Məhkəmə qərarları › İş №2(102)-1456/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1456/2023

11.04.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1456/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı ilkin, Cavabdeh MMC-nin İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mülki işin kassasiya baxışından çıxarılması) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlundan (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə ilkin, Cavabdeh MMC-nin İddiaçı qarşı dəymiş ziyanın ödənilməsi və s. barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bak ı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 dekabr 2022-ci il tarixli, 2(103)-4139/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-250/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilərək, İddiaçı vurulmuş maddi zərərin əvəzi olaraq 147.403,76 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 25 manat hissəsi tutularaq Cavabdeh MMC-yə ödənilməsi, qarşılıqlı iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan s onra - apellyasiya instansiyası məhkəməsi) 29 dekabr 2022-ci il tarixli, 2(103)-4139/2022 nömrəli qətnaməsi ilə (hakimlər – A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və C.A.Yusifov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – qarşılıqlı iddia tələbinə dair hissədə ləğv edilmiş və həmin hissədə iddia rədd edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 dekabr 2022-ci il tarixli, 2(103)-4139/2022 nömrəli qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(102)-1456/2022 nömrəli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının səd ri 01 mart 2023-cü il tarixli məktubla Ali Məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh tərəfin verdiyi kassasiya şikayətinin mümkünlüyünün yoxlanması məqsədi ilə mülki işin apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İşin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2022-ci il tarixli, 2(102)-1436/2022 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2022-ci il tarixli, 2(103)-4139/2022 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar