Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1441/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığının nəticələrinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-563/2025 nömrəli iş üzrə 14 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. “X6 Rover” minik markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətində olmuş və buna dair ona xx.xx.2020-ci il tarixdə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir;
3. Avtomobilin iddiaçıya satılması məqsədilə tərəflər arasında danışıqlar olmuş, qiyməti 51000 ABŞ dolları – 86700 manata razılaşdırılmış və 3 dəfəyə - birinci dəfə 20000 manat beh olaraq, ikinci dəfə 56000 manat, üçüncü dəfə isə 10000 manat (əvvəlcədən razılaşmaya görə bu sonuncu pul vəsaiti Avtomobilin təmirinə çəkiləcək xərc üçün saxlanılsa da, sonradan Cavabdeh1 xahişi ilə iddiaçı onu da vermişdir) olmaqla ödənilmişdir. Avtomobilin alınması məqsədilə pul hər üç hissədə verilmiş pul vəsaitləri Cavabdeh1 şifahi tapşırığı ilə Cavabdeh2 verilmiş dir; 4. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 tərəfindən İddiaçı 1 il müddətinə etibarnamə verilmişdir. Etibarnamə ilə verilən səlahiyyətlər bunlar olmuşdur: sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək;
5. Avtomobil iddiaçının sahibliyinə verildikdən (xx.xx.2023-cü il) sonra, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 avtomobil qəzası keçirmiş, xx.xx.2023-cü tarixdə isə iddiaçıya verdiyi etibarnaməni ləğv etmiş, nəticədə X5 Polisinin əməkdaşları tərəfindən saxlanılaraq məcburi duracağa yerləşdirilmiş və sonradan Cavabdeh1 tərəfindən götürülmüşdür. Avtomobilə alınması məqsədilə ödənilmiş pul iddiaçıya qaytarılmamışdır;
6. İddiaçının Cavabdeh2 qarşı şikayət ərizəsi üzrə Xətai RPİ-nin İstint aq şöbəsində araşdırma aparılmış və toplanmış material üzrə AR CPM-nin 391.2-ci maddəsinə əsasən, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 86700 manat, Cavabdeh2 avtomobilin təmirinə sərf olunan 8000 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və onun qohumu Cavabdeh2 xx.xx.2023-cü il tarixində etibarnamə əsasında Avtomobil almışdır. Bu məqsədlə də cavabdehə 86700 manat məbləğində pul ödənilmişdir. Sonra cavabdeh etibarnaməni ləğv edib pulunu geri qaytarmamışdır. B ununla bağlı cavabdehlərə müraciət edilsə də, cavabdehlər müraciətini müsbət cavablandırmamışlar. Cavabdeh1la onun qohumu Seymur vasitəsilə tanış olmuşdur. Avtomobili aldıqdan sonra 8000 manat məbləğində vəsait xərcləyərək avtomobili təmir etdirmişdir. Pulun ödənilməsi üçün cavabdehlərə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərilmişdir. Həmin məktub bu günə qədər cavabsız qalmışdır.
9. İddiaçı bildirmişdir ki, o, “X6 Rover” minik markalı avtomobil satın almaq istəyirdi, belə bir fikrinin olduğunu Seymurla ortaq tanışları olan Bəhruz adlı dostuna bildirmişdir. Bundan sonra Seymur Bəhruza onun qohumu tərəfinən belə bir avtomobilin satılmasını demişdir. Həmin vaxt avtomobil rayonda idi, iki gün sonra Seymur telefonla əlaqə saxlayaraq bildirdi ki, avtomobil hal-hazırda Bakıdadır, yaxı nlaşıb baxış keçirə bilər. Həmin vaxt o, Bəhruzdan xahiş etmişdir ki, gedib avtomobilə baxsın. Bəhruz avtomobilə Gürşad və Seymurla birlikdə baxış keçirdikdən iki gün sonra Bəhruzla birlikdə özü də avtomobilə baxmış, sonra Avtomobilin dəyəri ilə bağlı danışdıqda Seymur onlara bildirmişdir ki, Gürşad sabah olacaq, ancaq avtomobili almaq istəyirsə, ona beh verilməlidir. Həmin gün gecə saatlarında Seymura 20 000 manat məbləğində beh verildi. Səhəri gün Bəhruz, Gürşad və Seymurla birlikdə avtomobili yoxlamaq üçün Babək prospektində yerləşən servisə getdilər. Avtomobildə bir neçə problem olduğundan aralarındakı razılığa əsasən Gürşad və Seymur Avtomobilin təmir xərcini qarşılamalı idilər. Gürşad bildirdi ki, avtomobilin pulundan ödənilməli olan 10 000 manatı təmir xərci olaraq saxlasınlar. Da ha sonra, Seymur və Gürşadla birlikdə avtomobilə dair etibarnamə verilməsi üçün notariusa getdilər. Notariusda təmir xərci üçün 10 000 manat saxlayaraq yerdə qalan pulu Gürşada vermiş, Gürşad isə pulu Seymura vermişdir. Bir neçə gündən sonra Seymur Bəhruza zəng edərək bildirdi ki, Gürşada təcili 10 000 manat məbləğində pul lazımdır, təmir üçün saxladıqları 10 000 manat məbləğində pulu versinlər, təmiri söz verdikləri kimi özləri ödəyəcək. O, bununla razılaşmış, həmin gün Seymur atası ilə birlikdə onun yaşadığı ünvana gələrək 10 000 manat məbləğində pulu götürmüşdür. Lakin avtomobilin təmir xərcini Gürşad ödəməmişdir. Bir neçə aydan sonra avtomobili idarə edən zaman polis əməkdaşı onu saxlayaraq ona verilmiş etibarnamənin ləğv olunduğunu bildirmişdir. Bununla bağlı Seymurla əlaqə saxlanılan zaman Seymur bildirdi ki, məsələ həll olunacaq. Daha sonra Gürşadla danışan zaman Gürşad bildirmişdir ki, Seymurla aralarında pul məsələsi var. Lakin bir neçə gün sonra da problem həll olunmamışdır. Buna görə də Xətai RPİ-nə müraciət etməmişdir. 66 000 manat məbləğində pul vəsaitinin notariusdan çıxarkən, yoxsa həmin gün axşam Gürşadı “Şeş beş” restoranında düşürdükdə verdiyi tam dəqiq yadında deyil, ancaq dəqiq bilir ki, 66 000 manat məbləğində pul vəsaiti Gürşadın razılığı ilə Seymura verilib.
10. Cavabdeh2 məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, 20 000 manat məbləğində behin verilməsindən də, 10 000 manat məbləğində pulun verilməsindən də Gürşadın məlumatı olmuşdur. Notariusdan çıxarkən Avtomobildə pul sayılaraq Gürşada verildi, Gürşad isə bildirdi ki, o, g ecə oteldə qalacaq ona görə də, pulu onun götürməsini xahiş etdi. Pulu bağlamaya qoyaraq Avtomobildə saxlayıb, restoranda birlikdə yemək yeməyə getdilər. Qayıtdıqda isə Gürşad bir daha bildirdi ki, içkilidir, buna görə də pulu Seymur götürsün. O, pulu Avtomobildən götürərək evə aparmışdır. O, Gürşadla birlikdə biznes fəaliyyəti ilə məşğul idi, fərdi yaşayış evlərini tikərək satırdılar. Gürşadla aralarında olan razılığa görə Gürşad Avtomobilin satışından əldə edilmiş pul vəsatini həmin biznes fəaliyyətinə qoyaraq bir ildən sonra 100 000 manat gəlir əldə edəcəkdi.
11. Məhkəmə iclasında şahid X2 izahatında bildirmişdir ki, iddiaçı ilə uşaqlıqdan dost olublar, Seymurla isə qonşu idilər, Gürşadı Seymurun vasitəsilə tanıyıb. Seymur ona zəng edərək bildirdi ki, qaynatasının pula ehtiyacı olduğu ü çün onun avtomobilini təcili satmaq istəyirlər. Gürşad isə Seymurun qaynatasının qardaşıdır. İddiaçı ona bir dəfə bildirmişdir ki, o, “Range Rover” markalı avtomobil almaq istəyir. O, iddiaçıya zəng edərək belə bir avtomobilin olduğunu bildirdi. İddiaçı ona dedi ki, avtomobilə gedib baxsın, avtomobilə baxdıqdan bir gün sonra axşam saatlarında Seymur yanında bir nəfərlə birlikdə “Ukrayna” dairəsi yaxınlığına avtomobili gətirdi. İddiaçı avtomobilə baxaraq bəyəndi. Həmin vaxt Seymur bildirdi ki, avtomobilin dəyəri 51 000 ABŞ dolları, yəni 86 700 manat təşkil edir, avtomobilin təmir xərcini də özləri qarşılayacaq. Həmin vaxt Gürşad orada olmasa da, Seymurla telefonla əlaqə saxlayırdı. Seymur onlara bildirdi ki, avtomobilə 20 000 manat məbləğində beh verilməlidir və 20 000 manat məbləğində beh Seymura verildi. Daha sonra, onlar avtomobilə dair etibarnamənin verilməsi üçün notariusa getdilər. Gürşad avtomobilə dair etibarnamə verdi. Avtomobildə olarkən 56 700 manat sayılaraq Gürşada verilərkən Gürşad pulu Seymurun götürməsini bildirdi. Danışığa əsasən Avtomobilin pulundan 10 000 manat avtomobilin təmirinə görə saxlanılmalı idi. Lakin, sonradan Gürşad ona zəng edərək bildirdi ki, ona təcili 10 000 manat pul lazımdır, həmin pulu Seymura versinlər. Həmin gün Seymur atası ilə birlikdə Anarın yaşadığı ünvana gedərək 10 000 manat pulu Anardan götürmüşdür.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-2920/24 nömrəli, 4 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia qismən təmin edilmiş, “X6 Rover” minik markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması məqsədilə ödənilmiş 86 700 manat manat və ödənilmiş 375 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə, o cümlədən Cavabdeh2 aid hissədə təmin olunmamışdır.
13. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasındakı münasibət avtomobilin alqı-satqısı ilə bağlı olmuş, Cavabdeh1 avtomobili satmaq, iddiaçı isə onu almaq arzusunda olmuş, lakin onlar arasında bununla bağlı qanunla müəyyən edilmiş formada alqı-satqı müqaviləsi bağlanmamışdır. Mülki Məcəllədə alqı-satqı müqaviləsinin şifahi formada bağlanması əsasları nəzərdə tutulsa da, avtomobillərlərlə bağlı müqavilənin yazılı formada bağlanılmaqla notarial qaydada təsdiq edilməsi qanunla birbaşa nəzərdə tutulmuşdur. Belə ki, avtomobil rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşya olduğundan alqı-satqısı zamanı satıcı onu alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Avtomobilə sahilik və istifadə hüququ onun verilməsi ilə baş tutsa da, mülkiyyət hüququ barəsində əqdin notarial qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). İşin şərh edilən hallarından da göründüyü kimi, avtomobil etibarnamə əsasında iddiaçının sahiblik və istifadəsinə verilsə də, mülkiyyətə verilməsinin qanunla müəyyən edilmiş qaydası pozulduğundan avtomobilə dair şifahi formada bağlanmış alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olmuşdur. İşin mübahisəsiz halıdır ki, etibarnaməni ləğv etməklə avt omobili Cavabdeh1 geri qaytarmışdır. Həmçinin məhkəmə araşdırması zamanı avtomobilə görə 86700 manat pulun verilməsi də sübuta yetirilmişdir. Belə olan halda, avtomobilə görə verilmiş 86700 manat pul iddiaçıya qaytarılmalıdır.
14. Avtomobilin satılmasına görə bütün ödənilən pul vəsaitlərindən Cavabdeh1 məlumatı olmuş və həmin pul vəsaitləri onun tapşırığı ilə Cavabdeh2 verilmişdir. Əks halda, avtomobilə görə Cavabdeh1 iddiaçıya etibarnamə verilməkdən imtina edərdi, həmçinin təmir xərcinə görə saxlanılmış pulu deyil, avtomobilin dəyərini tam tələb edərdi. Məhkəmə belə nəticəyə gəlmişdir ki, avtomobilə dair alqı-satqı müqaviləsi etibarsız olduğundan, eyni zamanda avtomobil Cavabdeh1 tərəfindən geri qaytarıldığından, habelə pulun Cavabdeh2 tərəfindən alınması Cavabdeh1 tapşırığı ilə yerinə ye tirildiyindən avtomobilə görə ödənilmiş pul vəsaiti sonuncu tərəfindən iddiaçıya qaytarılmalıdır.
15. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi avtomobilin təmirinə ödənilmiş 8000 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutulması hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı avtomobilin təmir edilməsi üçün 8000 manat məbləğində xərc çəkməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 324.1. 331.1, 334.1, 337, 407, 567, 650-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xah iş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, avtomobilin iddiaçıya satılması məqsədilə tərəflər arasında danışıqlar birbaşa Cavabdeh2la aparılmış və Cavabdeh2la Bəhruz uşaqlıqdan dost olmuşlar. Avtomaşının qiyməti 51000 ABŞ dolları – 86700 manata razılaşdırılmış (bu barədə Seymur da qeyd etmişdir.) 3 dəfəyə - birinci dəfə 20000 manat beh Cavabdeh2 olaraq,ikinci dəfə 56000 manat yenə də Cavabdeh2, üçüncü dəfə isə 10000 manat olmaqla yenə də Cavabdeh2 verilmişdir. Əvvəlcədən hər hansı məbləğlə bağlı Gürşad Məmmədov hər hansı bir təmirlə bağlı razılaşma aparmamış, bütün danışıqlar Seymur tərəfindən aparılmışdır. Halbuki, Seymur hər dəfə müxtəlif izahatlar vermiş, lakin hansı izahat məhkəməyə sərf etmişdirsə, ona istinad etmişdir. Bu iş üzrə audio-video çəkilişlər apelly asiya məhkəməsində baxılarkən tam tədqiq edilməlidir. Seymurun qeyd etdiklərinin əksəriyyəti qətnamədə yoxdur. Belə ki, əgər pul Seymurda deyildirsə, onda nəyə görə 40000 manatın onda olduğunu qeyd edir. Həmin pulu verməyə razı olduğunu bildirir. Bunu yazmamaqla məhkəmə qərəzli olduğunu bir daha göstərir. İşə birtərəfli baxmasını sübut edir. Məhkəmə daima Cavabdeh2 müdafiə etmişdir. Cavabdeh2 tərəfindən yazılmış qəbzi sübut kimi təqdim edərək 89000 manat pulun Seymurda olmadığını təsdiq edir. Lakin məhkəmə əhəmiyyət vermir. Həmin əlyazıya münasibət bildirmir. Qətnamədə bu barədə hər hansı bir qeyd yoxdur. xx.xx.2023-cü il tarixdə isə Cavabdeh1 tərəfindən iddiaçıya 1 il müddətinə, xx.xx.2024-cü il tarixədək verilmiş etibarnaməni alqı-satqı müqaviləsi hesab etməklə alqı-satqı müqaviləsinə münasibətdə qanunvericiliyi şərh edir. Alqı-satqı ilə bağlı qanunvericiliyə istinad edir. Nə qədərki alqısatqı müqaviləsi həyata keçirilməyib, avtomobil Cavabdeh1 mülkiyyətindədir. Məhkəmə iclasında iddiaçının pulunun olduğu şəxsi dəqiq göstərsə də və məhkəmə iclasında bu sübut olunsa da, nədənsə məhkəmə əhəmiyyət verməmişdir. Halbuki, Cavabdeh2 pulun Cavabdeh1 verilməsini təsdiq edəcək heç bir sübut təqdim etməmiş və hətta özü də etiraf etmişdir ki, pulu hansısa tikinti işinə yatırmışdır. Cavabdeh1 həmin pulu Seymurun hansısa işə yatırması barədə razılaşması yoxdur, olmamışdır da. Ümumiyyətlə, bu barədə sübut da yoxdur. Göründüyü kimi iddiaçı Cavabdeh2 qarşı şikayət ərizəsi üzrə Xətai RPİ-nin İstintaq şöbəsində müraciət etmiş və araşdırma aparılmış və toplanmış material üzrə AR CPM-nin 39 1.2-ci maddəsinə əsasən, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardan da görünür ki, razılaşma aparılanda, beh veriləndə Gürşad Məmmədov burda da olmamışdır. Ancaq Cavabdeh2 istintaqda verdiyi ifadəsini yadından çıxararaq məhkəmədə yalan izahatlar vermişdir. Həmin qərarda verdiyi izahatında qeyd etmişdir ki, maşın satılaraq behi alınanda Gürşad Bakı şəhərində olmamış və sonradan dəvət edildikdən sonra gəlmiş, 56000 manat pul veriləndə Gürşadın yanında verilməmiş və Gürşadı yola saldıqdan sonra Bəhruz, Anar və Seymur Anarın evinə gedərək pulu oradan götürmüşdür. Həmin qərarda hər dəfə pul verilərkən Gürşadın orada olmadığı təsdiqini tapmışdır. Hər iki şəxs Seymur və Anar bunu təsdiq etmişlər. Həmin vaxt da göründüyü kimi İddiaçı da öz pulunu Seymu rdan tələb etmişdir. Əgər Seymurun bu pulu götürüb məqsədi Gürşada vermək olmuşdursa belə bunu etməmiş və bu gün də həmin məbləğ Gürşada qaytarılmamışdır. Ümumiyyətlə, burda pulun tutulması tələb edilməli şəxs Cavabdeh2 olmuşdur. Nədənsə ona qarşı formal bir tələb irəli sürməklə hər iki tərəfin qarşılıqlı razılığı əsasında Cavabdeh1 qarşı iddia sürmüşlər. Məhkəmədə hər iki tərəf yalan məlumatlar vermiş, polisdə veridkləri ifadələri eyni qaydada təkzib etməyə çalışmışlar. Məhkəmə də onların bu yalanlarına don geyindirmək üçün hazırkı qərəzli qətnaməni çıxarmağa nail olmuşdur. Məhkəmə polisdə olan materialın tələb edilsə belə məhkəməyə gətirilməsində iddialı olmamışdır. Bu etibarnamənin verilməsindən sonra Cavabdeh1 yol-nəqliyyat hadisəsi keçirməsi öz təsdiqini tapmışdır. Bununla bağlı sənəd lər təqdim ediblər. Eyni zamanda Cavabdeh2 da bunu təsdiq etmişdir. Cavabdeh1 özünə gələn kimi bu etibarnaməni haqlı olaraq ləğv etdirmişdir. Çünki göründüyü kimi pullar da Seymurda qalmışdır. Belə olan halda iddiaçı Cavabdeh2 pul tələb etsəydi daha məqsədə müvafiq olardı. Hər ikisi hazırkı iddiada bildirirlər ki, “Notariusda təmir xərci üçün 10 000 manat saxlayaraq yerdə qalan pulu Gürşad vermiş, Gürşad isə pulu Seymura vermişdir.” Lakin iş materialalrında olan cinayət işinin başlanmasının rədd olunması barədə qərarda Gürşadı yola saldıqdan sonra Seymur Bəhruz və Anar birlikdə evə gedərək orada pulu Seymura verdiklərini bildirmişlər. Məhkəmədə buna aydınlıq gətirə bilmədilər. Sadəcə olaraq bildirdi ki, “66 000 manat məbləğində pul vəsaitinin notariusdan çıxarkən, yoxsa həmin gün axşam Gür şadı “Şeş beş” restoranında düşürdükdə verdiyi tam dəqiq yadında deyil, ancaq dəqiq bilir ki, 66 000 manat məbləğində pul vəsaiti Gürşadın razılığı ilə Seymura verilib.” Pulun verilməsi üçün Gürşadın hansısa razılığı alınmamışdır. Göründüyü kimi etibarnamə verilərkən və ondan sonra Cavabdeh1 hər hansı məbləğdə pul verilməmişdir. Ümumiyyətlə, Cavabdeh1 heç bir halda pulu görməmişdir. Bu işin mübahisəsiz haldır. Görünən odur ki, Anarla Bəhruz, eyni zamanda Bəhruzla Seymur dostdurlar və onların dostluqları uşaqlıqdan davam edir. “Seymur məhkəmə iclasında onu da qeyd etmişdir ki, Gürşadla birlikdə fərdi yaşayış evlərinin tikilib satılması ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Gürşad avtomobilin satışından əldə edilmiş 86700 pul vəsaitini həmin sahibkarlıq fəaliyyətinə sərmayə qoymuşdur.” Sahibkarlığın nədən ibarət olması, hansı məbləğdə sərmayələrin qoyulması barədə işdə heç bir məlumat yoxdur. Sadəcə olaraq Cavabdeh2 yalan mülahizələrindən biridir. Bu məbləğdə pulun hansısa biznesə sərmayə qoyulması barədə Cavabdeh1 heç bir tapşırığı olmamışdır. Görünən odur ki, Cavabdeh2 pulu Gürşada şəxsən verməmişdir. Amma nədənsə məhkəmə Seymurun etirafına baxmayaraq pulun Gürşadda olması qənaətinə gəlməkdədir. Burada məhkəmə yalnışlığa yol vermişdir. Bütün bu hallar düzgün araşdırılmamışdır.
19. Digər Cavabdeh2 da apellyasiya şikayətinin rədd olunmasını xahiş etmiş və izahatında bildirmişdir ki, Cavabdeh1la onun qohumluq münasibətləri var. Belə ki, Cavabdeh1 onun arvadının əmisidir. Avtomobilin satışından əldə olunan 86700 manat vəsaitini iddiaçıdan avtomobilin sahibi Ca vabdeh1 özü qəbul etmiş və sonra şərikli tikinti biznesində istifadə olunması üçün ona vermişdir. Sonradan Cavabdeh1 avtomobil qəzasına uğramış, ondan tikintiyə qoyduğu pulu tələb etmiş, o, 46700 manatı Cavabdeh1 vermiş, 40000 manat isə onda qalmışdır. Onda qalan bu pulun avtomobil alqı-satqısına heç bir aidiyyəti yoxdur. Bu pul tikintiyə qoyulmuş puldur və tikinti də yarımçıq qalmışdır. Həmin vaxta qədər o, Cavabdeh1la birgə şərikli olaraq tikinti biznesi ilə məşğul olmaqla təxminən 10 ədəd ev tikib satmışlar. Lakin hazırda münasibətləri pozulmuşdur.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-563/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov – sədrlik edən və məruzəçi, S.R.Səlimova v ə M.Ə.Rüstəmli) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, avtomobilin satılmasına görə bütün ödənilən pul vəsaitlərindən Cavabdeh1 məlumatı olmuş və həmin pul vəsaitləri onun tapşırığı ilə Cavabdeh2 verilmişdir. Əks halda, avtomobilə görə Cavabdeh1 iddiaçıya etibarnamə verilməkdən imtina edərdi, həmçinin təmir xərcinə görə saxlanılmış pulu deyil, avtomobilin dəyərini tam tələb edərdi.
22. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı Cavabdeh1 qarşı tələbinə dair hissədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etira zını əsaslandırdığı faktları sübut edə bilməmişdir.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1, 324.1, 331.1, 334.1, 337.1, 337.3, 337.5, 407.2, 567 və 650-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh1 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın ona aid hissədə rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
28. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
29. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tər əflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
30. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
31. Maddə
650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunm amasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instan siya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, İddiaçı Cavabdeh1la avtomobilin alqı-satqısına dair şifahi razılaşma nəticəsində pul vəsaitini sonuncunun məlumatı və tapşırığı əsasında Cavabdeh2 vermişdir. Bu razılaşma çərçivəsində Cavabdeh1 avtomobili müvafiq etibarnamə əsasında İddiaçı sahibliyinə versə də, sonradan etibarnaməni ləğv edərək əşyanı geri almışdır.
40. Belə olan halda, İddiaçı və Cavabdeh1 arasında avtomobilin alqı-satqına dair razılaşma forma şərtinin pozulmasına gösrə etibarsız olduğundan, əşyanın dəyəri kimi verilmiş pul vəsaitinin də Cavabdeh1 tutularaq İddiaçı qaytarılması yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur (§ 27-31).
41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh1 dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
42. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxl ayır.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
44. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-563/2025 nömrəli iş üzrə 14 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul