Məhkəmə qərarları › İş №2(102)-1452/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1452/2024

23.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1452/2024 23.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə (üçüncü şəxs qismində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “işə bərpa, işburaxmaya görə əmək haqqının, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi və pul” tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayonu M. Şəhriyar adına 193 saylı tam orta məktəbə qarşı “işə bərpa, işburaxmaya görə əmək haqqının, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi və pul” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2023-cü il tarixli 2(103)-3243/2023 saylı qətnaməsindən cavabdeh Bakı şəhəri Nərimanov rayonu M. Şəhriyar adına 193 saylı tam orta məktəbin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhəri 193 nömrəli tam orta məktəbin direktoru Nihal Hacıyevaya ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli, F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təh sil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 2.7-ci bəndini və zəruri ehtiyacı nəzərə alaraq, rəhbərlik etdiyi məktəbin xəstəliyə görə əmək qabiliyyəti olmayan ibtidai sinif müəllimi X2 2a sinfindəki vakant olan ana dili, riyaziyyat fənləri üzrə 14 saat dərs yükünün X3 tərəfindən, həyat bilgisi, fiziki tərbiyə, texnologiya, təsviri incəsənət fənləri üzrə 5 saat dərs yükünün X13 tərəfindən iki sinif komplektində ümumi dərs yükü 36 saatı aşmamaq şərtilə xx.xx.2021-ci il tarixdən X9 cari tədris ili ərzində işə qayıdanadək tədris edilməsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi etiraz etməmişdir.

2. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Vəkil1 ünvanlanmış xx.xx.2022-ci il tarix li cavab məktubuna əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci ü tarixli, F-348 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının 2.7-ci uyğun olaraq zəruri ehtiyac olduqda təhsil müəssisələrinin təqdimatına əsasən ibtidai siniflərdə müəllimlərin iki sinif komplektində dərs aparmasına tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən razılıq verilir.

3. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 481 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişinə əsasən Bakı şəhəri 193 nömrəli tam orta m əktəbdə 2021/2022-ci dərs ilinin 1-ci yarımilində məktəbdə Azərbaycan bölməsi üzrə 1 “c” sinfinə şagird yığımı olmadığı üçün məktəbin ştat cədvəlində 1 ştat ibtidai sinif müəllimi vəzifəsi ixtisara düşmüşdür. Bununla əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq onun ştatının ixtisara düşməsi ilə bağlı xəbərdarlıq edilir. Bu xəbərdarlıq əmək qanunvericiliyinin bütün tələbləri gözlənilməklə, işçilərin ixtisası, peşəkarlıq səviyyəsi nəzərə alınmaqla edilmişdir. Onunla bağlanmış əmək müqaviləsi (9 həftə qabaq) xx.xx.2021-ci il tarixdə ləğv ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş ax tarmağa imkan yaradılması məqsədilə bir iş günü əmək funksiyasının icrasından azad olunmuşdur.

4. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubuna əsasən, 2021-2022-ci tədris ili üzrə İdarənin tabeliyində olan ümumi təhsil müəssisələrindən, o cümlədən 193 nömrəli tam orta məktəbdən İ siniflərə qəbul aparılan hər bir sinif üzrə müəllimin adı, soyadı və ata adı göstərilməklə, həmin siniflərə yerləşdirilə biləcək maksimum şagird sayına dair məlumatlar toplanılmışdır. Toplanılan məlumatlar mektebeqebul.edu.az elektron sistemində yerləşdirilmişdir. Cari tədris ili üzrə 193 nömrəli tam orta məktəbdə Azərbaycan bölməsi üzrə 3 birinci sinif açılmışdır. Həmin siniflərdə dərs demək üçün 193 nömrəl i tam orta məktəbin rəhbərliyi tərəfindən 3 müəllim təyin olunmuş, təyin olunmuş müəllimlər arasında iddiaçının da adı qeyd olunmuşdur.

5. Azərbaycan Respublikası təhsil nazirinin 19 aprel 2021-ci il tarixli, F-162 nömrəli “2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə” əmrinə əsasən ümumi təhsil müəssisələrinin İ siniflərinə şagird qəbulu valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatı aparılmaqla mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir. Qeydiyyat müddəti ərzində 193 nömrəli tam orta məktəbdə adınıza açılmış 1c sinfinə valideynlər (qanuni nümayəndələr) tərəfindən 9 sorğu yerləşdirilmişdir. Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın təsd iq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2020-ci il tarixli 212 nömrəli Qərarına əsasən dövlət ümumi təhsil müəssisəsində ibtidai (l-İV siniflər), ümumi orta (V-İX siniflər) və tam orta (X-Xİ siniflər) təhsil səviyyələri üzrə siniflər (təmayül siniflər istisna olmaqla) şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 2021-2022-ci tədris ili üzrə 193 nömrəli tam orta məktəbdə iddiaçının adına sinif açılması mümkün olmamışdır.

6. Bakı şəhəri, M.Şəhriyar adına 193 saylı tam orta məktəb üzrə 231 saylı Əmrdən çıxarışdan və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, 2021/2022-ci tədris ilinin 1-ci yarımilində Bakı şəhəri 193 saylı tam orta məktəbdə si nif komplektinin sayının azaldılması nəticəsində ibtidai sinif müəllimi vəzifəsinin ixtisarı zərurəti ilə əlaqədar olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70cimaddəsinin “b” bəndinə uyğun olaraq xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir.

7. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi 3 saylı Xidmət və Əməliyyat Mərkəzi tərəfindən verilmiş 266 saylı, xx.xx.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Bakı şəhəri 193 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləmiş İddiaçı məktəbin 231 saylı, xx.xx.2021-ci il tarixli əmrinə əsasən işdən azad edilmişdir. İddiaçı 2021-ci ilin noyabr ayında hesablanmış ixtisar pulu, (orta aylıq əmək haqqının iki misli) 1468.48 manat və yekun haqq-hesaba görə hesablanmış 235.84 manat olmaqla cəmi 1704. 32 manat hesablanmış əmək haqqı ödənilmişdir.

8. Bakı şəhəri, M.Şəhriyar adına 193 saylı tam orta məktəb üzrə 136 saylı Əmrdən çıxarışdan müəyyən olunur ki, əmək müqaviləsi ilə müəyyən edilmiş funksiyaları keyfiyyətsiz yerinə yetirdiyinə görə məktəbin azərbaycan bölməsinin ibtidai sinif müəllimi İddiaçı Azərbaycan respublikası Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayonu M. Şəhriyar adına 193 saylı tam orta məktəbə qarşı işə bərpa, işburaxmaya görə əmək haqqının, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şə həri, Nərimanov rayonu, M. Şəhriyar adına 193 saylı tam orta məktəbin direktoru X1 imzaladığı 24 noyabr 2021-ci il tarixli, 231 nömrəli əmrinin ləğv edilib, işinə bərpa edilməklə qətnamə qanuni qüvvəsini alan günə kimi işburaxmaya görə əmək haqqının ödənilməsi; qanunsuz olaraq işdən çıxarılmaqla ötən dövr ərzində keçirdiyi əzab, iztirab və sarsıntı nəticəsində cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi ziyana görə 20000 manat mənəvi təzminatın alınaraq iddiaçıya ödənilməsi; İlkin mediasiya sessiyası üçün ödədiyi 55 manat və dövlət rüsumu kimi ödədiyi 150 manat, ümumilikdə isə 205 manat pul vəsaitinin cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, M. Şəhriyar adına 193 saylı tam orta məktəbin hesabından tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia ərizə si onunla əsaslandırılmışdır ki, 1980-ci ildə keçmiş Əli Bayramlı şəhər Pedaqoji Texnikumunu qırmızı diplomla bitirərək bir ildən sonra Əli Bayramlı şəhərində pedaqoji fəaliyyətə başlamışdır. 1988-ci ildə keçmiş Azərbaycan Dövlət Pedoqoji İnstitutunun «İbtidai təlimin pedaqoqikası və metodikası» ixtisasını bitirib, ali təhsil almışdır. 1995-ci ildən Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən M. Şəhriyar adına 193 saylı tam orta məktəbində sinif müəllimi işləyirdi. Son illərdə məktəbin təlim-tərbiyyə işləri üzrə direktor müavini işləyən Kəmalə Süleymanova iddiaçı ilə qərəzli olmağa başladı. Direktor müavini ona açıq şəkildə bildirdi ki, məktəbdə işləməyinə imkan verməyəcəkdir. 2021-ci ilin sentyabr ayında X7 məktəbə yeni direktor təyin olundu. Bundan sonra direktor müavini Kəmalə S üleymanovanın sifarişinə əsasən yeni X15 iddiaçını məktəbdən və işdən uzaqlaşdırmaq məqsədilə iddiaçıya qarşı qərəzli hərəkətlər etməyə başladı. X15 və müavini Kəmalə Süleymanova ali təhsilli olduğunu, çoxillik səmərəli pedaqoji fəaliyyətini, əvvəllər keçirilmiş diaqnostik qiymətləndirmədə məktəbin sinif müəllimləri arasında hamıdan yüksək nəticə göstərdiyini (52 bal) və pensiya yaşına az bir müddət qaldığını nəzərə almadan 2021-ci ilin sentyabr ayında iddiaçı üçün sinif təşkil olunmasına süni maneələr yaratdılar. 2021/2022-ci tədris ili üçün məktəbin İ sinfində təhsil almaqdan ötrü valideynlər tərəfindən 68 müraciət daxil olmasına, eləcə də 68 şagird kontingentindən 3 sinfin yaradılmasının mümkün olmasına baxmayaraq onlar qəsdən bir sinfi 29 uşaqdan, digər sinfi isə 30 uşaqdan təşkil edib, üçüncü sinif üçün cəmi 9 uşaq saxlamaqla bu sinfin təşkil olunmasına bilərəkdən imkan vermədilər. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 saylı Qərarı ilə təsdiq edilmiş «Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi»nin 2.6-cı maddəsinə əsasən ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı ən azı 20 nəfər olmaqla müəyyən edilir. Həmçinin «Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli, 361 nömrəli Qərarının 12.1 -ci maddəsində qeyd olunmuşdur ki, ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 20 nəfərdən az ol mamaqla təşkil edilir. Təmayül sinifləri şagirdlərin sayı 15 nəfərdən az və 20 nəfərdən çox olmamaqla komplektləsdirilir. Lakin məktəbin direktoru ilə onun müavini iddiaçıya qarşı qərəzli hərəkətlər edərək hətta uşaqlarının dərs deyəcəyi sinifdə təhsil almasını istəyən bir neçə valideynə təsirlər etməklə bu valideynlərin uşaqlarını digər siniflərə yazıb, iddiaçını işsiz saxlamışlar. Hansı ki, digər iki sinfin müəllimləri iddiaçıdan fərqli olaraq orta-ixtisas təhsilli olmaqla əvvəllər keçirilmiş diaqnostik qiymətləndirmədə iddiaçının topladığı 52 baldan xeyli aşağı bal toplamışlar. Direktorla müavini iddiaçıya bildirdi ki, məktəbə müraciət edən valideynlər sinif müəllimini seçərkən müraciətlərində guya iddiaçını deyil, digər iki müəllimin adlarını qeyd etmişlər. Lakin təhsil haqqında mövcud olan bütün qanunvericilik aktlarında valideynin 1-ci sinifə qəbulla bağlı onlayn müraciətində yalnız məktəbi seçmək hüququ vardır. Təhsil haqqında mövcud qanunvericilikdə valideynin müəllimi seçmək kimi imkanı yoxdur. Bundan başqa məktəbin direktoru ilə müavini iddiaçıya qarşı qərəzli hərəkətlərini davam etdirərək xəstəliklə bağlı işə çıxa bilməyən ibtidai sinif müəllimi Nəcibə Vəliyevanın dərs dediyi İ «a» sinfindəki dərs saatlarını əvəzçiliklə iddiaçıya deyil, əvvəlcə məktəbdə laborant işləyən Günay adlı texniki işçiyə həvalə etdilər. Buna etiraz etdikdə direktor Nihal Hacıyevə dərhal həmin laborantı sinifdən çıxarıb, İ «a» sinfinin dərs saatlarını digər sinif müəllimləri Şəhrizad müəllimə və Arzu müəllimə arasında böldü. Bu barədə bir neçə dəfə Bakı şəhəri üzrə Təhsil İdarəsinə, xüsusə n də Azərbaycan Respublikasının Təhsil Naziri cənab Emin Əmrullayevə rəsmi müraciətlər etsə də, heç bir nəticəsi olmadı. Çünki məktəbin direktoru Nihal Hacıyevanın deməsinə görə anası Yaqut xanım əvvəllər Bakı şəhəri üzrə Təhsil İdarəsində işləmiş, hazırda isə 26 saylı tam orta məktəbin direktorudur. Nihal Hacıyevanın təbirincə desək hara şikayət etsə də, xeyri olmayacaqdır. Məktəbin direktoru Nihal Hacıyeva artıq 22 sentyabr 2021ci il tarixdə iddiaçıya «əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişi» göndərdi. Həmin bildirişdə qeyd olunur ki, Bakı şəhəri, 193 nömrəli tam orta məktəbdə 2021/2022-ci dərs ilinin İ yarımilində məktəbdə Azərbaycan bölməsi üzrə 1 «c» sinfinə şagird yığımı olmadığı üçün məktəbin ştat cədvəlində 1 ştat ibtidai sinif müəllimi vəzifəsi ixtisara düşmü şdür. Bununla əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq iddiaçıya ştatının ixtisara düşməsi ilə bağlı xəbərdarlıq edilir. Bu xəbərdarlıq əmək qanunvericiliyinin bütün tələbləri gözlənilməklə, işçilərin ixtisası, peşəkarlıq səviyyəsi nəzərə alınmaqla edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi (9 həftə qabaq) 24 noyabr 2021-ci il tarixdə ləğv ediləcəkdir. Azerbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə o, bir iş günü əmək funksiyasının icrasından azad olunur. Tamamilə qanunsuz olan bu xəbərdarlıq bildirişini aldıqdan sonra, eləcə də məktəbin direktoru Nihal Hacıyeva ilə onun müa vini Kəmalə Süleymanovanın iddiaçıya qarşı qanunsuz və qərəzli hərəkətləri davam etdiyindən səhhətində ciddi problemlər yaranmağa başlandı. Demək olar ki, mütəmadi olaraq arterial qan təzyiqi yüksəldiyindən tez-tez təcili tibbi yardım maşını çağırmaq məcburiyyətində qalmışdır. Bütün bunlara baxmayaraq məktəbin direktoru Nihal Hacıyevə iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilməsi haqqında 24 noyabr 2021-ci il tarixli, 231 saylı əsassız və qanunsuz əmr imzaladı. Bundan bir gün əvvəl isə məktəbin həmkarlar təşkilatı onlayn formada iclas keçirib iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məsələyə razılıq verdi.

11. Cavabdeh Bakı şəhəri Nərimanov rayonu M. Şəhriyar adına 193 saylı tam orta məktəbin nümayəndəsi X7 iddia ərizəsini əsassız hesab etdiyini bildirərək iddianın rədd edilməsini xahiş etdi.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi (bundan sonra birinci instansiya məhkəməsi) (hakim X6) 2(005)-1198/2022 nömrəli iş üzrə 27 aprel 2022-il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilmiş və Bakı şəhəri, Nərimanov rayonu, M. Şəhriyar adına 193 saylı tam orta məktəbin 24 noyabr 2021-ci il tarixli, 231 nömrəli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi, onlara məcburi işburaxma müddəti üçün orta əmək haqqı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında müəyyən edilib ki, 2021-2022-ci tədris ili üzrə İdarənin tabeliyində olan ümumi təhsil müəssisələrindən, o cümlədən 193 nömrəli tam orta məktəbdən İ siniflərə qəbul aparılan hər bir sinif üzrə müəllimin adı, soyadı və ata adı göstərilməklə, həmin siniflərə yerləşdirilə biləcək maksimum şagird sayına dair məlumatlar toplanılmışdır. Toplanılan məlumatlar mektebeqebul.edu.az elektron sistemində yerləşdirilmişdir. Cari tədris ili üzrə 193 nömrəli tam orta məktəbdə Azərbaycan bölməsi üzrə 3 birinci sinif açılmışdır. Həmin siniflərdə dərs demək üçün 193 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən 3 müəllim təyin olunmuş, təyin olunmuş müəllimlər arasında iddiaçının da adı qeyd olunmuşdur. Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2021-ci il tarixli, F-162 nömrəli “2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması ba rədə” əmrinə əsasən ümumi təhsil müəssisələrinin İ siniflərinə şagird qəbulu valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatı aparılmaqla mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir. Qeydiyyat müddəti ərzində 193 nömrəli tam orta məktəbdə adınıza açılmış 1c sinfinə valideynlər (qanuni nümayəndələr) tərəfindən 9 sorğu yerləşdirilmişdir.

14. Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2020-ci il tarixli 212 nömrəli Qərarına əsasən dövlət ümumi təhsil müəssisəsində ibtidai (l-İV siniflər), ümumi orta (V-İX siniflər) və tam orta (X-Xİ siniflər) təhsil səviyyələri üzrə siniflər (təmayül siniflər istisna olmaqla) şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 2021-2022-ci tədris ili üzrə 193 nömrəli tam orta məktəbdə iddiaçının adına sinif açılması mümkün olmamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 481 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişi ilə Bakı şəhəri 193 nömrəli tam orta məktəbdə 2021/2022-ci dərs ilinin 1-ci yarımilində məktəbdə Azərbaycan bölməsi üzrə 1 “c” sinfinə şagird yığımı olmadığı üçün məktəbin ştat cədvəlində 1 ştat ibtidai sinif müəllimi vəzifəsi ixtisara düşmüşdür. Bununla əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq onun ştatının ixtisara düşməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Bakı şəhəri, M.Şəhriyar adına 193 saylı tam orta məktəb üzrə 231 saylı Əmri ilə 2021/2022-ci tədris ilinin 1-ci yarımilində Bakı şəhəri 193 saylı tam orta məktəbdə sinif komplektinin sayının azaldılması nəticəsində ibtidai sinif müəllimi vəzifəsinin ixtisarı zərurəti ilə əlaqədar olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir.

15. Məhkəmə hesab edib ki, dövlət ümumtəhsil məktəbləri, liseylər və gimnaziyalarda müəllim vəzifəsi ştat vahidi kimi nəzərə alına bilməz. “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli, 59 nömrəli Q ərarında müəllim vəzifəsi həmin Qərarın 1 və 2 nömrəli əlavələrində qeyd edilən cədvəllərdə nümunəvi ştat vahidi kimi göstərilməmişdir. Odur ki, 22 sentyabr 2021-ci il tarixli bildirişlə İddiaçı göndərilmiş xəbərdarlıqda qeyd edilən «Bakı şəhəri, 193 nömrəli tam orta məktəbdə 2021/2022-ci dərs ilinin İ yarımilində məktəbdə Azərbaycan bölməsi üzrə 1 «c» sinfinə şagird yığımı olmadığı üçün məktəbin ştat cədvəlində 1 ştat ibtidai sinif müəllimi vəzifəsi ixtisara düşmüşdür» cümləsi qanunsuzdur. İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi qanunauyğun olmadığından iddia tələbi iddiaçının işə bərpa olunması hissəsində təmin edilməlidir.

16. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə qeyd edib ki, id diaçı cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddiaçı cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir.

17. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə, 68maddəsinin 1-ci hissəsinə, 68 maddəsinin 2-ci hissəsinə, 70, 71, 76, 80, 83 maddəsinin 1ci hissəsinə, 186-cı maddəsinin 3-cü hissəsinin birinci cümləsinə, 300-cü maddəsinin 1-ci bəndinə, «X8» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə 11-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 2(005)1198/2022 nömrəli iş üzrə 27 aprel 2022-il tarixli qətnaməsinin qismən - Bakı şəhəri, Nərimanov rayonu, M. Şəhriyar adına 193 saylı tam orta məktəbin 24 noyabr 2021-ci il tarixli, 231 nömrəli əmrinin ləğv edilməsini, İddiaçı əvvəlki işinə bərpa edilməsi; ona məcburi işburaxma müddəti üçün orta əmək haqqının ödənilməsinə dair hissəsinin ləğv edilərək, iddianın həmin hissəsinin də rədd edilməsi, qətnamənin iddianın rədd edilməsinə dair hissəsinin dəyişdirilmədən saxlanmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 N-li qərarı ilə Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəh sil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibatitəsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları (əlavə N.1) təsdiq edilmişdir. Göstərilən Qərarla təsdiq edilmiş 1 nömrəli əlavədə sinif-komplektlərin miqdarından asılı olaraq ştat vahidlərinin sayı təsdiq edilmişdir. Həmin Qərarla siniflərin sayı 4-dək, 5-6, 7-9, 1013.... 30 və daha çox olduqda siniflərin sayına müvafiq olaraq rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin (direktor, direktorun tədris (təlim-tərbiyə) işi üzrə müavini, direktorun litsey (gimnaziya) v s. profil üzrə müavini, direktorun təsərrüfat işi üzrə müavini, təsərrüfat müdiri, mühasib, katibəmakinaçı, uşaqlar birliyi rəhbəri, kitabxana müdiri, kitabxanaçı, lobarant, kiçik xidmət edici işçi (xadimə, paltar saxlayan, çilingər, santexnik, elektromantyor, dülgər və s.) ştat vahidlərinin sayı təsdiq edilmişdir. Göstərilən Qərarla təsdiq edilmiş 2 nömrəli əlavədə isə Günüuzadılmış ümumtəhsil məktəblərinin təsərrüfat və xidmət işçiləri heyəti üzrə tibb bacısı, anbardar, aşbaz, köməkçi fəhlə ştat vahidlərinin sayı təsdiq edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 N-li qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli siyahılarda müvafiq olaraq rəhbər işçilərinin, inzibatitəsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin; və Günüuzadılmış ümumtəhsil məktəblərinin təsərrüfat və xidmət işçiləri həyəti üzrə ştat vahidləri təsdiq edilmişdir. Tam orta məktəbdə müəllim vəzifəsi göstətərilən siyahılarla təsdiq edilmiş ştatl ara aid deyildir. Odur ki, birinci instansiya məhkəməsinin “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli, 59 nömrəli Qərarında müəllim vəzifəsinin həmin Qərarın 1 və 2 nömrəli əlavələrində qeyd edilən cədvəllərdə nümunəvi ştat vahidi kimi göstərilməməsinə; 22 sentyabr 2021-ci il tarixli bildirişlə İddiaçı göndərilmiş xəbərdarlıqda qeyd edilən “Bakı şəhəri 193 saylı tam orta məktəbdə 2021/2022-ci dərs ilinin birinci yarımilində məktəbdə Azərbaycan bölməsi üzrə 1 ”c” sinfinə şagird yığımı olmadığı üçün məktəbin ştat cədvəlində 1 ştat ibtidai sinif müəllimi vəzifəsi ixtisara düşmüşdür” cümləsinin qanunsuz olmasına və buna görə də iddiaçı ilə əmək müqavi ləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinin qanuna uyğun olmamasına əsaslanmaqla iddianın qismən təmin edilməsinə dair hissədə gəldiyi nəticə əsassızdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tam orta məktəblərdə rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin; və günü uzadılmış ümumtəhsil məktəblərinin təsərrüfat və xidmət işçiləri həyəti ilə; müəllim (ibtidai sinif müəllimi) vəzifələrinin fəaliyyət əsaslarını düzgün müəyyən edə bilməmiş, nəticədə tətbiq edilməli olmayan (aid olmayan) normativ hüquqi aktı tətbiq etməklə mübahisənin mahiyyəti düzgün həll edilməməsinə dair əsassız nəticəyə gəlmişdir. Belə ki, Ümumi Təhsil haqqında Azərbaycan Respublikası Qanununun 12.8-ci maddəsinə əsasən, dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 2021/2022-ci tədris ilində mövcud normativ hüquqi aktlara əsasən Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbin İ sinfinə uşaqların qəbulu elektron sistem vasitəsilə tam şəffaf və obyektiv keçirilmişdir. Mövcud qanunvericiliyə əsasən tədris prosesində ibtidai sinif müəllimlərinin seçimi bilavasitə valideynlərin arzu və istəyi ilə həyata keçirilir və bu prosesə ümum təhsil müəssisəsinin müdaxilə etmək səlahiyyəti yoxdur. 2021/2022-ci tədris ilində Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbinə müraciət edən valideynlərdən heç biri obyektiv səbəblərdən övladlarının təlim -tərbiyə prosesində məktəbin ibtidai sinif müəllimi İddiaçı hər-hansı formada iştirakını arzu etməmişlər. Nəticədə İddiaçı tərəfindən sinfin formalaşdırılması mümkün olmamış və tamamilə obyektiv səbəblərdən qanunamüvafiq olaraq A. Nuriyeva ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməlidir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) (hakimlər X4 (sədrlik edən və məruzəçi), X19 və X17) 2(103)5059/2022 saylı 24 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə, cavabdehi apellyasiya şikayəti təmin edilməmişdir, birinci instansiya məhkəməsinin 2(005)1198/2022 saylı işi üzrə 27 aprel 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Bakı şəhəri M. Şəhriyar adına 193 saylı tam orta məktəb üzrə 231 saylı əmrdə məktəbdə sinif komplektinin sayının azaldılması nəticəsində ibtidai sinif müəllimi vəzifəsinin ixtisarı zərurəti ilə əlaqədar olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə uyğun olaraq xx.xx.2021-ci il tarixdən ləğv edilmiş, əsas kimi Bakı şəhəri 193 nömrəli orta məktəbin xx.xx.2021-ci il tarixli 150 nömrəli əmri, Həmkarlar İttifaqı Komitəsinin 23 noyabr 2021-ci il tarixli 09 saylı protokolu göstərilsə də işçilərin sayı və ya ştatların ixtisar edilməsi barədə hüquqi sənəd (əmr və s) əsas kimi göstərilməmiş, protokol birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilməmiş, apellyasiya icraatı z amanı təqdim edilmiş xx.xx.2021-ci il tarixli 566 saylı təqdimat və M.Şəhriyar adına 193 saylı tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli 09 saylı protokolda isə iddiaçının ixtisarı bağlı hüquqi istinadlar göstərilməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi Bakı şəhər üzrə Təhsil İdarəsininin məktubuna istinadən qeyd etmişdir ki, İddiaçı sinifinə lazımi qaydada şagird sayı toplanmadığından yeni sinif təşkil edilmədiyi təqdirdə məktəb üzrə ümumi dərs yükündən İddiaçı dərs saatları verməli idi. Bakı şəhər üzrə Təhsil idarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində dərs yükündən, şagird sayından və digər hallardan asılı olaraq müəllim ştatlarının Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhər üzrə Təhsil İdarəsi tərəfindən təsdiq edilməsi v ə həmin ştatların ixtisarı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq qaydada həyata keçirildiyi qeyd edilsə də, ştatların ixtisarı barədə rəsmi sənəd təqdim edilməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi müəyyən etdiyi halların məcmusu olaraq belə qənaətə gəlmişdir ki, işçilərin sayı və ya ştatların ixtisar edilməsi barədə sənəd (əmr və s) olmadan işəgötürən tərəfindən sinif komplektinin sayının azaldılması nəticəsində ibtidai sinif müəllimi vəzifəsinin ixtisarı zərurəti ilə əlaqədar olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun ləğv edilməsi barədə əsassız əmr verilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

24. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir.

25. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – V.T. Həsənov (sədrlik edən və məruzəçi), İ.Ə.Şəfiyev, Ə.A.Əhmədov) 28 fevral 2023-ci il tarixli, 2(102)-949/2023 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(103)-5059/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

26. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, iddiaçının tutduğu ştatın ixtisarı ilə bağlı bildiriş işəgötürən olan cavabdeh tərəfində deyil, məhz təhsil müəssisəsində ştatları, onların sayını müəyyən edən təhsil idarəsi tərəfindən göndərilmişdir. Belə olan halda Bakı şəhər Təhsil İdarəsi baxılan işin icraatında cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilməsi zərurəti yaranmışdır. Belə ki, aşkar olan haldır ki, təhsil müəssisəsinə ştatların sayını, siniflərin sayını, təhsil müəssisələrində təhsil verənlərin sayını müəyyən etmək səlahiyyəti verilməmişdir. Bu səlahiyyət müvafiq olaraq Təhsil İdarələrinin səlahiyyətindədir. Göründüyü kimi Bakı şəhər Təhsil İdarəsinin işə cəlb olunması zəruri olmuş olsa da, lakin işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr belə cəlbetməni təmin etməmişlər.

27. Birinci instansiya məhkəməsinin mövqeyinə görə dövlət ümumtəhsil məktəbləri, liseylər və gimnaziyalarda müəllim vəzifəsi ştat vahidi kimi nəzərə alına bilməz. “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996cı il tarixli, 59 nömrəli Qərarında müəllim vəzifəsi həmin Qərarın 1 və 2 nömrəli əlavələrində qeyd edilən cədvəllərdə nümunəvi ştat vahidi kimi göstərilməmişdir. Odur ki, 22 sentyabr 2021-ci il tarixli bildirişlə İddiaçı göndərilmiş xəbərdarlıqda qeyd edilən «Bakı şəhəri, 193 nömrəli tam orta məktəbdə 2021/2022-ci dərs ilinin İ yarımilində məktəbdə Azərbaycan bölməsi üzrə 1 «c» sinfinə şagird yığımı olmadığı üçün məktəbin ştat cədvəlində 1 ştat ibtidai sinif müəllimi vəzifəsi ixtisara düşmüşdür» cümləsi qanunsuzdur.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 N-li qərarı ilə Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları (əlavə N.1) təsdiq edilmişdir.

29. Göstərilən Qərarla təsdiq edilmiş 1 nömrəli əlavədə sinif-komplektlərin miqdarından asılı olaraq ştat vahidlərinin sayı təsdiq edilmişdir. Həmin Qərarla siniflərin sayı nəzərdə tutulan sayda və ya daha çox olduqda siniflərin sayına müvafiq olaraq rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin (direktor, direktorun tədris (təlim-tərbiyə) işi üzrə müavini, direktorun litsey (gimnaziya) v s. profil üzrə müavini, direktorun təsərrüfat işi üzrə müavini, təsərrüfat müdiri, mühasib, katibə-makinaçı, uşaqlar birliyi rəhbəri, kitabxana müdiri, kitabxanaçı, laborant, kiçik xidmətedici işçi (xadimə, paltar saxlayan, çilingər, santexnik, elektromantyor, dülgər və s.) ştat vahidlərinin sayı təsdiq edilmişdir.

30. Göstərilən Qərarla təsdiq edilmiş 2 nömrəli əlavədə isə günüuzadılmış ümumtəhsil məktəblərinin təsərrüfat və xidmət işçiləri heyəti üzrə tibb bacısı, anbardar, aşbaz, köməkçi fəhlə ştat vahidlərinin sayı təsdiq edilmişdir.

31. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 N-li qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli siyahılarda müvafiq olaraq rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin və günüuzadılmış ümumtəhsil məktəblərinin təsərrüfat və xidmət işçiləri həyəti üzrə ştat vahidləri təsdiq edilmişdir. Tam orta məktəbdə müəllim vəzifəsi göstərilən siyahılarla təsdiq edilmiş ştatlara aid deyildir.

32. Odur ki, birinci instansiya məhkəməsinin “Azərbaycan Re spublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli, 59 nömrəli Qərarında müəllim vəzifəsinin həmin Qərarın 1 və 2 nömrəli əlavələrində qeyd edilən cədvəllərdə nümunəvi ştat vahidi kimi göstərilməməsinə; 22 sentyabr 2021-ci il tarixli bildirişlə İddiaçı göndərilmiş xəbərdarlıqda qeyd edilən “Bakı şəhəri 193 saylı tam orta məktəbdə 2021/2022ci dərs ilinin birinci yarımilində məktəbdə Azərbaycan bölməsi üzrə 1 ”c” sinfinə şagird yığımı olmadığı üçün məktəbin ştat cədvəlində 1 ştat ibtidai sinif müəllimi vəzifəsi ixtisara düşmüşdür” cümləsinin qanunsuz olmasına və buna görə də iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndin ə əsasən xitam verilməsinin qanuna uyğun olmamasına dair gəldiyi nəticəsi əsaslı hesab edilə bilməz.

33. Birinci instansiya məhkəməsi tam orta məktəblərdə rəhbər işçilərinin, inzibati təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin; və günüuzadılmış ümumtəhsil məktəblərinin təsərrüfat və xidmət işçiləri həyəti ilə; müəllim (ibtidai sinif müəllimi) vəzifələrinin fəaliyyət əsaslarını düzgün müəyyən edə bilməmiş, nəticədə tətbiq edilməli olmayan (aid olmayan) normativ hüquqi aktı tətbiq etməklə mübahisənin mahiyyəti düzgün həll edilməməsinə dair əsassız nəticəyə gəlmişdir.

34. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin əsaslanmasına istinad etmədən digər əsaslarla qətnamənin dəyişdirilmədən saxlanması nəticəsinə gəlmişdir. Lakin bu nəticəyə hansı halların araşdı rılması nəticəsi olaraq gəlməsi müəyyən edilmir.

35. Kasassiya instansiya məhkəməsi qətnamənin ləğvinin əsasını Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12. c bəndi, 68.1., 68.2. a bəndi.,70. b bəndi, 71.3, 80-ci maddələrinə, «X8» Azərbaycan Respublikası Qanun 11, 19-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat.

36. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Maraqlı şəxs izahatında qeyd etdi ki, Təhsil İdarəsinin müvafiq sektorları ilə dəqiqləşdirmələr aparıldı və müəyyən olundu ki, Cavabdehdə ümumi təhsil informasiya sisteminin proqram təminatında 2021-2022-ci il tədris ili üzrə üç müəllimin adı yerləşdirilərək sinif açılması ilə bağlı proqnoz verilmişdir. Yalnız iki müəllimin sinifinə valideyinlər tərəfindən seçim edilmiş, 1 ç sinfi üzrə isə 9 şagird qeydiyyatdan keçmiş və sinif komplektləşdirilməmişdir. Bu səbəbdən məktəb direktoru tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən ştat ixtisar olunmuşdur. Müəllimlərin işdən azad olunması işəgötürənin səlahiyyətidir. Sədrlik edənin suallarına cavab olaraq bildirdi ki, məktəblərdə müəllim ştatı uşaq sayından asılı olaraq müəyyən olunur, real vaxt rejimində its proqramı vasitəsilə sinif komplektləşdirilmədikdə məlumatlar idarə tərəfindən görülür, əlavə məlumat verilməsinə ehtiyac yoxdur. Ştat ixtisarı ilə bağlı onlara məlumat verilməyib. Ştat ixtisarı ilə bağlı Bakı şəh əri üzrə Təhsil İdarəsi tərəfindən cavabdehə bildiriş göndərilməyib, hər hansı əmr verilməyib.

37. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3243/2023 nömrəli iş üzrə 25 dekabr 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), F.V.Abdıyev, F.H.Qasımov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(005)-1198/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qeyd olunan hissədə təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, M. Şəhriyar adına 193 saylı tam orta məktəbin 24 noyabr 2021-ci il tarixli, 231 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi, ona məcbu ri işburaxma müddəti üçün orta əmək haqqı ödənilməsi qət edilmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, müəllim ştatlarının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təsdiq edilməsi nəzərə alınmaqla, məktəb direktorunun isə ştatların ixtisar edilməsi kimi bir səlahiyyəti müəyyən edilmədiyindən, ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə razılaşdırılmalı, sonuncu tərəfindən ixtisar olmalı olmasına baxmayaraq, qeyd olunan hal iş materialları ilə öz əksini tapmamış, məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Tə hsil İdarəsinin nümayəndəsi Maraqlı şəxs sədrlik edənin suallarına cavab olaraq ştatın ixtisarı ilə əlaqədar onlara məlumat verilmədiyini, bu barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən hər hansı əmr verilmədiyini bildirdi.

39. Məktəb direktorunun fəaliyyəti qanunvericiliklə tənzimlənməklə mövcud qanunvericiliklə ümumi təhsil müəssisələrinin direktorlarının ştatların ixtisar edilməsi kimi bir səlahiyyəti müəyyən edilmədiyindən, həmçinin müəllim ştatlarının Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təsdiq edilməsi nəzərə alınmaqla, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin razılığı alınmadan, Bakı şəhəri, 193 nömrəli tam orta məktəbdə 2021/2022-ci dərs ilinin İ yarımilində məktəbdə Azərbaycan bölməsi üzrə 1 “c” sinfinə şagird yığımı olmadığı üçün məktəbin ştat cədvəlində 1 ştat ibtidai sinif müəllimi vəzifəsi ixtisara düşməsi ilə əlaqədar iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilməsi qanunsuz olmuşdur.

40. Məhkəmə qeyd edib ki, cavabdeh tərəf apellyasiya mərhələsində bir neçə valideynin iddiaçının dərs keçməsinə etiraz etməsinə dair müraciət təqdim etmiş, iddiaçı tərəf həmin müraciətdə qeyd olunan valideynlərin müraciəti imzalamadıqlarını bildirmiş, bununla bağlı həmin şəxslərin ərizələrini təqdim etmişdir. Cavabdeh tərəf müraciətdə göstərilən şəxslər tərəfindən müraciəti imzalamaqlarını yoxlamaq üçün məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə etiraz etmədiklərini, həmin şəxslərin ekspertizada iştiraklarını təmin edə cəklərini bildirmişdir.

41. Məhkəmə kollegiyasının 14 iyun 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi üçün müraciətdə qeyd olunan şəxslərin xətt və imza nümunələrinin ekspertin yanında götürülməsi üçün həmin şəxslərin ekspertizada iştiraklarının təmin edilməsi Cavabdehə həvalə edilmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət cavabdehə izah edilmiş, buna baxmayaraq, müraciətdə göstərilən şəxslərin ekspertizada iştirakları təmin olunmadığından mülki iş materialları geri qaytarılmışdır.

42. Qanunvericiliyin tələbinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat p redmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

43. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsi üzrə iddia tələbi əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbin 24 noyabr 2021-ci il tarixli, 231 nömrəli əmri ləğv edilməli və İddiaçı əvvəlki işinə bərpa edilməli olduğu hesab olunub. Həmçinin, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi üzrə iddia tələbi təmin edildiyindən qanunvericiliyin qeyd olunan müddəalarına əsasən məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi üzrə iddia tələbi də əsaslı olmaqla təmin edilməli, iddiaçıya məcburi işburaxma müddəti üçün orta əmək haqqı ödənilməli olduğu qeyd edilib.

44. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12. c bəndi, 68.1.,68.2. a bəndi, 70. b bəndi, 71. 1-ci və 3-cü hissələri, 77. 1-ci, 78. 1-ci hissə., 80., 300. 1-ci hissəsinə, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2011-ci il tarixli, 5 saylı Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kol legiyasının “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X5”nın təsdiq edilməsi barədə 20 dekabr 2017-ci il tarixli, №18 saylı qərarının Vİİ bölməsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

45. Cavabdeh (Vəkil2 Cəmaləddin oğlu) kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin 2(103)-3243/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv еdilərək, iddia tələbinin tamamilə rədd edilməsi barədə yеni qərar qəbul edilməsini xahiş etmişdir.

46. Şikayət apellyasiya şikayətində göstərilən dəlillərlə eynilik təşkil edilməklə əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası, İddiaçı məktəblə (işəgötürünlə) bağlanılmış əmək müqaviləsi üzrə işə qəbul olunduğunu, işəgötürənin özü tərəfindən bağlanılmış olan əmək müqaviləsinə özünün xitam vermək hüququnun (səlahiyyətinin) olmasını; işçisinin iş ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsini Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə razılaşdırılmalı olması haqqında hər hansı norma və ya tələbin olmamasını, bunlarında məhkəmə iclaslarında təsdiq olunmasını; işəgötürənin işçisinin (müəllim) ştatlarının ixtisarı ilə bağlı hansı orqandan razılıq alınması (həmkarlar təşkilatının rəyi istisna olmaqla) Əmək Məcəlləsində nəzərdə tutulmadığını; iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilməsində əmək qanunvericiliyinin tələblərinin pozulmadığını; tərəfimizdən məktəb üzrə ümumi dərs yükündən İddiaçı də rs saatları verilməsi barədə görülmüş tədbirlərin nəticəsi olmaması və ixtisarın yaranmasının səbəbləri məhkəmə iclaslarında sübuta yetirilməsini müəyyən etmək istəməmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsinin ifadəsi məhkəmə tərəfindən təhrif edilmiş, həqiqətin müəyyən olunması, prosessual tələblərin icrası, tərəfimizdən təqdim edilmiş sübutların araşdırmalı və onlardan istifadə edilməsi məhkəmə tərəfindən təmin olunmamışdır. Qanunla nəzərdə tutulmuş prosessual hüquqları həyata keçirilməsini təmin etməli olan məhkəmə onların hüquqlarını pozmuş, buda qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə kollegiyası qanunla müəyyən olunmayan hallara istinad edərək hüququn mübahisə üzrə müəyyənlik prinsiplərinin tələblərini pozmuş, tətqiq edilmiş sübutları bilərəkdən düzgün müəyyən etməmiş, nəticədə tətbiq edilməli olmayan normaları tətbiq etməklə yaranmış mübahisənin düzgün həll edilməməsi ilə nəticələnmişdir.

47. Kassasiya şikayətinin hüquqi əsası kimi AR Əmək Məcəlləsinin 71-ci maddəsinin 1ci hissəsinə, 80-ci maddəsinin 1-ci hissəsinə, AR Mülki Prosessual Məcəlləsinin 14.1 və 14.2-ci maddələrinə, 81-ci maddəsinə maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi:

49. Maddə 12. c bəndi. Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir.

50. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam veril ə bilər.

51. Maddə 68.2. a bəndi. Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsasıdır.

52. Maddə 70. b bəndi. Əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər.

53. Maddə 71. 1-ci və 3-cü hissələri. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür; İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

54. Maddə 77. 1-ci hissə. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “ b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

55. Maddə 78. 1-ci hissə. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə sa xlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

56. Maddə

80. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

57. Maddə 300. 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Maddə 15.2 məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün mə cburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

62. Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

65. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

66. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının h ədləri

67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

68. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tər əfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

70. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 71.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. 72.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3243/2023 nömrəli iş üzrə 25 dekabr 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar