Məhkəmə qərarları › İş №2(102)-144/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-144/2021

11.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-144/2021 11.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə (Ucar rayon Kommunal Müəssisələri Kombinatı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək mübahisələri üzrə iddia müddətinin tətbiqi, iş üçün əhəmiyyətli olan halların araşdırılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, cavbdehin vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1 03)-4460/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin direktoru vəzifəsini icra edən Firudin Cəbrayılovun xx.xx.2019-cu il tarixli **********7 saylı əmrinin ona münasibətdə ləğv edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun Cavabdeh MMC-də Ucar rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İşin mübahisə edilməyən halların dan görünür ki, İddiaçı ilə cavabdeh “Cavabdeh" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə işə qəbul olunmuşdur.

3. Ucar rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixdək tam iş günü ərzində işə gəlməmişdir.

4. İş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixli yazılı xəbərdarlıq göndərilərək, təhkim olunduğu icraçı qurum (Ucar rayon Kommunal Müəssisələri Kombinatı) tərəfindən alınmış məlumata əsasən işə çağırılmasına baxmayaraq, işə gəlmədiyi və vəzifə öhdəliklərini yerinə yetirməd iyi bildirilmiş, 3 iş günü ərzində əlaqə saxlamadığı və ya əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair rəsmi sənəd təqdim etmədiyi təqdirdə Əmək Məcəlləsinin müddəalarına əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdar edilmişdir. Qeyd olunan xəbərdarlıq xx.xx.2019-cu il tarixdə iddiaçının əri Şahlar Ələkbərov tərəfindən poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir.

5. Həmçinin işin mübahisə edilməyən hallarından görünür ki, “Cavabdeh" MMCnin xx.xx.2019-cu il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsininin “ç” bəndinə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi halına) əsasən xitam verilmişdir.

6. Eyni zamanda iş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixdə vəkil Rasim Vəliyev iddiaçının adından sorğu göndərərək, bir sıra sənədlərlə yanaşı iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərinin surətlərinin verilməsini tələb etmiş və “Cavabdeh" MMC tərəfindən xx.xx.2019-cu il tarixli cavab məktubu ilə tələb olunan sənədlər təqdim olunmuşdur.

7. Hazırda iddiaçı, cavabdehlə arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli əmrin ləğv edilməsini və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, işə bərpa olunmasını tələb edir. Cavabdeh isə, iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddianın rədd olunmasını xahiş et mişdir.

8. İddiaçı bildirir ki, Cavabdeh MMC-nin direktoru vəzifəsini icra edən Firudin Cəbrayılovun xx.xx.2019-cu il tarixli, əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72- ci maddəsinin (a) bəndində nəzərdə tutulmuş özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi halına) əsasən xx.xx.2019-cu il tarixindən xitam verilmişdir. Həmin əmr uzun müddət ona verilməmiş, yalnız onun israrlı tələblərindən sonra əmrin surəti xx.xx.2019-cu il tarixdə ona təqdim edilmişdir. Əmək kitabçası hələ də ona təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2- ci b əndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu is günü işçiyə verim». Əmrdə əmrin verilməsinin əsası kimi Ucar rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən tərtib olunan xx.xx.2019-cu il tarixli akt və “Cavabdeh MMC tərəfindən göndərilən **********2 nömrəli xəbərdarlıq məktubları göstərilmişdir. O, işə götürüldüyü gündən daim işə gəlmiş və öz əmək funksiyalarını layiqincə yerinə yetirmişdir. Lakin xx.xx.2019-cu il tarixdə Ucar rayon Kommunal Müəssisələri Kombinatının rəisi İsla məli İsmayılov onun həyat yoldaşı X1 onun əmək haqqı kartını tələb etmiş, həyat yoldaşı isə həmin kartı ona vermədiyindən o, həm ona, həm də həyat yoldaşına qərəzli münasibət bəsləmiş və xx.xx.2019-cu il tarixdə guya onların işə gəlməmələri səbəbindən akt tərtib etmiş və həmin saxta aktı öz təsiri altında olan işçilərə imzalatmışdır. İslaməli İsmayılov sonradan həmin aktı onların işdən çıxarılmaları üçün yetərli əsas hesab oluna bilməyəcəyini düşünərək, eyni tarixdə ikinci saxta akt tərtib etmişdir. Belə ki, birinci aktda onun və həyat yoldaşının guya 1 gün işə gəlməmələri göstərilsə də, ikinci aktda onların xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 3 gün işə üzürsüz gəlməmələri göstərilmişdir. Təkrar akta isə özündən başqa kombinatın baş mühasibi olan əmisi qızı Kəmalə İsmayılz adə və kombinatda kadro müvəkkili (katibə) işləyən bacısı Xatirə Əzizova imza etmişdir. Sonradan isə onun və həyat yoldaşının işdə çıxarılması üçün əsas olmuş həmin aktlar “Cavabdeh" MMC-yə göndərilmişdir.Əmrin verilməsinə digər bir “əsas kimi göstərilmiş **********2 nömrəli xəbərdarlıq məktublarına (həm ona, həm də həyat yoldaşına guya ki ayrı-ayrılıqda göndərilmiş məktubların nömrəsinin niyə eyni olması hələ də ona qaranlıqdır) gəlincə isə, ona belə bir xəbərdarlıq göndərilməmişdir. O həmin xəbərdarlıq məktubunu işdən çıxarıldıqdan sonra vəkil vasitəsi ilə sorğu əsasında xx.xx.2019-cu il tarixdə cavabdehin **********5 saylı vəkil sorğusuna cavabı ilə əldə edə bilmişdir. Eyni zamanda, ona məlum olmuşdur ki, “guya” ona göndərilən həmin məktubun xəbərnaməsinə də onun əvəzinə kimsə imza etmi şdir. Belə ki, xəbərnamədə məktubu şəxsən onun alması göstərilsə də, adının qarşısındakı imza ona məxsus deyildir. Beləliklə, “Cavabdeh" MMC-nin direktoru vəzifəsini icra edən Firudin Cəbrayılovun xx.xx.2019-cu il tarixli **********7 nömrəli əmrinin verilməsinə əsas olmuş akt saxtadır, xəbərdarlıq isə ona təqdim edilməmişdir. (Habelə tərtib edilmiş aktlarda başqa şəxslərin də işə gəlməməsi qeyd olunsa da nəyə görə məhz onunla və həyat yoldaşı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ona aydın deyil. Hesab edir ki, bu qərəzçilikdir və bərabərlik hüququnun pozulmasıdır). Əslində isə o, işə girdiyi gündən iş vaxtı daima işdə olmuş, tabelə imza etmişdir. Ancaq cavabdeh onu işdən çıxararkən tabeli tələb edib, ona istinad etmək əvəzinə saxta bir akta istinad etmişdir. Bununla belə hətta q əbul etmiş olsa ki, o həqiqətən də xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək işdə olmamışdır, yenə də onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilməzdi. Qanunda əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək" intizam tənbehi ən ağır intizam tənbehi kimi göstərilmiş və həmin intizam tənbehindən daha yüngül 3 növ intizam tənbehi nəzərdə tutulmuşdur. Ona daha əvvəl heç bir intizam tənbehi verilməmişdir. Lakin işəgötürən ona birdən birə ən ağır intizam tənbehini vermişdir ki, bu da onun fikrincə ədalətsiz və qanunsuz olmuşdur. Belə ki, həm o, həm də həyat yoldaşı 2- ci qrup əlildir və ona intizam tənbehi verilərkən bu hal da nəzərə alınmalı idi. İntizam tənbehi verilməmişdən əvvəl ondan yazılı izahatının verilməsi tələb edilməmişdir. Eyni zamanda, o nun "guya" xx.xx.2019-cu il tarixdə işə çıxmamağı məlum olsa da, ona intizam tənbehi bundan 2 ay 7 gün keçdikdən sonra xx.xx.2019-cu il tarixdə verilmişdir. Halbuki, yuxarıda qeyd edilən normaya görə ona xx.xx.2019-cu il tarixdən sonra xx.xx.2019-cu il tarixdə onun tərəfindən "guya" əmək və ya icra intizamının pozulduğunun aşkar edilməsi səbəbindən intizam tənbehi verilə bilməzdi.

9. Cavabdehin nümayəndəsi bildirir ki, Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin DOSTu" proqramına başlanılmışdır. Həmin proqram Cavabdeh tərəfindən icra olunur. Proqramın icrası çərçivəsində “Cavabdeh" MMC halhazırda 38 minə yaxın işsiz vətəndaş ilə əmək müqaviləsi bağlayaraq işlə təmin etmişdir.İd diaçı ilə “Cavabdeh" MMC arasında xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bağlanmış, haqqı ödənilən ictimai işlərə cəlb olunaraq Ucar rayonu ərazisinə təhkim olunmuşdur. xx.xx.2019-cu il tarixdə Ucar rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən xx.xx.2019-cu iltarixdə tərtib olunmuş akt Mərkəzə daxil olmuşdur. Aktda İddiaçı heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək tam iş günü ərzində işə gəlmədikləri göstərilmişdir.Cavabdeh, Ucar rayon icra Hakimiyyəti və Ucar rayon Kommunal Müəssisələr Kombinatı arasında bağlanmış işçi qüvvəsinin təmin edilməsinə dair üçtərəfli Sazişə əsasən işçi qüvvəsi Mərkəzin rəsmi işçiləri hesab olunmasına baxmayaraq, onların əmək nizam-intizamına və gündəlik fəaliyyətinə İcraçı-Kommunal Müəssisəl ər Kombinatı birbaşa cavabdehdir və bütün işçilər İcraçının tapşırığı ilə və onun birbaşa nəzarəti altında fəaliyyət göstərir. Bu səbəbdən, Ucar rayon Kommunal Müəssisələr Kombinatı tərəfindən tərtib olunan akt əsasında İddiaçı xx.xx.2019-cu il tarixdə yazılı xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıqda 3 iş günü ərzində əlaqə saxlamağı və ya üzrlü səbəb göstərməklə rəsmi sənəd təqdim etməyi tələb olunmuşdur. Buna baxmayaraq, iddiaçı tərəfindən hər hansı bir sənəd təqdim olunmamışdır. Bu səbəbdən xx.xx.2019-cu il tarixdə İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinə əsasən xitam verilmişdir.İddiaçı iddia ərizəsində qeyri-səmimilik göstərərək əmək müqaviləsinə xitam verilməsi barədə əmri xx.xx.2019-cu il tarixdə aldığını bildirmişdir. Halbuki, fərdi qaydada fəaliy yət göstərən vəkil X4 25.09 2019-cu il tarixli, 25-2019 nömrəli və xx.xx.2019-cu il tarixli, 27-2019 nömrəli sorğularına cavab olaraq, İddiaçı əmək müqaviləsinin xitam bildirişi xx.xx.2019-cu il tarixdə iddiaçının həyat yoldaşı X2 göndərilmişdir. Əmək müqaviləsinin xitam olduğundan məlumatı olmasına baxmayaraq əmək kitabçasını təhvil almaq üçün iddiaçı bugünədək Mərkəzə şəxsən, eləcə də, poçtla ünvana göndərilməsi barədə hər hansı müraciət etməmişdir. Bununla da qanunvericiliyin tələblərinə uyğun olaraq işə bərpa olunmaq üçün xx.xx.2019cu il tarixdə məhkəməyə müraciət etməklə iddia qaldırmaq müddətini İddiaçı ötürmüşdür.

10. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Ucar rayon Kommunal Müəssisələri Kombinatı heç biri üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin h alları barədə izahat verməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-736/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Cavadzadə) İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddiası təmin edilməmiş, iş üzrə ödənilməli olan 10 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi, İddiaçı 10 (on) manat pulun alınaraq, Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə xx.xx.2019-cu il tarixdə rəsmi qaydada xəbərdar edilmişdir. Məhkəmədə iddiaçı cavabdehin ona ünvanladığı yazılı xəbərdarlığın alınmasını təsdiq edən poçt xəbərnaməsindəki imzanın ona məxsus olmadığını bildirsə də, həmin sənəddən görünür ki xəbərdarlığın təqdim edilməsinə dair poçt xəbərnaməsi iddiaçının əri və hazırda da nümayəndəsi qismində məhkəmədə çıxış edən X5 tərəfindən imzalanmış və qəbul edilmişdir.

13. Bundan əlavə, iddiaçı tərəf işdən çıxarılma barədə əmrin onlara vəkil sorğusu əsasında noyabr ayında təqdim edildiyini, hüquqi savadsızlığından əmrin surətini və əmək kitabçasının vaxtında tələb edilmədiyini bildirmiş, lakin istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

14. Göründüyü kimi, iddiaçı hüququnun pozulmasının aşkar edildiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda, hətta sənədlərin ona təqdim edildiyini bild irdiyi noyabr ayında da müraciət etməmişdir.

15. İddiaçının hüquqi savadsızlığına dair arqumenti də əsaslı sayıla bilməz. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9.3-cü maddəsinə əsasən Qanunu bilməmək və ya onu yalnış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz.

16. Həmçinin, cavabdeh təşkilat məhkəmədə bildirmişdir ki, fərdi qaydada fəaliyyət göstərən vəkil X4 25.09 2019-cu il tarixli, 25-2019 nömrəli və xx.xx.2019-cu il tarixli, 27-2019 nömrəli sorğularına cavab olaraq, İddiaçı əmək müqaviləsinin xitam bildirişi xx.xx.2019-cu il tarixdə iddiaçının həyat yoldaşı X2 göndərilmişdir. Əmək müqaviləsinin xitam olduğundan məlumatı olmasına baxmayaraq əmək kitabçasını təhvil almaq üçün iddiaçı bugünədək Mərkəzə şəxsən, elə cə də, poçtla ünvana göndərilməsi barədə hər hansı müraciət etməmişdir. Bununla da qanunvericiliyin tələblərinə uyğun olaraq işə bərpa olunmaq üçün xx.xx.2019- cu il tarixdə məhkəməyə müraciət etməklə iddia qaldırmaq müddətini İddiaçı ötürmüşdür. Cavabdeh isə yazılı qaydada məhkəməyə müraciət edərək, iddia müddətinin tətbiqini xahiş etmişdir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2, 296.3-cü, Mülki Məcəllənin 375.2-ci, 377.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4460/2020 nömrəli iş üzrə xx xxxx 2020- ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Şirinov-sədrlik edən və məruzəçi, F.Talışinski və R.Eyvazov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-736/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.

20. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddia müddətinin axımının başlanması subyektiv anla, yəni iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini bildiyi andan hesablanmalıdır.

21. İşdən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2019-cu il tarixli yazılı xəbərdarlıq göndərilərək, 3 iş günü ərzində əlaqə saxlamadığı və ya əmək qabiliyyət inin müvəqqəti itirilməsinə dair rəsmi sənəd təqdim etmədiyi təqdirdə Əmək Məcəlləsinin müddəalarına əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdar edilmiş və xəbərdarlıq xx.xx.2019-cu il tarixdə iddiaçının əri Şahlar Ələkbərov tərəfindən poçt xəbərnaməsinə imza olunmaqla qəbul edilmişdir. Bundan sonra cavabdeh, xx.xx.2019-cu il tarixli əmrlə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə həmin tarixdən xitam vermişdir.

22. İddiaçı, apellyasiya şikayətində qeyd olunan xəbərdarlıq məktubunu almadığını bildirir və bunu poçt xəbərnaməsindəki imzanın ona məxsus olmadığı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən, həmin məktubun naməlum şəraitdə itməsi ilə əsaslandırır. Buna münasibətdə Kollegiya bildirir ki, iddia çının bu dəlili əsaslı sayıldığı halda belə, işdə olan xx.xx.2019-cu il tarixli vəkil sorğusunun mətnindən açıq-aşkar görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişlərin surətlərinin ona göndərilməsini xahiş etməklə, cavabdeh tərəfindən müqaviləyə xitam verilməsindən həmin tarixdə artıq xəbəri olduğunu qəbul etmişdir. Bundan başqa, iddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində sözügedən əmrin surətini xx.xx.2019-cu il tarixdə aldığını qeyd etmişdir.

23. Göründüyü kimi, iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gün ən geci xx.xx.2019-cu il tarixidir. Buna baxmayaraq, o, iddia ərizəsini xx.xx.2019-cu ildə məhkəməyə verməklə qanunla müəyyənləşdirilmiş bir aylıq iddia müddətini ötürmüşdür. Kassasiya şikayətinin və ona etirazın dəl illəri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin poçt vasitəsi ilə verilməsinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi iddia müddətini ərizənin poçt vasitəli ilə göndərilməsi tarixindən deyil, həmin ərizənin məhkəmənin dəftərxanasında qeydiyyata alınması günündən hesablamışdır.

26. Bundan başqa mübahisə predmeti olan əmrdə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixdək tam iş günü ərzində işə gəlməməsi əsas göstərilsə də, həmin tarixlərdə işdə olmuş və bununla bağlı gündəlik olaraq tabel jurna lını imzalamışdır. Lakin apelyasiya instansiyası məhkəməsi bu halı araşdırmamış və maddi və prosessual hüquq normalarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinin təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasınıı xahiş etdi.

29. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı və Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Ucar rayon Kommunal Müəssisələri Kombinatı hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə İddiaçı və Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Ucar rayon Kommunal Müəssisələri Kombinatının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

30. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

31. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkə məsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Əmək Məcəlləsi

34. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. (maddə 68.1)

35. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. (maddə 68.2)

36. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. (maddə 70, c bəndi)

37. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işçinin işə gəlməməsi halı işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir (maddə 72, a bəndi)

38. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. (maddə 296.2)

39. Hüququnun pozulması nın aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. (maddə 296.3) Mülki Prosessual Məcəllə

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

42. Məhkəmənin qətnam əsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

43. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)

44. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)

45. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)

46. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətb iq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır. (42-43)

48. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi apelyasiya instansiyası məhkəməısi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gün ən geci xx.xx.2019-cu il tarixidir. Buna baxmayaraq, o, iddia ərizəsini xx.xx.2019-cu ildə məhkəməyə verməklə qanunla müəyyənləşdirilmiş bir aylıq iddia müddətini ötürmüşdür.

49. Bununla bağlı kassatorun dəlili ondan ibarətdir ki, iddia ərizəsi poçt vasitəsi ilə verilməsinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi iddia müddətini ərizənin poçt rabitəsi müəssisəsinə təhvil verildiyi tarixdən deyil, həmin ərizənin məhkəmənin dəftərxanasında qeydiyyata alındığı gündən hesablamışdır.

50. Apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq bu halı araşdırmadan qətnamə qəbul etmişdir.

51. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üçün əhəmiyyət kəsb etdiyindən işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi iddia ərizəsinin poçt orqanı vasitəsi ilə verilib-verilməməsini araşdırmalı, əgər id dia ərzəsi poçt orqanı vasitəsi ilə verilmişsə həmin ərizənin poçt orqanı vasitəsi ilə göndərilməsi tarixini müəyyənləşdirməli və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verməlidir.

52. Bundan başqa kassasiya şikayətinin iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixdək işdə olması və bununla bağlı gündəlik olaraq tabel jurnalını imzalaması barədə dəlilinə münasibətdə qeyd edilməlidir ki, müvafiq halın araşdırılması da hazırkı mübahisə üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyətə malik olsa da apelyasiya instansiyası məhkəməsi bu halı da araşdırmamışdır..

53. Belə ki, işə yeni baxışda iddiaçının iddia müddətini ötürmədən məhkəməyə müraciət etdiyi müəyyən edildiyi halda yuxarıda qeyd edilən hal mübahisələndirilən əmrdə göstərilən əsasların olub-olmam asını müəyyənləşdirmək üçün istinad edilə bilən sübutetmə vasitələrindən biridir.

54. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4460/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar