Məhkəmə qərarları › İş №2(102)-1445/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1445/2023

04.04.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1445/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı Humanitar Kollecinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı Humanitar Kollecinə qarşı əmrin ona aid hissəsində ləğv edilməsi, laborant vəzifəsinə bərpa edilməsi və laborant vəzifəsinə görə ödənilməyən əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6651/2022 nö mrəli, 07 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə 4 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 15 may 2008-ci il tarixli əmək müqaviləsinə əsasən Bakı Humanitar Kollecində (əvvəlki adı: Bakı Məktəbəqədər Pedaqoji Texnikumu) Qiyabi şöbədə katibə vəzifəsinə qəbul edilmiş, 20 may 2008-ci il tarixli ərizəsi əsasında 22 may 2008-ci il tarixli əmrlə tədris işləri üzrə katibə vəzifəsinə təyin edilmişdir. 2. 03 sentyabr 2008-ci il tarixli ərizəsi əsasında İddiaçı işəgötürənin 08 sentyabr 2008ci il tarixli, 98 saylı əmri ilə tədris işləri üzrə katibə kimi bağlanmış əmək müqaviləsinə həmin tarixdən xitam verilmiş və sosial məzuniyyətdə olan Reyhan Nuriyevanın yerinə “Biologi ya” kabinetinə laborant vəzifəsinə təyin edilmişdir.

3. Bakı Humanitar Kollecinin 01 oktyabr 2019-cu il tarixli, 131 saylı əmri ilə İddiaçı ilə laborant kimi bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən (öz ərizəsi ilə) həmin tarixdən xitam verilmiş və xadimə vəzifəsinə təyin edilmişdir. Əmrə əlavə edilmiş 01 oktyabr 2019-cu il tarixli ərizələrdən görünür ki, iddiaçı bir ərizə ilə laborant vəzifəsindən azad edilməsini, digəri ilə isə texniki işçi kimi işə qəbul edilməsini xahiş etmişdir.

4. İşəgötürən tərəfindən İddiaçı ilə bağlanmış 15 may 2008-ci il tarixli əmək müqaviləsində “qiyabi şöbədə katibə” ifadələrindən sonra defis işarəsi qoyularaq qarşısına “xadimə” sözü yazılmış və müqavilənin sonunda “Dəyişiklik edilib: 01 oktyabr 2019” qeyd i edilmişdir.

5. Kollecin inzibati-təsərrüfat işləri üzrə direktor müavini, Həmkarlar İttifaqının sədri, komendant və xadimələr tərəfindən tərtib edilmiş 01 iyun 2021-ci il və 18 iyun 2021-ci il tarixli “əmək funksiyasından imtina” barədə aktlarda iddiaçının xadimə vəzifəsi üzrə əmək funksiyasını yerinə yetirməkdən imtina etdiyi, iş vaxtında Mədəni-maarif şöbəsində oturaraq şöbənin iş prosesinə maneçilik törətdiyi və bununla bağlı izahat yazmaqdan imtina etdiyi qeyd olunmuşdur.

6. Kollecin inzibati-təsərrüfat işləri üzrə direktor müavini 22 iyun 2021-ci il tarixdə kollecin direktoruna təqdimat verərək, xadimə vəzifəsində çalışan İddiaçı may ayının son günlərindən başlayaraq bir dəfə də olsa öz vəzifə borclarını yerinə yetirmədiyini, dəfələrlə şifahi xəbərdarlıq edilsə də, nizam-intizam qay dalarına riayət etmədiyini və izahat yazmaqdan boyun qaçırdığını göstərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Bakı Humanitar Kollecinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 01 oktyabr 2019-cu il tarixli, 131 nömrəli əmrinin ona dair hissədə ləğv edilməsi, laborant vəzifəsinə bərpa edilməsi və laborant vəzifəsinə görə ödənilməyən əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı 2019-cu ilin sentyabr ayında Kollecin keçmiş direktoru V.Əmiraslanov iddiaçıdan yerinə başqa şəxsi təyin etmək üçün işdən çıxmaq barədə ərizə yazmasını tələb etmiş, o isə bununla razılaşmayaraq işinə davam etmişdir. Lakin 08 iyun 2021-ci il tarixdə məlum olmuşdur ki, 01 oktyabr 2019-cu il tarixli əmrlə xadimə vəzifəsinə keçirilmişdir. Halbuki, o, faktiki olaraq başqa işləri yerinə yetirmiş, heç vaxt xadimə kimi işləməmişdir.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının qeyd etdiyi problemlər əvvəlki direktor Vaqif Əmiraslanovun dövründə yaranmış problemlərdir. Odur ki, hesab edir ki, ərizə düzgün tərtib edilməmiş, hazırkı tələb Vaqif Əmiraslanovun özünə qarşı irəli sürülməli idi. İddiaçı vaxtında Vaqif müəllimdən həmin problemlərin aradan qaldırılmasını tələb edə bilərdi. İddiaçı 01 oktyabr 2019-cu il tarixdə, yəni iki il bundan əvvəl öz ərizəsi ilə işdən azad edilərək, könüllü olaraq xadimə işinə keçirilmişdir. Hazırda iddiaçı, Bakı Humanitar Kollecində yalnız xadimə kimi işini davam etdirə bilər. Cavabdeh tərəfindən iddiaçı işdən azad edilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçının əmrlə tanış olması barədə heç bir sənəd yoxdur. İddiaçı ilə bağlanmış 1 əmək müqaviləsi var. Köhnə rəhbərliyin iş sistemi elə olub. Birinci əmək müqaviləsinə əlyazma ilə dəyişiklik etmişlər.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(001)5305/2021 nömrəli qətnaməsi ilə (hakim F.E.Hətəmzadə) iddia təmin olunmuş, Bakı Humanitar Kolleci tərəfindən verilmiş 01 oktyabr 2019-cu il tarixli, 131 nömrəli əmrinin İddiaçı aid hissədə ləğv edilməsi, İddiaçı Bakı Humanitar Kollecində “laborant” vəzifəsinə işə bərpa edilməsi, Bakı Humanitar Kolleci tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, İddiaçı i ş buraxma müddəti üçün əmək haqqı ödənilərkən 01 oktyabr 2019-cu il tarixdən “xadimə” vəzifəsi üzrə ona ödənilmiş əmək haqlarının məbləğlərinin nəzərə alınması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, 01 oktyabr 2019-cu il tarixli əmrlə iddiaçı ilə laborant kimi əmək münasibətlərinə xitam verilərək onun başqa vəzifəyə (xadimə) təyin edilməsi təsbit olunsa da, mahiyyət etibarı ilə həmin əmr iddiaçının başqa işə keçirilməsi (ona başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsinin həvalə edilməsi) barədədir. Bu zaman, işəgötürən tərəfindən iddiaçıya münasibətdə Əmək Məcəlləsinin 59-cu maddəsinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi və ya xadimə vəzifəsi üz rə onunla yeni əmək müqaviləsinin bağlanılması, o cümlədən məhz xadimə vəzifəsinə təyin edilməsinə dair razılığının mövcudluğu müəyyən olunmur. Bu isə, onun laborant vəzifəsindən xadimə vəzifəsinə keçirilməsini istisna edir. Bu mənada əmək müqaviləsi bildirişinin mövcudluğu da fərqli qənaətə gəlməyə əsas vermir. Çünki Məcəllənin verdiyi anlayışa görə, əmək müqaviləsi bildirişi – əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, işin hallarından və tərəflərin izahatlarından da göründüyü kimi, iddiaçı heç vaxt xadimə vəzifəsi üzrə əmək funksiyalarını yerinə yetirməmişdir. Bunu cavabdeh qurumun nümayəndəsi tərəfindən təqdim edilən aktlar və təqdimat da təsdiq etməkdədir.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçının laborant vəzifəsindən xadimə vəzifəsinə keçirilməsinin qanunsuzluğu onunla cavabdeh arasında laborant vəzifəsi üzrə yaranmış əmək münasibətlərinin xitamını da istisna edir. Hətta 01 oktyabr 2019-cu il tarixli, 131 saylı əmrin iddiaçıya aid hissələrinin biri digərindən müstəqil olduğu irəli sürülərək fərziyyə olaraq qəbul edilsə belə, yenə də onunla laborant vəzifəsi üzrə yaranmış əmək münasibətlərinin qanunvericiliyin tələblərinə müvafiq olaraq xitam olunduğu qənaətinə gəlmək mümkün olmayacaqdır. Çünki həmin əmr iddiaçı ilə laborant kimi bağlanmış əmək müqaviləsinə həmin tarixdən Əmə k Məcəlləsinin 68-ci maddəsinə (öz ərizəsi ilə) əsasən xitam verilməsi hissəsində də qanunun tələblərinə müvafiq verilməmişdir. Belə ki, iddiaçının ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi gün göstərilməmiş, bununla belə o, məhz elə ərizənin verildiyi tarixdə işdən azad edilmişdir (hərçənd iddiaçı tarix yazısının özünə aid olmadığını da bildirir).

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsi, 3-cü maddəsi, 9-cu maddəsinin “a” bəndi, 59, 68, 69, 300, MPMin 14.2, 77.1, 217.4 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti on unla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə sübutlara düzgün qiymət verməmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 oktyabr 2021-ci il tarixli, 2(103)-10006/2021 nömrəli qətnaməsi ilə (hakim T.S.Səmədovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Ə.Kərimlidən və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(001)5305/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qətnamənin ləğvi üçün əsas təşkil etmir. Kassasiya instansiy ası məhkəməsindəki birinci icraat

19. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 59-cu maddəsinin, Mülki Prosessual Məcəllənin 8, 372.7-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə iddiaçının xadimə vəzifəsinə keçirilməmişdən əvvəl bununla bağlı ərizələr verməsini və əmək müqaviləsində müvafiq əlavə və dəyişikliklərin edilməsini nəzərə almamışdır. Məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Apellyasiya məhkəməsi qətnaməni əsaslandırmamış, birinci instansiya məhkəməsinin qətnaməsini köçürtmüşdür.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3834/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər E.Y.Şamayev (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva və A.Ə.Abbasov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

22. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi nəticəyə gələrkən işin hallarını tam nəzərə almamış, maddi hüquq normasını düzgün tətbiq etməmiş, apellyasiya instansiyası məhkəməsi isə mülki prosessual qanunvericiliyin tələblərini pozaraq apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməyərək yol verilmiş nöqsanları aradan qaldırmamışdır.

23. Belə ki, işin mübahisəsi z halı ondan ibarətdir ki, iddiaçı laborant vəzifəsində işləmiş, 01 oktyabr 2019-cu il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsi əsasən (öz ərizəsi ilə) xitam verilmiş və həmin əmrlə də o, xadimə vəzifəsinə təyin edilmişdir.

24. İddiaçı iddia ərizəsində bu əmrdən xəbərsiz olduğunu bildirsə də, birinci instansiya məhkəməsində verdiyi izahatında laborant vəzifəsindən işdən azad olunması barədə ərizə yazdığını etiraf etmişdir. Həmçinin göstərmişdir ki, ona texniki işçi kimi tədris işləri üzrə katibə vəzifəsinə təyin edilməsi bildirilmiş və o, bu barədə ərizə yazmışdır.

25. İş materiallarından da müəyyən olunur ki, iddiaçı işəgötürənə ərizə verərək, laborant vəzifəsindən azad edilməsini xahiş etmiş və başqa bir ərizə ilə onun texniki işçi kimi işə qəbul e dilməsini xahiş etmişdir. İddiaçı həmin ərizələri yazdığını mübahisələndirməmiş, yalnız ərizələrdə qeyd olunan tarixin onun tərəfindən yazılmadığını göstərmişdir.

26. İddianı təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı barəsində verilən əmr qanunsuz olmuş, belə ki, onun xadimə vəzifəsinə təyin edilməsinə dair razılığı müəyyən olunmur.

27. Məhkəmə kollegiyası razılaşır ki, mübahisələndirilən əmrdə iddiaçı və cavabdeh arasında “laborant” vəzifəsinə dair bağlanmış əmək müqaviləsinə xitam verilsə və sonradan iddiaçı “xadimə” vəzifəsinə təyin edilsə də, həmin əmr mahiyyət etibarı ilə işçinin başqa işə keçirilməsi barədədir. Məhkəmələrin bu halla gəldiyi nəticə Əmək Məcəlləsinin 59-cu maddəsinin dispozisiya şərtlərinə uyğundur.

28. Lakin bu zaman nəzərə almaq lazımdır ki, iddiaçının xadimə vəzifəsinə təyin edilməsinə razılığı iş materiallarından müəyyən edilməsə də, onun əvvəlki vəzifədən azad edilməsinə və yeni vəzifəyə (texniki işçi vəzifəsinə) təyin edilməsinə dair razılığı (ərizələri) olmuşdur.

29. Apellyasiya instansiyası məhkəməsi isə “texniki işçi” vəzifəsinin ayrıca ştat kimi mövcud olub-olmamasını, olmadığı halda, həmin ifadə ilə hansı vəzifələrinin nəzərdə tutulduğunu araşdırmadan, iddiaçını işdən azad olunmasına razılığı müəyyən olunan laborant vəzifəsinə bərpa etmiş və həmin vəzifə üzrə işburaxma müddəti üçün əmək haqqının tutulmasını qət etmişdir.

30. Halbuki, iddiaçı özü də izahatında göstərmişdir ki, ərizə yazdıqdan sonra texniki işçi kimi tədris işləri üzrə katibə vəzifəsinə təyin edilmişdir.

31. Məhkəmə həmçinin hesab etmişdir ki, məhkəmə nin mübahisəli əmr qəbul edilərkən Əmək Məcəlləsinin 69-cu maddəsinin birinci hissəsinin tələblərinin pozulmasından ibarət mövqeyi də əsaslı olmamışdır.

32. Belə ki, Məcəllənin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin qaydasını müəyyən edir.

33. Nəzərə alınmalıdır ki, əmək müqaviləsinin bərabər hüquqlu iki tərəfi var: işçi və işəgötürən. Əmək müqaviləsini bağlamaq, həm də onu ləğv etmək müqavilə tərəfi kimi işçinin subyektiv hüququdur və o, bu hüququnu reallaşdırmaq üçün müqavilənin digər tərəfi sayılan işəgötürənin iradəsindən (əmrindən) asılı deyil və işəgötürənin əmri əslində mahiyyətinə görə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi faktını yalnız rəsmiləşdirmək məqsədi daşıyır. Apellyasiya məhkəməsinin qətnaməsində də göstərdiyi kimi, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda, onu işçi ləğv edir, işəgötürən isə bu ləğvi Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun olaraq rəsmiləşdirir.

34. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi işçinin əmək müqaviləsini ləğv etmək hüququnun realizəsinin ümumi qaydasını (1 təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə), 3-cü hissəsi isə bu qaydadan istisnanı (həmin maddədə göstərilən hallardan biri mövcud olduqda) nəzərdə tutur. Yəni, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində göstərilən hallar mövcud olduqda işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmçinin maddənin 5-ci hissəsinə görə işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

35. Məhkəmə kollegiyası izah etmişdir ki, Əmək Məcəlləsi yalnız işçini deyil, həm də işəgötürəni qoruyur. Bu halda 1 ayın məqsədi məhz işəgötürənin mənafeyinin müdafiəsidir, yəni işçinin işəgötürəni 1 ay əvvəlcədən xəbərdar etmək vəzifəsi və yalnız müəyyən hallarda bu müddəti gözləmədən müqaviləyə xitam vermək hüququnun olması işəgötürəni müdafiə etmək üçün nəzərdə tutulmuşdur. Belə ki, işdən çıxma nəticəsində iş yerində işin normal ahənginin pozulmasının qarşısını almaq və əlavə zərərə uğramamaq üçün işəgötürən yeni işçi tapmalı və ya digər tədbirlər görməlidir ki, bunun üçün isə işəgötürənə vaxt lazımdır. Bir aylıq müddətin adından da göründüyü kimi, o, xəbərdaredicidir, yəni işçi işəgötürəni xəbərdar edir ki, 1 aydan sonra işləməyəcək, öz mənafeyinin müdafiəsi üçün lazımi tədbir görsün.

36. Qeyd olunmalıdır ki, hazırkı mübahisə üzrə tərəflər arasında əmək münasibətlərinə xitam verilməmiş, işçi başqa işə köçürülmüşdür. Belə olan halda, Məcəllənin 69-cu maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş müddətin gözlənilməsinə zərurət aradan qalxır. Belə ki, hər iki tərəfin razılığı ilə işçi bir işdən başqa işə keçirilirsə, onun 1 ay xəbərdarlıq müddətinin gözlənilməsinin məntiqi yoxdur və Məcəllənin 59-cu maddəsində bununla bağlı göstəriş yoxdur. Məhz bu kontekstdən baxaraq Məcəllənin 69-cu maddəsinin 5-ci maddəsində “əmək münasibətlərini dayandırmaq” ifadəsindən istifadə olunmuşdur ki, hazırkı iş üzrə iddiaçı tərəfindən ərizə yazıldıqdan sonra tərəflər arasında əmək münasibətlərin dayandırılması halı müəyyən olunmur.

37. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından və maddi hüquq normalarının tətbiqində səhvə yol verildiyindən, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

38. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6651/2022 nömrəli, 07 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.

39. Apellyasiya instansiyası məhkəməsinin sorğusuna Azərbayc an Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, AA 078437 nömrəli subbakalavr diplomunun, BB-İİ 012088 və BB-İİ 036179 nömrəli mütəxəssis diplomarının ləğvi ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin əməkdaşları tərəfindən tərtib edilmiş aktlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində yoxdur. Sözügedən kollecdən təqdim edilmiş məlumata əsasən kollecdə diplomlar üzrə məsul şəxs X2r. Cəfərova Hicra Koba qızı adıçəkilən kollecdə diplomlar üzrə məsul şəxs deyildir.

40. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubuna əsasən, kollecdə xx.xx.2021-ci il tarixdə hər hansı akt tərtib edilməmişdir. xx.xx.2019-cu il tarixdən xadimə vəzifəsində çalışan İddiaçı xx.xx.2020-ci il tarixədək (yeni direktor təyin edilənədək) hansı işlə məşğul olması məlum deyildir. Yeni direktor təyin olunduqdan sonra isə İddiaçı xadimə vəzifəsi üzrə əmək funksiyalarının icrasından imtina etmiş və bununla bağlı dəfələrlə təsərrüfat işləri üzrə direktor müavini tərəfindən aktlar tərtib edilmişdir.

41. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubuna əsasən, kollec direktorunun 11 sentyabr 2020-ci il tarixli 59 saylı əmri olmayıb. 2020-ci ilə dair 59 saylı əmr aşkar olunub, lakin həmin əmr 07 sentyabr 2020-ci il tarixlidir və X3 ilə bağlıdır. Bundan başqa kollec direktorunun 29 aprel 2019-cu il tarixli əm ri və əmək məzuniyyətinin verilməsi haqqında 30 iyul 2020-ci il tarixli əmrlərin təsdiq edilmiş surətləri göndərilmişdir. 42. xx.xx.2019-cu il tarixli 47 nömrəli əmrə əsasən, İddiaçı xx.xx.2019-cu il tarixdən Kollecdə təhsil sənədləri üzrə sistemi işləyəcək məsul şəxs təyin edilmişdir.

43. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası müəyyən etmişdir ki, xx.xx.2019-cu il tarixdə iddiaçı laborant idi, xx.xx.2020-ci il tarixdə əmək məzuniyyətində olanda isə xadimə idi və bunu bilirdi. Əmrə diqqət yetirilsə xadimələrə 27 gün, laborantlara isə 30 gün məzuniyyət verilib. Eyni zamanda göstərilmişdir ki, diplom verilməsi, elektron sistemə daxil etmək məqsədi ilə qeydiyyat aparılması üçün təyin edilmiş məsul şəxsin orta ixtisas və ya ali təhsilli olması, yüksək vəzifə tutan şəxs olması deyə imperati v tələb yoxdur. 44. xx.xx.2019-cu il tarixli ərizələrə əsasən, iddiaçı bir ərizə ilə laborant vəzifəsindən azad edilməsini, digəri ilə isə texniki işçi kimi işə qəbul edilməsini xahiş etmişdir.

45. İddiaçı texniki işçi təsnifatı üzrə xadimə vəzifəsinə qəbul edildiyini bilmiş, lakin faktiki olaraq xadimə vəzifəsini deyil, diplomlar üzrə mütəxəssis vəzifəsini icra etmiş, bununla bağlı hər hansı etirazı olmamışdır.

46. Mübahisələndirilən əmrdə iddiaçı və cavabdeh arasında “laborant” vəzifəsinə dair bağlanmış əmək müqaviləsinə xitam verilsə və sonradan iddiaçı “xadimə” vəzifəsinə təyin edilsə də, həmin əmr mahiyyət etibarı ilə işçinin başqa işə keçirilməsi barədədir. Məhkəmənin bu halla bağlı gəldiyi nəticə Əmək Məcəlləsinin 59-cu maddəsinin dispozisiya şərtlərinə uyğundur. Lakin bu zaman nəzə rə almaq lazımdır ki, iddiaçının xadimə vəzifəsinə təyin edilməsinə razılığı iş materiallarından müəyyən edilməsə də, onun əvvəlki vəzifədən azad edilməsinə və yeni vəzifəyə (texniki işçi vəzifəsinə) təyin edilməsinə dair razılığı (ərizələri) olmuşdur. 47. “Texniki işçi” vəzifəsinin ayrıca ştat kimi mövcud olub-olmaması ilə bağlı aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 2019-cu ildə Kollecin ştat cədvəli «Rəhbər və inzibati-idarə heyəti», «Tədris-köməkçi heyəti» və «Köməkçi və s. heyət» üzrə təsnifləşdirilmiş, xadimə vəzifəsi sonuncu heyətə daxil edlilmişdir. Ştat cədvəlində “Texniki işçi” adı altında heyət (ştat vahidi) mövcud olmamışdır.

48. Kollegiya qeyd etmişdir ki, iddiaçı faktiki hansı vəzifəni icra etməsindən asılı olmayaraq, xadimə işinə keçirildiyini bilmiş və bun unla razılaşaraq, məhz xadimə üçün nəzərdə tutulmuş əmək haqqı almış və digər sosial imtiyazlardan həmin vəzifə üzrə istifadə etmişdir. Ona görə də həmin əmrin ləğv edilməsi üçün əsas yoxdur.

49. Kollegiya iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfin ərizəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində iştirak etmiş və qanunvericiliyin tələbinə uyğun olaraq bu barədə ərizə təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

50. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

51. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi və ya xadimə vəzif əsi üzrə onunla yeni əmək müqaviləsinin bağlanılması, o cümlədən məhz xadimə vəzifəsinə təyin edilməsinə dair razılığının mövcudluğu müəyyən olunmur. Bu isə, onun laborant vəzifəsindən xadimə vəzifəsinə keçirilməsini istisna edir. Bu mənada Əmək müqaviləsi bildirişinin mövcudluğu da fərqli qənaətə gəlməyə əsas vermir. Çünki Məcəllənin verdiyi anlayışa görə, Əmək müqaviləsi bildirişi – əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. İşin hallarından və tərəflərindən izahatlarından da göründüyü kimi, iddiaçı heç bir zaman xadimə vəzifəsi üzrə əmək funksiyalarını yerinə yetirməmişdir. Bunu cavabdeh qurumun nümayəndəsi tərəfindən təqdim edilən Aktlar və təqdimat da təsdiq etməkdədir: 01 iyun 2021-ci il tarixdə Bakı Humanitar Kollecinin inzibati-təsərrüfat işləri üzrə direktor müavini X6, Həmkarlar İttifaqının sədri X7, komendantı X8, xadimələr X4 və X5 tərəfindən tərtib edilmiş və imzalanmış “əmək funksiyasından imtina” barədə aktın təsdiq edilmiş surətindən görünür ki, kollecin xadiməsi İddiaçı vəzifəsi üzrə əmək funksiyası tapşırılmışdır. Buna baxmayaraq xadimə vəzifəsi üzrə əmək funksiyasını yerinə yetirməkdən imtina edir. 18 iyun 2021-ci il tarixdə Bakı Humanitar Kollecinin inzibati-təsərrüfat işləri üzrə direktor müavini X6, Mədəni maarif şöbəsinin müdiri X1, Həmkarlar İttifaqının sədri X7, komendantı X8 tərəfindən tərtib e dilmiş və imzalanmış “əmək funksiyasından imtina” barədə aktın təsdiq edilmiş surətindən görünür ki, kollecin xadiməsi İddiaçı bir neçə dəfə xəbardarlıq edilməsinə baxmayaraq, xadimə vəzifəsi üzrə əmək funksiyasını yerinə yetirmir və iş vaxtı Mədəni– maarif şöbəsində oturaraq şöbənin iş prosesinə maneəçilik törədir. Bununla bağlı izahat yazmaqdan imtina edir. Bakı Humanitar Kollecinin inzibati-təsərrüfat işləri üzrə direktor müavini A.Ağayeva 22 iyun 2021-ci il tarixdə kollecin direktoruna təqdimat verərək bildirmişdir ki, kollecin xadiməsi vəzifəsində çalışan İddiaçı, may ayının son günlərindən başlayaraq bu günə kimi bir dəfədə olsa öz vəzifə borclarını yerinə yetirməmişdir. Dəfələrlə ona şifahi xəbərdarlıq etsə də, nizam – intizam qaydalarına riayət etmir və izahat yazmaqdan da boyun qa çırır. Bununla bağlı aktlar tərtib olunmuşdur. Bunları nəzərə alaraq müvafiq göstəriş verilməsi xahiş edilmişdir. İddiaçının laborant vəzifəsindən xadimə vəzifəsinə keçirilməsinin qanunsuzluğu onunla cavabdeh qurum arasında laborant vəzifəsi üzrə yaranmış əmək münasibətlərinin xitamını da istisna edir. Məhkəmə xüsusilə vurğulamışdır ki, hətta xx.xx.2019-cu il tarixli 131 saylı əmrin iddiaçıya aid hissələrinin biri digərindən müstəqil olduğu irəli sürülərək fərziyyə olaraq qəbul edilsə belə, yenə də onunla loborant vəzifəsi üzrə yaranmış əmək münasibətlərinin qanunvericiliyin tələblərinə müvafiq olaraq xitam olunduğu qənaətinə gəlmək mümkün olmayacaqdır. Çünki həmin əmr iddiaçı ilə laborant kimi bağlanmış əmək müqaviləsinə həmin tarixdən ƏM-nin 68-ci maddəsinə (öz ərizəsi ilə) əsasən xita m verilməsi hissəsində də qanunun tələblərinə müvafiq verilməmişdir. Belə ki, iddiaçının ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi gün göstərilməmiş, bununla belə o, məhz elə ərizənin verildiyi tarixdə işdən azad edilmişdir (hərçənd iddiaçı tarix yazısının özünə aid olmadığını da bildirir). Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

52. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Əmək Məcəlləsi

53. Maddə

59. İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. MPM

54. Maddə 14.2. Məhkəmə yaln ız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

62. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

63. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

67. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübut lar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

68. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

69. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6651/2022 nömrə li, 07 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar