Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1450/2021 29.03.2021 ALİ MƏHKƏMƏ İddiaçı1 cavabdeh XXXCavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: borcun qaytarılması, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili X7, cavabdeh XXXCavabdeh və onun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1924/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh XXXCavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə i clasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1930/2018 nömrəli iş üzrə xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək X11 ilə XXXCavabdeh (bundan sonra – cavabdeh) arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu Qeydiyyat şöbəsində XXX nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü XXXXXX Cavabdeh oğlunun anası X5 yanında qalmasının (saxlanılması) müəyyən edilməsi, uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq X8 verilməsi, alimentin tutulma müddətinin xx.xx.2018-ci il tarixdən müəyyən edilməsi qət edilmişdir. İddiaçı1 (bundan sonra – iddiaç ı) cavabdehin keçmiş qayınatasıdır. Cavabdehlə XXX XXXa birgə nikahda olduqları dövrdə ünvan 1 ünvanında yerləşən XXX saylı mənzil sonuncunun adına qeydiyyata alınmaqla əldə olunmuş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə həmin mənzil üzərində onların bərabər (1/2) hissədə mülkiyyət hüquqları tanınmış, sözügedən qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)12897/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 59000 ABŞ dolları miqdarında borcun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırm ışdır ki, qızının ailəsi dağılmamış onların mənzil şəraiti pis olduğundan və cavabdeh yeni mənzil almaq üçün pulu olmadığından ona müraciət edərək, borc pul verməsini xahiş etmiş, cavabdehin xahişini nəzərə alaraq 2016cı ilin oktyabr ayında cavabdehə 100000 ABŞ dolları borc pul vermiş və aralarındakı razılaşmaya əsasən cavabdeh təxminən iki ay ərzində həmin borcu qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müddətdə 1 ABŞ dollarının məzənnəsi təxminən 1 manat 80 qəpik olduğundan cavabdehə verdiyi borc pul 180000 manat təşkil etmişdir. Cavabdeh almaq istədiyi mənzilin qiymətinin 180000 manat olduğunu iddia edərək ondan yuxarıda göstərdiyi məbləğdə borc almışdır. Yuxarıda qeyd edilən mənzil xx xxxxxx 2016-cı il tarixdə alınmış, mənzil qızı XXX SadıqovaXXX XXXanın adına rəsmiləşdirilmişdir. Sonrada n ona məlum olmuşdur ki, cavabdeh mənzili dediyi kimi 180000 manata deyil, 160000 manata almışdır. Mənzilə görə həmin qiymətin verilməsini təsdiq edən şahid vardır. Aralarındakı razılaşmaya əsasən borc pul verildikdən təxminən bir-iki ay sonra tam şəkildə nağd yolla ona qaytarılmalı idi. Razılaşdırılmış müddət başa çatdıqdan sonra o cavabdehə verilmiş pul vəsatinin geri alınması üçün müraciət etmiş, ancaq cavabdeh borcu qaytarmamışdır. Borc məbləği cavabdeh tərəfindən hazıra kimi ona qaytarılmamışdır. Cavabdeh borc məbləğini ödəməkdən boyun qaçırır. Bundan başqa, cavabdehin ondan 100000 ABŞ dolları miqdarında borc pul almasını və həmin borc puldan yalnız 41000 ABŞ dollarını qaytarmasını təsdiq edən səs yazısı mövcuddur, həmin səs yazısı onunla cavabdeh arasında aparılmış və səs yazısında c avabdeh açıq mətnlə olan borcunu etiraf edərək yaxın müddətdə borcun qalan hissəsini qaytaracağını bildirmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia ərizəsində yazılanlar əsassızdır. İddiaçıdan borc almamışdır. Mənzil alarkən dostundan borc almış, ona olan borcunu maşınını, Gənclik tərəfdə olan torpaq sahəsini sataraq ödəmişdir. Əksinə, o, xanımın (keçmiş qaynanasının) hesabına 34000 ABŞ dollar bir, 26000 ABŞ dollar bir pul keçirmişdir. Həmin pulları borc məqsədi ilə onlara vermişdir. Təkcə Türkiyədə olarkən o, yoldaşına 5 min manatlıq alış-veriş etmişdir. İddiaçı ona 1 manat da pul verməmişdir. O, özü iş yerindən yüksək əmək haqqı almış və qonorarları olmuşdur. Səs yazısına gəldikdə isə o, işi prokurorluqda olarkən bilmişdir ki, on un səsi yazılıb. Ona qədər onun həmin diskdən xəbəri olmamışdır. Həmin səs yazısında isə borc almasını etiraf etməsinə səbəb sadəcə ailəsinin qorunub saxlanılması olmuşdur. Bu səbəbdən də, qarşı tərəflə danışıq zamanı ona deyilənlərlə razılaşmış və hər şeyi etiraf etmişdir. Onun həbsdə olmağına səbəb qayınatasıdır. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş X10 ifadəsində göstərmişdir ki, iddiaçı xalasının yoldaşıdır. Cavabdeh isə xalası qızının keçmiş yoldaşıdır. İddia ilə bağlı onu deyə bilər ki, pul verilən vaxt XXX ona zəng edib bildirib ki, atası onlara ev almaq üçün 100000 dollar pul verib. O, pulun verilməsində iştirak etməmişdir. Bir neçə gün sonra o, XXX və XXX üçü bir yerdə 9-cu mikrorayonda yerləşən evə baxmağa getmişlər. 160000 manatı XXX evin yiyəsinə sayıb vermiş, o da XXXin xahişi ilə bunu kameraya çəkmişdir. XXX ondan xahiş etmişdir ki, pulun verilməsini kameraya çəksin. XXX XXX müəllimə evin qiymətinin 180000 manat olduğunu deyib, lakin evi 160000 manata alıb. XXX ona irad bildirdikdə XXX cavabında deyib ki, “sənin nə işinə qalıb, mən atandan 100000 dollar almışam, onu da qaytaracam”. X3 ifadəsində göstərmişdir ki, iddiaçı xalasının yoldaşıdır. Cavabdeh isə xalası qızının keçmiş yoldaşıdır. Xalasıgildə olanda XXX müəllim xalasına zəng edərək ona, 100 000 dollar pulun XXXdinə verilməsini tapşırıb. Xalası da 100 000 dollar pulu XXXdinə verməsi üçün ona verib, o isə pulu XXXdinə verib. Pulun verilməsində məqsəd xalası qızıgilə ev alınması olub. Xalası qızı XXX xalasına bəyəndikləri evin şəkillərini göndərib ki, bu evi bəyənmişlər. O, pulun verilməsində iştirak etməyib, lakin sonralarda aralarında mübahisə olan zaman XXX dəfələrlə onunla telefonda danışmiş və danışıq zamanı XXX XXX müəllimə borcu oldugunu etiraf edərək, borcunu danmadığını bildirmişdir. X2 ifadəsində göstərmişdir ki, iddiaçı XXX müəllimin yanında texnik işləyir. Bir gün XXX müəllim ona zəng edib deyib ki, bağ evinə get, yoldaşı xanım pul verəcək onu götür gəl. O, da XXX müəllimin bağ evinə getdi, pulu xanımdan götürdü. XXX müəllimlə bir yerdə XXX xanımın evinə getdilər. O, maşında gözləmiş, XXX müəllim isə pulu götürərək yuxarı qalxmış, pulu verərək geri gəlmişdir. XXX müəllimin danışdıqlarından bilib ki, qızı XXX xanımın ev şəraiti yaxşı deyil. Pulu Cavabdeh ev alması üçün verib. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(004)- 8102/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim – T.Axundov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddianı etiraf etməsə də, iddiaçı tərəfin iddiasının əsası kimi istinad etdiyi hallar təqdim edilmiş sübut növləri ilə uzlaşır. Belə ki, iddiaçı tərəfin istinad etdiyi və məhkəməyə təqdim edilmiş səs yazısının cavabdehə aid olması təsdiq edilir. Cavabdeh həmin səs yazısının ona aid olmamasını təkzib etməsə də, məzmununda pul borc almasını və qaytarması barədə fikirlər söyləməsini inkar edir. Məhkəmə cavabdehin təqdim edilmiş səs yazılarının gizli təqdim edilməsi faktı olduğu üçün bu səs yazısının sübut kimi qiymətləndirilməli olmamasına dair dəlillərinə (vəsatətlərinə) qiymət verərək hesab etmişdir ki, cavabdeh yuxarıda qe yd edildiyi kimi səs yazısının ona məxsus olmasını inkar etməsə də, bu yazının yalnız gizli əldə edilməsi əsası ilə sübut kimi qəbul edilməli olmamasını irəli sürmüşdür. Lakin işin araşdırılmış hallarından görünür ki, cavabdeh barəsində olan cinayət işi üzrə həmin disklə bağlı audio və video yazıların məhkəmə ekspertizası keçirilmiş və bu fakt onu təsdiq edir ki, səs yazısı olan disk istintaq üçün mühüm əhəmiyyətə malik sübut növüdür. Onun məzmununda istintaqı aparılan cinayət işi üzrə mühüm məqamlardan başqa, cavabdehin borc pul ilə bağlı bildiryi fikirlər də qeydə alınmışdır. Belə ki, hazırki iş üzrə də məhkəmə baxışı zamanı tədqiq edilmiş səs yazısının diskinin məzmunundan aydın olur ki, diskdə olan səs yazıları cavabdehlə iddiaçı arasında aparılmışdır. Səs yazısı 11 dəqiqə davam edir, 04.40 saniyədən etibarən 100.000 ABŞ dollarının borc verilməsi ilə əlaqədar söhbətlər başlayır, 08-ci dəqiqəyə kimi danışıqlar davam edir, cavabdeh 100.000 ABŞ dolları evin alınmasına görə aldığını etiraf edir, həmin puldan 41.000 ABŞ dolları qaytarılmış 59.000 ABŞ dolları qalmışdır. Cavabdeh pulu qaytaracağını etiraf edir. Məhkəmə qeyd etmişdir ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri və bildiyi, eşitdiyi hallarla bağlı məqamlar dayanır. Həmçinin onlar cavabdehlə iddiaçı arasında olan pul verilib-alınması ilə bağlı bildiklərini, eşitdiklərini aydın və müfəssəl təsvir etmiş, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Eyni zamanda şahidlər pulun verilməsi anını bilavasitə görməsələr də, cavabdeh də olan pulla alınmış evdə olmaqla, həmin evin alınması üçün pulun iddiaçı tərəfindən ona verilməsini bildiklərini təsdiq etmişlər. Göstərilən hallar şahid ifadələrinin mötəbər olmasına dəlalət edir. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaya etirazın əsası kimi istinad etdikləri halları məhkəmədə sübut edə bilməmiş, istinad etdiyi əsaslarla bağlı mötəbər və tutarlı sübutlar təqdim edə bilməmişdir. İddiaçı isə əksinə, cavabdehə verilmiş 100000 ABŞ dolları məbləğində borc puldan 59000 ABŞ dolları məbləğinin hazırki vaxta kimi cavabdehdə qalmasını və sonuncunun bu borcu qaytarmamasına dair məhkəməyə sübutlar təqdim etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157.2, 739.1, 385.1, 425.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 62, 76, 77.1, 80, 88, 104.1, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3736/2019 nömrəli iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehdən tutulan pul vəsaitinin məbləğinə aid hissədə dəyişdirilməsi, cavabdehdən tutulmalı olan pul məbləğinin 29500 ABŞ dolları müəyyən edilməsi, apellyasiya icraatı üçün ödənilmiş dövlət rüsumunun məbləğinin apellyatorun özünə aid edilməsi qət olunmuşdur. Apelly asiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı sözügedən mənzilin alınması məqsədi ilə cavabdehə 100000 ABŞ dolları borc pul verdiyi, cavabdehin həmin puldan 41000 ABŞ dollarını qaytardığı halda, qalan məbləği ödəmədiyini iddia etməklə müvafiq tələbi irəli sürmüş, cavabdeh isə, mənzilin həmin pulla alındığını mübahisələndirməsə də, bir tərəfdən pulun borc olaraq deyil, iddiaçının qızının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə (yəni, əvəzsiz olaraq, hədiyyə kimi) verildiyini, digər tərəfdən isə atasının evini sataraq pulu qaytardığını bildirmişdir. Kollegiya ilk növbədə qeyd etmişdir ki, iddiaçının cavabdehə (həmçinin qızına) mənzil almaq üçün 100000 ABŞ dolları pul verdiyi işin mübahisələndirilməyən halıdır; cavabdeh bu faktı etiraf etməkdədir, eyni zamanda işin bu halı i ş materialları ilə də təsdiq olunur. Bu o deməkdir ki, iddiaçı iddia tələblərini əsaslandırdığı faktiki hallardan biri olan həmin hal üzrə sübutetmə vəzifəsindən azad olmaqla onun həmin vəsaiti geri tələb etmək hüququna sahib olub-olmadığı müəyyənləşdirilməlidir. İddiaçı cavabdehə pulu mənzil almaq məqsədilə borc olaraq verdiyini iddia etsə də, cavabdehin mövqeyi pulun bağışlama müqaviləsi çərçivəsində həmin dövrdə nikahda olduğu arvadı XXX XXXaya (iddiaçının qızı) verildiyinə dairdir. Kollegiya cavabdehin, iddiaçı tərəfindən mənzil almaq üçün verildiyi mübahisəsiz olan pul vəsaitinin onun keçmiş arvadına (iddiaçının qızına) mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə əvəzsiz olaraq hədiyyə kimi (bağışlama müqaviləsi çərçivəsində) verildiyi ilə bağlı izahatlarını ağlabatan hesab etməmə klə, bu arqumentin həm də iş materialları ilə təkzib edildiyini vurğulamış və qeyd etmişdir ki, birincisi iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş və onunla cavabdeh arasında baş tutan telefon danışığının səs yazısının məzmunundan cavabdehin ev alınmasına görə 100000 ABŞ dolları aldığını və pulu qaytaracağını etiraf etdiyi müəyyən edilir. Cavabdeh həmin səs yazısındakı danışığın onunla iddiaçı arasında aparıldığını təkzib etmir, onun etirazı gizli yolla və qanunsuz olaraq yazılmış səs yazısının sübut əhəmiyyətinə malik olmaması ilə əlaqədardır. Cavabdeh barəsində olan cinayət işi üzrə keçirilmiş ekspertizanın 22719 nömrəli xx.xx.2018-ci il tarixli rəyi ilə də “K1” kimi işarə olunmuş diktorun səsinin və nitqinin Cavabdeh XXXa, “K2” kimi işarə olunmuş diktorun səsinin və nitqinin isə İddiaçı1 məxsus olduğu müəyyən edilmişdir. İkincisi, cavabdeh barəsində olan cinayət işi üzrə aparılan araşdırma zamanı dindirilmiş Afət XXXa (cavabdehin anası) da izahatında, Binəqədi rayonunda yerləşən üç otaqlı evin İddiaçı1 alınmış borc pulla alındığını göstərmişdir. Üçüncüsü, iddiaçının verdiyi pulla alındığı mübahisəsiz olan ünvan 2 ünvanında yerləşən 156 saylı mənzil üzərində məhkəmə qətnaməsi ilə cavabdehin və keçmiş arvadının bərabər (1/2) hissədə mülkiyyət hüquqları tanınmışdır. Bu isə iddiaçı tərəfindən mənzil almaq üçün verilən pul vəsaitinin qızına əvəzsiz olaraq hədiyyə kimi verildiyini istisna edir (Əks halda mənzil onların ümumi birgə mülkiyyəti hesab edilməzdi. Çünki Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə,...nikah dövründə hədiyyə şəklində və ya vərəsəl ik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab olunur). Bu qənaətə gələrkən Kollegiya cavabdehin ziddiyyətli izahatlarını da xüsusi olaraq nəzərə almış və göstərmişdir ki, cavabdeh bir tərəfdən sözügedən pul vəsaitinin borc olaraq deyil, iddiaçı tərəfindən öz qızının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə (əvəzsiz olaraq, hədiyyə kimi) verildiyini, digər tərəfdən isə atasının evini sataraq pulu qaytardığını bildirmiş, hətta pulun qaytarılmasını sübut etmək üçün banka sorğu verilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir (sorğu nəticəsində “xxxx” ASC-dən alınmış xx xxxxx 2019-cu il tarixli məktubla Cavabdeh XXXtərəfindən İddiaçı1 və Bəşirovanın bank hesablarına hər hansı mədaxil əməliyyatının aparılmadığı müəyyən ed ilmişdir). Bütün bunlar isə onun bildirdiklərini inandırıcı hesab etməyə imkan vermir. Cavabdehin “gizli yolla yazılmış səs yazısının sübut əhəmiyyətinə malik olmaması” ilə bağlı arqumentinə münasibətdə Kollegiya qeyd etmişdir ki, apellyasiya baxışı zamanı Cavabdeh XXXun CM-nin 133.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü əsasında məhkum edildiyi, həmin hökmün aid olduğu işdə isə cavabdehin qanunsuz olduğunu irəli sürdüyü səs yazısının sübut qismində qiymətləndirildiyi, hətta səs yazısının məhkəmə ekspertizasının da keçirildiyi müəyyən olunmuşdur. Bununla belə Kollegiya, apellyatorun “borcun birgə nikah dövründə alınması səbəbindən birgə borc kimi bölünməli olması” ilə bağlı dəlilini əsaslı hesab etmiş və göstərmişdir ki, qeyd edildiyi kimi ünvan 2 ünvanında yerləşən 156 saylı mənzilin iddiaçının verdiyi pulla alındığı mübahisə mövzusu deyildir və məhkəmə qətnaməsi ilə həmin mənzil üzərində Cavabdeh XXXun və XXX XXXanın (iddiaçının qızı) bərabər (1/2) hissədə mülkiyyət hüquqlarının tanındığı, XXX XXXanın həmin qətnaməni yalnız payların nisbəti ilə bağlı hissədə mübahisələndirdiyi müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh XXXun və XXX XXXanın sözügedən mənzilə dair yaranmış mülkiyyət hüquqları İddiaçı1 tələb etdiyi borc pulla (başqa sözlə, iddiaçı qarşısında götürülmüş maliyyə öhdəliyiilə) birbaşa əlaqəlidir. Belə olan halda isə, iddiaçı qarşısında götürülmüş maliyyə öhdəliyindən irəli gələn vəzifələrin də bərabər payda bölünməli olması (həmin borc məbləğinin onların ümumi birgə əmlakının passivini təşkil etdiyi) qəbul olunmalıdır. Bu baxımdan Kollegiya hesab etmişdir ki, iddiaçının cavabdehdən tələb etdiyi qalıq borcun – yəni, 59 000 ABŞ dollarının məhz ona aid hissəsinin (yarısının) cavabdehdən iddiaçını xeyrinə tutulması hazırkı mübahisənin halları baxımından daha ağlabatan və ədalətlidir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-6951/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər – M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Rüstəmov və Ə.Nurməmmədov) cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəmə sinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya kollegiyası səs yazısının sübut kimi qiymətləndirilməli olması ilə bağlı cavabdehin dəlili üzrə qənaətini, həmçinin “borcun birgə nikah dövründə alınması səbəbindən birgə borc kimi bölünməli olması” ilə bağlı dəlili üzrə qənaətini düzgün formada əsaslandırmış olsa da, cavabdehin tələb edilən pul məbləği ilə bağlı izahatını ziddiyyətli hesab etməklə səhvə yol vermişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi əslində “xxxx” ASC-nin sorğuya cavabına istinad edərək pul məbləğinin iddiaçıya ödənilməməsi qənaətinə gələrkən, əldə etdiyi qeyd edilən sübuta istinad etmiş olsa da, işə mahiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə kimi, cavabdehin iddiaçıya borcu olmadığı barədə izahatı üzrə, həmçinin təqdim edilmiş səs yazısında iddiaçının vermiş olduğu 100000 ABŞ dollarının 41000 ABŞ dollarının qaytarıldığını, 9000 ABŞ dollarını iddiaçının qızına bağışladığını iddiaçının özünün göstərməsi, bunun məntiqi nəticəsi olaraq ödənilməli olan məbləğ 50000 ABŞ dolları təşkil etməli olduğu halda 59000 ABŞ dollarının hansı səbəbdən tələb edilməsi istiqamətində araşdırma aparılmamışdır. Həmçinin kassasiya şikayətinə əlavə edilmiş “xxxx” ASC-nin X16 tərəfindən E.XXXa ünvanlanmış xx.xx.2019-cu il tarixli məktub da təsdiq edir ki, əslində cavabdehin izahatı tam olaraq ziddiyyətli olmamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(103)-1924/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (s ədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehdən tutulan pul vəsaitinin məbləğinə aid hissədə dəyişdirilməsi, cavabdehdən tutulmalı olan pul məbləğinin 29500 ABŞ dolları müəyyən edilməsi, apellyasiya icraatı üçün ödənilmiş dövlət rüsumunun məbləğinin apellyatorun özünə aid edilməsi qət olunmuşdur. Məhkəmə kollegiyası əvvəlki apellyasiya instansiyası məhkəməsinin mövqeyini təkrarlamış, eyni zamanda MPM-in 420-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında irəli sürdüyü hüquqi mövqeyi nəzərə alaraq qeyd etmişdir ki, iddiaçı yazılı ərizə təqdim edərək, diskdə olan səs yazısında 9000 ABŞ dollarını qızına bağışladığını bildirsə də, hazırda həmin pul məbləğini tələ b edir. Məhkəmə kollegiyası hesab etmişdir ki, pul məbləği iddiaçının mülkiyyəti olmaqla, sonuncu həmin məbləği tələb etdiyindən, qeyd olunan məbləğ ümumi məbləğdən çıxıla bilməz. Bundan əlavə, məhkəmə kollegiyasının sorğusu əsasında “xxxx” ASC-dən daxil olmuş xx.xx.2015-ci il tarixli qəbzdən görünür ki, cavabdeh tərəfindən X6 hesabına kreditin ödənişi kimi 34000 ABŞ dolları məbləğində pul ödənilmişdir. xx.xx.2015-ci il tarixli qəbzdən görünür ki, Alızadə Cavabdeh Anar oğlu tərəfindən X6 hesabına tam kreditin ödənişi kimi 26276 ABŞ dolları məbləğində pul ödənilmişdir. X1 adına olan hesabdan çıxarışdan görünür ki, onun hesabına xx.xx.2015-ci il tarixdə kreditin ödənişi kimi 34000 ABŞ dolları məbləğində, xx.xx.2015-ci il tarixdə tam kreditin ödənişi kimi 26276 ABŞ dolları məbləğində pul ödən ilmişdir. Kollegiya tədqiq edilən ödənişlərlə bağlı qeyd etmişdir ki, qeyd olunan pul məbləğləri 2015-ci ildə hazırkı iş üzrə tərəf olmayan X6 hesabına ödənilməklə, 2016-cı ildə iddiaçı tərəfindən verilən borcun ödənişi kimi qəbul edilə bilməz və cavabdeh ödənilmiş pul məbləğləri ilə bağlı X9 qarşı mülki məhkəmə icraatı qaydasında tələb irəli sürə bilər. Belə olan halda, qətnamə cavabdehdən tutulan pul vəsaitinin məbləğinə aid hissədə dəyişdirilməli, cəmi borc 29500 ABŞ dolları müəyyən olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar çıxarılması nı xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq və düzgün tətbiq etməyərək və işin hallarını tam araşdırmayaraq qanunsuz, əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı iddiaçı və onun vəkili tərəfindən verilmiş yazılı etirazda kassasiya şikayətinin əsassız olduğu bildirilməklə, təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və onun vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin r ədd edilməsini xahiş etdilər. İddiaçının vəkili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması, kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fak tiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayəti yalnız iş üzrə yeganə cavabdeh olan kassator tərəfindən verildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı iddianın təmin edilmiş hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Mülki Məcəllə Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyas ı maddi və prosessual hüquq normalarınının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh XXXCavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Mə hkəməsi Mülki kollegiyasının 2(103)-1924/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hisəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1450/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1450/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver