Məhkəmə qərarları › İş №2(102)-146/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-146/2025

11.02.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-146/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (Hüseynova Elmira Hüseyn qızının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikilinin inşasına sərf edilmiş vəsaitin paya düşən hissəsinin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X1 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1160/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hüseynova Elmira Hüseyn qızı t ərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1085/2022 saylı, 01 noyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 09 noyabr 2009-cu il tarixdə Şamaxı rayon Mirikənd icra nümayəndəliyində 24 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 iddiaçının - İddiaçı himayəsində saxlanılması və xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabde h 12 sentyabr 2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir;

3. Şamaxı rayonu, Mirikənd kəndi ərazində yerləşən 0,12 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə xx.xx.2020-ci ildə Cavabdeh, xx.xx.2023cü ildən Hüseynova Elmira Hüseyn qızının adına qeydə alınmışdır.

4. Tərəflər arasında mübahisə nikah dövründə həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə çəkilən xərcin bölünməsi ilə bağlı yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, iddia ərizəsinə əlavə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şam axı rayonu, Mirikənd kəndində yerləşən, öz vəsaiti hesabına tikilmiş iki mərtəbəli evin tikintisinə sərf olunmuş 40000 manat vəsaitin 2/3 hissəsinin, yəni 26600 manat pulun və ödənilmiş 170 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 09 noyabr 2009-cu il tarixdə rəsmi nikaha daxil olub. Birgə nikahdan xx.xx.2010-cu il tarixdə doğulmuş Elmira və xx.xx.2017-ci il tarixdə doğulmuş Elif adlı iki qızları var. Nikahları xx.xx.2022-ci il tarixdə Şamaxı Rayon Məhkəməsində pozulmuşdur. Məhkəmənin qərarı ilə uşaqlar onun yanında saxlanılmışdır. Məhkəmə qətnaməsinə əsasən hər ay Xəyal iki uşağa görə 320 manat aliment ödəməlidir. Lakin bu günə kimi bir manat da olsa aliment ödəm əmişdir. Üstəlik hər gün gəlib onu narahat edir və evdən çıxmasını bildirir. Hansı ki, həmin evi onlar öz vəsaitləri ilə tikiblər. O, özü də işləyib. Atası və qardaşları da maddi cəhətdən onlara yardım ediblər. Xəyal özü bənna işlərini görüb. Evin suvağını və döşəmənin vurulmasını o, özü edib. Evin üstünü atası, qardaşları və Xəyal birlikdə düzəldiblər. 10 m X 16 m ölçüdə ev tikiblər. 40000 manat vəsait sərf olunmuşdur. O, cavabdeh və iki uşaqlarından başqa kimsə evdə yaşamamışdır. Ev tikilən zaman torpaq sahəsi qaynanası Elmiranın adına idi. 2020-ci il tarixdə həmin torpaq sahəsini Xəyala bağışlamışdı. Tikilmiş ev dövlət qeydiyyatına alınmayıb. Odur ki, onun ev kimi bölünməsi mümkün deyil. Lakin çəkilmiş xərclər aralarında bölünə bilər. Uşaqların da onun yanında qalmalarını nəzərə alaraq çəkilmiş xərclərin 2/3 hissəsinin, yəni 26600 manatın ona verilməsini istəyir. O, bundan sonra evdən çıxa bilər.

7. Cavabdeh izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, evi 2010-cu ildə tikməyə başlayıblar, 2017-ci ildə bitiriblər və həmin evdə yaşamağa başlayıblar. Evin tikintisinə pulun hamısını anası Elmira verib. Buna görə həmin ev anasınındır. İddiaçı yalan danışır, onun qardaşı və atası evin tikintisinə heç bir pul xərcləməyib. O, ölkə xaricində işləyərək Ayselə pul göndərib. Bu barədə qəbzləri bankdan almaq olar. Mahir Məlikov həqiqətən onların evlərinin qapı-pəncərələrini düzəltmişdir.

8. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hüseynova Elmira Hüseyn qızı bildirmişdir ki, sözügedən ev mərhum oğlu X2 olub. Oğlu rəhmətə getməmişdən torpağa daş qum tökdürmüşdür ki, ev tikdirsin. Hətta evi bir neçə daş qaldırmışdır. Lakin bununla bağlı hazırda sübutu yoxdur. O, bilsəydi ki, belə olacaq həmin vaxt oranın şəklin çəkərdi. Evi də o dəfələrlə kredit götürərək tikdirib. Sonra oğlu vəfat edib torpaq onun adına qeydiyyata alınıb. Sonra o, torpağı oğlu Xəyala bağışlayıb. Bu torpağın alınmasının və üzərindəki tikilinin Ayselə heç bir aidiyyatı olmamışdır. Sonrada oğlu Aysel ilə ayrılıb. Ayrılandan sonra oğlu yenidən torpağı ona qaytarıb. Ümumiyyətlə o, bu evi özü üçün tikdirmiş, Xəyala ata evini vermək fikri olmuşdur. Lakin o, işdə olarkən Xəyal və Aysel ondan xəbərsiz bu evə köçmüşdür. Buna görə onlardan incimişdir. Evin tikilməsinə və təmirinə görə bütün xərci o, çəkmişdir. Torpaq hal-hazırda da onun mülkiyyətindədir. Dəfələrlə evi qeydiyyata aldırmaq istəyib. Lakin Aysel daşınmaz əmlakdan gələn mütəxəssislərin evə girməsinə imkan verməmişdir. 9. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hesabatında Hüseynova Elmira Hüseyn qızına məxsus Azərbaycan Respublikası, Şamaxı rayonu, Mirikənd ünvanında 0.6104 ha torpaq sahəsi üzərində yerləşən (ölçüləri 10 m X 16 m) fərdi yaşayış evinə çəkilmiş xərclərin qiymətləndirilməsi üzrə hesabatdan görünür ki, hesablamaların yekunu olaraq Hüseynova Elmira Hüseyn qızına məxsus Şamaxı rayonu, Mirikənd ünvanında 0.6104 ha torpaq sahəsi üzərində yerləşən (ölçüləri 10 X 16 m) fərdi yaşayış evinə çəkilmiş xərclərin 28 aprel 2023-cü il tarixə 1 kv.m üçün 130 manat olmaqla, ümumi dəyəri 41600 manat həcmində müəyyən edilmişdir.

10. Azərbaycan Respublikası Ədl iyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 noyabr 2023-cü il tarixli, 10/4191 saylı ekspert rəyinə əsasən, Şamaxı rayonu, Mirikənd kəndində yerləşən 0,12 hektar torpaq sahəsi üzərində olan fərdi yaşayış evinin tikintisi və təmiri olunmasına çəkilmiş xərc orta bazar qiymətlərinə uyğun təqribən 28295 manat məbləğində müəyyən olunmuşdur.

11. Şamaxı Rayon Məhkəməsinin (hakim Natiq İsmayılov) 28 mart 2024-cü il tarixli 2(074)-23/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 14.147,50 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 manat və 50 manat mediasiya xərcinun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 25 manat, İddiaçı 25 məbləğində ekspertiza xərcinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhk əmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şamaxı rayonu, Mirikən kəndində 0.12 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin birgə nikah dövründə tikilməsi təsdiq edildiyindən, eləcə də evin tikintisinə çəkilmiş 28295 manat xərcin dəyəri tərəflərin ümumi birgə mülkiyyəti sayıldığından və ər-arvadın ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunduğundan, evin tikintisinə çəkilmiş xərcin yarısı – 14.147,50 manat cavabdehdən alınıb iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməlidir.

13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 36.1, 36.3, 37.1-ci, Mülki Məcəllənin 225.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Üçüncü şəxs Hüseynova Elmira Hüseyn qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir

15. Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 386-cı maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Nəticədə birinci instansiya məhkəməsi tərəfindən hüququn tətbiq edilməsində səhv buraxılmış, tətbiq edilməli olan qanun və digər normativ hüquqi akt tətbiq edilməmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-23/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Mülki-Prosessual Məcəlləsinin və Ailə Məcəlləsinin tələblərini səhv təfsir edilərək, nəticədə qanunsuz, əsassız və ədalətsiz qətnam ə qəbul olunmuşdur.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X8 - sədrlik edən və məruzəçi, X7 və X5)16 iyul 2024-cü il tarixli 2(105)-1160/2024 nömrəli qətnaməsi ilə Şamaxı Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(074)-23/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə, daha sonra xx.xx.2023-cü il tarixdə üçüncü şəxs Hüseynova Elmira Hüseyn qızının mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. Lakin onun üzərində yerləşən mübahisəli evə dair hər hansı hüquq dövlət reyestrində qeydə alınmamışdır. Həmin evi üçüncü şəxs mə hz özü üçün tikdirdiyini bildirsə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, evdən yaşayış sahəsi kimi yalnız iddiaçı və cavabdeh istifadə etmiş və onlar birgə nikah zamanı tikinti və müəyyən təmir işləri görərək evdə yaşamaq üçün zəruri olan şərait yaratmışlar. Hazırda həmin evdə iddiaçı azyaşlı uşaqları ilə birlikdə yaşayır və ev sökülməmişdir. İddiaçı tikintiyə çəkilmiş xərcin bölünəcəyi təqdirdə evdən çıxacağını göstərmişdir.

18. Məhkəmə kollegiyasının qənaətinə görə Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz.

19. Məhkəmə daha sonra qeyd etmişdir ki, mübahisəli ev özbaşına tikili olsa da, fiziki obyekt olaraq özündə tər əflərin ər-arvad kimi əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, iddiaçının mövcud iddiası əsasında həmin tikiliyə çəkilmiş xərcin yarısının cavabdehdən tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.2-ci, Ailə Məcəlləsinin 31, 32-ci; Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88-ci maddələrinə; “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Üçüncü şəxs Hüseynova Elmira Hüseyn qızı k assasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1160/2024 saylı, 16 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv olunması, mülki işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə kollegiyası Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hüseynova Elmira Hüseyn qızının hüquqlarının pozulması ilə nəticələnən, qanunsuz, əsassız və son dərəcə ədalətsiz qətnamə qəbul etmişdir.

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1160/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qanunsuz və əsassız olduğundan, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan kassasiya instansiyası məhkəməsində ləğv olunmalı və mülki iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına qaytarılmalıdır. Evin tikintisində torpağın mülkiyyətçisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hüseynova Elmira Hüseyn qızının da zəhməti və xərci olmuşdur. Ona görə də evin pulu 3 nəfər arasında bölünməlidir. Hüseynova Elmira Hüseyn qızının həmin evin tikintisinə çəkdiyi xərc mütləq nəzərə alınmalıdır.

24. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 386, 387.1, 418.1, 418.2, 418.3-cü maddələrinə istinadən əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Res publikasının Ailə Məcəlləsi

26. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

27. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, y axud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

28. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bi r sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Məhkəmə kollegiyası, qətnaməni üçüncü şəxs Hüseynova Elmira Hüseyn qızının şikayəti əsasında yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə MPMnin 416.1-ci maddəsinə uyğun olaraq məhz onun kassasiya şikayətində istinad olunan dəlillər və şikayətin həddi ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin Hüseynova Elmira Hüseyn qızının kassasiya şikayəti əsasında ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Məhkəmə tərkibi vurğulayır ki, Şamaxı Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(074)-23/2024 nömrəli qətnaməsi ilə 14.147,50 manat pulun Cavabdeh tutulması qət edilsə də, cavabdeh özü həmin məhkəmə aktından apellyasiya şikayəti verməmişdir. İş üzrə həm apelyasiya, həm də kassasiya baxışı üçüncü şəxs Hüseynova Elmira Hüseyn qızının şikayətləri əsasında aparılmışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu şikayətin və onun dəlillərinin xaricində qalan məsələlər üzrə yoxlanılmır.

38. Üçüncü şəxs Hüseynova Elmira Hüseyn qızı qətnaməni kassasiya qaydasında mübahisələndirərkən ona istinad etmişdir ki, çıxarılmış qərar onun hüquqlarını n pozulması ilə nəticələnmişdir.

39. Bununla belə, pul vəsaitinin ondan deyil, cavabdehdən tutulduğu halda qətnamənin Elmira Hüseynovnın hüquqlarını hansı formada pozduğu şikayətdə əsaslandırılmamışdır.

40. Kollegiya şikayətin dəlilləri ilə bağlı onu da qeyd edir ki, torpaq sahəsinin mülkiyyət hüququ tərəflər arasındakı nikah pozulduqdan sonra Hüseynova Elmira Hüseyn qızına keçsə də, hazırkı işdə həmin sahə ilə bağlı iddia irəli sürülməmiş, məhkəmə tərəfindən də torpaq sahəsi ilə əlaqədar, yaxud Elmira Hüseynovanın barəsində qərar çıxarılmamışdır.

41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və üçüncü şəxsin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıda kı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

42. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

43. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, üçüncü şəxs Hüseynova Elmira Hüseyn qızının kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

44. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1160/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar