Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1462/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X3 Cavabdeh1 qarşı torpaq sahəsindən sahiblik və istifadə hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-1462/21 (Açar sözlər: torpaq sahəsindən sahiblik və istifadə hüququna yaradılmış məhdudiyyətlərin aradan qaldırılması) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Vəkil2, Cavabdehin vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyes tri Xidmətinə qarşı “çıxarışın ləğvi və məhdudiyyətlərin götürülməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5292/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1-in yanında olan 150 kv.metr torpaq sahəsinin abadlaşdırılma və yaşıllaşdırmaq məqsədi ilə iddiaçı ilə Binəqədi rayonu Rəsulzadə Bələdiyyəsi arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 06/19U saylı, xx xxxxxx 2006-cı il tarixli icarə müqaviləsi bağlanmış və həmin müqavilə əsasında torpaq sahəsi daş hasara alınmışdır. Qonşuluqda yerləşən torpaq sahəsini Cavabdeh1 xx xxxxxx 2012-ci il tarixli alğı-satqı müqaviləsi əsasın da satın almışdır. Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 0,10216 ha. torpaq sahəsini X1 almışdır. Mübahisələndiirlən torpaq sahəsi ilə əlaqəli Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən sözügedən ünvanda yerləşən 0,012 ha. torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. İddiaçı hesab edir ki, onun icarəsinə verilmiş 150 kv.m torpaq sahəsi məhz Cavabdeh1 tərəfindən zəbt edilmiş və sənədləşdirilmişdir. Tərəflər arasında həmin torpaq sahəsi ilə bağlı əvvələr məhkəmə mübahisəsi olmuşdur. İddiaçı onun icarəsinə verilmiş torpağın qanunsuz olaraq cavabdeh tərəfindən zəbt edildiyini və sənədləşdirildiyini əsas tutaraq hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ünvan 1 ünvanında yerləşən 0,012 ha torpaq sahəsinə dair Cavabdeh1 verilmiş Seriya RX, ******* nömrəli, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2013-cü il olan, dövlət reyestrində 244 nömrəli reyestr kitabının 22659 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın ləğv edilməsi və Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin 06/19-Y saylı, xx.xx.2006-cı il tarixli icarə müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, F.Rüstəmov küçəsi 38 saylı evin yanında ona ayrılmış 150 kv.metr torpaq sahəsindən sahiblik və istifadə hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-48/2020 saylı qətnamə si ilə (sədrlik edən hakim E.Mustafayev) iddia təmin edilməmişdir.
4. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2, 152, 157, 158-ci maddələrinə və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov ) 13 oktyabr 2020-ci il tarixli, 2(103)-5292/20 nömrəli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-48/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi “Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin 06/19-Y saylı, xx.xx.2006-cı il tarixli icarə müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi r ayonu, F.Rüstəmov küçəsi 38 saylı evin yanında ona ayrılmış 150 kv.m. torpaq sahəsindən sahiblik və istifadə hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı “Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin 06/19-Y saylı, xx.xx.2006-cı il tarixli icarə müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, F.Rüstəmov küçəsi 38 saylı evin yanında ona ayrılmış 150 kv.m. torpaq sahəsindən sahiblik və istifadə hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması” tələbinə dair iddiası rədd olunmuş, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat İddiaçı tutularaq dövlət büdcəsinə (Məhkəmə Ekspertizası Mərkəzinin hesabına) ödənilməsi qət edilmişdir.
6. Eyni zamanda hə min tarixli qərardadla iddia tələbinin qalan hissəsi üzrə icraata xitam verilmişdir. Xitamın əsası ondan ibarət olmuşdur ki, analoji tələblərə inzibati icraat qaydasında baxılmalıdır. Həmin qərardadla razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermiş və məhkəmə gedişi zamanı şikayətini geri götürdüyü üçün bu günkü tarixdə çıxarılmış qərarla qərardaddan verilmiş kassasiya şikayəti üzrə icraata xitam verilmişdir.
7. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 158-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin iştirakçılarının izahatları b) və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri
8. İddiaçı apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək qətnaməni ləğv edərək, iddia tələb inin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış və iş üzrə obyektiv nəticəyə gəlməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Digər cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada m əlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
15. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
16. Maddə 158.1.2. 158.2. 158.4. Əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Az ərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 217.4. Məhkəmə (hakim) öz qətn aməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qi ymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. İlk növbədə qeyd olunur ki, İddiaçı iki tələbi var. 1-ci tələbi ünvan 1 ünvanında yerləşən 0,012 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi barədədir. Apelyasiya Məhkəməsi həmin tələbə ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam vermiş və iddiaçı həmin qərardaddan vermiş olduğu şikayətini geri götürməklə qərardad qanuni qüvvəsini almışdır.
25. İddiaçı həmin tələbi ona görə irəli sürmüşdür ki, onun icarəsinə verilmiş torpaq sahəsi qanunsuz olaraq cavabdehin adına xüsusi mülkiyyət kimi qeydə alındığından Çıxarış ləğv edilsin ki, bundan sonra iddia etdiyi torpağa onun istifadəsinə yaradılmış maneələrin aradan qaldırılmasını həyata keçirmək mümkün olsun.
26. Göründüyü k imi iddiaçının 1-ci tələbinə baxılmadığı üçün torpağın hüquqi rejimini dəyişdirmək mümkün olmadı və həmin tələb təmin olunmadığından, 2-ci tələbin-150 kv.metr torpaq sahəsindən sahiblik və istifadə hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması tələbinin də təmin olunması mümkün olunmamışdır.
27. Məhkəmələr müəyyən etmişlər ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 06/19Y saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən, Bakı şəhəri, Faiq Rüstəmov küçəsində 38 saylı evin yanında yerləşən 150 kv.metr torpaq sahəsi İddiaçı icarəsinə verilmişdir.
28. Vaqif Axundov ilə Cavabdeh1 arasında bağlanmış AN-İ ******* saylı, xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, V.Axundov, mülkiyyətində olan 0,10216 ha torpaq sahəsində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi, 38 saylı fərdi yaşayış evini Cavabdeh1 satmışdır. DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX, ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışa əsasən, dövlət mülkiyyətində olan 0,012 ha torpaq sahəsində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi, 38 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınmış və onun həmin torpaq sahəsi üzərində istifadə hüququ təsbit edilmişdir.
29. Baxılan iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 7796 saylı, xx.xx.2018-ci il tarixl i rəyi ilə müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli rəyə əsasən, İddiaçı ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 06/19U saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən, icarəyə verilmiş 150 kv.metr torpaq sahəsinin ərazi planı Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 274 İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun hazırlanmaması səbəbindən birinci (İddiaçı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 06/19U saylı torpaq sa həsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən, icarəyə verilmiş 150 kv.metr torpaq sahəsinin sərhədəri haradan keçir) və dördüncü (İddiaçı ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 06/19U saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən, icarəyə verilmiş 150 kv.metr torpaq sahəsi RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,012 ha torpaq sahəsinin hüdudları daxilindədirmi) sualların cavablandırılması mümkün olmamışdır. İkinci sual üzrə X4 kitabında xx.xx.2012-ci il tarixdə, 33017 № ilə qeydə alınmış, A № 423493 saylı torpaq sahəsinin plan və ölçüsünə əsasən Vaqif Axundova məxsus olmu ş 1021 kv.metr torpaq sahəsinin sərhədləri faktiki ölçülmüş torpaq sahəsindən keçdiyi; üçüncü sual üzrə isə X4 kitabında xx.xx.2012-ci il tarixdə, 33017 № ilə qeydə alınmış, A №-423493 saylı torpaq sahəsinin plan və ölçüsünə əsasən Vaqif Axundova məxsus olmuş 1021 kv.metr torpaq sahəsi 4Ə02/465 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satılmış və ********** qeydiyyat nömrəsi ilə (reyestr nömrəsi **********65-10301) fərdi yaşayış evi kimi mülkiyyətdə olduğu müəyyən edilmişdir.
30. Məhkəmə Ekspertizası Mərkəzinin eyni suallara dair təkrar məhkəmə mühəndis-texniki ekspertizası üzrə 11243 saylı, xx.xx.2019-cu il tarixli və komission məhkəmə tikinti-texniki ekspertizası üzrə 28614 saylı, xx.xx.2020-ci il tarixli rəylərinə əsasən, müəyyən edilmişdir ki, “xxxx” MMC-nin mütəxəssis rəyindən görünür ki, İddiaçı ilə Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi ilə bağlanmış xx.xx.2006-cı il tarixli, 06/19U saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyə verilmiş 150 kv.metr torpaq sahəsinin sərhədləri Vaqif Axundovun istifadəsində olmuş 1021 kv.metr torpaq sahəsinə şimal-qərb hissədən bitişik olmaqla, həmsərhəd hissədən keçir. X4 kitabında xx.xx.2012-ci il tarixdə, 33017 № ilə qeydə alınmış, A № 423493 saylı Torpaq sahəsinin plan və ölçüsünə əsasən Vaqif Axundova məxsus olmuş 1021 kv.metr torpaq sahəsinin sərhədləri plan-ölçü sənədində qeyd edilən koordinatlar daxilindədir və naturaya uyğundur. RX seriyalı, ******* №-li daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanınd a yerləşən 0,012 ha torpaq sahəsinin sərhədləri faktiki olaraq cavabdeh tərəfindən hasara alınmış ərazidən keçir və X4 kitabında xx.xx.2012-ci il tarixdə, 33017 № ilə qeydə alınmış, A № 423493 saylı torpaq sahəsinin plan və ölçüsünə əsasən Vaqif Axundova məxsus olmuş 1021 kv.metr torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür, fərqlidir. İddiaçı ilə Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi ilə bağlanmış xx.xx.2006-cı il tarixli, 06/19U saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyə verilmiş 150 kv.metr torpaq sahəsi RX seriyalı, ******* №-li daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,012 ha torpaq sahəsinin hüdudları daxilindədir.
31. Apelyasiya məhkəməsi hesab etmişdir ki, mübahisəli torp aq sahəsinin (İddiaçı icarəsinə verilmiş 150 kv.metr torpaq sahəsi) cavabdehin qanunsuz sahibliyində olması və cavabdeh tərəfindən məhdudiyyətlər yaradılaraq iddiaçının sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneçilik yaradılması işin faktiki halları ilə mübahisəsiz şəkildə təsdiqlənmir. Belə ki, yuxarıda sadalanan ekspert rəylərindən görünür ki, iş üzrə ekspert qarşısına eyni suallar qoyulmaqla üç dəfə müxtəlif vaxtlarda məhkəmə mühəndis-texniki ekspertizası təyin olunmuş və ekpertizaların keçirilməsi eyni quruma (Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi) həvalə edilmişdir. Birinci (xx.xx.2018-ci il tarixli) ekspertiza Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis cəlb edilməklə keçirilmiş və həmin mütəxəssisin rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı icarəsinə verilmiş 150 kv.metr torpaq sahəsinin ərazi planı Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 274 İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun hazırlanmaması səbəbindən həmin torpaq sahəsinin sərhədlərini və onun RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,012 ha torpaq sahəsinin hüdudları daxilində olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. İkinci və üçüncü (xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli) ekspertizalar isə “xxxx” MMC-dən mütəxəssis cəlb edilməklə keçirilmiş və həmin mütəxəssisin rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı icarəsinə verilmiş 15 0 kv.metr torpaq sahəsinin sərhədləri Vaqif Axundovun istifadəsində olmuş 1021 kv.metr torpaq sahəsinə şimal-qərb hissədən bitişik olmaqla, həmsərhəd hissədən keçir. İddiaçı icarəsinə verilmiş 150 kv.metr torpaq sahəsi RX seriyalı, ******* №-li çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,012 ha torpaq sahəsinin hüdudları daxilindədir. “xxxx” MMC-nin xx.xx.2019cu il tarixli, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, iş materiallarında olan Vaqif Axundova məxsus Torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən ona 1021 kv.metr torpaq sahəsi ayrılmışdır. O, həmin 1021 kv.metr torpaq sahəsi üzərindəki istifadə hüququnu və üzərindəki tikililəri 2012-ci ildə Cavabdeh1 satmışdır. Lakin DƏDRX tərəfindən Cavabdeh1 adına çıxarış verilərkən orada i stifadədə olan torpaq sahəsi 1200 kv.metr, yəni satılmış ərazidən 179 kv.metr artıq qeyd edilmişdir. İddiaçı ilə Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi ilə bağlanmış xx.xx.2006-cı il tarixli nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əlavə edilmiş sxemə əsasən isə Cavabdeh1 adına verilmiş həmin çıxarışda qeyd edilmiş həmin artıq 179 kv.metr torpaq sahəsinin 150 kv.metri üst-üstə düşür. Vaqif Axundova məxsus Torpaq sahəsinin plan və ölçüsü sənədində qeyd edilmiş ona ayrılmış 1021 kv.metr torpaq sahəsi ilə İddiaçı icarəsinə verilmiş 150 kv.metr torpaq sahələri üst-üstə düşmür, bitişik olmaqla həmsərhəddir. Yəni Cavabdeh1 torpaq sahəsi 179 kv.metr artırılarkən İddiaçı icarəsinə verilmi 150 kv.metr ərazi də ora daxil edimişdir.
32. Apelyasiya Məhkəməsi yuxarıda sadalanla rı nəzərə alaraq belə mövqe sərgiləmişdir ki, mübahisənin düzgün həlli üçün ilk növbədə İddiaçı icarəsinə verilmiş 150 kv.metr torpaq sahəsinin sərhədləri müəyyən olunmalıdır. Sübutetmə yükü baxımından isə mübahisəli torpaq sahəsinin sərhədlərini, onun cavabdehin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşdiyini, bir sözlə, tələbin hüquqi və fatiki əsaslarını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı, bu faktı təsdiq edən sənəd kimi, məhkəməyə Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi ilə arasında bağlanmış xx.xx.2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əlavə edilmiş sxem təqdim etmişdir. Lakin iş üzrə keçirilmiş birinci ekspertizanın rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən Azərbaycan Res publikasının xx.xx.2002-ci il tarixli, 274 İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun hazırlanmadığından hüquqi baxımdan keçərli hesab edilməmiş və bu səbəbdən də həmin sənəd əsasında rəy verilməsi mümkün olmamışdır. İş üzrə keçirilmiş ikinci və üçüncü ekspertizalar üzrə isə məhz həmin sxem əsasında iddiaçının icarəsinə verilmiş torpağın sərhədləri müəyyən edilməklə, onun cavabdehin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi məsələsi həll olunmuşdur.
33. Eyni zamanda Apelyasiya Məhkəməsi işdə olan Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2017-ci il tarixli qətnaməsinə istinad edərək qeyd etmişdir ki, həmin iş üzrə keçirilmiş ekspertizalar üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli rəylərində Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2006cı il tarixli icarə müqaviləsi ilə istifadəyə verilmiş torpaq sahəsinin yerləşmə və coğrafi koordinatları, eləcə də ölçüləri mülki iş materiallarında olan sənədlərdə, həmçinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində saxlanılan baza məlumatlarında olmadığından həmin torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmamış, İddiaçı istifadəsinə verilmiş 150 kv.metr torpaq sahəsi ilə xx.xx.2012-ci il tarixli alqısatqı müqaviləsi əsasında Cavabdeh1 satılmış ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edimişdir.
34. Məhkəmə kollegiyası hazırkı iş üzrə mübahisənin həllin də zəruri olan bir məsələni də qeyd etməyi xüsusi olaraq vacib bilir. İşə baxan Apelyasiya Məhkəməsi 32-ci bənddə tərəflər arasında əvvəllər mövcud olmuş məhkəmə qətnaməsinə istinad etmiş və həmin qətnamə ilə müəyyən edilən halların iddianın rədd edilməsi üçün əsaslardan biri kimi istifadə etmişdir. Belə mövqe əsaslıdır və əslində əvvəlki mübahisələr üzrə məhkəmə qərarları daha fərqli qərar qəbul edilməsini şərtləndirə bilərdi. Lakin, hazırkı iddia təmin olunmayan iddia olduğu üçün məhkəmə kollegiyası Apelyasiya Məhkəməsnin gəldiyi nəticə ilə ümumilikdə razılaşır. Amma, əslində məhkəmələr bu iddia tələbinə baxarkən tərəflər arasında əvvəllər mövcud olmuş mübahisə ilə müqayisə aparmalı idilər. Belə olduğu təqdirdə iş üzrə bu qədər artıq prosessual hərəkətlər aparılmasına, dəfələrlə təkrar -təkrar ekspertizalar keçirilməsinə zərurət qalmazdı.
35. Tərəflər arasında əvvəllər mövcud olmuş iddia tələbi də həmin 150 kv.m. torpaq sahəsi ilə bağlı olmuşdur. İddianın mahiyyəti “müqavilə əsasında istifadəsində olan torpaq sahəsindən cavabdehin çıxarılması və həmin sahənin uçurulmuş hasarının bərpa edilməsi, Cavabdeh1 adına verilmiş Seriya RX, ******* nömrəli Çıxarışın ləğv edilməsi” barədə idi (mülki iş, 1-ci cild 88-ci vərəqə). Həmin işə üç instansiya məhkəməsində baxılmış və iddia rədd edilmişdi. İş üzrə ekspertiza keçirilmişdi və yuxarıda 32-ci bənddə qeyd edilən rəy verilmişdi.
36. Hazırkı iddia tələbi də eyni əsaslarla cavabdehin adına verilmiş eyni saylı Çıxarışın ləğv edilməsi, 150 kv.metr torpaq sahəsindən (eyni mübahisə predmeti) sahiblik və istifadə hüququna yaradılmış bütü n məhdudiyyətlərin aradan qaldırılması barədədir. Əslində dəyişən ancaq söz birləşmələrindən başqa bir şey deyil. Əvvəlki tələbdə “müqavilə əsasında istifadəsində olan torpaq sahəsindən cavabdehin çıxarılması və həmin sahənin uçurulmuş hasarının bərpa edilməsi” barədə idisə, həmin cümlə dəyişdirilərək “150 kv.metr torpaq sahəsindən (eyni mübahisə predmeti) sahiblik və istifadə hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması” kimi ifadə edilmişdir. Məhkəmələrə lazım gəlirdi ki, ilk olaraq bu məsələyə qiymət versinlər, tərəfləri uzun-uzadı məhkəmə çəkişmələrindən azad etsinlər. Əvvəlki tələbdən fərqli olaraq tələbdə bəzi sözlərin dəyəşdirilməsi yeni tələb kimi dəyərləndirilə bilməz. Əsas ondan ibarətdir ki, iddiaçının nəticə etibarı ilə nail olmaq istədiyi məsələ yenə eyni məs ələdir. “150 kv.metr torpaq sahəsindən sahiblik və istifadə hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması” elə əvvəlki nəticəni ehtiva edir ki, “müqavilə əsasında istifadəsində olan torpaq sahəsindən cavabdeh çıxarılsın”.
37. İddianın fərqli iddia olması üçün ya tərəflər, ya predmet dəyişməli və yaxud, əsaslar fərqli olmalıdır.
38. Belə tələblərə baxılması hüquqdan sui-istifadəyə yol açır, hər kəsə rəvac verir ki, fərqli sözlərdən istifadə etməklə eyni iddiaları irəli sürsünlər, bir dəfə araşdırma predmeti olan halı təkrar-təkrar araşdırsınlar (hazırkı işdəki ekspertiza rəyləri əyani nümunədir). Eyni zamanda belə hallar məhkəmə qərarlarının sabitliyini təhlükə alıtna alır, əvvəlki məhkəmə qərarlarından fərqli qərarlar qəbul edilməsinə şərait yaradır.
39. Məhkəmə kollegiyas ı məhkəməyə qənaət edilməsi prinspindən çıxış edərək hazırkı mübahisə ilə bağlı qəbul edilmiş məhkəmə qərarları ilə razılaşır. Kollegiyanın mövqeyi ondan ibarətdir ki, iddia (iddiaçının istəyi) hər bir halda təmin olunmayan olduğundan və məhkəmə qərarları nəticə etibarı ilə onu ehtiva etdiyindən, kollegiya hazırkı qərarda qeyd edilən dəyərləndirmədən çıxış edərək tərəfləri yeni məhkəmə baxışlarına cəlb edilməsini məqsədəmüvafiq hesab etmir. Hazırkı qərarda qeyd edilən hallları nəzərə alaraq tərəfləri yenidən apelyasiya icraatına qaytarmaq heç bir tərəfin mənafeyinə uyğun deyil. Bu hal nəticə etibarı ilə tərəflər üçün əlavə vaxt, maddi və digər itkiyə məruz qala biləcəkləri prorsesdən başqa bir şey olmayacaq.
40. Məhkəmə kollegiyası o məntiqdən çıxış edir ki, məhkəmə müdafiəsi fiziki və hüq uqi şəxslərin hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq üçün həyata keçirilir. Hazırkı işin yuxarıda qeyd olunan əsaslarla yenidən qiymətləndirilməsi üçün təkrar apelyasiya baxışına qaytarılması məhkəmə müdafiəsinin qarşıya qoyduğu məqsədə xidmət etmir, ancaq məhkəmə qərarının formal olaraq başqası ilə əvəz edilməsinə xidmət etmiş olacaq, bu isə tərəflərin nəticəsi olmayan daha iki instansiya məhkəməsinə cəlb edilmələri ilə (2-ci apellyasiya və kassasiya) nəticələnəcək.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5292/2020 nömrəli iş üzrə xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar