Məhkəmə qərarları › İş №2(102)-1457/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1457/2025

02.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1457/2025 02.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “icra sənədinin məhkəməyə qaytarılması öhdəliyinin icra şöbəsinin üzərinə qoyulması və s.” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi; işə mülki məhkəmə icraatı qaydasında baxılmasının yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyas ının 13 yanvar 2025-ci il tarixli, 2(103)958/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs iddiası qismən təmin edilərək, İddiaçı qətnamə icra edilən günə Azərbaycan manatının məzənnəsinə uyğun 107000 ABŞ dollarının və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın alınaraq Maraqlı şəxs ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, habelə iddiaçılar İddiaçı və X1 cavabdeh Maraqlı şəxs qarşı “borc pulun qaytarılması” barədə qarşılıqlı iddiaçının təmin edilməməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin 13 may 2019-cu il tarixli qətnaməsi ilə Sahib Baxşəliyevin apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qətnaməsi ona aid hissədə ləğv edilmiş, onun iddia tələbi qismən təmin edilərək, qətnamə icra olunan tarixə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq İddiaçı X1 xeyrinə 10000 ABŞ dolları pulun tutulması qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 oktyabr 1019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə Maraqlı şəxs və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddialarının təmin olunması hissəsində ləğv olunmuş və iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılmış, qətnamənin qalan hissəsi Maraqlı şəxs kassasiya şikayətinə münasibətdə dəyişd irilmədən saxlanılmışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli qətnaməsi ilə, İddiaçı apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə - yəni, ilkin iddianın qismən təmin olunaraq İddiaçı qətnamə icra edilən günə Azərbaycan manatının məzənnəsinə uyğun 107000 ABŞ dollarının alınıb Maraqlı şəxs ödənilməsi hissəsində dəyişdirilərək, İddiaçı 11 iyun 2015-ci il tarixli müqavilə üzrə 100000 ABŞ dollarının (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 2500 manatın tutularaq Maraqlı şəxs ödənilməsi, X1 apellyasiya şikayətinin təmin olunmaması, qətnamənin qa lan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli qətnaməsi üzrə verilən icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Nərimanov Rayon İcra və probasiya şöbəsinə göndərilmiş, Bakı şəhəri Nərimanov rayonunun icra məmurunun 02 noyabr 2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Binəqədi rayon icra və probasiya şöbəsinə göndərilmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 8(001)241/2022 nömrəli qərardadı ilə borclu İddiaçı məxsus 1) 2-lik qranit-cəmi ölçüsü 202 kv.m. 60x60 sm. 68 ədəd, 25 kv.m. 40x40 654 ədəd, 104 kv.m. 33x125 sm. 177 ədəd, 73 kv.m. 2) Oniks mərmər - cəmi ölçüsü 536 kv.m. 189x308 sm. 18 ədəd, 105 kv.m. 40x70 sm. 33 ədəd, 92 kv.m. 40x80 sm 80 ədəd, 26 kv.m 40x60 sm. 9 ədəd, 2 kv.m. 30x40 sm. 835 ədəd, 100 kv.m. 60x60 sm. 36 ədəd, 13 kv.m. 30x40 sm. 1650 ədəd, 198 kv.m. 3) 3-lük qranit - cəmi ölçüsü 69 kv.m. 33x145 sm, 51 ədəd 25 kv.m. 33x150 sm. 89 ədəd, 44 kv.m. 4) adi mərmər cəmi ölçüsü 64 kv.m. 32x150 sm. 132 ədəd 63 kv.m əmlakların üzərinə həbs qoyulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi əsasında verilmiş 2(103)-723/2020-003 nömrəli, 23 yanvar 2020-ci il tarixli icra sənədinin məhkəməyə və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)241/2022 nömrəli, 09 avqust 2022-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş əmlakların isə icra sənədi üzr ə borclu İddiaçı qaytarılması barədə qərarın qəbul edilməsi öhdəliyin icra məmurunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi əsasında verilmiş 23 yanvar 2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı 11 iyun 2015-ci il tarixli müqavilə üzrə 100000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 2500 manat tutularaq Maraqlı şəxs ödənilməlidir. İcra sənədi üzrə borclu kimi 2021-ci ilin oktyabr ayında onu icra məmuru yanına çağıraraq, borc tələbinin ödənilməsini tələb etdikdə ona borc əvəzi tələbkar Maraqlı şəxs Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin sərəncamı ilə onun istif adəsinə və sahibliyinə verilmiş 7 ha torpaq sahəsində tikilmiş bir mərtəbəli üç otaqlı tam təmirli evi qanuni sahibliyinə və istifadəsinə verilməsin təklif etmişdir. Bundan sonra, Cavabdeh icra məmuru Faiq Əkbərov tərəfindən bu barədə icra sənədi üzrə tələbkar Maraqlı şəxs məlumat verilmişdir. 20 oktyabr 2021-ci il tarixdə bununla əlaqədar olaraq icra sənədi üzrə tələbkar Maraqlı şəxs, icra məmuru Faiq Əkbərovun və hal şahidlərinin iştirakı ilə qeyd olunan torpaq sahəsinə baxış keçirilmiş və həm torpaq sahəsi və həmçinin onun üzərində tikilmiş ev tələbkar Maraqlı şəxs tərəfindən bəyənildiyi üçün müvafiq sənədləşdirmə aparıldıqdan sonra onun sahibliyinə və istifadəsinə verilmişdir. İcra məmuru tərəfindən bu barədə qərar qəbul ediləndən iki il sonra Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi əs asında verilmiş 23 yanvar 2020-ci il tarixli icra sənədi üzrə tələbkarın şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək “üzərinə həbs qoyulmuş əmlakın tələb əvəzində tələbkara verilməsi haqqında” 20 oktyabr 2021-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Uzun sürən və bir neçə məhkəmə instansiyasında araşdırılan şikayət ərizəsi son olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qərardadı təmin edilərək, Binəqədi rayonu, Biləcəri qəsəbəsində 7 ha torpaq sahəsində tikilmiş bir mərtəbəli üç otaqlı tam təmirli və orta bazar qiyməti təxminən 120000 manat olan həyət evi iddiaçı qaytarılmışdır. Bundan sonra, icra sənədinin icrası tapşırılmış icra məmuru Şakir Bahadırov icra sənədi üzrə tələbkar Maraqlı şəxs və iki hal şahidi ilə bi rgə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən iddiaçının iş yerinə gələrək, demək olar ki, ona məxsus bütün əmlakı siyahıya almış və cinayət məsuliyyəti barədə xəbərdarlıq edilməklə saxlanılması üçün ona təhvil verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 8(001)-241/2022 nömrəli qərardadı ilə borclu İddiaçı məxsus 1) 2-lik qranit-cəmi ölçüsü 202 kv.m. 60x60 sm. 68 ədəd, 25 kv.m. 40x40 654 ədəd, 104 kv.m. 33x125 sm. 177 ədəd, 73 kv.m. 2) Oniks mərmər - cəmi ölçüsü 536 kv.m. 189x308 sm. 18 ədəd, 105 kv.m. 40x70 sm. 33 ədəd, 92 kv.m. 40x80 sm 80 ədəd, 26 kv.m 40x60 sm. 9 ədəd, 2 kv.m. 30x40 sm. 835 ədəd, 100 kv.m. 60x60 sm. 36 ədəd, 13 kv.m. 30x40 sm. 1650 ədəd, 198 kv.m. 3) 3-lük qranit - cəmi ölçüsü 69 kv.m. 33x145 sm, 51 ədəd 25 kv.m. 33x150 sm. 89 ədəd, 44 kv.m. 4) adi mərmər cəmi ölçüsü 64 kv.m. 32x150 sm. 132 ədəd 63 kv.m əmlakların üzərinə həbs qoyulmuş və qiymətləndirmə təşkilatı tərəfindən qeyd olunan əmlakların 150096 manat orta bazar qiymətində olması hesablanmışdır. Qiymətləndirilmiş əmlakın açıq hərrac yolu ilə satışının təşkil edilməsi üçün hərrac təşkilatına sifariş göndərilmiş, Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzinin 16 fevral 2024-cü il tarixli, 08/24 saylı protokoluna əsasən hərrac baş tutmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli qərardadı ilə borclu İddiaçı məxsus əmlaklar hərracda satılmadığı üçün icra məmurunun 07 may 2024-cü il tarixli qərarı ilə tələbkara təklif edilmiş və qeyd edilmişdir ki, tələbkar Maraqlı şəxs 10 gün m üddətində təklifə rəsmi münasibət bildirməli və verilmiş müddət ərzində təklifə rəsmi münasibətin bildirilməməsi təklifdən imtina kimi qiymətləndirilməlidir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 23 yanvar 2020-ci il tarixli icra sənədi üzrə tələbkar icra məmuru Şakir Bahadırovun təklifinə 10 gün müddətində münasibət bildirməyərək, əmlakı götürməkdən imtina etmişdir. Göründüyü kimi icra sənədi üzrə borclu tərəfindən tələbin könüllü olaraq icrasını təmin etmək üçün zəruri addımlar atılsa da, tələbkar Maraqlı şəxs hərəkətləri və qanunazidd tələbləri səbəbindən Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 23 yanvar 2020-ci il tarixli icra sənədi icra olunmamış qalmışdır. “İcra haqqında” Qanunun 23.1.5, 53.3 və 85.1-ci maddələrinin tələbləri rəhbər tutulmaqla iddiaçı tərəfindən borc lu kimi vəsatətlə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə müraciət edilərək, ona məxsus və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş 1) 2-lik qranit-cəmi ölçüsü 202 kv.m. 60x60 sm. 68 ədəd, 25 kv.m. 40x40 654 ədəd, 104 kv.m. 33x125 sm. 177 ədəd, 73 kv.m. 2) Oniks mərmər - cəmi ölçüsü 536 kv.m. 189x308 sm. 18 ədəd, 105 kv.m. 40x70 sm. 33 ədəd, 92 kv.m. 40x80 sm 80 ədəd, 26 kv.m 40x60 sm. 9 ədəd, 2 kv.m. 30x40 sm. 835 ədəd, 100 kv.m. 60x60 sm. 36 ədəd, 13 kv.m. 30x40 sm. 1650 ədəd, 198 kv.m. 3) 3-lük qranit - cəmi ölçüsü 69 kv.m. 33x145 sm, 51 ədəd 25 kv.m. 33x150 sm. 89 ədəd, 44 kv.m. 4) adi mərmər cəmi ölçüsü 64 kv.m. 32x150 sm. 132 ədəd 63 kv.m əmlakların borclu İddiaçı, 2(103)-723/2020-003 nömrəli, 23 yanvar 2 020-ci il tarixli icra sənədini isə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasın xahiş etsə də, vəsatət təmin edilməmişdir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, e-2(001)5525/2024 nömrəli qətnaməsi ilə (hakim E.Mustafayev) iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)723/2020-003 nömrəli, 23 yanvar 2020-ci il tarixli və 2(103)-5034/2019 nömrəli, 20 dekabr 2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Cavabdeh icra məmuru X3 tərəfindən qəbul edilən “üzərinə həbs qoyulmuş əmlakın əvəzində tələbkara verilməsi haqqında” 20 oktyabr 2021-ci il tarixli qərarı ləğv edildiyindən, yəni adı çəkilən əmlak tələbkar tərəfindən imtina edildiyindən, icra sənədinin icrasının təmin edilməsi mümkün o lmamışdır. Buna səbəb isə Binəqədi qəsəbə bələdiyyəsinin ərazində yerləşən 600 kv.metr torpaq sahəsinin borclunun mülkiyyətində olmaması olmuşdur. Yəni faktiki olaraq, icra sənədi üzrə tələbin borclunun əmlakına yönəldilməsi baş tutmamışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, icra məmuru tərəfindən üzrə icra tədbirlərinin həyata keçirilməli olduğu artıq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 8(001)-424/2023 nömrəli qərardadı əsasında müəyyən edilmişdir.

11. Məhkəmə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-723/2020-003 nömrəli, 23 yanvar 2020-ci il tarixli və 2(103)-5034/2019 nömrəli, 20 dekabr 2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar icra tədbirlərinin davam etdirilməsinin zəruri olduğunu, eləcə də, qanunvericiliyə uyğun olaraq hazırda icra məmuru tərəfindən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər barədə ətraflı axtarış aparılması istiqamətdə araşdırmanın (əmlakın axtarışı) davam etməsini, habelə icra sənədinin məhkəməyə qaytarılması üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23cü maddəsində müəyyən olunmuş halların mövcud olmadığını nəzərə alaraq hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-723/2020-003 nömrəli, 23 yanvar 2020-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddia tələbi rədd edilməlidir.

12. Məhkəmə iddia tələbinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 241/2022 nömrəli, 09 avqust 2022-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş əmlakların icra sənədi üzrə borclu İddiaçı qaytarılması barədə qərarın qəbul edilm əsi öhdəliyinin icra məmurunun üzərinə qoyulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, Cavabdeh icra məmurunun 30 iyul 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(103)5034/2020 saylı və Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(103)-723/2020 saylı icra işləri ümumi icraatda birləşdirildiyindən burada artıq “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 54-cü və 75-ci maddələrinin tələblərinə görə tələbkarların tələblərinin təmin edilməsinin növbəliliyi yaranmışdır. Bu halda isə iddiaçının qeyd etdiyi əsasla icra sənədinin məhkəməyə qaytarılması hər növbədən olan tələbkarların tələblərinin təmin edilməsinin vahid ardıcıllığını pozmuş olacaq.

13. Bununla yanaşı hazırkı halda iddiaçı “İcra haqqında” Azərbaycan Respub likası Qanunun 53.3-cü maddəsinin tələbini hərfi mənada qəbul etsə də, məhkəmə hesab etmişdir ki, maddənin tətbiqinin zəruriliyi işin halları ilə müəyyən edilmir. Məhkəmə hesab etmişdir ki, üzərinə həbs qoyulmuş satılmayan əmlakları tələbkar obyektiv səbəblərdən qəbul etməmiş və bu halın icra sənədinin məhkəməyə qaytarılması üçün əsas hesab edilməsi sonda qanuni qüvvəsini almış məhkəmə aktının icrasız qalması ilə nəticələnəcək. Bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-723/2020-003 saylı icra sənədinin icrasının tam icrası ilə əlaqədar icra məmuru tərəfindən hərəkətlər davam etdirilməlidir.

14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu; Mülki Məcəllənin 14.1-ci; “İcra haqqında” Qanunun 23.1, 23.1.1, 23.1.2, 23.1.3, 23.1.4, 23.1.5, 23.2, 23.3, 23.4, 23.5, 23.7, 53.1, 53.3-cü; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81 və 88-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarına və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilm əsini xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2(103)958/2025 nömrəli qərardadı ilə (hakim X.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər V.Sadıqov və S.Bəhrəmzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, e-2(001)-5525/2024 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdehnə qarşı (Maraqlı şəxs müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “icra sənədinin məhkəməyə qaytarılması öhdəliyinin icra şöbəsinin üzərinə qoyulması və s.” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, “Azərbaycan Respublikasının Məhkəmələrində Kargüzarlığın aparılmas ına dair təlimatın” 168-ci bəndinə əsasən “MPM-in 231-ci maddəsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və ya icraata xitam verilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakının üzərinə həbs qoyulması və digər məsələlər barədə işdə iştirak edən şəxslərin ərizələri, şikayətləri və ya icra məmurlarının təqdimatları, habelə qanunauyğunluğu məhkəmə nəzarəti ilə yoxlanıldıqda icraata xitam verilməsi barədə icra məmurlarının qərarları kargüzarlıq xidməti tərəfindən məhkəmə qətnamələrinin (qərardadlarının) icrası qaydasında icraat materialı kimi 8 nömrə li indekslə qeydiyyat vərəqəsində qeydə alınır, qəbul edilmiş qərardadın təsdiq edilmiş surəti məlumat üçün qətnamə çıxarılmış əvvəlki mülki işə tikilir (aidiyyəti məhkəməyə göndərilir). MPM-in 230-cu maddəsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun olaraq qətnamənin və ya qərardadın (icra sənədinin) izah edilməsi, habelə MPM-in 236-1-ci maddəsinin tələblərinə uyğun olaraq icrada dönüş barədə ərizələr aid olduğu işin nömrəsi ilə qeydə alınır və baxıldıqdan sonra həmin işə əlavə edilir”.

18. Göründüyü kimi İddiaçı tələbi məhz qətnamənin icrası qaydası ilə bağlı olmuşdur. Halbuki qətnamənin icrası ilə bağlı digər məsələlər barədə məhkəməyə verilmiş ərizə və ya şikayətlər 8 nömrəli indekslə qeydiyyat vərəqəsində qeydə alınmaqla baxılır.

19. Ap ellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının müraciətinə mahiyyəti üzrə iddia icraatı qaydasında baxmaqla prosessual normaların tələblərini pozmuşdur.

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməklə qətnamə ləğv edilməli və mülki işin icraatına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsində göstərilən əsasla xitam verilməlidir. Çünki hazırkı vəziyyətdə İddiaçı qətnamənin icrası qaydasında yaranmış məsələləri mübahisələndirir, həmin mübahisələr üzrə isə məhkəmə tərəfindən 8 nömrəli indekslə işə baxmalı idi.

21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 261.0.1, 384.0.5 və 387.2.8-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətin in və ona etirazın dəlilləri:

22. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Mülki kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2(103)-958/2025 nömrəli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Azərbaycan Respublikasının Məhkəmələrində Kargüzarlığın aparılmasına dair təlimatın” 168-ci bəndinə düzgün istinad olunmamışdır.

24. Belə ki, iddiaçının tələbi icra sənədinin icrası qaydasında hər hansı nöqsanlarla bağlı olmamış və Cavabdeh icra məmuru tərəfindən öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçı olaraq pozulmuş hüquqlarının bərpasını təmin etmək və icra sənədini onu vermiş məhkəməyə, üzərinə həbs qoyulmuş əmlakları isə borcluya qayta rılması öhdəliyinin cavabdehin üzərinə qoyulması məqsədi daşımışdır.

25. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

26. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instans iyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

28. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini həmin məhkəmə tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 416.1-ci maddəsinə əsasən kassasiy a instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilməklə, prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

31. Belə ki, hazırkı iddia qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə icra tədbirlərin həyata keçirilməsi nəticəsində iddiaçının hüquqlarının pozulmasının aradan qaldırılmasına yönəldilmişdir. 32. “İcra haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə (o cümlədən iddiaçının hazırda istinad etdiyi əsasa görə - tələbkarın icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etməsi) mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat ve rilir.

33. Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.

34. Qanunun 53.3-cü maddəsinə əsasən əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.

35. Göründüyü kimi, icra sənədinin məhkəməyə, əmlakın isə borcluya qaytarılması icra məmurunun qərarı ilə h əyata keçirilir və iddiaçı Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli qətnaməsi üzrə verilən icra vərəqəsinin məhkəməyə qaytarılması, üzərinə həbs qoyulmuş əmlakın isə borcluya qaytarılması ilə bağlı icra məmurunun hərəkət və ya hərəkətsizliyinin qanunsuz olduğunu düşünürsə, bununla bağlı məhkəməyə şikayət vermək hüququna malikdir.

36. Həmin şikayətin qaydası isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 noyabr 2011-ci il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 168-ci bəndində müəyyən olunmuşdur.

37. Belə ki, həmin bəndə əsasən MPM-in 231-ci maddəsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qətnamənin icrasına möhlət verilmə si və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və ya icraata xitam verilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakının üzərinə həbs qoyulması və digər məsələlər barədə işdə iştirak edən şəxslərin ərizələri, şikayətləri və ya icra məmurlarının təqdimatları, habelə qanunauyğunluğu məhkəmə nəzarəti ilə yoxlanıldıqda icraata xitam verilməsi barədə icra məmurlarının qərarları kargüzarlıq xidməti tərəfindən məhkəmə qətnamələrinin (qərardadlarının) icrası qaydasında icraat materialı kimi 8 nömrəli indekslə qeydiyyat vərəqəsində qeydə alınır, qəbul edilmiş qərardadın təsdiq edilmiş surəti məlumat üçün qətnamə çıxarılmış əvvəlki işə tikilir (aidiyyəti məhkəməyə göndərilir).

38. Göründüyü kimi, iddiaçının tələbinin hazırkı icraatda baxılmasının qeyrimümkünlüyü onun mülkiyyət və ya məhkəməyə müraciət etmək hüququnun pozulmasına səbəb olmur və icra qaydasında məhkəməyə şikayət vermək hüququ qalmaqdadır.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı tələblərə iddia icraatı qaydasında deyil, icra icraatında baxılmalı olmasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni olmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2(103)-958/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar