Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1458/2022 16.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: işə bərpa ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7798/2021 nömrəli iş üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin halları İddiaçı 2014-cü ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cəlilabad rayon şöbəsinin Sosial Müdafiə Mərkəzində işləmiş, 26 dekabr 2016cı il tarixdən 07 iyul 2020-ci il tarixədək Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon Məşğulluq Mərkəzinin aktiv məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsində çalışmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 07 iyul 2020-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia və dəqiqləşdirilmiş iddia ə rizəsi ilə məhkəməyə müraciət edərək işlədiyi müddətdə sektor direktoru vəzifəsini icra edən X2 göstərişlərini icra etməsini və bu zaman onun E.X.Əliyevin yol verdiyi nöqsanlara görə işdən azad edilməsini və s. əsas göstərməklə 07 iyul 2020-ci il tarixli əmrin ləğv edilməsi və X1 14 saylı ərazi Məşğulluq Mərkəzi filialında müvafiq vəzifəyə təyin olunması, məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3782/2020 nömrəli, 21 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim: V.M.Hacıyev) iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsi barədə apellyasiya şikayəti ver mişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7345/2021 nömrəli, 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və F.F.Babayev) apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(004)-3782/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2618/2021 nömrəli, 31 may 2021-ci il tarixli qərarı ilə (hakimlər – A.Ə.Abbasov (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva və E.Y.Şamayev) cavabdehin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7345/2 021 nömrəli, 24 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7798/2021 nömrəli, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və F.Ş.Talışinski) iddiaçının apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(004)-3782/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməklə İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə dair 07 iyul 2020-ci il tarixli əmrin ləğv edilməsi və məcburi işburaxma müddəti üç ün əmək haqqının ödənilməklə onun əvvəlki vəzifəsinə bərpa olunması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh kassasiya şikayəti verərək İddiaçı əmək funksiyalarını lazımınca icra etməməklə kobud pozuntulara yol verməsini, lakin işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul edilməsini əsas göstərməklə qətnamənin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 70, “ç” bəndi - İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 186.3 İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ver ir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hall arına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 07 iyul 2020-ci il tarixli əmri ilə iddiaçı öhdəsinə düşən əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 08 iyul 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və bunun üçün əsas kimi Dövlət Məşğulluq Xid mətinin rəisi M.Abbasbəylinin 09 iyun 2020-ci il tarixli yazılı məruzəsinə istinad olunmuşdur. İddiaçı işlədiyi müddətdə əmək vəzifələrini layiqincə yerinə yetirməsini, ona töhmət verilməsindən məlumatlı olmamasını, ondan izahat alınmamasını, yazılı məruzədə göstərilən qüsurlara görə onun deyil, sektor müdirinin cavabdehlik daşımasını, öz ərizəsi ilə işdən çıxmağa razı olmadığı üçün cavabdeh tərəfindən ona qarşı qərəzli münasibət göstərilməklə işdən azad olunmasını əsas göstərməklə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkild ə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə təkrar apellyasiya qaydasında baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı barəsində töhmət şəklində intizam tənbehinin tətbiq edilməsi barədə ona məlumat verilməmiş, onunla əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamış, ona irad tutulan pozuntulara görə töhmət elan olunmasına baxmayaraq həmin pozuntulara görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, barəsində intizam tənbehi tətbiq olunmamışdan əvvəl ondan izahat alınmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddə sində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tə nbehi sayılmır. (186.3) Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. (1-ci hissə) İşin müəyyən olunmuş yuxarıda göstərilən halları və tətbiq olunan maddi hüquq normaları iddiaçının işdən azad edilməsi barədə əmrin ləğv edilib onun əvvəlki vəzifəsinə bərpa edilməsi üçün əsas verdyindən kollegiya apellya siya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə və əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7798/2021 nömrəli iş üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1458/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1458/2022
16.03.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver