Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1444/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1444/2025 (Açar sözlər: cavabdehin üzərinə əmək müqaviləsi bağlanmaq öhdəliyinin qoyulması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “cavabdehin üzərinə əmək müqaviləsinin bağlanması və s. öhdəliyin qoyulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-866/2025 nömrəli 5 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tə rəfindən verilmiş kassasiya şikayətinə 13 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx" Mənzil Tikinti Kooperativi (işəgötürən) ilə İddiaçı (işçi) arasında xx.xx.2022ci il tarixdə bağlanmış 70001344 nömrəli əmək müqaviləsinə əsasən, işçi razılaşır ki, onun əsas iş yeri işəgötürənin iş sahələri və ya vaxtaşırı olaraq işəgötürən tərəfindən işçinin təyin olunduğu digər yerə(lər) yerləşəcək. İşçi İstismar xidmətləri üzrə texnik vəzifəsinə qəbul edilir.
2. Cavabdeh MMC (icraçı) ilə "xxxx" MTK (sifarişçi) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış PPM-KBR/01 nömrəli xidmət müqaviləsinə əsasən, icraçının “K.Residence Baku” yaşayış kompleksinin davamlı fəaliyyətini təmin etmək üçün işlərin təşkil edi lməsi və dəstək olmaq, müvafiq işçi qüvvəsi ilə birlikdə Kompleksin ərazisindəki avadanlıqlara müntəzəm və dövri texniki xidmət üçün plan və cədvəllər hazırlamaq və s. xidmətləri göstərəcəkdir. 3. 16.08.2023-cü il tarixli “məlumatın alınması barədə” sənəddən görünür ki, İddiaçı “kiçik yanğın ilə nəticələnən hadisə (BCV)” mövzusu üzrə təlimdə iştirak etməsini imzası ilə təsdiqləmişdir. 4. 27.05.2023-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, işçi İddiaçı işəgötürən "xxxx" MTK tərəfindən “İstismar xidmətləri üzrə texnik” vəzifəsinə işə qəbul edilmişdir. 5. "xxxx" MTK tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli "xxxx"nə əsasən həmin MTK-da əməyin təşkilində dəyişikliklər edilməsi zərurətindən irəli gələrək “İstismar xidmətlər i üzrə texnik” ştatı qanunvericiliklə müəyyən edilmiş qaydada ixtisar edilir. MTKda əmək stajının bir ildən beş ilədək olduğu nəzərə alınaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən bu xəbərdarlıq məktubunu aldığı (tanış olduğu) vaxtdan etibarən İddiaçı azı dörd təqvim həftəsi qabaqcadan çalışdığı “İstismar xidmətləri üzrə texnik” ştatının ixtisar ediləcəyi barədə rəsmi xəbərdar edilir və həmin müddət ərzində əmək haqqı saxlanılmaqla hər iş həftəsində 1 (bir) gün iş axtarmağa ona imkan yaradılacaqdır. Xəbərdarlıq müddəti bitdikdən sonra İddiaçı ilə xx.xx.2022-ci il tarixində bağlanmış 70001344 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştat ixtisar edildikdə) əsasən xitam veriləcək və orta aylıq əm ək haqqının azı 1,4 misli miqdarında ona işdən çıxarma müavinəti ödəniləcəkdir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən İddiaçı razılığı ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının azı 0,9 misli ödənilməklə müvafiq əsasla əmək müqaviləsinə xəbərdarlıq müddəti gözləmədən xitam verilə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilərsə, xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.
6. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 003/24-k nömrəli əmrə əsasən, Knightsbridge Ağ Şəhər” MTK bölməsində “İstismar xidmətləri üzrə texnik” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə “Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən – işçilərin sayı və ya ştat ixtisar edildikdə” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh, yaxud MMC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, MMC-nin onunla əmək müqaviləsi bağlamasına və həmin Cəmiyyətin elektrik vəzifəsinə təyin edilməsinə, əvvəlki əmək haqqının verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, 2023-cü ilin iyun ayında "xxxx" MTK (bundan sonra MTK) tərəfindən inşa olunan yaşayış binasında işlərin görül məsi ilə bağlı Cavabdeh MMC iş icraçısı olaraq müəyyənləşdirilmişdir. Cavabdeh onunla əmək müqaviləsini bağlamış olmasa da o, və digər işçilər də orada 2023-cü ildə işləyən "xxxx" Ağ Şəhər MTK-nin binasında elektrik və digər işləri yerinə yetirmişlər. Həmin vaxt o, cavabdeh MMC-nin uniformasını geyinmiş və 70001344 nömrəli iş kartından (beydjik) istifadə etmiş, rəsmi bank kartı vasitəsilə əmək haqqı almışdır. İddiaçı işə gəldiyi zaman davamiyyət jurnalına imza çəkmiş, onun tibbi sığortası cavabdeh tərəfindən təmin edilmişdir. Əmək müqaviləsinin bağlanmasını çıxmaq şərti ilə digər əmək şəraitinin hamısına riayət olunmuşdur. İddiaçı 1 (bir) ildən artıq müddətdə MMC-də işçi olaraq çalışmış, lakin 2024-cü ildə işdən kənarlaşdırılmış və cavabdeh tərəfindən əmək qanunvericiliyi kobud surətdə poz ulmuşdur. Hətta əməllərində inzibati xətanın tərkibi yaranmışdır. Nəticədə faktiki olaraq əmək münasibətləri olduğu yerdə cavabdeh əmək müqaviləsini bağlamaqdan boyun qaçırmışdır. İddiaçı dəfələrlə əmək müqaviləsinin bağlanmasını xahiş etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə müqavilə bağlanmasından yayınmışdır. İddiaçı bu məsələ ilə bağlı Əmək Müfəttişliyi Xidmətinə də müraciət etmişdir. Faktiki olaraq o, MMC-də işləsə də, onun bütün sənədləri - əmək kitabçası, son haqq-hesab sənədi MTK-da saxlanılmışdır. Lakin işdən azad olunduğu zaman ona 2 aylıq əmək haqqı plastik kartına köçürülmüşdür. Bu hal bir daha onunla cavabdeh arasında əmək münasibətlərinin olmasını sübut etmişdir. MMC və MTK faktiki olaraq eyni müəssisədir və eyni yerdir. Bunlar hüquqi cəhətdən fərqlənsələr də, faktiki olaraq eyni təşkilatdır.
9. Birinci instansiya məhkəməsində cavabdeh MMC iddiaya etiraz verərək göstərmişdir ki, Xidmət müqaviləsinə əsasən "xxxx" yaşayış kompleksində çalışan bütün işçilər (MTK-nın işçisi olub-olmamasından asılı olmayaraq) vahid forma və giriş-çıxış kartları ilə təchiz edilmişdir ki, bu işçilərdən biri də məhz iddiaçı olmuşdur. Bundan əlavə qeyd edilən Xidmət müqaviləsinə əsasən MMC MTK-ya xidmətlərin və işlərin icrası üçün lazımi qədər işçi qüvvəsi təmin etdiyi üçün MTK-nın əlavə işçi saxlamasının şirkətə əlavə maddi xərclərə səbəb olmasını, əməyin təşkilində dəyişikliklər edilməsi və optimallaşdırılması zərurətini nəzərə alaraq, MTK tərəfindən 2023-cü ilin may ayında bir sıra işçilər ilə əmək müqavilələrinə qanunverciliyə uyğun əsaslarla xitam verilmiş, həmin işçilər MM C-yə işə qəbul olunmuşdur. Eyni vaxtda, MTK tərəfindən iddiaçıya müraciət edilərək əmək müqaviləsinə qarşılıqlı razılıqla xitam verilməsi və MMC-yə işə götürülməsi təklif edilsə də, iddiaçı bu təklifdən imtina etmişdir. Bir ildən artıq müddətdə iddiaçının MTK-nın işçisi kimi qaldığı dövrdə iddiaçının əmək haqqı xərclərinin MTK-ya əlavə maddi yükə səbəb olduğunu, MTK-da əlavə işçi qüvvəsinə ehtiyac olmadığını, bütün işçi qüvvəsinin kənar şirkətdən, yəni MMC tərəfindən təmin olunduğunu nəzərə alaraq, MTKnın “işçi sayının ixtisar edilməsi barədə” xx.xx.2024-cü il tarixli 003/24-k saylı əmri ilə İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilməsi qərara alınmışdır. İddiaçı eyni vaxtda e-2(006)-3604/2024 nömrəli mülki iş üzrə MTK-ya qarşı həmin MTK-nın ixti sar barədə müvafiq əmrinin ləğv edilməsi və işə bərpa ilə bağlı iddia qaldırmışdır. Belə çıxır ki, iddiaçı "xxxx" niyyətindədir. Ancaq aydındır ki, MTKdan ixtisarla işdən ayrılan iddiaçının iddiası təmin olunduğu halda, onun bu iş üzrə iddiası təmin oluna bilməz, yaxud bu iş üzrə iddiası təmin olunduğu halda digər iş üzrə iddiası təmin oluna bilməz. Digər tərəfdən iddiaçı iddia ərizəsində özü etiraf edir ki, o, MTK ilə əmək müqaviləsi bağlamış və həmin MTK-nın işçisi kimi fəaliyyət göstərmiş, eləcə də əmək kitabçası, əmək haqqı aldığı bank kartı MTK tərəfindən rəsmiləşdirilmişdir. Bu halda başqa bir şəraitdə əmək müqaviləsi ilə çalışan işçi ilə MMC əmək müqaviləsi bağlaya bilməzdi. Eyni zamanda, iddiaçının MMC-nin loqosu olan uniformanı geyinməsi və eyni loqolu giriş-çıxış kartından istifa də etməsi iddiaçının cavabdeh ilə əmək münasibətlərində olduğunu göstərmir. İddiaçının cavabdeh MMC-nin işçilərinin də fəaliyyət göstərdiyi "xxxx" yaşayış kompleksində hər kəs kimi uniformanı geyinməsi və eyni dizaynlı kartdan istifadəsi sadəcə texniki səbəblərlə bağlıdır. Belə ki, sadəcə 1 (bir) şəxs üçün ayrı dizaynlı uniforma və kart sifarişi maddi və texniki cəhətdən mümkün olmur. Bundan əlavə, iddiaçı iddia edir ki, əmək haqqını cavabdehdən alır. Halbuki, özünün təqdim etdiyi bank hesabından çıxarışdan görünüdüyü kimi orada heç bir yerdə MMC-nin adı keçmir. Çünki iddiaçı əmək haqqını MTK-dan almış və son haqq-hesab da məhz MTK tərəfindən onun hesabına köçürülmüşdür. Digər yandan iddiaçının təqdim etdiyi davamiyyət cədvəllərindən də göründüyü kimi iddiaçı "xxxx" yaşayış kompleksində çalışmış, MMC-yə aid hər hansı digər müəssisədə yox. Tibbi sığortanın MMC adından təmin olunması məsələsi ilə bağlı isə bildirilmişdir ki, "xxxx" sığorta Şirkəti ASC 2023-cü ilin may ayında MTK-nın texniki iş heyətinin MTKdan ayrılmasından sonra MTK ilə əməkdaşlığı dayanmışdır. Lakin MTK-nın işçisi olmasından asılı olmayaraq, iddiaçının eyni yerdə çalışan digər işçilərdən fərqləndirilməməsi, onun tibbi sığorta paketi ilə təmin olunması məqsədilə cavabdeh iddiaçını öz hesabına könüllü qaydada sığortalamışdır. İddiaçının xeyrinə ödənilən sığorta haqqı məbləği sonradan cavabdeh MMC ilə MTK arasında hesablaşılmaqda idi. İddiaçının təqdim etdiyi SƏTƏMM üzrə məlumat vərəqələri və iclasda iştirak vərəqələri ilə bağlı qeyd edilmişdir ki, MTK-nın ştatında SƏTƏMM təlimləri keçən heç bir işçi olmadığ ından MTK ilə cavabdeh arasında bağlanması qeyd edilən xidmət müqaviləsinə uyğun olaraq bütün SƏTƏMM təlimləri və təlimatları "xxxx" yaşayış kompleksində çalışan işçilər üçün cavabdeh tərəfindən təmin edilməkdədir. Digər tərəfdən iddiaçı iddia ərizəsində cavabdehin əməllərinin inzibati xəta tərkibi yaratdığını qeyd etmiş, ancaq bunun hansı xəta olduğunu açıqlamamışdır. Odur ki, bu hissədə də iddiaçının iddiasının əsassız olduğu ortaya çıxır. İddiaçı iddia ərizəsində həmçinin cavabdehin onunla əmək müqaviləsi bağlamaqdan bəhanələrlə yayındığını bildirmişdir. Cavabdehin iddiaçı ilə əmək müqaviləsi bağlamaq kimi bir öhdəliyi yoxdur. İddiaçının əmək münasibətləri MTK ilə olmuşdur və MTK ilə əmək müqaviləsinə də xitam verilmişdir. İddiaçı ilə cavabdeh arasında heç bir faktiki əmək münasibətləri mövcud olmamışdır.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(006)-4146/2024 nömrəli, 8 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia tələbi təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı MTK-nın işçisi olmuşdur. MTK ilə isə cavabdeh MMC arasında xidmət müqaviləsi imzalanmışdır. Həmin xidmət müqaviləsinə görə MMC “K.Residence Baku” yaşayış kompleksinin davamlı fəaliyyətini təmin etmək üçün işlərin təşkil edilməsi və dəstək olmaq, müvafiq işçi qüvvəsi ilə birlikdə Kompleksin ərazisindəki avadanlıqlara müntəzəm və dövri texniki xidmət üçün plan və cədvəllər hazırlamaq və s. xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Yəni müvafiq iş yeri ərazisində MTK-nın işçiləri ilə MMC-nin işçiləri birlik də fəaliyyət göstərmişdir. İddiaçının öz iş yeri başqa olmuş və o, öz vəzifə funksiyalarını həyata keçirmişdir. Cavabdeh MMC isə xidmət müqaviləsinə əsasən müvafiq ərazidə öz hüquq və öhdəliklərini yerinə yetirmişdir. Lakin cavabdeh ilə iddiaçı arasında hər hansı əmək münasibətləri mövcud olmamışdır. İddiaçının işəgötürəni MTK olmuşdur. İş materiallarında olan hesabdan çıxarış sənədləri ilə sübut olunur ki, iddiaçı gördüyü iş müqabilində əmək haqqını cavabdeh MMC-dən deyil, MTK-dan almışdır. Məhkəmə qeyd etmişdir ki, əmək müqaviləsinin bağlanması barədə iddia tələbi o halda əsaslı olar ki, əmək müqaviləsi bağlanmadan və ya tərəflər arasında əmək müqaviləsi rəsmiləşdirilmədən tərəflər arasında faktiki olaraq işçi və işəgötürən kimi qarşılıqlı əmək münasibətləri mövcud olsun. Yəni, işçi fakt iki olaraq işəgötürənin sərəncamında işləsin, lakin onların münasibətləri rəsmiləşdirilməsin. Hazırkı mübahisədə iddiaçının (işçinin) başqa işəgötürən ilə əmək müqaviləsi mövcud olmuşdur. O, öz funksiyalarını, vəzifə öhdəliklərini digər müəssisənin əməkdaşları ilə birlikdə həyata keçirsə də digər işçilərin ayrı işəgötürəni, iddiaçının isə ayrı işəgötürəni mövcud olmuşdur. Öz işəgötürəni tərəfindən də ona müvafiq əmək haqqı ödənilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4, 5, 7, 70-ci maddəsinin “b” bəndi, 77, 78, 80-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat: 1
3. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim olunan sübutlar ilə bağlı hallar, hadisələr tamamilə təhrif olunmuşdur. Məhkəmə qərəzli olaraq cavabdehin xeyrinə sübutları yozmuşdur. Harda görünür ki, əmək müqaviləsini bir müəssisə ilə bağlayasan digər müəsissəyə məxsus **********7250 nömrəli əmək kartında əmək haqqını alasan. Həm MTK, həm də MMC aralarında xidməti müqavilənin olması kimi qələmə vermiş və məhkəmədə bunu əsas götürmüş. Lakin əmək haqqı kartına cavabdehin birbaşa əmək haqqımı köçürməsi, məni birbaşa öz işçisi kimi qəbul etməyindən irə li gəlir. Xidməti müqavilə olduğu halda xidmət haqqı işçinin hesabına yox, Xidməti müqaviləni bağladığı müəssisənin hesabına keçir. O, isə öz növbəsində MMC yə məxsus əmək kartından işçilərə əmək haqqını ödəməlidir. Bu halı məhkəmə görmək istəməmişdir. Nəticədə ədalətsiz, qanunsuz, əsassız qətnamə qəbul etmişdir. Məhkəmə tərəflərə mübahisəni barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur. Lakin məhkəmə nə ona, nə də ki cavabdehə sazış bağlamağı təklif etməmişdir. Bu səbəbdən maddənin tələblərini pozmuşdur.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-866/2025 nömrəli, 5 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov) iddiaçının apellyas iya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçı ilə MTK arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 70001344 nömrəli əmək müqaviləsinə əsasən onlar işçi və işəgötürən olmaqla əmək müqaviləsinin tərəfləri kimi əmək münasibətlərinə daxil olmuşlar. Həmin müqaviləyə görə işçinin iş yeri işəgötürənin iş sahələri və ya vaxtaşırı olaraq işəgötürən tərəfindən işçinin təyin olunduğu digər ye r(lər)dir. İddiaçıya gördüyü iş müqabilində işəgötürən MTK tərəfindən hər ay aylıq əmək haqqı ödənilmişdir. MTK-nın xx.xx.2024-cü il tarixli 003/24-k nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş və son haqq-hesabı ödənilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq əmri Nəsimi Rayon Məhkəməsində mübahisələndirmiş və həmin iddia ərizəsi məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Hazırda iddiaçı cavabdeh MMC-dən onunla əmək müqaviləsi bağlamasını, elektrik vəzifəsinə təyin edilməsini və əvvəlki əmək haqqının verilməsini tələb edir. İddiaçı hesab edir ki, faktiki olaraq MMC-də işləsə də, onun bütün sənədləri MTK-da saxlanılır. Lakin MMC-nin uniformasını geyindiyinə, cavabdehin iş kartından is tifadə etdiyinə, rəsmi bank kartı vasitəsilə əmək haqqı aldığına, davamiyyət jurnalına imza çəkdiyinə görə hesab edir ki, iddiaçının işəgötürəni MMC-dir. İddiaçı, həmçinin, qeyd etmişdir ki, həmin şirkətlər hüquqi cəhətdən fərqlənsələr də, faktiki olaraq bir təşkilatdır.
18. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Əmək münasibətləri yazılı qaydada bağlanılmalı o lan əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsində əmək münasibətlərinə verilmiş anlayışa əsasən, bu münasibətlərin xarakterik cəhətləri olaraq, ilk növbədə, bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçini müvafiq işlə, habelə sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin etməli və onun əməyinin qarşılığını (əmək haqqını) ödəməlidir.
19. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, göründüyü kimi iddiaçı MTKnın işçisi olmuşdur. MTK ilə isə cavabdeh MMC arasında xidmət müqaviləsi imzalanmışdır. Həmin xidmət müqaviləsinə görə MMC “K.Residence Baku” yaşayış ko mpleksinin davamlı fəaliyyətini təmin etmək üçün işlərin təşkil edilməsi və dəstək olmaq, müvafiq işçi qüvvəsi ilə birlikdə Kompleksin ərazisindəki avadanlıqlara müntəzəm və dövri texniki xidmət üçün plan və cədvəllər hazırlamaq və s. xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Yəni müvafiq iş yeri ərazisində MTK-nın işçiləri ilə MMC-nin işçiləri birlikdə fəaliyyət göstərmişdir. İddiaçının öz iş yeri başqa olmuş və o, öz vəzifə funksiyalarını həyata keçirmişdir. Cavabdeh MMC isə xidmət müqaviləsinə əsasən müvafiq ərazidə öz hüquq və öhdəliklərini yerinə yetirmişdir. Lakin cavabdeh ilə iddiaçı arasında hər hansı əmək münasibətləri mövcud olmamışdır. İddiaçının işəgötürəni MTK olmuşdur. İş materiallarında olan hesabdan çıxarış sənədləri ilə sübut olunur ki, iddiaçı gördüyü iş müqabilində əmə k haqqını cavabdeh MMC-dən deyil, MTK-dan almışdır.
38. Əmək müqaviləsinin bağlanması barədə iddia tələbi o halda əsaslı olar ki, əmək müqaviləsi bağlanmadan və ya tərəflər arasında əmək müqaviləsi rəsmiləşdirilmədən tərəflər arasında faktiki olaraq işçi və işəgötürən kimi qarşılıqlı əmək münasibətləri mövcud olsun. Yəni, işçi faktiki olaraq işəgötürənin sərəncamında işləsin, lakin onların münasibətləri rəsmiləşdirilməsin. Hazırkı mübahisədə iddiaçının (işçinin) başqa işəgötürən ilə əmək müqaviləsi mövcud olmuşdur. O, öz funksiyalarını, vəzifə öhdəliklərini digər müəssisənin əməkdaşları ilə birlikdə həyata keçirsə də digər işçilərin ayrı işəgötürəni, iddiaçının isə ayrı işəgötürəni mövcud olmuşdur. Öz işəgötürəni tərəfindən də ona müvafiq əmək haqqı ödənilmişdir.
20. Məhkəmə kollegiyası he sab etmişdir ki, belə olan halda hazırkı mübahisədə iddiaçıya əməyinin qarşılığı məhz cavabdeh tərəfindən ödənilmir, sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin edilmir və iddiaçı müvafiq iş ilə təmin edilmir. Yəni, cavabdeh ilə iddiaçı arasında əmək münasibətlərinin yaranması üçün Əmək Məcəlləsi ilə tənzimlənən hər hansı hüquq və vəzifələr əmələ gəlməmişdir. İşçi başqa işəgötürən ("xxxx" MTK) ilə əmək münasibətlərində olmuş və öz vəzifə öhdəliklərini yerinə yetirmişdir. Belə olan halda cavabdehin iddiaçı ilə əmək müqaviləsi bağlamaq kimi bir öhdəliyi yaranmamış və buna zərurət olmamışdır.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 4.1, 5, 7, 63.1, 70-ci maddəsinin “b” bəndinə, 77.1, 77.3, 80, 83.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.3 və 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
22. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti iddia tələbinə və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, yəni maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərinin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
24. Cavabdeh MMC iddiaçı tərəfindən ver ilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, etirazında göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
25. Maddə 4 (1-ci hissə). Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ö dənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.
26. Maddə
5. Əmək müqaviləsi – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
27. Maddə 7 (1-ci hissə). İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
28. Maddə 7 (2-ci hissə). Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2- ci hissələri ilə müə yyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır.
29. Maddə 7 (2-3-cü hissə). Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 30. 2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 31. 2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 32. 2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödən işli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; 33. 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 34. 2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; 35. 2-3.6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; 36. 2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əl avədən və mükafatdan ibarət olduqda; 37. 2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda.
38. Maddə 42 (1-ci hissə). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
39. Maddə 63 (1-ci hissə). Müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər.
40. M addə 70 (b bəndi). İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
41. Maddə 71 (1-ci hissə). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
42. Maddə 77 (1-ci hissə). İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
43. Maddə 77 (2-ci hissə). Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
44. Maddə 77 (3-cü hissə). Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduq da – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
45. Maddə 77 (4-cü hissə). İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci h issəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.
46. Maddə 78 (1-ci hissə). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyy ən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
47. Maddə 78 (2-ci hissə). İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
48. Maddə 80 (1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərə findən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
49. Maddə 80 (2-ci hissə). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
50. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fə sildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
53. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunma masına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
60. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyas ı məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
62. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassa siya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kol legiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
66. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
67. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi P lenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna gör ə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
68. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
69. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının 2(103)-866/2025 nömrəli 5 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.