməli idi.

59. Bu baxımdan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır.

60. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

61. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6027/2022 nömrəli, 17 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar