Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1438/2020 11.03.2020 ALİ MƏHKƏMƏ baycan Respublikası adından baycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ baycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Vəkil oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(003)-11860/2019 saylı, 04 iyul 2019cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X oğlundan iddiaçı «xxxx» ASC-nin xeyrinə 29.01.2014-cü il tarixli, 289/2 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 80100 (səksən min yüz) manat, faiz borcu üzrə 17622 (on yeddi min altı yüz iyirmi iki) manat, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi üzrə 12476 (on iki min dörd yüz yetmiş altı) manat 73 (yetmiş üç) qəpik, cəmi 110198 (bir yüz on min yüz doxsan səkkiz) manat 73 (yetmiş üç) qəpik məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Ünvan massivi xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 1 otaqlı, 23,3 kv.m yaşayış sahəsi olan 75,5 kv.m yardımçı sahədən ibarət olan bağ evinə yönəldilməsi və evin açıq hərracdan satılması, evin açıq hərracdan satışından əldə olunan pul vəsaitinin hesabına Cavabdeh «xxxx» ASC-yə borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh verilməsi, ipoteka predmetinin ilkin satış məbləğinin 90000 (doxsan min) manat müəyyən edilməsi, ipoteka predmeti olan Ünvan massivi xüsusi mülkiyyətdə olan 0,06 ha topraq sahəsində yerləşən, 1 mərtəbəli, 1 otaqlı, 23,3 kv.m yaşayış sahəsi olan 75,5 kv.m yardımçı sahədən ibarət olan bağ evə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində cavabdeh X oğlu mənzili könüllü surətdə boşaltmadıqda həmin evin boşaldılması, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı «xxxx» ASC- yə ödənilməsi, iş üzrə məhkəmə məsrəfi olan 200 (iki yüz) manat ekspertiza xərcinin Cavabdeh tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi E.C.Kazımov, hakimlər T.S.Səmədov və İ.S.Şirinov, iş № 2(103)-11860/2019) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(003)-11860/2019 saylı, 04 iyul 2019-cu il tarixli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan Ünvan mass ivi xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən bağ evinin ilkin satış qiymətinin 104000 (yüz dörd min) manat müəyyən edilməsi, qətnamənin cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması və Cavabdeh 200 (iki yüz) manat alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin H/h: № AZ34AZEG******************** VÖEN: **********, Benefisiar (alan) bank: “xxxx” ASC Kodu: 505817 VÖEN: **********, Müxbir hesab: AZ75NABZ******************** S.W.İ.F.T BİK: AZEGAZ22 hesabına köçürülməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı ləğv prosesində olan İddiaçı ƏSF Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon məhkəməsinə müraciət etmişd ir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə öz qətnaməsində ipoteka predmetinin ilkin satış qiymətinin 104000 manat müəyyən edilməsi ilə bağlı nəticəyə gələrkən 29.10.2019-cu il tarixli MB 12/898 saylı ekspert rəyinə əsaslanmışdır. Lakin ölkədə başverən iqtisadi vəziyyətlə bağlı əmlakların qiymətlərində artım və azaldılmalar müşahidə edilmişdir. Buna əsasən hesab edirlər ki, mülki iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməli və mübahisəli əmlakın real bazar dəyəri müəyyən edilməli idi. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 noyabr 2019-cu il tarixli 2(103)-11860/2019 saylı qətnaməsinin ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilməsini və ipoteka predmetinin ilkin satış qiymətinin 90000 manat müəyyən edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil oğlu Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 noyabr 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. baycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən t ərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2019-cu il tarixli 2(103)-11860/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: baycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni, işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul oluna n faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçının kassasiya şikayətində ipoteka predmetinin satış qiymətinin düzgün müəyyənləşdirilmədiyi qeyd edildiyindən, məhkəmə kollegiyası qətnamənin yalnız həmin hissəsinin qanuniliyini və əsaslılığını yo xlayır, qətnamənin mübahisləndirilməyən hissələri hazırki kassasiya baxışının predmetini təşkil etmir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, «xxxx» ASC ilə Cavabdeh arasında bağlanılmış 29.01.2014-cü il tarixli, 289/2 saylı kredit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən 12 ay müddətinə, illik 22 faiz dərəcəsi olmaqla 80100 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında ipoteka müqaviləsi bağlanılmış və sonuncunun mülkiyyətində olan Ünvan massivi xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 1 otaqlı, 23,3 kv.m yaşayış sahəsi olan 75,5 kv.m yardımçı sahədən ibarət olan bağ evi bank qarşısında ipoteka yüklü edilmişdir. «xxxx» İctimai Birliyi və X2 MMC-nin 3 0.01.2019-cu il tarixli və 09.04.2019-cu il tarixli məktublarından görünür ki, Ünvan massivi xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 1 otaqlı, 23,3 kv.m yaşayış sahəsi olan 75,5 kv.m yardımçı sahədən ibarət olan bağ evinə baxış keçirilməsi üçün şərait yaradılmadığından, qeyd olunan əmlakın hazırkı bazar qiymətini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə mühasibatlıq ekspertizasının 7285 nömrəli, 12.06.2019-cu il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh 29.01.2015-ci il tarixinə iddiaçı «xxxx» ASC-yə olan borcu 97722 manat (əsas borc üzrə 80100 manat, faiz borcu üzrə 17622 manat) məbləğində müəyyən edilmişdir. Apellyasiya kollegiyası hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edi lməsi üçün əsas deyil, lakin dəyişdirilməsi üçün əsasdır. Belə ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərəkən ipoteka perdmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, apellyasiya baxışı zamanı ipoteka predmeti olan “xxxx” MMC tərəfindən verilmiş 29 oktyabr 2019-cu il tarixli MB 12/898 saylı rəyə əsasən Ünvan massivi xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinin 28 oktyabr 2019-cu il tarixə olan bazar qiyməti 104000 (yüz dörd min) manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi “xxxx” MMC tərəfindən müəyyən edilmiş ipoteka predmetinin dəyərini daha real və mötəbər hesab etmiş və buna görə də ilkin satış qiymətinin həmin məbləğdə göstərilməsini işin hallarına uyğun hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə əsaslı və qanunidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsində qeyd olunub ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kassasiya şikayətində qeyd edilir ki, mülki iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməli və mübahisəli əmlakın real bazar dəyəri müəyyən edilməli idi. Məhkəmə kollegiyası qeyd edir ki, baycan Respublikası MPM-nin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Apellyasiya instansiyası məhkəməsi işin həqiqi hallarının müəyyən edilməsi üçün təkrar ekspertiza təyin etmiş, sonuncu rəylə Ünvan massivi xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinin 28 oktyabr 2019-cu il tarixə olan bazar qiyməti 104000 (yüz dörd min) manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit ed ilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmə tərəfindən təyin edilərək alınmış ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Qiymətləndirici “xxxx” MMC tərəfindən əmlaka qiymət qoyularkən «Qiymətləndirmə fəaliyyəti haqqında» baycan Respublikası Qanununun tələblərinə əməl edildiyindən məhkəmə həmin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir. İddiaçı kassasiya şikayətində məbləğin yüksək olduğunu qeyd etsə də, kassasiya şikayətinə ipoteka predmetinin qiymətinin daha aşağı olması barədə heç bir sübut əlavə edilməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsi üzrə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiyməti hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi barədə qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. baycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi i şə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və baycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2019-cu il tarixli 2(103)-11860/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1438/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1438/2020
11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver