Məhkəmə qərarları › İş №2(102)-1465/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1465/2020

16.03.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1465/2020 16.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X4 ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və vəkili Vəkil və Cavabdeh1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli X5 nömrəli qərardadından iddiaçı X5 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixliX5 saylı qətnaməsi ilə (hakim A.B.Sadıqov) iddiaçı X5nın cavabdehlər Cava bdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçı X5 azyaşlı övladı X6 ilə birlikdə cavabdehlərin istifadəsində olan X5 kəndində yerləşən yaşayış evinə köçürülməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Quliyev, F.Tağızadə, Cavabdeh1) 22 avqust 2019-cu il tarixli, X5 saylı qətnaməsi ilə İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməyib, Cavabdeh1 və Cavabdeh2 verdiyi apelyasiya şikayəti qismən təmin edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixliX5 saylı qətnaməsi qismən- “İddiaçı X5nın azyaşlı övladı X6 ilə birlikdə cavabdehlərin istifadəsində olan X5 kəndində yerləşən yaşayış evinə köçürülsün” his səsində ləğv edilmiş və iddia tələbi həmin hissədə təmin edilməmişdir. Qətnamə “iddia qalan hissədə təmin edilməsin” hissəsində dəyişdirilmədən saxlanılmış və iddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi, cavabdeh tərəfindən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı alınıb 5 (beş) manatı Cavabdeh1 və 5 (beş) manat isə Cavabdeh2 ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı X5 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli, X5 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər A.Bayramov - sədrl ik edən və məruzəçi, L.Süleymanov və F.Mehtiyev) 04 dekabr 2019-cu il tarixli, X5 saylı qərardadı ilə iddiaçı X5 tərəfindən verilmiş müddətin bərpasına dair ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. İddiaçı X5 və vəkili Vəkil kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli qərardadının ləğv edilməsi və müddətin bərpasına dair ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinə iddiaçı 04.11.2019-cu il tarixdən 18.11.2019-cu il tarixədək ambulator qaydada müalicə alması səbəbindən müddətin bərpası barədə ərizə vermişdir. Lakin apellyasiya instansiyası məhkəməsi ərizədə iddiaçının stasionar qaydada tibb müəssisəndə müalicə alması təsdiqini tapmadığından kassasiya şikayətinin verilməsi üçün prossesual müddəti bərpa etməmişdir. İddiaçı azyaşlı uşağı olduğu üçün stasionar qaydada müalicə alması mümkün olmamış, hər gün tibb müəssisəndə ambulator müalicə alıb evə qayıtmışdır. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X3 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdirlər. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar ed ilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli, X5 saylı qətnaməsinin surəti 30 avqust 2019-cu rəsmi qaydada tərəflərə göndərilmiş, İddiaçı müddətin bərpası barədə ərizədə göstərmişdir ki, Sumqayı t Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli, X5 saylı qətnaməsinin surəti 11 sentyabr 2019-cu il tarixdə rəsmi qaydada ona verilmiş və onun tərəfindən qəbul edilmiş, kassasiya şikayəti 18 noyabr 2019-cu il tarixdə tərtib olunmuş və həmin tarixdə apelyasiya məhkəməsinə daxil olmuşdur.Lakin İddiaçı qətnaməni rəsmi qaydada qəbul etdiyi vaxtdan sonra 2 ay müddətində kassasiya şikayəti verməmiş və kassasiya şikayətini 6 gün gec təqdim etməklə prosessual müddəti ötürmüşdür. Müddətin bərpası barədə ərizəyə əlavə olunmuş “xxxx” MMC tərəfindən 18 noyabr 2019cu il tarixdə verilmiş 89 saylı arayışdan görünür ki, İddiaçı 04.11.2019-cu il tarixdən 18.11.2019-cu il tarixə kimi MMC-nin X9-oma osteoxandrezu sol tərəfli lumboişalgiya diaqnozu ilə müalicə olunmuşdur, lakin həmin tibbi arayışla İddiaçı həmin müalicə müəssisəsində stasionar qaydada müalicə olunması öz təsdiqini tapmır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə İddiaçı Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli, X5 saylı qətnaməsindən kassasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəsi əsassız olduğundan təmin edilməməli və kassasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı h allarda şikayət verə bilərlər. - 405.0.2-ci maddəsinə əsasən kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. - 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. - 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə mü vafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzürlü səbəbləri təqdim etməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin normanın mənasına görə buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzürlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (m əsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.) Azərbaycan Respublikası MPM-nin 133.5-ci maddəsinə əsasən məhkəmə müddətin bərpasından imtina barədə qərardad çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kən ara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın». İddiaçı 04.11.2019-cu il tarixdən 18.11.2019-cu il tarixə kimi müalicədə olduğunu bildirsə də, onun ambulator qaydada müalicədə olması qətnamədən vaxtında kassasiya şikayət verməsinə mane olan hal olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki,iddiaçının müddətin bərpa edilməsinə dair ərizəsini n təmin olunmaması barədə apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Buna görə də, kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X5nın kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.12.2019-cu il tarixli X5 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar