Məhkəmə qərarları › İş №2(102)-1454/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1454/2019

11.03.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1454/2019 11.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1454/2019 şəhəri 11 mart 2019-cu il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil1, cavabdeh ARDNŞ Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentinin vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.10.2018-ci il tarixli, 2(103)9358/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin (hakim F.Mirzəyev) 10.05.2018-ci il tarixli, 2(007)2007/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh ARDNŞ Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Kazımov, T.Səmədov, İ.Şirinov) 05.10.2018-ciiltarixliqətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 10.05.2018-ci il tarixli, 2(007)-2007/2018 nömrəli qətnaməsinin İddiaçı münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı və vəkili Vəkil1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mü lki Kollegiyasının 05.10.2018ciiltarixliqətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdeh ARDNŞ Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 09.04.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh SOCAR Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Departamentinin işdən azad olunması ilə əlaqədar 09.03.2018-ci tarixli əmrin və məcburi iş buraxılmasına görə orta əmək haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, həm cavabdeh, həm də məhkəmə hesab etmişdir ki, iddiaçı işə çıxmamaqla şirkətin iş ahəngini pozmuşdur. Lakin iddiaçı cavabdehə verdiyi izahatında bildirmişdir ki, ona təhkim edilmiş avtomobil işdə olmadığı müddətdə şirkətə məxsus qarajda saxlanmış, avtomobilin sənədləri avtomobildə olmuş, avtomobilin açarının bir nüsxəsi də qarajda saxlanılır. Şirkətdə kifayət qədər sürücü və xidməti avtomobil olduğundan iş ahənginin pozulması ilə bağlı fikirlərin reallığı absurddur. İddiaçının işə çıxmaması nəticəsində onun iş ahəngini hansı formada pozması ilə bağlı cavabdeh tərəf məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə isə iş ahənginin pozulmasının nədə ifadə olunmasını, iddiaçının iş ahəngini pozmasının cavabdeh üçün hansı mənfi nəticələr doğurduğunu araşdırmamışdır. Bundan əlavə, iddiaçı işdən azad edilməsi ilə bağlı tərtib edilən aktların heç birinin ona təqdim edilmədiyini, həmin aktların kimlər tərəfindən, nə zaman və hansı şəraitdə tərtib edildiyindən xəbərsiz olduğunu bildirmiş, işə çıxmamasının üzrlü səbəbdən olmasını əsaslandırmışdır. İddiaçı qanunvericiliyin tələblərini pozaraq üzrsüz səbədən işə çıxmamış olsa idi, bu fakt rəsmi və obyektiv sənədlərlə rəsmiləşdirilməli, tərtib edilən sənədlərlə iddiaçı tanış edilməli, iddiaçının öz hüquqlarını müdafiə etməsi üçün şərait yaradılmalı idi. Lakin bunun əksinə olaraq rəsmiləşdirmənin qanunazidd formada və gizli həyata keçirilməsi həmin sübutların obyektivliyini və qanuniliyini şübhə altına alır. İddiaçının işdən azad olunması ilə bağlı razılığın verilməsi üçün həmkarlar ittifaqı təşkilatının iclası bir çox qanun pozuntularına yol verilməsi ilə keçirilmişdir. Bel ə ki, iddiaçının azad edilməsi ilə bağlı cavabdehin rəhbərliyinin həmkarlar ittifaqı təşkilatına təqdim etdiyi təqdimatdan xəbərsiz olmuş, təqdimata baxılmasına dair iclasa dəvət edilməmiş, həmkarlar ittifaqı təşkilatının iclasının vaxtı və yeri barədə iddiaçıya qabaqcadan məlumat verilməmişiclasdan öncə təqdimat və ona əlavə edilən sənədlərin surətləri iddiaçıya təqdim edilməmiş və nəticədə iddiaçı öz hüquqlarını müdafiə etmək imkanından məhrum olmuşdur. 13.03.2018-ci ildə iddiaçının işdən azad edilməsi ilə bağlı həmkarlar ittifaqı təşkilatına təqdimat verilməsi qeyd edilsə də, iddiaçının işdən azad edilməsi ilə bağlı ******* nömrəli əmrdə onunla bağlanmış əmək müqaviləsinin 09.03.2018-ci il tarixdə ləğv edildiyinin göstərilməsi göstərir ki, iddiaçının işdən azad edilməsi qanunsuzdur. Bel əliklə, iddiaçının məhkəməyə təqdim etdiyi kifayət qədər iş üçün əhəmiyyətli dəlillərin heç biri məhkəmə tərəfindən araşdırılmamış, qətnamə çıxarılarkən həmin dəlillər nəzərə alınmamış və onlara münasibət bildirilməmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi dəlillərə lazımi hüquqi qiymət verməmiş, işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.10.2018-ciiltarixli, 2(103)-9358/2018 saylı qətnaməsinin ləğv edilməsivə iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətdə göstərilən dəlillərin nəzərə alınaraq şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh ARDNŞ Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentinin vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək, iddia tələbinin təmin edilməməsinin hər iki instansiya məhkəməsində əsaslandırıldığını bildirib, məhkəmədən kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Hüqu qi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 05.10.2018-ciiltarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 10.05.2018-ci il tarixli, 2(007)-2007/2018 nömrəli qətnaməsinin İddiaçı münasibətdə, mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və işdə olan ****** sa ylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 01 avqust 2014-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinin 3 saylı avtonəqliyyat və xüsusi texniksahəsinin 1 saylı avtomobil dəstəsinə 4-cü dərəcəli avtomobil sürücüsü vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinin 09 mart 2018-ci il tarixli “Nəqliyyatın ayrılması barədə” məktubun surətindən görünür ki, "Azəriqaz” İstehsalat Birliyində 8 saatlıq iş rejimində növbətçi işləyən “Chevrolet Colorado” markalı ** **** *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 09 mart 2018-ci il tarixdə işə çıxmaması ilə əlaqədar istehsalatda iş ahəngi pozulmuşdur. İşdə olan 09 mart 2018-ci il tarixli təqdimatın su rətindən görünür ki, 4 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinin “Chevrolet-Colorado” markalı **-****-*** avtomoblin sürücüsü İddiaçı 09 mart 2018-ci il tarixdə naməlum səbəbdən işə çıxmamışdır. Ona görə də həmin sürücü haqqında tədbir görülməsi xahiş olunmuşdur. İşdə olan 09 mart 2018-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı 09 mart 2018-ci il tarixində naməlum səbəbdən işə çıxmamışdır. İşdə olan 12 mart 2018-ci il tarixli təqdimatın surətindən görünür ki, 4 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinin “Chevrolet-Colorado” markalı **-***-*** avtomobilin sürücüsü İddiaçı 12 mart 2018-ci il tarixdə naməlum səbəblərdən işə çıxmamışdır. Ona görə də həmin sürücü haqqında tədbir görülməsi xahiş olunmuşdur. İşdə olan 12 mart 2018-ci il tarixli aktın surətindən görünür ki, İddi açı 12 mart 2018-ci il tarixində naməlum səbəbdən işə çıxmamışdır. İşdə olan işəgötürən tərəfindən Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış 12 mart 2018-ci il tarixli məktubla İddiaçı 09 mart 2018-ci il tarixində sifarişçi təşkilatın sifarişinə əsasən işə çıxmalı olduğu halda 09 mart 2018-ci il və 12 mart 2018-ci tarixlərində heç kimə demədən naməlum səbəbdən işə çıxmaması, bununla əlaqədar 4 saylı AXTS-nin rəisi R.Məmmədov tərəfindən departament rəhbərliyinə təqdimatlar yazılması, müvafiq aktlar tərtib edilməsi, təqdimatları araşdırılması məqsədi ilə İddiaçı departamentə çağrılması barədə məlumat verilmiş, İddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin əmək vəzifələlərinin kobud şəkildə pozulması hesab edilən “a" bəndini pozması nəzərə alınmaqla onunla bağlanmış 01 avqust 2014cü il tarixli 6 38 saylı əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilməsinə münasibət bildirmək xahiş edilmişdir. İşdə olan “SOCAR” Nəqliyyat İdarəsi Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin iclasının 09 saylı 13 mart 2018-ci il tarixli protokolundan görünür ki, 4 saylı AXTS-nin sürücüsü İddiaçı ilə 2 saylı Texnoloji Nəqliyyat Departamentinin rəhbərliyi arasında bağlanmış 01 avqust 2014-cü il tarixli 638 saylı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. İşdə olan 137 saylı 13 mart 2018-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçıla 01 avqust 2014-cü il tarixində bağlanmış 638 saylı əmək müqaviləsi heç bir üzrlü səbəb olmadan işə gəlmədiyinə görə Azərbaycan Respublik Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç" bəndinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsi “ç" bəndi ilə ləğv edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 01 avqust 2014-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinin 3 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinin 1 saylı avtomobil dəstəsinə 4-cü dərəcəli avtomobil sürücüsü vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı 09 mart 2018-ci il və 12 mart 2018-ci il tarixlərdə üzrlü səbəblər olmadan işə çıxmamışdır. İşin bu halı toplanmış sübutlarla, o cümlədən cavabdehin nümayəndəsinin izahatı,qismən iddiaçının öz izahatı ilə təsdiq olunur. SOCAR Nəqliyyat İdarəsi Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyəti onunla bağlanmış əmək müq aviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsinə razılıq vermiş, 13 mart 2018-ci il tarixli 137 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə uyğun olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələria) əməkmüqaviləsiiləmüəyyənedilmişəməkfunksiyasınıvicdanlayerinəyetirmək;b) əməkintizamınavəmüəssisədaxiliintizamqaydalarınaəməletmək;c) əməyintəhlükəsizliyinormalarınaəməletmək;ç) işəgötürənəvurduğumaddiziyanagörəməsuliyyətdaşımaq;d)dövlətsirrini, habeləişəgötürəninkommersiyasirrinimüəyyənolunmuşqaydadavəşərtlərləgizlisaxlamaq;e) işyoldaşlarınınəməkhüquqlarınıvəqanunimənafelərinipozmamaq; ə) fərdi, kollektivəməkmübahisələriüzrəməhkəməqərarlarını (qətnam ələrini) yerinəyetirmək;f) əməkqanunvericiliyinintələblərinəəməletməkdənibarətdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçin in, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinin a) bəndinə görə özünün xəstəliyi, yaxın qohumlarının xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzrülü hal olmadan bütün iş günü işə gəlməmə işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci bəndinə əsasən həmkarlar ittiafıqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi ba rədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda, bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq, əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri(sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri(sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı(istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həm in Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keç ənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməs i barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qal mır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtləri, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmuşdur. Əvvəla ona görə ki, iddiaçının göstərdiyi dəlillər iş materialları ilə hər hansı bir formada təsdiq edilmir. Cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinin tələblərinin pozulması açıq-aşkardır. Bu işin mübahisəsiz halıdır. İddiaçı onun siyasi partiyanın üzvü olması motivinə görə işdən çıxarıldığına dair istər birinci, istərsə də apellyasiya instansiya məhkəməsinə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də istinad etdiyi halları sübuta yetirəcək hər hansı bir mötəbər dəlil göstərməmişdir. Əksinə, onun qəsdən yaxud səhlənkarlıqla heç bir üzrlü səbəb olmadan iki gün, bütün iş günü ərzində işə gəlməməsi nəticəsində iş yerində işin normal ahənginin pozulması təsdiq olunur. Cavabdeh müəssisədə kifayət qədər sürücü və xidməti avtomobil olsa da, həmin sürücülər və avtomobillər iddiaçının işçi kimi işə çıxmadığı günlərdə yerinə yetirməli əmək funksiyasını, yerinə yetirməyə borclu deyildilər. Ona görə də, iş ahənginin pozulmasının absurd olması dəlili də əsaslı hesab edilə bilməz. Göründüyü kimi, məhz iddiaçı əmək funksiyasının yerinə yetirilməsi ilə əlaqədar Əmək Məcəlləsinin bir sıra müddəalarına riayət etməli olduğu halda bunu etməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş və mülki işin materiallarına əlavə edilmiş sübutlar iddiaçı tərəfindən əmək funksiyalarının yerinə yetirmədiyini və vəzifə borcunu kobud şəkildə pozduğunu bilavasitə təsdiq edir. Həmin halları təkzib edən sübutlar isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş və əsaslandırılmış hallara uyğun qiymət verərək qeyd edir ki, kassasiya şikayətində göstərilən dəlillərin əsassızlığı apellyasiya məhkəməsinin qəbul etdiyi qətnamə ilə tam sübuta yetirilmiş, kassasiya şikayətinin dəlili kimi göstərilmiş hallar apellyasiya şikayətində də göstərildiyi üçün apelyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin əsaslandığı həmin hallara iddiaçı tərəfindən bu barədə mötəbər sübut təqdim edilməməsi və bir qisminin də formal mülahizələrə istinad edilməsi ilə qiymət vermiş, qətnamə qəbul edərkən bu dəlillərinin əksini təsdiq edən sübutlara istinad etmişdir. Belə ki, iş materialları ilə də müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun qaydada ləğv edilmişdir. Həmçinin iş materiallarında olan İddiaçı tərəfindən yazılmış 13.03.2018-ci il tarixli izahatın məzmunundan da görünür ki, o, izahatında 09.03.2018-ci il və 12.03.2018-ci il tarixlərində işə gəlməməsini göstərmişdir. Beləliklə, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apel lyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış, əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə uyğun olaraq ləğv edilməsinin əsaslılığını tam sübuta yetirmiş vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instan siyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.10.2018-ciiltarixli, 2(103)-9358/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar