Məhkəmə qərarları › İş №2(102)-1445/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1445/2025

13.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1445/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi(işə bərpa tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), X5 və Zaur Əli oğlu Əliyevdən ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işdən azad etmə əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 2(103)678/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2024-cü il tarixində Cavabdeh MMC-də Satış və Müştəri Xidmətləri Departamentinin müştəri əlaqələri üzrə təcrübəçisi vəzifəsinə işə qəbul olmuş, xx.xx.2024cü il tarixində Satış və Müştəri Xidmətləri Departamentinin departamentin müştəri əlaqələri üzrə kiçik mütəxəssisi vəzifəsinə keçirilmişdir. 2. xx.xx.2024-cü il tarixli əmr ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir.

3. Cavabdeh MMC-nin məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, baş vermiş hadisəyə hüquqi qiymət verilməsi üçün Pashap ay MMC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət edilmişdir. Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən cinayət işinin başlanması və icaata qəbul edilməsi haqqında Qərar ilə cinayət işi başlanılmış, Pashapay MMC zərərçəkmiş kimi tanınmışdır. 4. 03.10.2024-cü il tarixli “Cinayət işinin başlanması və icaata qəbul edilməsi haqqında qərar”a əsasən İddiaçı və X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.2-ci maddələri ilə cinayət işinin başlanılması və icaata qəbul edilərək ibtidai istintaq aparılması barədə qərar qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı məhkəməyə müraciət edərək, 5 iyul 2024-cü il t arixli Cavabdeh MMC-nin direktoru Samir Məmmədovun COE/07.24/114 nömrəli işdən çıxarma haqqında əmrin ləğv edilməsi və onun əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, qanunsuz işdən azad edilmə ilə əlaqədar çəkdiyi xərclərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 5 iyul 2024-cü il tarixli Cavabdeh MMCnin direktoru Samir Məmmədovun COE/07.24/114 nömrəli əmri ilə onun əmək müqaviləsinə xitam verilmişdir. Lakin Cavabdeh MMC-nin onun əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, 20 iyun 2024-cü il tarixində, o, ərizə ilə Cavabdeh MMC-nin direktoru Samir Məmmədova müraciət etmiş və əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məc əlləsinin 68.2-ci maddəsinin (a) bəndi ilə xitam verilməsi xahiş edilmişdir. Lakin 1 ay müddətində əmək müqaviləsinə xitam verilməsi barədə heç bir məlumat verilməmişdir. Bundan sonra, yəni 11 iyul 2024-cü il tarixində qoşmaya əlavə edilən 5 iyul 2024-cü il tarixli Cavabdeh MMC-nin direktoru Samir Məmmədovun COE/07.24.114 nömrəli əmri ona təqdim edilmişdir. Göründüyü kimi onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsas olmamışdır. Tərəfindən əmək mübahisəsinin həlli məqsədilə mediasiyaya müraciət edilmişdir, mediasiya prosesi isə 13 avqust 2024-cü il tarixində yekunlaşmışdır. Mediasiya prosesi ərzində 1 aylıq müddətin axımı dayandırılmışdır.

7. Cavabdeh "xxxx" MMC iddiaya etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixində Cavabdeh MMC-də Satış və Müştəri Xidmətləri Departamentinin müştəri əlaqələri üzrə təcrübəçisi vəzifəsinə işə qəbul olmuş, xx.xx.2024-cü il tarixində həmin departamentin müştəri əlaqələri üzrə kiçik mütəxəssis vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixli əmr ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün xitam verilmişdir. Belə ki, müəssisə daxilində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, müştəri əlaqələri üzrə kiçik mütəxəssis vəzifəsində çalışan İddiaçı 8 ədəd hesabı blokdan azad etmiş, həmin hesablarda olan vəsait hesabı tərk etdikdən sonra əməlini gizləmək niyyəti ilə yenidən blo klamışdır. Törədilmiş əməl ilə əlaqədar olaraq, İddiaçı öz yazdığı xx.xx.2024-cü il tarixli izahatında etdiyi əməlləri etiraf etmişdir. Öz izahatında bloklanmış nömrələrin blokdan açılmasına icazəsinin olmaması barədə təlimatlar aldığını təsdiqləmişdir. Lakin öz vəzifə öhdəliklərini pozaraq həmin hesabları blokdan çıxardığını və pul vəsaitinin həmin hesablardan çıxarılmasına şərait yaratdığını və bu əməlinin səhv olduğunu, ondan peşman olduğunu qeyd etmişdir. Bildirilir ki, iddiaçının həmin hesabların kripto valyuta ilə əlaqədar istifadə olunduğunu bildirməsi tamamilə əsassızdır. Belə ki, blokdan açdığı nömrələrin bloklanma səbəbləri mərc oyunları, maliyyə piramidası və kart vəsaitindən oğurluq olmuşdur. İddia ərizəsinə münasibətdə bildirilir ki, iddia ərizəsində qeyd edilənlər tamamilə əs assızdır. Belə ki, İddiaçı öz əmək funksiyasını kobud şəkildə pozduqdan sonra işəgötürən tərəfindən əmək müqaviləsinə xitam veriləcəyini anlayaraq və bu prosesə qarşılayıcı tədbir kimi xx.xx.2024-cü il tarixli məktub (izahatdan 6 gün sonra) ilə Cavabdeh MMC-yə müraciət etmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, Cavabdeh MMC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim edilmiş lisenziya əsasında elektron pul təşkilatı olaraq fəaliyyət göstərir. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” AR Qanununa əsasən, elektron pul, təşkilatı üçün pul vəsaitlərinin, ödəniş hesablarının, ödəniş sistemlərinin təhlükəsizliyinin təmin edilməsi ilkin vəzifə və öhdəliklərdən biridir. Müəssisə buna uyğun olaraq, ödəniş sisteminin və ödəniş hesablarının təhlükəsizliyinə xüsusi diqqət göstəri r. Lakin, İddiaçı qanunsuz əməli ilə ödəniş hesablarına qanunsuz şəkildə müdaxilə edilərək, bloklanmış pul vəsaitlərinin köçürülməsinə şərait yaradılmışdır. Öz izahatında da qeyd etdiyi kimi, üçüncü şəxslərin vəd və təklifləri ilə o bu əməllərini həyata keçirərək müəssisənin maraqlarına və işgüzar nüfuzuna xələl gətirmişdir. Qeyd edilmişdir ki, PashaPay ilə İddiaçı arasında bağlanılmış İDM499 №li əmək müqaviləsinin 3.6-cı bəndinə əsasən, işçinin aşağıdakı öhdəlikləri mövcuddur. İşəgötürənin maraqlarına uyğun olaraq fəaliyyət göstərmək və birbaşa və ya dolayı yolla işəgötürənin maraqlarına və işgüzar nüfuzuna xələl gətirə biləcək, o cümlədən işəgötürənə maddi zərər vuracaq hərəkətlərə yol verməmək; işəgötürənin daxili intizam qaydalarına, davranış məcəlləsinə, siyasətlərinə və s. (bundan so nra “Daxili Qaydalar”) əməl etmək; Müqavilə üzrə əmək funksiyalarının və vəzifələrinin icrası zamanı istifadə olunan əmlaka XDR (Extended Detection and Response / Genişləndirilmiş aşkarlama və reaksiya) və DLP (X8 / X2 Alınması) texnologiyalarına əsaslanan proqram təminatının quraşdırılması da daxil olmaqla, işəgötürənin informasiya təhlükəsizliyi tələblərinə əməl etməyi öhdəsinə götürür; işəgötürənin işçinin əmək funksiyalarına və vəzifələrinə dair tapşırıqlarını vaxtında, keyfiyyətlə və lazımi qaydada yerinə yetirmək; üçüncü şəxslərdən işçinin işəgötürən qarşısındakı əmək funksiyalarını və vəzifələrini icra etməsinə təsir etmək üçün təklif olunan və ya bunun üçün təklif olunduğu güman edilən heç bir hədiyyə, vəd və ya digər dəyərli əşya qəbul etməmək, heç bir hökumət rəsmisinə və ya siya si partiyanın vəzifəli şəxsinə və ya namizədinə işəgötürən və ya işəgötürənin işinə dair hər hansı qərar üzrə birbaşa və ya dolayı təsir etməyə cəhd göstərməmək. Göründüyü kimi, İddiaçı həm öz əmək funksiyasına, həm əmək müqaviləsi və Daxili Qaydalar üzrə öhdəliklərinə, həm də izahatında qeyd etdiyi kimi ona verilmiş təlimatlara zidd hərəkət etmişdir. Bildirilir ki, “X4 tərəfindən fırıldaqçılıq və digər şübhəli əməliyyatların aşkarlanması, araşdırılması və digər tədbirlərin həyata keçirilməsinə dair” Daxili Qaydaların 3.3.4-cü bəndinə əsasən, hesabın blokdan çıxarılması isə yalnız X4 tərəfindən həyata keçirilə bilər. Əmək Müqaviləsinin 3.7-ci bəndinə əsasən, X7 tanış olmaması və ya onları bilməməsinə görə məsuliyyətdən azad olmur. X7 tanış ola bilmədikdə bu barədə işəgötürənə və ya işəgötü rənin adından göstəriş vermək səlahiyyəti olan tabe olduğu birbaşa rəhbərinə müraciət etməlidir. İddiaçı iddiası hər hansı sübuta və faktlara əsaslanmadığı üçün əsassızdır.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Əfsanə Heydərova) 2(006)4297/2024 saylı, 4 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

9. Məhkəmə bildirmişdir ki, iddaçı İddiaçı müvafiq pul vəsaiti qarşılığında işəgötürən müəssisə tərəfindən mobil nömrələrə qoyulmuş məhdudiyyəti öz mülahizəsinə əsasən götürmüş və həmin nömrəyə bağlı hesabdan pul çəkilməsinə birbaşa olaraq (qəsdən) şərait yaratmışdır. Bu hal iddiaçı tərəfindən mübahisələndirilməyən işin mübahisəsiz halıdır. İddiaçı qeyd olunan əməli ilə öz əmək vəzifələrini pozmuşdur.

10. Məhkəmə iddiaçının əmrin əsaslandırılmaması dəlilinə münasibə tdə qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli əmrin verilməsinə əsas Ülviyyə Əfəndiyevanın təqdimatı və İddiaçı xx.xx.2024-cü il tarixli izahatı olmuşdur. İddiaçı öz əməllərini izahatında etiraf etmiş, müvafiq təqdimatda isə iddiaçının hərəkətlərinin şöbənin iş ahənginə ciddi təsir göstərməsi və əməkdaşların etdikləri əməllərin cavabdeh tərəfindən kobud qayda pozuntusu hesab edildiyi bildirilmişdir.

11. Məhkəmə hesab etmişdir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əmrə əsas olan (onun tərkib hissəsi olan) sənədlərdə əsaslandırılmışdır. Azərbaycan Respublikasının əmək qanunvericiliyində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi barədə əmr qəbul edilərkən əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsi nin zəruriliyi barədə imperativ norma yoxdur. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsində “İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır” norması işçinin mənafeyini qorumaq üçün müəyyən edilmişdir ki, əsassız yerə, heç bir əsaslandırma olmadan işçi ilə bağlanmış əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsinin qarşısı alınsın.Bir sözlə, qanunla işəgötürənin öz səlahiyyətlərindən sui-istifadə etməsi ehtimalı məhdudlaşdırılmışdır. Həmçinin, müvafiq əmr Əmək Məcəlləsinin 84-cü maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun tərtib edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, İddiaçı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini pozması nəticəsində işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada dəymiş ziyana görə İddiaçı qanunvericilik və əmək müqviləsi ilə müəyyən olunmuş məsuliyyət daşıyır. Belə ki, xx.xx.2024-cü il tarixində işə götürülmüş İddiaçı öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək 8 ədəd hesabı blokdan azad etmiş, həmin hesablarda olan vəsait hesabı tərk etdikdən sonra yenidən bloklamışdır. İddiaçının bu hərəkətə yol verdiyi faktı iş materiallarına əlavə edilmiş və bir-birini tamamlayan müvafiq sənədlərə əsasən öz təsdiqini tapmışdır.

13. Məhkəmə bildirmişdir ki, iddiaçının əməllərində əmək vəzifələrini kobud şəkildə pozması halının olması məhkəmə baxışı zamanı tədqiq olunan cavabdeh tərəfin təqdim etd iyi sənədlər ilə öz təsdiqini tapmışdır.

14. Məhkəmə hesab etmişdir ki, iddiaçı əmək fəaliyyəti zamanı üzərinə düşən əmək vəzifələrini kobud şəkildə pozmuş və bununla da işəgötürənin qanuni mənafeyinə ciddi xələl dəymişdir. Məhkəmə araşdırması zamanı həm də əmək müqaviləsinə xitam verilməsində cavabdeh-təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmış, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahat alınmış, bu barədə müvafiq əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış və imzalanmış, işçiyə bu barədə məlumat verilməklə onunla haqq-hesab aparılmışdır.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı iş yeri üzrə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilə yol verdiyi pozuntu nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirdiyi və bu hərəkətləri əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edildiyi üçün işəgötürənin onun barəsində Azərbaycan Respublikasının 186-cı maddəsinin 2-ci hissəsinə əsasən «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbeh növünü verməyə kifayət qədər hüquqi əsas vermişdir. Belə ki, məhkəmə hesab edir ki, əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək işçinin ümdə vəzifələrindəndir. Belə olan h alda işəgötürənin əmək müqaviləsinə xitam vermək hüququ yaranır.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 11, 11-ci maddəsinin 2-ci hissəsi, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin 3-cü hissəsi, 76, 83-cü maddəsinin 1-ci və 2-ci hissələri, 84-cü maddəsinin 1-ci, 2-ci və 3-cü hissələri, 186.2, 292.2, 300-cü maddəsinin 1-ci bəndinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4297/2024 saylı, 4 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnam ə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli işdən çıxarma əmri əmək qanunvericiliyinin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinə və mövcud praktikaya uyğun olaraq işdən çıxarma əmrində işdən çıxarmanın səbəbi izah olunmalı və mütləq əsaslandırılmalıdır. Lakin xx.xx.2024-cü il tarixli Əmrdə ümumiyyətlə heç bir səbəb göstərilməmiş və qeyd edilmişdir ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilir. "xxxx" MMC-nin 5 iyul 2024-cü il tarixli əmr əmək qanunvericiliyinin tələblərini pozmaqla sadə formada tərtib edilmişdir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən etirazda isə əmək müqaviləsinə xitam verilməsi səbəb i kimi M10 hesablarına daxil olunaraq hesabların blokdan çıxarılması göstərilmişdir. Bununla da Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinin tələbi pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Qeyd etmişdir ki, Ali Məhkəmənin əmək mübahisələri ilə bağlı qərarlarına baxdıqda görünür ki, göstərdiyi bu fakt işdən çıxarma əmrinin ləğvi üçün əsas qismində çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə görə, Əmək Məcəlləsinin 70-ci maddəsinin“ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun (maddənin 2-ci hissəsi). İşəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bundan başqa Cavabdeh MMC-nin nümayəndəsi şirkətə edilən əməl nəticəsində zərər vurulduğunu bildirsə də, zərərin nədən ibarət olmasına dair münasibət bildirməmişdir. Buradan görünür ki, cavabdeh tərəfindən irəli sürülən arqument təsdiqlənmir. Əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilməsi üçün işçinin yol verdiyi kobud səhv nəticəsində işəgötürənin qanuni mənafeyinə xələl gəlməsi mühüm şərtdir. Belə ki, Cavabdeh MMC tərəfindən işəgötürənin qanuni mənafeyinə hansı formada və həcmdə xələl gəlməsini əsaslandırmalı idi. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilən iclaslarda da qarşı tərəfin nümayəndəsinə dəfələrlə əmrin Əmək Məcəlləsinin 71.2-ci maddəsinə uyğunluğunun əsaslandırılmasını bildirsə də, heç bir əsaslandırma irəli sürülə bilinməmişdir. Belə ki, İddiaçı tərəfindən edilmiş hərəkət Cavabdeh MMC-nin işinin normal ahəngini pozmamışdır. Həmin gün Cavabdeh MMC iş fəaliyyəti iş gününün sonuna qədər davam etdirmişdir. İddiaçı tərəfindən edilmiş hərəkət nəticəsində nə mülkiyyətçini n, nə işəgötürənin, nə də əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir. Həmçinin İddiaçı 3 ayın işçisi olmuşdur. 3 aydır ki, əmək fəaliyyətinə müəssisədə başlamış şəxsin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi onun gələcək əmək fəaliyyətinə başlamasına ciddi zərbə vuracaqdır. Belə ki, İddiaçı bank sektorunda çalışmaq üçün xeyli bilik və təcrübəyə malikdir və özünün də hesab etdiyi kimi onun əmək bazarında özünə müvafiq iş axtarışı daha çox bank sektoru ilə bağlı olacaqdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi onun gələcək əmək fəaliyyətini zədələyəcək və işə götürülməsini çətinləşdirəcəkdir. Bu da onun üçün ciddi mənə vi və maddi baxımdan sarsıntı yaradacaqdır. Bu baxımdan hesab edir ki, 5 iyul 2024-cü il tarixli CavabdehMMC-nin direktoru Samir Məmmədovun COE/07.24/114 nömrəli əmri ləğv edilməlidir. İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün ümumiyyətlə əsas olmamışdır. Belə ki, İddiaçı əmək müqaviləsinə 5 iyul 2024-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməmişdən qabaq əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndi ilə xitam verilməsi ilə bağlı müraciət etmişdir. Belə ki, 5 iyul 2024-cü il tarixli Cavabdeh MMC-nin direktoru Samir Məmmədov COE/07.24/114 nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Lakin Cavabdeh MMC-nin İddiaçı əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, 20 iyun 2024-cü il tarixində İddiaçı ərizə ilə Cavabdeh MMC-nin direktoru Samir Məmmədova müraciət etmiş və əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin (a) bəndi ilə xitam verilməsi xahiş edilmişdir. Lakin 1 ay müddətində əmək müqaviləsinə xitam verilməsi barədə heç bir məlumat verilməmişdir. Bundan sonra, yəni 12 iyul 2024-cü il tarixində qoşmaya əlavə edilən 5 iyul 2024-cü il tarixli Cavabdeh MMCnin direktoru Samir Məmmədov COE/07.24/114 nömrəli əmri İddiaçı təqdim edilmişdir. Göründüyü kimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsi üçün əsas olmamışdır. Birinci instansiya məhkəməsinə təqdim edilmiş etirazda göstərilmişdir ki, əmək müqavil əsinə xitam verilməsi səbəbi kimi M10 hesablarına daxil olunaraq hesabların blokdan çıxarılması göstərilmişdir. Göründüyü kimi göstərilən əməl hərəkət formasında törədilən əməldir. İddiaçı əmək funksiyasında isə həmin əməlin edilməməsi ilə bağlı hər hansı göstəriş nəzərdə tutulmamışdır. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, Əmək Məcəlləsinin 72-cimaddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. Göründüyü kimi etirazda İddiaçı tərəfindən edildiyi bildirilən əməl Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndininin birinci hissəsinə (işçi özünün əmək funksi yasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) uyğun gəlmir. Belə ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsi ilə xitam verilməmişdir. Çünki əmək qanunvericiliyinin tələbinə əsasən işdən çıxarma əmrində işdən çıxarma üçün istinad olunan Əmək Məcəlləsinin maddəsi göstərilməli və ona istinad edilməlidir. Cavabdeh MMC-nin 5 iyul 2024-cü il tarixli əmrində isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin hər hansı bəndinə istinad olunmamışdır. Bu da onu göstərir ki, İddiaçı ilə bağlı Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan pozuntuların edilməsi hesab edilməmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və F uad Abdıyev) 21 yanvar 2025-ci il tarixli 2(103)-678/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4297/2024 saylı, 4 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı əmək fəaliyyəti zamanı əmək vəzifələrini kobud şəkildə pozmuş və bununla da işəgötürənin qanuni mənafeyinə ciddi xələl yetirmişdir. Qeyd edilənlərə etiraz olaraq iddiaçının istinad etdiyi dəlillərə münasibətdə qeyd edilmişdir ki, Cavabdeh MMC-nin məhsulu olan m10 tətbiqi fiziki şəxslər və sahibkarlara öz əməliyyatlarını sadələşdirmək üçün imkan yaradan, komissiyasız ölkədaxili pul köçürmələri təmin edən elektron pulqabıdır. Təşkilatın informasiya təhlükəsizliyinin idarə edilmə si sisteminin yaradılması, tətbiq edilməsi, dəstəklənməsi və davamlı inkişaf etdirilməsi məqsədilə informasiya təhlükəsizliyi siyasəti mövcuddur və istifadəçilərə ödəniş xidmətlərinin etibarlı və təhlükəsiz göstərilməsini təmin etmək bu cür xidmətləri göstərən şirkətlərin əsas vəzifələrindəndir.

21. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçı, müştəri şikayətinə əsasən və ya digər səbəblərdən blok edilmiş istifadəçilərin hesabını blokdan çıxarmışdır. Yol verdiyi bu əməl nəticəsində müştərilərin ədalətli və şəffaf xidmət gözləntiləri pozmaqla cavabdehin müştəri bazasının azalması və xidmət keyfiyyətinin imicinin zədələnməsi riskinə şərait yaratmış, müəssisənin ictimai imicinə mənfi təsir göstərərək gələcək müştərilərin və tərəfdaşların şirkətlə əməkdaşlıq etməsini çətinləş dirmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı xidməti vəzifələri icra edərkən tərəf olduğu əmək müqaviləsində nəzərdə tutulan vəzifələri pozmaqla, şirkətin işgüzar nüfuzunu təhlükə altına qoymuş, qanunla qorunan mənafelərinə zərər yetirmişdir. Cavabdeh də bu cür halların baş verməsinin qarşısını almaq üçün əmək müqaviləsinə qeyd olunan əsasla xitam verməkdə haqlı olmuşdur.

23. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçı iş yeri üzrə müəyyən edilmiş müəssisədaxili qaydalarına zidd davranmaqla əmək vəzifələrini ciddi şəkildə pozmuş, bunun nəticəsində işəgötürənin onun barəsində Azərbaycan Respublikasının 186-cı maddəsinin 2-ci hissəsinə əsasən «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbeh n övünü verməyə kifayət qədər hüquqi əsaslar yaranmışdır. İşçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmış, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahat alınmış, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilmiş, bu barədə müvafiq əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış və imzalanmış, işçiyə bu barədə məlumat verilməklə onunla haqq-hesab aparılmışdır.

24. Əmrin əsaslandırılmaması ilə bağlı iddiaçı tərəfin dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli əmrin verilməsinə əsas Ülviyyə Əfənd iyevanın xx.xx.2024-cü il tarixli təqdimatı və İddiaçı xx.xx.2024-cü il tarixli izahatı olmuşdur. İddiaçı öz əməllərini izahatında etiraf etmiş, müvafiq təqdimatda isə iddiaçının hərəkətlərinin şöbənin iş ahənginə ciddi təsir göstərməsi və əməkdaşların etdikləri əməllərin cavabdeh tərəfindən kobud qayda pozuntusu hesab edildiyi bildirilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əmrə əsas olan (onun tərkib hissəsi olan) sənədlərdə əsaslandırılmışdır. İddiaçıya işdən çıxarılmasının səbəbləri aydın olmuşdur. İşçinin mənafeyini qorumaq məqsədilə, əsassız yerə, heç bir əsaslandırma olmadan işçi ilə bağlanmış əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməs inin qarşısının alınmasına xidmət edən bu normanın pozulması hazırkı halda öz təsdiqini tapmamışdır. Belə olan halda da iddiaçının bu normaya əsaslanaraq öz hüquqlarından sui-istifadə etməsi müəyyən olunur.

26. İddiaçı həmçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməmişdən əvvəl 5 iyul 2024-cü il tarixində müqaviləyə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xitam verilməsi ilə bağlı müraciət etməsinin nəzərə alınmadığını qanunsuz saysa da, məhkəmə kollegiyası hesab etmişdir ki, işçinin tərəf olduğu əmək müqaviləsini ləğv etmək niyyətində olmasına dair ərizə ilə işəgötürənə müraciət etməsi barəsində əmək qanunvericiliyinin tədbiq edilməsini istisna etmir. Belə ki, işçi əmək münasibətlərinə xitam verilənədək qanunlara, digər normativ-hüquqi aktlara, o cümlədən müəssisədaxili intizam qaydalarına, vəzifə təlimatlarına, intizam nizamnamələrinə uyğun davranmalıdır. İşçinin, öz istəyinə əsasən əmək müqaviləsini ləğv etmək barəsində ərizə verməsi, müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri təqsirli şəkildə pozması nəticəsində işəgötürənin əmək qanunvericiliyində nəzərdə tutulmuş digər əsas ilə əmək münasibətlərinə xitam verməsini mümkün edir. Belə ki, əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək işçinin ümdə vəzifələrindəndir.

27. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində göstərilən xüsusatların əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlmişdir. Həmçinin məhkəmənin bu qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur

28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1, 3.5, 10, 11, 68-ci maddəsinin 1-ci hissəsi, 68-ci maddəsinin 2-ci hissəsi, 69-cu maddəsinin 1-ci hissəsi, 70-ci maddəsinin «ç» bəndi, 71-ci maddəsinin 2-ci və 3-cü bəndləri, 72, 76, 80.1, 80.2,83,84, 186.2, 292.2, 300.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (vəkil Nümayəndə) kassasiya şik ayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi haqqında və ya işin təzədən araşdırılması məqsədilə mülki işi yenidən göndərilməsini xahiş etmişdir.

30. İddiaçı kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmışdır, şikayətdə işin faktiki halları üzrə əsaslandırma aparılmışdır. Kassasiya şikayətində maddi hüquq normasının pozuntusu kimi, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, 71.2-ci maddəsi, 71.3-cü maddəsi, 186.1-ci maddəsi, 186.2-cü maddəsi, 83-cü maddəsi, prosessual pozuntu kimi isə MPm-nin 88-ci maddəsi qeyd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz verilərək şikayətin təmin edilməməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

32. Maddə 3. 5.Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

33. Maddə 11.Azərbaycan Respublikası Əmək Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüququdur.

34. Maddə 68.Hissə İ.Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

35. Maddə 68.Hissə İİ.Bənd a).Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

36. Maddə 69.Hissə İ.İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yaz ılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

37. Maddə 70.Bənd «ç».Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır.

38. Maddə 71.Bənd İİ və İİİ.Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

39. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllə rə yol verməsi.

40. Maddə 76.İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

41. Maddə 80.1-ci və 80.2.Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarla r ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

42. Maddə 83.Hissə İ və İİ.Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssis ənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

43. Maddə

84. Hissə İ, İİ və İİİ.1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: -müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; -işçinin adı, atasının adı və soyadı; -əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; - əmək müqaviləsinin ləğv edilməsinin əsası; -həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcə llənin müvafiq maddəsi, hissəsi və bəndi; - əmək müqaviləsi ləğv edilən gün, ay və il; -əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi faktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

44. Maddə 186.2.İşçi əmək funksiyasını tam və ya qismən yerinə ye tirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər.

45. Maddə 292.2.Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər.

46. Maddə 300.1.Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işi n faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanunu

47. Maddə 37.2.Qanunda nəzərdə tutulmuş hallarla yanaşı, ödəniş xidməti təchizatçısı ödəyici ilə bağlanmış müqavilədə nəzərdə tutulduqda aşağıdakı məqsədlərlə ödəniş alətini bloklaşdırmaq hüququna malikdir: -37.2.1. ödəniş alətinin təhlükəsizliyinin təmin olunması; -37.2.2. ödəniş alətinin dələduzluq məqsədilə və ya səlahiyyətli olmayan şəx s tərəfindən istifadə olunmasının qarşısının alınması; -37.2.3. ödəyicinin kredit xətti ayrılmış ödəniş alətləri üzrə öhdəliklərini yerinə yetirə bilməməsi təhlükəsinin qarşısının alınması. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə iddi açı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.

51. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

52. MPM-nin 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlill ər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Qeyd edilən normaların tələblərinə əsasən kassasiya şikayətinin işin faktiki hallarının düzgün hüquqi qiymət verilməməsi ilə bağlı dəlilləri kassasiya baxışının predmeti ola bilməz.

54. İddiaçının kassasiya şikayətində pozulduğu iddia edilən normalar formal olaraq sadalansa da, əsaslandırma hissəsi işin faktiki halları və sübutların düzgün qiymətləndiril məməsi ilə bağlıdır.

55. Kollegiya apellyasiya məhkəməsi tərəfindən kassasiya şikayətində istinad edilmiş maddi və prosessual normaların pozuntusuna yol verildiyini müəyyən etməmişdir.

56. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 2(103)-678/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə m

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar