Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1462/2019 11.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, Cavabdeh və onun vəkili Rəhimov Mirzəhəmid İsmayıl oğlunun iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)11144/2018 nömrəli iş üzrə 15 oktyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin (hakim Sərdar Mehrəliyev) 19 aprel 2018-ci il tarixli qə tnaməsi ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Yasamal rayonu, L.M.Rastrapoviçlər küçəsi, 2 saylı evin ümumi sahəsi 17 kvadrat metr olan 1 otağından istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia tələbi təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İsmayıl Xəlilov sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, Abiddin hüseynov) 15 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 19 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı mənzildə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müracət edərək cavabdehin Bakı şəhəri, Yasamal rayonu, L.M.Rastrapoviçlər küç əsi, 2 saylı evin ümumi sahəsi 17 kvadrat metr olan 1 otağından istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, L.M.Rastrapoviçlər küçəsi, 2 saylı evi ümumi sahəsi 17 kvadrat metr olan 1 otağını 06.10.1995-ci il tarixdə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin vaxtdan göstərilən evdə yaşayır. Cavabdeh bacısıdır. 1998-ci ildə cavabdeh özünə məxsus evləri satıb çöldə qaldığı üçün bir qardaş kimi onu müvəqqəti yaşaması üçün evinə qeydiyyata aldırmışdır. Cavabdeh bir müddət yaşadıqdan sonra evindən çıxıb getmiş, uzun illərdir ki, evində yaşamır, evdə onun heç bir əşyası qalmamışdır. Daimi yaşamaq üçün başqa ünvana getdiyindən bütün əşyalarını özü ilə aparmışdır. Cavabdehin qanunla müəyyən olunmuş müddətdən artıq vaxtda mübahisəli mənzildə yaşamamasına baxmayaraq həmin mənzildə pasport qeydiyyatında qalması mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Digər tərəfdən cavabdehə görə mənzil-kommunal xərclərini ödəməkdə çətinlik çəkir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunun iddia ərizəsinin məzmunu ilə eyni olan kassasiya şikayəti ndə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Cavabdeh şəxs 2016-cı ildən mübahisə predmenti olan mənzildə yaşamır, bu vaxta qədər də həmin mənzilə qayıdıb yaşaması barədə hər hansı bir təşəbbüsü olmamışdır. Mənzilin cəmi 17 kvadrat metr sahəsi vardır. Həmin mənzildə o (iddiaçı) oğlu və yoldaşı ilə birlikdə yaşayırlar. 17 kvadrat metr ərazi ümumi yaşayış sahəsidir. Həmin sahədə mətbəxt, yataq otağı birlikdə yerləşir. Ona görə də həmin mənzildə bir nəfərin yaşaması çox çətindir, nəinki həmin mənzildə 4 nəfər insan yaşasın. Bakı Apellyasiya Məhkməsinin bu məzmunda qətnamə çıxarması gələcəkdə böyük mübahisələrin yaranmasına gətirib çıxaracaqdır. Tərəflərin izahatları: Cavabdeh və onun vəkili X məhkəmə koll egiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini və məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmiş, lakin səhhəti ilə əlaqədar məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçın iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin və vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,mübahisəli mənzil 06.10.1995-ci il tarixli alqı-satqı müqaviləsi ilə İddiaçı adına alınmışdır və onun mülkiyyətindədir. Cavabdeh da ailə üzvü kimi həmin mənzilə köçürülmüş və birlikdə yaşamışlar. 14.04.2018-ci il tarixli, Forma 2 arayışından görünür ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh iddiaçının ailə üzvü olmaqla mübahisəli mənzilə istifadə hüququ əldə etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir ona görə ki, cavabdeh uzun müddətdir mübahisəli mənzildə yaşamır, mənzili könüllü olaraq tərk etmiş və daimi olaraq başqa yaşayış sahəsinə köçmüşdür. Apellyasiya icraatı zama nı məhkəmə müəyyən etmişdir ki, cavabdeh mənzili könüllü olaraq tərk etməmişdir. Belə ki, iddiaçı özü etiraf etmişdir ki, cavabdehi mənzildən 2016-cı ildə öz təşəbbüsü ilə çıxarmışdır. Cavabdehin başqa yaşayış yeri yoxdur, qonşuluqda yaşayan xəstə qadına baxmaqla onun yanında yaşayır. Eyni zamanda tərəflər onlar arasında əmlak tələbi ilə bağlı uzun sürən məhkəmə mübahisələrinin olmasını, iddiaçının cavabdehi döyməsi ilə bağlı məhkəmə hökmünün olmasını təsdiq etmişlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il setyabrin 1-dən sonra yaşayış evindən istifadə edilməsi ilə əlaqədar yaranan h üquqi münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixdək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 2009-cu ilin oktyabrın 1-nə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişdirsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh ailə üzvü kimi mənzilə istifadə hüququ əldə etdiyindən, mənzildən iddiaçının ona etdiyi təsir nəticəsində çıxdığından və daimi yaşayış yeri olmadığından onun mənzildən istifadə hüququnun itirilməsi əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Konstitutsiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz Apellyasiya instansiyası məhkəməsi həmçinin göstərmişdir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəalarına uyğun olaraq cavabdehə kompensasiya təklif etmə yolu ilə onun istifadə hüququna xitam verilməsini tələb edə bilər. Lakin iddiaçı belə bir tələblə çıx ış etməmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən cavabdehin iradəsinə zidd olaraq iddiaçı tərəfindən mübahisəli mənzildən çıxarıldığı və eyni zamanda cavabdehin başqa yerdə yaşayış sahəsinin olmadığını m üəyyən etmişdir. Belə olan halda cavabdehin iddiaçının təyziqi ilə bir müddət başqa yerə getməsi, onun mübahisəli mənzilə olan istifadə hüququnun itirilməsi üçün əsas ola bilməz. Bu hüquqa kompensasiya verilməklə xitam verilə bilər. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11144/2018 nömrəli iş üzrə 15 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1462/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1462/2019
11.03.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver