Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1445/2022 15.02.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli, 2(103)-3891/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2021-ci il tarixli, 2(102)-1445/2021 saylı qərardadı ilə icraata qəbul edilmiş və işə kassasiya şikayəti əsasında yazılı icraat qaydasında, yəni məhkəmə iclası keç irilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasından daxil olan 2(103)-3891/2021 saylı 31.01.2022-ci il tarixli məktubda qeyd edilir ki, İddiaçı QSC tərəfindən kassasiya şikayəti verildikdən sonra həmin qətnamədən Cavabdeh2 tərəfindən də kassasiya şikayəti verilmiş və həmin şikayət birlikdə baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən göndərilən kassasiya şikayətini nəzərdən keçirib hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 36 3-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişikliklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayəti 31.01.2022-ci il tarixdə elektron kabinet vasitəsilə imzalanmışdır. Lakin, kassasiya şikayəti MPM-nin yeni qüvvəyə minmiş normalarının tələblərinə cavab vermir. Belə ki, oktyabrın 1-dən qüvvəyə minmiş MPM-nin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-nin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Normanın tələbindən göründüyü kimi, elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda cavabdeh tərəfindən təqdim edilmiş şikayət bu qa ydaya riayət olunmadan verilmişdir. MPM-nin 408.1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Bundan başqa, kassasiya şikayəti Cavabdeh2 vəkili X1 tərəfindən tərtib edilib imzalansada, Cavabdeh2 tərəfindən imzalamamışdır. Azərbaycan Respublikası MPM-nın 407.3, 408.1.1-ci maddələrinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmamışsa geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi kassasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərinə cavab verməyən kassasiya şikayətini baxılması üçün kassasiya instansiyas ı məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 402.1, 407.1, 407.3, 408.1.1, 408.1.7, 408.2-ci, 417,1.7-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1445/2021 saylı 07 fevral 2021-ci il tarixli işin icraata qəbul edilməsi barədə qərardadı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-75/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı QSC-nin verdiyi kassas iya şikayəti iş üzrə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti ilə bağlı baxışdan çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayətinin mümkünlüyü məsələsi həll edildikdən sonra iddiaçının kassasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə kassasiya məhkəməsinə qaytarılması təmin edilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1445/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-1445/2022
15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver