Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1447/2020 28.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), X4 və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh və vəkili x qızının iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 22 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim R.N.Quliyev) x nömrəli, 04 iyun 2019- cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh Bakı şəhəri, Nəriman ov rayon, X6 küçəsi, ev 94 A ünvanında yerləşən 33 nömrəli mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayon, X6 küçəsi, ev 94 A ünvanında yerləşən 33 nömrəli mənzildən məcburi qaydada çıxarılması, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı “xxxx” ASC-nə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim V.T.Həsənov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və X.Ə.Sarıyev) x nömrəli, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin x saylı, 04 iyun 2019- cu il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Nərimanov rayon, X6 küçəsi, ev 94 A ünvanında y erləşən 33 nömrəli mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməsi, Cavabdeh və X3 Bakı şəhəri, Nərimanov rayon, X6 küçəsi, ev 94 A ünvanında yerləşən 33 nömrəli mənzildən çıxarılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “mülkiyyətçinin dəyişməsinə görə yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh «xxxx» ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, 94A saylı evin, 33 nömrəli mənzilə dair istifadə hüquqlarına xitam verilmiş hesab edilməsi və onun ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın x nömrəli, 20 avqust 2019-cu il tarixl i məhkəmə iclas protokolu ilə X3 cavabdeh qismində işə cəlb edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 22 oktyabr 2019-cu il tarixli qətnaməsini ləğv edib, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili x qızı kassasiya şikayətinin dəl illərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında cavabdeh X3 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın x nömrəli iş üzrə 22 oktyabr 2019-cu il tarixli qətnaməsi d əyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma ki mi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.03.2016-cı il tarixli, xnömrəli qətnaməsindən görünür ki, iddiaçı «xxxx» ASC-nin cavabdeh X2 qarşı kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi, əmlakın ən geci bir ay ərzində boşaldılması tələbinə dair iddiası qismən təmin edilmiş, 10.10.2013-cü il tarixli, 348/2013 saylı kredit müqaviləsinə əsasən borcu 27452,19 ABŞ dolları, faiz borcu üzrə 9815,95 ABŞ dolları, c ərimə 2500 ABŞ dolları, cəmi borcu 39768,14 ABŞ dolları, 14.02.2014-cü il tarixli, 008/2014 saylı kredit müqaviləsinə əsasən əsas borcu 8478,36 ABŞ dolları, faiz borcu 2529,64 ABŞ dolları, cərimə 800 ABŞ dolları, cəmi borcu 11808 ABŞ dolları ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat dövlət rüsumunun cavabdeh X1 «xxxx» ASC-nin xeyrinə tutlması, tələbin cavabdeh X2 məxsus və ipoteka ilə yüklü, ilkin satış qiyməti 63.000 ABŞ dolları olan Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, 94A saylı evin, 33 nömrəli mənzilinə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılaraq əldə edilən vəsaitdən borcun ödənilməsi qət edilmişdir. 25.04.2016-cı il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məh kəməsinin 17.03.2016-cı il tarixli, X nömrəli qətnaməsi 18.04.2016-cı il tarixdə qanuni qüvvəsini almışdır. 08.02.2019-cu il tarixli, 13/03 nömrəli hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün Hərracın Yekunları barədə protokolundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında ipoteka predmeti olan X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, 94A saylı evin, 33 nömrəli mənzil «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan, 68276,25 manata tələbkar «xxxx» ASC tərəfindən əldə edilmişdir. 08.02.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, 94A saylı evin, 33 nömrəli m ənzil 68276,25 manata tələbkar «xxxx» ASC-nə satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, 94A saylı evin, 33 nömrəli mənzil 01.03.2019-cu il tarixdə «xxxx» ASC-nin adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbə st surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göstərilən Məcəllənin 157.2 və 157.4-cü maddələrində isə təsbit edilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İşi n hallarından görünür ki, mübahisəli mənzili iddiaçı hərracdan dəyərini ödəməklə almış və mülkiyyətinə keçmişdir. Onun mülkiyyət hüququ qanunla tanınır və qorunur. Cavabdeh isə hazırda artıq mülkiyyətində olmayan mənzildən istifadə və sahiblik etməkdə davam edir ki, bu da iddiaçının mülkiyyət hüququnu pozur və əmlakdan sərbəst istifadə hüququnu məhdudlaşdırır. Cavabdehlərin hazırda mənzil üzərində sahiblik və istifadəsi qanunsuzdur. İddiaçı isə cavabdehlərin qanunsuz sahibliyinə son qoyulması və mənzilin onun sərəncamına verilməsini tələb edir. Əmlakın iddiaçının adına keçməsinə əsas olmuş alqısatqı müqaviləsinin və bununla bağlı adına daşınmaz əmlakın dövlət reyestrində mübahisəli mənzilə dair aparılmış qeydi mübahisələndirilmədiyi halında iddiaçı mülkiyyətçi olaraq cavabdehlərin mənzildə n çıxarılmasını və mənzilin onun qanuni sahibliyinə verilməsini tələb etməkdə haqlıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı birinci instansiya məhkəməsində yalnız Cavabdeh qarşı tələb irəli sürmüş, lakin digər ailə üzvlərinin mənzildən çıxarılması tələb olunsa da onlar tərəf olaraq işə cəlb olunmamışdır. Belə olan halda isə hazırkı icraat zamanın cavabdehin yetkinlik yaşına çatmış ailə üzvü olan S.Salayeva cavabdeh qismində cəlb olunmuşdur. Hazırda isə mülkiyyətçinin mülkiyyət hüququna xitam verildiyi üçün onunla birlikdə yaşayan ailə üzvlərinin və qanuni əsas olmadan orada yaşayan şəxslərin də mənzildən çıxarılmaları işin araşdırılmış hallarına uyğundur. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzil Elmira Həsənovanın adına 29.10.2015-ci ildə mülkiyyət hüquq u əsasında qeydə alındığından onun S.Salayeva ilə istifadə hüququ əldə etməsinə dair müqavilə bağlanmamışdır. Digər hər hansı bir əsasla da S.Salayevanın mənzildən istifadə hüquq əldə etməsi müəyyən olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmi ş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmi yyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mübahisəli evin ipoteka yüklü edilərkən cavabdehlərin razılığının alınmaması barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin göstərildiyi kimi əmlakın iddiaçının adına keçirilməsinə əsas olmuş alqı-satqı müqaviləsinin və bununla bağlı adına daşınmaz əmlakın dövlət reyestrində mübahisəli mənzilə dair aparılmış qeydlərin mübahisələndirilməmişdir. Bundan başqa, kassasiya şikayətinin cavabdehin iştirakı təmin edilməməsi və məhkəmə ic lasının vaxtı barədə lazımi qaydada xəbərdar olmaması dəlilli ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materialların 62-ci vərəqsində olan qəbzdən görünür ki, cavabdeh O.Əzizov işin baxılmasının vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 22 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 22 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1447/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1447/2020
28.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver