Məhkəmə qərarları › İş №2(102)-1450/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1450/2024

01.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1450/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyət, Cavabdeh1nə və X16 (“Yeni Klinika” X35, X5 və X20 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: həkimin və tibb müəssisəsinin vurduğu maddi və mənəvi zərərin ödənilməsi, ekspert rəyləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X16 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5611/2023 nömrəli 6 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 kassasiya şikayətinə 01 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X12 18 yanvar 2023-cü il tarixdə “Elmed” klinikasında X21 tərəfindən “septoplastika” əməliyyatı keçirmişdir. Əməliyyatdan öncə klinikada pasiyentdən müəyyən analizlər, o cümlədən “ekspress-test” vasitəsilə “Covid-19” analizi götürülmüş, ağciyərlərin rentgenoqrafiyası, ürəyin exo-kartioqrafiyası kimi müayinələrdən keçirilmişdir. Əməliyyatda ağırlaşma müşahidə edilməmiş, əməliyyatdan sonra xəstənin həmin klinikada vəziyyəti pisləşmiş, təzyiqi düşmüş, bədən temperaturu q alxmışdır. Xəstədən onun “Covid19” virusunun yoluxub-yoluxmamasını təyin etmək məqsədilə yenidən analiz götürülmüş, PZR analizin nəticəsi müsbət olmuşdur. Daha sonra xəstə “X38”-a köçürülmüş, orada xəstəyə müəyyən müalicə müayinə prosedurları həyata keçirilmişdir. xx.xx.2021-ci il tarixdə icra edilən KT müayinəsi xəstənin ağciyərlərində 70-80 faiz buzlaşmanın olduğunu təsbit etmişdir. Bundan sonra xəstə “Yeni Klinika” ya köçürülmüş, xəstənin vəziyyəti daha da ağırlaşmış, xx.xx.2021-ci il tarixdə saat 07:20 da ürək fəaliyyəti dayanmış, xəstədə asistoliya qeyd olunmuşdur. Aparılan CPR tədbirləri yetərsiz olmuş, 08:00 da bioloji ölüm qeydə alınmışdır.

2. Kadrlar uçotunun şəxsi vərəqəsinə əsasən X21 Azərbaycan Tibb Universitetində “Pediatriya” fakültəsini 1992-ci il tarixdə bitirmiş, bununla b ağlı ona xx.xx.1991-ci il tarixli diplom verilmişdir; N.Əliyeva 1992-ci il tarixdə “Pediatriya” ixtisası üzrə internatura/rezidenturanı bitirmiş, 2013-cü il tarixdə “otolorinqologiya” üzrə 6 həftə ərzində Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunda kurs keçmişdir; xx.xx.2007-ci il tarixdə 34 nömrəli Şəhər Poliklinikasında həkim-otorinolarinqoloq vəzifəsi üzrə işə qəbul olunmuşdur. 3. “Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən xx.xx.2013-cü il tarixli, AH 009473 və xx.xx.2018-ci il tarixli, AH 030064 nömrəli sertifikasiya şəhadətnamələrinə əsasən həkim N.Əliyevaya otorinolarinqologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir.

4. İddiaçı1 və İddiaçı2 X8 “Elmed” Tibb Mərkəzinin həkimi səhlənkarlığı nətic əsində ölməsi haqqında Binəqədi rayon prokurorluğuna müraciəti əsasında aparılmış araşdırma nəticəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə qeyd edilən qərar ləğv edilmiş və xx.xx.2022-ci il tarixdə yenidən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Sonuncu qərar Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli tarixli qərarı ilə ləğv edilmiş və iş əlavə araşdırılmaya göndərilmişdir.

5. Binəqədi rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən CM-in 314.2ci maddəsi ilə nəzərdə t utulmuş “əməldə cinayət tərkibi olmaması” əsası rədd edilmiş və həmin qərar hazırda qüvvədədir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilən 088197 nömrəli lisenziyaya əsasən Cavabdeh1 MMC-yə özəl tibb fəaliyyəti həyata keçirmək üçün müddətsiz icazə verilmişdir.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən icazə verilmiş ixtisasların siyahısına əsasən Cavabdeh1 MMC-yə otorinolarinqologiya, otorinolarinqoloji ambulator tibb xidməti üzrə, ümumi cərahiyyə, ümumi cərrahi stasionar tibb xidməti üzrə işlərin görülməsinə icazə verilmişdir. 8. “X38” MMC tərəfindən verilmiş stasionar xəstənin ******* (279) saylı tibbi kartından çıxarışdakı qeyd əsasən, müşayiət edən yaxınlarının bildirdiyinə görə, xəstə təxminən 1 həftə öncə qızdırma, halsızlıqdan və boğulmad an, nəfəs darlığından şikayət etmiş və həmin şikayətlərlə 18 yanvar 2021-ci il tarixdə “Elmed” klinikasına müraciət etmişdir. Klinikada xəstəyə otolarinq tərəfindən baxış keçirilmiş və burun çəpərinin əyriliyinin olması müəyyən edilmişdir. Şikayətlərin burun çəpəri əyriliyinə bağlı olması xəstənin yaxınlarına bildirilmiş və əməliyyat aparılması məqsədəuyğun hesab edilmişdir. Həmin gün xəstədə endotiaxeal narkoz altında “Septoplastika” əməliyyatı aparılmışdır. Lakin əməliyyatdan dərhal sonra xəstənin durumu kəskin pisləşmişdir. Xəstəyə 2 paket (hər biri 300 ml olmaqla) eyni qrup qan köçürülmüşdür. Xəstənin vəziyyəti pisləşməkdə davam etmiş və Cavabdeh2a müraciət edilmişdir. 19 yanvar 2021 tarixdə saat 19:00 radələrində Cavabdeh2 reanimatoloqu tərəfindən “Elmed” klinikasında xəstəyə baxış keçirilmişdir. Baxış zamanı xəstənin durumu olduqca ağır kimi dəyərləndirilmişdir. Saat 19:45 radələrində qohumlarının və “Elmed” klinikasının həkimlərinin xahişi ilə xəstə ambulans vasitəsilə, oksigen dəstəyi ilə son dərəcə ağır vəziyyətdə “City Hospitala” gətirilmişdir. Daxil olarkən xəstənin ümumi vəziyyəti son dərəcə ağırdır. Huşu alaqaranlıq, dəridə görünən selik qişaları solğundur, kəskin halsızlıq, ümumi zəiflik qeyd edilir. Auskultasiyada ağ ciyərlər üzərində tənəffüs zəif eşidilir. Tənəffüs hərəkətlərinin sayı 18 vurğu/dəq. Ürəkdöyünmələrin sayı 116 vurğu/dəq. A/T — 90/60 mm.c.st. SpOo - 90%. Peritonun qıcıqlanma sindromu mənfidir. Döyəcləmə simptomu hər iki tərə mənfidir. Bədən səthi boyu geniş dəri səpgiləri və ishal qeyd edilir. Daxil olarkən durumu son dərəcə ağır və çıxarkən də durumu son dərəcə ağır olaraq qiymətləndirilir. 9. “Yeni Klinika” X35 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli epikrizdə qeyd olunmuşdur ki, xx.xx.1986-cı il təvəllüdlü xəstə X12 xx.xx.2021 tarixində TTY vasitəsi ilə Cavabdeh2dan KRVİ, COVİD-19-pozitiv, ağ ciyərlərin iki tərəfli total pnevmoniyasi, kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə “Yeni Klinika”ya gətirilmiş, ilkin dəyərləndirmədə saturasiyani təyin etmək olmamış, intub-boruda, sedasiyasi fonunda reanimasiya şöbəsinə yerləşdirilmişdir. Evdə şikayətləri boğulmadan olmuşdur. Yaxınlarının deməsinə görə özünü 2 gündür ki, xəstə hesab edir, burun çəpəri probleminə görə müalicə aldığını deyiblər. Daxil olarkən xəstənin ümumi vəziyyəti ağır, SP02-66%, A/T 76/43 PS 87, temperatur 36,0 C olmuşdur. Xəstəyə STA-ya qoşulmuş, AC/PC reji mdə saturasiya 75% qədər yüksəlmişdir. Xəstəyə antibakterial, antiviral müalicəyə aparılmışdır. Qanın qaz tərkibi, hemogram, koagulyasiya, kimyəvi, infeksion və digər göstəricilərə ciddi nəzarət olunmuşdur. Xəstəxanaya daxil olandan xəstədə sidik ifrazı olmamış, burun, ağız və bədənin müxtəlif nahiyyələrindən qanaxmalar olmuş. Endotraxeal borudan daimi qanlı ifrazat gəlmişdir. Lakin aparılan bütün tədbirlərə baxmayaraq xəstənin vəziyyəti proqressiv pişləşmiş, A/T düşməyə meylli olmuş, inotrop dəstək verilmişdir. Xəstənin vəziyyəti daha da ağırlaşmış, xx.xx.2021-ci il tarixdə saat 07:20 da ürək fəaliyyəti dayanmışdır, xəstədə asistoliya qeyd olunmuşdur. Aparılan CPR tədbirləri yetərsiz olmuş, 08:00 da bioloji ölüm qeyd edilmişdir.

10. Səhiyyə Nazirliyinin cərahiyyə üzrə baş mütəxəssisi Elçi n Ağayev tərəfindən Səhiyyə Nazirliyinin daxili nəzarət şöbəsinin müdiri vəzifəsini icra edən Sahib Səfərova ünvanlanmış cavab məktubuna görə xəstə fövqəladə-təxirəsalınmaz və ya təxirəsalınmaz qaydada əməliyyat icra olunursa o zaman mövcud şəraitdən asılı olaraq KT və “COVİD 19” müayinələri aparılmaya bilər. Yox əgər xəstəyə tənəffüs yollarında planlı cərrahi müdaxilə icra olunursa o zaman bu müayinələrin aparılması vacibdir. Hazırda COVİD-19 virusunun müəyyən edilməsi üçün standart kart-test üsulu stasionar müalicəyə qəbul olunan bütün xəstələr (fövqəladə təxirəsalınmaz əməliyyatlar istisna olunmaqla) üçün qəbuldan öncə məcburi qaydada həyata keçrilir. Əməliyyat icra olunan gün xəstəyə aparılan rentgenoloji müayinə zamanı ağciyərlərdə “buzlu şüşə” əlaməti aşkar olunmaya bilər. Belə ki bu, sadə rentgenoloji müayinə üsulunun imkanları xaricindədir. Bu baxımdan, əməliyyatdan bir gün sonra daha dəqiq müayinə üsullları (məsələn döş qəfəsinin KT müayinəsi) vasitəsilə ağciyərlərin müəyyən qismində (bu halda 75%) “buzlu şüşə” əlaməti aşkar oluna bilər. Klinikalarda reanimasiya və intensiv terapiya şöbələrinin mövcudluğu, bu klinikaların fəaliyyət spektri ilə bağlıdır. Başqa sözlə, böyük həcmli cərrahi müdaxilələr (ürək-damar, döş qəfəsi və qarın boşluğu orqanlarında aparılan mürəkkəb əməliyyatlar) icra olunan klinikalarda reanimasiya şöbəsinin olması vacibdir. Burada əsas normativ tələblər reanimatoloji xidmətin həyata keçirilməsi üçün lazımi avadanlıqların və kadr potensialının olmasıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddia çılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə) ilə Binəqədi Rayon məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 700 manat, Cavabdeh2 MMC-dən 1800 manat məbləğində pul vəsaitinin maddi zərər kimi tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi; cavabdehlərdən mənəvi zərər kimi 500000 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə; həkim-Lor kimi özünü təqdim edən Natavan Əliyevanın barəsində müvafiq araşdırma aparılması və əsaslar olduğu təqdirdə barəsində cinayət işinin başlanılması üçün xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsini xahiş etmişdir. 12. “Yeni Klinika” X35, X5 və X20 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmi şlər.

13. Sonradan iş aidiyyəti üzrə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Günay Əliyeva (iddiaçılardan birinin qızı, digərini bacısı) tənəffüsündə məhdudiyyət yaranması səbəbindən “Elmed” Tibb Mərkəzində fəaliyyət göstərən həkim (Lor) Natavan Əliyevaya müraciət etmiş, həkim N.Əliyeva onu müayinə edərək, tənəffüsündə çətinlik yaranmasını Günay Əliyevanın burnunda çəpər əyriliyi olması ilə əlaqələndirmişdir. X28 Günay Əliyevaya təxirəsalmadan cərrahi əməliyyat edilməsinin zəruriliyini bildirmişdir. Bundan sonra, həkim N.Əliyeva xx.xx.2021-ci il tarixdə Günay Əliyeva ilə telefon əlaqəsi yaradaraq, cərrahiyyə əməliyyatını xx.xx.2021-ci il tarixdə həyata keçirəcəyini bəyan etmişdir. Qeyd edilən tarixdə həkim N.Əliyeva tərəfind ən Günay Əliyevanın burun nahiyyəsində cərrahiyyə əməliyyatı icra olunmuşdur. Lakin, sonradan iddiaçılara bəlli olmuşdur ki, X28 və klinikanın tibbi personalı tərəfindən bütün zəruri təhlillər və müayinələr, xüsusi ilə pandemiya şəraitində əməliyyatdan öncə mərhuma müvafiq qan təhlilləri və ağciyər nahiyyəsinin müayinəsi aparılmamışdır. Nəticədə, xəstə üzərində zəruri müayinələr aparılmadan, sonuncu cərrahiyyə əməliyyatına buraxılmış və burun nahiyyəsində sadə bir əməliyyat edildikdən sonra mərhumun qəfildən vəziyyəti ağırlaşmışdır.

15. Əməliyyat olunan gündən başlayaraq mərhumun orqanizminin son dərəcə zəiflədiyi, tez-tez və davamlı olaraq ögümə və qusma hallarının olması, çox miqdarda qan itirdiyi, təzyiqinin anormal olaraq aşağı düşdüyü xəstəxanadan iddiaçılara bildirilmişdir. Lakin mər humun vəziyyətinin ağırlaşmasının səbəbləri barədə klinikadan onun yaxınlarına, o cümlədən iddiaçılara heç bir məlumat verilməmişdir. X28, mərhumun vəziyyətinin ağırlaşdığını qeyd edərək, onun başqa xəstəxanaya, daha doğrusu Cavabdeh2 klinikasına keçirilməsinin zəruriliyini mərhumun yaxınlarına bildirdikdən sonra, iddiaçılar məhz onun məsləhətini nəzərə alaraq, xx.xx.2021-ci il tarixində mərhumu həkimin dediyi "City Hospital” klinikasına köçürmək məcburiyyətində qalmışlar.

16. Cavabdeh2 klinikasına keçirildikdən sonra xx.xx.2021-ci il tarixdə səhər saatlarında həmin klinikanın Toğrul adlı həkimi xəstənin vəziyyətinin ağır olduğunu, onda böyrək çatışmazlığı və qara ciyərində ciddi problemlər yarandığını mərhumun yaxınlarına bildirmişdir. Həmin gün, yəni xx.xx.2021-ci il tarixdə axşam saat t əxminən 17.00-18.00 radələrində Cavabdeh2 klinikasının baş həkimi Bayram Qorçuyev mərhumun koronovirusa yoluxduğunu, vəziyyətinin daha da ağırlaşdığını bildirərək, onun “Yeni Klinika” tibb müəsissəsinə keçirilməsini məsləhət görmüşdür. İddiaçılar dərhal həmin axşam mərhumu “Yeni Klinika” tibb müəsissəsinə köçürmüşlər. Növbəti gün, yəni xx.xx.2021- ci il tarixdə səhər saat 08.00 radələrində həkimlərin bütün müdaxilələrinə baxmayaraq mərhumun həyatını xilas etmək mümkün olmamış, Günay Əliyeva vəfat etmişdir.

17. Nəticə etibarı ilə həkim-lor kimi özünü təqdim edən Natavan Əliyevanın, sonuncunun işlədiyi “Elmed” Tibb Mərkəzinin və Cavabdeh2 klinikasının tibbi personalının, bütün zəruri tibbi müayinə və təhlillər aparılmadan, zəruri müalicə tədbirləri həyata keçirilmədən, səhiyyə qanunvericiliy inə və tibbi normativlərə birbaşa zidd fəaliyyəti nəticəsində G.Əliyeva həyatdan məhrum olmuşdur.

18. İddiaçıların səlahiyyətli nümayəndəsi və vəkili tərəfindən “Elmed” Tibb Mərkəzinə və Cavabdeh2 klinikasına müvafiq sorğular verilməklə, 1986-cı il təvəllüdlü mərhumun müayinəsi (analizlər daxil olmaqla) və müalicəsi, o cümlədən sonuncu üzərində aparılmış cərrahi əməliyyat barədə bütün tibbi sənədlərin, habelə X22 xəstəlik tarixi barədə sənədlərin təsdiq edilmiş surətləri, mərhumun müayinəsi və müalicəsində iştirak etmiş həkimlər və tibb personalının, cərrahi əməliyyatı həyata keçirmiş X28nın ixtisasları barədə sənədlər, o cümlədən onların diplomları, sertifikasiyadan keçmələri barədə sənədlərin, habelə əmək müqavilələrinin təsdiq edilmiş surətləri tələb edilsə də, cavabdehlər tərəfindən vəkil sorğularına heç bir cavab verilməmişdir. Sonradan “Elmed” Tibb Mərkəzində fəaliyyət göstərən X28nın 29 il otolarinqoloq (lor) kimi iş təcrübəsinin olduğu qeyd edilmiş internet səhifəsində onun 1991-1992-ci il tarixlərdə pediatriya üzrə internatura keçdiyi müəyyən edilmişdir.

19. Beləliklə, iddiaçılar tərəfindən Cavabdeh3 MMC-yə ödənilmiş 700 manat, Cavabdeh2 MMC-yə ödənilmiş 1800 manat məbləğində pul vəsaitləri müvafiq olaraq cavabdehlərdən maddi zərər kimi tutulmalı, eyni zamanda cavabdehlərdən mənəvi zərər kimi 500.000 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq mərhumun yaxınlarına - iddiaçılar X1 və İddiaçı2 ödənilməlidir.

20. Qeyd edilən pul vəsaitlərinin tutulduğu təqdirdə, həmin vəsaitlərin mərhumun azyaşlı uşaqlarının adına açılacaq bank hesablarında, onların yetk inlik yaşına çatana qədər saxlanılması, ana qayğısından məhrum olan uşaqların gələcək müqəddəratı və iddiaçılar - mərhumun anası və bacısının mənəvi təskinlik tapması üçün zəruridir. Eyni zamanda, həkim-lor kimi özünü təqdim edən Natavan Əliyevanın barəsində müvafiq araşdırmanın aparılması və əsaslar olduğu təqdirdə barəsində cinayət işinin başlanılması üçün xüsusi qərardad çıxarılaraq, Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi də zəruridir.

21. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 21 və 1112-ci maddələrinə istinad etmişlər.

22. Cavabdeh X21 birinci instansiya məhkəməsində iddiya etiraz olaraq göstərmişdir ki, xəstəni 2020-ci ilin oktyabr ayında oğlunun əməliyyatı ilə əlaqədar tanımışdır. Həmin vaxtı mərhumun özünü də müayinə etmiş, burnunda çəpər əyrili yinin olduğunu müəyyən etmişdir. Bundan sonra xəstə qayınanası ilə birlikdə 2021-ci ilin yanvar ayının 18-si xəstəxanaya gələrək bütün analizlərdən, qan analizi və koronavirus testindən də keçmişdir. Əməliyyatdan sonra xəstə palataya köçürülmüş və təzyiqi aşağı olması səbəbindən xəstəni həmin gün evə buraxmaq mümkün olmamışdır. Növbəti gün yenidən işə gədikdə ona xəstənin yüksək temperaturu olduğunu demişlər. Müayinə etdikdə təzyiqin hələ də aşağı olduğunu görmüş, reanimatoloqun məsləhəti ilə xəstəyə qan köçürülmüşdür. Xəstənin qanını “Star Life” klinikasına göndərmiş və koronavirus cavabı müsbət olmuşdur. Buna görə də X36 çağırmış, amma xəstəni heç bir xəstəxanaya yerləşdirmək mümkün olmamışdır. Sonda xəstəni Cavabdeh2a yerləşdirmişlər. Xəstədə koronovirusun olubolmamsı kart-test vasitəsi lə yoxlanmış, bu testin məlumatlılıq faizi təxminən 50-60 faizdir. Əməiyyatın icra edildiyi klinikada qan analizi ilə koronovirus yoxlanmır.

23. Cavabdeh2 MMC-nin nümayəndəsi X23 göstərmişdir ki, xəstə Cavabdeh2 MMCdə olduğu zaman özü orada olmamışdır. Lakin onda olan sənədlərdən xəstənin ağır vəziyyətdə Cavabdeh2a gətirildiyini öyrənmişdir. Əməiyyata gedəndə də “Covid-19” virusu xəstədə olmuşdur. Lakin ağciyərin rentgeni zamanı bu, özünü biruzə etməmiş, əməliyyat olunduqdan dərhal sonra isə orqanizmin zəifləməsi nəticəsində xəstəlik ağırlamışdır. Xəstə Cavabdeh2a gətirildiyini zaman ağır vəziyyətdə olduğundan onu dərhal “Covid-19” xəstəliyindən müyainə etmək mümkün olmamışdır. Vacib olan test deyil, kompter tomoqrafiyasıdır (KT).

24. Birinci instansiya məhkəməsində Şahid bildirmişdir ki, onun işlədiyi xəstəxanaya axşam saatlarında zəng olunaraq, xəstənin ağır vəziyyətdə olduğu bildirilmiş və təcili yaxınlaşmaları xahiş olunmuşdur. Onlar iki həkimdən ibarət tərkibdə xəstənin olduğu xəstəxanaya gəlmişlər. Həmin zaman digər xəstəxanaların xəstəni götürməkdən imtina etmələri barədə məlumatları olmamışdır. Onlar ünvana gəldikləri zaman xəstənin vəziyyəti ağır olmuşdur. Orada olan reanimotoloqlara xəstənin ümumi vəziyyəti barədə suallar verildikdə aydın cavab ala bilməmişlər. Xəstənin huşu aydın deyildi. Şəkərini yoxladıqda çox aşağı olduğu müəyyən edilmiş və ona qlükoza vurulmuşdur. Bundan sonra xəstənin vəziyyəti nisbətən yaxşılaşmışdır. Növbəti gün yenidən gəldikdə, xəstənin vəziyyətinin daha da ağırlaşdığını görmüş oksigen çatışmazlığından şübhələnmişlər. Müayinə etdikdə x əstənin ciyərlərində çoxlu miqdarda suyun olduğu məlum olmuşdur. Belə olduqda xəstəni məcbur aparata qoşmuşlar. Bundan sonra “Yeni Klinika” xəsətəxanasından avtomobil gəlib xəstəni aparmışdır.

25. Birinci instansiya məhkəməsində şahid X17 bildirmişdir ki, onu “Elmed” adlı xəstəxanaya çağırmışdılar. Həkim briqadasının tərkibində Şahid, Asif da Şərifov var idi. X26 əməliyyatdan əvvəl cərrahın, reanimotoloqun, kardioloqun və nefroloqun konsultasiyası aparılmış və infuzion müalicə keçirilmişdir. Xəstənin vəziyyəti əməliyyatdan sonra ağırlaşmış, şəkəri aşağı düşmüş, təzyiqi normal vəziyyətdə olmamış, huşu getmişdir. Mərhum bir-iki gün xəstəxanada qalmış, sonra qohumları sonuncunu başqa xəstəxanaya aparmışlar.

26. Birinci instansiya məhkəməsində şahid X24 göstərmişdir ki, onu “Elmed” adlı xəstəx anaya çağırmışdılar. X26 əməliyyatdan əvvəl cərrahın, reanimotoloqun, kardioloqun və nefroloqun konsultasiyası aparılmış və infuzion müalicə keçirilmişdir. Xəstənin vəziyyəti əməliyyatdan sonra ağırlaşmış, şəkəri aşağı düşmüş, təzyiqi normal vəziyyətdə olmamış, huşu getmişdir. Ona görə də xəstəyə qlükoza iynəsi vurmuş, bundan sonra xəstə bir az özünə gəlmişdir. Xəstə əməliyyat olunan zaman qan itirmiş, halbuki ona qan itirilmədiyi deyilmişdi. X32 palatada olan zaman onun yanında Natavan həkim də olmuş, sonuncu ona xəstədə “Covid 19” virusunun olub-olmaması barədə heç bir məlumat verməmişdir.

27. Birinci instansiya məhkəməsi iddiaçıların vəsatəti əsasında 01 dekabr 2021-ci il tarixli qərardadla məhkəmə-tibbi ekspertizası təyin etmişdir.

28. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə -Tibbi Ekspertiza və X15” X35 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, KEŞ-109 nömrəli rəyə əsasən: - 1-3-cü suallar üzrə bütün planlı cərrahi müdaxilələrdən əvvəl mütləq sayılan “COVİD-19” virusuna yoluxma halının təyini müayinələrin aparılması, insanlar arasında koronavirus infeksiyasının profilaktikası, diaqnostikası və müalicəsi “TƏBİB” və Səhiyyə Nazirliyinin metodik göstərişləri ilə tənzimlənir. Bu təlimat müvəqqəti xarakter daşıyır. Təqdim olunan tövsiyyələr ABŞ, Avropa və Çin dövlətlərinin X2, eləcə də X7 (ÜST) mütəxəssisləri tərəfindən dərc olunmuş faktiki məlumatlara əsaslanır və mütəmadi olaraq yenilənir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 07 sentyabr 2020-ci il tarixli Qərarı ilə (Protokol N29) təsdiq edilmiş “Koronavirus İnfeksiyasının (Covid19 ) X37 Metodik Təlimat”ından da göründüyü kimi “COVİD-19” virusuna yoluxmuş xəstələrin vəziyyəti nəzərə alınaraq ev şəraitində (ambulator), stasionar, reanimasion və “COVİD-19” virusunun müalicəsi üzrə ixtisaslaşmış müəssisələr kimi şəraitlərdə aparıla bilər. Xəstənin bir klinikadan başqa klinikaya köçürülməsinin mümkün olub-olmaması onun vəziyyətindən asılıdır. Tibbi sənədlərdən də göründüyü kimi planlı cərrahi müdaxilədən əvvəl döş qəfəsinin rentgeni və “COVİD-19” virusunun kart-Test üsulu yoxlanılması və onun hospitalizasiyası düzgün həyata keçirilmişdir ki, bu da hazırda mövcud olan metodik təlimatlara və tövsiyələrə uyğun olmuşdur; - 4-cü sual üzrə rentgenoloji müayinə zamanı “Buzlu şüşə” görüntüsü aşkar edilməyə bilər. Belə ki, bu, sadə rentgenoloji müayinə üsulunun imkanları xaricind ədir. “Buzlu şüşə” görüntüsünün 1-4 gün ərzində yaranması mümkündür; - 5-ci sual üzrə xəstənin evə buraxılması onun vəziyyəti kafi olduqdan sonra mümkündür, bu göstərici gün və saatlarla tənzimlənmir. Xəstənin hər hansı bir cərrahi müdaxilədən sonra stasionar müalicə günlərinin sayı orta hesabla nəzərə alınır və sağlamlığı kafi olduqda evə buraxılır; - 6-cı sual üzrə tibbi sənədlərə əsasən, xx.xx.2021 il tarixdə hər bir saatdan bir olmaqla daim xəstəyə instrumental müayinələr aparılmış, təzyiqi, tənəffüsün sayı, temperaturu və ürək döyüntülərinin sayı müayinə təyinat kartında qeyd edilmişdir; - 7-11-ci suallar üzrə “Elmed” X30 Əliyevanın vəziyyəti düzgün qiymətləndirilmiş, aparılmış müayinə və müalicələr, intensiv terapiyalar, təyin olunmuş dərman preparatlarının dozaları xəstənin hemodina mikasında yaranmış vəziyyətin aradan qaldırması üçün göstərilmiş tibbi tədbirlər Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimatlara uyğun olmuşdur; - 12-ci sual üzrə tibbi sənədlərdə göstərilənlərə əsasən xəstənin vəziyyətinin qənaətbəxş, müsbət hemodinamik göstəricilərinin və huşunun aydın olması onun xəstə yaxınlarının təkidi ilə Cavabdeh2a köçürülməsinə imkan vermişdir; - 13-16-cı suallar üzrə xəstənin başqa şöbəyə və xəstəxanaya köçürülməsi klinikada reanimasiya və intensiv terapiya şöbəsinin mövcudluğu klinikanın fəaliyyət spektri ilə bağlı olduğundan xəstənin vəziyyəti nəzərə alınaraq lazımi normativ tələbləri yaratmaq və reanimatoloji xidmətləri göstərmək üçün daha çox ixtisaslaşmış kadr potensialı, avadanlıqları olan xəstəxana və şöbələrə köçürülə bilər. Cavabdeh2 da digər tibb müəssisələri kimi ağır vəziyyətdə gələn xəstənin qəbulundan imtina edə bilməz, xəstə qəbul olunmalı və vəziyyəti stabilləşdikdən sonra daha ixtisaslı xəstəxanaya köçürülüb, müalicəsi davam etdirilməlidir. Xəstə “City Hospitalda qəbul olunarkən tərtib edilmiş tibbi sənədlərə əsasən “City Hospitalda” X9 göstərilmiş xidmətlər, aparılmış müayinələr səhiyyə sistemində qüvvədə olan təlimatlara uyğun olmuşdur; - tibbi sənədlərdə göstərilənlərə əsasən, xəstə G.Əliyevanın vəziyyətinin xx.xx.2021 ci il tarixdə axşam saatlarında deyil, xx.xx.2021-ci il tarixdə səhər saatlarında ağırlaşdığı qeyd olunub. “Covid-19” virusu aşkarlandıqdan sonra xəstə yaxınlarının təkidi ilə daha ixtisaslaşmış Cavabdeh2a göndərilə bilər.

29. İddiaçıların nümayəndəsi rəylə razı olmamış, rəyi verən ekspertlərin dindirilməsi ni xahiş etmişdir.

30. Birici instansiya məhkəməsində ekspert X10 bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X15” X35n xx.xx.2022-ci il tarixli rəyi onun tərəfindən tərtib edilmişdir. Sözügedən rəy əsaslı olaraq iş materiallarında olan tibb sənədləri əsasında tərtib edilmişdir. X22 ölümünün səbəbi “Covid19”, ikitərəfli viral pnevmoniya, septik şok, ağır intoksikasiya, kəskin tənəffüs çatmamazlığıdır. Döş qəfəsi orqanlarının KT müayinəsində sağ ağciyərin orta payında “buzlu şüşə” sahəsi aşkar edilmişdir. Xəstədə “Covid-19” virusu kart-test üsulu ilə yoxlanmışdır ki, bunun da nəticəsi 60-70 faiz düzgün olur.

31. Birici instansiya məhkəməsində ekspert X27 bildirmişdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X 15” X35n xx.xx.2022-ci il tarixli rəyi onun tərəfindən tərtib edilmişdir. Sözügedən rəy əsaslı olaraq iş materiallarında olan xəstənin tibbi tarixçəsi, tibb sənədləri əsasında tərtib edilmişdir.

32. Birici instansiya məhkəməsində ekspert X27 bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X15” X35n xx.xx.2022-ci il tarixli rəyi onun tərəfindən tərtib edilmişdir. Sözügedən rəy əsaslı olaraq iş materiallarında olan xəstənin tibbi tarixçəsi, tibb sənədləri əsasında tərtib edilmişdir. 18 yanvar 2021-ci il tarixində əməliyyat ərəfəsində xəstənin ağciyərlərində heç bir patologiya olmadığının rentqen vasitəsilə müəyyən edilməsi qeyd edilmişdir. “Covid-19” virusunun yoxlanılması yaxma analizi ilə yazılmış, lakin kart-test üsulu ilə yoxlanmışdır, virusun b u qaydada yoxlanması həkimin öz mülahizəsidir.

33. Birinci instansiya məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

34. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X15” X35 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 53 nömrəli rəyə əsasən: - 1-3-cü suallar üzrə bütün planlı cərrahi müdaxilələrdən əvvəl mütləq sayılan “COVİD-19” virusuna yoluxma halının təyini üçün müayinələrin aparılması, insanlar arasında koronavirus infeksiyasının profilaktikası, diaqnostikası və müalicəsi “TƏBİB” və Səhiyyə Nazirliyinin metodik göstərişləri ilə tənzimlənir. Bu təlimat müvəqqəti xarakter daşıyır. Təqdim olunan tövsiyyələr ABŞ, Avropa və Çin dövlətlərinin X2, eləcə də X7 (ÜST) mütəxəssisləri tərəfindən dərc olunmuş faktiki məlumatlara əsaslanır və mütəmadi olaraq yenilənir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 07 sentyabr 2020-ci il tarixli Qərarı ilə (Protokol N29) təsdiq edilmiş “Koronavirus İnfeksiyasının (Covid-19) X37 Metodik Təlimat”ından da göründüyü kimi “COVİD-19” virusuna yoluxmuş xəstələrin vəziyyəti nəzərə alınaraq ev şəraitində (ambulator), stasionar, reanimasion və “COVİD-19” virusunun müalicəsi üzrə ixtisaslaşmış müəssisələr kimi şəraitlərdə aparıla bilər. Xəstənin bir klinikadan başqa klinikaya köçürülməsinin mümkün olub-olmaması onun vəziyyətindən asılıdır. Tibbi sənədlərdən də göründüyü kimi planlı cərrahi müdaxilədən əvvəl döş qəfəsinin rentgeni və “COVİD-19” virusunun kart-test üsulu ilə yoxlanılması, və onun hospitalizasiyası düzgün həyata keçirilmişd ir ki, bu da hazırda mövcud olan metodik təlimatlara və tövsiyələrə uyğun olmuşdur; - 4-cü sual üzrə rentgenoloji müayinə zamanı “Buzlu şüşə” görüntüsü aşkar edilməyə bilər, belə ki, bu, sadə rentgenoloji müayinə üsulunun imkanları xaricindədir. “Buzlu şüşə” görüntüsünün 1-4 gün ərzində yaranması mümkündür; - 5-cü sual üzrə xəstənin evə buraxılması onun vəziyyəti kafi olduqdan sonra mümkündür, bu göstərici gün və saatlarla tənzimlənmir. Xəstənin hər hansı bir cərrahi müdaxilədən sonra stasionar müalicə günlərinin sayı orta hesabla nəzərə alınır və sağlamlığı kafi olduqda evə buraxılır; - 6-cı sual üzrə tibbi sənədlərə əsasən, xx.xx.2021 il tarixdə hər bir saatdan bir olmaqla daim xəstəyə instrumental müayinələr aparılmış, arterial təzyiqi, tənəffüsün sayı, temperaturu və ürək döyüntülərini n sayı müayinə təyinat kartında qeyd edilmişdir; - 7-11-ci suallar “Elmed” X30 Əliyevanın vəziyyəti düzgün qiymətləndirilmiş, aparılmış müayinə və müalicələr, intensiv terapiyalar, təyin olunmuş dərman preparatlarının dozaları xəstənin hemodinamikasında yaranmış vəziyyətin aradan qaldırması üçün göstərilmiş tibbi tədbirlər Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimatlara uyğun olmuşdur; - 12-ci sual üzrə tibbi sənədlərdə göstərilənlərə əsasən, xəstə yaxınlarının təkidi ilə Cavabdeh2a köçürmək üçün xəstənin vəziyyətinin qənaətbəxş olduğu qeyd edilmiş, müsbət hemodinamik göstəricilərinin və huşunun aydın olması onun köçürülməsinə imkan vermişdir; - 13-16 və18-ci suallar üzrə xəstənin başqa şöbəyə və xəstəxanaya köçürülməsi Klinikada reanimasiya və intensiv terapiya şöbəsinin mövcudluğu bu klinikanın fəaliyyət spektri ilə bağlı olduğundan xəstənin vəziyyəti nəzərə alınaraq lazımi normativ tələbləri yaratmaq və reanimatoloji xidmətləri göstərmək üçün daha çox ixtisaslaşmış kadr potensialı, avadanlıqları olan xəstəxana və şöbələrə köçürülə bilər. Cavabdeh2 da digər tibb müəssisələri kimi ağır vəziyyətdə gələn xəstənin qəbulundan imtina edə bilməz, xəstə qəbul olunmalı və vəziyyəti stabilləşdikdən sonra daha ixtisaslı xəstəxanaya köçürülüb, müalicəsi davam etdirilməlidir. Xəstə Cavabdeh2da qəbul olunarkən tərtib edilmiş tibbi sənədlərə əsasən “City Hospitalda” X9 göstərilmiş xidmətlər, aparılmış müayinələr səhiyyə sistemində qüvvədə olan təlimatlara uyğun olmuşdur; - 17 və 19-cu suallar üzrə Cavabdeh2da X8 adına tərtib edilmiş xəstəlik tarixinə əsasən xx.xx.2021-ci il tarixdə saat 19:45-də “Kəskin tənəffüs çatmamazlığı” diaqnozu ilə daxil olmuşdur. Onun vəziyyətinin ağırlığına uyğun olaraq instrumental müayinələr, döş qəfəsi orqanlarının KT müayinəsi, xəstəyə cərrahın, reanimatoloqun, kardioloqun və nefroloqun konsultasiyası və infuzion terapiya icra edilmişdir. Sonra hipoksiyanı nəzərə alaraq xəstə intubasiya edilərək süni ventilyasiyaya keçirilmişdir. Xəstənin vəziyyəti onun digər tibb müəssisəsinə köçürülməsinə imkan verəcək qədər stabilləşdirildikdən sonra xx.xx.2021-ci il tarixdə, saat 20:00-da 103 vasitəsilə ağır vəziyyətdə “Yeni Klinika”ya köçürülmüşdür.

35. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-33/2023 nömrəli, 7 iyun 2023-cü tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 Məhəmədiyyə qızı və İddiaçı2 cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və X16 qarş ı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. (hakim Mehriban Əfəndizadə)

36. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X12 18 yanvar 2023-cü il tarixdə “Elmed” klinikasında cavabdeh X21 tərəfindən “septoplastika” əməliyyatı keçirmişdir. Əməliyyatdan öncə klinikada pasiyentdən müəyyən analizlər, o cümlədən “ekspress-test” vasitəsilə “Covid-19” analizini götürülmüş, ağciyərlərin rentgenoqrafiyası, ürəyin exo-kartioqrafiyası kimi müayinələrdən keçirilmişdir. Əməliyyatda ağırlaşma müşahidə edilməmiş, əməliyyatdan sonra həmin klinikada vəziyyəti pisləşmiş, təzyiqi düşmüş, bədən temperaturu qalxmışdır. Xəstədən onun “Covid19” virusunun yoluxubyoluxmamasını təyin etmək məqsədilə yenidən analiz götürülmüş, PZR analizin nəticəsi müsbət olmuşdur. Dah a sonra xəstə “X38” a köçürülmüş, orada xəstəyə müəyyən müalicə müayinə prosedurları həyata keçirilmişdir. xx.xx.2021-ci il tarixdə icra edilən KT müayinəsi xəstənin ağciyərlərində 70-80 faiz buzlaşmanın olduğunu təsbit etmişdir. Bundan sonra xəstə “Yeni Klinika” ya köçürülmüş, orada vəfat etmişdir.

37. Həmçinin müəyyən edilmişdir ki, iddiaçılar mərhum X11 “Elmed” Tibb Mərkəzi»nin həkimi Natavan Əliyevanın səhlənkarlığı nəticəsində ölməsi haqqında Binəqədi rayon prokurorluğuna müraciət etmiş, həmin müraciət əsasında aparılmış araşdırma nəticəsində xx.xx.2021-ci il tarixində “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə qeyd edilən qərar ləğv edilmiş və xx.xx.2022-ciil tarixdə yenidən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqın da” qərar qəbul edilmişdir. Sonuncu qərar Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli tarixli qərarı ilə ləğv edilmiş və iş əlavə araşdırılmaya göndərilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Binəqədi rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və həmin qərar hazırda qüvvədədir. Sözügedən qərara əsasən X8 ölümü ilə bağlı “Elmed” Tibb Mərkəzinin həkimi X13 əməlində Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri aşkar edilməmişdir.

38. Birinci instansiya məhkəməsi ilk öncə “Elmed” Tibb Mərkəzində fəaliyyət göstərən həkimlərin (o cümlədən həkim X13) hərəkət və ya hərəkətsizliyi nin qanunsuz olub-olmaması ilə əlaqədar iş materiallarında olan sübutları araşdıraraq göstərmişdir ki, 18 yanvar 2021-ci il tarixdə “Elmed” Tibb Mərkəzində X28 tərəfindən Günay Əliyevanın üzərində burun çəpər əyriliyi ilə bağlı septoplastika cərrahi əməliyyatı aparılmışdır. İddiaçılar həmin əməliyyatdan sonra G.Əliyevanın vəziyyətinin qəfildən ağırlaşaraq, səhhətindəki bu ağırlaşmanin bir neçə gün ərzində Günay Əliyevanın ölümü ilə nəticələnməsini göstərərək həkim-Lor kimi özünü təqdim edən Natavan Əliyevanın, sonuncunun işlədiyi “Elmed” Tibb Mərkəzinin və Cavabdeh2 klinikasının tibbi personalının, bütün zəruri tibbi müayinə və təhlillər aparılmadan, zəruri müalicə tədbirləri həyata keçirilmədən, səhiyyə qanunvericiliyinə və tibbi normativlərə birbaşa zidd fəaliyyəti nəticəsində Günay Əliy eva həyatdan məhrum olmasını iddia edərək maddi və mənəvi ziyanı məruz qalmalarını göstərmişlər. Müəyyən edilmişdir ki, X21 N.Nərimanov adına Azərbaycan Tibb Universitetində “pediatriya” ixtisası üzrə təhsil alsa da, ona otorinolarinqologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün xx.xx.2013-cü il tarixli, AH 009473 və xx.xx.2018-ci il tarixli, AH 030064 nömrəli “Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnamələri verilmişdir. Beləliklə, X13 otorinolarinqologiya ixtisası üzrə fəaliyyət göstərmək səlahiyyəti olmuşdir.

39. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, hazırki icraat çərçivəsində iki dəfə məhkəmə-tibbi ekspertizası təyin edilərək, iddia tələblərinin əsaslılığı baxımından ekspertlər qarşısında müvafiq suallar qo yulmuşdur. Ekspertiza rəylərində birmənalı olaraq qeyd edilmişdir ki “Elmed” X30 Əliyevanın vəziyyəti düzgün qiymətləndirilmiş, aparılmış müayinə və müalicələr, intensiv terapiyalar, təyin olunmuş dərman preparatlarının dozaları xəstənin hemodinamikasında yaranmış vəziyyətin aradan qaldırması üçün göstərilmiş tibbi tədbirlər Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimatlara uyğun olmuşdur. Həmçinin ekspert rəylərində konkret olaraq qeyd edilmişdir ki, xəstə Cavabdeh2da qəbul olunarkən tərtib edilmiş tibbi sənədlərə əsasən “City Hospitalda” X9 göstərilmiş xidmətlər, aparılmış müayinələr səhiyyə sistemində qüvvədə olan təlimatlara uyğun olmuşdur.

40. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyləri mərhumənin ölməsi ilə cavabdeh klinikaların həkimləri tərəfindən həyata keçiri lmiş əməliyyat arasında hər hansı bir əlaqənin olması istisna edilmişdir. Əməliyyatı icra etmiş həkim barədə cinayət işinin başlanmasının rədd edilməsi barədə prokurorluq tərəfindən qəbul edilmiş qərar dəfələrlə ləğv edilmiş və sonuncu əlavə araşdırma zamanı da eyni məzmunlu qərar qəbul edilərək “Elmed” Tibb Mərkəzinin həkimi X13 əməlində Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyi əsası ilə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və bu qərar hazırda qüvvədədir.

41. Birinci instansiya məhkəməsi zərər və deliktlə bağlı qanunvericiliyin normalarına istinadən qeyd etmişdir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərər in onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Məhkəmə baxışı zamanı araşdırılmış hallardan isə görünür ki, iddiaçılar onlara maddi və mənəvi zərərin vurulmasını, həmin zərərlə cavabdehlərin qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə zərərin vurulmasında cavabdeh tərəfin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə işdə olan sübutlarla cavabdeh təşkilatların həkimləri tərəfindən mərhuməyə təyin olunmuş diaqnozun düzgün qoyulduğu, müayinə və müalicənin isə düzgün aparıldığı müəyyən edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, mərhumə X3” Tibb Mərkəzinin həkimi X21 tərəfindən əməliyyat olunmamışdan əv vəl “COVİD-19” (kart test) aparılmış, nəticə «neqativ» olmuşdur. Ekspertiza rəylərindən də göründüyü kimi, planlı cərrahi müdaxilədən əvvəl döş qəfəsinin rentgeni və “COVİD-19” virusunun kart-Test üsulu ilə yoxlanılması və onun hospitalizasiyası düzgün həyata keçirilmişdir ki, bu da hazırda mövcud olan metodik təlimatlara və tövsiyələrə uyğun olmuşdur.

42. Birinci instansiya məhkəməsi göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə mərhumə X8 tənəffüsündə və hemodinamik göstəricilərdə qeyri-stabillik, bədən hərarətinin 38,5 C olması qeyd olunduğu üçün intensiv terapiya aparılmaqla yanaşı konsilium ilə təcili “COVİD-19” təkrar diaqnostika üçün qandan İgM və İgG yoxlanılmış və nəticə pozitiv çıxmış, konsilium əsasında mərhumə artıq “COVİD-19” diaqnozu ilə Cavabdeh2a köçürülmüşdür. İşin araşdırılmı ş halları ilə müəyyən edildiyi kimi xəstənin vəziyyətinin qənaətbəxş, müsbət hemodinamik göstəricilərinin və huşunun aydın olması onun xəstə yaxınlarının təkidi ilə Cavabdeh2a köçürülməsinə imkan vermiş, orada döş orqanlarının KT müayinəsində sağ ağciyərin orta rayında “Buzlu şüşə” sahəsi aşkar edilmiş, onun vəziyyəti aktiv fazada olan kəskin “COVİD-19” pnevmaniyası fonunda septik şok intoksasiyası kimi dəyərləndirilmiş və ağır vəziyyətdə «Yeni Klinika»ya köçürülmüşdür. Buna qədər isə Cavabdeh2da X9 göstərilmiş xidmətlər, aparılmış müayinələr səhiyyə sistemində qüvvədə olan təlimatlara uyğun olması iş üzrə verilmiş rəylərdə öz təsdiqini tapmışdır. Həmçinin də ekspert rəylərindən göründüyü kimi, “Elmed” Tibb Mərkəzində cərrahi müdaxilədən əvvəl döş qəfəsinin rentgeni zamanı “Buzlu şüşə” gör üntüsü aşkar edilməməyə bilərdi. Belə ki, bu sadə rentgenoloji müayinə üsulunun imkanları xaricindədir. “Buzlu şüşə” görüntüsünün 1-4 gün ərzində yaranması mümkündür.

43. Birinci instansiya məhkəməsinin qənaətinə görə mərhumə X3” Tibb Mərkəzinin həkimi X21 tərəfindən əməliyyat olunmamışdan əvvəl onda “COVİD-19” virusuna yoluxmasının əlamətləri artıq var idisə belə, əməliyyatdan əvvəlki müayinələr əsasında bu hal müəyyən edilmədiyindən əməliyyadan sonrakı dönəmdə onun vəziyyətinin ağırlaşmasının səbəbi kimi həmin virusun əlamətlərinin onda olmasının büruzə verməsi cavabdehlər tərəfindən işlərinə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsinin yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi hallarının təsdiqi kimi qiymətləndirilə bilməz.

44. Birinci instansiya məhkəməsinin vurğulamışdır ki, “Elmed” Tibb Mərkəzinin həkimi X21 tərəfindən Günay Əliyevanın üzərində burun çəpər əyriliyi ilə bağlı hər hansı qeyri-qanuni hərəkətə və ya öz xidməti vəzifəsinin yerinə yetirməsi ilə bağlı hər hansı hərəkətsizləyə yol verməməsi həm istintaq orqanı, həm də iş üzrə keçirilmiş eksertiza rəyləri ilə də təsdiq edilmir. Belə olan halda isə X13 işlədiyi “Elmed” Tibb Mərkəzinin üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz. Eyni hallar digər cavabdeh “X38”a da aid olmaqla cavabdehlər tərəfindən hər hansı hüquqa zidd əməllərə yol verilməsi heç bir mötəbər və tutarlı sübut növləri ilə öz təsdiqini tapmamışdır.

45. Birinci instansiya məhkəməsi göstərilən nəticələrə gələrkən ekspert rəyinin sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaq cadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksək olmasını nəzərə almışdır. Digər tərəfdən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmir, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterlidir.

46. Birinci instansiya məhkəməsi ekspertizaların qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını və məhkəməyə təqdim edildiyini, digər sübutlar, o cümlədən dindirilmiş ekspertlərin, şahidlərin ifadələri təsdiq edildiyini nəzərə alaraq onu mötəbər sübut növü kimi qiymətləndirmişdir.

47. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olduğu üçün sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, onlar baş verənləri aydın və müfəssəl təsvir etmiş, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir.

48. Beləliklə, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçıların tələbinin qanuni əsaslarının dispozitiv şərtlərinin mövcudluğu, yəni əməliyyatı həyata keçirən cavabdeh təşkilatın həkiminin (X13) tibbi normaları (standartları) pozmaqla səhvə yol verdiyi, cavabdehlər tərəfindən diaqnozun və təyin edilmiş müalicənin düzgün aparılmaması və bunun nəticəsində iddiaçıların maddi zərərə məruz qaldığı öz təsdiqini tapmamışdır.

49. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 1096, 1097.1, 1099.1, 1121-ci, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 59-cu, “Özəl tibbi fəaliyyət haqqında” Qanunun 9, 16-cı, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

50. İddiaçı1 Məhəmədiyyə qızı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

51. Apellyasiya şikayətində işin halları ilə yanaşı, aşağıdakılara istinad edilmişdir: - birinci instansiya məhkəməsi iş üzrə eyni məzmunlu 2 ekspert rəylərinə əsaslanmışdır. Məhkəmənin qənaətinə görə həmin rəylərdə birmənalı olaraq qeyd edilmişdir ki, “Elmed” X30 Əliyevanın vəziyyəti düzgün qiymətləndirilmiş, aparılmış müayinə və müalicələr, intensiv terapiyalar, təyi n olunmuş dərman preparatlarının dozaları xəstənin hemodinamikasında yaranmış vəziyyətin aradan qaldırması üçün göstərilmiş tibbi tədbirlər Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimatlara uyğun olmuşdur. Həmçinin də ekspert rəylərində konkret olaraq qeyd edilmişdir ki, xəstə Cavabdeh2da qəbul olunarkən tərtib edilmiş tibbi sənədlərə əsasən “City hospitalda” X9 göstərilmiş xidmətlər, aparılmış müayinələr səhiyyə sistemində qüvvədə olan təlimatlara uyğun olmuşdur (qətnamə səh.13,abz.5) Lakin, nə qədər qəribə görünsə də, qətnamədə 2 ekspert rəylərinə istinad edən hakim məhkəmə araşdırması zamanı özündən əvvəl işə baxmış hakim tərəfindən təyin edilmiş birinci ekspertiza rəyini əvvəlcə kifayət qədər ziddiyyətli və aydın hesab etməyərək, ikinci dəfə məhkəmə-tibb ekspertizası təyin etmiş və s onradan ikinci ekspert rəyinin əvvəlki rəyi olduğu kimi təkrar etməsinə baxmayaraq, nədənsə, iki eyni məzmunlu rəyi aydın və əsaslı hesab etmiş və onlara əsaslanmışdır. Halbuki, həmin ekspert rəylərində, cavabdehlər qismində cəlb edilmiş həkim və hər iki klinikanın xəstəyə münasibətdə qüsursuz və qüvvədə olan təlimatlara uyğun fəaliyyət göstərdikləri əks olunsa da, qeyd olunan təlimatlar (normativlər) barədə rəylərdə heç bir məlumat göstərilməmiş, həmçinin, rəylərdə qoyulmuş sualların əksəriyyətinə cavab verilməməsi ilə yanaşı,COVİD-19 virusuna yoluxduğu göstərilən xəstə Günay Əliyevanın üzərində cərrahi əməliyyat keçirilməsinə və bundan sonra bu sahədə ixtisaslaşmayan “Elmed” Tibb Mərkəzində və Cavabdeh2da nə səbəbə bu xəstənin qəbul edilərək üç gün saxlanılmasına, ixtisaslaşdırılmış tibb müəssisəsinə vaxtında köçürülməməsinə də aydınlıq gətirilməmişdir; - ekspertlər tərəfindən klinikalarda tərtib olunmuş tibbi sənədlərdə, xüsusən xəstəlik tarixlərində aparılmış qeydlərdə xəstənin vəziyyəti barədə aşkar ziddiyyətlərin olmasına, xəstənin “Elmed” Tibb Mərkəzindən digər tibb müəssisəsi Cavabdeh2a köçürülərkən, onun COVİD-19 virusuna yoluxması barədə Cavabdeh2ın həkimlərinə məlumat verilməməsinə (bu fakt xəstə qəbul edilərkən orada iştirak edən klinikanın həkimlərinin ifadələri ilə tam təsdiq edilmişdir) ekspert rəylərində heç bir münasibət bildirilməmişdir; - birinci instansiya məhkəməsi həmçinin qətnamədə qeyd etmişdir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına gö rə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Məhkəmə qeyd etmişdir ki, məhkəmə baxışı zamanı araşdırılmış hallardan isə görünür ki, iddiaçılar onlara maddi və mənəvi zərərin vurulmasını, həmin zərərlə cavabdehlərin qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə zərərin vurulmasında cavabdeh tərəfin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir (qətnamə səh.13,abz.9); - qəribədir, birinci instansiya məhkəməsinin hakimi yuxarıdakıları öz qətnaməsində yazarkən, nədənsə, COVİD-19 virusuna yoluxduğu göstərilən, iki azyaşlı uşaq anası olmuş gənc bir qadın Günay Əliyevanın dərhal bu sahədə ixtisaslaşdırılmış klinikaya keçirilməsi üçün tədbirlər görülməli olduğu halda, COVİD xəstəsi ola-ola sonuncu üzrərind ə cərrahi əməliyyatın icra edilməsi və bundan sonra üç gün COVİD xəstəsinin bu sahədə ixtisaslaşmayan klinikalarda əsassız və qanunsuz saxlanılmasının, xəstənin ölümünə gətirib çıxaran əsas səbəb olduğunu görə bilməmişdir; - aşağıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamış və həmin hallara heç bir münasibət bildirilməmişdir: - 1) tənəffüs yollarında planlı cərrahi müdaxilədən əvvəl KT və Covid-19 müayinələrinin aparılması vacib olduğu halda, təcili və təxirəsalınmaz əməliyyat olmayan burun çəpəri əməliyyatı ərəfəsində, “Elmed” Tibb Mərkəzi və X28 tərəfindən xəstə Günay Əliyevaya münasibətdə həmin müayinələr hansı səbəblərdən aparılmadığı, bu sahədə normativ tələblərin nədən ibarət olduğu məhkəmə tərəfindən aydınlaşdırılmamışdır; - 2) “Elmed” Tibb Mərkəzi və X28 tərəfindən, sonuncunun dediklərinə əsasən, tənəffüs yollarında planlı cərrahi müdaxilədən əvvəl COVİD-19 virusunun yoxlanılması “(kart-test)” vasitəsilə həyata keçirilmişdir, təcili və təxirəsalınmaz əməliyyat olmayan burun çəpəri əməliyyatı keçirilməmişdən əvvəl hansı səbəbdən COVİD-19 virusunun yoxlanılmasının TƏBİB vasitəsilə deyil, aptekdən alınmış “(kart-test)” vasitəsilə həyata keçirilməsinə, “Elmed” Tibb Mərkəzinin COVİD-19 virusunun yoxlanılması üçün təhlillər aparmaq səlahiyyətinin olmadığına, TƏBİB-in sistemində qeydiyyatdan keçmədiyinə, heç bir münasibət bildirilməmişdir. Məhkəmə bu məsələ ilə bağlı normativ tələblərin nədən ibarət olduğunu aydınlaşdırmamışdır. - 3) birinci instansiya məhkəməsi, “Elmed” Tibb Mərkəzindən götürülmüş xəstəlik tarixində əməliyyat icr a edilən gün, yəni xx.xx.2021-ci il tarixdə əməliyyat ərəfəsində xəstənin ağciyərlərində heç bir patalogiya olmadığının guya rentgen vasitəsilə müəyyən olunması qeyd olunsa da, növbəti gün, yəni xx.xx.2021-ci il tarixdə, xəstənin COVİD xəstəsi olduğunun müəyyən edilməsinə, bir gün ərzində həmin xəstənin ağciyərlərində 75 % buzlaşma (buzlu şüşə sahəsinin) əmələ gəlməsinə və bundan sonra xəstənin ixtisaslaşdırılmış klinikaya köçürülməsi üçün heç bir tədbir görülməməsinə qiymət verməmişdir; - 4) birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, “Elmed” Tibb Mərkəzindən götürülmüş xəstəlik tarixində xx.xx.2021- ci il, saat 14.30-da xəstə Günay Əliyevanın əməliyyatının fəsadsız yekunlaşdığı, xəstənin vəziyyətinin əməliyyatdan sonrakı dövrə uyğun olduğu, qanaxma olmadığının aşkar qeyd edilməsin ə baxmayaraq, nədənsə, xəstə əməliyyat olunan günün sonunda evə buraxılmamış və növbəti günə qədər xəstəxanada saxlanılmış, “Elmed” Tibb Mərkəzindən götürülmüş xəstəlik tarixində xx.xx.2021-ci il, saat 14.30-dan xx.xx.2021-ci il saat 10.00-a qədər heç bir qeyd aparılmamış, xəstənin vəziyyəti, habelə onunla hansı müayinə və müalicə tədbirlərinin aparıldığı qeyri-müəyyən qalmışdır. Göstərilən zaman kəsiyində xəstənin vəziyyəti, müayinə və müalicələrinin nədən ibarət olduğu məlum olmamışdır; - 5) “Elmed” Tibb Mərkəzindən götürülmüş xəstəlik tarixində xx.xx.2021-ci il, saat 10.00-11.00-a olan qeydlərdən görünür ki, xəstənin vəziyyətində nisbi dəyişiklik var,....xəstənin burnuna qoyulan tamponlar qurudur, burun udlaqdan axıntı yoxdur, xəstənin təzyiqinin düşməyə meyilli olması nəzərə alınara q, eyni qrup A(İİ)+250 ml qan köçürülməsinə qərar verilmişdir. Qanaxma olmadığı halda, yalnız təzyiqin düşməyə meyilli olması səbəbindən qan köçürülməsinin hansı səbəblərdən icra olunması da birinci instansiya məhkəməsi üçün maraqlı olmamışdır; - 6) “Elmed” Tibb Mərkəzindən götürülmüş xəstəlik tarixində xx.xx.2021-ci il tarixdə saat 13.20-də xəstənin vəziyyətində yaxşılaşma qeyd olunmadığı və hərarətinin 38,5 olduğu göstərilmiş və bu nəzərə alınaraq xəstənin qanı Starlab klinikasına COVİD-19 virusuna yoluxmanın yoxlanılması üçün saat 14.15-də göndərilmiş və 15.23-də təhlilin nəticəsi pozitiv çıxmışdır. Belə vəziyyətdə, COVİD-19 virusuna yoluxan xəstəni saat 15.30dan 19.45-ə qədər saxlayan “Elmed” Tibb Mərkəzi xəstənin nə səbəbə ixtisaslaşdırılmış klinikaya köçürülməsi üçün heç bir tədbir g örməməsinə birinci instansiya məhkəməsi göz yummuşdur; - 7) “Elmed” Tibb Mərkəzindən götürülmüş xəstəlik tarixində saat 19.40-da qeyd edilmişdir ki, xəstə G.Əliyevanın vəziyyəti qənaətbəxşdir, müsbət hemodinamik göstərişlər, huşu aydın vəziyyətdə Cavabdeh2a köçürüldü, valideynlərinin təkidi ilə, belə halda, yəni xəstənin vəziyyəti qənaətbəxş idisə, sonuncunun Cavabdeh2a köçürülməsi hansı zərurətdən irəli gəlirdi, huşu aydın olan xəstəyə və yaxınlarına COVİD-19 virusuna yoluxması barədə yazılı məlumat verilməməsi, bu virus üzrə ixtisaslaşmayan klinikaya köçürülmənin xəstənin və onun qohumlarının yazılı razılığı olmadan həyata keçirilməsinin normativlərə uyğun olub olmaması birinci instansiya məhkəməsi tərəfindən, ümumiyyətlə, qiymətləndirilməmişdir. - 8) məhkəmə araşdırması zamanı Cavabdeh2 ın həkimlərinin izahatlarından müəyyən edilmişdir ki, xəstənin COVİD-19 virusuna yoluxması barədə “Elmed” Tibb Mərkəzindən onlara heç bir məlumat verilməmiş, xəstənin heç bir tibbi sənədi, xəstəlik tarixi onlara təqdim edilməmişdir. Belə olan halda, yəni son dərəcə ağır vəziyyətdə olan xəstənin Cavabdeh2a köçürülməsi zamanı, xəstənin tibbi sənədlərinin (xəstəlik tarixinin), habelə xəstənin COVİD-19 virusuna yoluxması barədə məlumatın “Elmed” Tibb Mərkəzi tərəfindən Cavabdeh2a təqdim edilməməsinin işin həlli üçün mühüm əhəmiyyət kəsb etdiyinə baxmayaraq, məhkəmə bu halı görməzdən gəlmişdir; - 9) Cavabdeh2ın xəstəlik tarixindən müəyyən edilir ki, xəstə Günay Əliyeva, xx.xx.2021-ci il tarixdə saat 19.45-də Cavabdeh2a daxil olarkən, vəziyyəti son dərəcə ağır olmuş, kəskin tənəffüs çatışmazlığı olmuşdur. COVİD-19 virusuna yoluxmaya əsaslı şübhələr olduğu halda, bu sahədə ixtisaslaşmayan Cavabdeh2 klinikası hansı səbəbdən belə xəstənin müvafiq təhlillərini aparmadan (test etmədən) onu xəstəxanaya qəbul etməsinə də məhkəmə heç bir münasibət bildirməmişdir. Məhkəmə eyni zamanda, xəstə köçürülərkən,“Elmed” Tibb Mərkəzinin xəstəlik tarixində xəstənin vəziyyətinin qənaətbəxş, müsbət hemodinamik göstərişlər olduğu barədə qeydlər ilə “CityHospital” klinikasının xəstəlik tarixində isə eyni vaxt üçün, əksinə xəstənin vəziyyətinin son dərəcə ağır olması, kəskin tənəffüs çatışmazlığının olması barədə qeydlər arasında ziddiyyətləri də aydınlaşdırmaq istəməmişdir. Bu ziddiyətlərlə bağlı suallar qarşısında, ekspertlər də aciz qalmışlar; - 10) COVİD-19 virusuna yoluxması qeyd olunan xəstə Günay Əliyeva xx.xx.2021-ci il tarixdə, saat 19.45-də Cavabdeh2a daxil olduqdan dərhal sonra onun KT müayinəsindən keçirilməməsi, bu müayinənin yalnız növbəti gün xx.xx.2021-ci il tarixdə keçirilməsinin, nəticədə xəstənin lüzumsuz yerə ixtisaslaşmayan klinikada saxlanılmasının davam etdirilməsi və sonuncunun vəziyyətinin daha da ağırlaşması və sonda onun həyatını itirməsinə səbəb olmasına da məhkəmə münasibət bildirmək istəməmişdir; - 11) hər iki klinikanın və həkimlərin, xüsusilə Natavan Əliyevanın bütün imkanları olduğu halda, COVİD-19 virusuna yoluxması qeyd olunan xəstə Günay Əliyeva üzərində dərhal, təxirəsalınmadan KT və Covid-19 müayinələrinin aparılması və TƏBİB-ə məlumat verilməsi, sonuncunun ixtisaslaşdırılmış müalicə müəssisəsinə yerləşdirilməsi üçün heç bir tədbir görülməməsinə mə hkəmə lazımi qiymət verməmişdir.

52. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5611/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Fuad Talışinski)

53. Apellyasiya instansiyası məhkəməsi birinci instanasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, iş üzrə 2 dəfə məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspertlər qarşısında iddia tələblərinin əsaslılığı baxımından müvafiq suallar qoyulmuşdur. Ekspertiza rəylərində birmənalı olaraq qeyd edilmişdir ki, “Elmed” X30 Əliyevanın vəziyyəti düzgün qiymətləndirilmiş, aparılmış müayinə və müalicələr, intensiv terapiyalar, təyin ol unmuş dərman preparatlarının dozaları xəstənin hemodinamikasında yaranmış vəziyyətin aradan qaldırması üçün göstərilmiş tibbi tədbirlər Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimatlara uyğun olmuşdur. Həmçinin də ekspert rəylərində konkret olaraq qeyd edilmişdir ki, xəstə Cavabdeh2da qəbul olunarkən tərtib edilmiş tibbi sənədlərə əsasən “City hospitalda” X9 göstərilmiş xidmətlər, aparılmış müayinələr səhiyyə sistemində qüvvədə olan təlimatlara uyğun olmuşdur.

54. Beləliklə, ekspert rəyləri ilə G.Əliyevanın ölməsi ilə cavabdeh klinikaların həkimləri tərəfindən həyata keçirilmiş əməliyyat arasında hər hansı bir əlaqənin olması istisna edilmişdir. Əməliyyatı icra etmiş həkim barədə cinayət işinin başlanmasının rədd edilməsi barədə prokurorluq tərəfindən qəbul edilmiş qərar dəfələrlə ləğv e dilmiş və sonuncu əlavə araşdırma zamanı da eyni məzmunlu qərar qəbul edilərək, “Elmed” Tibb Mərkəzinin həkimi X13 əməlində Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyinə əsası ilə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və bu qərar hazırda qüvvədədir.

55. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin qətnamədə iki ekspert rəyinə istinad olunması, ilk rəyin ziddiyyətli və aydın olmaması əsası ilə ikinci dəfə təkrar ekspertizanın keçirilməsi dəlilinə münasibətdə bildirmişdir ki, hər iki ekspertizanın keçirilməsinə dair məhkəmə qərardadına əsasən müvafiq ekspertizalar iddiaçının nümayəndəsi və vəkilinin vəsatətinə əsasən, təkr ar ekspertiza Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 102.3-cü maddəsi əsas götürülməklə təyin edilmişdir.

56. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlili olaraq G.Əliyevanın ölümü ilə nəticələnən hadisənin həkim və xəstəxananın tibbi protokola zidd davranışı ilə əlaqədar olmasının məhkəmə tərəfindən iddia tələbinin təmin olunması üçün əsas götürülməməsinə münasibətdə bildirmişdir ki, baş vermiş hadisənin tibb müəssisəsinin və onun əməkdaşlarının təqsiri ilə əlaqədar olub-olmaması təyin olunmuş ekspertiza zamanı ekspert qarşısında qoyulmuş suallarla əhatə olunmuş, atılan addımların tibbi protokola uyğunluğunun aydınlaşdırılması sahə üzrə xüsusi bilik tələb etdiyindən, ekspert rəyi əsas götürülmüşdür. Müəyyən edilmişdir ki, mərhum X3” Tibb Mərkəzinin h əkimi X21 tərəfindən əməliyyat olunmamışdan əvvəl “COVİD-19” (kart test) aparılmış, nəticə «neqativ» olmuşdur. Ekspertiza rəylərindən də göründüyü kimi, planlı cərrahi müdaxilədən əvvəl döş qəfəsinin rentgeni və “COVİD-19” virusunun kart-Test üsulu ilə yoxlanılması və onun hospitalizasiyası düzgün həyata keçirilmişdir ki, bu da hazırda mövcud olan metodik təlimatlara və tövsiyələrə uyğun olmuşdur.

57. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, ekspert rəylərindən “Buzlu şüşə” görüntüsünün 1-4 gün ərzində yaranmasının mümkün olduğu müəyyən edilir.

58. Apellyasiya instansiyası məhkəməsi qənaətinə görə X3” Tibb Mərkəzinin həkimi X21 tərəfindən əməliyyat olunmamışdan əvvəl onda “COVİD-19” virusuna yoluxmasının əlamətləri artıq var idisə belə, əməliyyatdan əvvəlki müayinələr əsasında bu hal müəyyən edilmədiyindən əməliyyadan sonrakı dönəmdə onun vəziyyətinin ağırlaşmasının səbəbi kimi həmin virusun əlamətlərinin onda olmasının büruzə verməsi cavabdehlər tərəfindən işlərinə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsinin yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi hallarının təsdiqi kimi qiymətləndirilə bilməz. 59. “Elmed” Tibb Mərkəzinin həkimi X21 tərəfindən Günay Əliyevanın üzərində burnunda çəpər əyriliyi ilə bağlı hər hansı qeyri-qanuni hərəkətə və ya öz xidməti vəzifəsinin yerinə yetirməsi ilə bağlı hər hansı hərəkətsizliyə yol verməsi həm istintaq orqanı, həm də iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə də təsdiq edilmir. Belə olan halda isə X13 işlədiyi “Elmed” Tibb Mərkəzinin üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoy ula bilməz.

60. Eyni hallar digər cavabdeh “X38”a da aid olmaqla cavabdehlər tərəfindən hər hansı hüquqa zidd əməllərə yol verilməsi heç bir mötəbər və tutarlı sübut növləri ilə öz təsdiqini tapmamışdır.

61. Digər tərəfdən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.

62. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi oldu ğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxırdı.

63. Beləliklə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, iddia tələbi əsassızdır və təmin edilə bilməz.

64. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21, 10 96.1, 1096.2, 1097.1, 1099, 1121-ci, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 59-cu, “Özəl tibbi fəaliyyət” haqqında Qanunun 9, 16-cı, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

65. İddiaçı1 (Vəkil1) kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsinə, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

66. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda əsaslandırlımaqla, şikayətdə həmin dəlillərə apelyasiya instansiyası məhkəməsi tərəfindən də qiymət verilməməsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

67. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüqu q Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunverici liyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mül ki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun Maddə

59. Tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. “Özəl tibbi fəaliyyət” haqqında Qanun Maddə

9. Özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərin verdiyi sənədlər və rəylər dövlət nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatları aparmağa borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar. Maddə

16. Tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək, xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək, xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülm üş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Mad də 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

68. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında o lan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

69. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsinin tam mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

70. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

71. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir.

72. Belə ki, birinci instansiya məhkəməsi “Elmed” Tibb Mərkəzinin həkimi X21 tərəfindən Günay Əliyevanın üzərində burun çəpər əyriliyi ilə bağlı hər hansı qeyri-qanuni hərəkətə və ya öz xidməti vəzifəsinin yerinə yetirməsi ilə bağlı hər hansı hərəkətsizləyə yol verməməsinin həm istintaq orqanı, həm də iş üzrə keçirilmiş eksertiza rəyləri ilə də təsdiq edilməsinə istinadən iddianı təmin etməmişdir.

73. Başqa sözlə, iddianın rədd edilməsi əsasən ekspert rəyləri üzərində qurulmuşdur. Məhkəmə kollegiyası gəlinən bu nəticəni düzgün saymır. Çünki belə olan halda, həmin rəylər işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməli idi. Nəzərə alınmalıdır ki, ekspert rəyi də sübutun bir növüdür və prosessual qanunverciliyə görə heç bir sübutun, o cümlədən ekspert rəyinin məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ekspert rəyini m əhkəmə işdəki digər sübutlarla məcmu halında araşdırmaqla qiymətləndirməlidir. (MPM, 88, 103.1, 206.1)

74. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X15” X35 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, KEŞ-109 nömrəli rəydə 4-cü sual üzrə göstərilmişdir ki, rentgenoloji müayinə zamanı “Buzlu şüşə” görüntüsü aşkar edilməyə bilər. Belə ki, bu, sadə rentgenoloji müayinə üsulunun imkanları xaricindədir. “Buzlu şüşə” görüntüsünün 1-4 gün ərzində yaranması mümkündür.

75. Qeyd edilən rəydən belə görünür ki “Buzlu şüşə” görüntüsünün aşkar edilməsi sadə rentgenoloji müayinə üsulunun imkanları xaricindədir. Belə olan halda, “COVİD-19” virusunun kəskin yayıldığı dövrdə xəstənin sadə rentgenoloji müayinə ilə kifayətlənməklə müayinəsinin aparılmasının tibbi göstərişlərə uyğun olub-olmaması sual doğurur, lakin bu suala cavab verilməyib.

76. Həmçinin işin müəyyən edilmiş hallarına görə xəstədə “COVİD-19” virusu karttest vasitəsilə yoxlanımışdır. Cavabdeh (həkim) N.Əliyeva xəstədə koronovirusun olubolmamasını kart-test vasitəsilə yoxlanmasını və bu testin məlumatlılıq faizinin təxminən 50-60 faiz olmasını göstərmişdir. Eləcə də xx.xx.2022-ci il tarixli rəyi tərtib edən ekspert X10 da xəstədə “Covid-19” virusunun kart-test üsulu ilə yoxlanmasını, bunun da nəticəsinin 60-70 faiz düzgün olduğunu demişdir.

77. Ağır pandemiya dövründə məlumatlılıq səviyyəsi 50-70 faiz arasında dəyişən testin nəticələrinin xəstənin əməliyyat edilməsinə imkan verib-verməməsi də ekspert rəyindən aydın deyil, işin bu halına məhkəmə də aydınlıq gətirməmişdir.

78. Həmçinin aydın deyil ki, xəstədə “COVİD-19” virusu kart-test vasitəsilə və ya sadə rentgenoloji müayinə üsulu ilə yoxlanıb. Çünki cavabdeh (həkim) N.Əliyeva xəstədə koronovirusun olub-olmamasını kart-test vasitəsilə yoxladığını deyib, rəydə isə bunun sadə rentgenoloji müayinə üsulu ilə yoxlanması qeyd edilib.

79. Bundan əlavə, rəydə “Buzlu şüşə” görüntüsünün 1-4 gün ərzində yaranmasının mümkünlüyü qeyd edilib.

80. Səhiyyə Nazirliyinin cərahiyyə üzrə baş mütəxəssisi Elçin Ağayev tərəfindən Səhiyyə Nazirliyinin daxili nəzarət şöbəsinin müdiri vəzifəsini icra edən Sahib Səfərova ünvanlanmış cavab məktubunda (İ cild, i.v.343) qeyd edilmişdir ki, əməliyyat icra olunan gün xəstəyə aparılan rentgenoloji müayinə zamanı ağciyərlərdə “buzlu şüşə” əlaməti aşkar olunmaya bilər. Belə ki bu, sadə rentgenoloji müayinə üsulu nun imkanları xaricindədir. Bu baxımdan, əməliyyatdan bir gün sonra daha dəqiq müayinə üsullları (məsələn döş qəfəsinin KT müayinəsi) vasitəsilə ağciyərlərin müəyyən qismində (bu halda 75%) “buzlu şüşə” əlaməti aşkar oluna bilər.

81. İşin müəyyən edilmiş hallarına görə əməliyyat edilən gün kart-test vasitəsilə yoxlanan xəstədə “COVİD-19” virusu aşkar edilməmiş, əməliyyatdan bir gün sonra KT müayinəsinin nəticəsi olaraq xəstənin ağciyərlərinin müəyyən qismində 75% “buzlu şüşə” əlaməti aşkar edilmişdir.

82. Qeyd edildiyi kimi Rəydə “Buzlu şüşə” görüntüsünün 1-4 gün ərzində yaranmasının mümkünlüyü istisna edilməsə də, onun faiz dərəcəsi ilə belə qısa müddətdə yaranmasının mümkünlüyünə aydınlıq gətirilməyib. Yəni, “COVİD-19” virusu aşkar edilməyən xəstədə bir gün ərzində ağciyərlərinin müəyyən qismində 75% “buzlu şüşə” əlaməti aşkar edillə bilərdi, ya yox, bu suala cavab nə rəy də göstərilb, nə də ki, məhkəmə bunu dəqiqləşdirməyib.

83. Səhiyyə Nazirliyinin cərahiyyə üzrə baş mütəxəssisi Elçin Ağayevin yuxarıda istinad edilən məktubunda həmçinin göstərilmişdir ki, xəstə fövqəladə-təxirəsalınmaz və ya təxirəsalınmaz qaydada əməliyyat icra olunursa o zaman mövcud şəraitdən asılı olaraq, xəstənin KT və “COVİD 19” müayinələri aparılmaya bilər. Yox, əgər xəstəyə tənəffüs yollarında planlı cərrahi müdaxilə icra olunursa, o zaman bu müayinələrin aparılması vacibdir.

84. Məktubda qeyd edilənlərdən burun-çəpər əyriliyi əməliyyatının fövqəladətəxirəsalınmaz və ya təxirəsalınmaz qaydada əməliyyat olmaması, bunun planlı cərrahi müdaxilə olması, belə olan halda, xəstədə KT (Kompüter tomoqraf iyası) və “COVİD-19” müayinələrinin aparılmasının vacib olması görünür.

85. Bu baxımdan, xəstənin əməliyyatdan əvvəl nəyə görə KT müayinəsindən keçməməsi məsələsinə aydınlıq gətirilməli idi, lakin birinci instansiya məhkəməsi bu məsələyə diqqət yetirməmişdir.

86. Birinci instansiya məhkəməsində Cavabdeh2 MMC-nin nümayəndəsi X23 göstərmişdir ki, əməliyyata gedəndə də “COVİD-19” virusu xəstədə olmuşdur. Lakin ağciyərin rentgeni zamanı bu, özünü biruzə etməmiş, əməliyyat olunduqdan dərhal sonra isə orqanizmin zəifləməsi nəticəsində xəstəlik ağırlamışdır. Xəstə Cavabdeh2a gətirildiyini zaman ağır vəziyyətdə olduğundan onu dərhal “Covid-19” xəstəliyindən müyainə etmək mümkün olmamışdır. Vacib olan test deyil, kompüter tomoqrafiyasıdır.

87. Göründüyü kimi, Cavabdeh2 MMC-nin nümayəndəsi xəstədə əməliyyatdan əvvəl də “COVİD-19” virusunun olmasını istisna etməmiş, bu zaman müayinə üsulu kimi kompüter tomoqrafiyasının vacib olmasını bildirmişdir.

88. Bundan əlavə, xx.xx.2022-ci il tarixli rəyi tərtib edən ekspert X27 bildirmişdir ki, xəstədə “COVİD-19” virusunun yoxlanılması yaxma analizi ilə yazılmış, lakin kart-test üsulu ilə yoxlanmışdır, virusun bu qaydada yoxlanması həkimin öz mülahizəsidir.

89. Birinci instansiya məhkəməsi Cavabdeh2 MMC-nin nümayəndəsinin və ekspert Ayaz Qasımovun yuxarıda qeyd edilən izahatları yönündə araşdırma aparmamış, Cavabdeh2 MMC-nin nümayəndəsini xəstənin əməliyyatdan əvvəl də “COVİD-19” virusuna yoluxmasının nədən, hansı sənədlərdən müəyyən etməsi, eləcə də eksperti xəstənin yaxma analizi ilə yazılmasına baxmayaraq, kart-test üsulu ilə yoxlanmasının tibbi göstərişlərə uyğun olub-olmaması barədə sorğu-sual etməmiş, sənədlərə düzgün məlumat yazılmamasında həkimin hansı məsuliyyət daşımasına aydınlıq gətirməmişdir.

90. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Məhkəmə-Tibbi Ekspertiza və X15” X35 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, KEŞ-109 nömrəli rəyindən sonra təkrar ekspertiza təyin etmişdir.

91. Mülki Prosessual Məcəllənin 102.2-ci maddəsinə görə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

92. Birinci instansiya məhkəməsinin təkrar ekspertiza təyin etməsi o deməkdir ki, əsassızlığına görə ekspertin rəyi ilə ra zılaşmamışdır.

93. Lakin “Məhkəmə-Tibbi Ekspertiza və X15” X35 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 53 nömrəli rəy də (işin hallarının müəyyən edilməsi baxmından əhəmiyyətsiz istisnalar nəzərə alınmasa) əvvəlki rəydən heç nə ilə fərqlənməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin rəylə razılaşmışdır.

94. Bütün bunlar göstərir ki, tərəflərin, ekspertlərin istinad etdikləri faktiki hallar baxımından xeyli sayda mübahisəli məsələlər olmasına baxmayaraq, birinci instansiya məhkəməsi ekspert rəylərini əsas götürməklə iddianı rədd etməsi sübutların prosessual qanunvericiliyin yuxarıda göstərilən qaydada qiymətləndirilməsi baxımından düzgün olmamışdır.

95. Mülki Məcəllənin 1112-ci maddəsinə görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

96. Həmin maddədə nəzərdə tutulmuş “Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir” ifadəsi zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirmək yükünü tibb müəssisəsinin üzərinə qoyur.

97. Yuxarıda şərh edilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, tibb müəssisəsinin zərərin onun təqsiri üzündən baş vermədiyini mötəbər, hər hansı şübhədən kənar sübutlarla sübut edə bilməsi hazırki işin halları baxımından istisna edilir.

98. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digə r faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

99. Məhkəmə kollegiyası onu da vurğulayır ki, apellyasiya instansiyası məhkəməsi də qeyd edilən hallara əhəmiyyət verməməklə, birinci instansiya məhkəməsinin səhvini təkrarlamış, apellyasiya şikayətinin dəlillərinə qiymət verməmiş, həmin dəlillər üzrə hər hansı araşdırma aparmamışdır. Halbuki qeyd edilən halların araşdırılıb, onlara qiymət verilməsi iddianın obyektiv və qanuni hə lli baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

100. Nəzərə almaq lazımdır ki, Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.

101. İddiaçının apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikas ı Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)

102. Hazırkı zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlmişdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələrinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

103. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərtin mövcud olması vacibdir: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) h üquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.

104. Buna görə də işə yenidən baxılarkən xəstənin əməliyyatdan əvvəl “COVİD-19” virusuna yoluxması müayinəsinin yuxarıda şərh edilənlər və istinad edilən sənədlər baxımından tibbi göstərişlərə uyğun olub-olmaması, aparılmış müayinə və müalicənin xəstənin ölümü ilə səbəbli əlaqəsinin olub-olmaması, bunda hər bir cavabdehin fərdi qaydada təqsirinin nədən ibarət olması kimi hallara aydınlıq gətirilməli, zərurət olduğu halda bu məsələlərin həlli üçün ekspertiza təyin edilməsi tərəflərin iştirakı müzakirə edilməlidir.

105. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikay əti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

106. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5611/2023 nömrəli 6 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar