Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1452/2021 29.03.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mənzilə köçürmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçıXXX qızının, Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7200/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçıXXX qızı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərar ı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) xx xxxxxx 2009-cu il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq sonuncunun anası Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, XXXqəsəbəsi, 2-ci XXX döngəsi 10 saylı evin 3 saylı mənzilinə (bundan sonra – mübahisəli mənzil) köçmüşdür. Birgə nikahdan xx xxxx 2010-cu il təvəllüdlü X1 və xx xxxxxx 2014-cü il təvəllüdlü X3 adlı iki uşaqları doğulmuşdur. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-277/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə Cavabdeh1 arasında olan nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, onun mübahisəli mənzilə köçürülməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə nikaha daxil olduqdan sonra mübahisəli mənzilə gəlin köçərək, özünə məxsus cehiz əşyalarını da həmin mənzildə yerləşdirmişdir. Mübahisəli mənzildə cavabdehlə 2009-cu ildən 2019-cu ilin noyabr ayınadək ər-arvad kimi birgə yaşayaraq ümumi təsərrüfat aparmışdır. Cavabdeh1 ilə aralarında narazılıq olduğuna görə xx xxxxxx 2020-ci il tarixdə ayrılmışlar. Cavabdehlərlə münasibətləri pozulduğu üçün onu məcbur etmişlər ki, uşaqlarını da götürüb mənzildən çıxsın. Bir müddət atası evində yaşamış, uşaqların təhsil aldıqları məktəb XXXqəsəbəsində olduğu üçün hər gün Korgöz qəsəbəsindən uşaqları məktəbə aparıbgətirə bilmədiyindən məcbur olub, XXXqəsəbəsində kirayə ev tutub, orada yaşayır. Ona məxsus əmlakla rı mübahisəli mənzildə olmaqla, həmin mənzil yeganə yaşayış yeridir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(002)-841/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim K.Əsədov) iddia qismən təmin edilmiş, iddiaçının mübahisəli mənzilin əşyalarının yerləşdiyi otağına köçürülməsi, ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissəsinin rədd olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli mənzilə mülkiyyətçinin şifahi razılığı ilə köçürüldüyü və onunla ümumi təsərrüfat apardığı üçün mənzilə istifadə hüququ əldə etmiş, lakin cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində yaşayış sahəsindən istifadə etmək hüquq undan məhrum olmuşdur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, qüvvədən düşmüş Məznil Məcəlləsinin 123-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7200/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) Cavabdeh2 аpellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin mənası na görə, iddiaçı Cavabdeh2 digər ailə üzvü olmuş, mübahisəli mənizldə qeydiyyatda olsa da, həmin mənzildən Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüququnun elementlərindən biri kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququ qazanmamışdır. Belə ki, iddiaçı ilə mübahisəli mənzilin mülkiyyətçi olan Cavabdeh2 arasında istifadə hüququ ilə bağlı notariat qaydasında təsdiqlənmiş razılaşma bağlanmamış, eləcə də iddiaçının istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Odur ki, hətta iddiaçının mübahisəli mənzilə qeydiyyata alınmasına mənzilin mülkiyyətçisi olan Cavabdeh2 rəsmi razılığı olmuşdursa və o, həmin mənzildə bir müddət yaşamışdırsa belə, bu razılıq və faktiki yaşama özlüyündə iddiaçıya sözügedən mənzilə mülki hüquqi mənada əşya hüququ kimi istifadə hüququ və ya sonradan mənzilə köçüb yaşaması hüququnu qazandırmır. Çünki yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələblərinə riayət edilməsi tələb olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin birbaşa göstərişinə əsasən isə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152 və 228-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli, xx xxx 2008-ci il tarixli, xx xxxxxx 2010-cu il tarixli və xx xxxxxxx 2013-cü il tarixli qərarlarına, MPM-in 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarını pozulması ilə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh2 vəkili məhkəmə iclasında kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instan siyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə, MPM-nin 67-nin maddəsinin tələbinə əsasən onun izahatı dinlənilmədi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instan siyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın (maddə 228.1). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir (maddə 228.2). Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaş ayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır (maddə 228.5). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2001-ci il tarixli qərarı 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı olan mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinə uyğun, bu tarixə qədər yaranmış hüquq münasibətləri isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri işin halları, maddi və porsessual hüquq normalarının tətbiqi baxımından açıq-aşkar əsaslandırılmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7200/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1452/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1452/2021
29.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver