Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1463/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1463/2024 (Açar sözlər: torpaq mübahisəsi, zəbt edilmiş torpaq sahəsindən çıxarılma, maneələrin aradan qaldırılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin girişindəki maneənin aradan qaldırılması, qanunsuz zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə geri qaytarılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Mə hkəməsinin Mülki kollegiyasının 2(106)-1648/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 15 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. JN-227, KOD 60701004 nömrəli torpaqdan daimi istifadə hüququna dair Dövlət aktının surətindən görünür ki, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 12 aprel 1997ci il tarixli, 35 saylı sərəncamı ilə cizgidə göstərilən sərhəd daxilində 10 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi “X” kəndli (fermer) təsərrüfatının (X4) istifadəsinə verilmişdir.
2. Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Ha qqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********04 olan, xx.xx.2018-ci il tarixli Çıxarışla Beyləqan şəhər ərazisində 9.9997 ha torpaq sahəsinə “x” KFT-nın (X2) istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
3. İddiaçı ilə “X12 Təsərrüfatı” MMC arasında (MMC adından X4) Bakı şəhəri 19 saylı Notariat kontorunda təsdiqlənmiş 3M-1059 saylı, xx.xx.2022-ci il tarixli sözügedən torpaq sahəsinin istifadə hüququnun alqı-satqı müqaviləsi bağlanmışdır.
4. Qeyd edilən torpaq sahəsinin istifadə hüququnun alqı-satqı müqaviləsinə əsasən Beyləqan şəhərində yerləşən 9,9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində istifadə və sahiblik hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** q eydiyyat nömrəli çıxarışla iddiaçının adına qeydə alınmışdır. 5. xx.xx.2023-cü il tarixli birgə fəaliyyət haqqında müqavilədən görünür ki, X9 şəxsində Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən “X3 və x“ Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında təsərrüfata məxsus Beyləqan rayonu, xəstəxana yolunun yaxınlığında yerləşən 8 (səkkiz) hektar torpaq sahəsindən birgə istifadə edərək əkinçilik təsərrüfatını inkişaf etdirmək barədə müqavilə bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının istifadə və sahibliyində olan Beyləqan şəhərində yerləşən 9,9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məcb uri olaraq çıxarılması, həmin torpaq sahəsinə girişdəki maneənin aradan qaldırılması, qanunsuz zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Beyləqan şəhərində yerləşən 9,9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində istifadə və sahiblik hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən “X12 Təsərrüfatı” MMC-yə məxsus olmuşdur. Daha sonra, Torpaq sahəsinin planı və ölçüsü də tərtib edilmiş və təsdiqlənmişdir. İddiaçı üzərində sahiblik və istifadə hüququnun olduğu torpaq sahəsini təyinatı üzrə istifadə etmək və ondan fayda götürmək istəsə də, cavabdeh tərəfində n maneə və hüquq pozuntusu ilə qarşılaşmışdır. Məlum olmuşdur ki, cavabdeh qeyd edilən torpaq sahəsinə yerləşərək, oraya müxtəlif şəxsləri işçi qismində cəlb etmiş, həmin torpaq sahəsində maldarlıq və əkinlə məşğul olmuşdur. Həmçinin, cavabdeh orada özbaşına tikinti işləri aparmış, tam və yarım tikililər inşa etmiş, yaşı çox olan bəzi ağacları kəsmişdir. İddiaçı qeyd edilən torpaq sahəsinə daxil olmaq istəyərkən maneə ilə rastlaşmışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə girişinin qarşısını almaq üçün girişdə şlaqbaun və süni maneələr yaradılmışdır. Bütün bu qeyd edilən faktlar həyata keçirilmiş foto və video çəkilişlərlə təsdiq olunur. Bütün qeyd olunanlar iddiaçının öz əmlakına münasibətdə sahiblik və istifadə hüquqlarından məhrum edilməsi ilə nəticələnmişdir. Hər kə s özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər.
8. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və göstərmişdir ki, iddiaçının tələb etdiyi torpaq sahəsi “X12 Təsərüfat” na məxsus olmuşdur. O, həmin torpaq sahəsindən uzun müddətdir ki, istifadə edir. İş materiallarına əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində Beyləqan şəhərində yerləşən 9,9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. Həmin torpaq sahəsi “Günay” kəndli fermer təsərrüfatına icarəyə verilmişdir. Buna baxmayaraq Beyləqan şəhərində yerləşən, dövlət mülkiyyətində olan və icarəyə verilmiş 9.9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin “X12 Təsərüfat” na istifa dəsinə verilməsinə dair xx.xx.2018-ci il tarixli N1346702 saylı Reyestrdən Çıxarış verilmişdir. Bundan da istifadə edərək “X12 Təsərüfat” na rəhbərlik edən X4 həmin torpaq sahəsini İddiaçı satmışdır. Halbu ki, sözügedən fermer təsərrüfatına rəhbərlik edən X8 şəhərində yerləşən, dövlət mülkiyyətində olan və icarəsinə verilmiş 9.9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi deyildir. Torpaq 2018-ci ilə kimi icarəyə verilmişdir. “X12 Təsərüfat” Həmin torpaqdan 22 ildir istifadə edir. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilib şahid qismində dindirilən X4 ifadəsində bildirmiçdir ki, “X12 Təsərüfat” nın rəhbəridir. Şəhid ailəsi kimi müraciətindən sonra ona 15 ha torpaq sahəsi verilmişdir. Həmin torpğın 5 hektarı sənədli olmuş, qalan 10 hektarını da sonradan sənədləşdirmişdir. Torpaqdan uzun müddət onun razılığına əsasən Cavabdeh istifadə etmişdir. Lakin Cavabdeh onunla olan razılaşmaya əməl etməmişdir. İddiaçı isə onun yaxın qohumudur. Ona görə də ona məxsus təsərüfatın istifadəsində olan 9.9997 ha torpaq sahəsini Bakı şəhərinin 19 saylı Notariat Kontorunda bağlanmış alqısatqı müqaviləsi əsasında istifadə üçün İddiaçı satmışdır. Lakin Cavabdeh həmin torpaq sahəsində iddiaçıya istifadə etməyə maneçilik törədir. Halbuki, Cavabdeh həmin torpaq sahəsinə heç bir hüququ yoxdur.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyul 2023-cü il tarixli, 10/4240 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Beyləqan şəhəri ərazisində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********04 olan xx.xx.2022-ci il tarixli çıxarışla verilmiş 9.9997 hektar torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Cavabdeh X5 tərəfindən Beyləqan şəhəri ərazisində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********04 olan xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı verilmiş 9.9997 hektar torpaq sahəsinin 3.53 ha hissəsi istifadə olunur. Cavabdeh X5 tərəfindən istifadəsində olan torpaq sahəsi barəd ə hüquqmüəyyənedici sənədlər (yerquruluşu planı və ayrıca aktı və s) təqdim edilmədiyi üçün istifadə etdiyi torpaq sahəsinin X6 məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümküm olmamışdır.
11. Beyləqan Rayon Məhkəməsinin 2(020)-213/2023 saylı, 01 avqust 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ramiz Nurullayev) iddia qismən təmin edilmiş, cavabdehin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********04 olan xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı istifadəsinə verilmiş 9,9997 hektar torpaq sahəsinin 3,53 ha hissəsindən çıxarılması, həmin torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılmaqla iddi açının həmin torpaq sahəsinə girişinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pulun 25 manatının cavabdehdən, 25 manatının iddiaçıdan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması, mütəxəssis rəyinin dəyərini təşkil edən iddiaçı tərəfindən ödənilmiş 185 manat məbləğində pulun 85 manatının cavabdehdən alınıb İddiaçı verilməsi, pulun qalan hissəsinin iddiaçının özünə aid edilməsi, dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun 50 manatının cavabdehdən alınıb İddiaçı ödənilməsi, qalan 50 manatın iddiaçının özünə aid edilməsi qət edilmişdir.
12. Məhkəmə iclasında iddiaçının və cavabdehin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu, ekspert rəyi, iş materiallarında olan sənədlərlə təsdiq olunmuşdur ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********04 olan, xx.xx.2022-ci il tarixli Çıxarışla Beyləqan şəhər ərazisində yerləşən 9.9997 ha torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. Həmin torpaq sahəsinin plan və ölçüsü tərtib və təsdiq edilmişdir. Cavabdeh X5 tərəfindən həmin torpaq sahəsinin 3.53 ha hissəsi əsassız istifadə olunur.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29,60-cı, Torpaq Məcəlləsinin 84,111, Mülki Məcəllənin 139.1, 152.1, 152.5, 157.2-ci və MPM-nin 14.2, 77-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməs inin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli qətnaməsi qəbul edilərkən mübahisəli torpaq sahəsinin mülkiyyətçisi “X3 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh arasında bağlanılmış müqaviləyə əsasən 8 ha torpaq sahəsinə dair Birgə fəaliyyət haqqında xx.xx.2023-cü il tarixli müqavilənin olmasına heç bir əhəmiyyət verilməmişdir. Bu isə o deməkdir ki, torpağın mülkiyyətçisi iddiaçı deyil, torpağın mülkiyyətçisi “X3 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bu hala məhkəmə tərəfindən heç bir əhəmiyyət verilməmişdir. Qətnamə qəbul edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə əməl ol unmamışdır. Belə ki, iddiaçının cavabdehə qarşı “torpaq sahəsindən məcburi olaraq çıxarılması və maneənin aradan qaldırılması tələbinə dair” təmin olunmuş iddiası ilə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən “X3 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətçi kimi öz əmlakına sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqları kobudcasına pozulmuşdur. Qətnamə qəbul edilərkən Azərbaycan Respublikasında mülkiyyətin toxunulmaz olması və dövlət tərəfindən müdafiə olunması məsələsi nəzərə alınmamışdır. Belə ki, iddiaçının cavabdehə qarşı “torpaq sahəsindən məcburi olaraq çıxarılması və maneənin aradan qaldırılması tələbinə dair” iddiası üzrə mübahisələn dirilən torpaq sahəsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən “X3 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan torpaq sahəsidir. “X3 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin isə iştirakı olmadan onun balansında olan torpaq sahəsindən cavabdehin çıxarılması barədə məsələnin həll olunması tamamilə qanunsuzdur. Cavabdehin çıxarılması tələbinin qoyulduğu və iddia edilən torpaq sahəsinin mülkiyyətçisi olan “X3 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətidir. “X3 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti isə məhkəmə prosesinə cəlb olunmamışdır. Qətnamə qəbul edilərkən mübahisəli torpaq sahəsinin Beyləqan rayon Aqrar İslahat Komissiyasının 12 avqust 2002ci tarixli, 123 saylı qərarı ilə “Dostluq Qoyunçuluq üzrə DDKİİ müəssisəsinə qoyunçuluğun inkişaf etdirilməsi üçün verilmiş 6179,20 ha torpaq sahəsinin tərkib hissəsi olması, Beyləqan Rayon İcra hakimiyyətinin Günay kəndli (fermer) təsərrüfatına “Dostluq Qoyunçuluq üzrə DDKİİ müəssisəsinə qoyunçuluğun inkişaf etdirilməsi üçün verilmiş 6179,20 ha torpaq sahəsindən 9,9997 ha torpaq sahəsinin icarəyə vermək səlahiyyətində olub-olmaması məsələsi, Beyləqan şəhəri ərazisində yerləşən 9,9997 ha torpaq sahəsindən istifadə hüququnun verilməsi məsələsinin Bakı şəhərində hansı səbəbdən verilməsi məsələsi, bu hüquqların həyata keçirilməsi məsələsinin şəhid statusunun olmadığı halda həyata keçirilməsində istifadə olunması məsələləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv olaraq araşdırılmamışdır. Qətnamə qəbul edilərkən “Günay kəndli (fermer) təsərrüfatının” ümumiyyətlə fəaliyyət göstərmədiyi nəzərə alınmamışdır. “Günay kəndli (fermer) təsərrüfatına” verilmiş torpaq sahəsinə dair şəhid statusundan istifadə olunaraq yalnız saxta sənədləşdirmə işləri aparılmışdır. Qətnamə qəbul edilərkən Beyləqan Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Şəhid statusundan istifadə olunaraq əvvəl “Dostluq” Qoyunçuluq üzrə DDKİİ müəssisəsinə qoyunçuluğun inkişaf etdirilməsi üçün verilmiş, hazırda isə “X3 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan və Beyləqan şəhəri ərazisində yerləşən 9,9997 ha torpaq sahəsinin Beyləqan rayon sakini olmayan şəxsə mülkiyyətçinin xəbəri və razılığı olmadan başqasının mülkiyyətinə verilməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Qətnamə qəbul edilərkən “Günay kəndli (fermer) təsərrüfatın ın” icarəsinə verilmiş torpaq sahəsinin mülkiyyətçinin razılığı olmadan başqasının istifadəsinə verilməsinin qanunsuz olmasına heç bir əhəmiyyət verilməmişdir. Qətnamə qəbul edilərkən “Günay kəndli (fermer) təsərrüfatının” icarəsinə verilmiş torpaq sahəsinin sonradan istifadə hüququ adı ilə sənədləşdirilməsi və “X3 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan 6179,20 ha torpaq sahəsindən 9,9997 ha torpaq sahəsinin Beyləqan şəhəri ərazisində yerləşən 9,9997 ha torpaq sahəsindən istifadə hüququnun Beyləqan rayon sakini olmayan şəxsə istifadə hüququ adı ilə satılmasının qanunsuz olmasına, mülkiyyətçinin razılığı olmadan başqasının istifadəsinə verilməsinin qanunsuz olmasına heç bir əhəmiyyət verilməmişdir.
16. Apellyasiya icraatı zamanı “X3 və Emal Birliyi” Məhdud Məsuliy yətli Cəmiyyəti mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1648/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (Samir Mayılov – sədrlik edən və məruzəçi, İlham Əsədov və Tofiq Heydərov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, JN-227, KOD 60701004 nömrəli torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı ilə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 12 aprel 1997-ci il tarixli, 35 saylı sərəncamı əsasında cizgidə göstərilən sərhəd daxilində 10 hektar kənd təsərrüfatı məhsullar ı istehsalı təyinatlı torpaq sahəsi “Günay” kəndli (fermer) təsərrüfatının (X4) istifadəsinə verilmişdir. Beyləqan şəhəri ərazisində yerləşən və dövlət mülkiyyətindəki 9,9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən “Günay” X1 (X4) istifadə hüququ xx.xx.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. Beyləqan Rayon İcra Hakimiyyətinin mülkiyyətində olan Beyləqan şəhərində yerləşən 9,9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə hüququ Bakı şəhəri 19 saylı xüsusi notariusunun 3M-1059 saylı, xx.xx.2022-ci il tarixli istifadə hüququnun alqı-satqı müqaviləsi əsasında İddiaçı satılmış, mübahisəli torpaq sahəsindən istifadə hüququnun İddiaçı xeyrinə yüklü edilməsi xx.xx.2022-ci il tarixində daşınma z əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının Beyləqan şəhərində yerləşən 9,9997 ha kənd təsərrüfatı təyinatlı mübahisəli torpaq sahəsi üzərində istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından və torpaq sahələri üzərində qeydiyyatdan keçmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verildiyindən, iddiaçı üzərində istifadə hüququnun dövlət qeydiyyatına alındığı torpaq sahəsini MM-in 157.2-ci və 158.2-ci maddələrinin tələblərinə uyğun olaraq özgəsinin qanunsuz sahibliyindən geri tələb etməyə haqlıdır.
20. Cavabdeh apellyasiya şikayətində iddiaçının torpaq sahəsi üzərində istifadə hüququnun qanunsuz şəkildə əldə edildiyini bildirs ə də, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının istifadə hüququnu təsdiq edən sənədlərin etibarlılığı cavabdeh və üçüncü şəxs tərəfindən ayrıca qaydada mübahisələndirilməmişdir. Həmin sənədlərin qanuni yollarla əldə edilib-edilməməsinin müəyyən edilməsi isə hazırkı məhkəmə baxışının predmetinə aid deyil.
21. Cavabdehin apellyasiya şikayətinin onun istifadəsində olan və iddiaçı tərəfindən iddia irəli sürülən torpaq sahəsinin mülkiyyətçisinin “X3 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti olmasına birinci instansiya məhkəməsi tərəfindən əhəmiyyət verilmədiyi, həmin MMC-nin iş üzrə cəlb olunmaması barədə dəlilini nəzərə alan məhkəmə kollegiyası tərəfindən “X3 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünc ü şəxs qismində işə cəlb edilmişdir. Apellyasiya məhkəməsinin iclasında həmin MMC-nin nümayəndəsi X7 çıxış edərək bildirmişdir ki, təmsil etdiyi “X3 və Emal Birliyi” MMC-nin mövqeyinə görə, mübahisəli torpaq sahəsi həmin MMC-nin balansındadır. Həmin MMC-nin balansında olan torpaq sahələrinin ümumi ölçüsü respublika üzrə təxminən 96000 hektar təşkil edir. Beyləqan rayonu ərazisində isə MMC-nin balansında olan torpaq sahələrinin ümumi ölçüsü 6400 hektar təşkil edir. Lakin keçən əsrin 90-ci illəri və 2000-ci illərin əvvəllərində MMC-nin balansında olan torpaq sahələrinin bir hissəsi müxtəlif şəxslər tərəfindən zəbt edilmişdir. Hətta həmin torpaq sahələrinin bir hissəsi yaşayış məntəqələrinin torpaqları kimi də istifadə olunur. Hazırda zəbt olunmamış torpaq sahələri ilə bağlı MMC tərəfindən də qiqləşdirmələr aparılır, bir sıra zəbt olunmuş torpaq sahələri ilə əlaqədar isə məhkəmə mübahisələri mövcuddur. Hazırda mübahisəli torpaq sahəsinin Beyləqan RİHB-nin sərəncamı ilə “Günay” X1 daimi istifadəsinə verilməsi və sonradan istifadə hüququnun iddiaçıya satılması müəyyən olunsa da, bu hal Beyləqan RİHB-nin mübahisəli sərəncamının məhkəmə qaydasında mübahisələndirilməsi imkanını istisna etmir.
22. Məhkəmə kjollegiyası hesab etmişdir ki, üçüncü şəxs “X3 və Emal Birliyi” MMCnin nümayəndəsi Vüqar Quliyevin məhkəmə iclasındakı ifadəsindən də göründüyü kimi, iddiaçının istifadə hüququnun qeydə alındığı mübahisəli torpaq sahəsinin həqiqətən həmin MMC-nin balansında olmasına dair hər hansı sənəd təqdim etməməklə yanaşı, MMC-nin balansında olan torpaq sahələri ilə bağlı MMC tərəfindən dəqiql əşdirilmənin aparıldığı müəyyən edilir. Üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasında bildirdikləri formal mülahizə xarakteri daşıyır və hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını və qanuniliyini şübhə altına almır.
23. Məhkəmə mövqeyini Konstitusiyanın 29, Mülki Məcəllənin 152.1, 157.2, 158.1, 158.2, Torpaq Məcəlləsinin 48.1, 48.2, 50.1, 50.4, 67.1, 67.4, 84.1, 84.3, 111-ci və MPMnin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şika yətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
29. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
30. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müq əddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
32. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
33. Maddə
111. Birinci, ikinci və üçüncü hissələrinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt e tmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 407.2. Kassasiya şi kayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 418.3. Prosessual hüquq n ormalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şik ayətində qətnamə cavabdeh tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1648/2023 nömrəli mülki iş üzrə 18 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.