Məhkəmə qərarları › İş №2(102)-146/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-146/2020

21.01.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-146/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.N.Məmmədov) iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməmiş,ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspeetizanın dəyəri olan 50 manat pulun İddiaçı Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.N.İmanov, hakimlər İ.Xəlilov və V.Sadıqov) iddiaçı Hüseynov Rahim Qurbanəli oğlunun tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı H kassasiya şikayəti ilə Azərb aycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1 qarşı qanunsuz tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 qanunsuz hərəkətlərinə son qoyulması və ünvan 1 ünvanında yerləşən Cavabdeh1 tərəfindən tikilmiş fərdi yaşayış evinin c avabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilmisini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.1979-cu il tarixli, Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Əmircan qəsəbəsi, Pravda küçəsi ev 35 X3, X7, X4, X1, İddiaçı, X5 və Cavabdeh1 bərabər paylarla mülkiyyətindədir. Həmçinin iş materiallarına əlavə edilmiş Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx xx xxxxx 2007- ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, X8, X2, X6 qarşı miras mülkdə real bölgünün aparılması, payların müəyyən edilməsi, evin hərraca çıxarılıb satılması və pulun paylara bölünüb tərəflərə ödənilməsinə dair iddia ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri, Əmircan qəsəbəsi, Pravda küçəsi ev 35-in hərraca çıxarılıb satılması və əldə olunmuş 71776,0 (yetmiş bir min yeddi yüz yetmiş) manat məbləğində pulun bərabər olaraq vərəsələr arasında hər birinin 1/7 payına uyğun olaraq bölünməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 tərəfindən notarial qaydada tərtib edilmiş ərizəyə əsasən o, atası Hüseynov Qurbanəli Qənbər oğlundan miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Pravda küçəsində yerləşən 35 saylı evdən ona düşən paydan qardaşı Cavabdeh1 xeyrinə imtina etmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş X9 və X11 tərəfindən notarial qaydada tərtib edilmiş ərizələrə əsasən onlar, əmiləri Cavabdeh1 babalarının mülkündə öz şəxsi vəsaiti hesabına tikdiyi evdə yaşamağına heç bir etirazlarının olmadığını bildirmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş Cavabdeh4 tərəfindən notarial qaydada tərtib edilmiş ərizəyə əsasən Suraxanı rayonu, Əmircan Qəsəbəsi, Pravda küçəsi 35-də olan ata mülklərində ona çatmalı olan paydan imtina edib ona düşən payın qardaşı Cavabdeh1 verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilən yaşayış evinin baş planından görünür ki, mübahisələndirilən y aşayış evi həmin planda əks olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən keçirilmiş xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinin nəticəsinə əsasən ünvan 2 ünvanda Cavabdeh1 yaşadığı tikilinin həmin evin texniki passportunda öz əksini tapmadığı müəyyən edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, hazırkı iş üzrə iddiaçı və cavabdehlər atalarından miras qalan əmlaka birgə mülkiyyət hüququ ilə sahibdirlər. 2007-ci il tarixli məhkəmə qətnaməsi ilə birgə mülkiyyətdə olan əmlakın satılması, əldə edilən gəlirin vərəsələr arasında paylara uyğun bölünməsi qət edilmiş, lakin, qətnamə icra olunmamışdır. Hazırkı mübahisədə isə iddiaçı mülkiyyət hüququnun müdafiəsinə dair normalara əsaslanaraq bildirir ki, Cavabdeh1 həmin ərazidə iki mərtəbəli tikili inşa etmiş, həmin tikili onun bir mülkiyətçi kimi hüquqlarını pozur. Belə ki, cavabdehin inşa etdiyi tikilinin pəncərəsi onun evinə baxır. Cavabdehin dəlili ondan ibarətdir ki, tikili özbaşına hesab edilə bilməz, belə ki, inşaat işlərinə başlamazdan əvvəl müvafiq dövlət orqanı ilə razılaşdırılmışdır. Digər cavabdehlər də iddianı qəbul etməyərək onlara məxsus paylardan Cavabdeh1 xeyrinə imtina etdiklərinə görə iddianın əsasının olmamasını bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 222.1 -ci maddəsinə əsaəsn birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Od ur ki, məhkəmə iddianın qanuni əsasını, yəni iddiaçının rəhbər tutduğu maddi-hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunda hüquqi qiymət verməlidir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mül kiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə İddiaçı Cavabdeh1 inşa etdiyi tikilinin qanunsuz tikili olmaqla onun mülkiyyət hüquqlarını pozduğunu bildirsə də, istinad etdiyi halları maddi hüquq normaları baxımından əsaslandıra bilməmiş və bu hal işin halları i lə də sübuta yetirilməmişdir. Belə ki, işin hallarından göründüyü kimi iddiaçı pozulmuş hüquqlarını onunla əsaslandırmışdır ki, cavabdehin inşa etdiyi evin pəncərəsi onun evinə baxır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, hər hansı bir tikilinin pəncərəsinin xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinə baxması qeyd edilən evin mülkiyyətçisinin hüquqlarının pozuntusu kimi qiymətləndirilə bilməz. Belə ki, mülkyyət hüququ şəxsin öz əmlakı üzərində sərəncam vermək, həmin əmlaka sahiblik etmək və ondan istifadə etmək hüquqlarından ibarətdir və mülkiyyətdə olan evə digər hər hansı bir tikilidən baxan pəncərə qeyd edilən mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneəçilik törətmir. Hazırkı iddia tələbinə qarşı iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfin vəsatətinə münasi bətdə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, vəsatət əsaslı deyildir. Belə ki, hazırkı tələb mahiyyətinə görə mülkiyyətin müdafiəsi ilə bağlı verilən tələbdir və həmin tələblərə də iddia müddəti tətbiq edilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 384.0.4-cu maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa beləiddia müddəti şamil edilmir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edi lməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar