Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1460/2019 07.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçılar X7 və İddiaçı1 vəkili Vəkil1, cavabdehlər “Cavabdeh3-nin və Cavabdeh3-nin vəkili Vəkil2 iştirakı ilə, iddiaçılar X7nın və İddiaçı1 və cavabdehlər Cavabdeh3 və Cavabdeh3-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli, 2(004)228/2018 saylı qətnaməsi ilə (hakim X.Məhərrəmova) iddia tə ləbi qismən təmin edilmiş, Cavabdeh3-dən və Cavabdeh1 ödənilməmiş əmək haqqı borcu qismində 30.000 ABŞ dollarının və əmək haqqının gecikdirilməsinə görə 15.000 ABŞ dollarının, hüquqi yardım üçün çəkilmiş xərclərin əvəzi qismində 850 manatın və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manatın, cəmi 45.000 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə pul vəsaitinin və 880 manatın müştərək qaydada tutularaq X7nın xeyrinə ödənilməsi, Cavabdeh3-dən və Cavabdeh1 ödənilməmiş əmək haqqı borcu qismində 100.000 ABŞ dollarının və əmək haqqının gecikdirilməsinə görə 100.000 ABŞ dollarının, vurulmuş mənəvi zərərin əvəzi olaraq 2.000 manatın, hüquqi yardım üçün çəkilmiş xərclərin əvəzi qism ində 850 manatın, cəmi 200.000 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə pul vəsaitinin və 2.850 manatın müştərək qaydada tutularaq İddiaçı1 xeyrinə ödənilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi, Cavabdeh2 ("Cavabdeh3 qrup" QSC) və Cavabdeh3-nin X7 və İddiaçı1 qarşı 01 mart 2014-cü il tarixdən 25 fevral 2015-ci il tarixədək logistika direktoru işləmiş İddiaçı1 əmək fəaliyyəti nəticəsində vurduğu zərərin əvəzi qismində 403.465 manat 97 qəpik məbləğində pul vəsaitinin İddiaçı1 Cavabdeh2-nin ("Cavabdeh3 qrup" QSC-nin) xeyrinə, 14 mart 2011-ci il tarixdən 20 iyun 2016-cı il tarixədək Maliyyə, idarəetmə, insan resursları və informasiya texnologiyaları direktoru vəzifəsində işləmiş X7nın əmək f əaliyyəti nəticəsində vurduğu zərərin əvəzi qismində 590.651 manat 37 qəpik məbləğində pul vəsaitinin X7dan Cavabdeh3-nin xeyrinə tutulması barədə qarşılıqlı iddia tələblərinin təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manatın Cavabdeh3-dən, Cavabdeh3-dən və Cavabdeh1 müştərək qaydada Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2018-ci il tarixli, 2(103)-9837/2018 saylı qətnaməsi ilə (hakimlər: İ.Xəlilov, X.Cəmilova, A.Hüseynov) Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli, 2(004)-228/2018 saylı qətnaməsi ilk iddianın Cavabdeh1 aid (təmin olunan) hissədə ləğv edilməsi, həmin hissədə ilk iddianın təmin edilməməsi, məhkəmə xərclərinin Cavabdeh1 aid ed ilməsi hissəsində qətnamənin ləğv edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçılar X7 və İddiaçı1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2018-ci il tarixli, 2(103)-9837/2018 saylı qətnaməsinin ilk iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi, iddia tələblərinin cavabdehlər cavabdehlər Cavabdeh3-yə və Cavabdeh3-yə münasibətdə tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh3 və Cavabdeh3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2018-ci il tarixli, 2(103)9837/2018 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddiaçılar X7 və İddiaçı1 cavabdehlər Cavabdeh2-yə, Cavabdeh3-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr verərək, X7 ilə Cavabdeh2 X1 Cavabdeh1 arasında imzalanmış 02 may 2016-cı il tarixli borcun etirafı və qaytarılması haqqında müqaviləyə əsasən ödənilməmiş əmək haqqı borcu qismində 30.000 ABŞ dolları məbləğində pul vəsaitinin, həmin vəsaitin ödənilməsinin gecikdirilməsinə görə hər gün üçün 1% dərəcəsi ilə hesablanmış faiz borcunun, nümayəndəyə ödənilmiş 850 manat məbləğində hüquqi xidmət haqqının, 30.000 ABŞ dollarının 10%-nin, güzəşt olunan 14.500 ABŞ dolları və ödənilməmiş məzuniyyət haqqı qismində 7.200 ABŞ dolları məbləğində pu vəsaitinin cavabdehlər Cavabdeh3-dən və Cavabdeh1 müştərək qaydada X7nın xeyrinə tutul ması, X7 ilə Cavabdeh2-nin X1 Cavabdeh1 arasında imzalanmış 02 may 2016-cı il tarixli borcun etirafı və qaytarılması haqqında müqaviləyə əsasən ödənilməmiş əmək haqqı borcu qismində 100.000 ABŞ dolları məbləğində pul vəsaitinin, həmin vəsaitin ödənilməsinin gecikdirilməsinə görə hər gün üçün 1% dərəcəsi ilə hesablanmış faiz borcunun, nümayəndəyə ödənilmiş 850 manat məbləğində hüquqi xidmət haqqının, 100.000 ABŞ dollarının 10%-nin, güzəşt olunan 14.500 ABŞ dolları və vurulmuş mənəvi ziyanın əvəzi qismində 10.000 ABŞ dolları məbləğində pu vəsaitinin cavabdehlər Cavabdeh2-dən və Cavabdeh1 müştərək qaydada İddiaçı1 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 Cavabdeh3-də Cavabdeh1 təklifinə əsasən işləməyə başlamışdır. X7 08.03.2 010-cu il tarixdən 30.04.2016-cı il tarixə qədər Cavabdeh3-də maliyyə və idarə işlər, İT direktoru vəzifəsində işləmişdir. 01.04.2015-ci il tarixdən 30.04.2016-cı il tarixə qədər əmək müqaviləsi Cavabdeh3də qalması əsasında Cavabdeh2-də Cavabdeh2 Şirkətlər Qrupu maliyyə direktoru vəzifəsində işləmişdir. Tərəflər arasında olan razılaşmaya əsasən X4 aylıq əmək haqqı 10.000 ABŞ dolları müəyyən edimişdir. 10.000 ABŞ dollarının 2.000 ABŞ dolları şirkət tərəfindən nağd şəkildə, 8.000 ABŞ dolları isə X2 Respublikasındakı banklarındakı hesab nömrəsinə ödənilirdi. X5 həyat yoldaşı İddiaçı1 2014-cü ilin yanvar ayında Cavabdeh1 təklifinə əsasən Cavabdeh2-də logistika direktoru vəzifəsində işləmişdir və əmək haqqı 10.000 ABŞ dolları məbləğində razılaşdırılmışdır. X6 və İddiaçı1 əmək müqavilələrində əm ək haqqı az məbləğdə, 300 manat, 250 manat göstərilmişdir. Buna səbəb isə Cavabdeh3tərəfindən işcinin əmək haqqından vergi və sosial ödənişlərinin tutulmasının azaldılması olmuşdur. İddiaçı1 ona təyin edilmiş 8.000 ABŞ dolları məbləğində əmək haqqının heç bir hissəsini almamışdır. İddiaçılara müvafiq olaraq 10.000 ABŞ dolları və 8.000 ABŞ dolları məbləğində əmək haqqı təyin edilməsini Cavabdeh2-nin X1 Cavabdeh1 iddiaçıların Türkiyə Respublikasında yerləşən “Garanti” bankındakı hesabına müntəzəm olaraq əmək haqqı üzrə köçürmələr etməsi ilə təsdiq olunur. Onların hər ikisinin maaşları aylarla ödənilməmişdir. 02.05.2016-ci il tarixdə Cavabdeh2-nin X1 Cavabdeh1 ilə X4 arasında borc etirafı və qaytarılması haqqında razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh1 X4a 116.000 ABŞ doll arı əmək haqqı borcunun olmasını, İddiaçı1 133.083 ABŞ dolları əmək haqqı borcunun olmasını etiraf etmiş və X4a və İddiaçı1 olan əmək haqqı borcunun ödəmə planında göstərilmiş vaxtlarda qaytarılması barədə üzərinə öhdəlik götürmüşdür. Razılaşmada qeyd olunmuş ödəmə planına əsasən ümumilikdə X4a 116.000 ABŞ dolları, İddiaçı1 113.083 ABŞ dolları, cəmi 249.083 ABŞ dolları borcunun olduğu göstərilmişdir. 27.04.2016-cı il tarixdə 20.000 ABŞ dolları ödəniş edilmişdir. 29.083 ABŞ dolları güzəşt olunaraq cəmi 200.000 ABŞ dolları borc olduğu qeyd olunmuşdur. Cavabdeh1 ödəmə planına əsasən 02.05.2016-cı il tarixdə 30.000 ABŞ dolları, 02.06.2016-cı il tarixdə 50.000 ABŞ dolları, 02.07.2016-cı il tarixdə 50.000 ABŞ dolları, 02.08.2016-cı il tarixdə 50.000 ABŞ dolları, 02.08.2016-cı il tarixdə 20.000 ABŞ dolları pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Həmin razılaşmadan sonra X4a 70.000 ABŞ dolları əmək haqqı ödənilmişdir. Ödəmələr Cavabdeh2-yə məxsus kassa məxaric orderi əsasında nağd şəkildə kassadan edilmişdir. Bu hal bir daha təsdiq edir ki, tərəflər arasındakı razılaşma şikrət tərəfindən qəbul edilmiş və müəyyən bir hissəsi yerinə yetirilmişdir. Lakin pul vəsaiti tam ödənilməmişdir. X3 ilə Cavabdeh1 arasında görüş keçirilmişdir. Tərəflər arasında keçirilən görüşlərdə Cavabdeh1 borcun tez bir zamanda ödəniləcəyinə dair vədlər verərək, pul ödəməkdən yayınmışdır. 10.04.2017-ci il tarixdə Cavabdeh2-yə, Cavabdeh3yə, Cavabdeh2-nin X1 Cavabdeh1 rəsmi qaydada müraciət edərək X4 və onun həyat yoldaşı İddiaçı1 ödənilməli olan borcun 10 gün müddətində ödənilməsi xahiş edilmişdir. Lakin bütün müraciətlər cavabsız qalmışdır. Həmçinin tərəflər arasında imzalanmış razılaşmada nəzərə alınmayan istifadə edilməmiş məzuniyyətə görə 7.200 ABŞ dolları da ödənilməlidir. X8 Cavabdeh2-nin rəhbərliyinin qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində mənəvi sarsıntı keçirmiş, bu da onun sağlamlığına təsir etmişdir. Hazırda o, müalicə alır və bu səbəblə Eda Erə dəymiş mənəvi ziyana görə Cavabdeh2dən və Cavabdeh1 10.000 ABŞ dolları pul tutulmalıdır. Cavabdehlər isə iddiaçılara yaranmış borcu ödəməmək məqsədilə məhkəmədə qarşılıqlı iddia qaldırmış, güya iddiaçılar tərəfindən cavabdeh hüquqi şəxslərə maddi ziyan vurulduğunu iddia etməyə başlamışlar. Halbuki, iddiaçılar həmin hüquqi şəxslərdə işlədikləri müddətdə yalnız Cavabdeh2-nin X1 Cavabdeh1 göstərişlərini icra etmiş, hər hansı pozuntu ya yol verməmişlər. Göstərilənlərə əsasən ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş olunmuşdur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçılar X7ya və İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi verərək, 01 mart 2014-cü il tarixdən 25 fevral 2015-ci il tarixədək logistika direktoru işləmiş İddiaçı1 əmək fəaliyyəti nəticəsində vurduğu zərərin əvəzi qismində 403.465 manat 97 qəpik məbləğində pul vəsaitinin İddiaçı1 Cavabdeh2-nin xeyrinə, 14 mart 2011-ci il tarixdən 20 iyun 2016-cı il tarixədək Maliyyə, idarəetmə, insan resursları və informasiya texnologiyaları direktoru vəzifəsində işləmiş X7nın əmək fəaliyyəti nəticəsində vurduğu zərərin əvəzi qismində 590.651 manat 37 qəpik məbləğində pul vəsaitinin X7dan Cavabdeh3-nin xeyri nə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə araşdırması dövründə Cavabdeh2-nin adının Cavabdeh3-yə dəyişdirildiyi müəyyən edildiyindən, məhkəmə proses iştirakçılarının razılığı ilə, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı olan Cavabdeh2-ni Cavabdeh3 ilə əvəz etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 və Cavabdeh3 nizamnamə əsasında fəaliyyət göstərən müvafiq qaydada dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərdir. Eyni zamanda Cavabdeh2 34, 33 və 33 faiz paya malik olmaqla üç təsisçi səhmdardan ibarət qurumdur. Nizamnaməyə əsasən idarə heyəti üç səhmdarın şəxsində formalaşdırılmışdır. İlkin iddia üzrə iddiaçıların istinad etdikləri 02 may 2016-cı ildə “borc etirafı və qaytarılması haqqında razılaşma” Cavabdeh2-nin X1 tər əfindən digər səhmdarların rəyi nəzərə alınmadan verildiyindən həmin razılaşma 22.06.2016-cı il tarixdə ümumi yığıncağın müzakirəsinə çıxarılaraq, İddiaçı1 və X7nın əmək fəaliyyətlərinin nəticələri müzakirə olunaraq ləğv edilmişdir. X7 14.03.2011- ci il tarixdən 20.06.2016-cı ilə kimi Cavabdeh3-nin Ağcabədi süd zavodunda Maliyyə, idarəetmə, İR və İT direktoru vəzifəsində, İddiaçı1 isə 01.03.2014-cü il tarixdən 25.02.2015-ci il tarixə kimi Cavabdeh2də logistika direktoru vəzifəsində çalışmışdır. X7nın əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, İddiaçı1 əmək müqaviləsinə isə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı1 işlədiyi dövrdə müvafiq əmək haqqı olaraq 2519,02 manat məbləğində pul vəs aiti ödənilmişdir. X7ya işdən azad olan zaman son haqq hesablaşma olaraq 5.915 manat pul vəsaiti ödənilmişdir. Bununla yanaşı iddiaçılarla əmək münasibətlərinə xitam verilən zaman onların işlədikləri sahələr üzrə fəaliyyəti araşdırılmış, hər ikisi üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiklərindən həmin sahələrdə çoxlu sayda kəsirlər, çatışmamazlıqlar və istehsalatda geriləmələr aşkar olunmuşdur. X4 Eda öz fəaliyyəti dövründə Cavabdeh2-yə orta hesabla 403.465,97 manat məbləğində ziyan vurmuşdur. X7 da işlədiyi dövrdə Cavabdeh3-yə 590.651,37 manat miqdarda ziyan vurmuşdur. Bu ziyanlar təkzibedilməz sənədlərlə öz təsdiqini tapmışdır. Hər iki şəxs işlədikləri sahələrə tam maddi məsul şəxslər olmalarına baxmayaraq, üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmış, istehsalatda geri ləmələrin, logistika sahəsində yaranmış kəsirlərin aradan qaldırılması üçün lazımi tədbirlər görməmişlər. Bu hərəkətləri ilə də X7 və İddiaçı1 Cavabdeh2-yə və Cavabdeh3-yə külli miqdarda ziyan vurmuşlar. Xidməti məlumat sənədləri ilə təsdiq olunur ki, İddiaçı1 və X7 tam maddi məsul şəxs olaraq üzərlərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiklərindən və əmək funksiyalarını düzgün yerinə yetirmədiklərindən Cavabdeh2 və Cavabdeh3-yə vurduqları külli miqdarda ziyana görə məsuliyyət daşıyırlar. Bu ziyan rəsmi sənədlərlə 403.465,97 manat + 590.651,37 manat = 994.117,34 manat təşkil edir. X7 08.03.2010-cu il tarixdən 30.04.2016-cı il tarixə kimi Cavabdeh3-nin Ağcabədi süd zavodunda Maliyyə, İdarəetmə, İR və İT direktoru vəzifəsində çalışmaqla əmək müqaviləsi müvafiq olaraq Cavabdeh3-nin d irektoru Cem Kurtla bağlanmışdır. Eyni zamanda İddiaçı1 isə 15.01.2014-cü ildən 31.03.2015-ci ilə kimi Cavabdeh2-də Logistika direktoru vəzifəsində çalışmış və həmin vaxt əmək müqaviləsi Cavabdeh2-nin direktoru S.Rəsulov ilə bağlanmışdır. Cavabdeh2nin X1 Cavabdeh1 onlar qarşısında belə bir öhdəlik qəbul etməsi üçün heç bir hüquqi əsas mövcud deyildir. Onların hər ikisinin 02.05.2016-cı il tarixli Cavabdeh1 tərəfindən “Borc etirafı və qaytarılması haqqında Razılaşma”ya istinad etməklə pul tələb etmələri nə qanuna, nə də məntiqə əsaslanmır. Məhz bu baxımdan X7nın və İddiaçı1 pul tələbi ilə bağlı iddiası əsassız və qanunsuz hesab olduğundan təmin olumamalıdır. Göstərilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xah iş olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçılar X7 və İddiaçı1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2018-ci il tarixli, 2(103)-9837/2018 saylı qətnaməsinin ilk iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi, iddia tələblərinin cavabdehlər cavabdehlər Cavabdeh3-yə və Cavabdeh3-yə münasibətdə tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh3 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2018-ci il tarixli, 2(103)-9837/2018 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Prosesiştirakçılarının izahatları: İddiaçılar X7nın və İddiaçı1 vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh3 və Cavabdeh3-nin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun şərh olunan tələbinə görə apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını və sübutları araşdırır, kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarını və sübutları araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları və sübutları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının və sübutların qiymətləndirilməsinin nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına və sübutların qiy mətləndirilməsinə istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İşin faktiki hallarının və sübutların qiymətləndirilməsinin prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məruzəçini, tərəflərin vəkillərini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, kassasiya şikayətləri qismən təmin edilməlidir. İş materiallarından göründüyü kimi mövcud olan əmək haqqı borcunun etirafına dair 2 may 2016-cı il tarixli razılaşmaya, iddiaçı X7 Akınçının bank hesabına aylıq 8000 ABŞ dolları, 2000 ABŞ dolları nəğd ö dənilməsi barədə sübutları və işin sair hallarını nəzərə alan apelyasiya məhkəməsi nəticəyə gəlmişdir ki, iddiaçılara əmək müqaviləsində nəzərdə tutulan müvafiq olaraq 300 və 250 manat əmək haqqı ödənilməsi barədə dəlillər açıq-aşkar inandırıcı deyil, məntiqsizdir. Peşəkar əcnəbi mütəxəssisi cəlb etməklə onlara həmin məbləğdə əmək haqqı təyin edilməsi heç bir halda reallığa uyğun gəlmir. Bundan başqa, iddiaçı cavabdeh təşkilatın onun hesabına hər ay 10.000 ABŞ dolları əmək haqqı ödənilməsi halına dair konkret sübutlar təqdim etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, əmək müqaviləsində iddiaçıların əmək haqlarının 300-250 manat göstərilməsinin məsuliyyəti iddiaçıların deyil, cavabdeh şirkətin üzərinə düşür. Cavabdeh təşkilat əmək mü qaviləsi bağlayarkən əmək qanunvericiliyinin tələblərini pozmaqla həmin rəsmiləşmə ilə müvafiq vergi ödənişlərindən yayınmaq məqsədini güdmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-çü bəndinə əsasən kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən (b bəndi) bu Məcəllənin və əmək qanunveri ciliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsidir. İşə götürən cavabdeh təşkilat öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, əmək müqaviləsini tərəflər arasında faktiki olaraq mövcud olmuş, razılaşdıqları şərtlərlə bağlamamışdır. Ona görə həmin pozuntunun məsuliyyətini işəgötürən daşımalıdır. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən apelyasiya məhkəməsinin həmin mövqeyi ilə raşılaşmır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mük afatların və digər ödənclərin məcmusudur. Qanunun məzmunundan göründüyü kimi əmək haqqı adlandırılan məbləğ və ona əlavələr əmək müqaviləsi ilə şərtləşdirilməlidir. Əmək müqaviləsində nəzərdə tutulmayan, lakin işəgötürən tərəfindən əlavə olaraq ödənilən pul məbləği qanunla nəzərdə tutulan əmək haqqı olmamaqla qarşılıqlı razılaşmaya əsasən verilən pul ödənişidir. İş materiallarından göründüyü kimi tərəflər arasında əmək müqaviləsində nəzərdə tutulmayan belə bir ödənişin edilməsi razılaşdırılmışdır. Lakin, əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqı məbləği olmadığından həmin ödənişin “Əmək Məcəlləsi”nin 154-cü maddəsində nəzərdə tutulan əmək haqqı məbləği hesab edilməsini əsaslı hesab etmək olmaz. Apellyasiya Məhkəməsi tərəflər arasında bağlanmış əmək müqavilələrində əmək haqqı məbləğini n 300-250 manat göstərilməsini reallığa uyğun hesab etməməklə inandırıcı hesab etməmiş və bunu işəgötürən tərəfindən yol verilmiş pozuntu hesab edərkən əmək müqavilələrinin hazırda da qüvvədə olmasını, eləcə də müqavilələrin işəgötürən tərəfindən təkbaşına deyil, iddiaçıların razılığı ilə ikitərəfli bağlanmasını, müqavilələrin hər iki tərəfin iradə ifadəsi olmasını nəzərə almamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll ed ilir. Maddənin məzmunundan göründüyü kimi əmək haqqı üçün faizin tutulması o halda mümkün hesab edilir ki, əmək haqqının məbləği əmək mübahisəsi yaratmasın. Mübahisənin məzmunundan göründüyü kimi iddiaçıların tələb etdiyi əmək haqqı məbləği əmək mübahisəsinə səbəb olmuş, lakin məhkəmələr faiz məbləğini qət edən zaman işin bu halını nəzərə almamışlar. Qanunun məzmunundan göründüyü kimi faiz tutulmalı olan əmək haqqı məbləği mübahisə predmeti olmamalıdır. Yəni faiz məbləği hesablanmış, lakin ödənilməsi işəgötürən tərəfindən yubadılmış əmək haqqı məbləğindən ödənilməlidir. Apellyasiya məhkəməsi iddiaçılara ödənilməsi yubadılmış pul məbləğinə görə faiz pulu tutan zaman işin göstərilən hallarını nəzərə almamışdır. Yəni ödənilməli olan pul məbləğinin əmək haqqı, yaxud ödənilməsi razılaşdırılmış pul ödənişi olub-olmamasını, pul ödənişinə görə gecikdirilmiş vaxt üçün Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş faiz məbləğinin tutulmalı olub-olmamasını araşdırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxılarkən işin göstərilən halları ətraflı araşdırılmalı, iddiaçılara ödənilməsi razılaşdırılmış 130.000 ABŞ dolları məbləğin əmək haqqı deyil, pul ödənişi olması müəyyən edilərsə, həmin ödənişin yubadılmasına görə ödənilməli olan məbləğin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə uyğun həll edilməli olması nəzərə alınmalıdır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan apelyasiya məhkəməsi iş üzrə iki halın araşdırılmasını, yəni ödənilməsi razılaşdırılmış 130.000 ABŞ dollarının əmək haqqı, yaxud iddiaçılara ödənilməsi nəzərdə tutulmuş əlavə pul ödənişi olub-olmamasını, həmin məbləğin əmək haqqı deyil əlavə pul ödənişi olması müəyyən edilərsə onun yubadılmasına görə tətbiq olunmalı maddi-hüquq normasını müəyyən etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsində işə baxılarkən maddi hüquq norması pozulmuş, tətbiq edilməli olan norma tətbiq edilməmişdir. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibat ekspertizası təyin edilmiş, iddia çılar X7 Akınçının Cavabdeh2-nin və Cavabdeh3-nin xəzinələrindən təyinatı göstərilməklə götürülmüş pul vəsaitlərinin, İddiaçı1 Cavabdeh2-nin xəzinəsindən hansı məbləğdə təyinatı göstərilməklə götürülmüş pul məbləğlərinin təyinatı üzrə xərclənib-xərclənməməsinin müəyyən edilməsi, eləcə də həmin şəxslər tərəfindən hansı məbləğdə təyinatı göstərilməyən pul köçürülməsinin müəyyən edilməsi barədə ekspert qarşısında suallar qoyulmuşdur. Ekspert tədqiqatı aparılması üçün bütün zəruri sənədlərin təqdim olunmamasına görə tədqiqat aparılmasının mümkün olmaması nəticəsinə gəlmişdir. (iş v.230, cild 3) Birinci instansiya məhkəməsi natamam ekspert rəyinə əsaslanmaqla qərar qəbul etmişdir. Cavabdehlərin nümayəndələrinin MPM-nin 102.1-ci maddəsinə əsasən ekspert rəyinin tam olmamasına görə təkrar ekspert iza təyin olunması barədə verdikləri vəsatət apelyasiya məhkəməsi tərəfindən heç bir əsas göstərilmədən rədd edilmiş, iş üçün zəruri olan həmin halların araşdırılması üçün təşəbbüs göstərməmişdir. Hansı ki, lazımi rəy verilməsi üçün zəruri sənədlərin təqdim olunmasını təmin etməklə ekspertiza keçirilməsinə imkan olmuşdur. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən qətnamə ləğv olunmalı, iş yenidən baxılması üçün həmin məhkəmə göndərilməlidir. İşə yenidən baxılarkən qərarın təsviri hissəsində göstərilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilməli, iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi məs ələsi müzakirə olunmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: X7nın, İddiaçı1 və Cavabdeh3, Cavabdeh3-nin kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2018-ci il tarixli qətnaməsi edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-1460/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1460/2019
07.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver