Məhkəmə qərarları › İş №2(102)-1456/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1456/2024

27.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1456/2024 27.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1994/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmə nin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 15 yanvar 2020-ci il tarixdə Xaçmaz Mənzil Kommunal Təsərrüfatı idarəsində baş aqronom vəzifəsinə işə qəbul olunmuş, 07 aprel 2023-cü il tarixli əmrlə onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin onun işdən azad olunması barədə 07 aprel 2023-cü il tarixli, 19-amp saylı əmrinin ləğv edilməsi, onun Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinə baş aqronom vəzifəsinə işə bərpa olunmağı, məcburi işburaxma müddəti üçün əmək haqqının ca vabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1948-ci ildə anadan olmuşdur. 1987-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu “meyvə-tərəvəzçilik və üzümçülük” ixtisası üzrə bitirmiş və Dövlət İmtahan komisiyasının qərarı ilə ona “Alim aqronom” ixtisası verilmişdir. O, 15 yanvar 2020-ci il tarixdə Xaçmaz Mənzil Kommunal Təsərrüfatı idarəsində baş aqronom vəzifəsinə işə qəbul olunmuşdur. İşlədiyi müddətdə işin öhdəsindən layiqincə gəlmiş, heç bir əmək intizamının pozulmasına yol verməmişdir. 07 aprel 2023-cü il tarixdə cavabdeh tərəfindən verilmiş 19-amp əmri ilə onun əmək müqaviləsinə xitam verilmişdir. Əmrdə əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsin in 70-ci maddəsinin “e” bəndi göstərilmişdir (Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda). Hesab edir ki, cavabdehin göstərilən əmri qanunsuz və əsassızdır. İşə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi üçün o, qanunvericiliyin tələbinə uyğun olaraq Mediasiya Şurasına müraciət etmiş, mediasiya prosesinin keçirilməsi mediator X2 həvalə edilmiş, mediasiya prosesində cavabdeh tərəfi iştirak etmədiyi üçün mediator N.M.Əliyev 08 iyun 2023-cü il tarixli, MŞQ/MT-027/2023-00742 nömrəli arayış ilə mediasiya prosesinə xitam vermişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Bundan da əlavə o, həmin idarəyə 15 yanvar 2020-ci il tarixdə baş aqromon vəzifəsinə işə qəbul olunarkən onun artıq 72 yaşı var idi. S ual olunur əgər cavabdeh idarədə işçiləri Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işdən çıxarırsa, nə üçün 2020-ci ildə o, 72 yaşında həmin idarəyə işə qəbul olunmuşdur? O, ali təhsilli mütəxəssisdir, alim aqronom ixtisası vardır. Hesab edir ki, cavabdeh idarədə alim aqronom ixtisası olan baş aqronoma xüsusi ehtiyac vardır. O, işlədiyi müddətdə öz biliklərini və təcrübəsini Xaçmaz şəhərində yaşıllıqların bərpası və inkşafı üçün tətbiq etmişdir.

4. Birinci instansiya məhkəməsində iştirak edən cavabdeh Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, cavabdehin işinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi əsasında - yaş həddi ilə əlaqədar xitam verilmişdir.

5. Xaçmaz Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(067)-2035/2023 nömrəli qətnaməsi ilə (hakim V.Qasımova) iddianın təmin olunması, Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin 07 aprel 2023-cü il tarixli, 19-amp saylı əmrinin ləğv edilməsi və İddiaçı Xaçmaz Mənzil Kommunal Təsərrüfatı idarəsinə baş aqronom vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün "07 aprel 2023-cü il” tarixdən hesablanmaqla İddiaçı Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsi tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqının ödənilməsi qət edilmişdir.

6. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilməsi əsassız hesab edilməlidir.

7. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsi nin 07 aprel 2023-cü il tarixli 19 amp saylı əmri ləğv edilməlidir.

8. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, iddia tələbinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsi də əsaslıdır.

9. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsi nə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 68, 70, 300, 287, 288, 292, 294-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmənin gəldiyi nəticə ilə razı deyillər. Belə ki, məhkəmə Xaçmaz R ayon İcra Hakimiyyəti başçısının aparatının məhkəməyə ünvanladığı məktubundan müəyyən etmişdir ki, Xaçmaz Kommunal Təsərüfatı İdarəsi təsərrüfat hesablı idarə olduğundan özü-özünü maliyyələşdirir, dövlət büdcəsindən maliyyələşmir. Bildirmişlər ki, hazırda Xaçmaz Mənzil Kommunal Təsərüfatı idarəsində 130 işçi dövlət büdcəsindən maliyyələşərək əmək haqqı alır. İdarənin öz-özünü maliyyələşdirməsinə baxmayaraq göstərilən idarədə həmçinin dövlət büdcəsindən maliyyələşən vəzifələr vardır. Məhz iddiaçının göstərdiyi baş aqronom vəzifəsi də dövlət büdcəsindən maliyyələşir. Onu müəyyənləşdirmək üçün Xaçmaz rayonu üzrə Maliyyə idarəsinə sorğu vermək kifayət edərdi. Məhkəmənin əsaslandığı Xaçmaz Rayon İcra Hakimiyyətinin məktubu həmin məsələni müəyyən etmək üçün sübut deyil. Çünki Büdcədən ayrılan və saitlər Maliyyə idarələri tərəfindən həyata keçirilir. Həmçinin məhkəmə Xaçmaz Mənzil Kommunal Təsərüfatı İdarəsinin Əsasnaməsinə əsaslanaraq idarənin müstəqil balansa, xərclər smetasına, banklarda hesablaşma hesabına və digər hesablara malik olmasını göstərmişdir. Lakin həmin əsasnamənin 4.2-ci maddəsinə əsasən idarənin əmlakının yaranma mənbələrinə kapital qoyuluşu, büdcədən ayrılmalar və dotasiyalar olması göstərilmişdir. Məhkəmə həmin əsasnamədə olan büdcədən ayrılmalar sözünə diqqət yetirməmiş, kifayət qədər araşdırma aparmadan formal cümlələrlə qətnamənin çıxarılması üçün əsas olmayan sübutlara əsaslanaraq iddianı təmin etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci insta nsiya məhkəməsinə təqdim edilir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və iddiaçı tərəfindən cavabdehin hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Hakim ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və sübutları tam araşdırmamışdır. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Sübutlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Lakin iddianın tam araşdırılması üçün sübutlar düzgün tədqiq edilməmişdir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Lakin məhkəmə zəruri əlavə sübutları (Maliyyə idarəsinə sorğu) təqdim etməyi tərəflərə təklif etməmişdir. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(105)-1994/2023 nömrəli qətnaməsi ilə (hakimlər İ.K.Dəmirov (sədrlik edən və məruzəçi), F.Ə.Məmmədov və L.E.Rəhimli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Xaçmaz Rayon M əhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(067)-2035/2023 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair iddiası təmin edilməmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir.

15. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin e bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda ləğv edilə bilər. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin e bəndinə əsasən xitam verilməsi əsassız hesab edilməlidir.

16. Çünki cavabdeh dövlət büdcəsindən deyil,özü-özünü maliyyələşdirən idarədir.

17. Birinci instansiya məhkəməsi Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin Əsasnaməsinin 2.3-cü bəndinin tələblərini nəzərə almadan müvafiq araşdırma aparmamış, cavabdehin iddia tələbinə qarşı əsaslı dəlillərinə hüquqi qiymət verməmişdir. Həmin əsasnamənin 2.3-cü bəndinə əsasən idarənin fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Qanunvericiliyinə zidd olmayan mənbələr hesabına həyata keçirilir.

18. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikas ı Maliyyə Nazirliyinin Xaçmaz rayonu üzrə X3 rayon Vəkil Bürosunun vəkili Vəkil1 ünvanladığı 18 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, Xaçmaz Rayon Mənzil Kommunal təsərrüfatı İdarəsində işçilərə əmək haqqı ödənilməsi ilə bağlı dövlət büdcəsindən pul vəsaiti ayrılır.

19. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı və iş materiallarına əlavə edilmiş Xaçmaz Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İdarəsinin təsərrüfat fəaliyyətindən maliyyələşən işçilərin ştat cədvəlindən müəyyən edilmişdir ki, hazırda Xaçmaz Mənzil Kommunal Təsərüfatı idarəsində çalışan işçilər dövlət büdcəsindən maliyyələşərək əmək haqqı alırlar. İdarənin özü özünü maliyyələşdirməsinə baxmayaraq göstərilən idarədə həmçinin dövlət büdcəsindən maliyyələşən vəzifələr vardır. Məhz iddia çının göstərdiyi baş aqronom vəzifəsi də dövlət büdcəsindən maliyyələşir.

20. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Quba-Xaçmaz regional şöbəsinin İddiaçı ünvanladığı 01 may 2023-cü il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasının vahid büdcə təşkilatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 440 nömrəli qərarının “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına əlavə”sinin 8.2.4-cü paraqrafı (“Yaşıllaşdırma” paraqrafına yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, yaşıllaşdırma sahəsində xidmətlərin göstərilməsi, müvafiq infrastrukturun inkişafı ilə bağlı digər işlərin, o cümlədən yaşayış məntəqələrində landşaft quruluşu işlərinin yeri nə yetirilməsinin təmin edilməsi, park ərazilərində xüsusi dizayn işlərinin (torpaq sahələrinin hazırlanması, aqrotexniki tədbirlərin görülməsi, mövsümi güllərin və ağacların alınması və əkilməsi) görülməsi və bu qəbildən olan digər xərclər daxildir) nəzərə alınmaqla Xaçmaz RİH və Xaçmaz MKTİ tərəfindən təsdiq olunmuş ştat cədvəlinə əsasən İdarənin bir vahid baş aqronom ştatı üzrə əmək haqqının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

21. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Xaçmaz Rayonu üzrə Maliyyə şöbəsinin rəisi tərəfindən Vəkil1 ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-23-26/2- 145/2023 nömrəli məktubda Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsində işçilərə əmək haqqı ödənilməsi ilə bağlı dövlət büdcəsindən pul vəsaiti ayrıldığı göstərilmişdir.

22. Eləc ə də işə əlavə olunmuş Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz Şəhər İnzibati Ərazi X1 Azərbaycan Respublikası Vəkillər Kollegiyası Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Vəkil1 ünvanladığı 05 oktyabr 2023-cü il tarixli, 80 saylı məktubda da Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 03 saylı sərəncamı ilə nəzarətlərində olan Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin baş aqronom ştatının dövlət büdcəsindən maliyyələşən ştat vahidi olduğu göstərilmişdir.

23. Həmçinin işə əlavə olunmuş Xaçmaz Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İdarəsinin Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi Emin Ağayevə ünvanladığı 05 oktyabr 2023-cü il tarixli, 123 saylı məktubdan görünür ki, Xaçmaz MKTİ-nin dövlət büdcəsindən küçələrin sü pürülməsi, yaşıllıqlara qulluq edilməsi, küçələrin işıqlandırılması və xidmət göstərilməsi üçün 130 ştat vahidi təsdiq edilmişdir. Yaşıllıq sahəsinə ayrılmış baş aqronom ştatı da dövlət büdcəsindən maliyyələşən ştat vahididir.

24. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin e bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda ləğv edilə bilər.

25. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair iddiasını təmin etməkdə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Əmək Məcəlləsinin 70-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14, 77, 217 və 384-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

27. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Şikayətdə qeyd olunmuşdur ki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 9 və 12-ci maddələrinin tələbləri nəzərə alınmamış, həmin normalar mübahisəyə düzgün tətbiq edilməmiş və nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. İddiaçı 15 yanvar 2020-ci ildə cavabdeh müəssisədə baş aqronom vəzifəsinə işə qəbul olunarkən onun artık 72 yaşı vardı. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddə ti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisədə çalışmanın son yaş həddi 70 yaş olduğu müəyyən edilir. Əgər cavabdeh müəssisənin qeyd etdiyi kimi baş aqronom vəzifəsi dövlət büdcəsindən maliyyələşdirilən vəzifədirsə niyə o zaman iddiaçı qanunvericiliyin tələbləri pozularaq işə qəbul edilirdi?! Bundan əlavə apellyasiya şikayətində və cavabdeh müəssisənin nümayəndələrinin izahatlarında ziddiyyətli məqamlar mövcuddur. Belə ki, apellyasiya şikayətində qeyd olunmuşdur ki, Xaçmaz Mənzil Kommunal Təsərüfatı idarəsində 130 işçi dövlət büdcəsindən maliyyələşdirilərək əmək haqqı alır. Daha sonra isə qeyd ol unur ki, idarə öz-özünü maliyyələşdirməsinə baxmayaraq göstərilən idarədə həmçinin dövlət büdcəsindən maliyyələşən vəzifələrin olması qeyd olunur. Baş aqronom vəzifəsi də dövlət büdcəsindən maliyyələşir. Göründüyü kimi ilk olaraq idarədə çalışan ştat cədvəli üzrə bütünlüklə 130 işçinin dövlət büdcəsi hesabına əmək haqqı aldığı bildirilsə də daha sonra idarədə həmçinin dövlət büdcəsindən maliyyələşən vəzifələrin olması, baş aqronom vəzifəsinin də bura aid olması qeyd olunmaqla məhkəməyə ziddiyətli və yalan məlumatların verilməsi anlaşılır. İş materiallarında olan sübutlardan Xaçmaz Mənzil Kommunal Təsərüfatı idarəsində işçilərə əmək haqqının ödənilməsinin dövlət büdcəsindən maliyyələşdirildiyi müəyyən edilmir. Bu faktı təsdiq edən hər hansı mötəbər sübut iş materiallarında mövcud deyildir. Bu baxımdan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin e bəndinə əsasən xitam verilməsi əsassız və qanunsuz olmuşdur. İş üzrə sübutlar prosessual qanunvericiliyin tələbləri pozulmaqla yəni birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim olunmalı olduğu halda yalnız apellyasiya instansiyası məhkəməsində təqdim edilmişdir. Yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməməli, təqdim olunanlar iş materiallarına əlavə edilmiş sübut kimi qiymətləndirilə bilməzdi. Həmin sübutlar birinci instansiya məhkəməsində iş yekunlaşdıqdan sonra vəkil sorğusuna verilmiş cavab məktublarından ibarət olmuşdur. Halbuki, həmin sübutlar birinci instansiya məhkəməsində təqdim edilməli idi. Cavabdeh təşkilatın apellyasiya baxışında təqdi m etdiyi sübutların qəbul edilərək araşdırılması yolverilməzdir. Məhkəmə sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, cavabdeh idarəyə işçilərin əmək haqqlarının ödənilməsi üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılırsa bu hər hansı bir məktubla deyil müvafiq rəsmi sənədlərlə, ayrılan maliyyə vəsaitinin məbləği və təyinatı göstərilməklə ödəniş tapşırığı, cavabdeh müəssisə tərəfindən həmin vəsaitin əmək haqqı ödənilməsinə sərf olunduğunu əks etdirən digər mötəbər sənədlərlə təsdiq edilməlidir. Belə ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İş materiallarında olan ziddiyyətli məqamlara və sübutlara da düzgün qiymət verilməmişdir. Belə ki, iş materiallarında olan Xaçmaz R ayon İcra Hakimiyyəti başçısının Aparatının məktubundan müəyyən edilir ki, Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsi təsərrüfat hesablı idarə olduğundan özüözünü maliyyələşdirir. Dövlət büdcəsindən maliyyələşmir. Daha sonra həmin qurumun vəkil sorğusuna başqa bir məzmunda ziddiyətli cavab məktubu apellyasiya instansiyası məhkəməsi tərəfindən mötəbər sübut kimi qəbul edilir. Ziddiyyətli sübutlardan niyə məhz sonunculara üstünlük verildiyi qətnamədə əsaslandırılmamışdır. Nəticədə ədalət mühakiməsi çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət edilmədən həyata keçirilmiş, məhkəmə icraatı zamanı həqiqətin müəyyən edilməsi üçün lazımi tədbirlər görülməmişdir. Məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməməsi səbəbindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b) Kassasiy a şikayətinə qarşı etirazın dəlilləri

29. Cavabdeh kassasiya şikayətinə qarşı etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı işdən azad olduğu baş aqronom vəzifəsidə dövlət büdcəsindən maliyyələşir və tərəfimizdən işdən azad olunarkən əmək məcəlləsinin normalarına düzgün riayət olunmuşdur. Göstərilən hallarla bağlı sübutlar tam şəkildə apellyasiya insatnsiya məhkəməsinə təqdim edilmişdir. Təqdim edilmiş sübutlara əsasən qəbul edilmiş apellyasiya instansiya məhkəməsinin qətnaməsi əsaslıdır və dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya məhkəsinin qətnaməsinin dəyişdirmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

30. Maddə 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrd ə çalışmanın yaş həddi 65-dir.

31. Maddə 68, 1-ci hissə Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

32. Maddə 70, e bəndi Əmək müqaviləsi işəgötürən tərəfindən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda ləğv edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya inst ansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Mübahisəyə mahiyyəti üzrə baxan apelyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, dövlət büdcəsindən maliyyələşən müəssisəsə çalışan iddiaçının müvafiq yaş həddinə çatmasına görə əmək müqaviləsinin cavabdeh tərəfindən ləğv edilməsi əmək qanunveriiciliyinə uyğun olmuşdur.

41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

42. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, ya lnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini yoxlayır.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

44. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1994/2023 nöm rəli, 30 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar