Məhkəmə qərarları › İş №2(102)-1460/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1460/2024

27.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1460/2024 27.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: borcun etirafı, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-780/2023 nömrəli iş üzrə 21 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh (bundan sonra – cavabdeh) ilə İddiaçı (bundan sonra – iddiaçı) övladı olan X1 arasında 19 avqust 2016-cı il tarixində nikah bağlanmışdır.

2. İddiaçı tərəfindən cavabdehə borc pul verilmiş, cavabdeh iltizam imzalayaraq borcunu qaytaracağına söz vermişdir. İltizamın məzmunu aşağıdakı kimi olmuşdur: “Mən, Cavabdeh öz izahatımla bildirirəm ki, mənim Saray qəsəbəsində “Tərlan” şadlıq sarayının arxasında olan 3 otaqlı tikdirdiyim evi, 2 otağının, dəhlizin yerini, suvağını və 1 otağını ağartmışdım. Digər təmirləri imkanım olmadığı üçün saxlamışdım. Su, qaz kanalizasiya və işıq xəttini özüm çəkdirmişəm. Qapı və pəncərələri özüm, damını özüm vurdurmuşam. Ancaq 2016-cı ildə X1 ilə ailə qurarkən onun anası, mənim qaynanam İddiaçı mənim evimi öz şəxsi vəsaiti ilə tam təmir elətdirmiş, kombi çəkdirmiş, darvaza qoydurmuş və toydan əvvəl mənə iki min manat pul vermişdi. O pulun 450 manatını qaytarmışam. Hal-hazırda anam xəstə olduğu üçün yenidən iki min manat borc pul alıram və söz verirəm ki, aldığım borcları tam geri qaytaracam”. Əlyazmanın aşağı hissəsində cavabdehin ad və soyadı qeyd edilmiş və imzalanmışdır. Tarix “xx.xx.2020” kimi göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21.513 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının qızı ilə 2016-cı ildə rəsmi nikahla ailə həyatı qurmuş və 1 övladı vardır. Cavabdehin adında Abşeron rayon Saray qəsəbəsində 3 sota yaxın torpaq sahəsi olm uş və o, həmin torpaq sahəsi üzərində 3 otaqdan ibarət tikili tikmiş, lakin təmir işləri aparmamışdır. Qızının toy ərəfəsində cavabdeh iddiaçıya bildirmişdir ki, onun maddi imkanı aşağıdır və evdə şərait yaratmaq üçün ona pul lazımdır. Maddi yardım etdikdən sonra cavabdeh pulu iddiaçıya yavaş-yavaş qaytaracaqdır. İddiaçı ona inanaraq həmin tikiliyə tikinti materialları almaq üçün hər dəfə 1500 manat olmaqla 3 dəfəyə 4500 manat məbləğində pul vermiş və sonradan o evin tavan və döşəməsinə taxtaların vurulması məqsədi ilə 3000 manat, evə emulsiya və boya almaq üçün 240 manat, havalandırıcı üçün 100 manat, kombi sistemi üçün 1450 manat, ustaya zəhmət haqqı vermək üçün 400 manat, divar kağızının alınması üçün 600 manat, kafel-metlax işlərinin görülməsi üçün 620 manat, lak və karnizlərin alınmas ı üçün 250 manat, santexnik işləri üçün 300 manat, darvaza üçün 550 manat, hamam aksessuarları üçün 800 manat, mətbəx mebeli üçün 1350 manat, şadlıq sarayına olan borcunun və qızıla qalan borcun ödənilməsi üçün 3803 manat, əlavə də anasının xəstəliyi və toyqabağı xərclərin qarşılanması üçün ümumilikdə 4000 manat pul almış və bu puldan 450 manat qaytarmışdır. Sonradan iddiaçı cavabdehdən ondan aldığı və evinin təmirinə çəkilmiş xərcləri qaytarmasını istəmiş, lakin o aldığı pulları ona qaytarmamış və bunun müqabilində iddiaçıya 21513 manat maddi ziyan vurmuşdur. Cavabdeh iddiaçıya borclu olması barədə yazılı iltizam da vermişdir.

5. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçıdan aldığı pulun hamısını qaytarıb. O, həmin pulu 400, 500 və 600 manat olmaqla, ödənişləri his sə-hissə yerinə yetirmişdir. Bununla bağlı, onun şahidləri də var. Öncəki təşkil edilən ekspertiza zamanı evdə olsa da, ekspert onunla əlaqə saxlayaraq Qarabağ bölgəsinə ezam olunması ilə bağlı getməli olduğunu bildirmişdi. Bu səbəbdən ekspertizanın keçirilməsi təxirə salınıb. Daha sonra cavabdeh növbəti ekspertizanın tarixinin bir gün öncədən ona məlumat verilməsini bildirsə də, bu haqda məlumat verilməmişdir. İddiaçı iddia etdiyi pulla bağlı məhkəməyə sübut təqdim etməyib. İltizamda 10.000 manata yaxın pul götürüldüyü qeyd edilib. Həmin pulun çox hissəsi iddiaçıya qaytarılıb. Sonuncu dəfə aldığı 2000 manat pulu isə anasının xəstəliyi ilə əlaqədar almışdır. Evin təmir işlərini onun tanışı olan Elşən adlı usta 600 manata həyata keçirib. Digər xərcləri də nəzərə aldıqda evin təmiri 4000 m anata başa gəlib. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir.

6. Cavabdehin nümayəndəsi, Vəkil1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdeh iddiaçıdan 10.000 manata yaxın pul götürüb və onu qaytarıb. İddiaçı tərəf evin təmirinə 21.000 manat xərc çəkildiyini bildirsə də, bu sübuta yetirilməyib. İddiaçı həmçinin iddia ərizəsində 1350 manat mətbəx mebeli üçün cavabdehə pul ödədiyini bildirmişdir. Onların məhkəmədə digər hakimin icraatında cehiz-əmlak tələbi ilə bağlı işləri olmuş və iddiaları rədd olunmuşdur. Həmin əmlakın içərisində iddiaçının iddia etdiyi mətbəx mebeli də var. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.202 2-ci il tarixli, 2(060)-153/2022 nömrəli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia qismən – 17710 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi hissəsində təmin edilmiş, qalan hissədə isə təmin edilməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə məxsus olan fərdi yaşayış evinin təmiri və digər məqsədlər üçün cavabdehə ümumilikdə 21513 manat borc pul verdiyini və cavabdehin həmin pulu qaytarmadığını bildirərək, həmin pulu cavabdehdən tələb edir. Cavabdeh isə iddiaçıdan əslində 10000 manat borc pul aldığını və həmin pulu qaytardığını bildirir. Göründüyü kimi cavabdeh iddiaçıdan 10 000 manat pulu borc olaraq aldığını etiraf etmişdir. Belə olan halda, iddiaçı öz iddiasının əsaslılığını həmin hissədə sübut etmək vəzifəsindən azad edilir və həmin pul un qaytarıldığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Eyni zamanda cavabdeh onun tərəfindən yazılaraq imzalandığını inkar etmədiyi yazılı iltizamda iddiaçının şəxsi vəsaiti hesabına ona məxsus olan fərdi yaşayış evini tam təmir etdirdiyini, kombi çəkdirdiyini, darvaza qoydurduğunu, toydan əvvəl ona 2000 manat pul verdiyini və iltizam yazılan vaxt yenə də iddiaçıdan 2000 manat borc pul götürdüyünü etiraf etmişdir.

9. Məhkəmə hesab etmişdir ki, həmin iltizama borcun etiraf edilməsi barədə müqavilə kimi baxılmalıdır. Cavabdeh yazılı iltizamda iddiaçı tərəfindən ona məxsus mənzilin təmir edildiyini etiraf etdiyindən məhkəmə tərəfindən həmin mənzilin təmirinə çəkilmiş xərclərin müəyyən edilməsi üçün qiymətləndirmə ekspertizası təyin edilmişdir. İş qiymətləndirmənin keçirilməsi üçün b ir dəfə müstəqil qiymətləndiriciyə göndərilmişdir. Fərdi yaşayış evinə baxış keçirilməsi üçün şərait yaradılmadığından müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmənin aparılmasından imtina edilmişdir. Sonradan iş ekspertiza keçirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş və ekspert fərdi yaşayış evinə baxış keçirilməsinə şərait yaradılmadığından rəy verməkdən imtina etmişdir.

10. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən ekspertizanın keçirilməsinə şərait yaradılmadığından cavabdehə məxsus Abşeron rayon Saray qəsəbəsində yerləşən fərdi evin təmirinə çəkilmiş xərclərin dəyəri iddiaçının bildirdiyi məlumatlar əsasında müəyyən edilməlidir. İddiaçının hesablamalarına görə, həmin təmir işləri üçün cavabdehə ümumilikdə 14.160 ma nat pul vermişdir. Tərəflər arasında hər hansı hədiyyə verilməsi ilə bağlı münasibətlər olmadığı üçün məhkəmə cavabdehə məxsus evin təmirinə çəkilmiş xərcləri borc kimi qiymətləndirmiş və hesab etmişdir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

11. Eyni zamanda, cavabdeh yazılı iltizamda iddiaçıdan 2 dəfə, hər dəfə 2000 manat olmaqla, cəmi 4000 manat pul aldığını etiraf edərək, həmin puldan 450 manat qaytardığını bildirmiş və qalan məbləği qaytaracağını vəd etmişdir. İddiaçı isə cavabdehin ona 450 manat pul qaytardığını etiraf etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin qaytardığı məbləğ həmin 4000 manatdan çıxılmaqla, yerdə qalan 3550 manat təmir xərcinin üstünə əlavə edilməli və cəmi 17710 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

12. Şahid ifadələr inə münasibətdə qeyd edilmişdir ki, həmin ifadələr ümumi xarakterli olmaqla cavabdeh tərəfindən iddiaçıya borcun qaytarılmasını təsdiq edə bilməz.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.2.1, 882.1, 882.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahata uyğun olaraq onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassızdır. Həmin qətnamə ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8, 14, 47.2, 76, 77, 79, 85, 88-ci Azərbaycan Respublikası Mülki Məcə lləsinin 152, 225-ci və AR Ailə Məcəlləsinin 32, 34-cü maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqları pozulmuşdur. Məhkəmə işə baxarkən işi dərindən araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, cavabdeh iddiaçıdan aldığı pulun hamısını qaytarmışdır. Bunu təsdiq edən şahidlər var. Məhkəmə tərəfindən təşkil edən ekspertiza zamanı ekspert cavabdehlə əlaqə saxlayaraq Qarabağ bölgəsinə ezam olunması ilə bağlı getməli olduğunu bildirmişdi. Bu səbəbdən ekspertizanın keçirilməsi təxirə salınıb. Daha sonra keçirilən ekspertizanın vaxtı barədə onun məlumatı olmamışdır. Həmçinin iddiaçı iddia etdiyi pulla bağlı məhkəməyə heç bir sübut təqdim etməyib.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 avqust 2023-cü il t arixli, 10/2426 nömrəli ekspert rəyində Abşeron rayonu, Saray qəsəbəsi, 3 sot torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinin təmirinə orta bazar qiymətlərinə uyğun təqribən 13500 manat məbləğində pul vəsaitinin xərcləndiyi müəyyən olunmuşdur.

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-780/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim L.E.Rəhimli - sədrlik edən və məruzəçi, İ.A.Dəmirov və F.Ə.Məmmədov) birinci instansiya məhkəməsinin qətnaməsi qismən - 660 manat məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, həmin hissədə iddia rədd edilmişdir, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Məhk əmə kollegiyası qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, bu xarakterli işlərdə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə icraat zamanı keçirilmiş ekspertiza nəticəsində əldə edilmiş rəyi mötəbər sübut növü hesab edir və həmin rəyə uyğun məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab edir.

19. Apellyasiya şikayətinin digər dəlilləri (pulun cavabdeh tərəfindən qaytarılması və s.) ilə razılaşmayan kollegiya qeyd etmişdir ki, şikayətdə qeyd edilən dəlillər heç bir əsaslı sübutla əlaqələndirilməmişdir. Habelə həmin dəlillər əsassız olduğundan, iddia tələbinin bütövlükdə rədd edilməsi üçün əsas ola bilməz.

20. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 882.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (Vəkil1 Aydın qızı) apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edilərək, mülki işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin Azərbaycan Respublikası MPM-nin 14, 47, 76, 77, 79, 85, 88-ci maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqları pozulmuşdur. Ümumilikdə evin təmirinə 5019 manat 80 qəpik məbləğində pul ödənilmişdir. Yəni istər iddia ərizəsində, istərsə də ekspert rəylərində qiymətlər şişirdil mişdir. Belə ki, tədqiq olunan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evində təqdim olunmuş işlərin aparılması üçün görülməli təmir işlərini dəyərinin və materialların mövcud orta bazar qiymətlərinə uyğun müəyyən olunmasına dair smeta tərtib olunmalı olsa da tərtib olunan smeta orta bazar qiymətlərinə uyğun deyildir. Həmçinin təmirin bu il deyil illər əvvəl edildiyini və o zaman bazar qiymətinin günümüzə nisbətdə daha ucuz olmuşdur. Halbuki bu düzgün deyildir. Məhkəmə bunu nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir

27. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 28.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 29.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 30.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 31.Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 33.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı cavabdeh tərəfindən tam mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kolleg iyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi vardır. Bu hal işdəki sübutlarla təsdiq olunur. Həmin öhdəliyin həcminin müəyyənləşdirilməsi üçün iş üzrə ekspertiza tədqiqatı da aparılmış və apelyasiya məhkəməsi tərəfindən rəyə uyğun qətnamə qəbul edilmişdir.

37. Kolleg iya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

38. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilm iş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-780/2023 nömrəli iş üzrə 21 noyabr 2023-c ü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar