Məhkəmə qərarları › İş №2(102)-1453/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1453/2019

11.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1453/2019 11.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, Cavabdeh, vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 28 sentyabr 2018ci il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-12037/2017 saylı 25 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim Fərrux Qasımov) İddiaçı Cavabdeh q arşı pul tələbi barədə iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vüsalə Baxışova sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Namiq Cəfərov) 25 yanvar 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı iddiasının 25000 manat borc pulun tutulması hissəsində təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 17 aprel 2017-ci il tarixli mövcud borcun etiraf edilməsi müqaviləsi üzrə 25000 manat pulun və 45 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)4061/2018 saylı 14 iyun 2018-ci il tarilxi qərarı ilə (hakimlər Ə.Nurməmmədov - sədrli k edən və məruzəçi, M.Əhmədova və Ə.Rüstəmov) Cavabdeh kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1343/2018 nömrəli iş üzrə 25 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli, 2(103)-8845/2018 saylı qətnaməsi ilə (hakimlər E.Kazımov sədrlik edən, məruzəçi, T.Səmədov və İ.Şirinov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək hazırki iş üzrə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-12037/2017 saylı 25 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilməsi və iddia qismən təmin edilərək Cavabdeh 25000(iyirmi beş mini) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 45(qırx beş) manat a lınaraq İddiaçı verilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşıiddia ərizəsi ilə sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 25000 manat məbləğində pulun alınaraq ona verilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 8000 manat əldən çıxmış fayda olaraq maddi və 2000 manat mənəvi zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, iş materialları tam araşdırılmamış, məhkəmənin gəldiyi nəticə əsaslı olmamış, müqavilə üzrə öh dəliklərin icrası müddəti başa çatmadığından pul məbləğinin tam olaraq qaytarılması üçün əsas yaranmamış, İddiaçı tərəfindən müqavilənin ləğv edilməsi barədə iddia qaldırılmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası, İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəb indən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 28 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfin dən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiyainstansiyasıməhkəməsi tərəfindən müəyyən edilmişdirki,17 aprel 2017ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda bağlanmış mövcud borcun etiraf edilməsi müqav iləsinə əsasən Cavabdeh 01 may 2016-cı il tarixədək İddiaçı 25.000 manat məbləğində borc aldığını etiraf etmiş və həmin məbləği 17.05.2017-ci il tarixdən başlayaraq hər təqvim ayı ayda 300 manat olmaqla 17.04.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddia qaldırılan tarixədək 25.000 manat borcdan hər hansı məbləği iddiaçıya qaytarmamış, Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab olunmamış və ya ləğv edilməmişdir. Müqavilə üzrə öhdəliklərin icrası müddəti başa çatmadığından pul məbləğinin tam olaraq qaytarılması üçün əsas yaranmamış, İddiaçı tərəfindən nə müqavilənin etibarsızlığı, nə də ləğv edilməsi deyil, müqavilənin qüvvə də olduğu, yəni qarşı tərəfin öhdəliyi saxlandığı halda 25000 manat pulun qaytarılması barədə iddia qaldırılmışdır. Apellyasiyainstansiyasıməhkəməsininişinmateriallarıüzrəgəldiyinəticədəngörünürki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, iddia tələbinin faktiki əsası(faktiki hallar), 25000 manatın tələb edilməsi ilə bağlı qanuni əsasının şərtləri, yəni dizpozisiya şərtləri ilə uzlaşır. Əvvəla, birinci instansiya məhkəməsi müqavilə üzrə öhdəliklərin icrası müddəti başa çatmadığından pul məbləğinin tam olaraq qaytarılması üçün əsas yaranmadığını qeyd etsə də, bu qənaət əsaslı hesab edilə bilməz. Belə ki, müqavilə üzrə öhdəliklərin icrası müddəti başa çatmamış, iddiaçının pul məbləğinin tam olaraq qaytarılmasının qanuni əsası kimi Mülki Məcəllənin 428.4-cü və 743-cü maddəsinin şərtləri, müqavilə əsası kimi isə tərəflər arasında bağlanmış müqavilənin 2.6-cı bəndi mövcuddur. Çünki, məhz həmin normalarda nəzərdə tutulan hallar baş verdiyindən(cavabdehin əmlak vəziyyətinin pisləşməsi, ödəniş qabiliyyətini itirməsi və.s. işin mübahisəsiz halıdır) iddiaçıya pul məbləğinin tam olaraq qaytarılmasını tələb etmək üçün hüquqi əsas vermişdir. İkincisi, Mülki Məcəllədə müqavilənin etibarsızlığını və ya ləğv edilməsini tələb etmədən, müqavilə üzrə öhdəliyin icrasını, yəni pul məbləğinin tam olaraq qaytarılmasını tələb etməyi qadağan edən hər hansı bir imperativ göstəriş nəzərdə tutulmamışdır. Müqavilənin qüvvədə olması, yəni qarşı tərəfin öhdəliyinin saxlandığı halda 25000 manat pulun qaytarılması barədə iddia qaldırılması və bu iddianın təmin olunacağı təqdirdə, müqavilə üzrə pul məbləğinin qaytarmaq öhdəliyinin olduğu kimi qalacağı barədə birinci instansiya məhkəməsinin mövqeyi isə anlaşılan deyildir. Çünki, bu qənaətə gələrkən məhkəmə qanunvericiliyin hansısa göstərişinə istinad etməmişdir. Üçüncüsü, müqavilənin ləğv edilməsi barədə iddia tələbi irəli sürülə bilər. Lakin, hazırki iş üzrə iddiaçı belə bir tələb irəli sürməmişdir. Müqavilənin ləğv edilməsi tələbini irəli sürmədən, müqavilə üzrə öhdəliklərin icrasını tələb etməyin mümkünsüzlüyü barədə də qanunvericilikdə hər hansı bir məcburi qadağa nəzərdə tutulmamışdır. Əksinə, son vaxtlar banklar və digər kredit təşkilatları tərəfindən əsasən müqavilənin ləğvi tələbi qoyulmadan, müqavilə üzrə öhdəliklərin icrası müdd əti başa çatmamış pul məbləğinin tam olaraq qaytarılması tələbləri ilə məhkəmələrə müraciət olunur və bu cür iddiaların təmin olunmasında demək olar ki, heç bir problem yaranmır. Belə olan vəziyyətdə fiziki şəxslərə münasibətdə bu cür fərqli yanaşma tətbiq oluna bilməz. Ona görə də, İddiaçı tərəfindən müqavilənin ləğv edilməsi barədə iddia qaldırılmaması, onun qaldırdığı iddianın tam olaraq rədd edilməsi üçün əsas ola bilməzdi. Bununla yanaşı, işə apellyasiya qaydasında baxılarkən cavabdehin izahatından və təqdim etdiyi qəbzlərdən görünür ki, cavabdeh müqavilə üzrə iddiaçının bank hesabına müxtəlif vaxtlarda qismən ödəniş etmişdir. Cavabdehin ödənişlərinin hazırkı iddiaya mahiyyəti üzrə baxılaraq iş üzrə məhkəmə qətnaməsi qəbul edildiyi tarixdən sonra həyata keçirildiyini nəzərə alaraq, hə min ödənişlərin mübahisə üzrə qəbul edilmiş qətnamənin icrası mərhələsində nəzərə alınaraq ümumi tutulmalı olan borc məbləğindən çıxılmalıdır. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin digər hissələrinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Çünki, iddiaçı iddia tələbinin həmin hissələri üzrə əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1277/2018 saylı iş üzrə 13 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 2500(iyirmi beş min) manat alınaraq İddiaçı ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəl ərini aşağıdakı maddi hüquq normaları ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Məhkəmə kollegiyası kassasiy a şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Lakin cavabdeh qeyd edilən prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddia tələbini təkzib edən sübutları təqdim etməmiş, iddiaçının təqdim etdiyi sübutların mötəbər olmamasını təkzib edə bilməmişdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığı nı və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunan Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabde hin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyasıkassasiyaşikayətinindəlillərinəümumilikdəhüquqiqiymətverərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qi ymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassız olmaqla həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilmədiyi üçün kassasiya şikayəti təmin edilməməli, mahiyyəti üzrə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyas ı məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 28 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar