Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1447/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Bərdə Regional X15nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması, kassasiya instansiyası məhkəməsini göstərişlərinə əməl edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı “Bərdə Regional X15”nin Cavabdeh qarşı “meşə fondu torpağının geri qaytarılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-60/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 01 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bərdə Regional X15nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 006387 nömrəli aktına əsasən Bərdə RMTM-nin əməkdaşları tərəfindən Cavabdeh Oktay oğlunun iştirakı ilə Aslan-Əyricə meşəbəyliyinin beşinci meşə dolayısının onuncu kvartalında yoxlama aparılmış və müəyyən edilmişdir ki, Cavabdeh Oktay oğlu özbaşına 45 ha meşə fondu torpağını zəbt edərək öz istədiyi kimi istifadə edir. Həmin sahə keçmiş illərdə Bərdə rayon partiya komitəsinin qərarı ilə müvəqqəti bağçılıq sahəsinə verilmişdir. Ancaq 19 yanvar 2000-ci ildə keçmiş "AzərMeşə" İB-nin, Kənd Təsərrüfatı Nazirliyinin, Respublika Dövlət Torpaq Komitəsinin mütəxəssislərinin iş tirakı ilə tərtib edilmiş aktla da həmin torpağın meşə fondu torpağına aid olduğu müəyyənləşmiş və məhsul götürüldükdən sonra torpağın təyinatı üzrə meşə təsərrüfatına qaytarılması qeyd olunmuşdur.
2. Bərdə rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1982-ci il tarixli iclasının qərarı ilə əhalinin meyvə-tərəvəz və bostan məhsullarına olan tələbatını ödəmək məqsədilə meşə təsərrüfatının "Əyricə" adlanan X19 torpağının kənd təsərrüfatında istifadə olunmayan şoran sahəsindən 200 ha ayrılıb, təsərrüfatlar arası Bağçılıq-Tərəvəzçilik müəssisəsinin müvəqqəti istifadəsinə verilməsi qərara alınmışdır. Lakin faktiki olaraq BağçılıqTərəvəzçilik müəssisəsinə 200 ha meşə təsərrüfatı fondundan cəmi 41 ha torpaq sahəsi verilmişdir. 3. "Azər-Meşə" İB-nin, Respublika Kənd Təsərrüfatı Nazirliyinin, Respublika Dö vlət Torpaq Komitəsinin, Bərdə rayon Torpaq Şöbəsinin, Bərdə rayon Meşə Təsərrüfatının nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2000-ci il tarixli akta əsasən X13 AslanƏyricə meşə sahəsinin 10 nömrəli kvartalında 41 ha meşə fondu torpağına baxış keçirilərək müəyyən edilmişdir ki, Bərdə rayon XDS İcraiyyə Komitəsinin qərarı ilə 41 ha torpaq sahəsi müvəqqəti olaraq Bağçılıq-Tərəvəzçilik müəsssisəsinin istifadəsinə verilmiş sahədə polmet alma bağı salınmış, həmin bağ vaxtlı-vaxtında suvarılmadığından tədricən quruyaraq sıradan çıxmışdır. Həmin ərazidə Bərdə rayon icra Hakimiyyəti Başçısının xx.xx.1999-cu i! tarixli, 78 saylı sərəncamı ilə "Toğrul" kəndli fermer təsərrüfatı yaradılmışdır. Yaradılmış təsərrüfata verilmiş 34 ha sahə hal-hazırda taxıl əkini altındadır. Göstərilənlərə əsasən, əkilmiş sahələrdən məhsul götürüldükdən sonra təyinatı üzrə istifadə olunması məqsədi ilə həmin torpaqlar X13 istifadəsinə qaytarılmalıdır.
4. Bərdə MMBM-nin Soltanbud-02 meşəbəyliyinin 21 saylı meşə dolayısının 43-cü kvartalının 22-ci taksasiya bölməsinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, 7 ha meşə torpağından 24 nəfər Bərdə rayonu, Şahvəlilər kənd sakini tərəfindən istifadə olunmaqla ərazidə fərdi yaşayış evləri tikilmişdir. Həmin meşə sahəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 188 saylı qərarına əsasən Bərdə rayonu, Soltanbud kolxozundan verilmiş 49 ha meşə sahəsidir.
5. Bərdə MMBM-in Aslan-Əyricə meşəbəyliyinin 5 saylı meşə dolayının 10-cu kvartalının 1-2-ci taksasiya bölməsinə baxış keçirilmiş, baxış zamanı 45 ha meşə torpağının X5 is tifadəsində olduğu müəyyən edilmişdir. 6. "X9 hüququna dair" JN-0145, KOD 61001004 saylı şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 78 nömrəli qərarı ilə X3 BEF-dən heyvandarlığın inkişafı üçün 34 ha kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi X6 müvəqqəti istifadə üçün verilmişdir.
7. Bərdə rayonu Bərdə Bələdiyyəsi 34 ha olan torpaq sahəsini xx.xx.2001-ci il tarixli icarə müqaviləsinə əsasən Məhərrəmov Oqtay Məhəmməd oğluna 99 il müddətinə istifadəyə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Bərdə Regional X15 (bundan sonra “iddiaçı” və ya “Mərkəz”) qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Oktay oğlundan (bundan sonra “cavabde h”) 45 ha meşə fondu torpağının alınıb Bərdə X1ytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Aslan Əyricə meşəbəyliyinin beşinci meşə dolayısının onuncu kvartalının birinci taksasiya bölməsindən 45 ha meşə fondu torpağını zəbt edərək kənd təsərrüfatı məhsulları yetişdirməklə məşğuldur. Həmin ərazinin Mərkəzin meşə fondu torpağı olmasını Bərdə rayon Torpaq Şöbəsinin xx.xx.1999cu il tarixli, 472 saylı məktubu, Bərdə rayonunda yaradılmış, üç nazirliyin əməkdaşlarından ibarət komissiya tərəfindən tərtib edilmiş xx.xx.2000-ci il tarixli, xx.xx.2014-cü il tarixli aktlar, xx.xx.2014-cü il tarixli 158 saylı iddia ərizəsi və xx.xx.2019-cu il tarixli aktlar təsdiq edir. Cavabdehin mərhum atası X6 və özünə xx.xx.2019-cu il tarixli, 209 saylı bildirişlə həmin ərazinin meşə fondu torpağı olduğu üçün ərazinin Bərdə X1ytarılmalı olduqlarını bildirmişlər.
10. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1 və 1097-ci maddələrinə istinad etmişdir.
11. Birinci instansiya məhkəməsi 11 iyun 2019-cu il tarixli qərardadla iş üzrə tikintitexniki ekspertizası təyin etmişdir.
12. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli ekspertizanın aparılmasının mümkün olmaması barədə məlumatına əsasən ekspertiza tədqiqatına təqdim edilmiş mütəxəssis rəyində qərardadda qoyulan sual cavablandırılmamışdır. Belə ki, mütəxəssis rəyində qeyd olunmuşdur ki, xx.xx.2019-cu il tarixli, 008387 nömrəli aktda göstərilən torpaq sahəsinin yerini akta əlavə edilmiş sxemə əsasən müəyyən etmək və mütəxəssis qarşısında qoyulmuş sualları cava blandırmaq mümkün olmadığından ekspertizanın keçirilməsi barədə 11 iyun 2019-cu il tarixli qərardad icra olunmadan geri qaytarılır.
13. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək göstərmişdir ki, tikinti-texniki ekspertizanın də rəyi ilə mübahisəli torpaq sahəsinin meşə fondu ilə heç bir əlaqəsinin olmaması müəyyən edilmişdir. Buna görə də iddia rədd edilməlidir.
14. Bərdə Rayon Məhkəməsinin 2(021)-217/2020 nömrəli, 21 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Əyyub Kərimov)
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər əsasında mübahisəli torpaq sahəsinin nəinki meşə fonduna daxil olması müəyyən edilə bilməmiş, hətta aktda göstərilən torpaq sahəsinin yerinin akta əlavə edilmiş sxemə əsasən müəyyən e dilməsi belə mümkün olmamışdır.
16. Birinci instansiya məhkəməsi iddia ərizəsinə əlavə edilmiş dörd ədəd fotoşəkilə münasibətdə isə göstərmişdir ki, həmin fotoşəkillərdən qeyri-müəyyən torpaq sahəsi görünsə də, fotoşəkil əsasında torpaq sahəsinin ölçüsü, təyinatı, kateqoriyası, kimin mülkiyyətində olması barədə nəticəyə gəlmək mümkün deyil.
17. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı cavabdehdən alınmasını tələb etdiyi 45 ha torpağın meşə fonduna daxil olmasını və cavabdeh tərəfindən zəbt edildiyini sübut etməli olduğu halda məhkəməyə mötəbər sübut təqdim edə bilmədiyi üçün və təyin edilən ekspertiza ilə də rəy verilməsi mümkün olmadığından iddia təmin edilə bilməz.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, Tor paq Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndi, 55-ci maddəsi, 66-cı maddəsinin 1-ci bəndi, 82ci maddəsi, 84-cü maddəsinin 1-ci bəbdi, 111-ci maddəsi, Mülki Prosessual 14.2, 77.1-ci maddələri və “S.Ələkbərovanın 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
19. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir.
20. Apellyasiya şikayəti iddia ərizə ilə eyni məzmunda əsaslandırılmışdır.
21. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1929/20 nö mrəli, 12 avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şəfiqə Əliyeva (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Azər Bayramov)
22. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tələb etdiyi 45 ha torpaq sahəsinin Bərdə Regional X15nə məxsus olmasını və meşə fonduna daxil olan həmin torpaq sahəsinin həqiqətən cavabdeh tərəfindən zəbt olunmasını təsdiq edən mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də, təklif edilməsinə baxmayaraq apellyasiya baxışına təqdim etməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
23. İddiaçı (vəkil X11) kassasiya şikayəti verərək qətnamənin lə ğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsinin meşə fondu ərazisi olmasını əks etdirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Topogeodeziya və Meşə quruluşu tərəfindən 1:25000 miqyasında təsdiq edilmiş planxəritədən çıxarış və digər aktlar təqdim edilmişdir. Cavabdehin istifadəsində olan meşə fondu sahəsinin geri qaytarılması barədə iddiaçı tərəfindən təqdim edilmiş plan-xəritə olmasına baxmayaraq, məhkəmə torpaq sahəsinin yerinin müəyyən edilməməsi səbəbindən ekspert rəyinin verilmədən geri qaytarılması barədə ekspertin məktubunu əsas götürüb işə əsassız olaraq yekun qiymət verərək iddia tələbini təmin etməmişdir. M əhkəmə cavabdehə deyil, onun atasına müvəqqəti istifadə üçün verilmiş torpaq sahəsi ilə ETSN tərəfindən tərtib edilmiş 27 mart 2019-cu il tarixli aktda göstərilən sahənin üstüstə düşməsi barədə sual qoyub. Ekspert isə öz növbəsində qarşısında qoyulmuş həmin sualda haqlı olaraq iş üzrə tərəf olmayan cavabdehin atasına müvəqqəti istifadə üçün verilmiş aktda, nə də ETSN tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktda mübahisəli torpaq sahəsinin koordinatları qeyd edilmədiyindən sənədi icra etmədən geri qaytarmışdır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3138/2021 nömrəli, 16 may 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
26. Ali Məhkəmənin mövqeyi belə olmuşdur: - ilk olaraq qeyd olunmalıdır ki, iddiaçının tələbi X19 torpaqlarına aid torpaq sahəsinin cavabdeh tərəfindən qanuni əsaslar olmadan istifadə edilməsi və həmin torpaq sahəsinin geri qaytarılması ilə bağlıdır. Məhkəmələrin mövqeyinə görə iddiaçı torpaq sahəsinin meşə fondu torpaq sahəsinə aid olmasını sübut edə bilməmişdir; - birinci instansiya məhkəməsində iş üzrə məhkəmə-tikinti texniki ekspertizası keçirilmiş, ekspert qarşısında qoyulmuş suallar isə müvafiq olaraq iddiaçının təqdim etdiyi xx.xx.2019-cu il tarixli akt, cavabdehin təqdim etdiyi və atasının adına verilmiş X9 hüququna dair şəhadətnaməyə əsasən aparılmışdır; - təyin olunmuş ekspertizanın nəticəsi olaraq rəyin verilməsi mümkün olmamışdır. Məhz apellyasiya şi kayətinin dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmə düzgün olmayan sənədlər əsasında ekspertiza təyin etmiş, tədqiqatın isə iddiaçının təqdim etmiş olduğu və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Topogeodeziya və Meşə quruluşu tərəfindən 1:25000 miqyasında təsdiq edilmiş plan-xəritə əsasında aparılmalı olmasını, cavabdehin təqdim etmiş olduğu şəhadətnamənin isə işin həlli üçün əhəmiyyəti olmadığını qeyd etmişdir; - belə olan halda apellyasiya instansiyası məhkəməsi həmin dəlillərin aydınlaşdırılması və işdə olan sübutların qarşılıqlı qiymətləndirilməsini təmin etmək üçün ekspertiza təyin olunması ilə bağlı dəlilin müzakirəsini ümumiyyətlə təmin etməmişdir; - həmçinin qeyd olunmalıdır ki, keçirilmiş ekspertiza zamanı ekspert qarşısında qoyulan suallar işin hallarına uyğun olmamaqla, işin düzün həll edilməsi üçün suallar düzgün formalaşdırılmamış, qoyulmuş suallara isə tam, ətraflı cavab verilməmişdir; - eyni zamanda təkrar apellyasiya baxışı zamanı cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi (ona məxsus hüquqmüəyyənedici sənədlərin müəyyən olunması və həmin sənədlər əsasında ona hansı ölçüdə torpağın ayrılması) ilə iddiaçının iddia tələbində göstərilən torpaq sahələrinin ölçüləri dəqiq müəyyən edilməli və iddia tələbi məhz bu baxımdan qiymətləndirilməlidir. ç)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
27. Təkrar apellyasiya baxında apelyasiya instansiyası məhkəməsi 16 sentyabr 2021-ci il tarixli qəradadla tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanın aparılması X4 mütəxəssisləri cəlb edilməklə Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. 2
8. Apellyasiya instansiyası məhkəməsi Bərdə bələdiyyəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.
29. X4 mütəxəssis rəyinə görə elektron xəritə məlumatlarına əsasən Mərkəzin 27 mart 2019-cu il tarixli, 006387 mömrəli aktında cavabdehin zəbt eməsi kimi göstəriən torpaq sahəısi meşə fonduna daxilı deyil, cavabdeh tərəfindən Mərkəzin 27 mart 2019-cu il tarixli, 006387 mömrəli aktında göstərilən torpaq sahəsinin hər hansı hissəsi zəbt edilməyib.
30. Məhkəmə Ekspertizası Mərkəzi Əmlak Məslələri Dövlət Xidmətinin mütəxəssis rəyi, ərazini koordinatları və baza məlumatları barədə vəsatət vermiş, vəsatət təmin olunmadığı üçün ekspertiza barədə qərardad icrasız geri qaytarılmışdır.
31. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquq ui şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssi rəyi daxil olduqdan sonra apellyasiya instansiyası məhkəməsi 03 avqust 2023-cü il tarixli qərardadla məhkəmə tikinti ekspertizası təyin etmişdir.
32. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6426 saylı rəyinə görə (Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi əsas götürülməklə) JM-0145 kod 61001004 nömrəli X9 hüququna dair şəhadətnamə ilə X2 istifadəsinə verilmiş 34,0 ha (145 və 145A olmaqla 2 hissədən ibarət) torpaq sahəsinin sərhədləri elektron məlumat bazasında mövcud Bakı təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsində öz əksini tapmışd ır. Lakin elektron məlumat bazasında fərdi-şəhadətnamələr, Dövlət aktları siyahısında qeydiyyata alındığı üçün sərhədləri, sənəd üzrə naturada müəyyən olunmuşdur. Bu rəyə əlavə edilmiş planda öz əksini tapmışdır. Mərkəzin təqdim etdiyi planda öz əksini tapmış, Aslan Əyricə meşəbəyliyinin 5-ci dolayının 10-cu kvartalının 1 və 2-ci bölməsində yerləşən 45,0 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilərək TEKUİS məlumat bazasına əsasən müqayisə edilmiş və məlum olmuşdur ki, həmin torpaq sahəsi X19 torpaqlarına aiddir. Sözügedən 45,0 ha torpaq sahəsi X19 torpaqlarına aiddir və hazırda X8 tərəfindən bötövlüklə istifadə olunur.
33. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-60/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(021)-217/2020 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilmiş, cavabdehin istifadəsində olan 45,0 ha X19 torpağının ondan alınıb iddiaçıya qaytarılması qət edilmişdir. (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov, Şamil Rzaquliyev)
34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinə subyektiv hüququnun olmasına dair sübut kimi mübahisəli torpaq sahəsinin meşə fondu ərazisi olmasını əks etdirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Topogeodeziya və Meşə quruluşu tərəfindən 1:25000 miqyasında təsdiq edilmiş planxəritədən çıxarış təqdim etmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi mütəxəssis və ekspert rəylərinə əsaslanaraq hesab etmişdir ki, Aslan Əyricə meşəbəyliyinin 5-ci dolayının 10-cu kvartalının 1 və 2-ci bölməsində yerləşən 45,0 ha torpaq sahəsi X19 torpaqlarına aiddir və hal-hazırda həmin torpaq sahəsindən X8 qanunsuz olaraq istifadə edir.
36. Apellyasiya instansiyası məhkəməsi əldə edilmiş mütəxəssis və ekspert rəylərinin qanuniliyi və əsaslılığına heç bir şübhə olmamasını vurğulamışdır.
37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 164.1, 164.2, 165.1-ci, Torpaq Məcəlləsinin 5, 83, 84-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandrımışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
39. Kass asiya şikayətinin dəlilləri: - apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən ekspert rəyinə əsaslanmışdır. Lakin işə baxan məhkəmə vacib bir məqamı unutmuşdur. Belə ki, iş materiallarından görünür ki, mübahisə predmeti olan torpaq sahəsi Bərdə Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 78 №li qərarı ilə Bağlar təsərrüfatı müəssisəsinin BEF-dən heyvandarlığın inkişafı üçün 34 ha kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi və müvəqqəti istifadə üçün cavabdehin atası Məhərrəmov Oqtay Məhəmməd oğluna verilmişdir. Həmin bu qərar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon Torpaq şöbəsi tərəfindən JN0145, kod ********* nömrəli, xx.xx.1999-cu il tarixli X9 Hüququna dair şəhadətnamə tərtib edilmişdir. Apellyasiya instansiya sı məhkəməsi tələb üzrə mübahisəyə baxarkən heç bir inzibati orqan tərəfindən ləğv edilməmiş və ya geri çağrılmamış şəhadətnamə mövcud ola-ola belə bir qənaətə gəlmişdir ki, cavabdeh həmin torpaq sahəsindən qanunsuz olaraq istifadə etməkdədir; - hazırkı iddia tələbi düzgün olmayan cavabdehə qarşı irəli sürülümüşdür. Belə ki, hazırda faktiki mirası qəbul edən şəxslər kimi mübahisəli torpaq sahəsi Oqtay Məhərrəmovun vərəsələri tərəfindən idarə edilməkdədir. İşə baxan məhkəmə qüvvədə olan şəhadətnaməni ləğv etmədən birbaşa həmin torpaq sahəsinin boşaldılması barədə qərar qəbul etmişdir. Halbuki ilk növbədə iddiaçı tərəfindən həmin şəhadətnamənin ləğvi barədə tələblə məhkəməyə müraciət edilməli (özü də mülki yox, inzibati məhkəmə icraatı qaydasında), həmin iddia təmin edilərsə, o zaman hazırkı tələblə məhkəməyə müraciət etmək hüququ yarana bilər; - bundan başqa məhkəmə araşdırması zamanı işdə adı hallandırılan xx.xx.1982-ci il tarixli Bərdə rayon İcraiyyə Komitəsinin Azərbaycan SSR Nazirlər Sovetinə ünvanlanmış məktubu və ona verilmiş 17/P-59 saylı, xx.xx.1982-ci il tarixli razılıq məktubları arxiv orqanlarından tələb edilməmiş və bununla bağlı torpağın hansı məqsədlə Rayon İcraiyyə Komitəsinə verilməsi məqsədi müəyyən edilməmişdir; - həmçinin məhkəmə tərəfindən qəbul edilmiş qətnamədə Sultanbud meşə massivi barədə məlumatlar öz əksini tapmışdır. Halbuki həmin ərazi ilə cavabdehin istifadəsində olan ərazi arasında böyük bir məsafə mövcuddur; - apellyasiya instansiyası məhkəmə kollegiyası Ədliyyə Nazirliyi tərəfindən “Toğrul” X10 təqdim edilmiş ******* №-li xx.xx.2003-cü il tari xli şəhadətnaməyə əsasən müəssisənin istiafədəsində olan torpağın real koordinatlarının müəyyənləşdirilməsi istiqamətində İqtisadiyyat Nazirliyinə müvafiq sorğu göndərmişdir. DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən təqdim edilmiş rəydən göründüyü kimi Cavabdeh istifadəsində cəmi 42.72 ha torpaq sahəsi vardır. Bu isə iddia tələbində qoyulan 45 ha torpaq sahəsindən 2.28 ha azdır. Göründüyü kimi cavabdehə qanunamüvafiq şəkildə ayrılmış və istifadəsinə verilmiş 34 ha torpaq sahəsindən cəmi 8.72 ha çoxdur. Buna görə də yalnız həmin sahənin qaytarılması ilə bağlı məhkəmədə iddia irəli sürülə bilərdi; - həmçinin iş materiallarından göründüyü kimi bağçılığın ərazisi TEKUİS sisteminə düzgün salınmamış və Oqtay Məhərrəmova 1999-cu ildə şəhadətnamə ilə verilmiş torpaq sahəsi TEKUİS məlumat b azasında əksini tapmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 5. (1-ci hissə). Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Maddə 83. (1-ci hissə). Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. Maddə 84. (1-ci hissə). Torpaq mülkiyy ətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 84. (2-ci hissə). Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Maddə 84. (3-cü hissə). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut et məlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasi ya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya m əhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan mə hkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
42. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
43. Məhkəmə kolleg iyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
45. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi nin qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır.
46. Belə ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticə əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
47. Həmçinin apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək, sübutları, o cümlədən ekspert rəylərini MPM-in 88-ci maddəsin in tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
48. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
49. Kassasiya şikayətində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 78 №li qərarı ilə Bağlar təsərrüfatı müəssisəsinin BEF-dən heyvandarlığın inkişafı üçün 34 ha kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsinin müvəqqəti istifadə üçün cavabdehin atası Məhərrəmov Oqtay Məhəmməd oğluna verilməsi, həmin bu qərar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon Torpaq şöbəsi tərəfindən JN0145, kod ********* nömrəli, xx.xx.1999-cu il tarixli X9 Hüququna dai r şəhadətnamə tərtib edilməsi, hazırda faktiki mirası qəbul edən şəxslər kimi mübahisəli torpaq sahəsinin Oqtay Məhərrəmovun vərəsələri tərəfindən idarə edilməsi, işin bu halının nəzərə alınmaması barədə dəlil irəli sürülmüşdür.
50. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd edir ki, Bərdə rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 78 nömrəli qərarı verilən zaman qüvvədə olan Torpaq Məcəlləsinin (27 fevral 2001-ci il, 96-İİQD №-li Qanunla qüvvədən düşmüş hesab edilmişdir) 15-ci maddəsinə görə X9 qısa müddətli – üç ilədək və uzun müddətli – on ilədək ola bilər. Köçəri qoyunçuluq üçün kolxozların, sovxozların, kəndli təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin istifadəsinə qış və yay otlaq sahələri 15 ilədək müddətə verilə bilər. İstehsalat zərurəti olduqda, b u müddətlər müvafiq surətdə ilkin istifadə müddətlərindən çox olmayan dövrədək uzadıla bilər. Göstərilən müddətləri torpaq sahəsini istifadəyə vermiş orqanlar uzadır. Müvəqqəti istifadə üçün torpaq sahələri vətəndaşlara, kolxozlara, sovxozlara, kooperativlərə, kəndli (fermer) təsərrüfatlarına, müəssisələrə, idarələrə və təşkilatlara kənd təsərrüfatı ilə məşğul olmaq, layihə, axtarış və müvəqqəti tikinti işlərinin aparılması, icarə, bostançılıq, ot çalını, mal-qara otarılması üçün və xidməti pay torpaqları şəklində verilir.
51. Həmin Torpaq Məcəlləsinin 32-ci maddəsinin 10-cu hissəsinə görə sahibkar və ya istifadəçi öldükdə torpaq sahəsinə və ya onun bir hissəsinə mülkiyyət, sahiblik və istifadə hüquqlarına bu torpaqları vermiş rayon, şəhər xalq deputatları Sovetləri xitam verir.
52. İşin m üəyyən edilmiş hallarına görə də 34 ha torpağın istifadəçisi olan cavabdehin atası Məhərrəmov Oqtay Məhəmməd oğlu ölmüşdür. Bərdə rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 78 nömrəli qərarı şəxsə bağlı, yəni cavabdehin atası ilə bağlı olmuş, atasının ölümündən sonra cavabdehin həmin torpaq sahəsinin öz adına rəsmiləşdirilməsi ilə bağlı hər hansı hüquqi prosedur həyata keçirməsi müəyyən edilməmişdir.
53. Bu baxımdan, cavabdehin mərhum atasının adına olan X9 Hüququna dair şəhadətnaməyə istinadən həmin torpağın vərəsəlik qaydasında vərəslər tərəfindən istifadə edilməsi barədə dəlilləri əsassızdır.
54. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılm alıdır.
55. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-60/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.