Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1443/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10878/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hаkim Kəmalə Əmirxanova) 2(005)1755/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin 2 saylı region üzrə X4 cəlb edilməklə işdən çıxarılma barədə əmrin ləğvi, əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xitam verilməsi və dəymiş mənəvi zərərin ödənilməsi barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilərək «xxxx» ASC-nin İdarə Heyyəti sədrinin x x.xx.2019-cu il tarixli 06/ŞH nömrəli əmrinin ləğv edilməsi, xx.xx.2014-cü il tarixli 195 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xitam verilməsi ilə bağlı iddiaçının ərizəsinə baxılmasının cavabdehə həvalə edilməsi, 717 manat məbləğində əldən çıxmış fayda, vəkilə xidməti ilə bağlı çəkilmiş 100 manat xərcin cavabdeh «xxxx» ASC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. İşin halları İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin 2 saylı region üzrə X4 cəlb edilməklə işdən çıxarılma barədə əmrin ləğvi, əmək müqaviləsinə ƏM-nin 68.2-ci maddəsinin “a” bəndi ilə xitam verilməsi və dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair idd ia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, “xxxx" ASC ilə xx.xx.2014-cü il tarixli 195 nömrəli əmək müqaviləsi imzalayaraq həmin müəssisədə "Ümumi təsərrüfat işləri sahəsində sürücü-ekspeditor" vəzifəsinə təyin olunmuşdur. Sözügedən müqaviləyə xx.xx.2019-ci il tarixində qanunsuz və əsassız olaraq ƏM-nin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilmişdir. Belə ki, işlədiyi müddət ərzində hər zaman əmək müqaviləsi üzrə öhdəliklərimi vicdanla yerinə yetirmiş və heç bir zaman intizam tənbehinə cəlb edilməmişdir. Buna baxmayaraq 2018-ci ilin oktyabr ayının 25-dən etibarən əmək funksiyasını işəgötürənin tapşırığı əsasında fasilələrlə icra etməyə başlamışdır. Vergi orqanının xx.xx.2018-ci il tarixli **********6135 nömrəli operativ vergi nəzarətinin h əyata keçirilməsi barədə qərarı ilə müəssisə barəsində yoxlamanın həyata keçirilməsinə başlanılmış və xx.xx.2018-ciil tarixinədək Vergi Məcəlləsinin 194-cümaddəsinə uyğun olaraq müəssisənin giriş və çıxış qapılarında nəzarət postları yaradılmışdır. Vergi yoxlaması zamanı real mənfəət dövriyyəsinin aşkarlanmasının qarşısının alınması məqsədilə əksəriyyət işçilər, həmçinin o, əmək funksiyasının icrasından müvəqqəti kənarlaşdırılmışdır. Daha sonra noyabr ayının əvvəlində yeni nəqliyyat vasitəsinin verilməsi yalanı və bəhanəsi ilə əmək funksiyasını icra etmək üçün əvvəllər ona təhkim olunmuş müəssisəyə məxsus **-JK-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı nəqliyyat vasitəsi geri təhvil alınmış və ona yol vərəqinin verilməsi dayandırılmışdır. Lakin iddiaçıya yeni nəqliyyat vasitəsi v erilməmiş və bunun səbəbi vergi yoxlamasının davam etməsi ilə şərtləndirilmişdir. Daha sonra müəssisəyə girişi mühafizə xidməti tərəfindən faktiki olaraq məhdudlaşdırılmışdır. Ona verilən məlumata əsasən müəssisədə vergi yoxlamasının keçirilməsi ilə əlaqədar olaraq əksəriyyət işçilərin, o cümlədən onun boşdayanmaya görə əmək funksiyasının icrasından müvəqqəti kənarlaşdırıldığı və bu hal aradan qalxdıqdan sonra müəssisə tərəfindən ona zəng ediləcəyi və geri çağırılacağı bildirilmişdir. Vergi yoxlaması zamanı külli miqdarda malların aksiz vergisindən yayınmasının ört-basdır edilməsi məqsədilə müəssisəyə məxsus malların bir çox işçilər, o cümlədən onun tərəfindən mənimsənilməsi barədə onlara hər hansı məlumat verilmədən polis orqanına şikayət göndərilmişdir. Nəticədə o, xx.xx.2018-ci il tarix ində AR DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin Təhqiqat Şöbəsinə dəvət olunmuşdur. Həmin tarixdə vəkilinin iştirakı ilə şöbənin təhqiqatçısının yanında olmuş, müvafiq izahat vermiş və xəbəri olmadan müəssisənin onun barəsində şikayət etdiyini müəyyən etmişdir. Şikayətdə onun guya ki şirkət mallarını mənimsəməyi barədə böhtan xarakterli məlumatlar qeyd edilmişdir. Polis orqanında izahat verən zaman təkcə onun yox, eyni zamanda 20-dən çox şirkət işçiləri barədə eyni məzmunlu şikayət verildiyini müəyyən etmişdir. Həmin gündən etibarən şikayətlə bağlı izahat və sənədlərin təqdim edilməsi üçün vəkilinin iştirakı ilə mütəmadi olaraq müəssiyə birgə getsələr də, mühafizə xidməti tərəfindən girişləri ƏM-nin 62-ci maddəsinə istinad edilməklə məhdudlaşdırılmış və rəhbərlik tərəfindən şikayətlə bağlı hər hansı izahat və sənəd təqdim edilməmişdir. Nəticədə aydın olmuşdur ki, müəssisə tərəfindən onların barəsində şikayət verilməsinin səbəbi müəssisədə aparılan vergi yoxlaması zamanı vergidən yayındırılmış gəlirlərin gizlədilməsi və yeni təyin edilmiş satış rəhbəri tərəfindən bu məbləğlərin işçilərin üzərinə qoyaraq müəssisəni qorumağa çalışması olmuşdur. Məhz bu şikayətdən sonra iddiaçı işdən faktiki olaraq kənarlaşdığını müəyyən etmişdir. Barəsində müəssisə tərəfindən verilmiş cinayət xarakterli şikayətin araşdırılma nəticəsi barədə polis orqanına müraciət etmiş və müraciəti Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri BPİ-nin xx.xx.2019-cu il tarixli nömrəli məktubu ilə cavablandırılmışdır. Məktubda iş üzrə materialların Nərimanov RPİ-nə göndərildiyi qeyd edilmişdir. Nərimanov RPİ-dən aldığı məlumatlara görə araşdırma materialları Nərimanov rayon Prokurorluğuna göndərilmişdir. Nərimanov rayon Prokurorluğunun xx.xx.2019-cu il tarixli14-X-19 nömrəli məktubu ilə şikayət və ona əlavə edilən sənədlər cinayət işi açılmadan müəssisəyə geri qaytarılmış və şikayəti əsaslandıran sənədlərin mövcud olmaması səbəbindən müvafiq təsdiqedici sənədlərin əlavə edilməsi bildirilmişdir. Barəsində böhtan xarakterli şikayətin edilməsi və işdən kənarlaşdırılmağı səbəbindən əmək müqaviləsinin xitam edilməsi üçün təkrarən müəssisəyə müraciət etmiş, lakin müraciətinə müsbət baxılmamaqla müəssisəyə girişi məhdudlaşdırılmaqda davam etmişdir. Nəticədə işə qəbul anketi ilə elektron qaydada bir çox müəssisələrə işə qəbul olunmaq üçün müraciət etmişdir. Ölkənin inkşaf etmiş satış şirkətlərindən biri o lan “xxxx” MMC-dən müraciətinə müsbət cavab verilmiş və müsahibəyə dəvət olunmuşdur. Yeni iş yerində onunla ayda 1000 AZN əmək haqqı olmaqla əmək müqaviləsi bağlanılmış və ƏM-nin 48-ci maddəsinin tələbinə uyğun olaraq əmək kitabçasının və əvvəlki iş yerindən əmək müqaviləsinə xitam verilməsi barədə elektron bildirişin təqdim edilməsi bildirilmişdir. Bəhs edilən bu hal “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli 235/19 saylı arayışı ilə təsdiq edilir. Bu səbəbdən əmək müqaviləsinə ƏM-nin 69.3-cü maddəsinə uyğun olaraq xx.xx.2018-ci il tarixindən xitam verilməsi barədə tərəfindən müəssisəyə ərizə yazılmış və poçt vasitəsilə çatdırılmışdır. Lakin işəgötürən tərəfindən ərizədə qeyd edilən tələblər icra edilməmiş və əmək müqaviləsinə xitam verilməməklə əmək kitabçası ona təqdim edilməmişdir. ƏM-nin 49-cu maddəsinin tələbinə uyğun olaraq yeni işəgötürən (xxxx MMC) elektron sistemdə hazırkı işəgötürənlə bağlanılmış xx.xx.2014-cü il tarixli xxxxxxx000100 nömrəli elektron bildirişin olması səbəbindən və habelə, əmək kitabçasının təqdim edilməsinə görə ona möhlət vermişdir. Ərizə ilə bağlı mütəmadi olaraq müəssisəyə getsə də, girişi məhdudlaşdırlmaqda davam etmiş və işdən azad olunmamaqda davam edilmişdir. Tərəfindən müəssisəyə xx.xx.2018-ci il tarixdə yenidən müraciət ünvanlamış və qanunvericiliyin tələbinə əməl edilməsini tələb etmişdir. Məhz bu müraciətdən sonra müəssisənin baş mühasibi Xosrov müəllim onunla telefon əlaqəsi yaratmış və müəssisəyə dəvət etmişdir. xx.xx.2018-ci il tarixində vəkilinin iştirakı ilə birlikdə Xosrov müəllimin qəbulunda olmuşdur. Görüş zamanı baş mühasib i şdən çıxma barədə ərizəyə baxıldığını, müəssisənin rəhbərinin səhhəti ilə bağlı gecikdiyini və tezliklə işdən çıxma barədə əmrin imzalanacağı bildirilmişdir. Bununla yanaşı vəkilinin sorğularına da baxıldığı və polis orqanına verilmiş şikayətlə bağlı hər hansı sənədin olmadığı onlara bildirilmişdir. Müəssisə rəhbərinin işdə olmamasının işdən çıxma barədə əmrin imzalanmaması üçün səbəb olmadığından tərəfindən müəssisəyə xx.xx.2018-ci il tarixində yenidən müraciət ünvanlamış və ƏM-nin 69-cü maddəsinin tələblərinə riayət edilməsi tələb edilmişdir. Aydın olduğu kimi müəssisə qərəzli olaraq ərizəyə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxmamış və polis orqanına verdiyi əsassız şikayətdə qeyd edilən məbləği qanunsuz olaraq ona ödətdirməsi üçün işdən çıxmağına maneə olmaqla bu vəz iyyətdən ona qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışmışdır. Bu səbəbdən xx.xx.2018-ci il tarixində ƏƏSMN yanında X5 Xidmətinə şikayət formasında müraciət etməyə məcbur olmuşdur. Müraciətinə aidiyyəti üzrə baxan ƏƏSMN yanında DƏMX-nin 2 saylı region üzrə X3 edilmiş və xx.xx.2019-cu il tarixində bəhs edilən qurumda yazılı izahat verərək qanunsuzluqların aradan qaldırılmasını bir daha xahiş etmişdir. Şikayətlə əlaqədar olaraq bəhs edilən qurum tərəfindən "xxxx" ASC-yə xx.xx.2018-ci il tarixli **********405 nömrəli bildiriş göndərilmiş və şikayətlə əlaqədar səlahiyyətli nümayəndənin dərhal quruma gəlməyi tələb edilmişdir. Müəssisənin səlahiyyətli nümayəndəsi quruma gəlmədən onun barəsində olan sənədlər Müffəttişliyə göndərilmişdir. Sənədlərə baxış keçirərkən faktlar saxtalaşdırılmaqla və qanunsuz olaraq tərtib olunmaqla əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verildiyini öyrənmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, işəgötürənin xx.xx.2019-cu il tarixli 06/ŞH nömrəli işdən azad edilməsi barədə əmri özü özülüyündə etibarsız hesab edilməlidir. İşəgötürənin xx.xx.2019-cu il tarixli 06/ŞH nömrəli işdən azad edilməsi barədə əmrinin əsası kimi xxxx ASC HİK-nin xx.xx.2019-cu il tarixli 02 saylı protokolu göstərilmişdir. ƏM-nin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqavi ləsini bu maddənin 1ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qanunvericilik normasının tələbindən də aydın olduğu kimi həmkarlar ittifaqı təşkilatı işçinin işdən azad olunması üçün qərar qəbul edə bilməz, habelə belə razılıq əmək müqaviləsinin xitamı əsası ola bilməz, təşkilat bu məsələ barədə sadəcə olaraq razılığını ifadə edə bilər. Başqa sözlə, əmək qanunvericiliyində əmək müqaviləsinin xitamı əsası kimi HİT-nin qərarı nəzərd ə tutulmamışdır. Bu hal özü özlüyündə ƏM-nin 84-cü maddəsinə uyğun olaraq işdən çıxarılma barədə əmrin etibarsızlığı üçün kifayətedici sübut qismində çıxış edir. Digər tərəfdən HİK-nin keçirildiyi iclasa təşkilatın bir üzvi kimi o, dəvət edilməmiş və bu iclasdan ümumiyyətlə xəbəri olmayıb. Aydın olduğu kimi mübahisələndirilən əmr ƏM-nin 71-ci və 84-cü maddələrinin tələbi pozulmaqla qəbul edilmiş, əmrə əsaslandırıcı sənədlər əlavə edilməmiş, HİK-nin razılıq protokolu müqavilənin xitam əsası kimi qanunsuz olaraq qəbul edilmişdir. Beləliklə, işəgötürənin bu iddiaları əsassız olmuşdur. Belə ki, oktyabr ayının sonuna kimi o işə gələrək əmək funksiyasını icra etmişdir. Lakin noyabr ayından etibarən ona təhkim olmuş nəqliyyat vasitəsi geri alınmış və əmək funksiyasının icrasından müxtəlif bəhalər lə ( boşdayanma halı, ƏM-nin 62-ci maddəsinə istinad edilməklə cinayət törətməkdə ittiham edilməklə və s.) faktiki olaraq kənarlaşdırılmışdır. Daha sonra işəgötürənin şikayəti əsasında polis orqanına dəvət edilmişdir. İşdən çıxma barədə ərizəyə baxılmadan qərəzli olaraq əmək qanunvericiliyinin tələbi pozulmaqla işdən azad edilmişdir. Əmək Müfəttişliyinə müraciət etdikdən sonra xx.xx.2019-cuil tarixində müəssisəyə vəkili ilə birgə getsə də, mühafizə xidməti tərəfindən vəkilinin girişi məhdudlaşdırılmış və ona yalnız əmək kitabçası təqdim edilmiş, digər sənədlərin verilməsindən isə imtina edilmişdir. Bu sənədlərin surəti Müfəttişliyə müraciət edilərək əldə edilmişdir. Həmin gün bir çox maliyyə sənədlərinə keçmiş tarixlərlə imza atdırılmağa cəhd edilsə də, qəti şəkildə imtina etmiş və imza at mamışdır. Azərbaycan Beynəlxalq Bankının əmək haqqı kartı üzrə xx.xx.2019-cuil tarixli çıxarışından da aydın göründüyü kimi 2017-ci ilin mart, aprel, may, iyul,avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 2018-ci ilin yanvar, mart, sentyabr aylarıüzrə ona əmək haqqı ödənilməmişdir. Rəhbərlik tərəfindən bu ödəmələr barədə açıqlama verilərkən bu ödənişlərin son-haqq hesab zamanı ödəniləcəyi bildirilmişdir. Lakin sözügedən bank çıxarışına və iddia ərizəsinə əlavə etdiyi xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən ona cəmi 99 manat ödəniş edilmiş və son-haqq hesab düzgün hesablanmayaraq ona ödənilməmiş əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləğləri onun tərkibinə daxil edilməmişdir. Yeni işəgötürən xxxx MMC-nin təqdim etdiyi xx.xx.2019-cu il tarixli 235 /19arayışa əsasən aylıq əmək haqqı 1000 manat olmaqla əmək müqaviləsinin tərəflər arasında bağlanılması razılaşdırılmışdır. Lakin "xxxx" ASC-nin qanunsuz hərəkəti nəticəsində həmin işəgötürənlə olan əmək münasibətləri qurula bilməmişdir. Bu səbəbdən hesab edir ki, 2018-ci ilin noyabr, dekabr, 2019-cu ilin yanvar və fevral ayı üzrə əldən çıxmış faydanın ödənilməsi cavabdeh tərəfindən təmin edilməlidir. MPM-nin 121-ci, ƏM-nin 300.1-ci maddəsinin qeyd hissəsinə əsasən hüquqların müdafiəsi üçün vəkilə ödənilmiş xərclər məhkəmə tərəfindən ağlabatan miqdarda əleyhinə qərar qəbul edilmiş tərəfdən tutulmalıdır, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də aydın olduğu kimi Lider Vəkil Bürosu ilə bağlanılmış xx.xx.2019-cu il tarixli 06 saylı müqaviləyə və xx.xx.2019-cuil tarixli GİG seriyalı 995062 saylı mədaxil qəbzinə əsasən vəkilə ödənilmiş 100 manat cavabdehdən tutalaraq ona ödənilməlidir. Qeyd edilənləri nəzərə alaraq, xxxx" ASC-nin İdarə Heyyəti sədrinin xx.xx.2019-cu il tarixli 06/ŞHnömrəli əmrinin ləğv edilməsi, xx.xx.2014-cü il tarixli 195 nömrəli əmək müqaviləsinə ƏM-nin 68.2cimaddəsinin “a” bəndi ilə xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və sonhaqq hesaba daxil edilməmiş 2280 manat əmək haqqı və ona hesablanmış 8208 manat ödəncin, habelə 4000 manat əldə çıxmış faydanın və vəkilə çəkilmiş 100 manat xidmət haqqının cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh “xxxx” ASC kassasiya şikayəti ver ərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə əsasən ona təhkim olunmuş əmlakı əmək münasibətlərinə xitam verilən zaman qaytarmamışdır. Cavabdeh bu barədə təhvil-təslim aktını imzalamağı tələb etsə də, iddiaçı bundan imtina etmişdir. Bununla da iddiaçı tərəfindən cavabdehə maddi ziyan vurulmuşdur. Eyni zamanda iddiaçı heç bir üzrlü səbəb olmadan işə gəlməmiş, bu barədə cavabdehə məlumat verməmişdir. Qyed olunan hal iş vaxtının uçotu tabelində də göstərilmişdir. Məhkəmə bu halları nəzərə almayaraq iş üzrə səhv nəticəyə gəlmiş dir. İddiaçı məhkəməyə kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia tələbini rədd edilən hissəsi iddiaçı tərəfindən mübahisələndirilmədiyindən qətnamə yalnız cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə kassasiya qaydasın da yoxlanılır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,“xxxx” ASC ilə İddiaçı arasında 1 illik əmək müqaviləsi bağlanmışdır. Müqavilə üzrə İddiaçı ümumi təsərrüfat işləri sahəsində sürücü və ekspeditor işinin görülməsi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan işçi ilə əmək müqaviləsinə xitam verilməsi haqqında ASC İdarə Heyətinin sədrinin xx.xx.2019-cu il tari xli, 06/ŞH əmrindən görünür ki, ümumi təsərrüfat işləri sahəsinin sürücü-ekspeditoru rəhbərlik tərəfindən gödərilmiş xx.xx.2019-cu il tarixli məktuba baxmayaraq xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixinə kimi üzrsüz səbəbə görə işə gəlməmişdir, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2019-cu il tarixli hesabdan çıxarışdan görünür ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək İddiaçı bank hesabı üzrə əməliyyatlar aparılmışdır. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı 2019-cu ilin yanvar ayında 99,73 manat məbləğində son haqq-hesab ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosi al Müdafiəsi Nazirliyi yanında X4 Xidməti 2 saylı region üzrə X2 xx.xx.2019-cu il tarixli, **********3 saylı məktubundan görünür ki, müəssisənin təqdim etdiyi xx.xx.2019-cu il tarixli 15 saylı məktubda onun xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək üzrsüz səbəbdən işə çıxmamasına görə işə çıxmadığı və bu səbəbdən müəssisənin həmkarlar təşkilatının qərarına əsaslanaraq əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2019-cu il tarixdə xitam verildiyi bildirilir. Əmək kitabçasını təhvil almaq üçün müəssisəyə müraciət etməyi tövsiyyə olunur. Müəssisə ilə aralarında yaranmış mübahisəli hal ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunur. “xxxx” ASC-nin İddiaçı ünvanlandığı xx.xx.2019-cu il tarixli, 02 saylı məktubdan görünür ki, “xxxx” ASC-nin ümu mi təsərrüfat işləri sahəsində sürücü-ekspeditor olaraq xx.xx.2018-ci il tarixdən etibarən bu günədək işə gəlməmişdir. Bununla əlaqədar ASC-yə heç bir məlumat verilməmiş və hansı səbədən işə gəlməməsi barədə rəhbərliyə məlumat daxil olmamışdır. Nəzərinə çatdırılır ki, onunla “xxxx” ASC arasında tam fərdi məsuliyyət haqqında müqavilə bağlanmışdır və müqaviləyə əsasən məsuliyyət daşıyır. Odur ki, işə gəlməməyinin üzrlü səbəb olması barədə “xxxx” ASC-yə məlumat verməyi xahiş olunur, əks halda heç bir üzrlü səbəb olmadan işə gəlməməyinə görə əmək funksiyasını yerinə yetirməyəcək əmək vəzifələri kobud şəkildə pozulduğu üçün onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv olunacaqdır. “xxxx” ASC-nin İddiaçı ünvanlandığı xx.xx.2019-cu il tarixli, 14 saylı məktubdan görünür ki, “xxxx” ASC-nin rəhbərliyi İddiaçı əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verildiyi bildirilmişdir. Əmək kitabçasını kadrlar şöbəsindən gəlib götürə bilər. Son haq-hesabı kart hesabına ödənilmişdir. İddiaçı tərəfindən “xxxx” ASC-yə ünvanlanmış ərizədən görünür ki, barəsində böhtan xarakterli müraciətlə polis orqanına müraciət edilmişdir. Eyni zamanda noyabr ayından etibarən əmək funksiyasının icrasından kənarlaşdırılmış və əmək haqqı almamışdır. Bununla yanaşı artıq yeni işə qəbul edilmiş və əmək müqaviləsi imzalamaq niyyətindədir. Buna əsasən əmək müqaviləsinə xx.xx.2018-ci il tarixindən etibarən ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə uyğun olaraq xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi “xxxx” ASC-nin rəhbərliyi tə rəfindən İddiaçı heç bir üzrlü səbəb olmadan işə gəlmədiyinə görə əmək funksiyasını yerinə yetirməyəcəyi, əmək vəzifələrini kobud şəkildə pozduğu üçün onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv olunacağına dair xəbərdarlıq edilməsini əsas götürərək iddiaçı tərəfindən əmək funksiyasını və əmək müqaviləsinin öhdəliklərini kobud şəkildə pozulmasına səbəb olacaq hərəkətlərə yol verilməsi nəticəsinə gələrək iddianı təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, işdən göründüyü kimi məhkəmənin gəlmiş olduğu nəticəyə görə iddiaçıya edilmiş xəbərdarlığa baxmayaraq o, əmək funksiyasını yerinə yetirməmiş, müqavilə üzrə öhdəliklərini kob ud surətdə pozmuşdur. Yalnız həmin hala istinad etməklə məhkəmə iddanın rədd olunması nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, belə bir xəbərdarlığın cavabdeh tərəfindən iddiaçıya göndərilməsi, onun iddiaçı tərəfindən alınması təsdiq olunmur. Belə ki, iddiaçıya xəbərdarlığın göndərilməsi barədə cavabdeh tərəfindən təqdim olunmuş SS**********AZ kodlu poçt qəbzindən görünür ki, bu qəbz cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş digər məktuba aid olmuş, iddiaçının adı poçt xidməti tərəfindən qəbzə əlavə edilməmişdir. Bu fakt bəhs edilən qəbzin yuxarı hissəsində yerləşən Göndərən: Şampan Şərabları/Alan: DSMF adlı qeyddən də aydın formada görünür. Poçt qəbzinin ona göndərilməsi iddia edilən xəbərdarlığa aidiyyətinin olması barədə poçt rabitəs i rəhbərliyinə rəsmi məktubu göndərilmiş və onun sorğusuna xx.xx.2019-cu ildə rəsmi cavab verilmiş və cavab məktubunda göstərilmişdir ki, «xxxx» ASC-in xx.xx.2019-cu il tarixdə 29 saylı poçt şöbəsindən 2 ədəd sifarişli məktub göndərilmişdir. Həmin məktublardan 2 ədədinin də İddiaçı aidiyyatı yoxdur. (SS565946304AZ və SS565946318AZ) Belə olan halda həmin xəbərdarlığa istinad edilərək iddiaçının öz əmək funksiyasının yerinə yetirməyə dəvət edilməsinə dair cavabdeh tərəfin göstərdiklərin əhəmiyyətsiz olması və xəbərdarlığa istinad edilərək qəbul olunmuş əmrin əsassız olması müəyyən edilmiş olunur. İşin digər hallarına əsasən apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Əmək Məcəlləsinin 69-cu maddəsinə uyğun olaraq işdən azad edilməsi barədə cavabdehə xx.xx.2018-ci il tarix li ərizə təqdim etmişdir. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son-haqhesabın aparılmasını tələb etmək hüququna malikdir. Bu halda istinad olunan normanın tələbinə görə qanunvericiliyin müəyyən etdiyi müddətin başa çatmasından sonra iddiaçının işə çıxmamaq hüququ olmuşdur. Bundan sonra ərizənin daxil olduğunu bilən cavabdeh tərəf ərizənin verilməsindən üç ay sonra iddiaçını işə çıxmasına dair xəbərdarlıq göndərməsinin hər hansı əhəmiyyəti olmamışdır. Məhz iddiaçıya çatmayan xəbərdarlığına istinad edərək onu Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən azad etməklə isə əmək qanunvericiliyin istinad olunan normalarının tələblərini pozmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Beynəlxalq Bankının xx.xx.2019-c u il tarxli əmək haqqı kartı üzrə çıxarışına və xx.xx.2018-ci il tarixli bank ödəniş tapşırığından aydın olur ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə müəssisə tərəfindən oktyabr ayı üçün əmək haqqı ödənilmişdir. Bu halda isə iddiaçının 2018-ci ilin oktyabr ayında əmək funksiyalarını həyata keçirməsi aşkar olaraq müəyyən edilmiş olur. Cavabdeh əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 72-ci maddəsinə istinad etmişdir. Həmin maddənin “a” bəndnə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması halı hesab edilir. Belə olan halda 2018-ci ilin oktyabr ayından işə gəlmədiyi ona aşkar olduğu halda hansı səbəbdən dərhal əmrin verilməmə si aydın deyildir. Əmək Məcəllənsinin 71.3-cü mddəsinə əsasən işəgötürən Bu Məcəllənin 70-ci maddəsi ilə müəyyyən edilmiş əsasların hər hansı bir ilə əmək müqaviləsini ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənn 84.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr əmək mübahisələrini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilir. Həmin Məcəllənin 84-cü maddəsinin birinci hissəsinin tələbinə görə əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənən əmrinin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası qeyd edilmədirdir. Hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2019-cu l tarixli 09/ŞH nömrəli əmrdə onun əsası kimi “xxxx” ASC HİK-nin xx.xx.2019-cu il tarixli 02 saylı protoko lunun olması göstərilmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallarda hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilməsi mümkün olmayan hal ondan ibarətdir ki, həmkarlar ittifaqı təşkilatı işçinin işdən azad olunması barədə qərar qəbul etmək səahiyyətinə malik deyildir. O, yalnız işəgötürənin vermiş olduğu təqimata öz mülahizəsini və ya razılığını bildirmək hüququna malikdir. Bu fakt özü işçinin işdən azad olunması zamanı həmkarlar ittifaqı təşkilatının razılığının işdən çıxma əsası kimi qəbul edilməsini yolverilməz edir. Lakin hazırkı işin halları baxımından qeyd edilməlidir ki, iddiaçının işdən çıxma əsası yalnız həmkarlar ittifaqı təşkilatının razılığının olması göstərilmişdir. Bu əsasla qəbul olunmuş əmrin isə faktiki olaraq iddiaçının hüquqlarının kobud surətdə pozulmasına şərait yaratması aşkardır. İşin digər əsas bir hal isə iddiaçının keçirilmiş həmraklar ittifaqı təşkilatının iclasına çağırılması, orada iştirak etməyə dəvət olunması və iclas barədə məlumatlandırılmasına dair işin materillarında hər hansı sübutun olmamasıdır. İddiaçının dəvət edilmədiyi və dinlənilmədiyi iclasın qəbul etmiş olduğu razılığın isə qanunla müəyyən olunmuş qaydalara uyğun verilməsi nəticəsinə gəlmək mümkünsüzdür. İşin halları ilə daha sonra müəyyən edilir ki, iddiaçı xx.xx.2018-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə müəssisəyə ərizə göndərərək işdən azad edilməsini xahiş etmiş olsa da, onun ərizəsinə baxılmamışdır. Bundan sonra xx.xx.2018ci il tarixdə, xx.xx.2018-ci il tarixdə yenidən müraciət ünvanlanmış və ƏM-nin 69-cü maddəsinin tələblərinə riayət edilməsi tələb edilmişdir. Lakin onun mü raciətlərinə baxılması təmin olunmamış və hər hansı cavab ünvanlanmamışdır. Faktiki olaraq iddiaçı cavabdehdən asılı vəziyyətə salınmışdır. Halbuki Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinin tələbinə görə işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hası başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə əmək müqaviləsinə yalnız Bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallard a əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə görə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində i şəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, yuxarıda göstərilən əmək qanunvericiliyinin müddəalarından göründüyü kimi iddiaçının istinad olunan maddə ilə işdən çıxarılması üçün, həmçinin iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə görə iş yerində istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olmalı və bunun nəticəsində işəgötürənin, əmək kollektivinin hüquqlarına və mənafelərinə hər hansı formada ciddi ziyan dəymiş olmalıdır. Bununla bağlı sübutetmə yükünün də cavabdehin üzərinə düşməsinə baxmayaraq onun tərəfindən göstərilən halların yarandığına dair mötəbər sübutlar təqdim olunmamışdır.Cavabdeh tərəf iddiaçının tam iş günləri ərzində işə çıxmaması ilə müəssisədə formalaşdırılmış intizam qaydalarının pozulması, ümumiyyətlə Əmək Məcəlləsinin 183-cü maddəsində nəzərdə tutulmuş əsaslarla müəssisənin intizam qaydalarının mövcud olması və qəbul olunması, iddiaçının bu hərəkətlərindən sonra işə gəlməmə hallarının artması, müssəsədə iş ahənginin pozulması və bunların nəticəsində işəgötürənə hansı ziyanın vurulduğunu sübut edə bilməmişdir. Digər tərəfdən işin halları ilə təsdiq olunmuşdur ki, iddiaçı cavabdehlə bağlanmış əmək müqaviləsini öz istəyi ilə ləğv etmək hüququndan istifadə etmək istəmişdir. Lakin cavabdeh iddiaçının bu hüququnun həyata keçirilməsinin faktiki olaraq qarşısını almışdır. Nəticədə isə iddaçının yol vermədiyi pozu ntuya görə məsuliyyətə cəlb edilmiş, iddiaçıya qarşı qərəzli münasibətini vermiş olduğu əmrlə rəsmləşdirmişdir. Əmək Məcəlləsinin 182-ci maddəsinin 1-ci hissəsinə əsasən müəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə müəssisə daxili intizam qaydaları qəbul edilə bilər. Həmin Məcəllənin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işə götürən və işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutul muş hallada isə digər məsuliyyətə cəlb edilirlər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, intizam tənbehləri tətbiq edilməzdən əvvəl işə götürən işçini dəvət etməli, yol verdiyi intizam pozuntularının və buna görə tətbiq olunacaq tənbehlərin mahiyyətini izah etməli, ondan izahat almalı, işçi izahat verməkdən imtina etdiyi halda onun imtinası onuni ştirakı ilə rəmləşdirdikdən sonra intizam tənbehinin verilməsi məqbul hesab edilə bilərdi. Lakin işəgötürən işçinin yol verdiyi intizam pozuntularının araşdırılması üçün dəvət edilməmiş, ondan izahat alınması təmin olunmamış, iddiaçıya tənbehlə bağlı əmr verilmişdir. Hər bir halda işəgörənə iddiaçının öz arzusu ilə işdən azad olmunması dair ərizə verməsi aşkar olmuşdur. İşin hər hansı bir halı ilə təsdiq olunmur ki, iddiaçı barəsində cavabdeh hər hansı daxil araşdırma aparmış və həmin araşdırma iddiaçının ərizəsinə baxılmasını ləngitmişdir. İddiaçı israr edir ki, o, işdən öz xahişi ilə azad olunma barədə ərizə vermiş, lakin cavabdeh ona qarşı qərəzli münasibətlərin davam edirərək, onu daha ağır intizam tənbehi ilə cəzalandırmış, faktiki olaraq onu digər işəgörürənlə əmək müqaviləsi bağlamasına şübhə yaradan əmr vermişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmadığından ləğv edilməlidir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Apellyasiya instansiyası məhkəməsi işin digər halların ilə həmçinin müəyyən etmişdir ki, iddiaçı yeni işəgötürən “xxxx” MMC ilə aylıq əmək haqqı 1000 manat olmaqla əmək müqaviləsi bağlanılması razılaşdırılmışdır. Lakin cavabdehin qərəzli münasibəti nəticəsində onun ərizəsi əsasında işdən azad edilməməsi ilə bağlı olaraq onun üçün daha əlverişli olan əmək müqaviləsinin rəsmləşdirilməsi imkanını itirmişdir. Eyni zaman hər hansı bir əsası olmadan onun müraciətinə baxılmaması ilə bağlı olaraq 2018-ci ilin noyabr, dekabr, 2019-cu ilin yanvar ayı üzrə əmək haqqından məhrum olmuşdur. İşin mübahisəsiz halıdır ki, onunla aparılan son haqq hesaba göstərilən ayların əmək haqqı daxil edilməmişdir. Belə olan halda o, yeni işəgötürənlə əmək müqaviləsi bağlanmasından məhrum edildiyinə görə cavabdehlə bağlanmış əmək müqaviləsində nəzərdə tutulan əmək haqqı məbləğində göstərilən ayla üzrə (239x3=717) əldən çıxış fayda hesablan aq ona ödənilməlidir. Digər tərəfindən iddiaçı hüquqlarının lazımi qaydada müdafiəsini təmin etmək üçün vəkilə müraciət etmiş və ona 100 manat məbəbğində xidmət haqqı ödəmişdir. Aim hesab etmişdir ki, Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinin tələbi baxımından xx.xx.2019-cuil tarixli GİG seriyalı 995062 saylı mədaxil qəbzinə əsasən vəkilə ödənilmiş 100 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin d əlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə cavabdeh göstərmişdir ki, iddiaçı ona təhkim edilmiş əmlakı verməyərək şirkətə maddi ziyan vurmuşdur. Lakin cavabdehin göstərdiyi bu dəlil iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, işdən göründüyü kimi, cavabdeh bu barədə hüquq mühafizə orqanlarına şikayət etmiş, Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin xx.xx.2019-cu il tarixli və Nərimanov rayon prokuroluğunun xx.xx.2019-cu il tarixli məktubları ilə cavabdehin iddiaçı tərəfindən ona ziyan vurulması faktı öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Cavabdeh daha sonra kassasiya şikayətində iddiaçının üzrsüz səbəbdən işə gəl mədiyini göstərmişdir. Lakin işin halları ilə bu dəlilin də əsassız olması müəyyən edilir. Belə ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etdiyi hallara əsasən cavabdehin iddiaçıya bu barədə xəbərdar etməsi, bu fakta görə iddiaçıdan izahat alması halları müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, Bakı Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10878/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1443/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1443/2020
12.03.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver