Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1459/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3, X4, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)3624/2019 saylı, xx xxxxxx 2019-c u il tarixli qətnaməsindən Cavabdeh12 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(067)-1773/2019 saylı qətnaməsi ilə (hakim X.İ.Quliyev) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3, X4, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3, X4, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 74 A saylı evin 29 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesa b edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3624/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə (sədrlik edən və məruzəçi),T.O.Quliyev və E.G.Rəhimov), Cavabdeh12 apelyasiya şikayəti təmin edilməyərək, Xaçmaz Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2019-cu il tarixli 2(067)1773/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3, X4, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin formal qeydiyyatda olduqları xüsusi mülkiyyət hüququ əsasında ona məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 74 A saylı evin 29 saylı mənzilindən istifadə hüquqların ın itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 74 A saylı evin 29 saylı mənzili xx xxx 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınmış və həmin əmlak onun xüsusi mülkiyyətinə aid əmlakdır. O, həmin mənzildə yaşayır. Yaxın vaxtlarda ona məlum olmuşdur ki, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, E.Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 onun mənzilində qeydiyyatda qalmışlar. Halbuki, həmin şəxslərin çoxunu tanımamış, onların onun mənzilinə hansı yolla qeydiyyata düşmələrini bilmir. Cavabdehlərin yaşayış yerini müəyyən edərək evindən qeydiyyatdan çıxmalarını təmin edə bilmir. Cavabdehlərin məlum olan ünvanları formal olaraq qeydiyyatda olduqları onun mülkiyyətinə aid mənzildir. Cavabdehlərin hazırda ona məxsus mülkiyyətinə aid yaşayış sahəsindən qeydiyyatdan çıxmamaları və ona məxsus mənzildə formal qeydiyyatı xüsusi mülkiyyətinə aid əmlakı üzərində sahiblik və sərəncam hüquqlarını pozur. Onlara görə əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır. Belə olan vəziyyətdə hesab edir ki, cavabdehlərin ona məxsus yaşayış evində formal qeydiyyatda qalmaları əsassızdır və mülkiyyətinə aid yaşayış evinə olan formal qeydiyyatlarının saxlanılması yolverilməzdir. Cavabdehlərin heç biri onun ailə üzvləri olmamışlar, sonunculara məxsus hər hansı əmlak onun evində mövcud deyildir. Cavabdehləri digər qaydada özünə məxsus mənzildən qeydiyyatdan çıxara bilmədiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh12 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh12 və vəkili X2 kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3, X4, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 heç bir üzrlü səbəb g östərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh12 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********23- 05101-093006 reyestr nömrəli, xx xxx 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 74 A saylı evin 29 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 190 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan xx xxxxx 2019-cu il tarixli elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Z.H.Eldarov, Cavabdeh8, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 74 A saylı evin 29 saylı mənzilində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni xx xxxxxxx 2009cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi 6 ay saxlanılır. -İcarədar və ya onun ailə üzvləri üzrlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə, məhkəmə tərəfindən uzadıla bilər. -Şəxsin, müəyyən etdiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarından görünür ki, ailə üzvünün daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsindən digər bir yaşayış sahəsinə köçməsi yaşayış sahəsinə olan hüququnun itirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh12 1989-cu il tarixdə Cavabdeh4lə ailə həyatı qurmuşdur. Həmin vaxtdan mübahisəli evdən köçüb getmiş və özünə məxsus olan torpaq sahəsində ev tikərək, ailə üzvləri ilə orada halhazıradək yaşayır. Mübahisə evdə formal olaraq qeydiyyatda qalmışdır və iddiaçı ilə birgə təsərrüfat aparmayaraq, ailə üzvü olmamışdır. İş materiallarına əlavə edilmiş Xaçmaz şəhər XBS İcraiyyə Komitəsinin xx xxxxxxx 1991-ci il tarixli, 11 saylı protokolunun çıxarışdan məlum olur ki, Xaçmaz şəhəri, Nərimanov küçəsi 74-a saylı evin 29-cu mənzilində yaşayan Z.Cavabdeh11 fərdi ev tikmək üçün şəhəri 21- ci kvartalından 400 kv.m. torpaq sahəsi verilmişdir. Həmin ərazidə sxematik akta əsasən 1991 ildə 114.0 kv.m. yaşayış evi tikmişdir və hazırda ailəsi ilə birlikdə orada yaşayır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən həmçinin digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və C avabdeh13 uzun müddətdir İddiaçı xüsusi mülkiyyətinə aid Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 74 A saylı evin 29 saylı mənzilində qeydiyyatlarının formal olması və onların iddiaçıya məxsus mənzildən çıxaraq daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçmələri müəyyən edilmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaə tinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh12 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3624/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1459/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1459/2020
16.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver