Məhkəmə qərarları › İş №2(102)-1458/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1458/2025

07.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1458/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ Açar sözlər: icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ( ləğv prosesində olan "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “saxlanca qoyulmuş qızıl-zinət əşyalarının açıq hərracda satılm ası və kredit borcuna yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1634/2025 nömrəli, 3 mart 2025-ci il tarixli qərardadından iddiaçının hüquqi varisi X9 tərəfindən verilmiş kassasiya şikayətinə 07 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə “Azəriqazbank” X7 arasında 26 yanvar 2010-cu il tarixli, S-4622 saylı saxlanc müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı 26 yanvar 2010-cu il tarixli, K-4622 saylı kredit müqavilələri və ona edilmiş və ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə İddiaçı əmlakı saxlanca verməyi, eləcə də ona olan hüquq və maraqları girovsaxlayana verməyi öhdəsinə götürmüşdür.

2. Ba kı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(103)751/2016 saylı qərardadı ilə İddiaçı "xxxx" ASC arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş, həmin qərardadın nəticə hissəsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(103)- 751/2016 saylı qərardadı ilə dəyişdirilərək, cavabdeh İddiaçı Binəqədi Rayon məhkəməsinin 5 mart 2015-ci il tarixli, 2(001)1488/2015 saylı qətnaməsi üzrə 14 yanvar 2010-cu il tarixli K-4605 saylı kredit müqaviləsi üzrə 25 iyul 2014-cü il tarixinə olan 79819 ABŞ dolları əsas borc, 79508,75 ABŞ dolları faiz borcu, 10822 ABŞ dolları artırılmış borcu-cərimə olmaqla, ümumi 170149,75 ABŞ dolları məbləğində borcun, 26 yanvar 2010-cu il tarixli K-4622 saylı kredit müqaviləsi üzrə 25 iyul 2014-cü il tarixinə olan 482,43 ABŞ dolları əsas borc, 3648,27 ABŞ dolları faiz borcu, 416 ABŞ dolları artırılmış faiz borcu cərimə olmaqla, ümumi 4546.7 ABŞ dolları məbləğində borcun, 13 aprel 2010-cu il tarixli K-4685 saylı kredit müqaviləsi üzrə 5 aprel 2013-cü il tarixinə olan 4627,45 ABŞ dolları faiz borcu, 665 ABŞ dolları artırılmış faiz borcu olmaqla, ümumi 5292.45 ABŞ dolları məbləğində borc, 219 ABŞ dolları məbləğində kredit üzrə komissiya ödənişi, cəmi 179.988,9 ABŞ dolları məbləğində tutulması qət olunmuş borc üzrə əsas borc hissəsini 26 noyabr 2019-cu ilə kimi icra edəcəyinə dair öhdəlik götürmüşdür.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 23(103)-132/2020 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-ni n ləğvedicisi təyin edilmişdir.

4. İddiaçı xx.xx.2022-ci il tarixdə ölmüşdür və onun hüquqi varisi əri - X9 miras payını xx.xx.2022-ci il tarixdə tam olaraq qəbul etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər "xxxx" ASC (ləğv prosesindədir) və Əmanətlərin Sığortalanması Fonduna qarşı “saxlanca qoyulmuş qızıl-zinət əşyalarının açıq hərracda satılması və 179.988.9 ABŞ dolları məbləğində kredit borcuna yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il tarixli təhvil-təslim aktına əsasən AC 30070681 saylı bağlama vasitəsi ilə 23 ədəd üzük (PL-BR); 97003 (3.99 gr) 2 ədəd; 97004 (4.31 gr); 97111 (6.97 gr); 97111 (10.01 gr); 97203 (4.38 gr); 97283 (4.91 gr). 97283 (5.04 gr); 97285 (3.60 gr ); 97285 (3.08 gr); 97285 (3.17 gr); 97285 (3.51 gr); 97004 (4.17 gr); 97283 (3.79 gr); 97004 (4.12 gr); 97283 (3.68 gr); 97283 (4.46 gr); 97283 (4.79 gr); 97004 (4.02 gr); 97004 (4.27 gr); 97004 (4.11 gr): 15765 (7.78 gr); 15767 (7.41 gr); xx.xx.2009-cu il tarixli AC 20076929 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 4 brilyant daşlı və 5.870 gr çəkili bir cüt sırğa, bir ədəd 2.17 karat brilyant daş və bir ədəd 1.18 karat brilyant daş, xx.xx.2009-cu il tarixli AC 20179047 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 9 brilyant daşlı və 17.4 gr çəkili bir ədəd üzük, xx.xx.2010-cu il tarixli bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 6 ədəd gümüş badə, bir dəst (6 predmet) gümüş qaşıq, xx.xx.2010-cu il tarixli 5 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), 1 ədəd gümüş servis, kodu 33072 (22 predmet), xx.xx.2010-cu il tarixli bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), gümüş kodu 33012 6 dəst, xx.xx.2010-cu il tarixli AC 30061877 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 45 brilyant daşlı və 17.5 gr çəkili bir ədəd üzük, xx.xx.2010-cu il tarixli AC 20062071 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 100 brilyant daşlı və 8.8 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyarlı, 450 brilyant daşlı və 30.4 gr brilyant daşlı sırqa, xx.xx.2010-cu il tarixli AC 20179038 saylı bağlama il ə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 1 brilyant daşlı və 5.5 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyarlı, 56 brilyant daşlı və 10.8 gr brilyant daşlı sırqa və bir ədəd 0.2 karat brilyant daş, xx.xx.2010-cu il tarixli AC 20179024 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 116 brilyant daşlı və 18.3 gr çəkili bir ədəd kloun, xx.xx.2010- cu il tarixli AC 20165777 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 1 brilyant daşlı və 10.29 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyarlı, 56 brilyant daşlı və 10.8 gr çəkili sırqa və 0.2 karat brilyant daş, xx.xx.2010-cu il tarixli AC 20165774 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 1 brilyant daşlı və 10.29 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyarlı, 56 brilyant daşlı və 10.8 gr çəkili sırqa, xx.xx.2010-cu il tarixli AC 20175410 saylı bağlama ilə banka təhvil verilmiş təhviltəslim aktına əsasən 750 əyarlı, 420 brilyant daşlı və 39.7 gr çəkili bir ədəd üzük sırqa dəsti kimi banka saxlanca qoyulmuş qızıl-zinət əşyalarının (bankdan) cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2009-2010-cu illərdə aktiv qızıl ticarəti ilə məşğul olduğundan, o vaxtlar “Azəriqazbank" X7, hazırkı ləğvetmə prosesində olan “AGBank'’ ASC ilə işgüzar əlaqədə olmuşlar. Bunun bariz nümunəsidir ki, İddiaçı müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə bankdan kredit götürmüş və ən qısa zamanda onları geri qaytarmışdır. Daha sonra iddiaçı ölkəd ə qızıl bazarının zəifləməsi nəticəsində əlində olan qızıl-zinət əşyalarını çoxdan etibar etdiyi "xxxx" ASC-yə saxlanca qoymağa qərar vermişdir. Bunun nəticəsində xx.xx.2009-cu il tarixli təhvil-təslim aktına əsasən AC 30070681 saylı bağlama vasitəsi ilə 23 ədəd üzük (PL-BR); 97003 (3.99 gr) 2 ədəd; 97004 (4.31 gr); 97111 (6.97 gr); 97111 (10.01 gr); 97203 (4.38 gr); 97283 (4.91 gr). 97283 (5.04 gr); 97285 (3.60 gr); 97285 (3.08 gr); 97285 (3.17 gr); 97285 (3.51 gr); 97004 (4.17 gr); 97283 (3.79 gr); 97004 (4.12 gr); 97283 (3.68 gr); 97283 (4.46 gr); 97283 (4.79 gr); 97004 (4.02 gr); 97004 (4.27 gr); 97004 (4.11 gr): 15765 (7.78 gr); 15767 (7.41 gr); xx.xx.2009cu il tarixli AC 20076929 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 4 brilyant daşlı və 5.870 gr çəkili bir cüt sırğa, bir ədəd 2.17 karat brilyant daş və bir ədəd 1.18 karat brilyant daş, xx.xx.2009-cu il tarixli AC 20179047 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 9 brilyant daşlı və 17.4 gr çəkili bir ədəd üzük, xx.xx.2010-cu il tarixli bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 6 ədəd gümüş badə, bir dəst (6 predmet) gümüş qaşıq, xx.xx.2010-cu il tarixli 5 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), 1 ədəd gümüş servis, kodu 33072 (22 predmet), xx.xx.2010-cu il tarixli bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), gümüş kodu 33012 6 dəst, xx.xx.2010-cu il tarixli AC 30061877 saylı b ağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 45 brilyant daşlı və 17.5 gr çəkili bir ədəd üzük, xx.xx.2010-cu il tarixli AC 20062071 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 100 brilyant daşlı və 8.8 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyarlı, 450 brilyant daşlı və 30.4 gr brilyant daşlı sırqa, xx.xx.2010-cu il tarixli AC 20179038 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 1 brilyant daşlı və 5.5 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyarlı, 56 brilyant daşlı və 10.8 gr brilyant daşlı sırqa və bir ədəd 0.2 karat brilyant daş, xx.xx.2010-cu il tarixli AC 20179024 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 116 brilyant daşlı və 18.3 gr çəkili bir ədəd kloun, xx.xx.2010-cu il tarixli AC 20165777 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 1 brilyant daşlı və 10.29 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyarlı, 56 brilyant daşlı və 10.8 gr çəkili sırqa və 0.2 karat brilyant daş, xx.xx.2010-cu il tarixli AC 20165774 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyarlı, 1 brilyant daşlı və 10.29 gr çəkili bir ədəd üzük, cüt 750 əyarlı, 56 brilyant daşlı və 10.8 gr çəkili sırqa, xx.xx.2010-cu il tarixli AC 20175410 saylı bağlama ilə banka təhvil verilmiş təhviltəslim aktına əsasən 750 əyarlı, 420 brilyant daşlı və 39.7 gr çəkili bir ədəd üzük sırqa dəsti kimi dəyərli qızıl-zinət əşyalarını banka saxlanca qoymuşdur. Lakin bir müddətdən sonra iddiaçı bankın saxlancında olan qızıl-zin ət əşyalarını geri istədikdə bank əməkdaşları tərəfindən heç bir əsas və ya akt olmadan, o əşyaların iddiaçıya geri qaytardıqlarını, bəzən isə həmin əşyalarının bankda hansı səbəbdənsə yoxa çıxdığını deyərək, əşyaları mülkiyyətçiyə qaytarmaqdan boyun qaçırmışlar. Bundan sonra hazırda ləğvetmə prosesində olan "xxxx" ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna məktubla müraciət edilmişdir.

7. İddiaçı vəfat etdiyinə görə hüquqi varisi X9 ilə əvəz edilmişdir.

8. Eyni zamanda iddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizə əsasında cavabdehlər "xxxx" ASC (Ləğv prosesindədir) və Əmanətlərin Sığortalanması Fondu əsl cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmiş LPO "xxxx" ASC müstəqil tələb irəli sürməyən üç üncü şəxs qismində işə cəlb edilmişdir.

9. İddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ekspertə təqdim olunmuş iddiaçıya məxsus AC 20596280 nömrəli paket üzrə 5 ədəd şəffaf qaşları olan (4,11 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,01 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,26 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 9 ədəd şəffaf qaşları olan (3,99 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (3,51 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Pla tin 950), 1 ədəd şəffaf qaşları olan (6,97 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (10,00 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AC 20596279 nömrəli paket üzrə 5 ədəd şəffaf qaşları olan (4,12 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,30 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,16 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,68 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,38 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,79 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,47 Brilyant), 950 əyar halqa formalı, şəffaf qaşları olan (4,16 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,08 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,15 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,60 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,79 Brilyant), 95 0 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (5,04 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,90 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AA ******* nömrəli paket üzrə 2 ədəd dairəvi cilalı və 2 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (5,87 Brilyant), 750 əyar sarı rəngli bir cüt sırğa (Qızıl 750), 406 şəffaf, 5 ədəd ayparaya bənzər mavi rəngli və açıq göy rəngli daşlar qaşları (39.50 Brilyant), 750 əyar olan bir dəst sırğa cütü-üzük dəsti (Qızıl 750), 1 ədəd tünd narıncı rəngli, kənarlarında 20 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (7,76 Brilyant), 750 əyar 1 ədəd üzük (Qızıl 750), Mərkəzdə 1 ədəd narıncı rəngli, kənarlarında 24 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (7,42 Brilyant), 750 əyar 18 k damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750), Mərkəzdə bir ədəd nisbətən böyük ölçülü, damla formalı kənarlarında nisbətən kiçik ölçülü 18 ədəd dördkünc cilalı və 105 ədəd dairəvi cilalı şəffaf qaşları olan (8,76 Brilyant), 750 əyar sarı rənglı 1 ədəd üzük (Qızıl 750), 36 rəngli rəngsiz şəffaf qaşlar və çəhrayı rəngli dördkünc cilalı qaşları olan (18.19 Brilyant), 750 əyar asılqan hissəsində k18WG damğası olan 1 ədəd kulon (Qızıl 750), AC 20825153 nömrəli paket üzrə Mərkəzdə bir ədəd nisbətən böyük ölçülü, kənarları boyunca 8 ədəd nisbətən kiçik ölçülü şəffaf qaşları olan (19,53 Brilyant), 750 əyar üzərində B750 damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750), AC 20825342 nömrəli paket üzrə Mərk əzdə bir ədəd nisbətən böyük ölçülü damla formalı, kənarlarında nisbətən kiçik ölçülü 18 ədəd dördkünc cilalı və 105 ədəd dairəvi cilalı şəffaf qaşları olan (9,22 Brilyant), 750 əyar üzərində 18k damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750) Ekspert tərəfindən 64520 manat məbləğində qiymətləndirilən qızıl-zinət əşyalarının iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən cavabdehə saxlanc və girov müqavilələri əsasında təhvil verilmiş, lakin bank tərəfindən ekspertə və ya məhkəməyə təqdim edilməyən ekspert tərəfindən 535140 manat məbləğində qiymətləndirilən qızıl-zinət və gümüş məmulatlarının dəyərindən iddiaçının bankdan götürdüyü kredit müqaviləsinə əsasən tərəflər arasında bağlanmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-751/2016 saylı qərardadı ilə təsdiq ed ilmiş 179988.9 ABŞ dolları (ABŞ dollarının Azərbaycan manatına nisbəti 305981.13) miqdarında yaranmış borcunun bu hissədə əvəzləşdirilərək, yerdə qalan 229158.87 AZN manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/3213 saylı ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, zərgərlik məmulatlarından cədvəl 1 üzrə qeyd edilmiş AC20596280 nömrəli seyf paketdə olan məmulatlardan sıra nömrələri 1-7 olanlar 950 əyarlı platindən hazırlanmışdır. Onlardan sıra nömrələri 6 və 7 olanların üzərlərində 583/585 əyar lı qızıldan hazırlanmış hissələr vardır. Məmulatların üzərlərində olan qaşlar qiymətli qaşlara aiddir – brilyantdır. AC20596279 nömrəli seyf paketdə olan məmulatlardan sıra nömrələri 1-7 olanlar 950 əyarlı platindən hazırlanmışdır. Məmulatların üzərlərində olan qaşlar qiymətli qaşlara aiddir - brilyantdır. AC20596278 nömrəli seyf paketdə olan məmulatlardan sıra nömrələri 1-7 olanlar 950 əyarlı platindən hazırlanmışdır. Məmulatların üzərlərində olan qaşlar qiymətli qaşlara aiddir - brilyantdır. AA2185409 nömrəli seyf paketdə olan məmulatlardan sıra nömrələri 1-6 olanlar 750 əyarlı qızıldan hazırlanmışdır. Məmulatların üzərlərində olan rəngsiz, şəffaf qaşlar qiymətli qaşlara aiddir - brilyantdır. Onlardan sıra nömrəsi 2 və 6 olanların üzərində firuzə və korund qrup qaşlar vardır. AC20825153 nömrəli seyf paketdə olan məmulat 750 əyarlı qızıldan hazırlanmışdır. Məmulatın üzərlərində olan rəngsiz, şəffaf qaşlar qiymətli qaşlara aiddir - brilyantdır. AC20825342 nömrəli seyf paketdə olan məmulat 750 əyarlı qızıldan hazırlanmışdır. Məmulatın üzərlərində olan rəngsiz, şəffaf qaşlar qiymətli qaşlara aiddir - brilyantdır. Təqdim edilmiş məmulatların ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (qaşlarının təbiəti, damğası, adları və s.) Cədvəl 1-də göstərilmişdir. Ekspert tədqiqatlarının dəyəri 100 manat təşkil etmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3989 saylı ekspert rəyində qeyd olunmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilən qızıl-zinət əşyalarının hal-hazırda likvid orta bazar qiyməti ilə üm umi dəyəri təxminən 58360,80 müəyyən olunur. Həmin qızıl-zinət əşyalarının əyarı, kütləsi, keyfiyyət göstəriciləri və qiymətləri ayrı-ayrılıqda rəyin tədqiqi hissəsində göstərilmişdir. Ekspert tədqiqatlarının dəyəri 100 manat təşkil etmişdir. 13. “X8” MMC-nin xx.xx.2023-cü il tarixli, 018/23 nömrəli Qiymətləndirmə hesabatında qeyd olunmuşdur ki, Bank tərəfindən təqdim olunmuş bağlamalardan çıxan qızıl-zinət əşyalarının hazırki dövrə olan likvid qiyməti 64520 AZN, iş üzrə təqdim edilmiş saxlanc və girov müqavilələri əsasında tərtib edilmiş təhvil-təslim aktlarında olan qızıl-zinət əşyaları və gümüş məmulatlarının hazırki dövrə olan likvid qiyməti 535140 AZN təşkil edir. Bank tərəfindən təqdim olunan AC 20596280 nömrəli, AC 20596279 nömrəli və AC 20596278 nömrəli bağlama birkaları iş üzrə tə qdim edilmiş analoji bağlama birkaları ilə uyğundur. Bank tərəfindən təqdim edilən digər bağlama birkaları (AA ******* nömrəli, AC 20825153 nömrəli və AC 20825342 nömrəli) iş üzrə təqdim edilən materiallar arasında müəyyən edilmədi. Bank tərəfindən təqdim edilmiş bağlamalardan çıxan qızıl-zinət əşyaları orijinaldır. Bank tərəfindən təqdim olunmuş AC 20596280 nömrəli, AC 20596279 nömrəli və AC 20596278 nömrəli bağlamalardan çıxan qızıl-zinət əşyaları iş üzrə təqdim edilmiş saxlanc və girov müqavilələri əsasında tərtib edilmiş təhvil-təslim aktlarında olan analoji qızıl-zinət əşyaları ilə eynidir. Bank tərəfindən təqdim edilən digər bağlama birkaları (AA ******* nömrəli, AC 20825153 nömrəli və AC 20825342 nömrəli) iş üzrə təqdim edilən materiallar arasında olmadığından həmin bağlamalarda ola n qızıl-zinət əşyalarının təhviltəslim olunduğu zaman eyni olub-olmadığı müəyyən edilə bilmədi.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (X16) 2(006)-29/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ekspertə təqdim olunmuş İddiaçı məxsus AC 20596280 nömrəli paket üzrə 5 ədəd şəffaf qaşları olan (4,11 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,01 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,26 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 9 ədəd şəffaf qaşları olan (3,99 Brilyant), 950 əyar halqa formalı, gü müşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (3,51 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (6,97 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (10,00 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AC 20596279 nömrəli paket üzrə 5 ədəd şəffaf qaşları olan (4,12 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,30 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,16 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,68 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,38 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,79 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,47 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AC 20596278 nömrəli paket üzrə 5 ədəd cilalı, şəffaf qaşları olan (4,16 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,08 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,15 Brilyant), 950 əyar halqa formalı, gümüşü r əngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,60 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,79 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (5,04 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,90 Brilyant), 950 əyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AA ******* nömrəli paket üzrə 2 ədəd dairəvi cilalı və 2 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (5,87 Brilyant), 750 əyar sarı rəngli bir cüt sırğa (Qızıl 750), 406 şəffaf, 5 ədəd ayparaya bənzər mavi rəngli və açıq göy rəngli daşlar qaşları (39.50 Brilyant), 750 əyar olan bir dəst sırğa cütü-üzük dəsti (Qızıl 750), 1 ədəd tünd narıncı rəngli, kənarlarında 20 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (7,76 Brilyant), 750 əyar 1 ədəd üzük (Qızıl 750), Mərkəzdə 1 ədəd narıncı rəngli, kənarlarında 24 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (7,42 Brilyant), 750 əyar 18 k damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750), Mərkəzdə bir ədəd nisbətən böyük ölçülü, damla formalı kənarlarında nisbətən kiçik ölçülü 18 ədəd dördkünc cilalı və 105 ədəd dairəvi cilalı şəffaf qaşları olan (8,76 Brilyant), 750 əyar sarı rənglı 1 ədəd üzük (Qızıl 750), 36 rəngli rəngsiz şəffaf qaşlar və çəhrayı rəngli dördkünc cilalı qaşları olan (18.19 Brilyant), 750 əyar asılqan hissəsində k18WG damğası olan 1 ədəd kulon (Qızıl 750), AC 20825153 nömrəli paket üzrə Mərkəzdə bir ədəd nisbətən böyük ölçülü, kənarları boyunca 8 ədəd nisbətən kiçik ölçülü şəffaf qaşları olan (19,53 Brilyant), 750 əyar üzərində B750 damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750), AC 20825342 nömrəli paket üzrə mərkəzdə bir ədəd nisbətən böyük ölçülü damla formalı, kənarlarında nisbətən kiçik ölçülü 18 ədəd dördkünc cilalı və 105 ədəd dairəvi cilalı şəffaf qaşları olan (9,22 Brilyant), 750 əyar üzərində 18k damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750) ekspert tərəfindən 64520 manat məbləğində qiymətləndirilən qızıl-zinət əşyalarının İddiaçı hüquqi varisi X3 təhvil verilməsi, İddiaçı tərəfindən "xxxx" ASC-yə (Ləğv prosesindədir) saxlanc və girov müqavilələri əsasında təhvil verilmiş, lakin cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu t ərəfindən ekspertə və məhkəməyə təqdim edilməyən ekspert tərəfindən 535140 manat məbləğində qiymətləndirilən qızıl-zinət və gümüş əşyalarının dəyərindən İddiaçı ilə "xxxx" ASC (Ləğv prosesindədir) arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-751/2016 saylı qərardadı ilə təsdiq edilmiş 179988.9 ABŞ dolları məbləğində borcla Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsi miqdarında əvəzləşdirilməsi, qalan məbləğin cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı hüquqi varisi X3 ödənilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərcinin cavabdeh Ləğv prosesində ola n "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulması qət edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə “Azəriqazbank” X7 (hazırda ləğv prosesində olan "xxxx" ASC arasında 26 yanvar 2010-cu il tarixli, S-4622 saylı Saxlanc müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı 26 yanvar 2010-cu il tarixli, K-4622 saylı kredit müqavilələri və ona edilmiş və ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə İddiaçı əmlakı saxlanca verməyi, eləcə də ona olan hüquq və maraqları girovsaxlayana verməyi öhdəsinə götürmüşdür. İddiaçı yuxarıda adıçəkilən qızıl-zinət əşyalarını “Azəriqazbank” X2 (hazırda ləğv prosesində olan "xxxx" ASC) saxlanca qoymuşdur. İddiaçı tərəfindən saxlanca verilmiş əşyaların müəyyən hissəsi m əhkəməyə təqdim edilməmiş və onların yeri qeyri-müəyyəndir. Tərəflər arasında bağlanmış 26 yanvar 2010cu il tarixli S-4622 saylı saxlanc müqaviləsinin 2.3-cü bəndinə əsasən girovsaxlayan bu müqaviləyə əsasən girov qoyulmuş əmlakın qorunub saxlanmasına görə məsuliyyət daşıyır. Belə olan halda "xxxx" ASC göstərilən müqavilənin bəndinə əsasən məsuliyyət daşıdığından təqdim oluna bilinməyən qızıl-zinət əşyaların dəyəri cavabdehdən tutulmalıdır.

16. Məhkəmə onu da qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 16 iyun 2016-cı il tarixli, 2(103)-751/2016 saylı qərardadına əsasən İddiaçı "xxxx" ASC-yə kredit müqavilələri üzrə ümumilikdə 179.988,9 ABŞ dolları məbləğində borcu vardır. İddiaçı cavabdeh tərəfindən təqdim edilməmiş qızıl-zinət əşyalarının bir hissəsinin göstərilən borcla əvəzləşdiril məsini, qalan hissəsinin dəyərinin ödənilməsi, eyni zamanda təqdim olunmuş qızıl-zinət əşyalarının qaytarılmasını məhkəmədən xahiş etmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsində qeyd olunan qızıllar iddiaçıya məxsus olduğundan və məhz həmin qızıllar "xxxx" ASC-də saxlanca qoyulduğundan iddiaçı hazırkı tələbi irəli sürməkdə subyektiv hüquqa malikdir. Tərəflər arasında bağlanmış 26 yanvar 2010-cu il tarixli S-4622 saylı saxlanc müqaviləsinin 2.3-cü bəndinə əsasən girovsaxlayan bu müqaviləyə əsasən girov qoyulmuş əmlakın qorunub saxlanmasına görə məsuliyyət daşıyır.

18. Qızıl-zinət əşyalarının dəyəri ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim oluna bilinməyən qızıl-zinət əşyaları və gümüş məmulatlarının dəyəri “X8” MMC-nin xx.xx.2023-cü il tarixli 018/23 nömrəl i Qiymətləndirmə hesabatı ilə 535140 AZN müəyyən edilmişdir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 301, 385.1, 386.1, 442, 540.1, 540.2, 543, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Üçüncü şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-29/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə sorğu edilmiş və Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən sorğuya cavab olaraq qeyd edilmişd ir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-751/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi xx.xx.2019-cu il tarixdə Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və İcra Haqqında Azərbaycan Respublikasının Qanununun 7 və 9-cu maddələrinin tələbinə əsasən icraata qəbul edilmədən məhkəməyə geri qaytarılmışdır.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) 2(103)-2210/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-29/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, borclunun müqavilə üzrə borcunu (faiz borcunu ) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri formal mülahizə daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayəti hüquqdan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan təfsirin tətbiqinə yönəlmişdir və əsassızdır. Belə ki, LPO "xxxx" ASC şikayətini iki əsasla təqdim etsə də sonadək qəti mövqeyini nümayiş etdirməmiş və sübuta yetirə bilməmişdir. Tərəflər arasında kredit-girov münasibətləri uzun müddət davam etmiş və mübahisə Bankın ləğvetmə prosesinə başlanılmaqdan öncə baş vermiş, məhkəmə qətnaməsi üzrə barışıq əldə edilmiş, sonra icraya yönəlsə də icra qurumu tərəfindən geri qaytarılmışdır. Xüsusi ilə diqqətə çatdırılmalıdır ki, tələbin yönəldiyi cavabdeh şikayət verməmiş, şikayəti yalnız üçüncü şəxs vermişdir. Deməli cavabdeh ləğvetmədə olan bankın idarəedilməsində kreditor-borclu münasibətlərdən (öhdəliklərdən) irəli gələn vəzifələrin lazımi qaydada yerinə yetirilməməsi ilə razılaşmışdır. Hazırda iddiaçıdan borcun tutulmasını və işin icra qaydasında həll edilməsi mümkünlüyünü müəyyən edən icra işinin olmaması, mübahisənin icra qaydasında həll edilməsini, yəni icra sənədi üzrə mövcud olan tələbin girov predmetinə yönəldilməsini mümkünsüz edir. Bundan əlavə, iş materialları ilə və üçüncü şəxsin öz etirafı ilə saxlanca verilmiş əşyaların hamısının olmam ası mübahisənin mövcudluğunu müəyyən edir. İddiaçı təhvil-təslim aktları təqdim etsə də, bank onların hamısının təqdim edilməməsi, əşyaların təkrarlanması və sair dəlillər irəli sürsə də onların sübut etmək yükü və imkanı həddində mötəbər sübutlar təqdim etməmişdir.

24. Beləliklə, münasibətlərin üçüncü şəxsin və sonra da cavabdehin öz vəzifələrinin icra edilməsindən irəli gələn mübahisə üzrə yaranması və məhkəmə araşdırılmasının tələb edilməsi, icra işinin olmaması, o cümlədən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci, habelə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 131 və 132-ci maddələrinin hüquqi mahiyyəti baxımından ləğvetmə prosesində olan bankın pozulmuş kredit öhdəliyinə görə kreditorun üçüncü şəxslərə məxsus ipoteka (girov) predmetinə tutmanın yön əldilməsi ilə əlaqədar tələbinə inzibati icraat qaydasında deyil, mülki (iddia) icraat qaydasında baxılmasını müyyən edir.

25. Mahiyyəti üzrə araşdırma cavabdehin vəzifələrinin vaxtında, lazımi qaydada yerinə yetirilməməsini əhatə etsə də, üçüncü şəxsin və cavabdehin vəzifələri üzrə cavabdehin qətnaməni mübahisələndirmədiyi şəraitdə, üçüncü şəxsin isə ləğv prosesində olması öz bankının nümayəndəlik funksiyalarının yerinə yetirilə bilməsi hüquqlarının yalnız ləğvedicinin müəyyən etdiyi hədlər (göstərişlər) yönündə məhdud olduğundan, keçmiş (fəaliyyət dövründə) zamanlara aid münasibətlərə aydınlıq gətirilməsi baxımından qəbul ediləndir, ləğvedicinin vəzifələri üzrə isə ləğv prosesində bankın onu təmsil etmək hüquqları mövcud deyildir. Əşyaların təhvil verilməsi və qarşılıqlı borcların olması, işdə olan (icra sənədi, ekspert rəyləri və s) sənədlərlə təsdiq edilir, bunları təkzib edən (ekspert, audit və sair ixtisalı mütəxəssis araşdırmasının nəticəsi olan) sübutlar təqdim edilməmişdir. Qeyd edilənlərdən irəli gələrək məhkəmə kollegiyası üçüncü şəxs kimi cəlb edilən LPO "xxxx" ASC-nin əsassız və sübuta yetirilməyən şikayəti həddində qətnamənin (qismən) ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etmir.

26. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 269, 300, 301, 305, 306, 385, 420, 448, 435, 527, 540, 543, 544, 545, 963; “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71, 72, 78, 81; MülkiProsessual Məcəlləsinin 76, 77, 80, 82.1-ci maddələrinə istinad etmişdir. c)Kassasiya instansiyası məhkəməsindəki birinci ic raat

27. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “AGBank" ASC (ləğv prosesindədir) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3477/2024 nömrəli qərarı ilə (hakimlər Ə.M.Xıdırov (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva və E.Y.Şamayevdən ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-2210/2024 nömrəli qətnaməsinin - cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ekspertə təqdim olunmuş İddiaçı məxsus AC 20596280 nöm rəli paket üzrə 5 ədəd şəffaf qaşları olan (4,11 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,01 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,26 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 9 ədəd şəffaf qaşları olan (3,99 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (3,51 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (6,97 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (10,00 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AC 20596279 nömrəli paket üzrə 5 ədəd şəffaf qaşları olan (4,12 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,30 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,16 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,68 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,38 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,79 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,47 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AC 20596278 nömrəli paket üzrə 5 ədəd cilalı, şəffaf qaşları olan (4,16 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,08 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,15 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,60 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,79 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (5,04 Brilyant), 950 əyyar halqa formalı, g ümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,90 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AA ******* nömrəli paket üzrə 2 ədəd dairəvi cilalı və 2 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (5,87 Brilyant), 750 əyyar sarı rəngli bir cüt sırğa (Qızıl 750), 406 şəffaf, 5 ədəd ayparaya bənzər mavi rəngli və açıq göy rəngli daşlar qaşları (39.50 Brilyant), 750 əyyar olan bir dəst sırğa cütü-üzük dəsti (Qızıl 750), 1 ədəd tünd narıncı rəngli, kənarlarında 20 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (7,76 Brilyant), 750 əyyar 1 ədəd üzük (Qızıl 750), Mərkəzdə 1 ədəd narıncı rəngli, kənarlarında 24 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (7,42 Brilyant), 750 əyyar 18 k damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750), Mə rkəzdə bir ədəd nisbətən böyük ölçülü, damla formalı kənarlarında nisbətən kiçik ölçülü 18 ədəd dördkünc cilalı və 105 ədəd dairəvi cilalı şəffaf qaşları olan (8,76 Brilyant), 750 əyyar sarı rənglı 1 ədəd üzük (Qızıl 750), 36 rəngli rəngsiz şəffaf qaşlar və çəhrayı rəngli dördkünc cilalı qaşları olan (18.19 Brilyant), 750 əyyar asılqan hissəsində k18WG damğası olan 1 ədəd kulon (Qızıl 750), AC 20825153 nömrəli paket üzrə Mərkəzdə bir ədəd nisbətən böyük ölçülü, kənarları boyunca 8 ədəd nisbətən kiçik ölçülü şəffaf qaşları olan (19,53 Brilyant), 750 əyyar üzərində B750 damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750), AC 20825342 nömrəli paket üzrə Mərkəzdə bir ədəd nisbətən böyük ölçülü damla formalı, kənarlarında nisbətən kiçik ölçülü 18 ədəd dördkünc cilalı və 105 ədəd dairəvi cilalı şəf faf qaşları olan (9,22 Brilyant), 750 əyyar üzərində 18k damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750), ekspert tərəfindən 64.520 manat məbləğində qiymətləndirilən qızıl-zinət əşyalarının İddiaçı hüquqi varisi X3 təhvil verilməsinə və 179.988.9 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsi miqdarında əvəzləşdirilməsindən sonra qalan məbləğin cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı hüquqi varisi X3 ödənilməsinə dair hissələrdə ləğv edilməsi və həmin hissələrdə işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qətnamə ekspert tərəfindən 535.140 manat məbləğində qiymətləndirilən qızıl-zinət və gümüş əşyaların ın dəyərindən İddiaçı ilə "xxxx" ASC (Ləğv prosesindədir) arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-751/2016 saylı qərardadı ilə təsdiq edilmiş 179.988,9 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsi miqdarında əvəzləşdirilməsinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır.

29. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-2210/2024 nömrəli qətnaməsi ekspert tərəfindən 535.140 manat məbləğində qiymətləndirilən qızıl-zinət və gümüş əşyalarının dəyərindən İddiaçı ilə "xxxx" ASC (Ləğv prosesindədir) arasında bağlanm ış kredit müqaviləsinə əsasən yaranmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-751/2016 saylı qərardadı ilə təsdiq edilmiş 179.988.9 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsi miqdarında əvəzləşdirilməsinə dair hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası həmin hissədə apellyasiya instansiyası məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşır.

30. Nəzərə alınmalıdır ki, iddiaçı kreditor bankın ona qarşı olan tələbinin girovqoyan qismində saxlanca verdiyi qızıl-zinət əşyalarına yönəldilməsi, yəni kreditor bankın öhdəliyinin deyil, öz öhdəliyinin müqavilə ilə şərtləşdirilmiş təminat üsulu v asitəsilə icrasını tələb edir. Başqa sözlə, iddiaçı bu halda bankın kreditoru kimi deyil, borclusu kimi çıxış edir.

31. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-2210/2024 nömrəli qətnaməsi cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ekspertə təqdim olunmuş İddiaçı məxsus ekspert tərəfindən 64.520 manat məbləğində qiymətləndirilən qızıl-zinət əşyalarının İddiaçı hüquqi varisi X3 təhvil verilməsi və 179.988,9 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsi miqdarında əvəzləşdirilməsindən sonra qalan məbləğin cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutu laraq İddiaçı hüquqi varisi X3 ödənilməsinə dair hissələrdə apellyasiya instansiyası məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi həmin hissələrdə tələblərin kreditor tələblər olub-olmadığına, iddiaçının bankın kreditoru qismində çıxış edibetməməsinə tərəflərlə müzakirə edib hüquqi qiymət verməli olduğu halda bu istiqamətdə araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır. 32. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqə li şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinc i icraat

33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X4 (sədrlik edən və məruzəçi), X5 və X6) 2(103)-1634/2025 nömrəli, 3 mart 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-29/2023 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilmiş, “ekspert tərəfindən 64.520 manat məbləğində qiymətləndirilən qızıl-zinət əşyalarının İddiaçı hüquqi varisi X3 təhvil verilməsinə və 535.140 manat məbləğində qiymətləndirilən qızıl-zinət və gümüş əşyalarının dəyərindən 179.988,9 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsi miqdarında əvəzləşdirilməsindən sonra qalan məbləğin cavabdeh Ləğv prosesi ndə olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı hüquqi varisi X3 ödənilməsi” tələblərinə dair hissədə iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir.

34. Məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq mövqeyini onunla əsaslandırmışdır ki, işdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-3(103)-132/2020 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir.

35. Mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən girovla təmin edilmiş öhdəliyə xitam ve rildikdə qirov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Eyni zamanda, girov qoyulmuş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. 36. 535.140 manat məbləğində qiymətləndirilən qızıl-zinət və gümüş əşyalarının dəyərindən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2016-cı il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə əsasən 179.988,9 ABŞ dolları məbləğində borcun əvəzləşdirilməsindən sonra iddiaçının artıq bank qarşısında hər hansı icra olunmamış öhdəliyi qalmır. Belə ki, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

37. Belə olan halda, iddiaçı artıq cavabdehdən girovla təmin edilmiş öhdəliyə xitam verildiyinə görə qirov qoyulmuş əşyanın qaytarılmasını tələb edir. Başqa sözlə, iddiaçının 64.520 manat məbləğində qiymətləndirilən qızıl-zinət əşyalarının təhvil verilməsi və 535.140 manat məbləğində qiymətləndirilən qızıl-zinət və gümüş əşyalarının dəyərindən 179.988,9 ABŞ dolları məbləğində borcun əvəzləşdirilməsindən sonra qalan məbləğin ödənilməsi tələbləri kreditor tələblərdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. İddiaçının hüquqi varisi (Vəkil1) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin obyektiv araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, onu n banka qoyduğu əmlakı üzərində mülkiyyət hüququ mövcuddur. Bankın iflas etməsi bu hüququnu ləğv etmir. Bankla iddiaçı arasında bağlanmış saxlanc və girov müqavilələrinə əsasən əmlaklar bankın saxlancında olmuşdur. Onunla bank arasında saxlanc və girov müqavilələrinə əsasən bankın həmin əmlak üzərində sərbəst sərəncam vermə hüququ yox idi. Nəticə etibarilə bankın əmlakını qaytarmaması mülkiyyət hüququnu pozur. Bankdan girov təminatı ilə götürdüyü məbləği tam ödəmişdir və bank girov predmetini ona tam şəkildə qaytarmalıdır. Onun bank qarşısında hər hansı bir öhdəliyi qalmamışdır, ona məxsus olan qızıl-zinət əşyalarının bir hissəsi hal-hazırda bankda saxlanılmaqdadır. Girov qoyan borcunu banka tam şəkildə ödədiyi üçün girov da avtomatik olaraq qüvvədən düşmüşdür. Belə olan halda, girovun sax lanılması üçün heç bir hüquqi əsas qalmır və girov predmetinin qaytarılması məcburidir.

40. Məhkəmənin qəbul etdiyi qərardadın tətbiq edilən hüquq normaları hissəsində göstərilmiş maddələrin əksəriyyəti iddiaçının xeyrinədir, lakin qərardadın nəticə hissəsi isə əleyhinədir.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edil ən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.

44. Maddə 269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir.

45. Maddə 269.10. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir.

46. Maddə 283.3. Girov saxlayan öz vəzifələrini kobudcasına pozaraq girov qoyulmuş əşyanın itirilməsi və ya zədələnməsi təhlükəsini doğurduqda girov qoyan girova vaxtından əvvəl xitam ve rilməsini tələb edə bilər.

47. Maddə 294.1. Girova aşağıdakı hallarda xitam verilir: 48. 294.1.1. girovla təmin edilmiş öhdəliyə xitam verildikdə; 49. 294.1.2. bu Məcəllənin 283.3-cü maddəsində nəzərdə tutulan əsaslar olduqda girov qoyanın tələbi ilə; 50. 294.1.3. əgər girov qoyan bu Məcəllənin 288.2-ci maddəsində nəzərdə tutulan hüquqdan istifadə etməyibsə, girov qoyulmuş əşya məhv olduqda və ya girov qoyulmuş hüquqa xitam verildikdə; 51. 294.1.4. tutma yönəldilməsi ilə bağlı girov qoyulmuş əmlak satıldıqda.

52. Maddə 294.2. Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur.

53. Maddə

301. Saxlanc elə girovdur ki, onun predmeti girov saxlayanın sahibliyinə verilir.

54. Maddə

305. Sabit girov elə girovdur ki, onun predmeti girov saxlayanın qıfılı altında və ya girovu ifadə edən nişanlar vurulmaqla, girov qoyanda saxlanılır.

55. Maddə

528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu

56. Maddə 71.1. Məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir. Fond tərəfindən ləğvedici qismində cəlb e diləcək hüquqi və fiziki şəxslərin xidmət və ya əmək haqlarının məbləği Mərkəzi Bank ilə razılaşdırmaqla müəyyən edilir. Bankın ləğv edilməsi ilə bağlı xərclər smetası hər üç aydan bir Fondun təqdimatına əsasən Mərkəzi Bank tərəfindən təsdiq olunur. Fondun müqavilə əsasında cəlb etdiyi ləğvedici bu Qanunla nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməlidir. Məcburi ləğv edilən banka aidiyyəti olan şəxslər, səhmdarlar, habelə bankın kreditorları və borcluları ləğvedici qismində cəlb edilə bilməzlər. Bu kimi halların mövcudluğu ləğvedici təyin olunduqdan sonra aşkar olunarsa, onların fəaliyyətinə Fondun qərarı ilə xitam verilir və banka yeni ləğvedici təyin edilir.

57. Maddə 72.2. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindikdən sonra müflis bankın səhmlərinin ləğv edici tərəfindən digər şəxsə köçürülməsi bu Qanunun 74cü maddəsinə müvafiq olaraq yalnız məhkəmənin qərarı ilə həyata keçirilir.

58. Maddə 78.1.Bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər.

59. Maddə 81.4.Təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir.

60. Maddə 82.1. Müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 61. 82.1.2. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələb lər; 62. 82.1.3.iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 63. 82.1.4.iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 64. 82.1.5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 65. 82.1.6. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 66. 82.1.7. dövlət büdcəsinə vergilər, büdcəd ənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər; 67. 82.1.8. təminatsız kreditorların tələbləri.

68. Maddə 82.2. Qalan aktivlər bankın səhmdarlarına onların paylarına mütənasib surətdə qanunvericiliyə uyğun qaydada ödənilir.

69. Maddə 87.1. Bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləş-dirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür.

70. Maddə 87.2. Tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir.

71. Maddə 87.3. Məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz.

72. Maddə 87.4. Ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Ödənişlərin aparılması qrafikinə daxil edilmiş məbləğləri kreditorlara ödəmək üçün onlarla əlaqə yaratmaq mümkün olmadığı halda ödənilməmiş məbləğlər Mərkəzi Bankda xüsusi hesabda depozitə qoyulur. Ləğvedici mediada bildiriş dərc etdirərək göstərilən kreditorlara vəsaiti almaq üçün müraciət etməyi təklif edir. Bu qaydada depozitə qoyulmuş vəsait göstərilən k reditorlar və ya onların hüquq varisləri tərəfindən həmin tələblər üzrə iddia müddəti bitənədək alma bilər. İddia müddəti bitdikdən sonra ödənilməmiş məbləğlər dövlət büdcəsinə köçürülür. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarı 73. “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

74. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

75. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

76. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

77. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillə rindən asılı olmayaraq yoxlanılmalıdır.

78. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

79. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

80. Hazırkı kassasiya şikayətində qərardad iddiaçının hüquqi varisi tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

81. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

82. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

83. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məh kəməsi tərəfindən apellyasiya şikayətindəki dəlillərə hüquqi qiymət verildiyindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

84. Belə ki,apellyasiya instansiya məhkəməsi haqlı olaraq iddiaçı tərəfin mübahisələndirilən hissədə olan tələbinin kreditor tələb olmasını müəyyən etmiş və həmin hissədə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması nəticəsinə gəlmişdir.

85. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

86. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki Kolleg iyasının 3 mart 2025-ci il tarixli, 2(103)1634/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar