Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1437/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X3 "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Sabunçu rayon İcra şöbəsi cəlb edilməklə) qarşı iddiası üzrə QƏRARİ Açar sözlər: ötürülmüş prosessual müddətin bərpası barədə ərizə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının mülki iş üzrə 17 mart 2025-ci il tarixli, 2(103)-4944/2024 nömrəli qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdehlər «Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC, AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər LPO "xxxx" ASC və Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə cəlb edilməklə) qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və mənzilə dair aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə m əhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən tərtib edilmiş 16 iyun 2022-ci il tarixli 35/03 nömrəli “Hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və ondan doğuran hüquqi nəticələrin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.B.Ağayev küçəsində yerləşən 22 saylı evin, 1 saylı mənzilinə dair xx.xx.2022-ci il tarixdə, ********** nömrə ilə aparılmış qeydiyyatın ləğv edilməsi və restitusiya qaydasında qeyd olunan mənzilə dair xüsusi mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İ darəsində bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)2762/2023 nömrəli qətnaməsi ilə (hakim S.İ.Ədilova) iddia təmin edilməmişdir.
3. İddiaçı və maraqlarına toxunan şəxs Maraqlı şəxs qətnamədən apellyasiya şikayətləri verilmişlər.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4944/2024 nömrəli qətnaməsi ilə (hakimlər M.Ə.Rüstəmli – sədrlik edən və məruzəçi, Z.A.Şirinov, S.R.Səlimova) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-2762/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Qətnamədən narazı qalan İddiaçı və maraqlarına toxunan şəxs Maraqlı şəxs ayrı ayrılıqda kassasiya şikayətləri verilmişlər.
6. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-526/2025 nömrəli qərardadı ilə (hakimlər – E.R.Vəliyeva (sədrlik edən və məruzəçi), E.Y.Şamayev, Ə.M.Xıdırov) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının işin icraata qəbul edilməsi barədə 2(102)-526/2025 nömrəli, 13 yanvar 2025-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakimlər M.Ə.Rüstəmli – sədrlik edən və məruzəçi, A.Ə.İsgəndərov, S.R.Səlimova) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2 (103)4944/2024 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verildiyindən və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyindən geri qaytarılmışdır.
8. Maraqlarına toxunan şəxs Maraqlı şəxs (nümayəndəsi və vəkili Vəkil2) yenidən kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024cü il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmiş, eyni zamanda prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
9. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda kassasiya şikayətinin verilməsi müddəti ötürüldüyündən buraxılmış prosessual müddətin üzr lü hesab edilərək bərpa еdilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, BakıApellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)4944/2024 nömrəli qətnaməsi xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə təqdim edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)4944/2024 nömrəli qətnaməsi ilə (hakimlər M.Ə.Rüstəmli – sədrlik edən və məruzəçi, A.Ə.İsgəndərov, S.R.Səlimova) maraqlarına toxunan şəxs Maraqlı şəxs Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4944/2024 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.
11. Apellyasiya instansiyası məhkəməs i qeyd etmişdir ki, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun.
12. Maraqlarına toxunan şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili məhkəmə qətnaməsinin ona rəsmi qaydada xx.xx.2025-ci il tarixdə təqdim olunduğunu bildirsə də, işdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)4944/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs elektron kabinetinə yerləşdirilməklə ona rəsmi qaydada t əqdim olunmuş, lakin onun ilk kassasiya şikayəti xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur.
13. Göründüyü kimi, məhkəmə qətnaməsi xx.xx.2024-cü il tarixdə ərizəçiyə rəsmi qaydada təqdim olunsa da, kassasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş 2 aylıq prosessual müddət ötürülməklə verilmiş, müddətin üzrlü səbəblərdən buraxıldığına dair sübutlar təqdim edilməmişdir.
14. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən prosessual müddət üzürlü səbəbdən buraxılmamışdır.
15. Məhkəmə kollegiyası gəldiyi nəticəni MPM-in 133.1,133.3., 135.5, 135.6., 405-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Maraqlarına toxunan şəxs Maraqlı şəxs (onun vəkili Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(103)-4944/2024 saylı qərardadının ləğv edilərək, maraqlarına toxunan şəxs Maraqlı şəxs Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4944/2024 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti şikayət üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin dəlillərinə istinad olunmaqla onunla əsaslandırılmışdır ki, maraqlarına toxunan şəxs Maraqlı şəxs Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4944/2024 nömrəli qətnaməsini 08 yanvar 2025-ci il tarixdə əldə etmişdir. Bu səbəbdəndə hesab ediblər ki, kassasiya şikayətinin verilməsi qanunvericilik çərcivəsində olmuşdur. Maraqlı şəxs mülki qanunverciliyin ona verdiyi hüquqdan istifadə edərək qətnamənin poçt vasitəsi ilə ona çatdığı gündən 2 ay müddətinə kassasiya şikayəti vermişdir. Eyni zamanda prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən müddətin bərpa edilməsini xahiş etmişdir. Lakin məhkəmə tərəfindən apellyasiya şikayəti və müddətin bərpa edilməsi barədə ərizə geri qaytarılmışdır. Dövlət rüsumu ilə bağlı olan hissəyə münasibətdə maraqlarına toxunan şəxs Maraqlı şəxs bildirib ki, hazırkı mülki iş LPO "xxxx" ASC-nin iddiaçıya pul tələbinə dair olan mülki işdən irəli gəldiyi üçün əvvəlki qanunvericiliyin tələblərinə əsasən dövlət rüsumu ödənilməlidir. Şikayətimizdəndə göründüyü kimi məhkəmə məhkəmə onun hüquqlarının qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən düzgün əsaslandırılmamış qərardad qəbul etmişdir.
18. Kassasiya şikayəti MPM-in 133.1, 133.3., 135.2, 135.3, 135.5,135.6,135.8 Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ bəndinə,71-ci maddəsinə,127-ci maddəsinin İİ bəndinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə istinad olunaraq əsaslandırılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıl ır.
20. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.[18]
21. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
22. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
23. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
24. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
25. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
26. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və bur axılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Belə ki, Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak e dən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
32. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü he sab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
34. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)4944/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs elektron kabinetinə yerləşdirilməklə ona rəsmi qaydada təqdim olunmuş, lakin onun ilk kassasiya şikayəti xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. Eyni zamanda apellyasiya məhkəməsi müddətin ötürülməsinin Maraqlı şəxs iradəsindən asılı olmayan, onu n tərəfindən onların dəf edilməsi mümkün olmayan hallardan irəli gəlməsini müəyyən etməmişdir.
35. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən iş materialları araşdırılmış, Maraqlı şəxs dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
36. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının mülki iş üz rə 17 mart 2025-ci il tarixli, 2(103)-4944/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.