Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1447/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: tapşırıq müqaviləsi üzrə vəkalət alanın hərəkətləri, ekspert rəyinə qiymət verilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-924/2025 nömrəli, 10 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçılar və cavabdehin kassasiya şikayətlərinə 21 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar ər-arvaddılar. 2. ünvan 1 ünvanında yerləşən 0,09 ha torpaq sahəsi (bundan sonra 1-ci mübahisəli torpaq sahəsi) tam mülkiyyət hüququ üzrə İddiaçı2 mülkiyyətində olmuşdur. 3. ünvan 2 ünvanında yerləşən 0,10 ha torpaq (bundan sonra 2-ci mübahisəli torpaq sahəsi ) sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 mülkiyyətində olmuşdur.
4. İddiaçı1 2-ci mübahisəli bağ sahəsinə aid sənədləşmə işlərini aparması, tikinti işləri aparması, bütün hüquqi hərəkətləri etməsi, müvafiq arayış və sənədləri dövlət və qeyridövlət təşkilatlarından götürməsi, Bələdiyyə, İcra Hakimiyyəti, DƏDRX, Notariat, Asan Xidmət Mərkəzində, Bank və digər kredit təşkilatları və s., Dövlət Arxivdə təmsil etməsi, arxiv arayışını alması, forma 1, forma 2 haqqında arayışı alması, torpaq sahəsi üzərində sərəncam verməsi, satması, bağışlaması, dəyişməsi, ipoteka qoyması, icarəyə verməsi, həmin tapşırıqlarla yuxarıda göstərilən təşkilatlarda nümayəndəsi olması, Bank orqanlarında onu təmsil etməsi, ona çatası pulu alması, pulu yatırması, ödəniş tapşırıqları ödəməsi, ərizələrlə müraciət etməsi, müqavilələr bağlaması, adından imza etməsi, digər hərəkətlər etməsi üçün xx.xx.2020-ci il tarixədək Cavabdeh etibarnamə vermişdir.
5. İddiaçı2 notarial qaydada yazılmış xx.xx.2020-ci il tarixli ərizə ilə arvadı İddiaçı1 məxsus olan 2-ci mübahisəli torpaq sahəsinin satılmasına etiraz etməmişdir.
6. İddiaçı1 (etibarnaməyə əsasən Cavabdeh imza etmiş) və alıcı X18 tərəfindən ünvan 3 ünvanl anmış xx.xx.2020-ci il tarixli ərizəyə əsasən onlar İddiaçı1 məxsus olan 2-ci mübahisəli torpaq sahəsinin 36.500 manata satılması barədə razılığa gəlmişlər.
7. Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli etibarnaməyə və “Elektron notariat” X1 çıxarışına əsasən İddiaçı2 tərəfindən 1-ci mübahisəli torpaq sahəsinə aid sənədləşmə işlərini aparması, tikinti işləri aparması, bütün hüquqi hərəkətləri etməsi, müvafiq arayış və sənədləri dövlət və qeyri-dövlət təşkilatlarından götürməsi, Bələdiyyə, İcra Hakimiyyəti, DƏDRX, Notariat, Asan Xidmət Mərkəzində, Bank və digər kredit təşkilatları və s., Dövlət Arxivdə təmsil etməsi, arxiv arayışını alması, forma 1, forma 2 haqqında arayışı alması, torpaq sahəsi üzərində sərəncam verməsi, satması, bağışlaması, dəyi şməsi, ipoteka qoyması, icarəyə verməsi, həmin tapşırıqlarla yuxarıda göstərilən təşkilatlarda nümayəndəsi olması, Bank orqanlarında onu təmsil etməsi, ona çatası pulu alması, pulu yatırması, ödəniş tapşırıqları ödəməsi, ərizələrlə müraciət etməsi, müqavilələr bağlaması, adından imza etməsi, digər hərəkətlər etməsi üçün xx.xx.2020-ci il tarixədək cavabdehə etibarnamə verilmişdir.
8. İddiaçı1 notarial qaydada yazılmış xx.xx.2020-ci il tarixli ərizə ilə əri İddiaçı2 məxsus olan 1-ci mübahisəli torpaq sahəsinin satılmasına etiraz etməmişdir.
9. İddiaçı2 (etibarnamə üzrə Cavabdeh imza etmiş) və alıcı X18 tərəfindən ünvan 3 ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəyə onlar İddiaçı2 məxsus olan 1-ci mübahisəli torpaq sahəsinin 33.000 manata satılması barədə razılığa gəlmişlər.
10. Hər iki mübah isəli torpaq sahəsi tam mülkiyyət hüququ ilə X14 adına qeydə alınmışdır. 11. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X18 mülkiyyətində olan 1-ci mübahisəli bağ sahəsini 60.000 manata, 2-ci mübahisəli bağ sahəsi isə 70.000 manata X2. 12. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X15 mülkiyyətində olan 2-ci mübahisəli bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 0,335 ha torpaq sahəsinin 0,087 ha torpaq sahəsini X5 34.000 manata satmışdır.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-692/2022 saylı, xx.xx.2022- ci il tarixli qətnaməsi ilə iddiaçılar Maraqlı şəxs, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh, X18, X15, X8 və X11 qarşı "alğı-satqı müqavilələrinin, aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi və çıx arışın ləğv edilməsi”nə dair iddia tələbi müddətin keçməsi əsası ilə təmin edilməmişdir. Həmin qətnamə apellyasiya instansiyası məhkəməsində dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
14. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı2 məxsus olan 1-ci mübahisəli bağ sahəsinin xx.xx.2020-ci il tarixli alğı-satqısının icrası nəticəsində əldə olunan 36.500 manat və tapşırığı vicdanla icra etməyərək dəyən zərər qismində 96.700 manatın, ümumilikdə 133.200 manat məbləğində pulun cavabdehdən alınaraq İddiaçı2 verilməsi, İddiaçı1 məxsus olan 2-ci mübahisəli bağ sahəsinin xx.xx.2020ci il tarixli alğı-satqısının icrası nəticəsində əldə olunan 33.000 manat və tapşırığı vicdanlı icra etməyərək dəyən zə rər qismində 112.100 manatın, ümumilikdə 145.100 manat məbləğində pulun cavabdehdən alınaraq İddiaçı1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
15. Maraqlı şəxs iddia ərizəsi üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar hər ikisi X20 və onun arvadı Maraqlı şəxs məxsus olan 1-ci mübahisəli bağ evində yaşayaraq bağın saxlanmasına, qulluq edilməsi işinə baxmış və bu işin görülməsi üçün xidmət haqqı almışlar. Hazırki mübahisəli bağ sahəsi Maraqlı şəxs atası və həyat yoldaşının sahibliyində və istifadəsində olmaqla, sonradan onun istifadəsinə keçmişdir. Bağ sahəsinin yaşayış yeri olan hissəsi Maraqlı şəxs tərəfindən qohumunun adına özgəninkiləşdirilmişdir. Həmin qohum diplomatik sahədə çalışdığına görə xeyli müddətd ir ki, Azərbaycan Respublikasından kənarda yaşayır və ona görə də ümumi bağ sahəsi bir müddət nəzarətsiz qalmışdır. Belə ki, Bağırovlar ailəsinin yaşayış yeri olan sahəsindən başqa, uzun müddət onların sahibliyi və istifadəsində olan hər iki mübahisəli bağ sahəsi də olmuşdur. X20 hər iki mübahisəli sahəni həyat yoldaşı Maraqlı şəxs adına dövlət qeydiyyatına aldırmaq istədikdə, həmin vaxt Maraqlı şəxs Azərbaycan Respublikasından kənarda olması səbəbindən həmin bağ sahələri, müvəqqəti olaraq, ayrı-ayrılıqda 2016-cı ildə iddiaçılar İddiaçı2 və onun həyat yoldaşı İddiaçı1 adına dövlət qeydiyyatına alınaraq, əmlak kimi Bağırovlar ailəsinə verilməsi üçün saxlanmışdır. xx.xx.2019-cu il tarixdə X7 şəhərində vəfat etmişdir. X16 vəfatından sonra xx.xx.2020-ci il tarixdə yaranmış vəziyyətdən sui-isti fadə edən mərhum Toğrul Bağırovun qardaşı oğlu olan cavabdeh iddiaçılara yaxınlaşaraq mübahisəli bağ sahələrinin Maraqlı şəxs istəyi və razılığı ilə satmaq zərurətini, alğı-satqının təcili aparılmalı olduğunu və heç nədən narahat olmamalarını bildirmişdir. Bütün bu hallar əldə edilmiş materiallar, səs yazısı və izahatlar əsasında müəyyən edilmişdir. Bundan sonra cavabdeh iddiaçılardan öz adına etibarnamələr almış və həmin torpaq sahələrini digər şəxslərə sataraq, alğı-satqıdan əldə etdiyi pulları mənimsəmiş və bununla da iddiaçılara külli miqdarda zərər vurmuşdur. Maraqlı şəxs 2021-ci ilin may ayında Mərdəkan qəsəbəsində qonşuluqda yaşayan xalası qızı Ülviyyə Mikayılova ilə söhbət zamanı sonuncu ona mübahisəli bağ sahəsində ev inşa edildiyini demişdir. Maraqlı şəxs ona bu barədə heç bir mə lumatının olmadığını və hansı halda, kimlərin orada ev tikdirdiklərini aydınlaşdıracağını bildirmiş, sonra işlərində ona kömək edən X9 və X21 bu məsələnin araşdırılmasını və ona məlumat verilməsini tapşırmışdır. X20 xx.xx.2019-cu ildə Moskva şəhərində vəfat etdiyi halda, cavabdeh yalan danışmaqla bağ sahəsinin Toğrul muəllim tərəfindən satıldığını, kimə satıldığını bilmədiyini söyləmişdir. İddiaçı2 isə zəng zamanı bildirmişdir ki, “xəbəri var, Rüfət o vaxt gəldi-getdi, kiminlə razılaşdırmışdır ki? Sualına bilmirəm, Vallah, 7-8 ay olar da Rüfət gəlmişdi, dedi Sevinc xanım bilir, … hamısı bilir…” cavabı vermişdir. Telefon danışıqlarından sonra aydın olmuşdur ki, cavabdeh xx.xx.2020-ci ildə mübahisəli torpaqları özgəninkiləşdirdiyi halda yalan danışaraq, guya torpaqları 2019-cu ildə vəfat e tmiş mərhum əmisi Toğrul Bağırov tərəfindən özgəninkiləşdirdiyini deməklə, onları da aldatmağa cəhd etmişdir. Bu zəngə aid olan danışıqlar X9 məxsus olan mobil telefonda olan avtomatik zənglərin qeydə alınma proqramı əsasında yazılmış və qeydə alınan danışıqlar məzmunu tədqiq edilməsi üçün “X13” MMC-yə təqdim edilmişdir. “X13” MMC-nin 594 nömrəli, xx.xx.2021-ci il tarixli məhkəmə fonoskopik ekspertizasının rəyində səsin və şifahi nitqin tədqiqinə dair danışıqların mətnləri qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli telefon danışıqlarının mətnindən görünür ki, cavabdeh iddiaçlara guya Maraqlı şəxs mübahisəli torpaq sahəsinin satılmasını ona tapşırdığına dair yalan məlumat verməklə, onları aldatmış və ona olan etibardan suiistifadə etməklə özgəsinə məxsus olan əmlakı digər şəxslərə satmışdır. Maraqlı şəxs faktiki olaraq sahibliyində və istifadəsində və ümumi hasar daxilində olan, 0,245 ha bağ torpaq sahəsi də, qanunsuz olaraq X15 tərəfindən zəbt edilmiş və özəlləşdirilmişdir. İddiaçılar cavabdehin Maraqlı şəxs ilə qohum olmasına, eləcə də əvvəllər də bu torpaq sahələrinin sənədləşdirməsi və sair işlərdə mərhum Toğrul Bağırova köməklik etməsindən dolayı onun sözünə inanmaqla, cavabdehə etibarnamələr vermiş və bu etibarnamələri Maraqlı şəxs maraq və mənafelərinin təmin edilməsi üçün təqdim etdiklərini düşünmüşlər. Onlar cavabdeh tərəfindən aldadılaraq etibarnamə verdiklərinə dair işin mühüm halını yalnız xx.xx.2021-ci il tarixdə Maraqlı şəxs tərəfindən məsələ soruşulduqdan sonra anlamışlar. Həmin vaxt iddiaçıların artıq Maraqlı şəxs aid bağa qulluq etməməyi, başqa yerdə yaşadıql arı, Maraqlı şəxs aid telefon nömrəsinin onlarda olmamağı (Maraqlı şəxs çox vaxt Azərbaycandan kənarda yaşaması faktı onlara məlum idi və mülki iş materiallarına əlavə edilmiş ümumvətəndaş (xarici) pasportda olan Azərbaycan Respublikası sərhəd hüdudlarına giriş-çıxış qeydləri ilə təsdiq edilir), Bağırovlar ailəsinin başçısı Toğrul Bağırovun vəfat etməsi səbəblərdən bunu dəqiqləşdirmək imkanları olmamışdır. Digər tərəfdən Covid-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası ərazisində 2020-ci ilin mart ayından başlayaraq sərt karantin rejimi tətbiq edilmiş, zərurət olmadığı halda yaşayış yerindən çıxmaq vətəndaşlara qadağan edilmişdir. Belə bir vəziyyətdə onlar bir-biri ilə ünsiyyətdə olmaq imkanına malik olmadıqları halda hüquqlarının pozulduğunu bilməmiş, bilə də bilməzdi. Cavabdehin etibarnamə almaqla tapşırıq müqaviləsinə əsasən üzərinə düşən öhdəliyin yerinə yetirilməməyi əsası ilə hazırkı iddia tələbini vermək məcburiyyətində qalmışlar.
17. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, mübahisəli torpaq sahələri cavabdehə məxsus olmuşdur. Belə ki, hazırki işdə üçüncü şəxs qismində keçən Maraqlı şəxs həyat yoldaşı mərhum Toğrul Bağırov cavabdehin əmisi olmuş, T.Bağırov özünə məxsus torpaq sahəsi yaxınlığında torpaq əldə etməsini cavabdehə tövsiyə etmiş, bu məqsədlə cavabdeh 3 müxtəlif sahəli torpaq sahəsi əldə etmişdir. Cavabdeh özü Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı olduğu üçün sahəsi 0,245 ha olan 541 saylı bağ sahəsini qardaşı Fuad Bağırovun adına, sahəsi 0,09 ha olan 543a saylı bağ sahəsini iddiaçılardan İddiaçı2, sa həsi 0,10 ha olan 543 saylı bağ sahəsini isə İddiaçı1 adına rəsmiləşdirmişdir. Hər üç bağ sahəsi bir hasarın daxilində olmuşdur, iddiaçılar da iddia ərizəsində bunu qeyd etmişlər. Bağ sahələrinin iddiaçıların adına rəsmiləşdirilməsini əmisi Toğrul Bağırov cavabdehə məsləhət görmüş, həmin şəxslərin onun bağ sahəsinə qulluq etməsini və etibarlı olmalarını bildirmişdir. Bağ sahələrinin cavabdehə məxsus olması hələ 2006-cı ildən iddiaçılar tərəfindən cavabdehin adına daşınmaz əmlakla əlaqədar bütün hüquqların həyata keçirilməsinə dair verilmiş etibarnamələr, vahid hasar daxilində olan 541 saylı bağ sahəsinin qardaşı Fuadın adına olması, eyni zamanda iddiaçılar tərəfindən təkrar 2016 və 2021-ci illərdə cavabdehin adına təkrar verilmiş etibarnamələr təsdiq edir. İddiaçıların iddia etdiyi kimi to rpaq sahələri faktiki Maraqlı şəxs məxsus olardısa, cavabdeh həmin əmlakı da onun faktiki sahibinə qaytarardı. Belə ki, cavabdeh bir neçə restoran, daşınmaz əmlak, “Bentli” markalı bahalı avtomobili əmisi Toğrula məxsus olduğu üçün əmisinin ailəsinə qaytarmışdır. Cavabdeh özünə məxsus olan torpaq sahəsini satdığı üçün satışdan əldə edilən pul vəsaitini də özü götürmüş, onu heç kimə verməli də deyildi. Yalnız körpünün altında uzun müddət bağ sahəsinə baxdığı və əziyyət çəkdiyi üçün cavabdeh İddiaçı2 5000 manat pul vermişdir. İddiaçılar torpağın real bazar qiymətindən aşağı satılmasını da bilmişlər. Cavabdeh tərəfindən torpaq sahələri satılarkən həmin sahələr baxımsız vəziyyətdə olmuş, bağlara gedən yol mövcud olmamış, torpaq sahələri real bazar qiymətinə satılmış, satış qiyməti reallığı ə ks etdirməsə idi, notariat orqanı alğı-satqını rəsmiləşdirməzdi. İddiaçı2 də məhkəmə iclasında torpağın onlara məxsus olmamasını bildirmişdir, torpağın faktiki sahibi cavabdehdir.
18. Maraqlı şəxs sifarişi ilə tərtib edilmiş “X13” MMC-nin 24 noyabr 2021-ci il tarixli qiymətləndirmə hesabatına əsasən, 2-ci mübahisəli bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 0,3350 ha olan torpaq sahəsinin qiymətləndirmə tarixinə olan bazar dəyəri 485.800 manat, 0,01 ha torpaq sahəsinin qiyməti 14.501 manat, 1-ci mübahisəli bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 0,09 ha olan torpaq sahəsinin qiymətləndirmə tarixinə olan bazar dəyəri 133.200 manat müəyyən edilmişdir (yəni 0,01 ha torpaq sahəsinin qiyməti 14800 manat müəyyən edilmişdir).
19. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 6 iyun 2023-cü il tarix li, e-2(009)-752/2023 nömrəli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia qismən təmin edilmiş, cavabdehdən İddiaçı2 xeyrinə sonuncuya məxsus olmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543a nömrəli bağ sahəsi ünvanında yerləşən 0,09 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixli 4Ə-103 nömrəli alğı-satqısının icrası nəticəsində əldə olunmuş 36.500 manat məbləğində pulun və İddiaçı1 xeyrinə sonuncuya məxsus olmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin xx.xx.2020ci il tarixli 4Ə-104 nömrəli alğı-satqısının icrası nəticəsində əldə olunmuş 33.000 manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
20. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543a nömrəli bağ sahəsi ünvanında yerləşən 0,09 ha torpaq sahəsi İddiaçı2 mülkiyyətində, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı1 mülkiyyətində olmuşdur. İddiaçılar xx.xx.2020-ci il tarixdə etibarnamə verməklə mülkiyyətlərində olan torpaq sahələrinə dair bütün hüquqi hərəkətləri etməsi, o cümlədən torpaq sahələri üzərində sərəncam verməsi, satması, bağışlaması, dəyişməsi, müqavilələr bağlaması, adlarından imza etməsi, digər hərəkətlər etməsi üçün səlahiyyətləri cavabdehə etibar etmişlər. xx.xx.2020-ci il tarixdə bağlanılmış alqı-satqı müqavilələrinə əsasən İddiaçı2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543a nömrəli bağ sahəsi ünvanında yerləşən 0,09 ha torpaq sahəsi 33.0 00 manata və İddiaçı1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsi 36.500 manata X4, alqı-satqı müqavilələri bağlanılarkən satıcıların (iddiaçıların) adlarından etibarnamə əsasında cavabdeh çıxış etmişdir. xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri əsasında X18 özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 0,09 ha torpaq sahəsini 60.000 manata və ünvan 2 ünvanında yerləşən 0,1 ha torpaq sahəsini isə 70.000 manata X3, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Səbinə Zeynalova ünvan 2 ünvanında yerləşən 0,335 ha olan torpaq sahəsinin 0,087 ha hissəsini X6 34.000 manata satmışdır. İddiaçılar mülkiyyətlərində olduğu daşınmaz əmlakların etibar etdikləri şəxs tərəfindən özgəninkiləşdirilməsinə dair alqı-sa tqı müqavilələrinin etibarsız hesab edilməsinə dair məhkəmədə iddia qaldırmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaları təmin olunmamışdır.
21. Birinci instansiya məhkəməsi ilk növdəbə cavabdehin nümayəndəsinin və vəkilinin alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahələrinin cavabdehə məxsus olması və bu səbəbdən onun satışından əldə olunan pul vəsaitinin formal mülkiyyət hüququ rəsmiləşdirilmiş iddiaçılara verilməli olmaması barədə dəlillərinə hüquqi qiymət verərək qeyd etmişdir ki, mübahisəli torpaq sahələri üzərində cavabdehin hər hansı əmlak (əşya) hüququ mövcud olmadığından, həmin əmlaklar üzərində mülkiyyət hüququ olan iddiaçılar tərəfindən verilmiş tapşırıq əsasında daşınmaz əmlakların özgəninikiləşdirilməsi ilə bağlı əldə olunan pul vəsaitinin həmin mülkiyyətçi lərə verilməli olmaması barədə cavabdehin nümayəndəsinin gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz.
22. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, öhdəlik – konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti – pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür.
23. Birinci instansiya məhkəməsi göstərmişdir ki, cavabdeh iddiaçıların mülkiyyətində olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair onların adından çıxış etməyə səlahiyyət verən etibarnamə əldə edərək həmin əmlakların alqı-satqısını həyata keçirmiş, bununla da mülkiyyətçilər tərəfindən ona tapşırılan vəzifəni icra etmişdir. Tərəflər arasında bununla bağlı yazılı müqavilə bağlanmam ış, tapşırıq şifahi qaydada verilmişdir.
24. Birinci instansiya məhkəməsi tapşırıqla bağlı Mülki Məcəllənin normalarına istinadən bildirmişdir ki, tapşırıq müqaviləsinə əsasən tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Yəni bu müqavilə bir şəxsin digər şəxs tərəfindən təmsil edilməsi haqqında iki tərəfli, konsensual, tərəflərin iradəsindən asılı olaraq əvəzli və ya əvəzsiz müqavilədir. Bu müqavilənin spesifik xüsusiyyəti ondadır ki, müqavilə üzrə tapşırığı həyata keçirməyi öhdəsinə götürmüş vəkalət alan konkret nəticə əldə olunmasına təminat vermir. Hər bir müqavilə kimi tapşırıq müqaviləsinin də məzmununu tərəflər in hüquq və vəzifələri təşkil edir. Tapşırıq müqaviləsindən tapşırığın məzmunu, onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirmə səlahiyyətləri göstərilməlidir. Müqavilədə tapşırığın məzmunu bir başa nəzərdə tutulmadığından, o, bağlanan əqdləri və ya göstərilən xidmətlərin xarakterinə əsasən müəyyən edilir. Belə halda üçüncü şəxslər haqqında nümayəndəyə aid olan müddəalar qüvvədə olur. Tapşırığın icrasının nəticələri tapşırığı vermiş şəxsə mənsubdur. Buna görə də vəkalət alan tapşırığın icrası nəticəsində əldə etdiklərinin hamısını vəkalət verənə verməyə borcludur.
25. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, cavabdeh iddiaçılar tərəfindən ona verilmiş səlahiyyət əsasında şifahi tapşırıq müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, tap şırığın icrası nəticəsində əldə etdiklərini vəkalət verənlərə vermədiyindən, bu hal cavabdehin nümayəndəsi tərəfindən də məhkəmə iclasında etiraf olunduğundan və bununla da müqavilənin şərtlərini pozduğundan, iddia tələbi alqı-satqı müqavilələri əsasında əldə olunan pul vəsaitlərinin cavabdehdən iddiaçıların xeyrinə tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir.
26. Birinci instansiya məhkəməsi iddia tələbinin tapşırığın vicdanla yerinə yetirilmədiyinə görə dəymiş zərərin ödənilməsi hissələri üzrə qeyd etmişdir ki, həmin hissələrdə tələblər əsassızdır. Belə ki, iddiaçılar cavabdeh tərəfindən mülkiyyətlərində olan daşınmaz əmlakların bazar dəyərindən kifayət qədər aşağı həddə satılma səbəbindən onlara maddi ziyan vurulmasını əsas gətirərək real satış qiyməti ilə real bazar qiyməti arasında olan fərqi də cavabdehdən tutulmasını məhkəmədən xahiş edirlər. Qanunvericiliyin tələbinə görə vəkalət alan tapşırığı vicdanla həyata keçirməlidir. Öhdəliyin vicdanla həyata keçirməsi dedikdə, Mülki Məcəllənin 425-ci maddəsinə əsasən öhdəliyin şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq surətdə əməl edilməklə icrası anlaşılır. Vəkalət alanın təqsiri üzündən bu tələblərin pozulması nəticəsində vəkalət verənə dəymiş zərər üçün o, məsuliyyət daşıyır.
27. Yalnız qanunla müəyyən edilmiş formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Şəxsə zərər vurulması bir qayda olaraq h üquq pozuntusu (delikt) nəticəsində baş verir. Hüquqazidd hərəkətlərə yol vermiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Şəxsin hüquqazidd hərəkətlər onun üçün öhdəliklər yaradır.
28. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılarla cavabdeh arasında onlara məxsus əmlakın özgəninkiləşdirilməsinə dair verilən tapşırıq müqaviləsi şifahi bağlanılmış və iddiaçılar tərəfindən belə müqavilə bağlanarkən əmlakın konkret hansı məbləğdə satılması barədə göstəriş verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Yəni onlar tərəfindən belə bir tapşırıq verilərkən əmlakın real bazar dəyərindən aşağı qiymətə satılmalı olmamasına dair göstərişin verilməsi də öz təsdiqini məhkəmə iclasında tapmamışdır. Belə bir halın gələcəkdə mövcudluğunun istisna edilməsi yalnız o halda imper ativ ola bilərdi ki, tərəflər arasında bağlanılmış tapşırıq müqaviləsi yazılı formada tərtib edilsin və qeyd edilən hal şərt kimi həmin müqavilədə göstərilsin.
29. Birinci instansiya məhkəməsi onu da göstərmişdir ki, tapşırıq müqaviləsi üzrə tapşırıq verən şəxs həmin müqavilənin şərtlərinə və qanunun tələblərinə müvafiq olaraq icra edilməsində maraqlı olmalıdırlar. Beləliklə, vəkalət verənlər tərəfindən vəkalət alana daşınmaz əmlakların özgəninkiləşdirilməsinin dəyəri ilə bağlı konkret tapşırığın verilməsi öz təsdiqini tapmadığından, iddia tələbi satış qiyməti ilə real bazar qiyməti arasında yaranmış fərqin cavabdehdən tutulması hissəsində əsassızdır və təmin edilməməlidir.
30. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 14.1, 16.1, 139, 140, 166.3, 359.1, 362.1, 38 5.1, 425.1, 442, 443.1, 443.5, 777.1, 772.2, 778.1, 779.1, 781, 782.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 16.6-cı,Mülki Prosessual Məcəllənin 14.1 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
31. İddiaçılar birgə apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissədə ləğv, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
32. Apellyasiya şikayəti işin faktiki hallarına və iddia tələbi ilə eyni məzmunda əsaslandırılmışdır.
33. Cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv, iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahələrinin mülkiyyət hüquqları əsasında iddiaçıların adında qeydiyyata alınması hər hansı bir mübahisə yaratmamış və bu hal iş materiallarında olan sənədlərlə tam təsdiqini tapmışdır. Lakin bununla belə istər iş materiallarında olan digər sənədlər, istərsə də iddiaçılar tərəfdən verilən iddia ərizəsindən, məhkəmədə vermiş olduqları izahatlarından, bu iş ilə bağlı əvvəlki məhkəmə qətnamələrindən müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahələri iddiaçıların adına dövlət qeydiyyatına alınsa da, faktiki olaraq onlara məxsus deyil və bu hal işin təkzibolunmaz hallarındandır ki, subut olunmasına zərurət yaratmır. Belə olan halda, verilmiş etibarnamələrin icrası əsasında pul tələbinə dair öhdəliyin yaranması məsələsi həll olunarkən, işə baxan məhkəmə iki əsas məqamı məyyən e tməli və bundan sonra pul tələbinə dair öhdəliklərin yaranıb-yaranmaması məsələsini həll etməli idi. Birinci hal - hüquqların dövlət qeydiyyatına alınmasına baxmayaraq torpaq sahələrinin faktiki olaraq iddiaçılara məxsus olub-olmaması, ikinci hal - əgər torpaq sahəsi iddiaçılara məxsus deyilsə, onda kimə məxsus olması. Yalnız ikinci hal məyyən olunduqdan sonra pul tələbinə dair öhdəliyin yaranması məsələsi özunun qanuni və ədalətli həllini tapa bilərdi. İddiaçılar özlərinin iddia ərizələrində mübahisəli torpaq sahəsinin onlara məxsus olmamasını israrla qeyd etməklə yanaşı, qeyd olunan sahələrin faktiki olaraq X12 istifadə və sahibliyində olması, ona məxsus olması, sadəcə sənədləşmə işləri apararkən Maraqlı şəxs Azərbaycan Respublikasında olmaması səbəbindən məcburiyyət qarşısında qalıb onl arın, yəni iddiaçıların adına sənədləşdirilməsini qeyd etmişlər. İddianın birinci hissəsi ilə razılaşsa da, ikinci hissə, yəni torpaq sahəsinin faktiki Maraqlı şəxs məxsus olması (istifadə və sahibliyində olması) faktına istinad etsələr də, bununla bağlı hər hansı bir sübut təqdim etməmişlər. Bununla əlaqədar qeyd edilməlidir ki, həqiqətən, cavabdeh əmisi Togrul Bağırovla çox yaxın münasibətlərdə olmuş və əmisinə yaxın, qonşuluqda olması ücün Toğrul Bağırova və həyat yoldaşı Maraqlı şəxs məxsus 539 saylı bağ evinə (özlərinə məxsus yaşadıqları bağ sahəsinə) bitişik olan, eyni zamanda, həmin ərəfədə “zibillik” kimi istifadə olunan 541, 543 və 543a saylı bağ sahələrini əmisinin tövsiyəsinə əsasən almışdır. Həmin ərəfədə cavabdeh Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti İdarəsinin zabiti olduğundan məlum məsələlər səbəbindən (əlavə sualların yaranmaması məqsədi ilə) yenə də əmisinin tövsiyyəsinə əsasən ailəyə yaxın olan İddiaçı2 (543a saylı ), onun həyat yoldaşı İddiaçı1 (543 saylı) və qardaşı Fuad Bağırovun (541 saylı) adına formal sənədləşmə işləri aparmışdır. Torpaqların alınması ilə əlaqədar bütün sənədləşmə işləri cavabdeh tərəfindən aparılmış, alınan gündən satılan günə qədər cavabdehin istifadə və sahibliyində olmuşdur.
35. Apellyasiya instansiyası məhkəməsi hər iki torpaq sahəsinin 4 mart 2020-ci il tarixinə olan bazar dəyərini müəyyən edilməsi məqsədilə ekspertiza təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/10112- 10/9987 saylı rəyinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543a nömrəli 0,09 hektar bağ sahəsini n xx.xx.2020-ci il tarixi üzrə orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 78.300 manat, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543 nömrəli 0,10 hektar bağ sahəsinin isə xx.xx.2020-ci il tarixi üzrə orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 87.000 manat müəyyən edilmişdir.
36. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-451/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayətləri qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, cavabdehdən İddiaçı2 məxsus olmuş 1-ci mübahisəli bağ sahəsi ünvanında yerləşən 0,09 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixli 4Ə-103 nömrəli alğı-satqısının icrası nəticəsində əld ə olunmuş 33.000 (otuz üç min) manat məbləğində, həmçinin tapşırığı vicdanla icra etməməsi səbəbindən dəymiş zərər qismində 27.000 (iyirmi yeddi min) manat (60.000 – 33.000 = 27.000) məbləğində olmaqla, cəmi 60.000 (altmış min) manat məbləğində pulun tutularaq İddiaçı2 ödənilməsi, cavabdehdən İddiaçı1 məxsus olmuş 2-ci mübahisəli bağ sahəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixli 4Ə-104 nömrəli alğı-satqısının icrası nəticəsində əldə olunmuş 36.500 (otuz altı min beş yüz) manat məbləğində, həmçinin tapşırığı vicdanla icra etməməsi səbəbindən dəymiş zərər qismində 33.500 (otuz üç min beş yüz) manat məbləğində olmaqla, cəmi 70.000 (yetmiş min) manat məbləğində pulun tutularaq İddiaçı2 xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, iddiaçıların mülkiyyətlərində olan və adları çəkilən əmlaklar üzərində olan hüquqları qanun qarşısında tam olaraq tanınmışdır və onların həmin mülkiyyətdən irəli gələn hüquqlarının müdafiəsi ilə bağlı tam şəkildə səlahiyyətləri vardır.
38. Apellyasiya instansiyası məhkəməsi əqdin təmsilçi vasitəsi ilə bağlanmasının mümkünlüyünü qəbul edərərk, Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqdin təmsilçi vasitəsilə də bağlana bilməsini, eyni zamanda təmsilçiliklə bağlanılan əqdlər üçün ən vacib şərtlərdən birinin də məhz etibar edənin mənafelərinin əks olunması və etibar edilənin səlahiyyətlərindən vicdanla istifadə etməsinin nəzərə alınmalı olmasını bildirmişdir.
39. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iş material larına əsasən iddiaçılar cavabdehə xx.xx.2020-ci il tarixində etibarnamə versə və bunun üçün notariat ofisinə yaxınlaşsalar da, həmin etibarnamənin verilməsindən cəmi 1 gün sonra cavabdeh məhz həmin etibarnamə ilə iddiaçılara məxsus olan əmlakın alqı-satqısını həyata keçirmiş və bu hal istər məhkəmə üçün, istərsə də əmlakı alacaq digər şəxslər üçün şübhə doğura bilən bir məqamdır. İddiaçıların hələ 1 gün öncə notariusa yaxınlaşaraq etibarnamə verməsi ilə onlara məxsus əmlakın iştirakları olmadan dəyərindən qat-qat aşağı qiymətə satması, o cümlədən həmin pulu mənimsəməyə cavabdehə icazə vermələri ilə bağlı tapşırıqlarının olması işin heç bir halı ilə öz təsdiqini tapmamış və həmin əqdlərin iddiaçıların tapşırığına uyğun formada bağlanmasını şübhə altına salmağa əsas yaratmışdır.
40. Apell yasiya instansiyası məhkəməsinin mövqeyinə görə vəkalət alan vəkalət verənin göstərişlərindən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. İşin mübahisəsiz halıdır ki, iddiaçılar özlərinə məxsus əmlakların özgəninkiləşdirməsinin nəticəsi olaraq əldə edilmiş pul vəsaitinin cavabdeh tərəfindən mənimsənilməsini tapşıra bilməzdilər və bu cür mənimsənilmə qanunvericiliyin normalarına görə əsassız olacaqdır. Bu isə o deməkdir ki, cavabdehə etibarnamə verilməsi ilə bağlı iddiaçıların tapşırığı həmin pul vəsaitlərinin onların özünə qaytarılması olmuş, bu tapşırıqdan kənaraçıxmaya icazə verilməsi barədə isə c avabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
41. Cavabdeh həmin pulun iddiaçılara verilmədiyini məhkəmə proseslərinin heç birində danmamış, əksinə, verilməməsi ilə bağlı hüquqauyğun addım atması qənaətində olmuşdur. Vəkalət alan olan cavabdeh vəkalət verən olan iddiaçıların göstərişlərindən yalnız o halda kənara çıxa bilərdi ki, işin hallarına görə buna müvafiq icazə ala bilmədiyini və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsasları olduğunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edərdi.
42. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçılar tərəfindən ona verilmiş səlahiyyət əsasında şifahi tapşırıq müqaviləsi üzrə üzə rinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, tapşırığın icrası nəticəsində əldə etdiklərini vəkalət verənlərə vermədiyindən və bununla da müqavilənin şərtlərini pozduğundan, iddia tələbinin alqı-satqı müqavilələri əsasında əldə olunan pul vəsaitlərinin cavabdehdən iddiaçıların xeyrinə tutulması hissəsi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır.
43. Apellyasiya instansiyası məhkəməsi onu da göstərmişdir ki, birinci instansiya məhkəməsi tələblərin müvafiq olaraq aid olduqları iddiaçıların müəyyənləşdirilməsində yanlışlığa yol verərək “Cavabdeh İddiaçı2 xeyrinə İddiaçı2 məxsus olmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543a nömrəli bağ sahəsi ünvanında yerləşən 0,09 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixli 4Ə-103 nömrəli alqısatqısının icrası nəticəsində əldə olunmuş 36.500 (otuz altı min beş yüz) manat məbləğində pul tutulsun” və “Cavabdeh İddiaçı1 xeyrinə İddiaçı1 məxsus olmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixli 4Ə-104 nömrəli alqı-satqısının icrası nəticəsində əldə olunmuş 33.000 (otuz üç min) manat məbləğində pul tutulsun” olaraq qeyd etmişdir. Halbuki İddiaçı2 məxsus olmuş əmlak 33.000 manata, İddiaçı1 məxsus olmuş əmlak isə 36.500 manata satılmışdır və nəticə etibarilə həmin pul vəsaitlərinin müvafiq olaraq qeyd olunan şəxslərə verilməsi qət edilməli idi.
44. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların tapşırığının düzgün yerinə yetirilməməsinə görə dəymiş zərərin cavabdehdən tutulmasına dair şikayətinin dəlillərinə münasibətdə isə göstərmişdir ki, Mülki Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
45. Hazırki iş üzrə birinci instansiya öz qətnaməsini əsaslandırarkən iddiaçılarla cavabdeh arasında onlara məxsus əmlakın özgəninkiləşdirilməsinə dair verilən tapşırıq müqaviləsinin şifahi bağlanmasını və iddiaçıların belə müqavilə bağlanarkən əmlakın konkret hansı məbləğdə satılması barədə göstəriş verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edilə bilməməsinə istinad etmişdir.
46. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, yazılı müqavilənin olmaması və orada konkret məbləğin göstərilməməsi həmin tapşırığın vəkalət alanın mülahizəsinə uyğun və vəkalət verənin mənafeyinə zidd istənilən formada həyata keçirilməsi demək deyildir və qeyd edilən məbləğin əmlakların dəyərindən həqiqətən də qat-qat aşağı olduğu da iş materialları və müəyyən olunur.
47. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçılara məxsus əmlaklar xx.xx.2020-ci il tarixdə müvafiq olaraq 33.000 və 36.500 manata satılmış və həmin alqı-satqıdan 1 il müddət belə keçmədən sonradan müvafiq olaraq 60.000 və 70.000 manata başqa şəxslərə satılmışdır. Göründüyü kimi, belə qısa müddət aralığında mübahisəli əmlakların təxminən iki qat fərq lə başqa şəxslərə satılması onlar üçün ilkin olaraq müəyyən edilmiş qiymətin olduqca aşağı olması və iddiaçıların mənafelərinə uyğun olmamasını deməyə əsas verir.
48. Apellyasiya instansiyası məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 9/101xx-xx/9987 saylı rəyinə istinadən bildirmişdir ki, 543a nömrəli 0,09 hektar bağ sahəsinin xx.xx.2020-ci il tarixinə orta bazar dəyərinin təqribən 78.300 manat, 543 nömrəli 0,10 hektar bağ sahəsinin isə xx.xx.2020-ci il tarixinə orta bazar dəyərinin təqribən 87.000 manat müəyyən edilməsi də təsdiq edir ki, mübahisəli əmlakın ümumi bazar qiyməti ilə cavabdehin digər şəxslə bağladıqları müqavilə ilə müəyyənləşdirdikləri qiymət arasında kifayət qədər böyük fərq mövcuddur və həqiqətən, iddiaçıların adından bu əqdin bağlanması ilə onlar üçün son dərəcə əlverişsiz nəticələr yaranmışdır.
49. Bununla belə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli əmlaklar X10 2021-ci ildə müvafiq olaraq 60.000 və 70.000 manata satıldığından, həmin vaxt müqavilə tərəflərinin tələb və təklifləri məhz həmin qiymətlərdən ibarət olduğundan və faktiki olaraq alqı-satqı sırf həmin məbləğlərlə baş tutduğundan cavabdeh tərəfindən tapşırığın düzgün icra edilməməsi nəticəsində iddiaçılara dəymiş zərəri hesablayarkən məhz həmin rəqəmlərlə əmlakların ilkin satış qiymətləri arasındakı fərq tutularaq iddiaçılara ödənilməlidir.
50. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 178.1, 359.1, 360.1, 362.1, 425.1, 777.1, 778.1, 778.2, 778.3, 779.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
51. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3467/2024 nömrəli, 25 noyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər Aqil Abbasov - sədrlik edən, Əhməd Nurməmmədov, Mehparə Əhmədova) iddiaçıların apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissələrində ləğv edilmiş və iş həmin hissələrdə yeni apellyasiya baxşına qaytarılmış, cavabdehin kassasiya şikayəti təmin edilməsin, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi cavabdehin mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılmışdır.
52. Kollegiya qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisədə adı keçən torpaq sahələrinin 04 mart 2020-ci il tarixinə (satış gününə) olan baz ar dəyərinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edib rəy alsa da, həmin rəyi zərərin məbləğinin müəyyən edilməsi baxımından prosessual qanunverciliyə uyğun qiymətləndirməmiş, eləcə də rəylə nəyə görə razılaşmamasını qətnamədə əsaslandırmamışdır. Baxmayaraq ki, apellyasiya instansiyası məhkəməsi mübahisədə adı keçən torpaq sahələrinin 04 mart 2020-ci il tarixində müvafiq olaraq 33000 və 36500 manata satılmasının real bazar dəyərindən aşağı olmasının elə həmin ekspert rəyi ilə təsdiq edilməsini də göstərmişdir.
53. Belə ki, apellyasiya instansiyası məhkəməsi bir tərəfdən ekspert rəyini mübahisədə adı keçən torpaq sahələrinin satış tarixinə real bazar dəyərindən aşağı satılmasını təsdiq etdiyini göstərmiş, digər tərəfdən də həmin rəyi nəyə görə nəzərə almamasını qətnamədə əsaslandırm amışdır. Bu baxımdan, məhkəmə kollegiyası iddianın təmin edilən hissəsində apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşsa da, zərər məbləğinin təmin edilməyən hissəsi ilə yuxarıda göstərilənlərə əsasən razılaşmamışdır.
54. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin nəticə hissəsində “Cavabdeh İddiaçı1 məxsus olmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 543 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin xx.xx.2020ci il tarixli 4Ə-104 nömrəli alğı-satqısının icrası nəticəsində əldə olunmuş 36.500 manat məbləğində pul, həmçinin tapşırığı vicdanla icra etməməsi səbəbindən dəymiş zərər qismində 33.500 manat məbləğində pul, cəmi 70.000 manat məbləğində pul tutularaq İddiaçı2 xeyrinə ödənilsin” qeyd edilmişdir. Halbuki İddiaçı1 məxsus to rpaq sahəsinə görə pulun İddiaçı1 xeyrinə tutulması qeyd edilməli idi. Qeyd edilən hal yanlışlıq olmaqla, apellyasiya instansiyası məhkəməsi bunu Mülki Prosessual Məcəllənin 228-ci maddəsinə əsasən öz təşəbbüsü ilə aradan qaldıra bilərdi.
55. Baxmayaraq ki, apellyasiya instansiyası məhkəməsi özü də iddiaçıların xeyrinə tutulan pul məbləğləri ilə bağlı birinci instansiya məhkəməsinin yanlışlığa yol verməsini müəyyən edərək, həmin hissədə qətnaməni ləğv etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməyən hissəsində gəldiyi nəticəni əsaslı saymamışdır.
56. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin iddianın təmin olunan hissəsi ilə bağlı apellyasiya şikayətinin bütün dəlillərinə qiymət ver miş, həmin hissədə işin hallarını işdəki sübutlara prosessual qanunvercilyin tələblərinə uyğun qiymət verməklə müəyyən etmişdir. Cavabdehin iddiaçıların tapşırığı üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək tapşırığın icrası nəticəsində əldə etdiklərini vəkalət verənlərə verməməsi, onun tapşırığı kifayət qədər vicdanla icra etməməsi işin halı kimi müəyyən edilib. Belə olan halda, iddianın təmin edilən hissəsində gəlinən nəticə qanuni və əsaslı olmuşdur. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
57. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-924/2025 nömrəli, 10 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov – sədrlik edən, Elşən Kazımov və İkram Şirinov) iddiaçıların apellyasiya şikayəti qismən təmin olunaraq, Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-752/2023 nömrəli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə ləğv olunmuş və həmin hissədə iddia qismən təmin olunmuşdur. Cavabdeh İddiaçı2 xeyrinə hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-451/2024 nömrəli əvvəlki qətnaməsində qət olunmuş puldan əlavə 18.300 manat pul tutulması, Cavabdeh İddiaçı1 xeyrinə hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-451/2024 nömrəli əvvəlki qətnaməsində qət olunmuş pulan əlavə 17.000 manat pul tutulması, hazırkı apellyasiya baxışının predmeti olan hissədə qalan tələbin rədd olunması qət edilmişdir.
58. Məhkəmə kollegiyası qeyd etmişdir ki, satıcıların (iddiaçıların) nümayəndəsi (cavabdeh) bağ sahələrini dəyərindən ucuz satdığına görə, maddi zər ərin əvəzini də iddiaçılara ödəməlidir. Cavabdehin zərərin əvəzini iddiaçılara ödəməyə borclu olduğu apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsinin qanuni qüvvəyə minmiş hissəsi ilə təsdiq olunmuş, odur ki, həmin vəzifənin olub-olmadığı yenidən araşdırıla bilməz. O cümlədən zərərin bir hissəsinin əvəzinin tutulması qət olunmuş və qətnamənin həmin hissəsi də qanuni qüvvəyə minmişdir.
59. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırda zərərin əvəzi kimi qalan məbləğin tutulmalı olub-olmadığı həll edilməlidir. Belə ki, 543 “a” nömrəli bağ sahəsinə görə zərərin əvəzi kimi 96.700 manat tələb olunub, onun 27.000 manatının tutulması artıq qət olunub, tələbin qalan 69.700 manat hissəsi açıq qalıb. 543 nömrəli bağ sahəsinə görə zərərin əvəzi kimi 112.100 manat tələb olunub, onun 33.500 manatının tutulması qət olunub, tələbin qalan 78.600 manat hissəsi açıq qalıb. Zərərin əvəzinin ödənilməsi barədə tələbin açıq qalan hissəsi qismən təmin edilməli, 543 “a” nömrəli bağ sahəsinə görə zərərin qalan hissəsinin əvəzi kimi 18.300 manat, 543 nömrəli bağ sahəsinə görə zərərin qalan hissəsinin əvəzi kimi 17.000 manat cavabdehdən tutulmalıdır. Belə ki, xx.xx.2024-cü il tarixli ekspert rəyinə görə, xx.xx.2020-ci il tarixə (alqı-satqı müqavilələrinin bağlandığı tarixə) 543 “a” nömrəli bağ sahəsinin bazar dəyəri təqribən 78.300 manat, 543 nömrəli bağ sahəsinin bazar dəyəri təqribən 87.000 manat təşkil edir (cild 2, iş v. 57). Zərərin məbləği müəyyən edilərkən bağ sahələrinin bazar dəyəri əsas götürülməlidir. Bağ sahələrinin bazar dəyərindən əhəmiyyətli dərəcədə ucuz satılması, yəni b azar dəyəri təqribən 78.300 manat olan 543 “a” nömrəli bağ sahəsinin 33.000 manata, bazar dəyəri təqribən 87.000 manat olan 543 nömrəli bağ sahəsinin isə 36.500 manata satılması onu təsdiq edir ki, vəkalət alan (cavabdeh) tapşırığı qəsdən vicdanla icra etməmişdir. Ona görə də Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə uyğun olaraq o, iddiaçılara vurduğu zərərin əvəzini, yəni müqavilədə göstərilən satış qiyməti ilə bazar dəyərinin arasındakı fərqi ödəməlidir.
60. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 21, 359.1, 567 və 779.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
61. İddiaçılar (vəkili Vəkil3 Adil oğlu) birgə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
62. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə aktına əsasən məhkəmə sübutları düzgün qiymətləndirməyərək vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsini təmin etməmişdir. Həqiqətən iddiaçıların adından bu əqdin bağlanması olar üçün son dərəcə əlverişsiz nəticələr yaratmaqla onlara böyük məbləğdə ziyan vurmuşdur. Lakin məhkəmə nədənsə işin faktiki hallarını, işdə olan mütəxəsis və ekspert rəylərini nəzərə almaq istəməyərək, mülkiyyətçilərin hüquqlarını qorunmasını, onlara dəymiş ziyanın tam həcmdə ödənilməsini təmin etməmişdir. Məhkəmə iş üzrə bir çox məsələdə düzgün qərara gəlsə də, yalnız hesablama mexanizmində səhv etməklə vurulmuş zərərin nəinki tam həcmdə ödənilməsini, həm də sonuncu ekspert rəyinə uyğun olaraq hesablanmasını həyata keçirməmişdir. Belə ki, vurulmuş zərərlə bağlı hesablanma ən azı sonuncu məhkəmə-əmtəəşünaslıq ekspert rəyinə uyğun həyata keçirilməli olduğu halda bu da edilməmişdir. Zərərin hesablanması ekspert rəyinə uyğun həyata keçirilsəydi, onda məhkəmə ədaləti qismən təmin etmiş olardı.
63. Cavabdeh (vəkili Vəkil2) də kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, iddiaçıların apellyasiya şikayəti təmin olunan hissəsində ləğv edilməsi və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
64. Cavabdehin kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdı r, əlavə olaraq qeyd edilmişdir ki, məhkəyə kifayət qədər sübut təqdim olunsa da məhkəmə tərəfindən bu hallar araşdırılmamış, onlara hüquqi qiymət verilməmişdir. Nəticədə mübahisəli torpaq sahələri iddaçılara məxsus olmadığından, onların adına formal olaraq sənədləşmə işləri aparıldığından cavabdehin onların qarşısında hər hansl bir pul öhdəliyinin yaranmasını və nəticə etibarı ilə onlara ziyan vurmasını istisna edir. Həmçinin, məhkəninn mübahisəli torpaq sahəsinin dəyəri ilə əlaqədar istinad etdiyi ekspert rəyində qiymətlərin nə ilə müəyyən olunması, hansı onoloji oyektlərə istinad edilməsi və bununla bağlı sübüutlar iş materiallarına əlavə olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
65. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
66. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
67. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
68. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
69. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
70. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.
71. Madd ə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
72. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
73. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
74. Maddə 778.2. Tapşı rığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.
75. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidi r.
76. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
77. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
78. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
79. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq o laraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
80. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
81. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
82. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
83. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır.
84. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır Kassasiya baxışının hədləri
85. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdı rması kimi qiymətləndirilməməlidir.
86. Kassasiya şikayətində iddiaçılar qətnaməni iddia tələbini təmin edilməyən hissəsində, cavabdeh isə təmin olunan hissəsində mübahisələndiriblər. Buna görə də məhkəmə kollegiyası qətnaməni 2-ci apellyasiya icraatında mübahisələndirilən həddə yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
87. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əs as yoxdur.
88. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilməklə (bax bənd 57-60), cavabdehin iddiaçılar qarşısında icra edilməli olan öhdəliyinin həcmini dəqiq müəyyən etmişdir.
89. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır.
90. Kassasiya şikayətinin dəlilləri işin faktiki hallarının araşdırılmaması və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlıdır. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
91. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
92. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 yanvar 2025-ci il tarixli, 2(103)924/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.