Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1442/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, onun vəkili X1, cavabdehin nümayəndəsi X2 və vəkili X3 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim K.Əsədov, iş №2(002)-1202 /19) İddiaçı Cavabdehnə qarşı 10.09.2018-ci il tarixli, 309/K saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və mbəcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 10.09.2018-ci il tarixli, 309/K saylı əmri ləğv olunmuş, İddiaçı Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinin Səngəçal Terminalına xadimə vəzifəsinə bərpa edilmiş və məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov-sədrlik edən və məruzəçi, T.Səmədov və İ.Şirinov, iş № 2(103)-12817/19) cavabdehin apelyasiya şikayəti təmin edilərəkQaradağ Rayon Məhkəməsinin 26 iyul 201 9-cu il tarixli qətnaməsi ləğv olunmuş,İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.09.2018ci il tarixli, 309/K saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti a pelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı və vəkili B.Cəbrayılov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi E.Həsənov və vəkili R.Mövsümov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzak irə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmalı,Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 18 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, İddiaçı 1977-ci il təvəllüdlü olmaqla himayəsində 1999-cu il təvəllüdlü 1-ci qrup əlil olan oğlu var. İddiaçı 2007-ci ildən Cavabdeh MMC-də xadimə işləmiş, işəgötürənin əmri ilə ona 03.08.2018-ci ildə xəbərdarlıq, 20.08.2018-ci ildə töhmət verilmiş, 10.09.2018-ci ildə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçinin öz əmək funksiyasını yerinə yetirməməsi, əmək vəzifələrini kobud şə kildə pozması) xitam verilmişdir. İddiaçı işdən azad olunması ilə razılaşmayaraq əvvəlcə bir sıra dövlət qurumlarına müraciət etmiş, 15.03.2019-cu il tarixdə “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 19.03.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun tərtib olunmadığından geri qaytarılmış, iddiaçı nöqsanları aradan qaldırdıqdan sonra 02.04.2019-cu il tarixdə “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmişdir. İddiaçı həmçinin məhkəməyə ərizə (vəsatət) ilə müraciət edərək buraxılmış iddia müddətinin üzrlü hesab edilərək bərpa olunmasını xahiş etmiş və xahişini tək q adın olmaqla himayəsində “Serebral iflic” xəstəliyindən əziyyət çəkən, kənar şəxsin köməyinə və qulluğuna ehtiyacı olan 1-ci qrup əlil oğlu olması ilə əsaslandırmışdır. O, eyni zamanda savadsız olduğunu, məhkəməyə müraciət edənədək işəgötürənin hərəkətindən şikayətlə müxtəlif dövlət qurumlarına müraciət etdiyini və bu səbdən məhkəməyə gec müraciət etdiyini də göstərmişdir. Cavabdeh həm iddia tələbinə, həm də iddia müddətinin bərpası barədə vəsatətə öz etirazını bildirmişdir. Birinci instansiya məhkəməsi buraxılmış müddəti üzrlü sayaraq iddia tələbini təmin etmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv etmiş və iddianı rədd etmişdir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının oğlunun “Serebral iflic” xə stəliyindən əziyyət çəkməklə 1-ci qrup əlil olmasının buraxılmış müddətin üzrlü hesab edilməsi üçün əsas vermədiyi qənaətinə gələrək mübahisəyə iddia müddətini tətbiq etmiş və iş üzrə hər hansı sonrakı araşdırma aparmadan iddianı rədd etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddia müddətinin bərpasından imtina edərkən öz qənaətini qanunla müəyyən olunmuş qaydada əsaslandırmamış və iddiaçının 1-ci qrup əlil olan oğlunun əmək qabiliyyətsiz olmaqla kənar şəxsin qulluğuna ehtiyacı olmasının təsdiq olunmadığını qeyd etməklə kifayətlənmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsin in bu əsaslandırmasını qanuni və əsaslı saymır və hesab edir ki, işə apelyasiya qaydasında yenidən baxılarkən bu məsələ, yəni iddia müddətinin bərpası barədə vəsatət bir daha müzakirə olunmalı və əsaslandırılmış nəticəyə gəlinməklə mübahisəyə qiymət verilməlidir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinin tələbinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin maddənin göstərişinə əsasən iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qard aşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı ilə əmək müqaviləsinə 10.09.2018-ci ildə xitam verilmiş və iddiaçı “işə bərpa” tələbi ilə məhkəməyə ilkin olaraq 15.03.2019-cu il tarixdə müraciət etmişdir. İşə yenidən baxılarkən məhkəməyə müraciət etmə anı kimi məhz bu tarix qəbul edilməli və məhz həmin tarixədək keçən dövr ərzində iddia müddətinin üzrlü səbəbdən buraxılıb-buraxılmadığına qiymət verilməlidir. İşə yenidən baxılarkən həmçinin Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində sadalanan sənədlərin iddiaçıya verilib-verilməməsi aydınlaşdırılmalı və bundan asılı olaraq onun hüququnun pozulduğu gün müəyyən edilməlidir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxılarkən iddia müddətinin ötürülmədiyi, yaxud onun bərpası üçün əsasların olduğu müəyyən edilərsə, bu zaman işə mahiyyəti üzrə baxılması davam etdirilməli və iddiaçı ilə əmək müqaviləsi ləğv olunarkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulub-pozulmadığı yoxlanılmalıdır. Məhkəmə kollegiyası işə yenidən baxan məhkəmənin diqqətini xüsusən Əmək Məcəlləsinin 79-cu və 1 89-cu maddələrinə cəlb edir. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsi öhdəsində 1-ci qrup əlil ailə üzvü olan işçilərlə əmək müqaviləsinin ləğv olunmasını, 189-cu maddəsi isə bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehinin verilməsini qadağan edir. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, iddiaçı tərəfindən 20.08.2018-ci il tarixdən, yəni ona töhmət verildikdən sonra 10.09.2018-ci il tarixədək, yəni əmək müqaviləsi ləğv olunanadək hər hansı pozuntuya yol verilməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Bütün pozuntu faktları yalnız 20.08.2018-ci ilədək olan dövrü əhatə edir. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, kassasiy a şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPMnin 88-ci maddəsinin tələbləri baxımından qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi ü çün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 18 oktyabr 2019-cu il tarixli, 2(103)-12817/19 saylı qətnaməsi ləğv olunsun və iş apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1442/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1442/2020
10.03.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver