Məhkəmə qərarları › İş №2(102)-1443/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1443/2022

04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1443/2022 04.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin ləğvi əsasları, müqavilə üzrə öhdəliklərin icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2927/2022 nömrəli iş üzrə 10 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdak ıları müəyyən etdi: İşin halları İddiaçı ilə cavabdeh “Bakcell MMC” arasında bağlanmış abunə müqaviləsinə əsasən iddiaçı ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. İddiaçı həmin nömrədən uzun müddət ərzində istifadə etmədiyi üçün həmin nömrə 13 aprel 2019-cu il tarixdən birtərəfli, 13 may 2019-cu il tarixdən isə ikitərəfli bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında ******-**-** mobil nömrəsi ilə əlaqədar bağlanmış abunə müqaviləsinin cavabdeh tərəfindən birtərəfli qaydada xitamının qanunsuz sayılması, cavabdehin üzərinə müqavilə üzrə öhdəliklərini yerinə yetirmək, müqavilədə göstərilən və birtərəfli qaydada sistem üzərindən ləğv edilmiş ***-***-**-** nömrəni sistem üzərində bərpa edərək yenidən iddiaçının istifadəsinə vermək vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 055-211- 38-38 mobil nömrəsini uzun illərdir istifadə edir. Çoxdandır həmin nömrəni whatsapp nömrəsi kimi istifadə edir. Danışıq üçün isə başqa nömrədən istifadə edir. Yanvar ayı 2020- ci il tarixdə həmin nömrəni aktivləşdirmək istəmiş, bununla bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh ona 07 yanvar 2020-ci il tarixli cavab məktubu yazaraq müraciətimin təmin olunmasından imtina etmişdir. Məktubda qeyd olunmuşdur ki, dünya telekommunikasiya sahəsində mövcud olan praktikaya əsaslanaraq, abunəçilər uzun müddət ərzində bağlı olan nömrələri aktivləşdirilmədikdə həmin müqavilələrə xitam verilir və belə n ömrələr başqa şəxsin istifadəsinə verilir. Bundan başqa bağlanmış müqaviləyə də istinad etmişlər ki, 6 ay ərzində istifadə etmədikdə müqaviləyə xitam verilir. Əvvəla həmin nömrə istifadəsiz qalmamışdır. Bu gün də həmin nömrənin whatsapp nömrəsi kimi istifadə edir, qohumları, dostları hələ də o nömrənin whatsappı ilə onunla əlaqə saxlayırlar. Söhbət əgər istifadədən gedirsə nömrədən hələ də istifadə edir və müqavilədə bu barədə heç nə qeyd olunmamışdır. Eyni zamanda həmin nömrə hal-hazırda başqa şəxsə satılmamışdır. Bundan başqa cavabdeh müqaviləyə xitam verirdisə bunu bir tərəfli qaydada edə bilməzdi. Cavabdehlə onun arasında olan müqavilə (***-***-**-** mobil nömrəyə dair) iradə ifadəsinin təfsirinə görə iki tərəfli müqavilədir. Müqavilənin vaxtından əvvəl ləğv edilməsi üçün əsaslar Mülki Məcəllənin 421-ci maddəsində müəyyən edilmiş, müqavilənin ya tərəflərin razılaşması ilə, ya da tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilməsi göstərilmiş, müqavilənin ləğv qaydası isə həmin Məcəllənin 423-cü maddəsində əks olunmuşdur. Həmin maddəyə görə də, müqavilə tərəflərin razılaşması ilə ləğv edilirsə, bu barədə razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilə 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla isə müqavilə tərəfin tələbinə əsasən yalnız məhkəmə qaydasında ləğv edilə bilər. Qanunvericilik başqa qaydada müqavilənin ləğvini, yəni müqavilən in birtərəfli qaydada məhkəməyə müraciət etmədən tərəfin özü tərəfindən ləğv edilməsi qaydasını müəyyən etməmişdir. O da qeyd edilməlidir ki, cavabdeh məktubunda qeyd olunan müqavilənin hansı normaya əsasən bir tərəfli qaydada ləğv etdiyini qeyd etməmişdir. Ancaq dünya telekommunikasiya sahəsində mövcud olan paktikaya əsaslanmışdır. Bu isə özlüyündə böyük gülüş obyektidir. Ona görə də cavabdeh tərəfindən onun mobil nömrəsi ilə bağlı müqavilənin özü tərəfindən birtərəfli qaydada ləğv edilmiş hesab edilməsi qanunsuz olmuşdur. Yuxarıda qeyd etdiklərinə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Vəkil1 iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı tərəfindən qaldırılmış iddia tələblərini aşağı dakı səbəblərdən əsassız hesab edir. İddia ərizəsində qeyd edilmişdir ki, 055 *** ** ** nömrəsi istifadəsiz qalmamışdır, həmin nömrə iddiaçı tərəfindən “Whatsapp” nömrəsi kimi istifadə edilir. Halbuki, hər hansı mobil nömrənin “Whatsapp” nömrəsi kimi qeydiyyata salınması üçün yalnız həmin “messenger”in tətbiqinin mobil telefona yüklənməsi və qeydiyyat zamanı nömrənin rabitə xəttinin aktiv olması gərəklidir. Sonradan isə bu “messenger”də qeydiyyata alınmış bu nömrə virtual nömrəyə çevrilir və nömrənin rabitə xəttinin açıq olubolmamasından, nömrənin ləğv edilməsindən asılı olmayaraq istifadə edilir. “Whatsapp” “messenger”i internet üzərindən istifadəçilərə təqdim edilən və Bakcell-in rabitə xidmətlərinə aidiyyəti olmayan bir tətbiqdir. Bakcell və istənilən digər operatorun rabitə xidmətlər indən istifadə dedikdə, birbaşa operator tərəfindən təqdim edilən mobil rabitə xidmətləri nəzərdə tutulur. Odur ki, nömrənin “Whatsapp” “messenger”ində istifadəsi nömrənin Bakcell-in rabitə xidmətləri üçün istifadəsi hesab edilmir. Bundan başqa iddia ərizəsində qeyd edilmişdir ki, Bakcell müqaviləyə xitam verirdisə bunu birtərəfli qaydada edə bilməzdi. İddiaçı ilə Bakcell arasında bağlanmış 30.12.2008-ci il tarixli, 029061 nömrəli abunə müqaviləsinin 6.1-ci bəndində qeyd edilmişdir ki, müqaviləyə dəyişikliklər və ya əlavələr edilməsi, müqavilənin birtərəfli qaydada ləğvi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirilir. Mülki Məcəllənin 421.1 ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəz ərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin 2.1.6-cı maddəsinə görə müştəri 3 (üç) ay ərzində borcunu ödəmədikdə Müəssisə onun telefon xəttini bağlayır, telefon nömrəsini ləğv edir. Yuxarıda göstərilən 3 (ay) keçdikdən sonra telefon xəttinin yenidən qoşulması üçün Müştəri Müəssisənin ödəniş tariflərinə müvafiq olaraq ödəniş etməlidir. Müqavilənin 2.1.3-cü maddəsinə görə Müştəri ilə razılaşdırmadan xidmət tariflərini, ödəniş şərtlərini və metodlarını dəyişdirmək Müəssisənin hüququdur. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə münasibətlərə xitam verilməsinin qaydası nəzərdə tutulmuşdur. O da qeyd olunmalıdır ki, 055 *** ** ** kombinasiyalı mobil nömrə 2018-ci ilin yanvar ayından Klass fakturalı XL tarifində istifadə edilmişdir. Bu tarif üzrə aylıq abunə haqqı 10 manatdır. Bakcell-in rəsmi internet səhifəsində yerləşdirilən (https://www.bakcell.com/az/online-credit-card-payment) ödəniş şərtlərinə görə fakturalı xəttə aid mobil nömrələrdə:

1. Nömrədə tətbiq edilən istifadə limiti müvafiq həddə çatdıqda, nömrədən çıxan zənglər birtərəfli qaydada bağlanır. İstifadə limiti - abunəçinin mobil nömrəsinə yükləmiş pul və nömrəyə təyin edilmiş limitin cəminə bərabərdir. Nömrənin balansını artırmaqla nömrənin aktivləşdirmək mümkündür.

2. Yaranmış borc cari ayın sonunadək ödənilməsə, faktura borcuna çevrilir. Faktura borcu abunəçinin ötən ay üçün etdiyi danışıqlar və cari ay üçün olan aylıq abunə haqqından ibarətdir.

3. Faktura borcu növbəti 30 gün ərzində ödənmədikdə, nömrə çıxan zənglər üçün birtərəfli qaydada bağlanır.

4. Daha növbəti 30 gün ərzin də heç bir ödəniş həyata keçirilmədikdə, nömrəyə daxil olan zənglər də dayandırılacaq və nömrə ikitərəfli qaydada bağlanacaq. 5. 90 gün müddətində nömrənin balansını artırmaqla mobil nömrəni aktivləşdirmək mümkündür. Bu müddət ərzində heç bir ödəniş həyata keçirilmədikdə nömrə ləğv edilir. Ləğv edilmiş nömrədə yaranmış borc saxlanılır və bu borc abunəçi tərəfindən ödənilməlidir. Tarifin şərtlərinə görə nömrəyə 01.04.2019-cu il tarixində 10 manat abunə haqqı hesablanmış və nömrənin balansı mənfi 10,94 olmuşdur. 15 gün ərzində borc ödənilməmiş və nömrə 16.04.2019-cu il tarixində birtərəfli olaraq bağlanmışdır. 01.05.2019-cu il tarixində may ayı üzrə abunə haqqı hesablanmış və borc 20,94 manata çatmışdır. 90 gün ərzində nömrənin balansı artırılmadığına görə 14.08.2019-cu il tarixdə ləğv edilm işdir. Göstərilənlərə əsasən vəkil iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 07.01.2020-ci il tarixli 0910c2020 saylı məktubda qeyd edilmişdir ki, 05.01.2020-ci il tarixli müraciəti ilə əlaqədar bildirilir ki, dünya telekommunikasiya sahəsində mövcud olan təcrübəyə əsasən, abunəçilərin uzun müddət ərzində bağlı olan nömrələri aktivləşdirilmədiyi təqdirdə, həmin abunəçilərlə bağlanılmış müvafiq müqavilələrə xitam verilir və belə nömrələr başqa şəxslərin istifadəsinə verilə bilər. Eyni zamanda abunəçilərlə bağlanılmış müqavilələrdə qeyd olunur ki, şirkət abunəçiyə təqdim olunmuş 6 ay ərzində istifadə etmədikdə, bu müqaviləyə xitam verərək istifadə olunmayan nömrəni abunəçidən geri almaq və başq a abunəçinin istifadəsinə vermək hüququna malikdir. ********* nömrəsi 13.04.2019-cu il tarixində birtərəfli, həmin statusda bir ay aktivləşdirilmədiyinə görə 13.05.2019-cu il tarixində ikitərəfli bağlanılmışdır. İkitərəfli bağlı statusunda olan nömrənin yenidən aktivləşdirilməsi üçün abunəçilərə 90 gün vaxt verilsə də, ********* nömrəsi həmin müddət ərzində də aktivləşdirilməmişdir. Bu səbəbdən ********* nömrəsinə dair abunə müqaviləsinə xitam verilmişdir. Beləliklə, hal-hazırda həmin nömrənin bərpası qeyrimümkündür. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında ********* nömrəsinə dair bağlanmış 30.12.2005-ci il tarixli 029061 saylı abunə müqaviləsinin 2.1.6-cı maddəsinə əsasən müştəri 3 ay ərzində borcunu ödəmədikdə onun telefon xəttini bağlayır, telefon nömrəsini ləğv edir. Yuxarıda göstərilən 3 ay keçdikdən sonra telefon xəttinin yenidən qoşulması üçün müştəri müəssisənin ödəniş tariflərinə müvafiq olaraq ödəniş etməlidir. İş materiallarına əlavə edilmiş 05.10.2020-ci il tarixli CEO_21381 saylı maliyyə arayışından görünür ki, İddiaçı istifadəsində olmuş ********* kombinasiyalı mobil nömrənin balansı 12.01.2018-ci il tarixinə 75,27 manat təşkil etmişdir. Nömrənin balansı 2019-cu ilin mart ayında 30 manat və sonuncu dəfə 2019-cu ilin iyul ayında 20 manat artırılmışdır. 2018-ci ilin yanvar ayından 2019-cu ilin sentyabr ayınadək nömrə üzrə istifadə 486,21 manat, nömrənin balans artımı isə 380 manat olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva, iş N 2(060)-1983/2020 saylı,) iddia rədd edilmişdir. Məhk əmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında abunə müqaviləsi bağlanarkən iddiaçı, cavabdeh ilə abunə və xidmət haqlarını hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər ödənilməsi barədə razılığa gəlmiş və bu razılığı öz iradə ifadəsi (imzası) ilə təsdiq etmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.1.6-cı bəndinə əsasən müştəri 3 (üç) ay ərzində borcunu ödəmədikdə Müəssisə onun telefon xəttini bağlayır, telefon nömrəsini ləğv edir. Yuxarıda göstərilən 3 (ay) keçdikdən sonra telefon xəttinin yenidən qoşulması üçün Müştəri Müəssisənin ödəniş tariflərinə müvafiq olaraq ödəniş etməlidir. Müqavilənin 3.2-ci bəndinə əsasən, müştəri klass-simkartın qiymətini, abunə haqqını, xidmət və danışıq haqqını ödəməlidir. M üqavilənin 6.3-cü bəndinə görə, müştəri və müəssisə müqavilədən irəli gələn şərtləri və müddəaları öz müqavilə öhdəlikləri kimi qəbul edirlər. Müqavilənin 6.4-cü bəndinə görə, müqavilə birtərəfli qaydada ləğv edildikdə, tərəflər ləğv etmə gününədək mövcud öhdəlikləri tam icra etməlidirlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.2, 421.3, 423.1, 423.2-ci maddələrinə istinad etmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Məhkəmə hesab etmişdir ki, işdə olan Cavabdeh MMC tərəfindən ona ünvanlanmış 07 yanvar 2020-c i il tarixli müraciəti ilə əlaqədar bildirir ki, dünya telekommunikasiya sahəsində mövcud olan təcrübəyə əsasən, abunəçilərin uzun müddət ərzində bağlı olan nömrələri aktivləşdirilmədiyi təqdirdə, həmin abunəçilərlə bağlanılmış müvafiq müqavilələrə xitam verili rvə belə nömrələr başqa şəxslərin istifadəsinə verilə bilər. Məhkəmə eyni zamanda həmin nömrə hal-hazırda başqa şəxsə satılmaması, cavabdeh müqaviləyə xitam verirdisə bunu bir tərəfli qaydada ola bilməzdi. Məhkəmə çəkişmə prinsipini pozmuşdur və onun iştirakını məhkəmə prosesində təmin etməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli 2(060)1983/2020 saylı qətnaməsini ləğv edib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya instansiyası məhkəmə sində birinci icraat zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirmiş və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Gülnarə Tağızadə sədrlik edən və məruzəçi, Lətifə Məmmədova, Telman Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(060)-1983/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilədə abunə müqaviləsinə birtərəfli qaydada xitam verilməsinin şərti, yəni 90 gün ərzində nömrədən istifadəyə görə borcun ödənilməm əsinin müqavilənin birtərəfli ləğvinə səbəb olması birbaşa nəzərdə tutulduğundan cavabdeh tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilərkən mülki qanunvericiliyin tələbləri pozulmamışdır. Digər tərəfdən iddiaçının qoşulduğu Fakturalı xəttə aid mobil nömrələrdə Klass XL tarifinin Cavabdeh MMC-nin rəsmi internet səhifəsində yerləşdirilən şərtlərindən görünür ki, nömrədən istifadə ilə əlaqədar yaranmış borc cari ayın sonunadək ödənilməsə, faktura borcuna çevrilir. Faktura borcu növbəti 30 gün ərzində ödənmədikdə, nömrə çıxan zənglər üçün birtərəfli qaydada bağlanır. Daha növbəti 30 gün ərzində heç bir ödəniş həyata keçirilmədikdə, nömrəyə daxil olan zənglər də dayandırılır və nömrə ikitərəfli qaydada bağlanır. 90 gün müddətində nömrənin balansını artırmaqla mobil nömrəni aktivləşdirmə k mümkündür. Bu müddət ərzində heç bir ödəniş həyata keçirilmədikdə nömrə ləğv edilir. Ləğv edilmiş nömrədə yaranmış borc saxlanılır və bu borc abunəçi tərfindən ödənilməlidir. Göründüyü kimi, sözügedən şərt, yəni 90 gün müddətində nömrənin balansını artırmaq üçün heç bir ödəniş həyata keçirilmədiyi təqdirdə nömrənin ləğv edilməsi iddiaçının istifadəçisi olduğu Klass XL tarifinin Cavabdeh MMC-nin rəsmi internet səhifəsində yerləşdirilən şərtlərində də qeyd olunmuşdur. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat. İş üzrə İddiaçı kassasiya şikayəti verərək müqavilənin birtərəfli qaydada ləğv ed ilməsinin Mülki Məcəllənin 421-ci maddəsinin tələbinə zidd olmasını, işin baxılma vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmamaqla işə onsuz baxılmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh MMC kassasiya şikayətinə qarşı etiraz verərək abunə müqaviləsinə xitam verilməsini, iddiaçının 90 gün ərzində telefon borcunu ödəmədiyi üçün telefon xəttinin ikitərəfli qaydada bağlanmasının və müqaviləyə xitam verilməsinin qanuni olmasını əsas göstərməklə kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiya sının 23 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər İlqar Xələfov sədrlik edən - məruzəçi, Gündüz Quliyev və Zaur Əliyev,iş N 2(102)-3251/21 saylı) kassasiya şikayəti təmin edilməklə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli, 2(105)-586/2021 saylı qətnaməsi ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Ağayev, hakimlər H.Babayeva, İ.Dəmirov, iş N 2(105)-2927/2021) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(060)-1983/2020 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında ***-***-**-** mobil nömrəsi ilə əlaqədar bağlanmış abunə müqaviləsinin Cavabdeh MMC tərəfindən birtərəfli qaydada xitamı qanunsuz sayılmaqla Cavabdeh MMC-nin üzərinə müqavilə üzrə öhdəliklərini yerinə yetirmək, müqavilədə göstərilən və birtərəfli qaydada sistem üzərindən ləğv edilmiş 055***-**-** nömrəsini sistem üzərində bərpa edərək yenidən İddiaçı istifadəsinə verilməsinin Cavabdeh MMC-yə həvalə olunması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, nə abunə müqaviləsində, nə də ondan sonra tərəflər arasında müqavilənin ləğv edilməsi barədə razılaşma olmasına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, nə də ki, cavabdeh tərəfindən müqavilənin ləğv edilməsi barədə məhkəməyə müraciət olunmamışdır. Tərəflər arasında mobil telefon nömrəsindən istifadə ilə əlaqədar bütün münasibətlər abunə müqaviləsi ilə tənzimləndiyindən, həmin müqavilədə isə onun birtərəfli qaydada ləğv edilməsi imkanı nəzərdə tutulmadığından, həmin müqavilə hüquqi qüvvəsini itirməmişdir. Cavabdeh tərəfindən abunə müqaviləsinin ləğv edilməsi iddia olunsa da, belə bir qərar (müqavilənin ləğvi barədə) işdə yoxdur və həmin səbəbdən müqavilənin hansı əsasa görə ləğv edilməsi də məlum deyildir. Ona görə də telefon xəttinin bağlanması və telefon nömrəsinin ləğv edilməsinə dair abunə müqaviləsinin müddəası həmin müqavilənin ləğvi imkanı kimi qiymətləndirilə bilməz. Cavabdeh MMC qətnamədən kassasiya şikayəti verərək Bakcell” MMC-nin kassasiya şikayətini təmin edərək, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2927/2021 nömrəli iş üzrə 29.09.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, abunəçilərlə, o cümlədən İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış abunə müqaviləsinin predmeti sim kart və nömrə yox, göstərilən mobil rabitə xidmətləridir. Simkart və yaxud nömrə həmin xidmətlərin göstərilməsi üçün vasitədir. Simkart – elektron informasiya daşıyıcısı olub, abunəçinin identifikasiya edilməsi üçün istifadə edilir. Başqa sözlə nömrənin ləğv edilməsi abunəçi ilə operator arasında bağlanmış abunə müqaviləsinin ləğv edilməsi anlamına gəlmir. Məhz bu baxımdan iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış abunə müqaviləsinin2.1.6-c ı maddəsində qeyd edilmişdir ki, müştəri 3 (üç) ay ərzində borcunu ödəmədikdə Müəssisə onun telefon xəttini bağlayır, telefon nömrəsini ləğv edir. Yuxarıda göstərilən 3 (ay) keçdikdən sonra telefon xəttinin yenidən qoşulması üçün Müştəri Müəssisənin ödəniş tariflərinə müvafiq olaraq ödəniş etməlidir. Müqavilənin 2.1.8-ci maddəsinə görə Müəssisə müştərinin Klass-simkartını bu Müqavilədə göstərilən əsaslarla bağladıqdan 6 (altı) sonra həmin Klass-simkartı digər müştəriyə sata və təqdim edə bilər. İşin mübahisəsiz halıdır ki, iddiaçının nömrəyə görə borcu olmuş, borcunu üç ay müddətində ödəməmiş, nömrə müqavilə şərtlərinə əsasən Cavabdeh MMC tərəfindənbağlanmış və ləğv edilmiş, növbəti 3 ay müddətində abunəçi heç bir ödəniş etmədiyindən Cavabdeh MMC nömrəni digər abunəçiyə təqdim etmək hüququ əldə etmiş, iddiaçı müraciət edən zaman hüququndan istifadə edərək nömrəni abunəçiyə təqdim etməmişdir. Bu anda belə bir ritorik sual yaranır: Cavabdeh MMC-nin heç bir qanunsuz hərəkəti yoxdur. Sadəcə işə baxan apelyasiya instansiyası məhkəməsi nədənsə, mübahisə tərəfləri arasında bağlanmış müqavilədə malik olduğumuz hüquqlardan istifadəni qanunsuz hesab etmiş və nədənsə, nömrəni qanuni əsaslarla ləğv etməyimizi abunə müqaviləsinin xitamı kimi qiymətləndirmişdir. Halbuki, işə ilk dəfə Ali Məhkəmədə baxılarkən kassasiya şikayətinə təqdim etdiyimiz etirazda və işə yenidən apelyasiya qaydasında baxılarkən təqdim etdiyimiz izahatda tərəfimizdən müqavilənin deyil, nömrənin ləğv edildiyini bildirmişik. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış abunə müqaviləsinin birtərəfli ləğv edilməsi ümum iyyətlə müzakirə predmeti olmamış, sadəcə nömrənin müqavilə şərtlərinə əsasən ləğv edilməsi icra edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən ca vabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya lə ğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilm ir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul edilməlidir. İddia tələbini təmin edən apellyasiya instansiyası məhkəməsi tərəflər arasında müqavilənin ləğv edilməsi barədə razılaşma olmamasını qeyd etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, telefon xəttinin bağlanması və telefon n ömrəsinin ləğv edilməsinə dair abunə müqaviləsinin müddəası həmin müqavilənin ləğvi imkanı kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətinin dəlillərinə görə İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış abunə müqaviləsinin predmeti sim kart və nömrə yox, göstərilən mobil rabitə xidmətləridir. Cavabdeh MMC arasında bağlanmış abunə müqaviləsinin birtərəfli ləğv edilməsi ümumiyyətlə müzakirə predmeti olmamış, sadəcə nömrənin müqavilə şərtlərinə əsasən ləğv edilməsi icra edilmişdir. Məhkəmə Kollegiyası ilk öncə müqavilənin ləğv edilib-edilməməsi məsələsinə diqqət yetirərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.1.6-cı maddəsinə əsasən müştəri 3 ay ərzində borcunu ödəmədikdə onun telefon xəttini bağlayır, telefon nömrəsini ləğv edir. Yuxarıda göstərilən 3 ay keçdikdən sonra tel efon xəttinin yenidən qoşulması üçün müştəri müəssisənin ödəniş tariflərinə müvafiq olaraq ödəniş etməlidir. Göründüyü kimi müqavilə üzrə hər iki tərəf üzərinə müəyyən öhdəlik götürmüşdür: Cavabdeh MMC tərəfindən rabitə xidmətləri göstərilməli, İddiaçı tərəfindən isə aylıq abunə orcları ödənilməlidir. İşin sübut edilmiş hallarından biri də budur ki, Cavabdeh MMC öz üzərinə düşən vəzifəni yerinə yetirsə də, İddiaçı aylıq abunə haqqını 3 aydan çox müddətə ödəməmiş, öz öhdəliyini icra etməmişdir. Nəticə olaraq müqavilənin 2.1.6-cı maddəsi tətbiq edilərək nömrə ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətl ər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış rabitə xidmətlərinin göstərilməsi barədə 30 dekabr 2005-ci il tarixli müqavilənin şərtlərində həmin müqavilənin birtərəfli qaydada ləğvinə dair birbaşa şərt nəzərdə tutulmamışdır, lakin 6.1-ci bənə görə müqaviləyə dəyişikliklər və əlavələr edilməsi, müqavilənin birtərəfli qaydada ləğvi və xitamı Azərbaycan Respublikası qanunvericiliyinə uyğun surətdə həyata keçirilir. Müqavilənin bu şərti hər iki tərəfin iradə ifadəsinin təsdiqinin təzahürüdür. Göründüyü kimi, müqavilənin 6.1-ci bəndi göndərici xarakter daşımaqla müqavilənin birtərəfli ləğvi qaydasının Azərbaycan Respublikası Qanunvericiliyinə (Mü lki Məcəlləyə) uyğun həll edilməsini şərtləndirir. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Belə olan halda, iddiaçının öz öhdəliyinin icra etməməsi və bunun nəticəsi olaraq nömrənin ləğv edilməsi ilə tərəflər arasında bağlanmış 30.12.2005-ci il tarixli 029061 saylı abunə müqaviləsi də ləğv edilmiş sayılır. Bununla da təsdiq olunur ki, tərəflər arasında bağlanmış müqavilə ləğv edilmişdir. Həmin müqavilənin ləğv edilməsinin əsassız olması ilə bağlı iddiaçının mövqeyinə cavab olaraq bildirilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-cü maddəsi nəzərə a lınmaqla müqavilənin ləğvi əsaslı olmuşdur, çünki, abunəçi nömrəsinin əvvəl birtərəfli, sonra ikitərəfli qaydada bağlanmasına baxmayaraq abunə haqqını 3 ay müddətdə ödəməməkdə davam etmiş, müqavilə ilə nəzərdə tutulmuş qaydada nömrə, bununla da müqavilə ləğv edilmişdir. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, əgər iddiaçı iddianın əsasını dəyişməyibsə, lakin başqa əsasla iddianın təmin olunmasına hüquqi əsas verən sübutlar təqdim edibsə belə, məhkəmə həmin sübutların məzmunundan çıxış edərək fəqrli əsaslarla iddianı təmin edə bilməz. Çünki bu hal dispozitivlik və çəkişmə prinsipləri ilə bir arayı sığmamaqla, həm iddiaçını, həm də cavabdehi mühüm prosessual hüquqlardan məhrum etməklə nəticələnə bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, məhkəmənin iddianın əsası ilə uzlaşmayan sübutla rı nəzərə almadan işə mahiyyəti üzrə baxması iddiaçını məhz həmin sübutlara istinad etməklə yeni əsasla məhkəmədə iddia qaldırmaq hüququndan məhrum etmir. Ona görə də kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi rədd edilməlidir. MPM-nin 417.1 və 417.1.4-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya M əhkəməsi mülki kollegiyasının 2(105)-2927/2021 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni qərar qəbul edilsin. İddiaçı Cavabdeh MMC-nə qarşı “müqavilənin ləğvinin qanunsuz sayılması və nömrənin yenidən istifadəyə verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar