Məhkəmə qərarları › İş №2(102)-1453/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1453/2024

16.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1453/2024 16.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi faktın müəyyən edilməsi, hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məh kəməsi Mülki kollegiyasının 2(103)-7046/2023 nömrəli, 6 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən ölüm haqqında şahadətnaməyə əsasən Cavabdeh2 Nağı oğlu 29 avqust 1946-cı il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1946-cı il tarixdə 193 nömrə ilə qeyd edilmişdir.

2. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən ölüm haqqında şahadətnaməyə əsasən, Pikə Mişədi qızı 29 may 1954-cü il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1965-cı il tarixdə 14 nömrə ilə qeyd edilmişdir.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)8559/2017 saylı iş üzrə ərizəçi X6 ərizəsi təmin edilərək, Bakı şəhəri, Bülbülə qəsəbəsi, M.Bəydəmirov (köhnə Pravda küçəsi) küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cü ildə tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin inventarızasıyası və qiymətləndirilməsinə aid pasportu”nun 21 dekabr 1970-ci ildə ölmüş X11 məxsus olması faktı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 6936/2022 saylı iş üzrə X9 qanuni nümayəndəsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)8559/2017 saylı qətnaməsi ləğv edilmiş, ərizəçi Cavabdeh2 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ba rədə ərizəsi baxılmamış saxlanılmışdır.

4. Azərbaycan Kommunal Təsərrüfatı Nazirlıyi tərəfindən tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”a əsasən, Ordjonikidze rayonu, Bül-Bülə yaşayış məntəqəsində Pravda küçəsi ev № 19-da yerləşən ev sahibinin adı "X37 oqlı” ("X37 oqlı”) kimi qeyd edilmişdir. Həmin sənədin "kartoçka” hissəsində tərtibetmə tarixi kimi 1963-cü ilin sentyabr ayı göstərilmişdir. Sənəddə 1-ci və 2-ci mərtəbələrin planları öz əksini tapmışdır.

5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmuşdur.

6. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 04 sentyabr 2020-ci il tarixli, DA00150-2020 sa ylı arxiv arayışına əsasən, "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1941-ci ilə dair Bakı şəhəri Orconikidze (Suraxanı) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında 25 avqust 1941-ci ildə doğulan İddiaçı təvəllüdü qeyd olunmuşdur. Atası: Cavabdeh2 Nağı oğlu, anası: X34, valideynlərinin daimi yaşayış ünvanı: Bülbülə kəndi, Pravda küçəsi, ev 13 olmuşdur.

7. Azərbaycan Respublikası Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən vəkil sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən, Bülbülə qəsəbəsi, keçmiş Pravda küçəsi ev 13, indiki dislokasiyaya əsasən Mövsüm Bəydəmirov ev 19 kimi qeydiyyatdan k eçmişdir.

8. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Bülbülə qəsəbəsi İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən, mərhum Cavabdeh3 Bəhrəli oğlu həqiqətən Mövsüm Bəydəmirov küçəsi 19 nömrəli evdə xx.xx.1964-cü ildən xx.xx.1970-ci ilə qədər (vəfat edən günə qədər) qeydiyyatda olmuşdur.

9. Bülbülə qəsəbəsi, M. Bəydəmirəv küçəsi ev 19 üzrə ev kitabının surətində həmin ünvanda qeydiyyatda olan şəxslərin adları, qeydiyyata düşmə və qeydiyyatdan çıxma tarixləri sadalanmışdır. X34, doğum tarixi 1984-cü il, ölüm tarixinə kimi (xx.xx.1958) qeydiyyatda olmuşdur. İddiaçı, doğum tarixi 1941-ci il, bir neçə dəfə uçotdan çıxarılmış və yenidən qeydiyyata alınmışdır. X40 Bəhrətoviç, doğum tarixi xx.xx.1915, İsmayıllı rayonundan gə lib, xx.xx.1964-cü il tarixində qeydiyyata düşmüş, ölüm tarixinə kimi (xx.xx.1970) qeydiyyatda olmuşdur. Sənəd üzrə birinci məlumatın qeydiyyatı 1936-cı ildən başlamışdır. Sənəddə Cavabdeh2 Nağı oğlu barədə məlumat olmamışdır.

10. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilən ölüm haqqında şahadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 Bəhrəli oğlu 22 dekabr 1970-cı il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1971-ci il tarixdə 22 nömrə ilə qeyd edilmişdir.

11. Azərbaycan Xalq Daxili X8 vəziyyəti Aktları Şöbəsi tərəfindən verilən evlənmə haqqında xx.xx.1940-cı il tarixli şəhadətnamədən görünür ki, X38 Baxramov və Nənəbadji Məşədi-Mesta qızı ilə 25 sentyabr 1940-cı ildə nikaha daxil olublar. Nikahın qeydiy yatı Bakı şəhəri, Ordjonikidze rayonunda aparılmışdır.

12. Azərbaycan Respublikası Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən vəkil sorğusuna 5/20-2-2-31 saylı xx.xx.2023-cü il tarixli cavab məktubdan görünür ki, mərhum 1915-ci il təvəllüdlü Cavabdeh3 Bəhrəli oğlu xx.xx.1964-cü ildən vəfat etdiyi xx.xx.1970-ci il qədər Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, 19 saylı evdə pasport qeydiyyatında olmuşdur.(əsas: təqdim olunan ev kitabı) Faktiki olaraq 1915-ci ildən 1964-cü ilə qədər harada yaşaması barədə məlumat olmamışdır.

13. Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il, **********00 saylı sorğ uya cavab məktubuna əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi M.Bəydəmirov küçəsi, 19 saylı fərdi yaşayış evinə dair 1963-cü il tarixində tərtib edilmiş ilkin texniki pasportun tərtib edilməsinə əsas olmuş sənədlər haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir.

14. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4405 nömrəli məlumatına əsasən, Bakı şəhəri, Bülbülə qəsəbəsi, M. Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evinin birinci və ikinci (əgər varsa) mərtəbələrin tikintisinin hansı illərə təsadüf etdiyini, habelə evin son təmir işlərinin hansı illərdə apardığını müəyyən etməsi sualına cavab verməsi üçün metodika olmadığından, ekspertizanın aparılmasından imtina edilmişdir.

15. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsini n Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin 9 iyun 2023-cü il №3-48-TA/2-B-00393/2023 saylı arxiv arayışına əsasən, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin "Bakı qradonaçalnikin dəftərxanası” fondunun sənədlərində Bülbülə kənd icmasının ev sahiblərinin 5 fevral 1914-cü ilə dair qərarından məlum olmuşdur ki, Bəhrəli Nağı oğlunun Bülbülə kəndində evi olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov (keçmiş Pravda) küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cü ildə tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsi nə aid pasport”un xx.xx.1946-cı ildə ölmüş Cavabdeh2 Nağı oğluna məxsus olması faktının müəyyən edilməsi, həmin evi daşınmaz əmlakın Dövlət reyestrində xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh3 Bəhrəli oğlunun adına qeydə alınmasına dair 25 aprel 2019-cu il tarixli, ********** nömrəli qeydin etibarsız hesab edilməsi, V-159/2019 saylı vərəsəlik işi üzrə 4 saylı Bakı "Asan Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X19 tərəfindən təsdiq edilmiş, reyestrdə 2V-306 və 2V307 nömrəsi ilə qeydə alınmış, 29 aprel 2019-cu il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”lərin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış 4 saylı Bakı "ASAN Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X19 tərəfindən təsdiq edilərək, reyestrdə 3M-170 nömrəsi ilə qe ydə alınmış 29 aprel 2019-cu il tarixli "Miras payın bağışlanması müqaviləsi”nin ləğv edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evinin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış reyestr qeydinin və bu barədə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli e-2(010)1353/2023 saylı qərardadı ilə (Hakim-Firuzə Mirzəyeva) iddiaçının cavabdehlərə qarşı "mülkiyyət hüququ ilə əlaqədar mübahisələrə” dair mülki iş üzrə iddiası "Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov (keçmiş Pra vda) küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cü də tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un 29 avqust 1946-cı ildə ölmüş Cavabdeh2 Nağı oğluna məxsus olması faktının müəyyən edilməsi” hissəsində ayrıca icraata ayrılmışdır.

18. İddia ərizəsi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, o, 25 avqust 1941-ci ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh2 Nağı oğlu və anası Pikə Hacı qızı 1894-cü ildə isə anadan olmuş, atası X15 anası Pikə Hacı qızı ilə 29 mart 1914-cü ildə nikaha daxil olaraq ailə qurmuşlar (anasının adı bəzi mənbələrdə Pikə Məşədi qızı, bəzi mənbələrdə X34 göstərilmişdir). Hal-hazırda onun yaşadığı Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəs ində yerləşən 19 saylı (Pravda küçəsi, ev 13) yaşayış evi atası Cavabdeh2 məxsus olub. Atası Cavabdeh2 Nağı oğlu 29 avqust 1946-cı ildə, anası Pikə Məşədi qızı isə 29 may 1954-cü ildə Bakı şəhərində yaşadıqları Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evində ölmüşlər. Onlar 10 uşaq olmuş, anası X21 ana statusu almışdır. Onun bütün bacı və qardaşları həmin yaşayış evində yaşayıb boya-başa çatmış, bacıları sonradan ailə quraraq köçüb getmiş, qardaşı Cavabdeh3 Bəhrəli oğlu 1942-ci ildə Balakən rayonu Mazımçay kəndində Meşə Sənayesində mühəndis işləmiş, sonradan isə İsmayıllı rayonunda yaşamış, bir sözlə 1942-ci ildən 1964-cü ilədək hazırki evdə yaşamamışdır. Belə ki, qardaşı Cavabdeh3 Bəhrəli oğlu 25 sentyabr 1940-cı ildə ailə qurmuş, iki il birlikdə ya şadıqdan sonra ailəsi ilə Balakən rayonuna, sonra isə İsmayıllı rayonuna köçüb getmişdir. Qardaşı Cavabdeh3 Bəhrəli oğlunun 1942-ci ildən Balakən rayonunda yaşaması faktı onun oğlanları - X13 1 fevral 1945-ci ildə və Cavabdeh2 6 aprel 1951-ci ildə Balakən rayonunda doğulması ilə sübuta yetirilmişdir. Bütün bu dövrlərdə onların yaşadığı sözügedən yaşayış evinin hüquqmüəyyənedici sənədləri olmamışdır. 1963-cü ildə Bakı ətrafı qəsəbələrdə bütün evlərin qeydiyyatı aparılan zaman atasına məxsus həmin evə dair texniki pasport tərtib edilmişdir. Lakin, sözügedən yaşayış evinə dair 1963-cü ildə "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport” tərtib edilən zaman, onun atasının adı səhv göstərilmiş, texniki pasportda atasının adı səhvən "X37 oqlu” k imi yazılmışdır. El arasında onun atası Hacı çağırıldığına görə texniki pasportda onun adı "Qadji” kimi göstərilmiş, atasının adı isə Nağı olmuş, texniki pasportda səhvən "Aqa oqlu” yəni "Ağa oğlu” kimi göstərilmişdir. Həmin yaşayış evinə dair 1963-cü ildə tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport” onun atası Cavabdeh2 Nağı oğluna məxsus olmuşdur. Onlar həmin sənəddə olan səhfə heç bir zaman diqqət yetirməmiş, lakin, qardaşı Hacıağanın oğlu Cavabdeh2 onun xəbəri olmadan ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, sözügedən yaşayış evinə dair 1963-cü ildə tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportu”nun 21 dekabr 1970-ci ildə ölmüş X11 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4 oktyabr 2017-ci il tarixli, 2(010)-8559/2017 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir. O, bu barədə xəbər tutan kimi həmin qətnamədən apellyasiya şikayəti vermiş, evin qardaşına deyil, atasına məxsus olmasını göstərmiş, Cavabdeh2 qətnamənin ləğv ediləcəyini görüb, onu aldadaraq evin ona məxsus hissəsini ayırıb ona verəcəyinə vəd vermiş, (bu barədə yazılı ərizə vermiş) onlar öz aralarında razılığa gəldikdən sonra, işin daha asan yol ilə həll edilməsi məqsədi ilə o şikayətini geri götürmüş, qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra Cavabdeh2 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4 oktyabr 2017-ci il tarixli, 2(010)-8559/2017 saylı qətnaməsi əsasın da Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evini xüsusi mülkiyyət hüququ ilə atası Cavabdeh3 Bəhrəli oğlunun adına 25 aprel 2019-cu il tarixdə ********** nömrəsi ilə dövlət reyestrində qeydə aldırmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Daha sonra Cavabdeh3 Bəhrəli oğlunun vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ərizə ilə 4 saylı Bakı "ASAN Xidmət” Mərkəzində notariat ofisinə müraciət edərək, həmin evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. V-159/2019 saylı vərəsəlik işi üzrə 4 saylı Bakı "ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X16 tərəfindən təsdiq edilmiş, reyestrdə 2V-306 nömrəsi ilə qeydə alınmış, 29 aprel 2019 -cu il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən, Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evindən ¼ hissədə Cavabdeh3 və ¼ hissədə Cavabdeh1 miras payı müəyyən edilmişdir. Eyni zamanda həmin vərəsəlik işi üzrə 4 saylı Bakı "ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X16 tərəfindən təsdiq edilmiş, reyestrdə 2V-307 nömrəsi ilə qeydə alınmış, 29 aprel 2019-cu il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evindən % hissədə Cavabdeh2 miras payı müəyyən edilmişdir. Daha sonra Cavabdeh1 və Cavabdeh3 29 aprel 2019-cu il tarixli "Miras payın bağışlanması müqaviləsinə əsasən özlərinə məxsus miras payı Cavabdeh2 ba ğışlamış və onlar arasında bağlanmış bu müqavilə 4 saylı Bakı "ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X16 tərəfindən təsdiq edilərək, reyestrdə 3M170 nömrəsi ilə qeydə alınmışdır. Bundan sonra həmin yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydə alınmışdır. Cavabdeh2 ev onun mülkiyyətinə alındıqdan sonra evin miras qismində ona çatası hissəsinin onun adına keçirəcəyinə dair verdiyi vədə əməl etməmiş, bütün evin ona məxsus olmasını iddia edib, ona öz payını verməyəcəyini bildirmişdir. X3 atasının evinin Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən qardaşının adına keçməsi barədə məlumat aldıqdan sonra o, həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)6936/2022 saylı, xx.xx.2022 -ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4 oktyabr 2017-ci il tarixli, 2(010)-8559/2017 saylı qətnaməsi ləğv edilərək, Cavabdeh2 Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cü ildə tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportu”nun 21 dekabr 1970-ci ildə ölmüş X11 məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmışdır. Göründüyü kimi, sözügedən evin xüsusi mülkiyyət hüququ ilə 21 dekabr 1970-ci ildə ölmüş X7 adına dövlət reyestrində qeydə alınmasına əsas olmuş qətnamə artıq ləğv edilmiş, bu hal ona həmin evin onun atasına məxsus olması faktının müəyyən edilməsini, Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsini tələ b etmək hüququ vermişdir. Belə ki, həmin yaşayış evi onun atası, 1894-cü ildə Bakı şəhərində anadan olmuş Cavabdeh2 Nağı oğlu tərəfindən inşa edilmiş, onlar hamısı, yəni o, qardaşları və bacıları həmin evdə anadan olmuşdur. Qardaşı Cavabdeh3 Bəhrəli oğlu özü də həmin yaşayış evində anadan olmuş, o həmin evi inşa etdirməmiş, həmin texniki pasportda onun adı göstərilməmiş, ümumiyyətlə 1942-ci ildən 1964-cü ilədək, (yəni həmin texniki pasport tərtib edilən zaman) qardaşı Cavabdeh3 Bəhrəli oğlu həmin evdə yaşamamışdır. Qeyd edilən yaşayış evinin Cavabdeh3 Bəhrəli oğlu tərəfindən deyil, onun atası Cavabdeh2 Nağı oğlu tərəfindən inşa edilməsi danılmaz faktdır ki, bu fakt həmin evə dair ev kitabçası və arxiv arayışları ilə də sübuta yetirilmişdir. Həmin evin Cavabdeh3 Bəhrəli oğlu tərəfindən 1957 -ci ildə tikilməməsinin bir təsdiqi isə ondan ibarət olmuşdur ki, həmin dövrdə qardaşı Bağırov X12 və İsmayıllı rayonlarında yaşamışdır. Mübahisə predmeti olan fərdi yaşayış evi faktiki olaraq artıq uzun illərdir ki, aralarında bölünmüş, həmin evdə o və cavabdehlər yaşamış, onların hər birinin özünə məxsus yaşayış otaqları olmuş, həyətyanı sahələri isə bir-birindən təcrid edilmişdir.

19. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 bildirmişdir ki, ərizəçi ilə iş yoldaşı və dost olmuşlar. Qubatın qardaşı oğlu ilə ev mübahisəsi olduğunu bildirmiş, lakin o, 1946-1947-ci illərdən həmin evi gördüyünu və evin Qubatın atasına məxsus olduğunu qeyd etmişdir. Evin köhnə bina olmasını, 5-10 il əvvəl üstünün tikilməsini, əlavə olaraq Qubatın atasını da tanıdığını onu həmişə Hacı olaraq çağırdıq larını qeyd etmişdir.

20. X1 bildirmişdir ki, ərizəçinin dostu və qonşusu olmuşdur. Qubatla bir yerdə böyüdüyünü, atasının Qubatın 3 qardaşı ilə əsgərliyə getdiyini və 2 qardaşının ölüm xəbərini onun atası ilə Hacıya verdiyini bildirmişdir. Evin Qubatın atası Hacıya məxsus olduğunu, əlavə olaraq Qubatın atasını Hacı olaraq çağırdıqlarını bildirmiş, evin sökülübtikilməyini görmədiyini qeyd etmişdir.

21. X4 ərizəçinin qonşu olduğunu, onların evinə tez-tez getdiyini, atasının 1946-ci ildə rəhmətə getdiyini bildirmişdir. Qubatın atasının adının Bəhrəli olduğunu, lakin hamının onu Hacı olaraq çağırdığını qeyd etmişdir.

22. X5 ərizəçinin onun dayısı olduğunu, Hacıağa dayısının İsmayıllıda yaşadığını bildirmişdir. Mübahisəli evin onun babasının olduğunu, əvvəllər 1 mərtəbəli ev, sonra (hardasa 19 64-cü ildə) sadəcə üstündə tikinti olduğunu qeyd etmişdir. Həmçinin, təmirdə dayısı Hacıağanın iştirakı olduğunu bildirmişdir.

23. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(010)-1353/2023 nömrəli, 18 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Firuzə Mirzəyeva) iddia təmin edilməmişdir.

24. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 Nağı oğlunun sağlığında Bülbülə qəsəbəsində evin olması istisna olunmamış, lakin 1963-cü ildə müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən qeydiyyat aparıldığı zaman, Cavabdeh2 Nağı oğlunun adına aparılmamışdır. 1963-cü il üçün Cavabdeh2 Nağı oğlu artıq 17 il olmuşdur ki, rəhmətə getmişdir, 1963-cü ildə onun mülki hüquq qabiliyyəti olmadığından, on un adına qeydiyyat aparmaq mümkün olmamışdır.

25. Bundan başqa, məhkəmə belə nəticəyə gəlmişdir ki, "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un etibarsızlığına əsas olmadığından, orada göstərilmiş məlumatlar doğru hesab olunmuşdur. Amma Cavabdeh2 Nağı oğlunun adı bu pasportda qeyd olunmamışdır. Təqdim olunan ev kitabında da Cavabdeh2 Nağı oğlunun adı yazılmamışdır. X2, X10 və X14 öz ifadələrində Cavabdeh2 Nağı oğluna "Hacı” deməyinə baxmayaraq, rəsmi sənədlərdə onun adı Bəhrəli Nağı oğlu kimi qeyd edilmiş və heç yerdə "Hacı” sözü olmamışdır. Əksinə, ev kitabında "Qadji Mamed” ("Hacı Mamed”) şəxsin adı mövcud olmuş, lakin onun Bəhrəli Nağı oğluna aidiyyatı olmamışdır. Pasportun üz səhifəsində ev sahibinin adı "X37 oqlı” yazılsa da, ev kitabında "X37 Baxratoviç” ("X40 Bəhrətoviç”) adlı şəxs qeyd olunmuşdur.

26. Bununla da, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Suraxanı rayonu, BülBülə qəsəbəsi, M.Bəydəmirov (keçmiş Pravda) küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cü ildə tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un 29 avqust 1946-cı ildə ölmüş Cavabdeh2 Nağı oğluna məxsus olunması sübut olunmamışdır.

27. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (qüvvədən düşmüş)10, 88, 101, 102-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasinin Qanununun 2, 4, 8-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2, 7 7.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

29. İddiaçı apellyasiya şikayətinin məzmununu iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Cavabdeh2 texniki pasportun onun atasına məxsus olmasını sübut edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddiaçı həmin evin iddiaçının atasına məxsus olması barədə kifayət qədər sübut təqdim etsə də, məhkəmə bu sübutlara ümumiyyətlə qiymət verməmişdir. Cavabdeh2 Nağı oğlunun Bülbülə kəndində 1914-cü ildə evi olması barədə arxiv arayışı, onun Pravda 13 ünvanda yaşaması barədə arxiv arayışı, Pravda 13 ünvanının sonradan Pravda 19 ünvanı olması barədə, Cavabdeh3 Bəhrəli oğlunun 1964-cü ilədək həmin ünvanda yaşamaması barədə Yerli icra hakimiyyətinin arayışı bir-biri ilə əlaqəli surətdə qiymətləndirilməli və həmin ev Cavabdeh2 Nağı oğluna məxsus olduğu və onun 10 uşağının olduğu halda niyə həmin evin 1963-cü ildə orada yaşamayan oğlunun adına texniki pasport tərtib edilməsinə izah verməli idi. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətini Bakı şəhəri Suraxanı rayon şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən Cavabdeh3 Bəhrəli oğlunun bu rayonda hərbi uçotu aşkar olunmadığı müəyyən olunmuşdur. Bu sübutla müəyyən edilmişdir ki, cavabdehin atası Cavabdeh3 Bəhrəli oğlu hətta Suraxanı rayonunda hərbi qeydiyyatı olmamış, yəni o, Suraxanı rayon sakini olmamışdır.

30. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7046/2023 nömrəli, 6 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər- Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Xumar Mərdanova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya mhkəməsinin e2(010)-1353/2023 nömrəli, 18 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə İddiaçı hesab etmişdir ki, mübahisəli ev onun atası Cavabdeh2 Nağı oğluna məxsus olmuşdur. Cavabdeh2 isə mübahisəli evin onun atasına, yəni Cavabdeh3 Bəhrəli oğluna məxsus olmasını təsdiq etmək üçün müəyyən hərəkətləri etmişdir.

32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hüquqi əhəmiyyəti olan f aktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 3 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ik incisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.

33. Yuxarıda qeyd olunanlara istinadən məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh2 Nağı oğlu 29 avqust 1946-cı il tarixdə Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin "Bakı qradonaçalnikin dəftərxanası” fondunun sənədlərində Bülbülə kənd icmasının ev sahiblərinin 5 fevral 1914-cü ilə dair qərarından məlum olmuşdur ki, Bəhrəli Nağı oğlunun Bülbülə kəndində evi olmuşdur. Eyni zamanda, Azərbaycan Kommunal Təsərrüfatı Nazirlıyi tərəfindən 1963-cü il tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”dan da məlum olmuşdur ki, Ordjonikidze rayonu, Bül-Bülə yaşayış məntəqəsində Pravda küçəsi ev № 19-da yerləşən ev sahibinin adı "X37 oqlı” ("X37 oqlı”) kimi qeyd edilmişdir. Həmin sənədin "kartoçka” hissəsində tərtibetmə tarixi kimi 1963-cü ilin sentyabr ayı göstərilmişdir. Sənəddə 1-ci və 2-ci mərtəbələrin planları öz əksini tapmışdır. Həmçinin, Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna əsasən, mübahisəli evə dair 1963-cü il tarixində tərtib edilmiş ilkin texniki pasportun tərtib edilməsinə əsas olmuş sənədlər haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, bununla da, Cavabdeh2 Nağı oğlunun sağlığında Bülbülə qəsəbəsində evin olması istisna olunmamış, lakin 1963-cü ildə müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Kommunal Təsərrüfatı Nazirliyi - tərəfindən qeydiyyat aparıldığı zaman, Cavabdeh2 Nağı oğlunun adına aparılmamışdır. 1963-cü il üçün Cavabdeh2 Nağı oğlu artıq 17 il olmuşdur ki, rəhmətə getmişdir, 1963-cü ildə onun mülki hüquq qabiliyyəti olmadığından, onun adına qeydiyyat aparmaq mümkün olmamışdır.

35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əlavə olaraq, yuxarıda sadalanan səbəblərə görə, "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un etibarsızlığına əsas o lmadığından, orada göstərilmiş məlumatlar doğru hesab olunmuşdur. Amma Cavabdeh2 Nağı oğlunun adı bu pasportda qeyd olunmamış, təqdim olunan ev kitabında da Cavabdeh2 Nağı oğlunun adı yazılmamışdır.

36. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, birinci instansiya məhkəməsində dindirilmiş şahidlər öz ifadələrində Cavabdeh2 Nağı oğluna "Hacı” deməyinə baxmayaraq, rəsmi sənədlərdə onun adı Bəhrəli Nağı oğlu kimi qeyd edilmiş və heç yerdə "Hacı” sözü olmamışdır. Əksinə, ev kitabında "Qadji Mamed” ("Hacı Mamed”) şəxsin adı mövcud olmuş, lakin onun Bəhrəli Nağı oğluna aidiyyatı olmamışdır. Pasportun üz səhifəsində ev sahibinin adı "X37 oqlı” yazılsa da, ev kitabında "X37 Baxratoviç” ("X40 Bəhrətoviç”) adlı şəxs qeyd olunmuşdur.

37. Bununla da, məhkəmə kollegiyası hesab etmişdir k i, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir.

38. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5, 308-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019cu il tarixli 3 saylı qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. İddiaçı (Vəkil- Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin tətbiq etdiyi həmin maddi hüquq normaları sadalamaqla və birinci instansiya məhkəməsinin mövqeyinin doğru olduğunu göstərməklə, ö zü də faktiki olaraq həmin normaları tətbiq etmişdir. Halbuki, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi mübahisənin predmetini təşkil edən hüquq münasibətlərinin yarandığı vaxtda qüvvədə olmuş mülki qavnunvericiliyə istinad etməli idilər. Belə ki, iddiadan göründüyü kimi, 1963-cü ildə tərtib edilmiş sənədin (texniki pasportun) kimə mənsub olması mübahisələndirilmişdir. Deməli MPM-nin 217-ci mddəsinin tələblərinə əsasən həmin dövrdə qüvvədə olmuş mülki qanunvericiliyin normaları tətbiq edilməklə qərar qəbul edilməli idi. Lakin məhkəmələrin tətbiq etdiyi yuxarıda göstərilən hüquq normaları 1 mart 1965-ci il tarixdən (yəni sonradan) qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş) normaları olmuşdur. Əslində isə məhkəm ələr xx.xx.1923-cü ildə qəbul olunmuş və xx.xx.1965-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSR-nin Mülki Məcəlləsinin normalarını tətbiq etməli idilər. İstər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi qeyd olunan prosessual hüquq normasının tələbini kobud şəkildə pozaraq, işdə olan sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmələr işdə olan rəsmi sənədlərə istinad edərək, Cavabdeh2 Nağı oğlunun sağlığında Bülbülə qəsəbəsində evin olması istisna olunmadığını etiraf etsələr də, onun və ailə üzvlərinin (övladı İddiaçı) mübahisəli evdə yaşamaları, texniki pasport tərtib edilərkən Cavabdeh3 Bəhrəli oğlunun orada qeydiyyatda olmadığı və yaşamadığı (o, 1964-cü ildən sonra həmin ünvana qeydiyyata düşmüşdür, həmin vaxta qədər Balakən və İsmayıllı rayonlarında yaşamışdır) faktını təs diq edən sübutları nəzərə almamışlar və bunun səbəbini qətnamədə şərh etməmişlər. İşə baxan məhkəmə kollegiyası mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normasını düzgün tətbiq etməmiş, sübutların tətdqiqi və qiymətləndirilməsinə dair prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur.

41. Kassasiya şikayətində məhkəmələrin xx.xx.1923-cü ildə qəbul olunmuş və xx.xx.1965-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSR-nin Mülki Məcəlləsinin normalarını tətbiq etməli olduğunu hesab etmişlər. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 3 saylı qərarı:

43. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfin dən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 307.2.5. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır.

50. Maddə

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallar ının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə iddia çı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ərizəçinin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nə ticəyə gəlinmişdir.

59. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı məhkəmə mübahisəsinin həlli sübutetmə ilə əlaqədardır.

60. İddiaçı hüquqmüəyyənedici sənəd hesab etdiyi texniki pasportun atası Cavabdeh2 Nağı oğluna məxsus olmasının müəyyən olunmasını xahiş etmişdir.

61. İşin faktiki hallarını araşdıran məhkəmələr müəyyən etmişlər ki, iddiaçının atası 1946-cı ildə vəfat etmiş, mübahisəli texniki pasport isə 1963-cü ildə tərtib olunmuşdur. Onun tərtib olunmasına əsas olan sənədlər müəyyən olunmamışdır. Belə olan halda məhkəmələr haqlı olaraq belə qənaətə gəlmişlər ki, 17 il əvvəl vəfat etmiş şəxsin adına 1963-cü ildə texniki pasportun tərtib olunması mümkün olmamaqla yanaşı texniki pasportda adı qeyd edilən şəxsin isə iddiaçının atası olması sübut o lunmur.

62. Qeyd edilməlidir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

63. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində iddiaçı tərəfindən təqdim olunmuş sübutlara, o cümlədən birinci instansiya məhkəməsinə dəvət olunmuş şahidlərin ifadələrinə hüquqi qiymət v ermiş və onları iddianın təmini üçün kifayətedici hesab etməmişdir.

65. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apel lyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 2(103)-7046/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar