Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1449/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Əfəndiyeva Səidə Məhəmmədəli qızının cavabdehlər Cavabdeh1 Ağamməd oğlu, Cavabdeh2, "xxxx" Mənzil Tikinti Kooperativi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, daşınmaz əşyalar üzərində əşya hüquqlarının əldə edilməsi baxımından vicdanlılıq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı Əfəndiyeva Səidə Məhəmmədəli qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, "xxxx" MTK, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh5 qarşı maliyyə arayışı, protokoldan çıxarışın, forma 2 arayışın etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışların ləğvi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-598/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı Əfəndiyeva Səidə Məhəmmədəli qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə “Kaspian İnşaat MB“ Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 17 avqust 2010-cu il tarixində 179 sa ylı sifariş müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, A. Salamzadə küçəsi, 1055-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2 saylı blokunun 14-cü mərtəbəsində yerləşən, 2 otaqlı, sahəsi 90,29 kv.metr olan 139 saylı mənzil Sifarişçi qismində çıxış edən İddiaçı verilməli idi.
2. Cavabdeh2 MMC tərəfindən verilən maliyyə arayışında İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli 179 saylı sifariş müqaviləsinə əsasən mənzilin ümumi dəyərinin tam hissəsi olaraq Cavabdeh2 MMC-nin xəzinəsinə 67.717 (altmış yeddi min yeddi yüz on yeddi) manat ödənilmişdir.
3. İddiaçı 27 may 2023-cü il tarixdə ölmüşdür. Onun vərəsəsi arvadı Əfəndiyeva Səidə Məhəmmədəli qızıdır.
4. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2017-ci il t arixli 2-1(81)-5052/2017 saylı qərardadına əsasən iddiaçı "xxxx" MTK və cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti arasında xx.xx.2017-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi qərara alınmış və “Bu razılaşmaya əsasən Bakı şəhəri İcra Hakimiyyəti 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iş üzrə "xxxx" MTK-nın Bakı şəhəri İcra Hakimiyyəti Başçısının sərəncamı əsasında Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş binanın istismara qəbul edilməsi və sənədləşdirmə məsələsinə baxılması vəzifəsinin cavabdehin üzərinə həvalə edilməsi” barədə iddia tələbini qəbul edir. 5. "xxxx" MTK tərəfindən verilən 23 noyabr 2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin pay d əyəri payçı Cavabdeh1 tərəfindən ödənilmiş və MTK-ya borcu yoxdur. 6. "xxxx" MTK-nın 23 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh1 məxsusdur və həmin mənzilə pasport qeydiyyatı yoxdur. 7. "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 138 nömrəli protokolundan çıxarışın surətidən görünür ki, Cavabdeh1 kooperativə üzv qəbul olunmaqla, ünvan 1 ünvanında yerləşən mənzilin payçısı olması təsdiq edilmişdir.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1, - Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 11, M13, m3 saylı mənzil ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdən **********13******** **0 reyestr nömrəsi ilə Cavabdeh1 adına qeydə alınmışdır.
9. Alıcı Cavabdeh5 ilə satıcı Cavabdeh1 arasında 18 yanvar 2022-ci ildə bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 ünvan 1, - Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 11, M13, m3 saylı mənzili 112000 manata Cavabdeh5 satmışdır.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)172/2023 saylı qərardadı ilə mülki iş üzrə icraat Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-530/2023 saylı iş üzrə yekun məhkəmə qərarı qəbul edilənə və həmin qərar qanuni qüvvəyə minənə qədər dayandırılmışdır.
11. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-124/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3. 2 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən isə təyin olunmuş əlavə cəzanı tam toplamaq yolu ilə X5 qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, X6 ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 04 iyun 2022-ci il tarixdən hesablanması, X2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsi, iş üzrə maddi sübutlar: xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışının və xx.xx.2018-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 126 nömrəli protokolundan çıxarışın, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışının və xx.xx.2020-ci il tarixli "xxxx" MTK- nın üzvlərinin ümumi iclasının 129 nömrəli protokolundan çıxarışın, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışının və xx.xx.2021-c i il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 138 nömrəli protokolundan çıxarışın, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışının və xx.xx.2021-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 123 nömrəli protokolundan çıxarışın, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışının və xx.xx.2021-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 125 nömrəli protokolundan çıxarışın, xx.xx.2019-cu il tarixli 01-M nömrəli maliyyə arayışının və xx.xx.2019-cu il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 87 nömrəli protokolundan çıxarış cinayət işinin materiallarında saxlanılması, məhkəmə məsrəfi - 127 (bir yüz iyirmi yeddi) manat məbləğində ekspertiza xərci X1 tutularaq dövlət büdcəsinə ödənilməsi, X7 barəsində xüsusi müsadirə tətbiq edilməməsi, X7 və ailə üzvlərinin mülkiyyətində olan Salyan rayonu, Sarvan kəndində yerləşən 2.81 ha kənd təsərrüfatı təyinatlı və 0.24 ha həyətyanı torpaq sahələrinin üzərinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(004)-1029/2022 nömrəli qərarı əsasında qoyulmuş həbsin götürülməməsi hökm edilmişdir. a)Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK tərəfindən Cavabdeh1 verilmiş 23 noyabr 2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışı, 138 nömrəli protokoldan çıxarışın və 01-F nömrəli forma-2 arayışının etibarsız hesab edilməsi və bunun əsasında Cavabdeh1 verilmiş çıxarışın ləğv edilməsi; Cavabdeh1 ilə Cavabdeh5 arasında bağlanmış 18 yanvar 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hes ab edilməsi və həmin müqavilə əsasında Cavabdeh5 24 yanvar 2022-ci ildə verilmiş çıxarışın ləğv edilməsi; Cavabdeh2 MMC tərəfindən İddiaçı 17 avqust 2010-cu il tarixli 179 saylı müqavilə əsasında təhvil verilmiş mübahisə predmeti olan və ünvan 1, - Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 11, M13, m3 mənzilə iddiaçının sahiblik və istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
13. İddia onunla əsasladırmışlar ki, İddiaçı ilə Kaspian İnşaat MB“ Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 17 avqust 2010-cu il tarixində 179 saylı sifariş müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən müqavilənin predmetində əsaslı tikintisi nəzərdə tutulmuş Bakı şəhəri, Yasamal rayonu, A. Salamzadə küçəsi, 1055-ci məhə llədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2 saylı blokunun 14-cü mərtəbəsində yerləşən, 2 otaqlı, sahəsi 90,29 kv.metr olan 139 saylı mənzil Sifarişçi qismində çıxış edən İddiaçı verilməli idi. Cavabdeh2 MMC tərəfindən verilən maliyyə arayışında İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli 179 saylı sifariş müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu A.Salamzadə küçəsi, 1055ci məhəllədə MMC-nin inşaat etdiyi yaşayış binasının 2 saylı Blokunun 14-cü mərtəbəsində ümumi sahəsi 90,29 kv.m ibarət olan mənzilin əsaslı tikintisini sifariş etdiyi, İddiaçı ilə sifariş müqaviləsinin 3-cü maddəsinə əsasən mənzilin ümumi dəyərinin tam hissəsi olaraq Cavabdeh2 MMC-nin xəzinəsinə 67.717 (altmış yeddi min yeddi yüz on yeddi) manat ödənildiyi qeyd edilmişdir. Belə ki, İddiaçı tərəfindən qeyd edilən mənzil alındıqdan sonra mənzildə əsaslı təmir işləri aparılmışdır. Müqavilə predmeti olan mənzil faktiki olaraq İddiaçı sahibliyində və istifadəsində olmuşdur. 2022-ci ilin yanvar ayının 26da İddiaçı məlum olmuşdur ki, ona aid mənzilin qapısının kilid sistemi dəyişdirilmiş, mənzilə başqa şəxslər daxil olmuşlar. Eyni gündə məsələ ilə bağlı araşdırma aparılan zaman həmin şəxslərlə söhbət əsnasında Cavabdeh5 adlı şəxs qeyd edilən mənzilin ona aid olduğunu, belə ki, ona qeydiyyat tarixi 24 yanvar 2022-ci il tarixli olan çıxarışın verildiyini, bu mənzili Azərbaycan Respublikasının vətəndaşı, ünvan 2 ünvanında yaşayan Cavabdeh1 daşınmaz əmlakın alqı-satqı verilmişdir. Belə ki, mübahisə predmeti olan mənzil İddiaçı tərəfindən 17 avqust 2010-cu il tarixində 179 saylı müqavilə əsasında satın alınmışdır. Qeyd edilən mənzilə dair maliyyə arayışı da cavabdeh Kaspian"xxxx" MMC tərəfindən verilmişdir. Bununla yanaşı qeyd edilən mənzildə cari təmir işləri də iddiaçı tərəfindən aparılmışdır. Bunu həm cavabdehlərdən Cavabdeh1, həm də digər Cavabdeh5 da təsdiq edə bilər. Belə ki, 26 yanvar 2022-ci il tarixində onlarla mübahisə predmeti olan mənzildə mübahisə ilə bağlı araşdırma aparılarkən da bu xüsusat təsdiq olunmuşdu. Bundan əlavə, İddiaçı həmin vaxta qədər "xxxx" MTK-nın təsis edilməsi, X3 mənzilləri başqa şəxsə satmasından məlumatı olmamışdır. Həmçinin, mübahisə predmeti olan mənzilin yerləşdiyi yaşayış binasının tikintisi üçün tikintiyə dair müvafiq sərəncamlar, icazələr, o cümlədən layihələşmə sənədləri müstəqil tələb irəli sürməyən üçüncü şəxs qism ində cəlb edilən Cavabdeh2 MMC-nin adına verilmiş, bina həmin MMC tərəfindən tikilərək istismara verilmişdir. Cavadehlərdən "xxxx" Mənzil Tikinti Kooperativi 02 avqust 2017-ci il tarixində dövlət qeydiyyatına alınmış, tikilərək istismara verilmiş mənzillərə və yaşayış binasına kommunal xidmətlərin göstərilməsi, liftlərin işlək vəziyyətində saxlanması və s. bu kimi fəaliyyətləri həyata keçirtmək olmuşdur. 2017-ci il tarixində cavabdehlərdən "xxxx" MTK təsis edilən zaman artıq bina tikilib başa çatmış və mənzillər satılmışdı. Nəzərə alınmalıdır ki, cavabdehlərdən "xxxx" MMC tərəfindən mübahisəli mənzil 17 avqust 2012-ci il tarixində ona satıldıqdan sonra MMC-nin mənzil üzərində hüquqları itirildiyi üçün onun hər hansı formada sonradan MTK-ya keçməsi mümkün deyildi. MTK-nın təsis edilməsindən sonra hər hansı tikinti aparılmamışdırsa, MTK-nın təsis edilməsinin məqsədi nə idi? MTK-nın təsis edilməsindən iddiaçının və digər mənzil mülkiyyətçilərinin xəbəri olmamış, həmçinin MTK tərəfindən qanunsuz protokoldan çıxarışlar verilərkən nə ümumi iclas çağırılmış, nə də bundan kimsənin məlumatı olmuşdur. Görünür ki, gizli yolla qanunsuz sənədlər tərtib edilmiş və mənzil mülkiyyətçilərinin xəbəri olmadan onlara məxsus mənzillər qanunsuz sənədlər verilməsi yolu ilə başqa şəxslərə aldadılmaqla satılmış və pulları mənimsənilmişdir.
14. İddiaçı Əfəndiyeva Səidə Məhəmmədəli qızının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında vəsatətlə məhkəməyə müraciət edərək İddiaçı hüquqi varisi kimi Əfəndiyeva Səidə Məhəmmədəli qızının qəbul edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə tərəfindən İddiaçı vəfat etdiyindən onun həyat yoldaşı Əfəndiyeva Səidə Məhəmmədəli qızının hüquqi varis kimi mülki işə cəlb edilməsi qərara alınmışdır.
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə3 iddia tələbinə etiraz etməmiş və izahatında bildirmişdir ki, mübahisəli mənzil İddiaçı qaytarılmalı və çıxarış ləğv olunmalıdır, odur ki, iddia tələbinin təmin olunmasına etiraz etmir. Həmçinin, Cavabdeh1 barəsində əməllərində cinayət tərkibi olduğundan, məhkəmə tərəfindən buna qiymət verilməsi və barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir.
16. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, mənzili 105.000 manata almış və alarkən Rafət mənzili açarla açıb ona göstərmişdir, pulu mənzili alanda Rafətə vermişd ir. Mənzili 105.000 manata alıb, 112.000 manata Cavabdeh5 satmışdır. Uzun illərdir bu işlə məşğuldur, evləri alıb təmir edərək və ya təmirsiz satır. Odur ki, iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.
17. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, o, mənzili vicdanlı alıcı kimi Cavabdeh1 almışdır. Ev alınanda hər hansı mübahisənin olduğundan məlumatları olmamışdır, pul verib mənzili almışdır. Mənzil onlara dövlət tərəfindən qeydiyyata alınmış çıxarış əsasında satılmışdır, ona görə də, mənzil barədə mübahisənin olduğundan şübhələnməmişdir.
18. Yasamal Rayon Məhkəməsinin 2(004)-19/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" M TK tərəfindən digər Cavabdeh1 verilmiş 23 noyabr 2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışı, 138 nömrəli protokoldan çıxarış və 01-F nömrəli forma arayışı etibarsız hesab edilməsi və bunun əsasında Cavabdeh1 verilmiş **********13-05301-093170 reyestr nömrəli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsini qət etmişdir. (hakim Gülnar Babazadə)
19. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 1, - Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 11, M13, m3 saylı mənzil İddiaçı ilə “Kaspian İnşaat MB“ Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 17 avqust 2010-cu il tarixdə bağlanmış 179 saylı sifariş müqaviləsi əsasında İddiaçı tərəfindən əldə edilmiş, tikinti işləri başa çatddıqdan sonra mənzil ona təhvil verilmiş, onun sahibliyində və istifadəsində olmuşdur. Daha sonra X7 "xxxx" MTK-nın sədri olmasından istifadə edərək, "xxxx" MTK-nın üzvlərinin 138 nömrəli protokolu ilə sifariş müqaviləsinə əsasən İddiaçı satılmış və dəyəri sonuncu tərəfindən tam ödənilmiş ünvan 1 ünvanında yerləşən mənzilinin Cavabdeh1 payçısı olmasının təsdiq edilməsinə nail olmuş, bu əsaslarla həmin mənzil onun adına qeydiyyata alınmış, daha sonra Cavabdeh1 onun adına qeydə alınmış mənzili Cavabdeh5 112.000 manata satmışdır. Eyni zamanda, işin mübahisəsiz halıdır ki, sözügedən mənzil hal-hazırda Cavabdeh5 sahibliyi və istifadəsindədir.
20. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 mübahisəli mənzilə münasibətdə mülkiyyət hüququ etibarsı z əqd əsasında qeydə alınmışdır. Cavabdeh1 tərəfindən sözügedən mənzil digər cavabdehə satılıb əmlakın dəyəri ona ödənildiyindən, hazırkı halda restitusiyaya zərurət aradan qalxmışdır. Lakin xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin tərəfi olan alıcı - Cavabdeh5 müqavilə bağlanarkən əmlakla bağlı mübahisə olduğunu bilmədiyindən vicdanlı alıcı hesab olunur. Cavabdeh1 barəsində xüsusi qərar qəbul edilməsini barədə şifahi vəsatət hissəsində hesab etmişdir ki, cavabdehin barəsində xüsusi qərar qəbul edilməsi üçün kifayət qədər əsas mövcud olmadığından vəsatət təmin olunmamalıdır.
21. Məhkəmə iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi bağlı (mənzilin dəyəri, təmir xərci və s.) məhkəmədə iddia qaldırmaq hüququnu izah etmişdir.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbay can Respublikası Mülki Məcəllənin 5.3, 16.1, 139-1.1, 139-1.1.3, 139-1.1.4, 149.2, 182.1, 324.1, 324.2, 324.5, 337.1, 337.2, 339.1, 425-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14 iyul 2015-ci il tarixli Qərarına, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ” 2 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına, Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2023-cü il tarixli F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qə rarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81, 217.4.-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
23. İddiaçının prosessual hüquq varisi S.Əfəndiyeva qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, məhkəmə Cavabdeh5 müqavilə bağlanarkən əmlakla bağlı mübahisə olduğunu bilmədiyinə, vicdanlı alıcı hesab olunduğunu müəyyən etdiyinə istinad etsə də, bu hallar iş materilları ilə sübut olunmur. Maraqlı olan haldır ki, mübahisəli mənzilə dair mülkiyyət hüququ haqqında çıxarışı əldə edən Cavabdeh5 həmin tarixdən hal-hazırkı dövrə qədər bir dəfə də olsun, Cavabdeh1 ona mübahisəli mənzili satdığına dair barəsində heç bir tədbir görmək istəməmişdir. Halbuki həmin mənzilə dair alqı-satqı müqaviləsini imzaladıqdan 6-7 gün sonra çıxarışın əldə edildiyi tarixdən mənzilin artıq mübahisəli olduğunu, mənzilin 2010-cu il tarixində iddiaçının hüquqi varisi olduğu İddiaçı tərəfindən 2010-cu il tarixində alındığını bilirmişdir.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 2(103)-598/2025 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-19/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qətnaməsi haz ırkı apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər: Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X10 ibarət tərkibdə)
26. Apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, iddiaçı tərəfindən alıcı Cavabdeh5 əmlakı əldə etməsindən əvvəl onun əmlak barədə qeydin qeyri-dəqiq olmasını bilməsi barədə hər hansı sübut təqdim edilmədiyindən, apellyasiya şikayətinin dəlilləri isə mülahizə xarakterli olduğundan, apellyasiya şikayəti təmin edilə bilməz.
27. Belə ki, MM-in 140-cı maddəsinə görə, əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edil diyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, qanunda əldə edənin vicdanlı alıcı kimi qəbul edilməsinin istisna olması üçün qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməsi halı göstərilmişdir. Yəni həmin maddədə əldə edənə münasibətdə kobud ehtiyatsızlıq halı, yəni bilməli olması halı, ümumiyyətlə, nəzərdə tutulmayıb.
28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 149.2, 324.1, 324.2, 324.4., 337.1., 337.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublika sı Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2023cü il tarixli F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Qərarına, Mülki Prosessual Məcəllənin 14.2., 77.1., 80., 88., 106.1., 106.3., 372.1., 372.2., 372.3., 372.4., 372.6., 372.7., 384.0., 384.0.1., 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı Əfəndiyeva Səidə M əhəmmədəli qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 adına verilmiş maliyyə arayışı, ümumi yığıncağın protokolundan çıxarış etibarsız hesab edildiyi və onun əsasında verilmiş reyestrdən çıxarış ləğv edildiyi üçün həmin çıxarışın əsasında Cavabdeh1 ilə digər Cavabdeh5 arasında bağlanmış 18 yanvar 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarlı sayıla bilməzdi. Baxmayaraq ki, məhkəmə qətnaməsinə əsasən Cavabdeh5 vicdanlı alıcı kimi tanınsa da, həmin şəxsin qeyd edilən mənzilə mülkiyyət hüququnu əldə etməsi üçün hər hansı bir hüquqi səbəb mövcud deyildir. Belə ki, hüquqi əsas kimi sayılan müqavilənin etibarsız olduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi araşdırma zamanı apellyasiya şikayətində qeyd edilən bu xüsusatın üzərində durmamışdır. İlkin təyin olunmuş məhkəmə iclasına cavabdehlərdən Cavabdeh5 nümayəndəsinin və vəkilinin gəlməməsi səbəbindən məhkəmə iclası təxirə salınmış, digər məhkəmə iclasında da məhkəmə kollegiyası tərəfləri bir dəfə dinləməklə hazırkı qətnaməni qəbul etmişdir. Cavabdehlərdən Cavabdeh1 adına "xxxx" MTK tərəfindən verilən maliyyə arayışı, ümumi yığıncağın protokolundan çıxarış etibarsız hesab edildiyi və onun əsasında verilmiş reyestrdən çıxarış ləğv edildiyi halda onun tərəfindən məhkəmə qətnaməsindən narazı qalınmaqla hər hansı bir apellyasiya şikayəti verilməmiş, adı qeyd edilən şəxs ümumiyyətlə məhkəmə iclaslarına gəlmə təşəbbüsünü belə göstərməmişdir. Apellyasiya məhkəməsi də adı qeyd olunan cavabdehin dindirilməsini belə təmin etməmişdir. Bu isə bəri başdan işin daha əvvəlcədən Cavabdeh5 xeyrinə həll olunacağına dair qənaətin formalaşması üçün əsas vermişdir.
31. Əksinə işin mübahisə olunmayan hallarına görə Cavabdeh5 dövlət reyestrindən çıxarışa əsasən satıcı Cavabdeh1 məxsus olan mənzili notarial qaydada təsdiq edilmiş müqavilə əsasında sonuncuya 112.000 (bir yüz on iki min) manat pul vəsaiti ödəməklə əldə etmişdir. Ancaq maraqlı haldır ki, birinci instansiya məhkəməsi öz qətnaməsində X4 verilmiş **********13- 05301-093170 reyestr nömrəli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çı xarışı ləğv etmişdir. O zaman ortaya haqlı bir sual çıxmaqdadır: daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmasının əsasını təşkil edən dövlət reyestrdən çıxarış ləğv edilirsə, o zaman qeyd edilən alqı-satqı müqaviləsinin hüquqi aqibəti necə olacaqdır? Axı reyestrdən çıxarışın ləğvi ilə əmlakın Satıcıya məxsus olması faktı öz hüquqi qüvvəsini itirmiş hesab edilir. Satıcının mülkiyyətçi olması öz təsdiqni tapmamışdır.
32. Cavabdeh1 daşınmaz əmlak alqı-satqısı ilə məşğuldur. Qeyd olunan binada da bir neçə mənzili alıb satmışdır. Cavabdeh1 ilə Cavabdeh5 arasında alqı-satqı müqaviləsi 18 yanvar 2022-ci il tarixdə bağlanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(101)-124/2024 nömrəli hökmündən də göründüyü kimi, qeyd olunan alqı-satqı baş tutan zaman artıq "xxxx" M TK-nın sədri X7 tərəfindən dələduzluq edilməsi və mənzillərin təkrarən digər şəxslərə satılması faktı artıq məlum olmuşdur. Belə ki, qeyd olunan hökmdən də görünür ki, Cavabdeh1 ifadəsində bildirmişdir ki, “xx.xx.2021-ci il tarixdə 201 nömrəli mənzili satdığı Əli adlı şəxs mənzildə problem yaranması ilə bağlı onu çağırdığı zaman, sonuncu ilə birlikdə yaşayış binasının ofisində qeyd edilən yaşayış binasını tikən Bəxtiyar müəllimlə söhbət edərkən sonuncu 2021-ci ilin iyun ayında problem yarandığı üçün MTK-nın sədri Rafət Qəniyevdən möhürü aldığını demişdir.
33. Bundan əlavə, Cavabdeh5 mübahisəli mənzili digər Cavabdeh1 satın almışdır. Cavabdeh1 isə istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qətnamələr üzrə mülkiyyətçi deyildir. Bu isə o deməkdir ki, iddianı irəli sürən mülkiyyətçi qismində məhkəmə Cavabdeh1 qəbul etməklə və qeyd edilən qərara istinad etməklə ciddi səhvə yol vermişdir. Belə ki, qeyd edilən Plenumun qərarının işdə olan sənədlərlə və tərəflərlə təhlili zamanı vicdanlı alıcı kimi Cavabdeh5 qəbul edilirsə, o zaman mülkiyyətçi kimi də Cavabdeh1 qəbul edilməlidir ki, yuxarıda qeyd etdiyimiz səbəblərə əsasən Cavabdeh1 mülkiyyətçi kimi qəbul edilə bilməz. Çünki, onun adına verilən maliyyə arayışı və protokoldan çıxarış etibarsız hesab edilərək onun əsasında verilən reyestrdən çıxarış ləğv edildiyi üçün qeyd edilən şəxsin mülkiyyətçi kimi tövsif edilməsi qəbuledilməzdir. Apellyasiya instansiyası məhkəməsi AR Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına istinad edərkən düzgün olmayan hüquqi nəticəyə gəlm işdir. Bundan başqa Cavabdeh1 vicdanlı alıcı qismində tanınan Cavabdeh5 qarşı hər hansı bir iddia tələbi mövcud deyil ki, onlara münasibətdə qeyd edilən AR Konstitusiya Məhkəməsi Plenumunun qərarına maddi hüquq norması kimi istinad edilsin. Apellyasiya instansiya məhkəməsi tərəfindən bu maddəyə istinad edilməsinin heç bir hüquqi əsası yoxdur. Cavabdeh5 əqdin hüquqi nəticələrinin əhəmiyyətsiz və etibarsız hesab edilməsinə baxmayaraq vicdanlı alıcı kimi tanınmışdır. Halbuki, iddiaçının 11 ildən artıq bir müddətdə sahibliyində və istifadəsində olan bir əmlakın iki ay kimi qısa bir müddət ərzində mülkiyyət hüququ ilə rəsmiləşdirilməsi və sonuncu alıcının vicdanlı alıcı hesab edilməsi mülki qanunvericiliyin tələblərinin düzgün tövsif edilməməsi kimi qəbul edilməlidir. Apellyasiya instansiyası m əhkəməsi bütünlüklə iddiaçı tərəfindən təqdim olunan sübutlara qiymət vermək əvəzinə cavabdehlərdən Cavabdeh5 daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında əldə etdiyi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun vicdanlı alıcı olduğu qənaətinə gəlmiş, sübutları lazımi qaydada araşdırmamış, Cavabdeh5 vicdanlı alıcı olmasını istisna edən sübutlara lazımi dərəcədə diqqət yetirməmişdir.
34. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1, 1391.1.3 və 139-1.1.4.-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337-ci maddəsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun H.ƏCəfrovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli qərarı AR Mül ki Məcəlləsinin 149.2-ci maddəsi AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələirnin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1., 80., 81., 88., 386-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
36. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka di gər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
37. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
38. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
39. Maddə 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahi sə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
40. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
41. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran hal ların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
43. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
44. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. M addə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri 5
0. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
51. Apellyasiya məhkəməsinin qətnaməsi yalnız iddianın təmin edilm əyən hissəsi barədə olduğundan iddiaçının kassasiya şikayəti əsasında qətrnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına və hazırkı kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinin dəlillə rinə hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin dəyərləndirmə ilə razılaşır.
54. Əlavə olaraq məhkəmə kollegiaysı qeyd edir ki, Mülki Məcəllənin 141-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun olmadıqda hüququ pozulmuş şəxs reyestrdəki qeyddə düzəlişin aparılması barədə tələb irəli sürə bilər. Bu iddianın təmin olunmasını istisna edən hallardan biri dövlət reyestrdəki məlumatların həqiqiliyinə və tamamlığına etimad edərək əşya hüququnu vicdanlı şəkildə əldə edənin hüquqlarının qorunmasıdır. Bu qaydalar Mülki Məcəllənin 140-cı, 148.2-ci və 149.2-ci maddələrində göstərilmişdir.
55. Vicdanlı əldə edənin qorunması qaydasındakı məqsəd, əvvəlki mülkiyyətçiyə münasibətdə adına əsassız qeydiyyat aparılmış şəxsdən əşya hüquqlarını məhz döv lətin apardığı reyestr məlumatlarına güvənərək yüksüz əldə edən vicdanlı üçüncü şəxsin üstün tutulmasıdır. Başqa sözlə, qanunverici mübahisəli əmlak üzərində bu iki şəxs arasındakı mənafe toqquşmasında vicdanlı şəxsə üstünlük vermişdir.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarında göstərmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. 57. “S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumumu göstərmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Göründüyü kimi, MM-in 140-cü maddəsinin mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin qeyri-dəqiq olması müəyyən edildiyi anadək, həmin qeydə əsasən həyata keçirilmiş əqdlər (yalnız əqdin xeyrinə hüquq özgəninkiləşdirilən tərəfinin qeydin qeyri-dəqiq olmasını bildiyi hal istisna olmaqla) əsasında hər bir şəxsin əldə etdikləri hüquqlar müdafiə edilməlidir. Bu zaman ilkin qeydin hansı əsasla edilməsi, o cümlədən qanunsuz olması əhəmiyyət kəsb etmir. Qeyd in yalnız qanuni əsaslarla həyata keçirildiyi halda daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamlığı prezumpsiyasının qüvvədə olması və əldə edən şəxsin hüquqlarının müdafiə olunması, həmin normanın mahiyyətinə ziddir və zərurətini aradan qaldırır. Mülki Məcəllənin 148.2 və 149.2-ci maddələrinin məzmunu da, qeyd olunanları təsdiq edir. Belə ki, həmin müddəalara görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları, habelə əsassız dövlət qeydiyyatının dəyişdirilməsi zamanı vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqlar müdafiə olunmalı və saxlanılmalıdır. Qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən o nun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-c i maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir.
58. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzil üzərində Cavabdeh1 hüquqlarının qanunsuz qeydə alınsa da, həmin şəxslə Cavabdeh5 arasında alqı-satqı müqaviləsi bağlanan tarixədək iddiaçı tərəfindən Cavabdeh1 xeyrinə reyestrdə olan qeydə hər hansı etiraz verilməmiş, sonuncunun hüquqları mübahisələndirilməmişdir. Buna görə də, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ əldə etmiş şəxsin hüquqları müdafiə olunmalı və qorunmalıdır.
59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Mülki Məcəllənin 140, 148.2, 149.2-cı maddələrinə uyğun olmuşdur.
60. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəl diyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2025-ci il tarixli 2(103)- 598/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəb