Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1446/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: podrat müqaviləsi, iddia müddəti, müddətin axımının hesablanması) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “mənzilin sahəsinə görə ödənilmiş artıq məbləğin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəmçəsinin Mülki Kollegiysının 21 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 13 may 2025-ci il tarixdə Ali Məhkəmənin binas ında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MMC ilə (bundan sonra “cavabdeh” və ya “satıcı”, yaxud “MMC”) İddiaçı (bundan sonra “iddiaçı” və ya “alıcı”) arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 68 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanında tikilən 16 mərtəbəli, 1 bloklu, 4-cü yaşayış binasından 22 saylı, ümumi sahəsi 153 m2 olan 3 otaqlı mənzil (bundan sonra “mübahisəli mənzil”) 1 m2 sahəyə görə 520 ABŞ dolları hesablanmaqla cavabdeh tərəfindən iddiaçıya 79.612 ABŞ dollarına satılmış, maliyyə arayışına əsasən iddiaçı mənzilin dəyərini tam ödəmişdir.
2. Mübahisəli mənzilin Yeni qaydalarla ünvanı belədir: ünvan 2anov rayonu, X1 küçəsi, ev 47, mərtəbə 7, mənzil 2-dir.
3. Mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
4. İddiaçının mülkiyyət hüququnu təsdiq edən çıxarışda mübahisəli mənzilin ümumi sahəsi 126,50 m2 göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən inşa edilmiş mübahisəli mənzilin satışı zamanı sahəni artıq göstərməklə iddiaçıdan artıq alınmış 13.832 ABŞ dolları, ödənilmiş dövlət rüsumunun əvəzi olan 221 manat, və xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün əldən çıxmış fayda qismində 11.757 ABŞ dollarının (ödəniş gününə manatın məzənnəsi ilə) cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilə üzrə mənzilin ümumi sahəsinə uyğun olaraq hesablanmış dəyərini – 79.612 ABŞ dolları (520 ABŞ dolları x 153.1 m2) iddiaçı tam ödəmişdir (Müqavilənin 2.1.2-ci maddəsi). Bununla bağlı cavabdeh tərəfindən iddiaçıya xx.xx.2015-ci il tarixli kassa mədaxil qəbzi verilmişdir. İddiaçı evinə çıxarış alınması üçün maliyyə arayışını vermədikləri üçün hüquq mühafizə orqanlarına şikayətlər ünvanlamış, bu şikayətlərdən sonra iddiaçıya xx.xx.2022-ci il tarixli maliyyə arayışı da verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca icra etməmiş, iddiaçıya həmin ünvanda ümumi sahəsi 153.1 m2 əvəzinə 126.50 m2 (26.6 m2 az) olan mənzil təhvil vermişdir. Buradan belə çıxır ki, iddiaçı cavabdehə 13.832 ABŞ dolları (26.6 m2 x 520 ABŞ dolları) məbləğində artıq pul ödəmişdir. Bu hal, yəni mənzilin sahəsinin az olması iddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqda məlum olmuşdur.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 385.1, 442, 449, 567, 1091 və 1092-ci maddələrinə istinad etmişdir.
8. Cavabdehin nümayəndəsinin işdə iştirakı təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi iş üzrə mübahisəli mənzilin ümumi sahəsinin müəyyən edilməsi məqsədilə tikinti-texniki ekspertizası təyin etmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4367 saylı ekspert rəyinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “T ikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”na əsasən mübahisəli mənzilin ümumi sahəsi 126.5 m2-dir. Mənzilin divarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 153,1 m2 təşkil edir. Mənzil qanunvericiliyin (müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış layihə-plan və s. uyğun) tələblərinə uyğun inşa edilmişdir.
11. Birinci instansiya məhkəməsi mübahisəli mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanlarının sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədilə əlavə tikintitexniki ekspertizası təyin etmişdir.
12. Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2023-cü il tarixli, 10/8444 saylı rəyinə əsasən mübahisəli mənzilin faktiki ümumi sahəsi, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 134,8 kv.m m2-dir. Mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və balkonların (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) sahəsi habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi nəzərə alınaraq hesablandıqda ümumi sahənin 153,1 m2-dir.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-140/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 9.360 (doqquz min üç yüz altmış) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü manata məzənnə ilə manatla iddiaçının xeyrinə ödənilməsi, mülki iş üzrə ödənilmiş 221 manat dövlət rüsumunun 140 manat hissəsinin iddiaçıya, 81 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə ödənilməsi, 150 manat ekspertiza xərcinin cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. (hakim Solmaz Ədilova)
14. Birinci instansiya məhkəməsi işdəki sübutlara, o cümlədən ekspert rəyinə əsasən müəyyən etmişdir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehlə iddiaçı arasında xx.xx.2005-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh mübahisəli mənzili bu müqavilə ilə iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən iddiaçının mənzilə görə MMC-yə heç bir borcu yoxdur. Hazırda iddiaçı cavabdehlə bağladığı müqavilədə mənzilin sahəsinin 153.1 m2 kimi qeyd olunmasına baxmayaraq faktiki olaraq çıxarışda 126.50 m2 olduğunu bildirərək, mənzilin h ər kv.metri üçün artıq ödənilmiş, ümumilikdə 13.832 ABŞ dolları məbləğində pulun qaytarılmasını və 11.757 (on bir min yeddi yüz əlli yeddi) ABŞ dolları (ödənilən günə olan məzənnə ilə) Bank uçot dərəcəsinə əsasən əldən çıxmış fayda tələb edir.
15. Birinci instansiya məhkəməsinin mövqeyinə görə tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, onlar arasında podrat münasibətləri mövcud olmuşdur. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 762, 766-cı maddələri çıxış edir.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal – cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) bax ımından qüsurlu mal verib-verməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir
17. Birinci instansiya məhkəməsi göstərmişdir ki, mülki işin hallarına görə tərəflərin iradəsi aralarında podrat müqaviləsi bağlanmasına yönəlmişdir. Bu halda həmin müqavilənin alqı-satqı müqaviləsi deyil, podrat müqaviləsi kimi qiymətləndirilməsi barədə gəlinən nəticə, Mülki Məcəllənin 404-cü maddəsində müəyyən olunmuş müqavilənin təfsiri qaydalarına əsaslanmalıdır.
18. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 404-cü maddəsinə istinadən diqqətə çatdırmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, MMC ümumi sahəsi 153.1 m2 ibarət mübahisəli mənzili iddiaçıya verməyi öhdəsinə götürmüşdür.
19. Birinci instansiya məhkəməsi Məhkəmə, mülki işin araşdırılması nəticə lərini əsas götürüb, habelə Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlmişdir ki, bağlanmış müqavilədə qeyd edilən mənzilin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan arasında fərq 18,3 m2 təşkil edir. Bu da öz növbəsində iddia tələbinin qismən əsaslı olmasını şərtləndirir. Buna görə də, iddia tələbi bu hissədə qismən təmin olunmalı, cavabdehdən mübahisəli mənzilə görə 18 m2 x 520 ABŞ dolları = 9360 ABŞ dolları pul vəsaiti iddiaçıya ödənilməlidir. Belə ki, fərdi müəyyən əşyaların müqavilənin predmetində nəzərdə tutulmuş əşya olmasının 2 göstəricisi kəmiyyət və keyfiyyət göstəricisi olur. Müqavilə predmeti ev (mənzil) olduqda, onun kəmiyyət göstəricisi ki mi ölçü vahidi olan "kvadrat metr” çıxış edir. Nəzərə alınsa ki, satılan obyektin hər kvadrat metrinin dəyəri kifayət dərəcədə pul edir, o zaman alıcıya xeyli ziyan dəymiş olur. Bu baxımdan iddiaçı hazırkı iddianı qaldırmaqda haqlıdır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam icra etməmiş, yəni podratı kəmiyyətcə tam yerinə yetirməmişdir və bu baxımdan iddiaçının cavabdehə qarşı podrat müqaviləsindən irəli gələn hazırkı iddianı irəli sürmək hüququ yaranmışdır.
20. Birinci instansiya məhkəməsi yuxarıda sadalananların kontekstində bir daha bildirmişdir ki, tərəflər arasında müqavilə bağlanmış və qarşılıqlı öhdəliklər müəyyən edilmişdir. İddiaçı 13 oktyabr 2005-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etsə də, MMC müqavilə üz rə mübahisəli mənzili təhvil verməyi öhdəsinə götürmüş, lakin müqavilə şərtlərini pozaraq, müəyyən edilən sahədən daha az sahəli mənzili təhvil vermişdir.
21. Birinci instansiya məhkəməsi onu da vurğulamışdır ki, yaşayış binalarında mənzillərin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələrin nəzərə alınmadan hesablanması barədə Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normadır. Həmin müddəa, podrat münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində satılan əşyanın sahəsini öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini aradan qaldırmır. Lakin buna baxmayaraq, nə qədər ki, hazırki mübahisəli h alla bağlı tərəflər arasında mənzilin sahəsinin ölçülməsinə dair şərtlər müqavilədə öz əksini tapmamışdır, o cümlədən də, mübahisənin kökündə duran mənzilin sahəsi məsələsi tərəflərin bağladıqları müqavilədə qeyd olunmamışdır, cavabdeh iddiaçıya Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla hesablanmış mənzili təhvil verməli idi. Cavabdeh isə iddiaçıya müqavilədə göstərilən sahədən 18,3 m2 daha az sahəsi olan mənzil təhvil vermiş, iddiaçı müqavilədə göstərilən 153,1 m2 sahəsi olan mənzilin hər m2 üçün 520 ABŞ dollar ödəmişdir.
22. Bununla belə belə, birinci instansiya məhkəməsi iddia tələbinin “xx.xx.2013-cü ildən xx.xx.2023-cü il tarixədək illik 5% Bank uçot dərəcəsi üzrə 11.757 ABŞ dolları əldən çıxmış faydanın cavabdehdən tutulması” hissəsini təmin etm əmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Lakin iddiaçı əvvəla, həmin tələbini kifayət qədər aydın şəkildə əsaslandırmamışdır; ikincisi, tərəflər arasında bağlanmış müqavilədə cavabdehin iddiaçıya faiz ödəyəcəyi nəzərdə tutulmamışdır; üçüncüsü isə, mülki qanunvericilik normalarının mənasına görə şəxs yalnız qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama hərəkətlərinə yol verməklə özgənin pul vəsaitindən faydalanır: hazırkı işdə isə, cavabdehin iddiaçıya məxsus pul vəsaitindən faydalanaraq müəyyən gəlir, artım, bəhər və s. əldə etmiş olduğu barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. 23. birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 144-1.4, 178, 404, 425.1, 439.7, 752.1, 762, 766-cı, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-59.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəala rının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
24. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mənzili 2007-ci ilin ən geci avqust ayında qəbul etmiş, xx.xx.2007-ci il tarixdən mənzilin elektrik təchizatı üçün "xxxx" ASC ilə, xx.xx.2008-ci il tarixdə isə mənzilin su və çirkab tələbatının təmin edilməsi üçün "xxxx" ASC ilə müqavilə bağlamış, 2008-cı ilin yanvar ayından mənzildə istehlak edilmiş elektrik enerjisinə görə, 2009-cu ildən isə su və çirkab istehlakı ilə bağlı ödənişləri etməyə başlamışdır. 2007-ci ildən iddia qaldırılan tarixədək iddiaçı m ənzilin iddia edilən qüsuru ilə bağlı hər hansı pretenziya irəli sürməmiş, bununla da mənzili, onun iddia etdiyi qüsuru ilə qəbul etdiyini nümayiş etdirmişdir. Mülki Məcəllənin 773-cü maddəsinin tələbinə əsasən bu halda iddiaçının iddia etdiyi qüsurlarla bağlı tələb hüququ yaranmır. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəfin iştirakı təmin olunmadığından cavabdeh tərəf iddiaçının 2007-ci ildə mənzili təhvil alıb, həmin ildə orada təmir işləri aparıb, 2008-ci ildən mənzilə köçüb yaşamağa başladığına dair sübutlarını, şahidlərini məhkəməyə təqdim edə bilməmişdir. Hazırkı iddia məhkəməyə iddia müddəti ötürülməklə verilmişdir. Lakin, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəfin iştirakı təmin olunmadığından cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edə bilməmişdir.
26. Cavabdeh eyni zamanda mübahisəyə iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə ayrıca ərizə vermiş, ərizəni müddətin ötməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərində göstərilənlərlə əsaslandırmışdır.
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 2(103)-799/2025 saylı qətnaməsi ilə Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Səadət Səlimova, Məhəmməd Rüstəmli)
28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında hüquq münasibətləri onlar arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilə əsasın da yaranmışdır. Həmin müqaviləyə əsasən cavabdeh mübahisəli mənzilin dəyəri tam ödənildikdən sonra alıcıya (iddiaçıya) təhvil verməyi öhdəsinə götürmüşdür. Tərəflər öz öhdəliklərini icra etmişlər, yəni iddiaçı müqavilədə şərtləşdirilmiş məbləği bütünlüklə cavabdehə ödəmiş, cavabdeh isə inşa etdiyi binada müqavilədə göstərilən mənzili iddiaçıya təhvil vermişdir. Mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və iddiaçıya mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış verilmişdir. Çıxarışda mənzilin ümumi sahəsi 126.50 m2 göstərilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək artıq ödədiyi pulun geri qaytarılmasını tələb edir. Tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, onlar arasında podrat münasibətləri mövcud olmuşdur. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 762, 766-cı maddələri çıxış edir.
29. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal veribverməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir.
30. Cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozaraq ona ümumi sahəsi 153,1 m2 əvəzinə 134,8 m2 olan, yəni müqavilədə nəzərdə tutulandan 18,3 m2 az sahəsi ol an mənzili təhvil vermişdir. Yaranmış vəziyyətdə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
31. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin ötürülməsinə dair cavabdehin ərizəsinə münasibətdə isə qeyd etmişdir ki, cavabdehə birinci instansiya məhkəməsinin iclaslarının yeri və vaxtı bildirişlər ünvan 2anov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 121 ünvanı üzrə göndərilmiş, bildirişlər “ünvan tapılmır” qeydi ilə rabitə orqanı tərəfindən geri qaytarılmış, cavabdeh heç bir məhkəmə iclasında iştirak etməmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş, bundan sonra cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində cavabdehin ünvanı olaraq məhkəmə bildirişlərinin göndərildiyi ünvandan fərqli ünvan qeyd edilmişdir. Belə olan halda h azırkı mərhələdə iddia müddətinin tətbiqi barədə ərizənin müzakirəsi mümkün sayılmalıdır.
32. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiqi barədə ərizəyə qiymət verərək, onun əsassız saymış və belə qənaətə gəlmişdir ki, bu, qətnamənin ləğvi üçün əsas deyildir. Belə ki, işdən mübahisəsiz qaydada müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya 34/22 saylı maliyyə arayışı xx.xx.2022-ci il tarixdə verilmiş, mənzil üzərində iddiaçının mülkiyyət hüququ isə xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Çıxarışda mənzilin ümumi sahəsi 126.50 m2 göstərilmişdir. Belə olan halda iddiaçı hüquqlarının pozulduğunu müvafiq çıxarış verildikdən sonra bilmiş, nəticə etibarilə qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi də öz mövqeyini birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları ilə əsaslandırmışdır.. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. Cavabdeh (vəkili Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mənzili 2007-ci ildə təhvil alıb, orada 2008-ci ildən yaşamağa başlamış, bununla da mənzili iddia etdiyi qüsuru ilə birlikdə, cavabdehə qarşı hər hansı pretenziya irəli sürmədən qəbul etmişdir. Bu səbəbdən də iddiaçının hazırkı iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq hüququ da olmamışdır. Göründüyü kimi, iddiaçı mənzili 2007-ci ilin dekabr ayında təhvil aldığına, 2008-ci ildə təmir etdirdiyinə, elə həmin ildən də başlayaraq orada yaşamağa başlamasına baxmayaraq icranın iddia etdiyi qüsuru barəsində hazırkı tələblə məhkəməyə mənzili təhvil aldığı tarixdən 15 il sonra müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Cavabdeh iddiaçıya qüsurlu məmulat deyil, müqavilədə nəzərdə tutulmuş məmulat vermişdir. Sözügedən müqavilənin bağlandığı tarixdə Şəhərsalma və Tikinti Məcəlləsi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”ı yox idi. Digər tərəfdən, cavabdeh qanunvericiliklə üzərinə vətəndaşların mənzilə olan tələbatların ı ödəmək vəzifəsi qoyulmuş və bu vəzifəni növbəlilik əsasında dövlət tərəfindən təqdim edilən mənzilləri təqdim etməklə icra edən dövlət təşkilatı deyil, iddiaçı da belə bir dövlət təşkilatından mənzil almaq üçün öz növbəsini gözləyən şəxs deyil ki, cavabdeh iddiaçıya, sonuncunun məhz ümumi sahəsi, bayır və ara divarlarının sahələrinin hesablanmadan, 153.1 m2 olan mənzil vermək məcburiyyətində olsun. Müqavilə üzrə iddiaçı ümumi sahəsi 153.1 m2 olan mənzil inşa edilib ona verilməsini sifariş etmiş, cavabdeh də həmin mənzili inşa edib cavabdehə vermişdir. Müqavilədə mənzilin ümumi sahəsinin hesablanması zamanı mənzilin ümumi sahəsinə bayır və ara divarlarının sahələrinin hesablanmaması, dəhlizlərin və balkonların müvafiq azalma əmsalları tətbiq edilməklə hesablanmalı olması ilə bağlı hər han sı qeydşərt əlavə edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülə n digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Maddə 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Azərbaycan Respublikasının Şəhərsalm a və Tikinti Məcəlləsi Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası m əhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsini qətnaməsi iddiaının təmin edilən hissəsi üzrə olu b. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.
39. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apellyasiya instansiyası gəldiyi nəticəni düzgün hesab etmir.
41. İddia tələbi cavabdeh tərəfindən inşa edilən binada iddiaçıya təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olması və bu səbəbdən artıq ödənilmiş pulun geri qaytarılması barədədir.
42. İddiaçı mübahisəli mənzilə mülkiyyət hüququnu təsdiq edən çıxarışda mənzilin ümumi sahəsinin 126,50 m2 göstərilməsini, bunun da xx.xx.2005-ci il tari xli müqavilədə müəyyən edilən sahədən (153 m2) daha az olmasına istinad edərək, artıq sahəyə görə ödənilmiş pulun geri qaytarılmasını xahiş edir.
43. İşin müəyyən edilən hallarına görə iddiaçı ilə cavabdeh arasında ümumi sahəsi 153 m2 olan mübahisəli mənzilə dair xx.xx.2005-ci il tarixli, 68 nömrəli müqavilə bağlanmış, müqavilədə mənzilin, hər 1 m2 sahəsinə görə 520 ABŞ dolları olmaqla, ümumi dəyəri 79.612 ABŞ dolları müəyyən edilmiş, iddiaçı mənzilin dəyərini tam ödəmişdir. Mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçının mülkiyyət hüququnu təsdiq edən çıxarışda mübahisəli mənzilin ümumi sahəsi 126,50 m2 göstərilmişdir.
44. Cavabdeh apellyasiya baxışında iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermiş, ərizəni də onunla əsaslandırmışdır ki, iddiaçı mənzili 2007-ci ilin ən geci avqust ayında qəbul etmiş, xx.xx.2007-ci il tarixdən mənzilin elektrik təchizatı üçün "xxxx" ASC ilə, xx.xx.2008-ci il tarixdə isə mənzilin su və çirkab tələbatının təmin edilməsi üçün "xxxx" ASC ilə müqavilə bağlamış, 2008-cı ilin yanvar ayından mənzildə istehlak edilmiş elektrik enerjisinə görə, 2009-cu ildən isə su və çirkab istehlakı ilə bağlı ödənişləri etməyə başlamışdır. 2007-ci ildən iddia qaldırılan tarixədək iddiaçı mənzilin iddia edilən qüsuru ilə bağlı hər hansı pretenziya irəli sürməmiş, bununla da mənzili, onun iddia etdiyi qüsuru ilə qəbul etdiyini nümayiş etdirmişdir. Mülki Məcəllənin 773-cü maddəsinin tələbinə əsasən bu halda iddiaçının iddia etdiyi qüsurlarla bağlı tələb hüququ yaran mır.
45. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiqi barədə ərizənin cavabdeh tərəfindən apellyasiya baxışında verilməsinə qiymət verərək, onu qəbul etmiş, lakin iddiaçının iddia müddətini ötürməməsi nəticəsinə gəlmiş, gəldiyi nəticəni də onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya 34/22 saylı maliyyə arayışı xx.xx.2022ci il tarixdə verilmiş, mənzil üzərində iddiaçının mülkiyyət hüququ isə xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və müvafiq çıxarış verilmiş və iddiaçı da mənzilin sahəsinin müqavilədə göstəriləndən daha az olmasını məhz bu vaxt bildiyi üçün iddia müddətini ötürməmişdir.
46. Məhkəmələr tərəflər arasındakı münasibətləri podrat münasibətləri kimi qiymətləndiriblər. Məhkəmə kollegiyası bununla razılaşır.
47. Bununl a belə, məhkəmə kollegiyası iddia müddətinin axımının başlanması ilə bağlı gəlinən nəticəni podrat münasibətlərini nizama salan normaların tələbi baxımından düzgün saymır.
48. Mülki Məcəllənin 773-cü maddəsinə görə əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.
49. Mülki Məcəllənin 776.1-ci maddəsinə görə isə sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
50. Göründüyü kimi, podrat münasibətlərində sifarişçinin (hazırki işin halları baxımından iddiaçı “sifarişçi” qismindədir) tələb hüququnun hansı halda istisna edilməsi və bununla bağlı iddia müddəti ilə bağlı məsələlər qanunvericilikdə dəqiq müəyyən e dilib.
51. Qeyd edildiyi kimi cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermiş və ərizəsini də onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli mənzili 2007-ci ilin ən geci avqust ayında qəbul etmiş, xx.xx.2007-ci il tarixdən mənzilin elektrik təchizatı üçün "xxxx" ASC ilə, xx.xx.2008-ci il tarixdə isə mənzilin su və çirkab tələbatının təmin edilməsi üçün "xxxx" ASC ilə müqavilə bağlamış, 2008-cı ilin yanvar ayından mənzildə istehlak edilmiş elektrik enerjisinə görə, 2009-cu ildən isə su və çirkab istehlakı ilə bağlı ödənişləri etməyə başlamışdır.
52. İddiaçı mənzilin sahəsinin müqavilədə göstəriləndən daha az olması barədə məlumatlı olmasını daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı aldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən bildiyini demişdir.
53. O da nəzərə alınmalıdır ki, M ülki Məcəllənin 776.1-ci maddəsi iddia müddətinin axımını sifarişçinin hüququnun pozulmasını bilməsi və ya bilə bilməsi anı ilə deyil, faktiki zamanla, yəni işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Başqa sözlə, həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələbləri üçün iddia müddətinin axımını işin qəbul edildiyi günlə şərtəndirmişdir.
54. Bu baxımdan, mübahisəli sahə binanın tərkib hissəsi olan mənzillə bağlıdır və belə olan halda bu qəbildən olan iddiaların həlli zamanı cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilərkən istinad olunan normada nəzərdə tutulmuş binaya münasibətdə icranın qüsuru barədə müəyyən olunmuş 5 illik müddət tətbiq edilir və müddətin axımı qanunda nəzərdə tutulmuş qaydada işin qəbul edildiyi gündən hesablanmalıdır.
55. Məhkəmə kollegiyası onu da vurğulayır ki, podrat münasibətlərində iddia müddətinin axımının hansı vaxtdan hesablanması ilə bağlı Ali Məhkəmənin ümumi təcrübəni müəyyən edən “3 ulduz”la işarələnmiş qərarı da mövcuddur.
56. Buna görə də, apellyasiya instansiyası məhkəməsinin iddia müddətinin axımını iddiaçının mənzilə çıxarış alması anından hesablaması düzgün olmamışdır. Bu isə cavabdehin iddia müddətinin tətbiq barədə verdiyi ərizədə göstərilən halların yoxlanılmasını zəruri edirdi.
57. İşin mübahisəsiz halına görə iddiaçı ilə cavabdeh arasında mübahisəli mənzilə dair müqavilə 13 oktyabr 2005-ci ildə bağlanıb, iddiaçı hazırki iddianı 23 aprel 2024-cü ildə məhkəməyə vermişdir. Nə işdən, nə də müqavilədən mənzilin təmirli vəziyyətdə təhvil verilməsi də müəyyən edilməyib.
58. Təcrübədə təmirsiz əldə edilmiş mənzilin təmirinin alıcı (sifarişçi) tərəfindən həyata keçirilməsi halları geniş yayılıb. Mənzilin real sahəsinin nə qədər olması isə təmir üçün zəruri olan mal-materialların alınması və çəkilən xərclərin məbləğinin hesablanması zamanı nəzərə alınmalı olan əsas meyarlardan biridir.
59. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin iddia müddətini ötməsi ilə bağlı dəlillərinə əhəmiyyət verməmiş, mənzilin iddiaçıya nə vaxt təhvil verilməsi, iddiaçının mənzildə təmir işləri aparıb-aparmaması, iddiaçının mənzilə nə vaxt köçməsi kimi hallara aydınlıq gətirməmiş, bu barədə iddiaçını sorğu-sual etməmiş, üstəlik, iddia müddətinin axımını da iddiaçının mənzilə dair çıxarış aldığı vaxtdan hesablamaqla, podrat müqaviləsi üzrə iddia müddətinin axımının nə vaxtda n başlamalı olması barədə qanunvericiliyin tələblərinə əməl etməmişdir. Halbuki, qeyd edilən hallar müddətin axımının başlanmasının müəyyən edilməsində və nəticədə iddianın qanuni və əsaslı həllində mühüm əhəmiyyət kəsb etmişdir.
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibət lərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərba ycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar).
61. Qeyd edilənlər onu deməyə əsas verir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasını işin hallarına düzgün tətbiq etməmiş, nəticədə əsaslı olmayan qətnamə qəbul edilmişdir.
62. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, mübahisənin tam, hərtərəfli və obyekti v həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
63. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-799/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.