Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1464/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ərizəçi Vəliyeva (Mahmudova) Qənirə Mansır qızının maraqlı şəxslər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Maraqlı şəxs2nə qarşı ərizəsinə dair iş üzrə QƏRARİ (Açar sözlər: müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, ərizəçi Vəliyeva (Mahmudova) Qənirə Mansır qızının maraqlı şəxslər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Maraqlı şəxs2nə qarşı “başqa ölkənin vətəndaşı olmaması və Azərbaycan Respublikasında yaşaması faktının müəyyə n edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3735/2022 nömrəli, 26 yanvar 2023-cü il tarixli qərardadından maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş kassasiya şikayətinə 29 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Ərizəçi Mansır qızı 28 iyun 1962-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı olmuş, 1991-ci ildə Ukrayna Respublikasına gedərək orada yaşamış, xx.xx.2004-cü il tarixdə isə Azərbaycan Respublikasına gələrək yaşamağa başlamışdır. Hazırda o, ünvan 1 ünvanında qeydiyyatsız olaraq yaşamaqdadır.
2. Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində n verilmiş xx.xx.2019-cu il tarixli arayışda Ərizəçi Mansır qızının Gürcüstan Respublikasının, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışda Azərbaycan Respublikasının vətəndaşı olmadığı qeyd olunmuş, Ukrayna Respublikasının Azərbaycandakı səfirliyinin verdiyi məlumatda isə ölkənin müüharibə şəraitində olması ilə əlanədar Ərizəçi həmin ölkənin vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Ərizəçi Mansır qızı ərizə ilə məhkəməyə müraciət edərək, heç bir dövlətin vətəndaşı olmaması və 2004-cü ildən Azərbaycan Respublikasında yaşaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı şəh əri Nizami Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(007)376/2021 nömrəli qətnaməsi ilə (hakim Babək Qasımov) ərizənin rədd edilməsi qət olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
5. Ərizəçi apellyasiya şikayəti verərək, Nizami Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(007)-376/2021 saylı qətanməsinin ləğv edilməsi və ərizəsinin təmin olunmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(103)-6216/2021 nömrəli qətnaməsi ilə (hakim Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İlham Kərimli və Xəyal Sarıyev) ərizəçinin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, ərizənin təmin edilməsi, xx.xx.1962-ci ildə Gürcüstanda anadan olmuş Vəliyeva (Mahmudova) Qənirə Mansır qızının heç bir ölkənin vətəndaşı olmaması və xx.xx.2004-cü ildən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi qət olunmuşdur. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
7. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (Vəkil2) apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi işə baxarkən heç bir dövlətin vətəndaşı olmaması faktının müəyyən edilməsi hissəsini tam aydınlaşdırmadan iş üzrə qətnamə qəbul etmişdir. Halbuki, sözügedən şəxs 1991-ci ildən 2004-cü ilədək Ukrayna Respublikasında y aşamışdır. Ukrayna Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilmiş arayışa əsasən şəxsin Ukrayna vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsinin mümkün olmaması qeyd edilmişdir. Mümkün olmaması məsələsini isə məhkəmə həmin ölkənin vətəndaşlığına mənsub olmama kimi qəbul etmişdir. İşin materiallarında olan sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2022-ci il tarixli, 2(102)-1086/2022 nömrəli qərarı ilə (hakim İspəndiyar Şəfiyev (məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. d) Apellyasiya instansiya sı məhkəməsindəki ikinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(103)-3735/2022 nömrəli qətnaməsi ilə (hakim Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, ərizənin təmin edilməsi, 28 iyun 1962-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş Vəliyeva (Mahmudova) Qənirə Mansır qızının heç bir ölkənin vətəndaşı olmaması və xx.xx.2004-cü il tarixdən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən olunması qət edilmişdir. 11. 22 dekabr 2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinin həmin qətnamədən verdiyi kassasiya şikayəti və şikayət üzrə ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi məhkəməyə daxil olmuşdur.
12. Ər izə belə əsaslandırılmışdır ki, qətnamə poçt vasitəsilə, kağız daşıyıcıda Xidmətə göndərilməmiş, qətnamənin elektron kabinetə yerləşdirilməsindən isə Xidmətin məlumatı olmamışdır. Dövlət Miqrasiya Xidmətinin nümayəndələrinə elektron kabinet cari ilin oktyabr ayında həvalə edilmişdir.
13. Ərizəyə baxılması ilə bağlı keçirilən məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Cəbrayıl Məmmədli ərizəni müdafiə etmiş, Vəliyeva (Mahmudova) Qənirə Mansır qızının vəkili Vəkil1 isə ərizənin əsassız olduğunu, qətnaməni özünün şəxsən xx.xx.2022-ci il tarixdə icra üçün Dövlət Miqrasiya Xidmətinə təqdim etdiyini, bununla bağlı ona qəbz verildiyini, hətta həmin tarixdən götürüldüyü zaman belə, müvafiq müddətin ötürüldüyünü bildirmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qərardadı ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhrəmzadə) kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizəsi təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.
15. Məhkəmə mövqeyini iş materiallarına istinadən belə əsaslandırmışdır ki, Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etmiş, xx.xx.2022ci il tarixli qətnamə Dövlət Miqrasiya Xidmətinin elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, xx.xx.2022-ci il tarixdə qətnamə iddiaçının vəkili tərəfindən Dövlət Miqrasiya Xidmətinə təqdim olunmuş, kassasiya şikayəti isə yuxarıda qeyd olunduğu kimi xx.xx.2022-ci il tarixdə elektron sistemə yüklənmişdir. Ərizəçinin müddəti ötürməsini n üzrlü səbəbi kimi göstərdiyi hal iş materialları ilə təkzib olunur və müddətin ötürülməsinə haqq qazandıracaq digər hər hansı sübut təqdim olunmamışdır. Peşəkar hüquqşünaslarla təmsil olunan dövlət qurumunun ötürdüyü prosessual müddətin bərpası üçün elə ciddi səbəblər olmalıdır ki, onların əsaslı hesab edilməsi hüquqi müəyyənlik prinsipinə xələl gətirməsin. Bu zaman həm də nəzərə alınmalıdır ki, qanunvericilikdə prosessual müddətin bərpa edilməsi üçün üzürlü hesab edilən hallar, o cümlədən şəxsin xəstəliyi, xəstə ailə üzvlərinə qulluq, müddətli xidməti ezamiyyət və s. hüquqi şəxslər üçün deyil, fiziki şəxslər üçün müəyyən edilmişdir. Məhkəmə aktının qanuni qüvvəyə minməsindən uzun müddət keçəndən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların mə hkəmə təminatına xələl gətirməklə yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər.
16. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 10-1.5, 128.1, 130.1, 133.1, 135.1, 135.2, 135.6, 405.0.1 və 408.1.4cü maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (Vəkil3) kassasiya şikayəti verərək qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərək buraxılmış müddətinin bərpa olunmasını və apellyasiya instansiyası məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla ə saslandırılmışdır ki, iş materiallarında olan sübutlar düzgün qiymətləndirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3735/2022 nömrəli qətnaməsindən qanunvericiliklə nəzərdə tutulmuş müddətdə şikayət verilməməsinin səbəbi sözügedən qətnamənin "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməsindən Dövlət Miqrasiya Xidmətinin məlumatının olmaması olmuşdur. Həmçinin, kassasiya şikayət üzrə müddətin bərpa edilməsinə dair ərizədə hal-hazıradək bütün məhkəmə instansiyalarından sənədlərin, həmçinin xx.xx.2022-ci il tarixli 2(103)-3735/2022 saylı qətnamənin icrası ilə bağlı məktubun da xx.xx.2022-ci il tarixdə kağız daşıyıcı üzərindən poçt vasitəsilə Xidmətə daxil olduğu qeyd olunsa da, bu hallar Məhkəmə tərəfindən nəzərə alınmam ışdır. Qeyd olunmalıdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Nəz ərə alınmalıdır ki, məhkəmə aktlarından şikayətin Mülki Prosessual Məcəllədə nəzərdə tutulan qaydada verilməsi və onun əsasında işə yuxarı məhkəmə instansiyasında baxılması məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi Konstitusiyanın 60-cı maddəsinin mənasından irəli gəlir. Mülki proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. Məhkəmə müddətin bərpa edilməsilə bağlı yuxarıda qeyd olunan meyarları, məhkəmə iclasında verilmiş izahatı, göstərilən dəlilləri, habelə qətnamədən apellya siya şikayətinin elektron məhkəmə sistemi vasitəsilə verilməsi barədə mülki prosessual qanunvericilkdə nəzərdə tutulmuş yeni qaydaların 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minməsini, qaydaların yeni olmaqla vətəndaşların və təşkilatların öz hüquqlarınımüstəqil şəkildə həyata keçirmək sahəsində çətinliklərini, habelə məhkəmə müdafiəsi hüququnu təmin etmək məqsədini nəzərə alınmaqla qətnamədən apellyasiya şikayəti vermə müddətini bərpa etməli idi. b)
19. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkə mə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
21. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
26. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
27. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
28. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
29. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
30. Maddə 135.6. “Elektron m əhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
31. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 408.1.4. Kassasiya şikayəti kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxl amaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı maraqlı şəxs tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının lə ğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunmasına dair ərizədə irəli sürülmüş dəlillərlə eynilik təşkil edir. Bu dəlillər apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, hesab edir ki, maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin prosessual müddətin bərpası barədə ərizəsinin təmin olunması üçün əsasların olmamasına barədə apellyasiya məhkəməsi qənaəti qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərarda dı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3735/2022 nömrəli, 26 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.